Məhkəmə qərarları › İş №1(012)-135/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-135/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-135/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Dövlət ittihamçısı və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Kürdəbaz kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət ittihamçısı 27 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı sağ əli ilə sonuncunun sol qulaq nahiyəsinə bir dəfə vuraraq ona sol qulağın təbil pərdəsinin travmatik perforasiyası (cırılması), sol qulaq seyvanında, alnın mərkəzi hissəsində və sol bazu nahiyəsində qançır, sol said nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Dövlət ittihamçısı həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Dövlət ittihamçısı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, daimi işlədiyi yer yoxdur, muzdlu fəhlə kimi işləyir. Fiziki və psixi cəhətdən sağlamdır. Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Zərərçəkmiş şəxs həm onun həmkəndlisi, həm də uzaq qohumudur. Təxminən 2016-cı ildən Leyla ilə aralarında yaxın münasibət yaranmağa başlamış, bir neçə il münasibət saxladıqdan sonra 2019-cu ilin avqust ayında ailə həyatı qurmuşlar. Əvvəlcə hər ikisinin ailələri razı olmadığı üçün o Leylanı öz xoşu ilə qaçırmışdır. Həmin vaxtdan sonra onlar birgə nikahda yaşasalar da səhlənkarlıq ucbatından heç vaxt rəsmi qaydada nikah bağlamamışlar. 2021-ci ilin yanvar ayına qədər o, Leyla ilə birlikdə Masallı rayonu, Kürdəbaz kəndində yerləşən evdə yaşamışlar. Həmin vaxtdan sonra isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. Həmin ünvanda onlar birlikdə 2022-ci ilin iyul ayına qədər birlikdə yaşamışlar. Bu müddət ərzində onların arasında arabir mübahisələr baş versə də, heç vaxt hər hansı bir formada münaqişəyə çevrilməmişdir. Onlar arasında mübahisələrə əsasən Leylanın uzun-uzadı telefonla danışması səbəb olmuşdur. Bəzən mübahisə edərkən Leyla ondan ayrılmaq istədiyini desə də o heç vaxt ondan ayrılmaq barədə düşünməmişdir. 27 iyul 2022-ci il tarixdə axşam saat 21 radələrində işdən yorğun halda evə gəlmiş, ac olduğu üçün Leyladan yemək gətirməsini xahiş etdikdə Leyla ona kobud formada yeməyin olmadığını bildirmişdir. Buna görə də onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı qeyd olunun əməli törətmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Dövlət ittihamçısı onun əridir. Asim onun uzaq qohumumdur. 2018-ci ildən o, Asimi daha yaxından tanıyıb münasibət qurmuş, 25 iyul 2019-cu il tarixdə Asim onu öz xoşu ilə qaçırmışdır. Həmin gündən də onlar ailə həyatı qurmuş, toyları isə 23 avqust 2019-cu il tarixdə olmuşdur. Toyları olmağına baxmayaraq Asimin səhlənkarlığı ucbatından heç vaxt rəsmi nikahda olmamışdır. 25 yanvar 2021 -ci ilədək Masallı rayonu, Kürdəbaz kəndində, həmin tarixdən isə ünvan 4 ünvanında yerləşən evdə kirayə yaşamışlar. Bu günə kimi onların övladları olmamışdır. Özü həkimə gedib müayinə olunsa da həkim onda heç bir problemin olmadığını bildirmişdir. Lakin 3 il ərzində o, Asimə həkimə gedib müayinə olunmasını nə qədər təkid etsə də Asim səhlənkarlıq edərək həkimə getməmişdir. Asimlə ailə həyatı qurduğu gündən Asim ona qarşı şiddət göstərmiş, lakin ailəsinin dağılmaması üçün o Asimin bütün şiddətlərinə dözüb bu barədə nə atasına, nə anasına, nə də digər şəxslərə bildirməmişdir. Bu müddət ərzində Asim o həddə çatdırmışdır ki, Asim ona valideynləri ilə də danışmağa icazə verməmişdir. O isə Asimə etiraz etməmişdir. Bu müddət ərzində Asim hər dəfə onunla səbəbsiz mübahislər etmiş və hər dəfə onu döymüşdür. Lakin bu müddət ərzində o heç kimə bu barədə heç nə deməmişdir. Sonuncu dəfə o, 27 iyul 2022-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhəri, Z. Əliyeva küçəsi 1N ünvanında yerləşən kirayədə yaşadıqları mənzildə tək olan zaman Asimin evdə olmadığından istifadə edib atası Əhlimana zəng edib hal-əhval tutmuş, təxminən 2-3 dəqiqə telefonla danışdıqdan sonra Asim evə gəlmiş onun telefonla danışdığını görüb heç bir söz demədən yaxınlaşıb aqressiv formada telefonu onun əlindən almışdır. Asim onun telefonundan zənglər siyahısına baxıb atası ilə danışdığını gördükdə səbəbsiz mübahisə etmiş və daha sonra sağ əlinin içi ilə onun sol qulağından bərkdən şillə vurmuşdur. Şillənin nəticəsində onun həm qulaq həm də başında bərk ağrı olduğu üçün dizlərini yerə atıb əlləri ilə başından tutub ağrıya dözə bilmədiyi üçün qışqırmışdır. Səsi bərk çıxdığı üçün Asim hər iki əli ilə onun boğazından tutub sürüyə-sürüyə divara dirəyib başını divara vura-vura onu sakitləşdirməyə çalışmışdır. Bir qədər sonra Asim arxadan onun saçından tutub onu yerlə sürümüşdür. Asim əvvəlcə onun telefonunu əlindən alsa da, daha sonra özünə qaytarmış atasıgillə danışmağa icazə vermiş, lakin Asimin onu döyməsi barədə heç nə deməməsini tapşırmışdır. Növbəti gün, yəni 28 iyul 2022-ci il tarixdə saat 11 radələrində onun atası və anası birlikdə onların yaşadığı evə gəlmiş, o, valideynlərinə Asimin onu vurduğunu və qulağının gecədən bərk ağrıdığını demiş, atası Əhliman Asimi telefon vasitəsi ilə həmin evə çağırmış, Asim etdiyi əmələ haqq qazandırdığına görə o valideynləri ilə birlikdə Masallı rayonuna qayıtmışdır. 29 iyul 2022-ci il tarixdə o, Masallı şəhərində yerləşən özəl klinikaların birinə getmiş, orada həkim qulağının içində qan laxtalanması və pərdə cırılması olduğunu, buna görə də Lənkəran rayonu mərkəzi xəstəxanasına getməyi məsləhət görmüşdür. Daha sonra o, Lənkəran rayonu mərkəzi xəstəxanasına gedərək müalicə almışdır. Hazırda Dövlət ittihamçısı ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Leyla ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Dövlət ittihamçısı da tanıyır. Belə ki, Asim həm onun kürəkəni, həm də bibisi oğlunun nəvəsidir. Asimi uşaqlıqdan tanıyır. Asim onun qızı Leyla ilə 2019-cu ilin iyul ayında ailə həyatı qurmuşdur. 2021 -ci ilin yanvar ayına kimi Asim və Leyla kənddə Asimin ailəsi ilə birlikdə yaşamışlar, həmin vaxtdan sonra isə Abşeron rayonu, Xırdalan şəhərinə köçərək kirayədə yaşamışlar. Bundan sonra o, tez-tez Xırdalan şəhərində Asimlə qızını ziyarət etmişdir. Həmin vaxtlar Asimin qızı Leylanı incitdiyini bilsə də, gənc olduqlarını zamanla düzələcəyini güman etdiyi üçün başa salmağa çalışmışdır. 27 iyul 2022-ci il tarixdə axşam saatlarında qızı Leyla ona zəng edərək narahat olduğunu, buna görə də Xırdalana gəlməyini xahiş etmişdir. Növbəti gün, yəni 28 iyul 2022-ci il tarixdə səhər saatlarında arvadı Sevərlə birlikdə Xırdalan şəhərinə gəlmişdir. O, Leylagilə gələndən sonra Leylanın halının yaxşı olmadığını görmüşdür. Leyladan nə baş verdiyini soruşanda Leyla Asimin dünən gecə onu döyüb xəsarət yetirdiyini və hazırda dünəndən qalma başında və qulağında bərk ağrılar olduğunu demişdir. O Asimə zəng edib kirayədə yaşadığı evlərinə çağırmışdır. Təxminən 30- 40 dəqiqə sonra Asim evə gəlmiş etdiyi əmələ haqq qazandıraraq onlarla mübahisə etmiş, buna görə də o qızı Leylanı özü ilə götürüb Masallı rayonuna aparmışdır. Həmin gün Leyla Asim üçün problem yaratmamaq məqsədilə həkimə müraciət etməmişdir. Lakin həmin gecəni də Leyla ağrıdan yata bilmədiyi üçün növbəti gün, yəni 29 iyul 2022-ci il tarixdə Masallı şəhərində yerləşən özəl klinikaların birinə müraciət etmiş orada həkim Leylanı müayinə edib qulağının içərisində qan laxtalanması və pərdə cırılması olduğunu və Lənkəran rayon mərkəzi xəstəxanasına getməli olduqlarını bildirmişdir. Daha sonra onlar Lənkəran rayonu mərkəzi xəstəxanasına gedib müraciət etmişlər və qızı Leyla orada müalicə almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Leyla ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Dövlət ittihamçısı da tanıyıra. Belə ki, Asim həm onun kürəkəni, həm də ərinin bibisi oğlunun nəvəsidir. Asimi uzun müddətdir ki, tanıyır. Asim onun qızı Leyla ilə 2019-cu ilin iyul ayında ailə həyatı qurmuşdur. Onlar həmin vaxtdan 2021 -ci ilin yanvar ayına kimi kənddə, bundan sonra isə Abşeron rayonu, Xırdalan şəhərində yaşamışlar. O bu müddət ərzində konkret olaraq Asimlə qızının münasibətlərinin necə olduğunu bilməsə də, əri X5 incitdiyini öyrənmişdir. X6 danışmağa da imkan verməmişdir. Ona görə də o, qızı Leyla ilə əlaqə saxlayıb, hal-əhval tuta bilməmişdir. 27 iyul 2022-ci il tarixdə axşam saatlarında əri Əhliman evə gəlib ona Leylann evində nəsə problem olduğunu və onları Xırdalana dəvət etdiyini demişdir. Növbəti gün, yəni 28 iyul 2022-ci il tarixdə səhər saatlarında o, əri Əhlimanla birlikdə Xırdalan şəhərinə gəlmişdir. Onlar Leylagilə gəldikdə halının yaxşı olmadığını görmüşlər. Leyladan nə baş verdiyini soruşanda Leyla onara Asimin dünən gecə onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onun əri Əhliman Asimə zəng edib Asimi evə çağırmış, Asim evə gəldikdən sonra öz əməlinə haqq qazandırmış və bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. Daha sonra əri Əhlimanla birlikdə Leylanı götürərək Masallı rayonuna aparmışlar. Həmin gün Leyla Asim üçün problem yaratmamaq məqsədilə həkimə müraciət etməmişdir. Lakin həmin gecəni də Leyla ağrıdan yata bilmədiyi üçün növbəti gün, yəni 29 iyul 2022-ci il tarixdə Masallı şəhərində yerləşən özəl klinikaların birinə müraciət etmiş orada həkim Leylanı müayinə edib qulağının içərisində qan laxtalanması və pərdə cırılması olduğunu və Lənkəran rayon mərkəzi xəstəxanasına getməli olduqlarını bildirmişdir. Daha sonra onlar Lənkəran rayonu mərkəzi xəstəxanasına gedib müraciət etmişlər və qızı Leyla orada müalicə almışdır. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 670 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulağın təbil pərdəsinin travmatik perforasiyası(cırılması), sol qulaq seyvanında, alının mərkəzi hissəsində və sol bazu nahiyəsində qançır, sol said nahiyəsinin sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol qulağın təbil pərdəsinin travmatik perforasiyası(cırılması), sol qulaq seyvanında qançır vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Dövlət ittihamçısı əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, o, Dövlət ittihamçısı ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Dövlət ittihamçısı barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Dövlət ittihamçısı ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Dövlət ittihamçısı barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Dövlət ittihamçısı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar