Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-132/2020 11.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Noruz oğlunun iştirakları ilə, xx.xx.2000-ci ildə Ucar rayonu, Qulabənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədiləxx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən tanışı Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin pəncərəsinin arasına həyətdəngötürdüyü dəmir beli salıb açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq yataqotağındakıçarpayınınüzərindəkidöşəyinaltından 1200 (bir min iki yüz) manat nağd pulu və digəryataqotağındakıçarpayınınüzərindəkidöşəyinaltından 01 ədəd 200 manat dəyərində 583 əyarlı, 3 qramçəkidə (rus) qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayında işləmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, Xırdalan şəhərindən keçən dəmir yolunun qırağında yerləşən Elsevər adlı şəxsə məxsus günü iki manata olan evlərdə qalmışdır. Xırdalanda olduğu müddətdə avtoyuma məntəqəsində işləmiş, qaldığı evdə gündəlik qalma pulunu Elsevərə tam ödəyə bilməmiş, bundan başqa yeməyə pulu olmadığına görə Elsevərdən bir neçə dəfə borca pulda almışdır. Buna görə də Elsəvərə140 manat borcu yaranmışdır. Elsevərin evində kirayədə qaldığı vaxtlarda Zərərçəkmiş şəxs tanımışdır. Sənan da yaşadığı evin birinci mərtəbəsinində olan otaqları aylığa kirayə vermiş, onungündəlik iki manata qaldığı evlərdə Sənanın evinə yaxınlığında yerləşmişdir. İş olmadığına görə yaşadığı Ucar rayonuna qayıtmış, maddi imkanı olmadığına görə rayona qayıdarkən Elsəvərə olan 140 manat borcunu qaytarmamış, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı Ucar rayonundan iş tapmaq məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, lakin Elsevərə borcu olduğuna görə başqa evdə, Sənanın evində kirayə qalmağı planlaşdırmışdır. Həmin günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Sənanın evinin qarşısına gəlmiş, qapını döysə də heç kim çölə çıxmamış, sonra çöl darvazasının qapısının açıq olmasından istifadə edib həyətə daxil olmuş və ikinci mərtəbəyə qalxıb Sənanın qaldığı evin qapısını döymüşdür. Bu dəfə də qapını açan olmamış, beləolduqda evdə heç kim olmadığınaəminolmuş, oğurluq etməyə əlverişli imkan olduğunu görüb evdən oğurluq etməyə qərar vermişdir. Həyətdən bel götürüb ikinci mərtəbəyə qalxmış, Sənanın qaldığı evin plastik pəncərəsinin arasına belisalıb pəncərəni açmış, evdə pul olduğunagümanetmişdir. Həmin pəncərədən evə daxil olmuş, evə ümumi baxsada, pul tapa bilməmiş, məqsədi ancaq pul oğurlamaq olmuşdur. Sonra yataq otağında olan çarpayının üzərində olan döşəyin altına baxmış, döşəyin altında iki ədəd 100 manatlıq əskinazlar olmaqla 200 manat pul olduğunugörübgötürmüş, digər yataq otağına orda da çarpayının üzərində olan döşəyin altına baxmış, döşəyin altında 01 ədəd qızıl boyunbaq olmuş, qızıl boyunbağını götürüb cibinə qoymuş və evi əlavə axtarmadan tez tərk etmişdir. Həmin günün oğurladığı qızıl boyunbağı avtovağzal ərazisində tanımadığı şəxsə 55 manata satmış, oğurluqla əldə etdiyi pulları öz maddi ehtiyacına xərcləmişdir. Əlavəolaraq oğurluq etməsində ona heç kim köməklik etməmiş, oğurluğu tək etmiş, oğurluq edərkən onu heç kim görməmiş, evə gəlməmişdən qabaq oğurluq etməyi planlaşdırmamışdır. Sənanın kirayə ev verdiyini bildiyinə görə gəlmişdir ki, onlarda kirayədə qalsın və Xırdalan şəhərində özünə iş axtarsın.Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəyərək, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, hazırda yaşadığı evin ikinci mərtəbəsində yaşayır. Birinci mərtəbədə olan otaqları kirayə verməkləməşğul olur, özü hər gün işdə olur, səhər işə gedir və axşam evinə qayıdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 09:00-dan 23:00-dək olan müddətdə naməlum şəxs (şəxslər) yaşadığı evin pəncərəsini açaraq evə daxil olub evin yataq otağında olan çarpayının üzərində döşəyin altında olan 1200 manat nağd pulu və digər yataq otağında olan çarpayının üzərində döşəyin altında olan qızıl boyunbağı oğurlamışdır. Oğurluqla bağlı ona ümumilikdə 1400 manat maddi ziyan dəymiş, evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Əlavəolaraqevindən 1200 manat nağd pul və 01 ədəd 200 manat dəyərində 583 əyarlı (rus) qızıl boyunbağı oğurlanmışdır. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qismən ödənildiyini bildirərək, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Cinayət işi materiallarında olan mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğrulanmış 1 ədəd 583 əyarlı rus qızılının orta bazar qiyməti: 01 ədəd 583 əyarlı 3 qram çəkidə olan qızıl boyunbağının dəyəri 200 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən aparılmış ilkin məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 19/406R saylı rəyindən görünür ki, xx.xx.2019-cuiltarixdəünvan 3 ünvanındayerləşənRəhimzadəSənanİmanoğlununevindəbaşvermişoğurluqfaktıiləəlaqədar 03 ədədəlbarmaqvə 01 ədədovucizlərişəxsiyyətineyniləşdirilməsiüçünyararlıdır.Şəxsiyyətineyniləşdirilməsiüçünyar arlıolan 03 ədədəlbarmaqizlərinin 02 ədədivə 01 ədədovucizi xx.xx.2000ciildəUcarrayonundaanadanolmuşMəmmədovSakitSəlamətoğlununsağəlininorta, adsızbarmaqlarınınvəsağəlininovucununəksləriiləeyniliktəşkiletmişdir.Qalan 01 ədədəlbarmaqiziisəDİN-ninKTİ-ninADİSinməlumatbazasındaolanşəxslərinəlbarmaqəksləriiləeyniliktəşkiletməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, keçirilmiş ekspertizanın rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Ucar RİH-nin Qulubənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salamat oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın bir qismi ödənildiyindən, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzini qismən ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasınıonun cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Göyçay Rayon Məhkəməsinin 1(046)-54/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin hökm üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və 600 manat cərimə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzaları hazırki hökmlə təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs 02 il 02 ay 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 600 manat cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 600 manat cərimə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Ucar rayon İcra və Probasiya Şöbəsinin 92 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(046)-54/2019 saylı hökmü icra olunması üçün xx xxxxxxxx 2019-cu il tarixdə Ucra rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Hökmün icrası ilə bağlı məhkum Təqsirləndirilən şəxs Ucar rayon İcra və probasiya şöbəsinə çağırılmış və xx xxxxxxxx 2019-cu il tarixdən qeydiyyata alınaraq həmin vaxtdan azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlanılmışdır. 600 manat cərimənin ödənişi təmin etməmiş, azadlığın məhdudlaşdırılması cəzasını isə tam çəkməmişdir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(046)-54/2019 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin göstərilən hal məhkəmə tərəfindən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınacaqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67-ci və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli,Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(046)- 54/2019 saylı hökmünə əsasən təyin edilmiş, lakin çəkilməmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzası bu hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(046)-54/2019 saylı hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 600 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanaraq müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən hal-hazıradək tutma altında və həbsdə saxlanıldığı 04 ay 15 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 09 ay ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(046)-54/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 600 (altı yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 600 (altı yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxxxx 2019-cu il tarixdən halhazıradək tutma altında və həbsdə saxlanıldığı 04 ay 15 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikə 09 (doqquz) ay hazırki hökmdə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 600 (altı yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-dək yaşayış yerini və Ucar rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxsyaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-132/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-132/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver