Məhkəmə qərarları › İş №1(012)-132/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-132/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-132/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bədir qızının, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx.xx.1986-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən fərdi evinin həyətində bacısı Şahid2 qeyri-rəsmi yaşadığı əri Zərərçəkmiş şəxs ilə sonuncunun onun bacısı Şahid2 mobil telefonla tez-tez zəng edərək narahat etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan istintaqa məlum olmayan ağacla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya- baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması, təpə nahiyəsinin və sol çiyin qurşağı nahiyəsinin dərialtı hematomaları, sağ çiyin qurşağı nahiyəsinin və sağ baldırın qançırları, sağ-saidin sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 2-də yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs bacısı Şahid2 mütamadi olaraq narahat etdiyini, bacısını hədələdiyini sonradan bilmişdir. Həmçinin Səbuhinin bununla kifayətlənməyib digər bacılarına da zəng edib narahat etdiyini eşitmişdir. Təxminən bir neçə ay əvvəl Səbuhi votçapla ona mesaj yazıb bir məsələnin həllində ona köməklik edilməsini xahiş etmişdir. O, Səbuhidən nə məsələ olduğunu soruşduqda, bacısı Elnarə ilə tanış olduğunu və Elnarə ilə ailə qurmaq istədiyini bildirmişdir. O da Səbuhiyə hirslənmiş və məsələnin nədən ibarət olduğunu dəqiqləşdirmək üçün bacısı Elnarədən bu barədə soruşmuşdur. Elnarə Səbuhinin onu narahat etdiyini, hədələdiyini, onunla qeyri-rəsmi ailə münasibətində olmasını tələb etdiyini, bundan başqa da yaxın vaxtlarda başqa bir qadınla evləndiyini, evləndikdən sonra da narahat etməkdə davam etdiyini bildirmişdir. O, bundan sonra Səbuhiyə zəng edib Səbuhi ilə görüşmək nistədiyini demiş, Səbuhi isə anası Rüxsarə ilə görüşə gələcəyi təqdirdə onunla görüşəcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Səbuhi Abşeron rayonu, Qobu qəsəbəsdi, Məmmədyarov küçəsi, ev 45-də yerləşən evinə gəlmişdir. Həmin vaxtı Səbuhi ilə yaşadığı evə gələn, tanımadığı şəxsə məsələ ilə əlaqəli olub-olmadığını soruşmuşdur. Həmin şəxs heç bir əlaqəsi olmadığını dedikdə, həmin şəxsdən həyətdən çıxıb getməsini tələb etmiş və həmin şəxsdə həyətdən çıxıb getmişdir. Həyətdə Səbuhi bacısı Elnarənin onun barəsində polisə şikayət etdiyini və polis əməkdaşınında Elnarəyə barışmaq təklif etdiyini bildirmişdir. O, bundan sonra Səbuhiyə danışmağa imkan verməmiş və Səbuhinin bütün bu hərəkətlərini namusuzluq kimi qiymətləndirib Səbuhiyə söyüş söymüşdür. Həyətdən götürdüyü ağac parçası ilə Səbuhinin başına, kürəyinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, Səbuhidən telefonunu ona verməsini tələb etmiş və Səbuhi telefonu ona vermişdir. O da telefonu sındırmış və həmin sınmış telefonu polisə təqdim etmişdir. Bundan sonra anası Rüxsarə evdən həyətə çıxmış və anasının halı pisləşdiyi üçün o, anasına yaxınlaşmışdır. Səbuhi də həyətdən çıxıb getmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olmadığını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əvvəllər qeyri-rəsmi ailə münasibətində olduğu Şahid2 qardaşıdır. Onun Elnarə ilə 5 il müddətində münasibəti olmuş, bu müddət ərzində dəfələrlə Elnarəyə münasibətləri barədə qohumlarına bildirməyini məsləhət etmişdir. Elnarə isə bu barədə ailəsinə deməməyi daha məsləhətli bildiyindən onlar demək olar ki, gizli münasibətdə olmuşlar. Elnarənin qardaşı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ona zəng edib, bacısı Elnarə ilə münasibətini aydınlaşdırmaq üçün həmin gün saat 22 radələrində digər bacısı Töhvə ilə Abşeron rayonu, Qobu qəsəbəsində Elnarənin yaşadığı evin həyətində görüşməyini bildirmişdir. Həmin gün yəni xx.xx.2020-ci il tarixcdə saat 22 radələrində dostu Kənanla Abşeron rayonu, Qobu qəsəbəsinə Elnarənin yaşadığı evin qarşısına gəlmişlər. Küçədə Əsgərlə görüşmüşlər və Əsgər bacısı Həci xanım Töhvənin həyətdə olduğunu bildirib həyətə keçməsini demişdir. Kənanla həyətə daxil olduqda Əsgər Kənana bu məsələnin ailə məsələsi olduğunu deyib küçəyə çıxmasını bildirmişdir. Kənan isə Əsgərə xahiş edərək bu məsələni böyütməyib həll etməsini bildirmişdir. Əsgər isə Kənanın üstünə qışqırıb həyətdən çıxmasını tələb etmişdir. Kənan isə xahişini davam etdikrdikdə Əsgər telefonla kiməsə zəng edib bunlardan biri çölə çıxmaq istəmir və “amanatı” gətirməyini bildirmişdir. Bundan 4-5 dəqiqə sonra dövlət qeydiyyat nömrəsini bilmədiyi “VAZ 2106” markalı avtomobil oraya gəlmişdir. Bundan sonra Kənan həyətdən küçəyə çıxmış, o da çıxmaq istədikdə Əsgər onun küçəyə çıxmasına imkan verməmişdir. “VAZ 2106” markalı avtomobildə gələn beş nəfərdən bir nəfəri avtomobildən düşüb Əsgərə tapança vermişdir. Əsgər həyətə daxil olub onun bacısı Elnarə ilə harada tanış olduğunu və haralarda görüşdüyünü soruşmuşdur. O, Əsgərə Elnarə ilə Bakı şəhərində tanış olduğunu və bir neçə dəfə oteldə və bundan sonra Elnarənin Qobu qəsəbəsindəki evində görüşdüyünü bildirmişdir. Bundan Əsgər yerdən götürdüyü ağac parçası ilə ayağına və çiyin nahiyəsinə vurmuşdur. O, ağacı Əsgərin əlindən almış və Əsgər bu zaman həyətdə dolabın üstündə olan baltanı götürüb üstünə gəlmiş və baltanın arxası ilə başına vurmuşdur. Əsgər baltanı yerə atıb yenidən yerdə olan ağac parçasını götürüb bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, ağacı yenidən Əsgərin əlindən almış və Əsgər bu zaman belində olan tapançanı çıxarıb sinəmə dirəmişdir. O, tapançadan qorxduğu üçün Əsgərə heç bir müqavimət göstərməmişdir. O, ağacı əlindən yerə qoymuş və Əsgər ağacı yerdən götürüb yenidən ağacla onun başına və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxtı Əsgər qəfil əlində olan yanan siqareti onun alnına basmışdır. Bundan sonra Əsgər bacısı Aygünə zəng edib “şərəfsizi gətirmişəm və alnında siqaret söndürdüm deyə” bildirmişdir. Əsgər ondan bacısı Aygündən üzr istəməyini istəmiş, o, isə Aygünü tanımadığını və üzr istəməyəcəyini bildirmişdir. Əsgər bundan sonra anası Rüxsarədən üzr istəməyi üçün onu Abşeron rayonu, Qobu qəsəbəsində anasının evinə aparmış və həyətə daxil olduqda anasına və bacısı Aygünə bu şərəfsizi gətirdiyini bildirmişdir. Əsgər onu ağacla vurub anasının və bacısı Aygünün ayaqqabılarını öpməyini bildirmişdir. O, isə öpməyəcəyini bildirdikdə Əsgər onu vurmuşdur. Əsgər hətta bıçağı qaz sobasının üstünə qoyub qulağını kəsəcəyini bildirirmişdir. Əsgər “Redmi” markalı mobil telefonunu əlindən alıb, telefonu 1 həftə sonra ona göndərəcəyini bildirmişdir. Halının pisləşdiyini görüb Əsgər onu həyətdən çölə çıxarmış və o, oradan Bakı şəhəri, Sabunçu xəstəxanasına yollanmışdır. Bundan sonra Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən fərdi evdə kiraydə yaşayır. Bildirmişdir ki, o, 4 ildir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında dost münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Səbuhi ona zəng edib tanışı olan qadının “ağbirçəyinin” Abşeron rayonu, Qobu qəsəbəsində onunla görüşmək istədiyini və birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə getməsini istəmişdir. Bundan bir qədər sonra Abşeron rayonu, Sulutəpə dairəsində Səbuhi ilə görüşmüş və birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə getmişlər. Abşeron rayonu, Qobu qəsəbəsində marketin qarşısında dayanmışlar və bir nəfər gənc oğlan onlara yaxınlaşıb “hansınızın Səbuhi olduğunu” deyə soruşmuşdur. Səbuhi özünü işarə edib Səbuhi olduğunu bildirmiş və həmin oğlan onları evlərinə doğru çağırmışdır. Həyət qapısının yanında həmin oğlan qapını açıb, ona ailə işlərinə qarışmamasını deyib çıxıb getməsini bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmiş, Səbuhi həmin oğlanla həyətə daxil olmuşdur. Səhəri gün xx.xx.2020-ci il tarixdə günorta saatlarında Səbuhi ilə Bakı şəhəri, Dərnəgül massivində görüşmüş və həmin vaxtı Səbuhinin sifəti şişkin vəziyətdə olduğunu görmüşdür. O, Səbuhidən nə olduğunu soruşmuş, Səbuhi də Abşeron rayonu, Qobu qəsəbəsində onlarla görüşən Əsgər adlı oğlanın ağac parçası ilə onu döydüyünü və silahla hədələdiyini bildirmiş və bununla bağlı polisə şikayət etdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 qızının ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2-də yaşayır. Bildirmişdir ki, 2020-ci ilin iyun ayının sonlarında bir nəfər Səbuhi adlı şəxs ona və anası Rüxsarəyə zəng edib, bacısı Şahid2 ilə danışmaq istədiyini, Elnarə ilə latareya oynadığını bildirmişdir. O, bacısı Elnarəyə zəng edib bu barədə soruşduqda, Elnarə Səbuhi adlı şəxsin onu narahat etdiyini, hətta bir neçə gün əvvəl Səbuhinin onu döydüyünü bildirmişdir. O, bundan sonra 102 xidmətinə zəng edib Səbuhinin hərəkətləri barədə məlumat vermişdir. Lakin Səbuhi yenə də onlara zəng edərək narahat etmişdir. Səbuhi hətta qardaşı Əsgərədə zəng edib Elnarə barədə xoşa gəlməyən sözlər demişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evdə olan zaman həyətdə səs-küy gəldiyini eşidib, anası Rüxsarə ilə həyətə çıxmışdır. Bacısı Elnarənin isə həyətə çıxmasına icazə verməmişlər. Həmin vaxtı həyətində qardaşı Əsgərlə Səbuhi adlı şəxsin mübahisə etdiklərini görmüşlər və anası Rüxsarə həyəcanlandığı üçün özündən getmişdir. Anası evə otağa aparıb onunla məşğul olmağa başlamışlar. Səbuhi adlı şəxsdə bundan sonra həyətdən çıxıb getmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə ünvan 2-də yaşayır. Bildirmişdir ki, təxminən 5 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə tanışdır və onların arasında qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə Səbuhi ilə aralarında mübahisə olmuş və o, bundan sonra Səbuhini danışdırmamışdır. Səbuhinin telefon zənglərinə də cavab verməmişdir. Həmin gün axşam saatlarında evinə gələn zaman Səbuhi arxasınca gəlib həyətə daxil olmuş və nə üçün telefon zənglərinə cavab vermədiyini soruşub onunla mübahisə etməyə başlamışdır. O, Səbuhiyə bir daha onu narahat etməməsini bildirmiş və Səbuhi həmin vaxtı saçından yolub, başına bir şillə vurmuşdur. O, bundan sonra bacısı Aygünə bu barədə bildirmişdir. Səbuhi həmçinin bacısı Aygünündə telefonuna zəng edərək Aygünü də narahat etmişdir. Bundan sonra o, Səbuhi barəsində Abşeron rayonu, Qobu polis bölməsinə bir neçə dəfə şikayət etmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında anasıgildə evdə olan zaman qardaşı Əsgərin Səbuhi ilə həyətdə mübahisə etdiklərini eşitmiş, lakin o, həyətə çıxmamışdır. Anası Rüxsarənin ürəyi getdiyi üçün başı anasına qarışmış, sonra Səbuhi həyətdən çıxıb getmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 Tahir qızının ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 2-də yaşayır. Bildirmişdir ki, 2020-ci ilin iyul ayının əvvəllərində qızı Şahid2 Zərərçəkmiş şəxs tərəfindən mütamadi olaraq narahat edildiyini bilmiş və buna görə də Elnarəni Abşeron rayonu, Qobu qəsəbəsinə öz evinə gətirib evimdə saxlamışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətində səs-küy gəldiyini eşidib həyətə çıxmış və həmin vaxtı oğlu Əsgərlə bir nəfər gənc oğlanın mübahisə etdiklərini görmüşdür. X4 mübahisə edən şəxsin Elnarəni narahat edən Səbuhi adlı şəxs olduğunu bildirmişdir. Mən həyəcanlandığı üçün özündən getmiş və bundan sonra nə baş verdiyini bilməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1306 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, təpə nahiyəsinin və sol çiyin qurşağı nahiyəsinin dərialtı hematomaları, sağ çiyin qurşağı nahiyəsinin və sağ baldırın qançırları, sağ saidin sıyrığı küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə müvafiq olaraq əl, yumruq, təpik, taxta, metal parçası və yanan siqaretlə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Qobu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 2-də yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla X2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Xiaomi Redmi A6” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsifedilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Xiaomi Redmi A6” markalı mobil telefonun zərərçəkən Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 132 (bir yüz otuz iki) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Bədir qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Xiaomi Redmi A6” markalı mobil telefonun zərərçəkən Zərərçəkmiş şəxs təhvil verilməsin nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil oğluna ibtidai istintaq zamanı 22 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 132 (bir yüz otuz iki) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Bədir qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar