Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-132/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu Novxanı kəndində qeydiyyat olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə ölmüş X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsii ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək, baxılmaq üçün məhkəməyə göndərilmişdir. X3 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, “Corat” qəsəbəsi adlanan ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd siqaretin qızılı kağızında olan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 1,143 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu Novxanı kəndinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon Novxanı kənd İcra nümayəndəliyinin qarşısında saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilib xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli üzərində ağ xətləri olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 1,143 qram narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs X1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitələrdən istifadə edir. 05 iyun 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndinə evinə gedərkən iki nəfər mülki geyimdə ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər və onu Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişdir. Abşeron rayon Polis İdarəsinin Saray PB-də ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub- olmaması soruşulmuşdur. O, da könüllü olaraq əynində olan göy rəngli xətləri olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri “Corat” adlanan ərazisindən tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-nin Saray PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 iyun 2023-cü il tarixdə 20 radələrində Abşeron rayonu Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Abşeron rayonu, Novxanı kəndində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 Mirzağa oğlu ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinə getmişlər. Həmin vaxtı küçədə hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nin Saray polis bölməsinə gəlmişdir. Bundan sonra onlar PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin qızılı kağızında bükülünün narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli üzərində ağ xətləri olan şalvarının sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş, bükülünü çıxarıb təqdim etmişdir. Bundan X6 üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Sulidin Salahovun üzərindən başqa heç nə aşkar edilməmişdir. X6 təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı X3 bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri “Corat” adlanan ərazisindən tanımadığı bir nəfər şəxsdən 20 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra X1 üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb, imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək, istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs X1 hüquqi varisi (anası) X4 ərizə təqdim edərək bildirmişdir ki, mərhum təqsirləndirilən şəxs X1 anasıdır. X1 hazırkı cinayət işi məhkəmə baxışında olan zaman o, xəstəlikdən vəfat etmişdir. O, təqsirləndirilən şəxsin hüquqi varisidir. Hüquqi varis kimi hüquq və vəzifələri ona aydındır. X8 ölməsi səbəbindən barəsində məhkəmə baxışında olan cinayət işinin icraatına bəraətverməyən əsaslarla xitam verilməsinə qarşı heç bir vəsatəti və şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünü, bəraətverici əsasların olmadığını bildirmiş və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə baxış iclası zamanı təqsirləndirilən şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş 16 yanvar 2024-cü il tarixdə verilmiş AZ-İİ 385393 nömrəli ölüm akt qeydindən görünür ki, mərhum X3 21 oktyabr 2023-cü il tarixdə ölmüşdür. Məhkəmə zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X3 21 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun hüquqi varisi (anası) X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, X8 ölməsi səbəbindən onun barəsində məhkəmə baxışında olan cinayət işinin icraatına bəraətverməyən əsaslarla xitam verilməsinə qarşı heç bir vəsatəti və şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə zamanı elan olunmuş ifadələri, həmçinin cinayət işinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin dövlət ittihamçısının, təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-132/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-132/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver