Məhkəmə qərarları › İş №1(012)-132/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-132/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-132/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə ünvanı istintaqa məlum olmayan mənzildə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyanın yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan, xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün razılığını aldıqdan sonra onu özü ilə birlikdə Gəncə şəhərinə apararaq orada ünvanı istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 30 və 50 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin avqust ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi 25-ci küçə, blok 8, mənzil 28 ünvanına yaşayan X2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün razılığını aldıqdan sonra onu özü ilə birlikdə Gəncə şəhərinə apararaq orada ünvanı istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 30 və 50 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin dekabr ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində ünvanı istintaqa məlum olmayan fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesaj laşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu ünvanı istintaqa məlum olmayan ünvana göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş, 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə həmin kişi müştəri ilə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti fahişəliyə cəlb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il təvəllüdlü bir qız övladı vardır. Təxminən 2020-ci ilin əvvəllərindən maddi ehtiyaclarını ödəmək üçün qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olmuş, onun ətrafında olan kişi müştərilər cinsi əlaqədə olmaq üçün qadın istədikdə tanıdığı və fahişəlikdə olan qadınlarla onları əlaqələndirib qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs1 2021-ci ilin yay aylarından Zərərçəkmiş şəxs3 vasitəsilə tanımış, onunla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs3 də 2021-ci ilin yay aylarından etibarən tanımışdır. Gövhərlə də normal münasibətləri olmuş və bir-birləri ilə əlaqə saxlayıb danışmışlar. Təxminən 2021-ci ilin avqust ayının sonlarında o Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 zəng vuraraq onunla birlikdə Gəncə şəhərinə gedib orada tanışları olan kişi müştərilərlə görüşüb cinsi əlaqədə ola biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər ikisi Gəncə şəhərinə gedib onun tanışı olan kişi müştərilərlə 100 manat müqabilində görüşüb cinsi əlaqədə olmaq barədə razılıq vermişlər. Onların arasında olan razılığa əsasən o Xanımı və Gövhəri tapdığı müştərilərlə görüşdürüb hər biri üçün 100 manat pul alacaqdır. Həmin pulun 70 manatı ayrıayrılıqda Xanım və Gövhərə çatmalı, qalan 30 manat isə müştəri tapdığı üçün ona çatmalı olmuşdur. Bundan sonra Xanım, Gövhər və Nuranə üçü birlikdə Bakı Beynəlxalq Avtovağzalından Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərində kirayə ev tutaraq orada qalmağa başlamışlar. Bundan sonra o tanışı olan kişi müştərilərlə əlaqə saxlayıb, Gövhər və Xanımı onlarla görüşdürməyə başlamışdır. Təxminən 3-4 gün sonra Gövhər Bakı şəhərinə geri qayıtmışdır. Xanımla birlikdə orada qalmışdır. Təxminən 1 həftə sonra da onlar da Bakı şəhərinə geri qayıtmışlar. Bundan başqa əvvəllər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayının əvvəllərindən tanımış, təxminən 2021-ci ilin dekabr ayının əvəllərində o Həqiqətə zəng vuraraq bir nəfər kişi müştərinin olmasını, əgər onunla görüşüb cinsi əlqədə olsa Həqiqətə 300 manat pul veriləcəyini, həmin pulun 50 manatının ona çatacağını bildirmişdir. Həqiqət onunla razılaşmışdır. Bundan sonra onu Bakı şəhərində olan hotellərin birinə dəvət etmişdir. Həqiqət həmin hotelə gəlmiş lakin müştəri ilə mübahisə etdiyi üçün bir nəfər ona 200 manat verib yola salmışdır. Lakin Həqiqət ona pul verməmişdir. Xanımın 25 yaşı olmasını, onun 17 yaşının olması barədə məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk əvvəl Nərmin kimi tanımış və onunla təxminən 2021ci ilin yay aylarında tanış olmuşdur. Nuranə ilə münasibəti yaxşı olmuşdur. Nuranə ilə hərdənbir öz istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp vasitəsilə və adi zənglə əlaqə saxlayıb danışmışlar. Onun əvvəllər yaşadığı hazırda Rusiya Federasiyasında yaşayan Əziz adlı şəxslə aralarında olan münasibət zamanı bakirələyi pozulmuşdur. Həmin dövrdə psioxloji çətin vəziyyətdə olmuşdur. Bu barədə Nuranəyə də məlumat vermişdir və 17 yaşının olmasını bildirmişdir. Nuranə də ona dəstək olmuşdur, təxminən 2021-ci ilin avqust ayının sonlarında əvvəllər yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən ünvanını xatırlamadığı mənzildə olan zaman axşam saatlarında Nuranə ona Whatsapp vasitəsilə zəng vuraraq hal əhvalını soruşmuşdur. Onlar bir qədər söhbət etdikdən sonra Nuranə onun maddi durumuyla maraqlanmışdır. O həmin zaman işləmədiyini bildirmişdir və maddi vəziyyətinin yaxşı olmadığını demişdir. Nuranə ona çoxlu kişi tanışlarının olduğunu, əgər istəsə onlarla cinsi əlaqədə olub maddi ehtiyaclarını ödəyə biləcəyini bildirmişdir. O bunu etmək istəmədiyini bildirdikdə Nuranə ona 17 yaşlı qız olmasını öz gələcəyini özünün qura biləcəyini bildirmişdir. O da Nuranə ilə razılaşmışdır. Təxminən 2021ci ilin avqust ayının sonunda Nuranə ona yenidən zəng edərək kişi müştərinin olduğunu, həmin şəxsin Gəncə şəhərində olduğunu demişdir. O da Nuranə ilə razılaşmışdır. Bundan sonra Nuranə ona zəng vurub Bakı Beynəlxalq Avtovağzalına dəvət etmişdir. O da Nuranənin dediyi saatda avtovağzala getmişdir. Avtovağzalda gələndən sonra o tanışı Gövhər adlı qadını da görmüşdür. Gövhəri o bir müddət olar ki, tanımışdır. Həmin zaman bilmişdir ki, Nuranə Gövhəri də özü ilə müştəri ilə görüşdürmək məqsədilə aparır. Onlar taksi ilə Təqsirləndirilən şəxs ilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə gəldikdən sonra Nuranə onları Gəncə şəhərində yerləşən “Bazarstore” marketinin yaxınlığında yerləşən evlərdən birinə yerləşdirmişdir. Həmin günün sonunda Nuranə ona və Gövhərə müştəri olduğunu və oraya getməli olduqlarını bildirmişdir. Onlar Nuranə ilə razılaşmışlar. Nuranə onları Gəncə şəhərində tanımadığı ünvana aparmışdır. Həmin ünvanda onları iki nəfər kişi müştəri qarşılamışdır.Müştərilər onlarla cinsi əlaqədə olduqdan sonra Nuranəyə ümumilikdə 300 manat pul vermişlər. Həmin puldan Nuranə ona və Gövhərə hər birinə 100 manat olmaqla pul vermişdir. Onları kişilərə təqdim etdiyinə görə Nuranə özünə 100 manat qazanc götürmüşdür. Bundan sonra 3-4 gün ərzində o Gövhəri mütamadi olaraq müştərilərlə görüşdürməyə başlamışdır. 3-4 gündən sonra Gövhər evdən çıxıb getmişdir. Lakin o Nuranə ilə birlikdə qalmışdır. Təxminən iki həftə onu bu formada kişi müştərilərə təqdim edib qazanc əldə etmişdir. Nuranə müştəridən Xanıma görə 100 manat pul alıb 70 manatını ona vermişdir, 30 manatını isə müştəri tapdığı üçün özünə götürmüşdür. Bundan sonra o evdən çıxıb getmişdir. Nuranə onu kişi müştərilərə təqdim edən zaman onun 17 yaşının olmasını bilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yay aylarında Nərmin kimi tanımışdır. Nuranə ilə məclislərin birində tanış olmuşdur. Aralarında olan söhbət səmimi olduğu üçün bir birlərinin mobil nömrələrini götürüb əlaqə salxamışlar. Nuranə ilə hərdənbir istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə onun istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** rəqəmli mobil nömrələrlə ilə Whatsapp vasitəsilə və adi zənglə əlaqə saxlayıb danışmışlar. Nuranə ilə aralarında olan söhbət zamanı maddi sıxıntıları barədə ona bildirmişdir. Nuranə ona söhbət zamanı bildirmişdir ki, yaxınında çoxlu kişi tanışları var, əgər onlarla görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana bilər. Maddi sıxıntıları olduğundan Nuranə ilə razılaşmışdır. Bundan sonra təxminən 2021-ci ilin avqust ayının sonlarında Nuranə ona zəng vuraraq Gəncə şəhərinə getdiyini, birlikdə gedib tanışları ilə cinsi əlaqə olsa yaxşı pul qazana biləcəyini demişdir. O Nuranə ilə razılaşdıqdan sonra ona Bakı Beynəlxalq Avtovağzalına gəlməsini bildirmişdir. O da Nuranənin dediyi vaxtda və saatda avtovağzala getmişdir. Orada Nuranədən başqa əvvəllər də tanıdığı Xanım adlı qızı görmüşdür. Xanımın 17 yaşı olmuşdur və Nuranə də bunu bilmişdir. Aralarında olan söhbət zamanı Xanımı da müştərilərə təqdim etmək üçün apardığını bildirmişdir. Onlar Nuranə ilə birlikdə taksi vasitəsilə Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinə gəldikdən sonra Nuranə onları Gəncə şəhərində yerləşən “Bazarstore” marketinin yaxınlığında yerləşən evlərdən birinə yerləşdirmişdir. Həmin günün sonunda Nuranə ona və Xanıma müştəri olduğunu və oraya getməli olduqlarını bildirmişdir. Onlar Nuranə ilə razılaşmışlar. Nuranə onları Gəncə şəhərində tanımadığı ünvana aparmışdır. Həmin ünvanda onları iki nəfər kişi müştəri qarşılamışdır. Müştərilər onlarla cinsi əlaqədə olduqdan sonra Nuranəyə ümumilikdə 300 manat pul vermişlər. Həmin puldan Nuranə ona və Xanıma hər birinə 100 manat olmaqla pul vermişdir. Qalan 100 manat pulu isə müştəri tapdığı üçün özünə götürmüşdür. Bundan sonra təxminən 3 gün orada qalıb Nuranənin tapdığı kişi müştərilərlə görüşmüşdür və Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərindən tanımış, onunla Bakı şəhərində olan məclislərin birində tanış olmuşdur. Nuranə ilə münasibəti normal olmuşdur. Nuranə ilə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Nuranənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp vasitəsilə və hərdənbir adi zənglə əlaqə saxlayıb danışmışlar. 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı evdəolan zaman Nuranə ona Whatsapp vasitəsilə yazaraq vəziyyəti ilə maraqlanmışdır. O evdə oturduğunu hazırda heç yerdə işləmədiyini bildirmişdir. Nuranə bir nəfər kişi tanışının olduğunu, əgər onunla görüşüb cinsi əlaqədə olsa ona 300 manat pul veriləcəyini, həmin pulun 250 manatının ona çatacağını, qalan 50 manat pulu isə Nuranə özünə götürəcəyini bildirmişdir. O da maddi durumu ilə əlaqədar olaraq Nuranənin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Nuranə ona Bakı şəhərində hazırda xatırlamadığı hotellərin birinə dəvət etmişdir. O həmin hoteldə Nuranənin dediyi otağa yaxınlaşdıqda orada dörd nəfər kişinin olmasını görmüşdür. Nuranə özü də orada olmuşdur. O Nuranənin dediyi şəxslə cinsi əlaqədə olmaq üçün otağa keçdikdə həmin şəxslə aralarında mübahisə düşmüşdür. Daha sonra Nuranə onunla dava etmişdir. Lakin sonradan orada olan şəxslərdən biri ona 200 manat pul vermiş və getməsini bildirmişdir. O getdikdə Nuranə arxası ilə gəlib həmin pulun 100 manatını ona verməli olmasını bildirmişdir. Lakin o bununla razılaşmamış və oranı tərk etmişdir. Bundan sonra Nuranənin nömrəsini bloklamış və əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsusdur, təxminən 8 ildir ki, həmin mobil nömrəni istifadə edir. Təqsirləndirilən şəxs təxminən 4 ildir, tanıyır. O Nuranəni Nərmin kimi tanımışdır. Nuranənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu bildiyi üçün Nuranə ilə onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə əlaqə saxlayıb odan cinsi əlaqədə olmaq üçün qadın istəmişdir. Nuranə də Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ona qadınların fotoşəkillərini göndərmişdir. O da həmin fotoşəkillər içindən birini seçib Nuranəyə qadını hara göndərməsini bildirmişdir. Nuranə ona qadına hansı məbləğdə pul verməli olduğunu bildirmişdir. O qadınla cinsi əlaqədə olduqdan sonra həmin qadına 100-150 manat arası pul vermişdir. Həmin qadınlarla müxtəlif evlər icarəyə götürüb orada görüşmüşdür. Nuranədən cinsi əlaqədə olmaq üçün çox qadın istəmişdir. Sonuncu dəfə Nuranə ilə təxminən 2022-ci ilin may ayında əlaqə salxamışdır. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 055 *** ** ** rəqəmli mobil telefon nömrəsinin ona məxsusdur, təxminən 10 ildir ki. həmin mobil nömrəni istifadə edir. Təqsirləndirilən şəxs təxminən 1 ildir, tanımışdır. Nuranənin üzünü heç vaxt görməmişdir. Həm i -ə N i anə ilə telefon əlaqəsi salxamışdır, lakin üzünü görməmişdir. Nuranənin mobil nömrəsini tanışlarından əldə etmiş, lakin hazırda həmin şəxsi xatırlamır. Nuranənin qadınları fahişəliyə cəlb etdiyini bildiyi üçün Nuranə ilə 055 *** ** ** rəqmli mobil nömrə ilə əlaqə saxlayıb ondan cinsi əlaqədə olmaq üçün qadın istəmişdir. Nuranə də Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ona qadınlara fotoşəkillərini göndərmiş ur. O da həmin fotoşəkillər içindən birini seçib Nuranəyə qadını hara göndərməsini bildirmişdir. Nuranə ona qadına hansı məbləğdə pul verəcəyini bildirmişdir. Bir dəfə Nuranənin göndərdiyi qadını bəyənmədiyi üçün geri qaytarmışdır. Nuranənin göndərdiyi qadınla cinsi əlaqədə olduğunu xatırlamır. Bir dəfə dostu Əlini Nuranə ilə əlaqəndirmişdir. Həmin zaman Nuranə onların mobil telefonuna cavab vermədiyi üçün bu barədə Nuranəyə bildirmişdir. Təqsirləndirilən şəxs dostu Əli adlı şəxslə əlaqəndirməkdə heçbir marağı olmamışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 055 *** ** ** saylı telefon nömrəsi onun istifadəsindədir, Təqsirləndirilən şəxs təxminən 2 i dir, tanımışdır. O qadın paltarlarının satışı ilə məşğul olduğu üçün Nuranə onun müştəri olmuşdur. Nuranə ilə münasibəti yaxşılaşdıqdan sonra ona qadınların faiıişəliyə cəlb edilməsi ilə məşğul olduğunu demişdir. O da Nuranənin istifadəsində olan 055 *** ** ** rəqmli mobil nömrə ilə əlaqə saxlayıb cinsi əlaqədə olmaq üçün qadın istəmişdir. Nuranə də Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ona qadınların fotaşəkillərini göndərmişdir. O həmin fotoşəkillər içindən birini seçib Nuranəyə qadını hara gəlməsini bildirmişdir. Nuranə ona qadına hansı məbləğdə pul verəcəyini bildirmişdir. Qadınla cinsi əlaqədə olduqdan sonra 100 manat pul vermişdir. Bir neçə dəfə o Nuranədən qız fotoşəkilləri istəsə də sonradan məbləğ uyğun gəlmədiyi üçün razılaşmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair 10 oktyabr 2022-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, Şahid1 istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, Şahid2 istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, Şahid3 istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşma çatmayanı fahişəliyə cəlb etmiş, həmçinin təkrarən gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmə cinayətini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, baxış protokolu, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələri ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 171.1 və 243.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun qadın olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmalı və həmin Məcəllənin 171.1 və 243.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X4 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381,383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X4 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar