Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-134/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 Mənaf oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi5 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Əfəndiyev küçəsində yaşayan, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.1, 128 və 315-ci maddələri ilə, və xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Əfəndiyev küçəsində yaşayan, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 “Covid-19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 mart 2020-ci il tarixli “xüsusi karantin rejiminin tədbiq edilməsi barədə” qərarına, bundan əlavə 21.06.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il saat 06:00-dək olan vaxt ərzində Azərbaycan Respublikası Nazirlər X2 Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində “xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qəbul etdiyi 19.06.2020-ci il tarixli qərarına əsasən, karantin dövründə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə əvvəlcədən müəyyən edilmiş 8103 nömrəsinə SMS göndərərək yalnız müvafiq cavab aldıqdan sonra yaşayış yerini və olduğu yeri tərk etməli olduğu halda, xəstəliyin yayılmasının qarşısının alınamasına yönələn qeyd olunan tələblərə əməl etməyib, epidemiyanın yayılması əlehinə qəbul edilmiş karantin rejimi qaydalarını kobud şəkildə qəsdən pozaraq, 26.06.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Rahat” marketin qarşısında piyada hərəkətdə olarkən müvafiq SMS icazəsinin olub-olmamasını yoxlamaq üçün ona yaxınlaşmış, həmin ərazidə xidmət aparan Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi, polis kapitanı Şahid2 və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu Şahid3 qanuni tələblərinə məhəl qoymayaraq, hakimiyyət nümayəndəsinə tabesizlik göstərmiş qardaşı Təqsirləndirilən şəxs1 şəxsiyyətini və SMS icazəsinin olub-olmamasını müəyyən etmək məqsədilə Mehdiabad PB-nə dəvət etmək üçün birgə yaşadıqları Mehdiabad qəsəbəsi İ.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş polis əməkdaşlarını qarşılamağa çıxaraq, qardaşı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına tabesizlik göstərdiyindən Mehdiabad polis bölməsinə dəvət edilərək aparılmasının qarşısını almaq niyyəti ilə polis əməkdaşları ilə mübahisə edərək, bu zaman xidməti vəzifələrini yerinə yetirən Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis kapitanı Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla iki dəfə zərbə vurmaqla sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol göz ətrafı yumşaq toxumalarının sol üst və alt göz qapaqlarına, sol gözaltı nahiyə də əhatə olunmaqla qançır-şişkinliyi, sol yanaq nahiyəsinin selikli qişasının əzilmiş yarası kimi xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra hərəkətlərini davam etdirib, yaşadıqları evin həyətinə giriş darvazasından çölə çıxan qardaşı Təqsirləndirilən şəxs1lə əlbir olaraq bir qrup şəxs halında, Təqsirləndirilən şəxs1 əlindəki dəmir linglə, xidməti vəzifələrini yerinə yetirən Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 qarşı zor göstərərək sol əlindən qəsdən vurub sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid sol əlin V barmağının əsas falanqasının qapalı, yerdəyişən sınığı xəsarəti yetirdikdən sonra, o, yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən zərbə vurmaqla sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, burun və sol gözaltı nahiyyələrinin qançırları, sol yanağın iç səthinin əzilmiş cırılmış yarası kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığına az ağır zərər vurmuş, habelə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs1 “Covid-19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli, “xüsusi karantin rejiminin tədbiq edilməsi barədə” qərarına, bundan əlavə 21.06.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il saat 06:00-dək olan müddət ərzində Azərbaycan Respublikası Nazirlər X2 Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində “xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qəbul etdiyi 19.06.2020-ci il tarixli qərarına əsasən, karantin dövründə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə əvvəlcədən müəyyən edilmiş 8103 nömrəsinə SMS göndərərək yalnız müvafiq cavab aldıqdan sonra yaşayış yerini və olduğu yeri tərk etməli olduğu halda xəstəliyin yayılmasının qarşısının alınmasına yönələn qeyd olunan tələblərə əməl etməyib, epidemiyanın yayılması əlehinə qəbul edilmiş karantin rejimi qaydalarını kobud şəkildə qəsdən pozaraq, 26.06.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Rahat” marketin qarşısında piyada hərəkətdə olarkən müvafiq SMS icazəsinin olub-olmamasını yoxlamaq üçün ona yaxınlaşmış həmin ərazidə xidmət aparan Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi, polis kapitanı Şahid2 və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu Şahid3 qanuni tələblərini rədd edərək, onlarla mübahisə edib, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə nümayişkəranə məhəl qoymadan, onların ünvanına ucadan küçə söyüşləri söyərək yoluna davam etmiş, həmin vaxt, hakimiyyət nümayəndəsinə tabesizlik göstərdiyi üçün şəxsiyyətinin və SMS icazəsinin olubolmamasını müəyyən etmək məqsədilə Mehdiabad polis bölməsinə dəvət etmək üçün Mehdiabad qəsəbəsi İ.Əliyev küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş polis əməkdaşları ilə onları qarşılamağa çıxmış qardaşı Təqsirləndirilən şəxs2, onun polis əməkdaşlarına tabesizlik göstərdiyindən Mehdiabad polis bölməsinə dəvət edilərək aparılmasının qarşısını almaq niyyəti ilə mübahisə etdiyini görüb, yaşadığı evin həyətinə giriş darvazasından çölə çıxıb, qardaşı Təqsirləndirilən şəxs2lə əlbir olaraq bir qrup şəxs halında, əlindəki dəmir linglə, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri Zərərçəkmiş şəxs2 qarşı zor göstərməklə sol əlindən qəsdən vurub sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid sol əlin V barmağının əsas falanqasının qapalı, yerdəyişən sınığı kimi xəsarət yetirdikdən sonra, qardaşı Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən zərbə vuraraq sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, burun və sol gözaltı nahiyələrinin qançırları, sol yanağın iç səthinin əzilmiş cırılmış yarası kimi xəsarətlər yetirmiş, həmin hərəkəti ilə o, Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığına az ağır zərər vurmuş, habelə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 26.06.2020-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi İlyas Əfəndiyev küçəsindəki evlərində olduğu vaxt kiçik qardaşı Burxan nişanlısı ilə birlikdə Mehdiabad qəsəbəsindəki mağazadan evlərinə gəlmişdir. Anası Rahilə həmin vaxt Burxangildən nə baş verdiyini soruşduqda sonuncu evə gələrkən yolda polis əməkdaşlarının karantin rejimi ilə əlaqədar onu tibbi maska taxmadığına görə saxladığını və bu səbəbdən polislərlə mübahisə etdiyini bildirmişdir. Bu vaxt yaşadıqları evin həyətinə giriş darvazası möhkəm döyülmüş və o, darvazadan çölə çıxaraq, polis, hərbi və mülki geyimli bir neçə şəxsin küçədə dayandıqlarını görmüşdür. Həmin şəxslərdən nə baş verdiyini soruşduqda, sonradan adının Dəyanət olduğunu bildiyi şəxs irəli gələrək xidməti vəsiqəsini göstərib özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və ondan onlarla birlikdə Mehdiabad PB-nə getməyi tələb etmişdir. Bu vaxt sonradan adının Cəfər olduğunu bildiyi polis əməkdaşı Dəyanətə axtardıqları adamın o, olmadığını dediyi üçün Dəyanət həyətə giriş qapısına tərəf gedib, digər polis əməkdaşlarına “girib Burxanı götürün polis bölməsinə aparaq” demiş, o isə Dəyanətin və digərlərinin qarşısını kəsərək, həyətə daxil olub Burxanı aparmalarına mane olmuşdur. Dəyanət onu itələyib həyətə daxil olmaq istədikdə anası Rahilə küçəyə çıxıb, polis əməkdaşlarına onun atası gəldikdə sonra Burxanı polis bölməsinə gətirəcəyini bildirsə də, polis əməkdaşları yenə də, həyətə daxil olmaq istəmişlər. Bu zaman o, anası Rahilənin yerə yıxıldığını görüb, qəzəblənərək yumruqla Dəyanətin sifətinə zərbə vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Digər polis əməkdaşları isə onun üzərinə gələrərək avtomobilə mindirməyə çalışdıqları vaxt kiçik qardaşı Burxan həyətdən çölə çıxaraq, sonradan adının Taleh olduğunu bildiyi mülki geyimli şəxsi yumruq və təpiklə vurmağa başlamışdır. Daha sonra isə polis əməkdaşları avtomobillərə minərək oradan uzaqlaşmışlar. Hadisə vaxtı özü və qardaşı heç bir xəsarət almamış, anası Rahilə isə yerə yıxılsa da, sonuncunun xəsarət alıb-almadığını görməmişdir. Özü məhz anası Rahilənin yerə yıxıldığını görüb qəzəbləndiyi üçün polis əməkdaşı Dəyanəti yumruqla vurmuşdur. Törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərlə üzür istəyib barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Bəysafa Əliyevin ifadəsində göstərilənlərə oxşar məzmunlu ifadə verərək, hazırda törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 26.06.2020-ci il tarixdə saat təxminən 18 radələrində Mehdiabad PB-nin rəis müavini Xəqani Bəhramovun xidməti otağında olduğu vaxt bölmənin əməliyyat müvəkkili Şahid1 gələrək, bölmənin yaxınlığında vətəndaş tərəfindən tabesizlik göstərildiyini, həmin şəxsin anasının onun üz nahiyəsindən sillə zərbəsi vurduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 və sürücü polis nəfəri Zərərçəkmiş şəxs2 ilə birlikdə Turalın göstərdiyi ünvana, yəni Mehdiabad qəsəbəsi İ.Əfəndiyev küçəsinə getmişlər. Ora çatdıqda polis sahə rəisi Şahid2 avtomobilini görüb, avtomobildən düşmüşlər. Bundan sonra Cəfər onlara, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi tabesizlik göstərən şəxsin yaşadığı evin həyətinə giriş darvazasını göstərmişdir. Yaxınlaşaraq qapını döymüş və sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs qapını açaraq darvazadan çölə çıxmışdır. Özünü Təqsirləndirilən şəxs2 təqdim edib, xidməti vəsiqəsini göstərərək, sonuncunun Mehdiabad PB-nə getməli olduğunu bildirmişdir. Əvvəlcə elə bilmişdir ki, tabesizlik göstərən Bəysəfadır. Həmin vaxt məlum olmuşdur ki, müqavimət göstərən Bəysəfanın qardaşı Təqsirləndirilən şəxs1dir. Bəysəfadan qardaşını çağırmasını istədikdə, sonuncu kinayəli şəkildə “mənim üçün fərqi yoxdur, qardaşımı çağırmıram, nə söhbətiniz var, mənimlə edin” deyə cavab vermiş və əlqol hərəkətləri ilə onlardan getmələrini tələb etmişdir. Həmin vaxt, sonradan Bəysəfanın anası olduğunu bildiyi qadın darvazadan çölə çıxıb onun üzərinə gələrək Bəysəfa ilə onun arasına girmişdir. Özü isə Bəysəfanın anasına oğlunun tabesizlik göstərdiyi üçün polis bölməsinə getməli olduğunu bildirmiş, sonucu isə səs-küy salmağa başlamışdır. Anasının səs-küy saldığını görüb, Təqsirləndirilən şəxs2 qolundan tutub, qardaşının Mehdiabad polis bölməsinə getməli olduğunu bir daha bildirmişdir. Lakin sonuncunun onun qanuni tələbinə məhəl qoymadığını, anasının isə səs-küy saldığını görüb, bir qədər aralanaraq, rəhbərliyə məlumat vermək məqsədilə avtomobilində olan mobil telefonumu götürmək üçün Tural və digər polis əməkdaşları dayandığı istiqamətdə tərəf dönmək istədikdə, Bəysəfa anidən onun sifət nahiyəsindən yumruq zərbəsi vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Lakin yıxıldığı yerdən qalxdıqda, Bəysəfanın Zərərçəkmiş şəxs2 üzərinə hücum etdiyini görüb, onlara tərəf gəldikdə Bəysəfa onun sifət nahiyyəsindən daha bir yumruq zərbəsi vurmuş və zərbənin təsirindən o, arxa-arxaya gedərək avtomobilinə dəymişdir. Bunu görən Cəfərlə Taleh isə Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışmışlar. Elə bu vaxt Bəysəfanın anası Cəfərlə Talehin üzərinə cumub, onları dartışdırmağa başlamış və anidən Bəysəfanın qardaşı Təqsirləndirilən şəxs1 darvazadan çölə çıxıb, əlindəki dəmir linglə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vurmaq istəmişdir. Lakin Taleh özünü müdafiə etmək üçün əlini yuxarı doğru qaldırdığından zərbə sonuncunun başından deyil, əlindən dəymişdir. Taleh dəmir lingi Təqsirləndirilən şəxs1 əlindən alaraq yerə atmışdır. Bu vaxt Bəysəfa ilə Burxanın anası və Burxanın ardınca həyətdən çıxan iki qadın Talehin üzərinə cumub onu tutmuşlar və bundan istifadə edən Təqsirləndirilən şəxs2 yumruqla Talehin sifət nahiyəsindən zərbə vurmuşdur. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 Talehi vurduqları vaxt Şahid1 ona avtomobilinə minməsində köməklik etmişdir. Tural onu avtomobilə mindirdiyi vaxt bölmə rəisinin müavini Xəqani Bəhramova zəng edib, hadisə barədə məlumat verərək, bölməyə qayıtdıqlarını bildirmişdir. Daha sonra Tural və Taleh də, onun avtomobilinə minərək Mehdiabad PB-nə qayıtmışdır. Avtomobilə mindikdən sonra özü Zərərçəkmiş şəxs2 burnunun qırıldığını, burnundan qan axdığını görmüşdür. Mehdiabad PB-nə qayıtdıqdan sonra hadisə barədə rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 bölməyə gətirilməsi üçün əlavə qüvvə göndərilmişdir. Bu vaxt özü və digər polis əməkdaşları Burxanla, Bəysəfanın yaşadıqları evə gedib qapını döysələrdə açan olmamışdır. Həmin vaxt oradakı qonşulardan biri onlara avtomobillə gələn şəxslərin Bəysəfa ilə Burxanın atası olduğunu bildirmişdir. Əvvəllər həmin ərazidə sahə rəisi işlədiyi üçün həmin şəxsi tanıyaraq, Burxanla, Bəysəfanın atası olduğunu bilmiş və sonuncuya hadisə barəsində məlumat vermişlər. Bundan sonra Burxanla Bəysəfanın atası öz avtomobili ilə Mehdiabad polis bölməsinə gəlmişdir. Sonuncu bölmədə olduğu vaxt isə zəng edərək, Burxanla, Bəysəfanı çağırmış, əvvəlcə Bəysəfa, sonra isə Burxan bölməyə gəlmişlər. Hadisə zamanı orada ondan başqa polis əməkdaşları Zərərçəkmiş şəxs2, Şahid1, Şahid2 və müddətdən artıq hərbi qulluqçu Şahid3 olmuşdur. Cəfər onlara stasionar postda FHN-nin əməkdaşları ilə birlikdə xidmət apardığını, Təqsirləndirilən şəxs1 tabesizlik göstərərkən orada FHN-nin əməkdaşlarınında olduğunu desə də, hadisə zamanı FHN-nin əməkdaşları orada olmamış, hadisənin şahidi olmamışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs2 yumruqla onun sifət nahiyyəsindən iki dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Zərbənin təsirindən gözündə qansızma, göz ətrafı nahiyyəsində isə qançırlar əmələ gəlmişdir, həmçinin Zərərçəkmiş şəxs2 da, xəsarət almış, sonuncunun burnu və barmağı sınmışdır. Hadisə Burxangilin yaşadıqları evin həyətinə giriş qapısının qarşısında, qapıdan bir qədər aralıda, çöldə olmuşdur. Hadisə zamanı polis əməkdaşları evin həyətinə girməmiş, ümumiyyətlə evin həyətində mübahisə olmamışdır. Hadisə tərminən 10 dəqiqə ərzində davam etmişdir, hər şey anidən baş vermişdir. Hadisə vaxtı evdə olan bir neçə qadında orada olub, mübahisədə iştirak etmişlər. Hadisə zamanı o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və oradakı üç qadına heç bir fiziki zor tətbiq edilməmiş, xəsarət yetirilməmişdir. Hazırda təqsirləndirilən şəxs ondan üzür istəyib, barışmışdır, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sürücü polis nəfəri Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26.06.2020-ci il tarixdə saat təxminən 18 radələrində bölmənin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Zərərçəkmiş şəxs1 və əməliyyat müvəkkili Şahid1 ona Mehdiabad qəsəbəsi ərazisində vətəndaş tərəfindən tabesizlik göstərildiyini deyərək, həmin ünvana getməli olduqlarını bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid1, Turalın göstərdiyi ünvana, yəni Mediabad qəsəbəsi İlyas Əfəndiyev küçəsinə getmişlər. Avtomobildən düşüb, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin yaşadığı evin həyətinə giriş darvazasına yaxınlaşmışlar. Burxanın həmin evdə yaşadığını Cəfər onlara demişdir. Dha sonra Zərərçəkmiş şəxs1 qapını döymüş və sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs darvazadan çölə çıxmışdır. Zərərçəkmiş şəxs1 Bəysəfaya xidməti vəsiqəsini göstərib özünü təqdim etmişdir. Onlar əvvəlcə, tabesizlik göstərənin Bəysəfa olduğunu düşündükləri üçün, Dəyanət sonuncunu PB-nə dəvət etmişdir. Bu vaxt məlum olmuşdur ki, tabesizlik göstərən Bəysəfanın qardaşı Təqsirləndirilən şəxs1dir. Dəyanət Bəysəfadan qardaşını çağırmasını tələb etdikdə, Bəysəfa kinayəli şəkildə qardaşını çağırmayacağını bildirib “nə söhbətiniz varsa mənimlə edin” deyə cavab verərək, əl-qol hərəkətləri ilə onlardan getmələrini tələb etmişdir. Həmin vaxt, sonradan Bəysəfanın anası olduğunu bildiyi qadın darvazadan çölə çıxıb Dəyanətin üzərinə hücum çəkərək, onların arasına girmiş və Dəyanətə əl qol atmağa başlamışdır. Qadının hay-küy saldığını görən Dəyanət aralanmaq üçün onlara tərəf gəlmək istədikdə Bəysəfa anidən Dəyanətin sifət nahiyəsindən yumruq zərbəsi vurmuş və zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Bu vaxt Bəysəfa onun üzərinə yeriməyə başlamış, Dəyanət isə yıxıldığı yerdən qalxmışdır. Elə həmin vaxt Bəysəfa Dəyanətin sifət nahiyəsindən daha bir yumruq zərbəsi vurmuşdur. Bunu görən o və Cəfər isə dərhal Bəysəfanın üzərinə gedərək sonuncunun qollarından tutmuşlar ki, Dəyanəti yenidən vurmasın. Onlar Bəysəfanı tutduqları vaxt sonuncunun anası üzərlərinə gələrək oğlunu buraxmaları üçün onlara cırmaq atmağa, paltarlarını dartışdırmağa başlamışdır. Elə bu vaxt həyətdən çıxan Təqsirləndirilən şəxs1 əlindəki dəmir linglə onun başından zərbə vurmaq istəmiş, lakin o, özünü müdafiə edərək zərbənin qarşısına almaq məqsədilə əlini yuxarı doğru qaldırdığı üçün zərbə əlinə dəymişdir. Bundan sonra özü, dəmir lingi Burxanın əlindən almağa çalışdığı vaxt, sonuncunn anası və Burxanın arxasınca həyətdə çıxan iki nəfər tanımadığı qadın üzərinə gələrək, ona əl-qol atsalar da, o, dəmir lingi Burxanın əlindən alıb yerə tullaya bilmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs2 yumruqla sifət nahiyəsindən zərbə vurmuş və zərbənin təsirindən burnu qanamışdır. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 onlara qarşı fiziki güc göstərməklə müqavimət etdiklərini görüb Mehdiabad PB-nə qayıtmışlar. Hadisə zamanı orada ondan başqa polis əməkdaşları Zərərçəkmiş şəxs1, Şahid1, Şahid2 və müddətdən artıq hərbi qulluqçu Şahid3 olmuşdur. Cəfər onlara stasionar postda FHN-nin əməkdaşları ilə birlikdə xidmət apardığını, Təqsirləndirilən şəxs1 tabesizlik göstərərkən orada FHN-nin əməkdaşlarınında olduğunu desə də, hadisə zamanı FHN-nin əməkdaşları orada olmamış, hadisənin şahidi olmamışlar. Hadisə zamanı onu əvvəlcə Təqsirləndirilən şəxs1 dəmir linglə, daha sonra isə Təqsirləndirilən şəxs2 yumruqla vurmuş, nəticədə zərbələrin təsirindən sol əlinin V barmağı və burnu sınmışdır. Hadisə Burxangilin yaşadıqları evin həyətinə giriş qapısının qarşısında, qapıdan bir qədər aralıda, çöldə olmuşdur. Hadisə zamanı polis əməkdaşları evin həyətinə girməmiş, ümumiyyətlə evin həyətində mübahisə olmamışdır. Hadisə tərminən 10 dəqiqə ərzində davam etmiş, hər şey anidən baş vermişdir. Hadisə vaxtı evdə olan bir neçə qadında orada olub, mübahisədə iştirak etmişlər. Hadisə qısa zaman ərzində baş verdiyindən və elə də, çox səs-küy olmadığından kənar şəxslər ora toplaşmamışdır. Hazırda təqsirləndirilən şəxs ondan üzür istəyib, barışmışdır, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən “Covid 19” pandemiyası ilə bağlı 21.06.2020-ci il tarixdə saat 00:00-dan 05.07.2020-ci il saat 06:00dək elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ərazidə xidmət apararaq qapalı məkanlarda vətəndaşların maska taxmasına nəzarət edərək vətəndaşların küçəyə çıxmağa icazəsi olub olmamasını yoxlamışdır. 26.06.2020-ci il tarixdə saat təxminən 17-18 radələrində polis sahə rəisi Şahid2 və FHN-nin əməkdaşları ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində xidmət aparan zaman “Rahat” marketdən çıxan biri qadın biri kişi olmaqla iki nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini görüb Şahid2la birlikdə onlara yaxınlaşaraq, özlərini təqdim edib qapalı məkanlarda tibbi maskadan istifadə etməyin məcburi olduğunu izah etmiş və həmin şəxslərdən evdən çıxmağa icazələri olub-olmamasını soruşmuşlar. Bu zaman sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs kobudluq edərək, onlara icazəsinin olduğunu bildirib, əli ilə işarə edərək “get işinlə məşğul ol” demişdir. Şahid2la o, Təqsirləndirilən şəxs1 sms icazəsini göstərməsini tələb etdikdə sonuncu yoluna davam edərək onun və Şahid2 ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Təqsirləndirilən şəxs1 nizam-intizama təvət etsələr də, sonuncu onların qanuni tələbinə məhəl qoymayaraq öz yoluna davam etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 kobudluq etdiyini, onları nalayiq sözlər təhqir etdiyini görüb, şəxsiyyətinin və sms icazəsinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncunu Mehdiabad PB-nə dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs1 polis bölməsinə gəlməkdən qəti imtina edərək, onları söyüb yoluna davam etmişdir. Bundan sonra o və Şahid2 Təqsirləndirilən şəxs1 tabesizlik göstərdiyi üçün bölməyə aparmaq istədikdə, sonuncu oradan keçən vətəndaşların köməkliyi və müdaxiləsi ilə uzaqlaşaraq yanındaki xanımla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki Əfəndiyev küçəsi istiqamətində getmişdir. O isə Şahid2la birlikdə, şəxsiyyətini və yaşadadığı ünvanı müəyyən etmək üçün sonuncunun arxasınca getmişdir. Bu vaxt Şahid2 Mehdiabad polis bölməsinə məlumat vermiş və bir neçə dəqiqə sonra əməliyyat müvəkkili Şahid1 onlara köməyə gəlmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 yaxınlaşıb polis bölməsinə getməli olduğunu bildirmiş, lakin sonuncu bir daha tabesizlik göstərək, kinayəli şəkildə getməyəcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs1 bölməyə gətirmək üçün avtomobilə mindirməyə çalışdıqda, sonuncu yenidən onları nalayiq sözlərlə söymüş və anidən yaxınlaşan bir qadın Şahid1 sifətinə sillə zərbəsi vurmuşdur. O, sonradan həmin qadının Təqsirləndirilən şəxs1 anası olduğunu bilmişdir. Bundan sonra Tural Mehdibad polis bölməsinə gedib məlumat vermiş və polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə onların yanına qayıtmışdır. Zərərçəkmiş şəxs1 evin həyətinə giriş darvazasını döymüş və Burxanın qardaşı, sonradan adının Bəysəfa olduğunu bildiyi şəxs darvazanı açaraq çölə çıxmışdır. Dəyanət Təqsirləndirilən şəxs2 xidməti vəsiqəsini göstərək, özünü təqdim etmişdir. Dəyanət əvvəlcə elə bilmişdir ki, tabesizlik göstərən Bəysəfadır, lakin Şahid2 Dəyanətə tabesizlik göstərənin Bəysəfa olmadığını demişdir. Zərərçəkmiş şəxs1 Bəysəfaya qardaşı Burxanın polis əməkdaşının və hərbi qulluqçunun ünvanına nalayiq sözlər işlətdiyini, polisin qanuni tələbinə tabe olmadığını bildirmişdir. Elə bu vaxt Bəysəfanın anası hay-küy sala-sala Dəyanətlə Bəysəfanın arasına girmiş və oğlunun polis bölməsinə getməli olduğunu eşidib, anidən halı pisləşmişdir. Qadının araya girdiyini görən Dəyanət onlara tərəf gəlmək istədikdə Bəysəfa anidən Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Dəyanət yerə yıxılmışdır. Həmin vaxt onlar Bəysəfaya mane olmağa çalışaraq, sonuncunu tutub saxlamışlar ki, Dəyanəti yenidən vura bilməsin. Elə həmin vaxt Bəysəfanın qardaşı Burxan darvazadan çölə çıxmış və əlindəki dəmir linglə Zərərçəkmiş şəxs2 başından zərbə vurmaq istəmişdir. Lakin Taleh əlini yuxarı doğru qaldırdığı üçün zərbə əlinə dəymişdir. Taleh Burxanın əlindən dəmir lingi almağa çalışdığı vaxt Burxanın arxasınca isə daha iki qadın gələrək, onların üzərinə hücum etmişlər. Elə bu vaxt Bəysəfa yumruqla Talehin sifətindən zərbə vurmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşmaqda məqsəd sonuncunun evdən çıxmaq üçün sms icazəsinin olub-olmamasını yoxlamaq olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 onları söyərək, qanuni tələblərinə tabe olmamışdır. Hadisə zamanı özü və oradakı polis əməkdaşları heç kimi vurub, xəsarət yetirməmişlər. Hadisə Burxangilin yaşadıqları evin həyətinə giriş qapısının qarşısında, qapıdan bir qədər aralıda, çöldə olmuşdur. Hadisə zamanı onlar evin həyətinə girməmiş, həyətdə mübahisə olmamışdır. Hadisə tərminən 10 dəqiqə ərzində davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-də sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən “Covid 19” pandemiyası ilə bağlı 21.06.2020-ci il tarixdə saat 00:00-dan 05.07.2020-ci il saat 06:00-dək elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ərazidə xidmət apararaq qapalı məkanlarda vətəndaşların maska taxmasına nəzarət edərək vətəndaşların küçəyə çıxmağa icazəsi olub olmamasını yoxlamışdır. 26.06.2020-ci il tarixdə saat 17:30 radələrində DİN-nin müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçusu Şahid3, FHN əməkdaşları Bəxtiyar Kərimov, Baxış Rəşidov və X8 rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində xidmət aparan zaman “Rahat” marketdən çıxan biri qadın biri kişi olmaqla iki nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini görüb Şahid3la birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək qapalı məkanlarda tibbi maskadan istifadə etməyin məcburi olduğunu izah etmiş və evdən çıxmağa icazələri olubolmamalarını soruşmuşlar. Bu zaman sonradan şəxsiyyəti məlum olan 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 kobudluq edərək, “ə var, icazə almışam, yeri get işinlə məşğul ol” kimi cavablar vermişdir. Sonuncudan sms icazəsini göstərməsini tələb etdikdə isə, yoluna davam edərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin Təqsirləndirilən şəxs1 polis bölməsinə gəlməkdən qəti imtina edərək, onları söyüb yoluna davam etmişdir. Bundan sonra o və Şahid3 Təqsirləndirilən şəxs1 tabesizlik göstərdiyi üçün bölməyə aparmaq istədikdə, sonuncu oradan keçən vətəndaşların köməkliyi və müdaxiləsi ilə uzaqlaşaraq yanındaki xanımla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki İ.Əfəndiyev küçəsi istiqamətində getmişdir. O isə Şahid2la birlikdə, şəxsiyyətini və yaşadadığı ünvanı müəyyən etmək üçün sonuncunun arxasınca getmişdir. Həmin vaxt o, Mehdiabad PB-nin növbətçi hissəsinə zəng edib, kömək istəmiş və bir neçə dəqiqədən sonra əməliyyat müvəkkili polis kapitanı Şahid1 onların olduğu yerə gəlmişdir. O, Şahid1 Təqsirləndirilən şəxs1 göstərərək sonuncunun onun və hərbi qulluqçu Şahid3 ünvanına nalayiq sözlər işlədiyini deyib, polisin qanunu tələbinə tabe olmadığı üçün həmin şəxsi polis bölməsinə aparmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 arxasınca gedib sonuncuya yaxınlaşmışlar, Tural Burxana özünü təqdim edib, qolundan tutaraq polis bölməsinə getməli olduğunu bildirmiş, Burxan isə cavabında yanındakı qadını evə ötürdükdən sonra bölməyə gələcəyini demişdir. Elə bu vaxt Tural Burxanın qolunu buraxıb, ona tərəf gəlmək istədikdə sonradan Burxanın anası olduğunu bildiyi qadın Turalın sifət nahiyyəsindən sillə zərbəsi vurmuş və o, araya girib qadını sakitləşdirmişdir. Tural isə qadına öz iradını bildirib, hadisə barədə məruzə etmək üçün bölməyə qayıtmış, o isə Burxangilin arxasınca getsə də, sonuncunu gözdən itirmişdir. Oradakı tanımadığı şəxs ona Burxanın evini göstərmişdir. Bir qədər sonra Şahid1, PB-nin inspektoru Zərərçəkmiş şəxs1 və NH-nin sürücü polis nəfəri Zərərçəkmiş şəxs2la birlikdə ona köməyə gəlmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə giriş darvazasına yaxınlaşaraq qapını döymüş və Burxanın qardaşı, sonradan adının Bəysəfa olduğunu bildiyi şəxs darvazanı açaraq çölə çıxmışdır. Dəyanət əvvəlcə Təqsirləndirilən şəxs2 xidməti vəsiqəsini göstərək, özünü təqdim etmişdir. Dəyanət əvvəlcə elə bilmişdir ki, tabesizlik göstərən Bəysəfadır, lakin o, sonuncuya tabesizlik göstərənin Bəysəfa olmadığını bildirmiş və Dəyanət Bəysəfaya qardaşı Burxanın polis əməkdaşının və hərbi qulluqçunun ünvanına nalayiq sözlər işlətdiyini, polisin qanuni tələbinə tabe olmadığını demişdir. Elə bu vaxt Bəysəfanın anası hay-küy sala-sala Dəyanətlə Bəysəfanın arasına girərək, Dəyanətə əl-qol atmağa başlamışdır. Dəyanət onlara tərəf gəlmək istədikdə Bəysəfa anidən Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən yumruq zərbəsi vurmüş və zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Lakin Dəyanət yıxıldığı yerdən qalxaraq Bəysəfanın üzərinə gəlmək istədikdə, sonuncu Dəyanətin sifətindən yumruqla daha bir zərbə vurmuşdur. Həmin vaxt Talehlə o, Bəysəfaya mane olmağa çalışaraq, sonuncunu tutub saxlamışlar ki, Dəyanəti yenidən vura bilməsin. Elə bu vaxt Bəysəfanın qardaşı Burxan darvazadan çölə çıxaraq əlindəki dəmir linglə Zərərçəkmiş şəxs2 başından zərbə vurmaq istəmiş, lakin Taleh əlini yuxarı doğru qaldırdığı üçün zərbə onun əlinə dəymişdir. Taleh Burxanın əlindən dəmir lingi almağa çalışdığı vaxt Burxanın arxasınca həyətdən çıxan iki qadın onların üzərinə cumaraq, əyinlərindəki paltarları dartışdırmağa başlamışlar. Elə bu vaxt Bəysəfa anidən yumruqla Talehin sifətindən zərbə vurmuşdur. Bu vaxt Turalla Dəyanətin avtomobilə mindiklərini görüb, o da, öz avtomobilinə əyləşib, bölməyə dayıdaraq, hadisə barəsində rəhbərliyə məlumat vermişlər. Daha sonra əlavə qüvvə ilə Burxangilin evinin qarşısına getmişlər. Həmin vaxt orada Burxanla Bəysəfanın atası Rizvanla rastlaşıb, hadisə barəsində sonuncuya məlumat vermiş və Rizvan öz avtomobili ilə Mehdiabad polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra atası zəng edərək Burxanla Bəysəfanı bölməyə çağırmış, bir qədər sonra əvvəllcə Bəysəfa, daha sonra isə Burxan bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs1 yaxınlaşmaqda məqsəd sonuncunun evdən çıxmaq üçün sms icazəsinin olub-olmamasını yoxlamaq olmuşdur. Lakin sonuncu onları söyməklə qanuni tələblərinə tabe olmamışdır. Burxanın evdən çıxmaq üçün icazəsi olmamışdır, əgər icazəsi olsaydı icazə sms-ni onlara göstərərdi. Hadisə zamanı heç bir xəsarət almasa da, polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Həmçinin hadisə zamanı o və orada olan digər polis əməkdaşlarından heç biri Burxana, Bəysəfaya və orada olan qadınlara qarşı fiziki zor tətbiq etməmiş, onları vurmamışdır. Hadisə Burxangilin yaşadıqları evin həyətinə giriş qapısının qarşısında, qapıdan bir qədər aralıda, çöldə olmuşdur. Hadisə zamanı onlar evin həyətinə girməmiş, ümumiyyətlə həyətdə mübahisə olmamışdır. Hadisə tərminən 10 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı evdə olan bir neçə qadında orada olub, mübahisədə iştirak etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26.06.2020-ci il tarixdə PB-də əməliyyat qrupunda olan polis əməkdaşlarından biri də, o olmuşdur. Həmin gün saat təxminən 18 radələrində Mehdiabad PB-nin növbətçi hissəsindən ona Mehdiabad qəsəbəsində qurulmuş stasionar postda xidmət aparan sahə rəisi Şahid2 əlavə kömək lazım olduğu bildirilmişdir. Bundan sonra o, Şahid2la əlaqə saxlayaraq, sonuncunun dediyi ünvana, yəni Mediabad qəsəbəsi İlyas Əfəndiyev küçəsinə getmişdir. Ora çatdıqda Cəfərin orada olduğunu, yanında isə stasionar postda xidmət aparan müddətdən artıq hərbi qulluqçu olduğunu görmüşdür. Cəfərdən nə baş verdiyini soruşduqda, sonuncu bir nəfər kişi və bir nəfər qadının yaxınlıqdakı “Rahat” marketdən çıxdıqlarını, tibbi maskadan istifadə etmədiklərini, onlara tibbi maskadan istifadə etmələrini bildirdikdə isə, həmin şəxsin onlara kobud cavab verdiyini və tabesizlik göstərdiyini bildirmişdir. Bundan sonra o, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi həmin şəxsin arxasınca gedib, yaxınlaşaraq niyə polis əməkdaşına tabesizlik göstərdiyini soruşmuş və qolundan, tutaraq PB-nə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə “yanımdakı nişanlımı evə qoyub, özüm gələcəm” deyə cavab vermişdir. Özü, isə Təqsirləndirilən şəxs1 qolunu buraxıb, üzünü Cəfərə tərəf döndərdikdə, sonradan Burxanın anası olduğunu bildiyi qadın sifətindən sillə zərbəsi vurmuşdur. Həmin qadına “sən qadınsan, mənə yaraşmaz sənə kobud söz deyim, ayıb olsun sənə, sən evində olursan amma biz gecə gündüz postlarda xidmət aparırıq” demiş, qadın isə qışqıraraq cavabında “siz kimsiz, siz qudurmusuz, siz bilmirsiz biz kimik” deyərək, onları təhqir etmişdir. Daha sonra isə o, Mehdiabad PB-nə qayıdaraq hadisə barədə bölmə rəsinin müavini Xəqani Bəhramova məruzə etmişdir. Bundan sonra yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Zərərçəkmiş şəxs1 və sürücü polis nəfəri Zərərçəkmiş şəxs2la birlikdə avtomobillə həmin ünvana getmişlər. Ora çatdıqda Cəfər Təqsirləndirilən şəxs1 yaşadığı evi onlara göstərmişdir. Dəyanət yaxınlaşaraq həyətə giriş qapısını döymüş və sonradan Burxanın qardaşı olduğunu bildiyi Təqsirləndirilən şəxs2 qapını açaraq, həyətə giriş darvazasından çölə çıxmışdır. Dəyanət Bəysəfaya xidməti vəsiqəsini göstərərək, özünü təqdim etmişdir. Hətta sonuncu əvvəlcə elə bilmişdir ki, tabesizlik göstərən Təqsirləndirilən şəxs2dir. Tabesizlik göstərənin Burxan olduğunu, Bəysəfanın isə sonuncunun qardaşı olduğunu bildikdən sonra, Dəyanət Bəysəfadan qardaşı Burxanı çağırmasını, qardaşının polis bölməsinə getməli olduğunu bildirmişdir. X5 hansı səbəbə görə polis bölməsinə getməli olduğunu bildirdikdə, sonuncunun anası yaxınlaşaraq onların arasına girmişdir. Bu vaxt Dəyanət arxaya dönmək istədikdə, Bəysəfa yumruqla sifətindən zərbə vurmuş və zərbənin təsirindən Dəyanət yerə yıxılmışdır. Lakin Dəyanət dərhal ayağa qalxıb, Bəysəfaya tərəf getmək istədikdə Bəysəfa yenidən sonuncunun sifətindən yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Dəyanət arxaarxaya avtomobilə tərəf gedərək, yerə yıxılmış, o isə yaxınlaşaraq sonuncunu yıxıldığı yerdən qaldırıb, avtomobilə minməsinə köməklik etmişdir. Özü də, avtomobilə mindiyi vaxt Burxanla Bəysəfanın anasının həyətə giriş darvazasının qarşısında özündən gedərək yerə yıxıldığını görmüşdür. Mehdiabad polis bölməsinə qayıtdıqdan sonra isə bölmənin bir neçə əməkdaşı ilə birlikdə yenidən Burxangilin evinin qarşısına gəlsələr də, qapını açan olmamışdır. Bu vaxt Burxanla Bəysəfanın atasını görüb, hadisə barədə məlumat vermişlər və sonuncu onlarla birlikdə Mehdiabad PB-nə gəlmişdir. Polis bölməsinə qayıtdıqları vaxt Taleh ona Təqsirləndirilən şəxs1 əlində dəmir linglə darvazadan çölə çıxaraq onun üzərinə hücum etmiş və linglə başından vurmaq istəmiş, lakin özünü müdafiə üçün qolunu yuxarıya doğru qaldırdıqda, zərbənin əlindən dəymiş və barmağı sınmişdir. Hadisə vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2, habelə orada olan qadınlara qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadələrində göstərmişdir ki, Şəkərli-diabet xəstəliyindən əziyyət çəkir. 26 iyun 2020-ci il tarixdə nahardan sonra səhhətində narahatçılıq hiss etdiyi üçün oğlu Burxandan nişanlısı Nailənin anası Şəhlaya zəng edib onlara çağırmasını istəmişdir. Bir qədər sonra Şəhla qızı Nailə ilə birlikdə onlara gəlmişdir. Saat təxminən 17 radələrində o, Burxanla Nailəni dərman almaq üçün aptekə göndərmişdir. Nailənin portaldan icazəsi olsa da, Burxanın icazəsi olmadığı üçün evdən çıxmamışdan qabaq sms göndərərək icazə almışdır. Təxminən 30 dəqiqə sonra Nailə və Burxan həyəcanlı vəziyyətdə evə qayıtmışlar. O, Burxan və Nailədən nə baş verdiyini soruşduqda Nailə Burxanla birlikdə aptekdən çıxdıqdan sonra Mehdiabad qəsəbəsindəki “Rahat” marketin qarşısında hərbi geyimli və mülki geyimli şəxslərin onlara yaxınlaşıb Burxandan tibbimaskasını taxmasını tələb etdiklərini, həmin vaxtı Burxanın açıq havada tibbi-maskadan istifadə etməyin məcburi olmadığını söylədiyini, bundan sonra həmin hərbiçi ilə onların yanında olan polis əməkdaşının Burxanla mübahisə edib, zorla maşına mindirərək polis bölməsinə aparmaq istədiklərini bildirmişdir. Nailənin deməsinə görə həmin vaxtı orada hərbiçi və polis geyimli şəxsdən başqa sonradan adlarının Dəyanət və Taleh olduqlarını bildiyi mülki geyimli polis əməkdaşları da olmuşdur. Nailə baş verənləri danışdığı vaxt o, Burxan və Şəhla həyətdə olmuşlar. Elə həmin vaxt həyət darvazası çox möhkəm formada döyülməyə başlamış, və bu zaman hərbi geyimdə olan bir şəxs darvazanın üzərindən aşaraq həyətlərinə daxil olub dərhal darvazanı taybatay açmışdır. Bundan sonra isə müki, hərbi və polis geyimdə olan təxminən 30 nəfər onların həyətinə daxil olmuşlar. Həmin şəxslərdən ikisi oğlu Burxanın üstünə hücum edib qollarından tutaraq, aparmaq istəmiş, həmin vaxt o həmin şəxslərin qarşısını kəsib mane olmağa çalışmışdır. Lakin sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi mülki geyimli polis əməkdaşı Burxanı təhqir edərək, həyətdən çölə çıxarmağa çalışmışdır. O, Zərərçəkmiş şəxs1 mane olmağa çalışsa da, sonuncu yumruqla sol qolundan və sinəsindən möhkəm zərbə vuraraq ondan kənara çəkilməsini tələb etmiş, zərbələrin təsirindən o, yerə yıxılmışdır. Həmin vaxt Nailə ilə anası Şəhla onu yerdən qaldırmaq istəyərkən Dəyanət Nailənin saçından tutub kənara çəkərək nalayiq ifadələrlə təhqir etmişdir. Şəhla isə mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermək istədikdə sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi mülki geyimli polis əməkdaşı yumruqla Şəhlanın qoluna vurub mobil telefonunu alıb yerə çırpmış və təpiklə Şəhlanın arxasına zərbə vurmuşdur. Səs-küyə evdə yatmış böyük oğlu Bəysəfa oyanıb onların yanına gələrək Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşmuş, sonuncu isə “bizimlə polisə gedək, orada sənə başa salacam, nə baş verdiyini” deyə cavab vermişdir. Daha sonra isə Polis əməkdaşları Burxanla, Bəysəfanın qollarını qandallayıb, Mehdiabad polis idarəsinə aparmışlar. Həmin vaxt onun oğlanları Təqsirləndirilən şəxs1lə, Təqsirləndirilən şəxs2 polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurub xəsarət yetirməmişlər. Polis əməkdaşları yaşadıqları evin həyətinə ifadəsində qeyd etdiyi şəkildə daxil olmuş və həmin vaxt həyətdə ondan savayı oğlu Burxan, gəlini Nailə və Nailənin anası Şəhla olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 və Əliyeva (İmanova) Nailə Camal qızı şahid Rahilə İmanovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş “Xüsusi karantin rejimi qaydalarının tətbiqi ilə əlaqədar olaraq 26.06.2020-ci il tarixdə Mehdiabad PB-nin inzibati ərazisində yaradılmış postlarda xidmətə təyin olunmuş əməkdaşların” siyahısından görünür ki, həmin gün Mehdiabad qəsəbəsi “Mehdiabad plakat 20 Yanvar sol tərəf” adlanan ərazidə Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2, DİN-nin DQ-nın əməkdaşı Şahid3 və FHN-nin əməkdaşları Bəxtiyar Kərimov, Baxış Rəşidov və Xəyal Məmmədov xidmətdə olmuşlar. Məhkəmə-tibbi ekspertizasının 08.07.2020-ci il tarixli 1229 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözətrafı yumşaq toxumalarının – sol üst və alt göz qapaqlarına, sol gözaltı nahiyyə də, əhatə olunmaqla qançır şişkinliyi, sol yanaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası kimi xəsarətlər aşkar olunmuş, həmin xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 26.06.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 08.07.2020-ci il tarixli 1230 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində burun sümüyünün orta 1/3-nin və sol əlin V barmağının əsas falanqasının qapalı, yerdəyişən sınıqları, burun və sol göz ətrafı nahiyyələrinin qançırları, sol yanağın iç səthinin əzilmiş-cırılmış yarası kimi xəsarətlər aşkar olunmuş, həmin xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 26.06.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Abşeron RPİ-nin Mehdiabad PB-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 26.06.2020-ci il tarixdə Mehdiabad PB-nin əməkdaşlarına qarşı tabesizlik və müqavimət göstərməklə, xəsarət yetirmələri zamanı orada polis əməkdaşlarından polis sahə rəisi Şahid2, əməliyyat müvəkkili Şahid1, YYÇPİÜ Zərərçəkmiş şəxs1, polis nəfəri Zərərçəkmiş şəxs2 olmuşlar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X4 Mərkəzi” publik hüquqi şəxsin 29.09.2020-ci il tarixli **********53 nömrəli mətubundan görünür ki, 26.06.2020-ci il tarixdə 8103 SMS– icazə sistemində Təqsirləndirilən şəxs1 adına icazə qüvvədə olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 02.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. 27.06.2020-ci şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 28.06.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbs etmənin əvvəli 27.06.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 02.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. 27.06.2020-ci şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 28.06.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs etmənin əvvəli 27.06.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinə daxil olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 tərəfindən poçt vasitəsi ilə teleqramdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona görə də onlara qarşı şikayətləri və maddi tələbləri yoxdur. Belə ki, təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilərək, törətdikləri əməlləri etiraf etmiş, zərərçəkmiş şəxslərin şikayətçi olmadığını nəzərə alaraq, onlara yüngül cəza verilməsini xahiş etmişlər. Əməlindən peşmançılıq çəkir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.1, 128, 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.1, 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, o cümlədən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 315-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.06.2020-ci il tarixdən 19.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, həsbdə və ev dustaqlığında saxlanıldığı 10 ay 22 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27.06.2020-ci il tarixdən 19.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, həsbdə və ev dustaqlığında saxlanıldığı 10 ay 22 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair epizod üzrə icraata xitam verilsin və o, həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.06.2020-ci il tarixdən 19.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, həsbdə və ev dustaqlığında saxlanıldığı 10 ay 22 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq, üzərində 03 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 04 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27.06.2020-ci il tarixdən 19.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, həsbdə və ev dustaqlığında saxlanıldığı 10 ay 22 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq, üzərində 02 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-134/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-134/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver