Məhkəmə qərarları › İş №1(012)-135/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-135/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-135/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1959-cu ildə Puşkin rayonu, Beydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Qaz İxrac” İdarəsi Abşeron Magistral X8 5 saylı Xətti İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyən, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə Məhəllə ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünün yaşaması üçün fərdi yaşayış evi inşa etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”-nın 5 və 12-ci bəndlərinin və Azərbaycan Respublikası Torpaq məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozaraq, 2014-cü ilin iyun-iyul aylarında və 2020-ci ilin fevral ayının sonundan 2020-ci ilin iyul ayının sonunadək olan müddət ərzində “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci X11 Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində, xəttin 31-32 saylı dayaqlararası aşırımından 5 metr məsafədə, yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xəttin istismarçısı və mülkiyyətçisi olan “xxxx” MMC-dən icazə almadan 32 mişar daşı hündürlüyündə eni və uzunluğu 11 metr ölçüdə tikinti işləri aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Təzə Məhəllə adlanan ünvanda yerləşən tikilidə yaşayır. 2003-cü il tarixdə həbsdə olduğu müddətdə arvadı Şahid5 Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin ucuz qiymətə satıldığını və orada torpaq almaq istədiyini bildirmişdir. Arvadı Şahid5 razılıq verdikdən sonra qaynı Aslan Qasımov arvadı Xalidəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təqribən 2,5 sot torpaq sahəsini satan Mübariz Əmirxanovla tanış etmiş, arvadı Xalidə də həmin torpaq sahəsini və orada yerləşən təxminən 30-35 kv.metr ölçüdə birmərtəbəli tikilini almağa razılaşmışdır. Daha sonra arvadı Xalidə qaynı Aslanın köməkliyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini və həyətindəki tikilini 3300 dollar müqabilində almışdır. 2007-ci ildə həbsdən çıxdıqdan sonra maddi vəziyyəti yaxşı olmadığından həmin torpaq sahəsində yerləşən təxminən 30-35 kv.metr ölçüdə olan birmərtəbəli tikilidə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. 2014-cü ilin iyun-iyul aylarında Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlamış, tikinti işlərində fəhlə bazarı adlanan ərazidən tapdığı fəhlələr işləmişlər. Bundan sonra maddi vəziyyətilə əlaqədar tikinti işlərini dayandırmış və 2020-ci ilin fevral ayının sonlarında yenidən tikinti işlərinə başlamışdır. xx xxxx 2020-ci il tarixdə ev inşa olunarkən “xxxx” MMC-nin elektrik montyoru Şahid2 torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmiş və ölçü işləri aparılarkən müəyyən olunmuşdur ki, inşa olunacaq tikili ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən 5 metr məsafədə yerləşir. İnşa etdiyi tikilinin 110 kV-luq 1-ci X11 mühafizə zonasına düşməsi və müvafiq icazə almadan mühafizə zonasında tikinti quraşdırma işlərinin aparılmasının qanunla qadağan olması barədə Şahid2 tərəfindən rəsmi xəbərdarlıq edilmiş və tərtib olunmuş aktın bir surəti ona təqdim edilmişdir. İnşa etdiyi tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsini bildikdən sonra da, tikinti işlərini davam etdirərək 32 mişar daşı hündürlüyündə tikili və tikilinin giriş hissəsində giriş-dəhliz inşa etmişdir. Tikilinin üzəri örtülməmiş, qapı və pəncərə boşluqlarına pəncərə və qapılar yerləşdirilməmiş, evin çölü və içəri hissələri suvanmamış, uzunluğu və eni 11 metr, hündürlüyü isə 5,52 metr olmuşdur. Təxminən 2020-ci ilin iyul ayının ortalarında isə tikilinin giriş hissəsində uzunluğu 3 metr, eni 2,5 metr olan girişdəhliz inşa edilmişdir. Tikinti işləri 2020-ci ilin iyul ayının sonuna başa çatmışdır. Tikinti işlərinin aparılmasına dair hər hansı bir icazəverici sənəd olmamış, bununla bağlı heç bir quruma müraciət etməmişdir. Bacardığı üçün tikinti işlərini özü aparmış, dostları Şahid4 və X3 ona köməklik etmişlər. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci X11 mühafizə zonasında tikinti işləri aparması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci bəndlərinin və Azərbaycan Respublikası Torpaq məcəlləsinin 13cü maddəsinin 1-ci bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. Sonda o, etdiyi əməldən peşmançılıq çəkdiyini əsas gətirərək onun barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş “xxxx” MMC-nin baş hüquqşünası X5 ifadəsində göstərdi ki, 110 kV-luq 1-ci X14 “xxxx” MMC-nin balansında və istismarındadır. xx xxxx 2005-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizə qaydaları”-nın tələblərinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkənin istismarçılarından və ya mülkiyyətçilərindən rəsmi razılığı olmadan tikinti-quraşdırma işlərinin aparılması qadağandır. Qeyd olunan yüksək gərginlikli elektrik xəttinin bir hissəsi Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə “xxxx” MMC-nin elektrik montyoru Şahid2 tərəfindən xx xxxx 2020-ci il tarixdə baxış keçirilərkən xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası ilə bağlı tikinti işlərinin aparıldığı və təxminən 19 mişar daşı hündürlüyündə tikili aşkar edilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2020-ci il tarixli 184 nömrəli akt tərtib etmiş və Təqsirləndirilən şəxs inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğunu izah etmiş, qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşlatmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə xx xxxx 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı təqdim etmiş və Təqsirləndirilən şəxs həmin xəbərdarlıq aktının bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, Təqsirləndirilən şəxs ona edilmiş rəsmi xəbərdarlıqdan sonra tikinti işlərini davam etdirərək uzunluğu və eni 11 metr, hündürlüyü isə 5,52 metr olan tikili inşa etmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində 110 kV-luq 1-ci X11 mühafizə zonasında apardığı tikinti-quraşdırma işləri ilə əlaqədar heç bir icazə almamış və tikinti işlərinin aparılmasını “xxxx” MMC ilə razılaşdırmamışdır. Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci X11 mühafizə zonasında aparılmış tikinti-quraşdırma işləri qeyd olunan elektrik xətlərində normal təmir işlərinin aparılmasını, hətta qəza-bərpa işləri zamanı qəzanın nəticələrinin vaxtında aradan qaldırılmasını çətinləşdirir, bəzən isə qeyri-mümkün edir. Həmçinin Yüksək Gərginlikli X4 mühafizə zonasında yaşayış evlərinin və digər məişət obyektlərinin yerləşdirilməsi həmin sahədə yaşayan və işləyən insanların həyatı üçün hər an təhlükə mənbəyidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda Abşeron rayonu, Saray qəsəbəsi, Təzə Məhəllə adlanan ünvanda yerləşən tikilidə yaşayır. 2003-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan qardaşı X15 qəsəbəsində yerləşən torpaq sahələrinin ucuz qiymətə satıldığını ona bildirmiş, bu barədə həbsdə olan əri Təqsirləndirilən şəxs ilə razılaşaraq Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmişdir. Qardaşı Aslanın köməkliyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini və həyətindəki tikilini 3300 dollar müqabilində razlaşaraq almışdır. 2014-cü il tarixdə əri Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evinin inşasına başlamış, lakin maddi vəziyyətləri ilə əlaqədar tikinti işlərini dayandırmış və 2020-ci ilin fevral ayının sonlarında isə əri Təqsirləndirilən şəxs tərəfindən yenidən tikinti işlərinə başlanılmışdır. Tikinti işlərində fəhlə kimi əri Təqsirləndirilən şəxs və Saray qəsəbəsində yaşayan əri Möhübbətin dostları olan Şahid4 və Hikmət Zərbalıyev iştirak etmişlər. xx xxxx 2020-ci il tarixdə tikili inşa olunarkən “xxxx” MMC-nin əməkdaşı tikinti işlərinin aparıldığı torpaq sahəsinə gəldikdə orada olmuş, lakin həmin vaxt onların hansı məqsədlə gəldiklərini bilməmiş, əri Təqsirləndirilən şəxs bu barədə ona heç bir məlumat verməmişdir. xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin əməkdaşı tikinti işlərinin aparıldığı əraziyə gəldikdə tikili təxminən 19 mişar daşı hündürlüyündə olmuşdur. xx xxxx 2020-ci il tarixdən sonra tikinti işləri davam etdirilmiş və uzunluğu 11 metr, eni 11 metr, hündürlüyü isə 5,52 metr olan tikili inşa edilmiş, təxminən 2020-ci ilin iyul ayının ortalarında isə tikilinin giriş hissəsində əri Möhübbət tərəfindən uzunluğu 3 metr, eni 2,5 metr olan giriş-dəhliz inşa edilmişdir. Tikinti işləri 2020-ci ilin iyul ayının sonlarında başa çatmışdır. Tikinti işləri yekunlaşdıqdan sonra bilmişdir ki, əri Təqsirləndirilən şəxs tərəfindən inşa olunmuş tikili yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş “xxxx” MMC-nin Elektrik Verilişi, Hava Xətti və Təmiri Xidməti üzrə elektrik montyoru Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təhkim olunduğu əraziyə baxış keçirərkən Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən, “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci X11 31-32 saylı dayaqlararası aşırımının yaxınlığında 19 mişar daşı hündürlüyündə inşa edilmiş tikilini aşkar etmiş və ərazi ölçülərkən müəyyən edilmişdir ki, tikili yüksək gərginlikli elektrik xəttindən 5 metr məsafədə yerləşir. Tikinti işlərinin Təqsirləndirilən şəxs tərəfindən aparıldığını müəyyən etmiş, sonuncuya inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğu izah edilmiş, ərazinin qısa müddətdə boşalmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə xx xxxx 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs xəbərdarlıq aktının bir nüsxəsini imza edərək qəbul etmiş, lakin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs edilmiş rəsmi xəbərdarlıqdan sonra onun tərəfindən tikinti işləri davam etdirilərək uzunluğu 11, eni 11, hündürlüyü isə 5,52 metr olan tikili inşa edilmişdir. Tikinti işləri 2020-ci il tarixdə iyul ayının sonlarında başa çatdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş “xxxx” MMC-nin X13 Xətti və Təmiri Xidməti üzrə rəisi Şahid3 Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şahid2 və Şahid3 xx.xx.2021-ci il tarixdən “xxxx” MMC-nin fəaliyyət zonasında 110 kv Şükürbəyli-Şuşa HX-nin çəkilişi ilə əlaqədar olaraq Şuşa şəhərinə ezam olunmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 2006-cı il tarixdən Abşeron rayonu, Saray qəsəbəsi,Təzə Məhəllə adlanan ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evlə üzbə-üz qonşusu Təqsirləndirilən şəxs tərəfindən damı vurulmamış tikili vardır. Təqsirləndirilən şəxs 2014-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən təqribən 2,5 sot torpaq sahəsində tikili inşa etməyə başlamış, tikilinin 1-ci mərtəbəsi 14 mişar daşı hündürlüyündə inşa etmiş, lakin maddi vəziyyəti ilə əlaqədar həmin il tikinti işlərini dayandırmışdır. 2020-ci ilin fevral ayının sonlarında isə yenidən tikinti işlərinə başlamışdır. xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin əməkdaşı tərəfindən qonşusu Təqsirləndirilən şəxs xəbərdarlıq edilərkən tikili təxminən 19 mişar daşı hündürlüyündə olmuşdur. xx xxxx 2020-ci il tarixdən sonra tikinti işləri davam etdirilmiş və uzunluğu 11 metr, eni 11 metr, hündürlüyü isə 5,52 metr olan tikili və tikilinin giriş hissəsində uzunluğu 3 metr, eni 2,5 metr olan giriş-dəhliz inşa edilmişdir. Tikinti işlərində Möhübbətə Saray qəsəbəsindən dostları olan Şahid4 və X3 köməklik etmişdir. Tikinti işləri 2020-ci ilin iyul ayının sonlarında başa çatmışdır. Tikinti işləri yekunlaşdıqdan sonra bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs tərəfindən inşa olunmuş tikili yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, 2020-ci il fevral ayının sonlarında dostu Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2,5 sot torpaq sahəsində tikilinin inşası ilə bağlı aparılmış tikinti işlərində sonuncuya köməklik etmişdir. 2020-ci ilin fevral ayının sonlarından torpaq sahəsinin bir hissəsində 1-ci mərtəbəsi 14 mişar daşı hündürlüyündə inşa olunmuş tikilinin 2-ci mərtəbəsini inşa etməyə başlamışlar. xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs xəbərdarlıq edilərkən tikili təxminən 19 mişar daşı hündürlüyündə olmuşdur. xx xxxx 2020-ci il tarixdən sonra tikinti işləri davam etdirilmiş və uzunluğu 11 metr, eni 11 metr, hündürlüyü isə 5,52 metr olan tikili və tikilinin giriş hissəsində uzunluğu 3 metr, eni 2,5 metr olan giriş-dəhliz inşa edilmişdir. Tikinti işləri yekunlaşdıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən inşa olunmuş tikili yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Salmanova Mehriban Möhübbət qızının ifadəsindən görünür ki, 2003-ci ildə Abşeron rayonu Saray qəsəbəsində yaşayan dayısı X15 qəsəbəsində yerləşən torpaq sahələrinin ucuz qiymətə satıldığını bildirmiş, anası Şahid5 həmin tarixdə həbsdə olan atası Təqsirləndirilən şəxs ilə razılaşaraq Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsini almaq qərarına gəlmişdir. Anası Xalidə dayısı Aslanın köməkliyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini və həyətindəki tikilini 3300 dollar müqabilində razılaşaraq almış və qeyd olunan tikilidə yaşamağa başlamışlar. Atası Təqsirləndirilən şəxs tərəfindən 2014-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən təqribən 2,5 sot torpaq sahəsində tikili inşa etməyə başlamış, tikilinin 1-ci mərtəbəsini 14 mişar daşı hündürlüyündə inşa etmiş, lakin maddi vəziyyəti ilə əlaqədar həmin il tikinti işlərini dayandırmışdır. 2020-ci ilin fevral ayının sonlarında isə yenidən tikinti işlərinə başlamışdır. Tikinti aparılan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə sonradan bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/745 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci Xırdalan 31- 32 saylı hava xətlərinin yerləşdiyi torpaq sahəsində aparılmış tikinti işlərinin 11X11metr ölçüdə, 5,52 metr hündürlükdə olduğu aşkar olunur. Abşeron rayonu Saray qəsəbəsində yüksək gərginlikli 110 kV-luq elektrik xətləri ilə tikili arasındakı məsafənin 5 metr təşkil etdiyini və həmin xətlərin mühafizə zolağının müvafiq qaydalarının tələblərində 20 metr məsafədə müəyyən oldunuğunu nəzərə alarsaq, tədqiq olunan tikilinin 110 kV-luq elektrik hava xəttinin mühafizə zonasında inşa olunduğu və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000-a dək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları” nın 5-ci və 12-ci bəndlərinin pozulması müəyyən edilir. Tədqiq olunan tikilinin inşa edilməsi ilə əlaqədar aparılmış işlərin tikinti quraşdırma işlərinə aid olduğu və həmin işlərin aparılması zamanı yəni verilmiş dövlət aktında təsdiqlənmiş Kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətə verilmiş torpaq sahəsinin üzərində tikilinin (fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə inşa tikilmiş) inşa edilməsi ilə Azərbaycan Respublikası Torpaq məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələblərinə riayət edilmədiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/10/244 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci Xırdalan 31- 32 saylı hava xətlərinin yerləşdiyi torpaq sahəsində 11X11metr ölçüdə, 32 daş hündürlüyündə yarımçıq tikili və ona bitişik hündürlüyü 3.0 metr olan 3.0x2.5 ölçüdə yarımçıq tikili inşa edilmişdir. Yarımçıq tikilinin inşa edilməsi ilə əlaqədar aparılmış işlərin tikinti işlərinə aid olduğu və həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndində göstərilmiş 20 metrlik mühafizə zonasında inşa edildiyi müəyyən edildi. Tikinti işlərinin aparılması 110 kV-luq elektrik hava xəttinin mülkiyyətçisinə xəbər verilmədən və müvafiq razılıq əldə edilmədən aparıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 12-ci bəndinin tələbləri tikinti işlərini həyata keçirən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli 16/01-20/239, xx xxx 2020-ci il tarixli 16/01-20/367 və xx xxxxxxxx 2020-ci il tarixli 16/01/-20/793 saylı məktublarına əsasən Abşeron rayonu Saray qəsəbəsi ərazisindən keçən və “xxxx” MMC-nin balansında olan 110 kV-luq 1-ci X11 31-32 saylı dayaqlararası aşırımından 5 metr məsafədə, xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış, ona tikinti işlərinin dayandırılması barədə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, xx xxxx 2005-ci il tarixli qərarına əsasən 110 kV-luq HX-nin mühafizə zonası xəttin altı və kənar məftillərdən hər iki tərəfə 20 metr məsafədə təyin edilmişdir. 110 kV-luq 1-ci Xırdalan HX-i 1951-ci ildə istismara verilmişdir. Xəttin ümumi uzunluğu 13,8 km, dayaqların ümumi sayı 76 ədəddir. İş materiallarında olan Abşeron rayon icra hakimiyyətinin xx xxx 2020-ci il tarixli 6/X/656 saylı məktubuna əsasən Saray qəsəbəsi ərazisində “xxxx MMC-nin balansında olan 110 kV-luq 1-ci Xırdalan 31-32 saylı hava xətlərinin yerləşdiyi torpaq sahəsində Təqsirləndirilən şəxs apardığı tikinti işlərinə dair Abşeron rayon icra hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir. İş materiallarında olan Abşeron rayonu Saray bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 66 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs yaşayış və digər məqsədlər üçün heç bir torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxxxxx 2020-ci il il tarixli 6-xx/xx/2473 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs hava xəttinin mühafizə zonasında inşa etdiyi fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunmadığı müəyyən edilmişdir. Elektrik enerjisinin təchizatı üçün texniki şərt, alqı-satqı müqaviləsi və digər texniki sənədlər mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubuna əsasən torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X12 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X12 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 28, 179.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə onun cəzası 07 (yeddi) ilə endirilmiş və xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarınnın 1.1-ci bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Abşeron RİH-i Başçısının Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Təzə Məhəllə ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissə N tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu İmanov Emil Möhübbət oğlu N hərbi hissədə xidmət edir və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ müharibəsində iştirak etmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və oğlunun İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, oğlunun İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1ci maddəsinin sanksiyası həddində islah işləri cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə əsasən islah işləri növündə cəzanı icra məmuru icra edir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən hissədə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 200 (iki yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Abşeron rayon İcra və probasiya şöbəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin və həmin cəzanın müddəti qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və probasiya şöbəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar