Məhkəmə qərarları › İş №1(012)-134/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-134/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-134/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxsin Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakıilə xx.xx.1985-ci ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ev 121-də qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs evli və himayəsində azyaşlı uşaqları olmasına baxmayaraq qonşusu aşkar surətdə on altı yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onu özünə arvad edəcəyi barədə yalan vəd verib aldadaraq onunla sevgi münasibətlərində olmuş və xx.xx.2019-ci il tarixdə saat 04 radələrində onu yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evindən çıxarıb qaynatasına məxsus ünvan 1 25 nömrəli ünvanda yerləşən mənzilə apararaq xx.xx.2019-cu il tarixdə yataq otağında Zərərçəkmiş şəxs könüllü razılığına əsasən onunla təbii yolla cinsi əlaqədə olaraq bakirəliyini pozmuş və həmin tarixdən davamlı olaraq xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs ilə könüllü razılığa əsasən təbii və qeyi təbii yolla cinsi əlaqədə olmuş, xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində isə onu Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən ünvansız yarımtikili evlərin birinə aparıb orada yenidən könüllü razılığa əsasən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 7,62 mm kalibrli “SVD”, “Mosin”, karabinlərində, “PK” və “PKM” pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, 1971-ci ildə zavod üsulu ilə istehsal olunmuş 1(bir) ədəd 7,62x54 mm kalibrli pistonu tam, hermetikliyi pozulmamış, atəşə yararlı patronu əldə edərək şəxsi istifadəsi üçün əynində olan qara rəngli şalvarının sol cibinə qoyaraq üzərində daşıyıb və xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayon polis idarəsinə dəvət olunaraq idarənin növbətçi hissəsində üzərinə baxış keçirən zaman həmin 1(bir) ədəd 7,62x54 mm kalibrli atəşə yararlı yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan patron polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Nigargil onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs onların yaşadığı kənddə orta məktəbdə oxuyur. Onun Nigarla münasibəti həmişə normal olmuşdur. Zərərçəkmiş şəxs oxuduğu məktəbin yaxınlığında usta işləmiş, Nigar məktəbə gələrkən, Nigarı görmüş və Nigar barədə maraqlanmağa başlamışdır. Bundan sonra yaxınlaşıb Nigarla danışdıqda Nigar ona sosial şəbəkə olan “İnstaqram” da Nigara yazmasını demişdir. “İnstaqram” da Nigarla yazışmağa başlamışdır. Bir müddət keçdikdən sonra onların arasında olan söhbət sevgi məcrasına yönəlmişdir. Nigar ona mesaj yazaraq evdə heç kəsin olmadığını və evə gələ biləcəyini demişdir. Həmin vaxtlar Nigarla heç bir cinsi əlaqədə olmamışdır. Bundan sonra Nigarla birlikdə qərar vermişlər ki, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən qaynatasına məxsus evə qaçsınlar. xx xxxx 2019-cu il tarixdə saat 04 radələrində Nigar evdən çıxaraq onunla birlikdə ünvan 1 mənzil 25-də yerləşən qaynatasına məxsus mənzilinə getmişlər. Həmin gecə Nigarla cinsi əlaqədə olmamışdır. Lakin xx xxxxxx 2019-cu il tarixdə Nigarın öz istəyi ilə Nigarla cinsi əlaqədə olaraq Nigarın bakirəliyini pozmuşdur. Bundan sonra bir neçə gün Nigarla həmin yerdən cinsi əlaqədə olmuşdur. Daha sonra Nigarla bir neçə gündə Nigarın arxa nahiyyəsindən cinsi əlaqədə olmuşdur. Bütün bunların hamısı Nigarın öz istəyi ilə baş vermişdir. Onlar həmin evdə təxminən 10 gün qalmışlar. Bundan sonra Nigarla Sumqayıt şəhərində yerləşən parklarda yatmışlar. Bir müddət keçdikdən sonra eşitmişdir ki, Nigarın atası Nigarın evdən qaçması və itkin düşməsi barədə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Bundan sonra Nigara evə getməsini məsləhət gördükdə Nigarda ona “əgər sən istəsən gedək işlərivi qaydasına saldıqdan sonra yenə qayıdarıq” deyə bildirmişdir. Lakin Nigar və özü evə qayıtmağa cürət edə bilməmişlər. Onlar xx xxxxxxxx 2019-cu il tarixə qədər Sumqayıt şəhərində müxtəlif yerlərdə qaldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Nigarı Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən əvvəllər tanıdığı yarımtikili evə aparıb orada Nigarın razılığı ilə Nigarla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra isə evə qayıtmaq qərarına gəlmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə Nigarı yaşadığı Abşeron rarayonu, Hökməli qəsəbəsi, Nübar qəsəbəsinə gətirmiş və Nigara demişdir ki, “əgər evdən soruşan olsa ki, hara getmişdin? onda deyərsən ki, guya Seymur Məmmədov adlı oğlan səni qaçırmışdır” deyə bildirmişdir. Bundan sonra Nigar evə getmiş və onun dediklərini evdə demişdir. Sonra eşitmişdir ki, Nigar bütün olanlar barəsində atası Nərimana və anası Xəyaləyə danışmışdır. Bundan sonra eşitmişdir ki, Nigarın atası Nəriman onun Nigarla Sumqayıt şəhərində cinsi əlaqədə olması barədə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə onun mobil telefonuna zəng gəlmiş və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Könüllü olaraq Abşeron rayon polis idarəsinə gəlmişdir. Nigar onunla öz istəyi ilə Sumqayıt şəhərində cinsi əlaqədə olmuşdur. xx.xx.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən yolun kənarında gözünə balaca sellofana bükülmüş torba sataşmışdır. Həmin sellofan torbanı açıb içərisinə baxdıqda torbanın içərisində bir ədəd avtomat gülləsi və bir ədəd bıçaq görmüş və bıçaqla və gülləni torbadan çıxarıb əynində olan qara rəngli şalvarının sol cibimə qoymuşdur ki, güllənin içərisini boşaldıb sepə kulon kimi taxıb üstündə gəzdirsin, bıçağı da ağac kəsmək üçün istifadə etsin. xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayon polis idarəsinə gəldikdə yadından çıxmışdır ki, həmin güllə ilə bıçağı çıxarıb başqa yerə qoysun. Abşeron rayon polis idarəsinə gəlib növbətçi hissəyə girdikdə orada polis əməkdaşları onun üzərinə baxış keçirən zaman əynində olan qara rəngli şalvarının cibində olan bir ədəd avtomat gülləsini, bir ədəd bıçağı, ******* İran pulu, 15 Gürcü larisi 71 manat pul, 2 ədəd ev açarını və 1 ədəd “LG” markalı mobil telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı növbətçi hissədə akt tərtib olunmuş və özü akta imza atmışdır. Sorğu zamanı polis əməkdaşlarına həmin gülləni və bıçağı tapdığını demişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Oxuduğu məktəbə gedib gələrkən həmin ərazidə usta işləyən qonşusu Təqsirləndirilən şəxs ona baxmış və Rəşadın ondan xoşu gəldiyini hiss etmişdir. Rəşad hər dəfə məktəbə gedərkən yolda ona yaxınlaşmaq istəmiş, lakin heç vaxt yaxınlaşmamışdır. Bir müddət keçdikdən sonra, yəni 2019-cu ilin may ayının axırlarında onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun yaşadığı evin qapısını döymüş, qapını açaraq Rəşaddan nə lazım olduğunu soruşmuşdur. Rəşad isə ondan evdə adam olduğunu soruşduqda, Rəşada evdə heç kəsin olmadığını demişdir. Bundan sonra Rəşad ondan xoşu gəldiyini ona bildirmişdir. Rəşada “sənin yaşın məndən böyükdür” deyə bildirdikdə Rəşad da ona “nə olsun ki, mənim yaşım çoxdur mən səni sevirəm və səninlə ailə həyatı qurmaq istəyirəm” demişdir. Rəşadın bu sözləri onun ağlını başından almış və onun da Rəşada qarşı münasibəti oyanmışdır. Bir müddət Rəşad onunla telefon vasitəsi ilə danışmış və Rəşadla mesajlaşmışlar. Bir-birlərinə sevgi mesajları yazırmışlar. Daha sonra, yəni xx xxxx 2019-cu il tarixdə Rəşad ona “gecə saat 04 radələrində evdən çölə çıxarsan və səni özümlə birlikdə yaşamaq üçün Sumqayıt şəhərində babamın mənə verdiyi evə aparacam və səni orda özümə arvad kimi saxlayacam” bildirdikdə, Raşadla razılaşmışdır. Bundan sonra xx xxxx 2019-cu il tarixdə saat 04 radələrində evdən özünə aid paltarları bir sumkaya yığmış və anasının lotereya pulu olan puldan 300 manat pul götürərək evlərinin arxa pəncərəsindən tullanaraq Rəşadla birlikdə taksi ilə Sumqayıt şəhərinə getmişlər. Onlar Sumqayıt şəhərində Rəşadın ona dediyi kimi babasının evi olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsində olan mənzilə getmişlər. Həmin mənzildə heç kəs yaşamamışdır. Rəşad özü ilə gətirdiyi açar ilə qapını açaraq onu evə salmışdr. Həmin günü Rəşad onunla söhbət etmiş və onu öpməyə başlamışdır. Həmin günü Rəşadın israrı ilə bir yerdə yatmışlar, lakin heç bir cinsi əlaqədə olmamışlar. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Rəşad onu yatağa salaraq onunla cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. Bundan sonra Rəşad 2 gecə də onunla qabaq nahiyyəsindən cinsi əlaqədə olmuşdur. Lakin bundan sonra Rəşad hər dəfə onunla arxa nahiyyəsindən, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bir gün Sumqayıt şəhərində həmin evdə olarkən 2 nəfər tanımadığı şəxs Rəşadla birlikdə evə gəlmişlər və həmin şəxslərdən çox qorxmuşdur. Həmin şəxslər əsl cinayətkar aləmin üzvlərinə oxşamışdır. Həmin şəxslərin bütün bədənləri döymələrdən ibarət olmuşdur. Hətta onlar evdə olarkən bir cibindən beş barmağa oxşar alət və bıçaq çıxarmış, biri oğlan isə tapanca çıxardaraq onu qorxutmuşlar və Rəşada demişlər ki, “kimisə öldürmək lazım olsa öldürərik”. Həmin şəxslərdən çox qorxmuşdur. Bir müddət keçdikdən sonra onda olan 300 manat pul və Rəşadda miqdarını bilmədiyi pullar da qurtardıqdan sonra Rəşad artıq onu saxlaya bilməyəcəyini və ona görə də onu evinə aparacağını bildirmişdir. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə Rəşad onu Sumqayıt şəhərindən Abşeron rayonu, Masazır kəndinə gətirmişdir. Rəşadla həmin günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Masazır kəndində yarımçıq tikili bir yerə gəlmişlər və həmin yerdə Rəşadla yenə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Beləliklə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində Rəşad onu yaşadığı qəsəbəyə gətirmiş və ona evinə getməyini və bu olanlar barədə heç kəsə heçnə deməməsini bildirmişdir. Rəşaddan qorxaraq bu barədə bir müddət heç kəsə heç nə deməmişdir. Evə gəldikdə ona məlum olmuşdur ki, atası Nəriman onun yoxa çıxması ilə bağlı Abşeron rayon polis idarəsinə mənlumat vermişdir. Atası və anası ondan harda olduğunu soruşduqda Rəşadın ona yalan dediyi kimi yəni guya Seymur adlı şəxsin onu qaçırtdığını demişdir. Lakin bir müddət keçdikdən sonra özündə güc taparaq xx xxxxxxxx 2019-cu il tarixdə bütün olanlar barədə atasına və anasına danışmışdır. Atası da əsəbiləşərək bu barədə xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Nigarın 15 yaşı vardır. Həmişə ailəsinə diqqət yetirmiş və hər bir problemlərini çalışdığı qədər həll etmişdir. xx xxxx 2019-cu tarixdə özü və arvadı Qanuni nümayəndə yuxudan oyandıqda qızı Nigarın evdə olamdığını aşkar etmişlər. Arvadı ilə birlikdə Nigarın harda olmasını maraqlanmışlar, lakin tapa bilmədiklərinə görə həmin günü, yəni xx xxxx 2019-cu il tarixdə qızı Nigarın itməsi ilə bağlı Abşeron rayon polis idarəsinə müraciət etmişlər. Lakin qızını tapa bilməmişlər. Qızı Nigar evdən itkin düşdükdən təxminən 3-4 gün sonra qızı Nigar baldızı Gülşənin mobil telefonuna zəng vuraraq bir oğlana qoşularaq qaçdığını hər seyin qaydasında olduğunu bildirmiş və telefonu söndürmüşdür. Bundan sonra onlar nə qədər Nigarı axtarsalar da tapa bilməmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə onlar evdə olarkən qonşusu Təqsirləndirilən şəxs qızı Nigarı evə gətirmiş və tapdığını demişdir. Onlar da Rəşada öz minnətdarlığını bildirmişlər. Bundan sonra Abşeron rayon polis idarəsinə qızı Nigarın tapılması ilə bağlı rəsmi məlumat vermişlər. Özü və arvadı Xəyalə Nigardan harda olmasını soruşduqda, Nigar onlara Seymur adlı oğlanla qoşularaq qaçdığını və Seymur adlı oğlan ailə həyatı quracağı adı ilə onu aldatdığını bildirmişdir. Daha sonra arvadı Xəyalə qızı Nigarla söhbət etdikdən sonra ona yaxınlaşaraq qızın Seymur adlı şəxsin həqiqətdə Təqsirləndirilən şəxs Bəymməməd oğlu olduğunu və Rəşadın Nigarı aldadaraq Nigarla cinsi əlaqədə olmasını bildirmişdir. Bundan sonra Rəşadı axtarsa da onu tapa bilməmişdir. Ona görə də xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs az yaşlı qızı Nigarla cinsi əlaqədə olması ilə bağlı Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Onun Rəşadla birgə nikahdan 2 az yaşlı övladı olmuşdur. Rəşad onunla ailə həyatı qurmamışdan əvvəl məhkumluq həyatı yaşamışdır. Onun Rəşadla ailədə həmişə münasibətləri normal olmuşdur. Rəşad ustalıq edərək əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Rəşad hər gün işdən çıxaraq yaşadığı evə gəlmişdir. xx xxxx 2019-cu il tarixdə axşam radələrində Rəşadın mobil telefonuna zəng vuraraq harada olmasını soruşduqda, Rəşad ona atasıgildə olduğunu və bir neçə gün atasıgildə qalacağını demişdir. Hər dəfə Rəşadla əlaqə saxladıqda Rəşad ona atasıgildə ustalıq etdiyini bir neçə günə gələcəyini bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə evdə olarkən Abşeron rayon polis idarəsində onun mobil telefonuna zəng gəlmiş və əri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlandığını bildirmişdir. Abşeron rayon polis idarəsinə gəldikdə əri Rəşadın Zərərçəkmiş şəxs adlı az yaşlı qızla cinsi əlaqədə olduğuna görə tutulduğunu bilmişdir. Polis idarəsində eşitmişdir ki, əri Rəşad Zərərçəkmiş şəxs evlənəcəyi adı ilə xx xxxx 2019-cu il tarixdə yaşadığı evdən Sumqayıt şəhərində atasının evi olan 12-ci mikrorayonda yerləşən mənzilə apararaq orada cinsi əlaqədə olmuş, daha sonra isə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Maszır kəndinə gətirərək orada da Nigarla cinsi əlqaədə olduqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə Nigarı yaşadığı qəsəbəyə gətirmişdir. Atasının Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən evinin açarı onda və Rəşad da olmuş, özü və Rəşad istədikləri vaxt həmin evə gedib gələ bilmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93-də yerləşən fərdi evdə ailəsi ilə birlidə yaşayır. Zərərçəkmiş şəxs onun bacısı Xəyalənin qızıdır. xx xxxx 2019-cu il tarixdə o, bacısı Xəyalədən eşitmişdir ki, “qızı Nigar itkin düşmüşdür”. Bacısı və əri Nəriman qızları Nigarın itkin düşməsi barədə Abşeron rayon polis idarəsinə müraciət etmişlər. Həmin gündən təxminən 3-4 gün sonra Nigar onun işlətdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq Seymur adlı oğlanla qoşularaq qaçdığını və hər şeyin qaydasında olduğunu bildirdikdən sonra telefonu söndürmüşdür. Daha sonra o, bu barədə bacısı Xəyaləyə demişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Nigarı tapılmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Nigarı onun da tanıdığı Təqsirləndirilən şəxs evə gətirmiş və tapdığını demişdir. Bundan sonra hamılıqla onlar Rəşada öz minnətdarlığını bildirmişlər. Bundan sonra Nəriman Abşeron rayon polis idarəsinə qızı Nigarın tapılması ilə bağlı rəsmi məlumat vermişdir. Daha sonra bacısı Xəyalə qızı Nigardan harda olmasını soruşmuş Nigar da Seymur adlı oğlanla qoşularaq qaçdığını və onula ailə həyatı quracağı adı ilə onu aldatdığını bildirmişdir. Bir müddətdən sonra Nigar həmin Seymur adlı şəxsin həqiqətdə qonşuları Təqsirləndirilən şəxs olduğunu və Rəşadın Nigarı aldadaraq Nigarla cinsi əlaqədə olmasını bildirdirmişdir. Ona görə də Nəriman xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs az yaşlı qızımız Nigarla cinsi əlaqədə olması ilə bağlı Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin məsul növbətçisi vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində işdə növbədə olduğu zaman adının sonradan xx.xx.1985-ci ildə Xanlar şəhərində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs polis əməkdaşları tərəfindən Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə gətirlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “onun barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır”. Növbətçi hissədə o, köməkçiləri polis serjantları Telman Sultanov və Asif Nəbili ilə bir yerdə növbətçi hissəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rngli şalvarının sağ cibindən 16 ədəd 100.000-lik, 2 ədəd 500.000-lik, 1 ədəd 10.000-lik, 1 ədəd 50.000-lik İran İslam Respublikasının milli valyutası realı, 3 ədəd 5-lik Gürcü larisi, 71 Azərbaycan manat pul, həmin şalvarın sol cibindən 1 ədəd 7,62 mm kalibrli patron,1 ədəd açılıb bağlanan bıçaq və 2 ədəd ev açarı, arxa cibindən isə 1 ədəd “LG” markalı mobil telefon aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “1 ədəd 7,62 mm kalibrli patronu və 1 ədəd açılıb bağlanan bıçağı xx.xx.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən yoln kənarından tapmışdır”. Bu barədə akt tərtib etmiş, onun Təqsirləndirilən şəxs, köməkçiləri polis serjantları Telman Sultanov və Asif Nəbili tərəfindən həmin akt imzalanmışdır. Sonra isə polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs götürülmüş həmin götürülmüş 16 ədəd 100.000-lik, 2 ədəd 500.000lik, 1 ədəd 10.000-lik, 1 ədəd 50.000-lik İran İslam Respublikasının realı, 3 ədəd 5-lik Gürcü larisi, 71 Azərbaycan manat pul, 1 ədəd 7,62 mm kalibrli patron,1 ədəd açılıb bağlanan bıçaq, 2 ədəd ev açarı və 1 ədəd “LG” markalı mobil telefon tərəfindən qablaşdırılaraq aidiyyəti üzrə istintaq şöbəsinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 551saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəninin səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edir. İş üzrə keçirilmiş kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 25791 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. İş üzrə keçirilmiş kompleks məhkəmə-soyuq silah və məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24613/14 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan 1 (bir) ədəd 7.62 kalibirli “SVD”, “Mosin”, karabinlərinə, “PK” və “PKM” pulemyotlarına uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan 1971-ci ildə zavod üsulu ilə istehsal olunmuş 1(bir) ədəd 7,62x54 mm kalibrli patrondur pistonu tamdır, hermetikliyi pozulmamışdır, döyüş sursatıdır, atəşə yararlıdır, üzərindəki, səthi sıyrıq izləri xüsusi əlamətlərə malik olmadığından patronun konkret silahın sandıqçasına yerləşdirilməsini müəyyən etmək mümkün olmamışdır.

2. Tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçğıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə dəyişikliklər edilməmişdir. xx.xx.2019-cu il tarixli tutma protokolundan görünürki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd 7.62 mm kalibrli patron və 1 (bir) ədəd bıçağı maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 152.1 və 228.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1 (bir) ədəd 7.62 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə 135 (yüz otuz beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1 (bir) ədəd 7.62 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə 135 (yüz otuz beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar