Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-134/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarını əldə edib Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinə daşımış, saxlamış və üzərində gəzdirmiş, 22 dekabr 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Saray polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:10-dan 13:25-dək üzərində şəxsi axtarış aparılan zaman əlində olan qarışıq rəngli polietilen çantanın içərisində həmin bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, bir ədəd həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq və hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 08 ədəd həmin kalibrli silahların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, izahatında bildirdi ki, silah ona məxsus deyil, qorxdu boynuna aldı.Onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərk ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmasa da günəmuzd fəhləliklə məşğul olur. 21 dekabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev-18-də yerləşən fərdi yaşayış evinin zirzəmisində təmizlik işləri gördüyü vaxt qara rəngli selofana bükülmüş bərk cism tapmışdır. Selofanı açdıqda həmin əşyanın 1(bir) ədəd “Kalaşnikov” markalı, qundağı qatlanıb-açılan avtomat silahı olduğunu, silahın yanında isə parçaya bükülmüş bir ədəd avtomat darağının və 8 ədəd avtomat patronunun olduğunu aşkar etmişdir. Həmin vaxt xatırlamışdır ki, həmin silahı təxminən, 2000-ci ildə mərhum atası X3 görmüşdür. O, silahın digər şəxslərin əlinə keçməməsi və ya hansısa cinayətdə istifadə edilməməsi üçün Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yaşayış məntəqəsindən kənarda basdırmaq qərarına gəlmiş, bu məqsədlə 21 dekabr 2023-cü il tarixdə saat 11 radələrində həmin silahı, bir ədəd avtomat darağını və üzərində qara rəngli hərflərlə yazıları olan şəffaf selofana qoyduğu 8 ədəd avtomat patronunu bir ədəd ağ-qara-qırmızı damalı olmaqla qarışıq rəngli çantaya qoyub özü ilə aparmaq istəmişdir. Həmin çantanı əlinə götürüb yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsi ilə iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq odlu silah əldə etməkdə və saxalmaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nin Saray polis bölməsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına əlindəki çantada odlu silah olduğunu etiraf edib, etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqlarının və üzərində şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əlində olan çantanın içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silahını, 8 (səkkiz) ədəd avtomat gülləsini və bir ədəd avtomat darağını təqdim etmişdir. Həmin çanta və içərisində olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı əlində olan ağ-qara-qırmızı damalı olmaqla qarışıq rəngli polietilen çantanın içərisində olan 1(bir) ədəd qundağı qatlanan, ilkin baxış zamanı üzərində nömrəsi oxunmayan, “Kalaşnikov” markalı avtomat, 1(bir) ədəd avtomat darağı və bir ədəd selofan torbada olan 8(səkkiz) ədəd avtomat gülləsi olduğu müəyyən edilmişdir. Həmin vaxt o, 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silahının, 8 (səkkiz) ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı ilə birlikdə babasından qaldığını, heç bir cinayətdə istifadə etmədiyini və basdırmaq üçün özü ilə apardığını bildirmişdir. Daha sonra polislər tərəfindən onun təqdim etdiyi içərisində avtomat silahı, darağı və güllələri olan polietilen çanta qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, o, Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin gün onun və Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfərləri, polis serjantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun üzvü Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs müşahidə edərək təxminən saat 11 radələrində ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara səmimi etiraf edərək əlindəki çantada odlu silah olduğunu bildirmiş və heç bir etiraz etmədən polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ, qara, qırmızı rəngli çantadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahını, 8 ədəd avtomat gülləsini və 1 ədəd həmin silaha məxsus avtomat darağını çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd avtomat darağı və 8 ədəd avtomat patronu müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd silaha məxsus darağı və 8 ədəd patronu nə məqsədlə və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin silah və sursatın babasından qaldığını, həmin silahla hər hansı bir cinayət hadisəsi törətmədiyini və basdırmaq üçün özü ilə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin gün onun və Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə o və qrup rəhbəri Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs müşahidə edərək təxminən saat 11 radələrində ona yaxınlaşmışaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara səmimi etiraf edərək əlindəki çantada odlu silah olduğunu bildirmiş və heç bir etiraz etmədən polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ, qara, qırmızı rəngli çantadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahını, 8 ədəd avtomat gülləsini və 1 ədəd həmin silaha məxsus avtomat darağını çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd avtomat darağı və 8 ədəd avtomat patronu müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd silaha məxsus darağı və 8 ədəd patronu nə məqsədlə və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin silah və sursatın babasından qaldığını, həmin silahla hər hansı bir cinayət hadisəsi törətmədiyini və basdırmaq üçün özü ilə apardığını bildirmişdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qarışıq rəngli torbanın içərisindən bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22 dekabr 2023-cü il tarixli 23/1168R saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəşyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və İstifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.
5. DİN-in KTİ-də «məhkəmə fiziki kimyəvi ekspertizası» keçirilmədiyindən qərarda qeyd olunan «həmin silahdan atəş açılıb-açılmaması>> suala cavab verilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-983/2024 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45mm kalibrli № silinmiş «AKS-74» modelli avtomatdan ekspremental qaydada atılmış “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sitemi vasitəsi ilə yoxlanıldı. Müqayiusəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış - bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 05 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Bundan əlavə Abşeron RPİ-nin Saray PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı dsk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilmə və 08 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1-792/2013 saylı hökmündə göstərilmiş məlumatlar BDYPİ-nin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır.Xüsusi hüququn məhdudlaşdırılması xüsusi hüququ təsdiq edən sənəd təqdim edilmədikdə müddətin axımı dayanır.Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır” Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən “ Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Təqsirləndirilən şəxs isə əvvəllər qəsdən deyil, ehtiyyatsızlıdan törədilmiş cinayət əməlinə görə məhkum edildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 08 il azadlıqdan məhrum etmə cəzasının icra olunmamış qalan 04 il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilmə hissəsi hal-hazıradək icra olunmadığından həmin hissə CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilən cəzaya birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-1005/2023 saylı qərarı ilə barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış - bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 05 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qara hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə təyin edilmiş və icra olunmamış qalan 04 il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilmə hissəsi CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilən cəzaya birləşdirilsin və ona qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış - bir ədəd «AKS-74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 05 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qara hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva