Məhkəmə qərarları › İş №1(012)-135/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-135/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-135/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, «Anaz» şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Qoşbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.09.2021-ci ildə saat 15:30 radələrində idarə etdiyi, “X15 Yük” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı **-ZJ-*** dövlət qeydiyyat niçanlı yarımqoşqulu avtomobillə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən köməkçi yolda Sumqayıt şəhəri istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu sağdan sola keçən piyada, 1953-cü il təvəllüdlü X7 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X5 baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, sol təpə sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla 16.09.2021-ci il tarixdə saat 08:50-də Respublika Neyrocərrahiyyə xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Pərizamanlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə ailə üzvüləri ilə birlikdə yaşayır. ANAZ şirkətində **-JN-*** dövlət qeydiyyat nişanlı X15 yük avtomobilini idarə edir. Həmin avtomobil ilə o, müxtəlif sifarişlər əsasaında yük daşımanı həyata keçirir. 08.09.2021-ci il tarixdə Bakı şəhərindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən avtomobillər üçün nəzərdə tutulmuş dayanacağa gəlirmiş. Bakı-Sumqayıt yolunun Abşeron rayonu Masazır qəsəbəsi istiqamətindən keçən yoldan sağ tərəfdə olan köməkçi yola keçmək istəyərkən bu zaman görmüşdür ki, sağdan sola piyadanın keçmək istədiyini görüb dərhal avtomobilin əyləcinə basmış, lakin buna baxmayaraq məsafə az olduğu üçün avtomobilin orta hissəi həmin sonradan adının X8 dəymişdir. Dərhal avtomobili saxlayıb aşagı düşərək təcəli tibbi yardım avtomobili cağıraraq piyadanı Sabunçu rayonu 3 saylı şəhəri xəstəxanasına oradan isə Nevrocərahiyyə xəstəxanasına aparmışlar. Xəstənin yanına gedib-gəlmiş və dərmanlarını almışdır. Lakin buna baxmayaraq xəstə piyada X10 16 sentyabr 2021-ci il tarixdə mülaicə aldığı xəstəxanada vəfat etmişdir. Hadisə vaxtı avtomobili təxminən 30-40 km saat sürətlə idarə etmiş, piyadanın onun yoluna çıxmasını təxminən 1,5 metr məsafədən görmüş, həmin vaxtıda sürəti azaltmışdır. Lakin avtomobilin qarşı hissəsi piyadaya dəymiş, həmin vaxtı avtomobildə yük olmamış, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 19.11.1953-cü il təvəllüdlü X10 onun əridir. Ağamməd 08 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu Bakı-Sumqayıt yolunda yolu keçmək istəyərkən bu zaman “X15 yük” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Bundan sonra müalicə olunması üçün Bakı şəhərində yerləşən Nevrocərahiyyə xəstəxanasına yerləşdirilmişdir. Orada mülicə olunmasına baxmayaraq 16.09.2021-ci il tarixdə müalicə aldığı xəstəxanada yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Bundan sonra onlar onu Lənkəran rayonu Türkəkəran kənd qəbirsanlığında dəfn etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 08 sentyabr 2021-ci il tarixdə şəxsi işi şlə əlaqədar olaraq Bakı şəhərinə gəlmişdir. Həmin gün işlərini qurtarıb rayona qayıtmalı idi. Yaxın qohumu və qonşusu X10 da Bakı şəhərində olduğuna görə onunla əlaqə saxlamışdır ki, rayona qayıdanda onu da özü ilə aparsın. Saat 15 radələrində Dərnəgül qəsəbəsində tikinti materialları bazarında Ağammədlə görüşmüş və sonuncuya məxssus avtomobillə Lənkəran rayonuna qayıdarkən Ağamməd dayı yolu səhf saldığı üçün səhfən Xırdalan şəhəri istiqamətində hərəkət etmişlər. Xeyli yol qət etdikdən sonra qarşı tərəfdə arakəsmələrin qarşısında Ağamməd dayı maşını saxlayıb düşmüşdür ki, yoldan keçən sürücülərdən Lənkərana qayıtmaq üçün yolu soruşsun. Ağamməd dayı yolun sağ tərəfinə keçib orada dayanan maşının sürücüsündən yolu soruşmuş, o, isə avtomobildə qabaqda əyləşmişdir. Həmin vaxtı o, telefonunda saata baxıb yenidən Ağammədə tərəf baxanda görmüşdür ki, Ağamməd dayı çevrilib maşina tərəf gəlmək istəyəndə qəfil arxa tərəfdən gələn yük maşını əsas yolla köməkçi yolu ayıran xəttin yanında Ağammədi vurmuşdur. Ağamməd zərbə nəticəsində təxminən 2 metr qarşı tərəfdə yerə yıxılmış və başı asfalta dəymişdir. Onun xəsarət almasını görüb dərhal maşından düşüb yaxınlaşmışdır. Ağamməd baş nahiyəsindən xəsarət aldığı üçün qan axmışdır. O, özündə olan salfetka və jaketi ilə onun yarasının üstünə qoyub sıxmışdır. Həmin vaxt Ağammədi vuran maşının sürücüsü və hadisəni görən şəxslər gəlib köməklik etmişlər. Sonra təcili yardım maşını çağırılmış və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sürücünün deməsinə görə yolun sağ kənarında yerləşən qaraja getmək üçün əsas yoldan köməkçi yola keçmək istəiyrmiş, lakin Ağammədin yolu keçməsini görmədiyi üçün hadisə baş vermişdir. Ağammədin vəziyyəti ağır olduğu üçün onu təcili yardım maşını ilə əvvəl Sabunçu xəstəxanasına, Nevrocərrahiyyə institutuna aparmışlar. Bir neçə gündən sonra eşitmişdir ki, Ağamməd dayı aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 16.10.2021-ci il tarixli 108 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, sol təpə sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır, 08.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyadanın hərəkətdə olan avtomobillə vurulması əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb baş-beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, sol təpə sümüyünün sınığı və bunun nəticəsində inkişaf edən baş-beyinin travmatik ödemi olmuşdur. X2 ölümü 16.09.2021-ci il tarixdə saat 08:50-də Respublika Neyrocərrahiyyə xəstəxanasında baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri , barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2021ci il tarixli 8/2855 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “X15 Yük” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X11 və Sərxoşluq vəziyyətini təyin edən 05.09.2021-ci il tarixli 2/25677 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Abşeron RPİ DYPŞ-in məktubdan müəyyən edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 01.05.2020-ci il tarixdə (01.05.2030-cu il tarixədək müddətə etibarlı olan) AE seriyalı 346601 nömrəli «B CE» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi X3 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş 21.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “X15 Yük” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı**-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər edərək, dəymiş maddi və mənəvi zərərin ödəmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X15 Yük” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “X15 Yük” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar