Məhkəmə qərarları › İş №1(012)-133/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-133/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-133/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 iştirakları ilə xx.xx.1969-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi sürücü işləyən, Şəki şəhəri C.Hüseynov küçəsi ev 20-də qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi Körpü bina MTK 4 mənzil 75-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü ildə saat 21 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 8,5-ci kilometrində idarə etdiyi OPEL ASTRA minik markalı 99VL590 dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində 85-90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolayrıcı beton piltənin yanından yolun hərəkət hissəsinə daxil olub iti yerişlə 5,2 metr məsafə qət etmiş piyada 1978-ci il təvəllü X8 avtomobilin qabaq sağ fara hissəsi ilə vuraraq ehtiyatsızlıqdan İlham Alıyevə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran başın təp əvə ənsə nahiyələrinin əzilmişcırılmış yarası, təpə və ənsə nahiyələrində başın yumşaq örtüyü altına qansızma, baş beyinin yumşaq qişasına,toxumasına və mədəciklərinə qansızmalar, başın alın-təpə nahiyələrin və burun nahiyəsinin sıyrıqları, üst dodağın əzilmiş yarası döş qəfəsinin ön səthinin yumşaq toxumasına qansızmalar, hər iki ağciyərlərin toxumasına qansızmalar, sağ dirsək oynağının əzilmiş yarası, sıyrığı, dirsək sümüyünün oynaq başının açıq yerdəyişmiş sınığı və sağ baldırın hər iki sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları xəsarətlərini yetirərək ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci ilədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 19 noyabr 2023-cü ildə saat 20:30 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindən idarə etdiyi OPEL ASTRA minik markalı 99VL590 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. İdarə etdiyi avtomobildə sərnişin və yük yox olmamışdır. Həmin gün saat 21 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində «Rahat» marketin yaxınlığında idarə etdiyi həmin avtomobillə 4 zolaqlı yolun sol zolağı ilə faraların yaxın işıqlarında 85-90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindəki yol qoruyucu beton piltənin üzərindən bir nəfər kişi keçərək onun hərəkətdə olduğu zolağa iti yerişlə daxil olmuşdur. Piyadanı gördükdə məsafə yaxın olduğu üçün heç bir tədbir görə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ fara hissəsi ilə həmin piyada kişini vurmuşdur. Zərbənin təsirindən piyada avtomobili alın şüşəsinə çırpılaraq yolun özündən sağda olan hissəsinə düşmüşdür. Bundan sonra tormoz edərək avtomobili piyadanın vurulduğu yerdən 2-3 metr öndə dayandırmış və yerdə uzanıqlı vəziyyətdə olan piyada kişiyə yaxınlaşmışdır. Kişi huşsuz və hərəkətsiz vəziyyətdə olmuşdur. Hadisəyə görə digər nəqliyyat vasitələrinin sürücüləri də avtomobillərini dayandırmışlar. Tanımadığı, yəni dayanmış avtomobillərdən hansınınsa sürücüsü ilə köməkləşib öz avtomobili ilə vurduğum piyada kişini idarə etdiyi avtomobilə qoyub Respublika xəstəxanasına aparmış və həkimə həmin şəxsi idarə etdiyi avtomobillə vurduğunu demişdir. Həkim həmin şəxsi müayinə edərək onun öldüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları xəstəxanaya gəlmiş və onlarla birlikdə hadisə yerinə getmişdir. Müstəntiq hadisə yerinə baxış keçirdikdə baxışda iştirak etmiş və piyadanın vurulduğu yeri müstəntiqə göstərmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur.Zərərçəkənin ailəsinə ilkin olaraq 2000 manat ödəmiş, daha sonra da maddi yardım etmiş və aralarında barışıq əldə etmişlər, ona görə də bunların nəzərə alınmasını məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X11 onun qardaşıdır. İlham xx.xx.1978-ci ildə Ağsu şəhərində doğulmuşdur. İlham, orta təhsilli, fərdi əməklə məşğul olmaqla, evli, himayəsində 2 uşağı olmuşdur. İlham onunla eyni ünvanda qeydiyyatda olmaqla eyni evdə öz ailəsi ilə birlikdə yaşamışdır. 20 noyabr 2023-cü ildə saat 09:15 radələrində müstəntiq ona zəng edərək naməlum kişi meyitinin üstündən aşkar olunmuş «simkart» vasitəsi ilə mobil nömrəsi aşkar olunduğu üçün zəng etdiyini və meyitin Respublika Xəstəxanasının meyitxanasında olduğunu bildirmişdir. Həmin morqa getmiş, meyit ona tanınmaya təqdim olunaraq meyitin qardaşı İlham olduğunu əlamətlərinə görə tanımış və müstəntiqə meyitin qardaşım İlham olduğunu demişdir. Bundan sonra İlhamın meyiti onlara təhvil verilmiş və Qızıldaş qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Hazırda ona məlumdar ki, 19 noabr 2023-cü ildə saat 21 radələrində Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən 8,5-ci kilometrində qardaşı X18 markalı 99VL590 qeydiyat nişanlı avtomobillə vurulub və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayəti tələbi olmadıqlarını bildirdi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 166 nömrəli rəyinə əsasən X7 meyitində başın təpə və ənsə nahiyələrinin əzilmiş-cırılmış yarası, təpə və ənsə nahiyələrində başın yumşaq örtüyü altına qansızma, baş beyinin yumşaq qişasına, toxumasına və mədəciklərinə qansızmalar, başın alın-təpə nahiyələrin və burun nahiyəsinin sıyrıqları, üst dodağın əzilmiş yarası döş qəfəsinin ön səthinin yumşaq toxumasına qansızmalar, hər iki ağciyərlərin toxumasına qansızmalar, sağ dirsək oynağının əzilmiş yarası, sıyrığı, dirsək sümüyünün oynaq başının açıq yerdəyişmiş sınığı və sağ baldırın hər iki sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyaların təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X7 ölümünə səbəb baş beyinin yumşaq qişasına və mədəciklərinə qansızmalar olmuşdur. X7 meyitindən götürülmüş qanda 1,6% promilli etil spirti aşkar edilmişdir ki, bu da onun sağlığında orta dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 9 fevral 2024-cü il tarixli 8/212 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində OPEL ASTRA minik markalı 99VL590 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin məhkəmə baxışında müdafiəçinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 17 aprel 2025-ci il tarixli rəyindən müəyyən edilir ki, sürücü Təqsirləndirilən şəxs opel Astra markalı avtomobililə dörd zolaqlı yolun sol zollağı ilə Bakı istiqamətində 85-90 km/saat sürətlə hərəkətdə olarkən təxminən 150-200 metr məsafədən hərəkəti istiqamətində yolun sol hərəkət sərhəddini təşkil edən sarı xəttin çöl tərəfindəpiyadanın üzü onunhərəkət zolağına doğru dayanmaqla qarşıda eyni istiqamətdə hərəkət edən avtomobillərə yol verməsini və bu səbəbdən də tam hərəkətsiz dayanmasını əvvəlcədən görüb piyadanın onun hərəkəti üçün heç bir təhlükə yaratmadığı qənaətinə gələrək,sürətini azaltmadan yoluna davam etmiş və piyada ilə avtomobilin arasındakı məsafə nəzərə alınmaqla qeyd edilir ki,, müdafiə tərəfinin göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3- 3,2 metr məsafə qət etməsi şəraitində piyadanın vurulma yeri zolaqları ayıran qırıq xəttin üzərində deyil, həmin yerdən sola doğru 0.8-1 metr məsafəəəəəəəəədə yerləşməli idi.Ona görə də müdafiə tərəfin göstərdiyi kimi təhlükə yaranan andan piyadanın vurulmaya kimi 3-3,2 metr məsafə qət etməsi real deyildir. Təqsirləndirilən şəxs istər ibtidai istintaqda, istərsə də, məhkəmədə dindirilərkən öz müdafiəsi üçün ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir, lakin cinayət işi üzrə hadisə yerinə baxış protokolu, özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi ekspertizasının və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri və digər materiallarla onun cinayət əməli sübuta yetirildiyindən məhkəmə hesab edir ki, onun ifadəsi özünümüdafiə xarakter daşıyır. Beləliklə, təqsirləndirilən şəxsin özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisi ifadəsi, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri və iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, məhz həmin maddə üzrə məhkəmə məsuliyyətinə verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxsna elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini yüngülləşdirən hal onun zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxsna cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun zərərçəkən tərəflə barışıq əldə etməsi kimi cəzasını yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halı, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-171819/2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BC 503741 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi OPEL ASTRA minik markalı 99VL590 qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 08(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs idarə etdiyi OPEL ASTRA minik markalı 99VL590 qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün ona qaytarılması nəzərə alınsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X19 idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar