Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-135/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 X10 iştirakı ilə xx xxxx 1969-cu ildə Port-İliç qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1982-ci ildə Oğuz rayonu, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayon Məhkəməsinin 1(012)-249/2023 saylı hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-ci bəndinin tətbiq edilmiş, Oğuz rayonu, Kərimli ərazi dairəsi, Kərimli kəndində qeydiyyatda olan və yaşayan barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Abşeron rayonunun Masazır bələdiyyəsinin və fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirib dələduzluq etmişlər. Belə ki, o, Abşeron rayonunun Masazır bələdiyyəsi üzvlərinin xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolu əsasında Abşeron rayonunun Masazır bələdiyyəsinin sədri seçilib, həmin tarixdən xx.xx.2022-ci il tarixədək qeyd olunan vəzifədə işləyərkən bələdiyyə üzvlərinin xx.xx.2020-ci il tarixli, 2 saylı iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Abşeron rayonunun X1”nə əsasən əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən hərəkətlər etmək hüququna malik vəzifəli şəxs kimi Abşeron rayonunun Masazır bələdiyyəsinin hüquq sektorunun müdiri, bələdiyyə qulluqçusu kimi vəzifəli şəxs hesab edilən Təqsirləndirilən şəxs2 ilə öz cinayətkar hərəkətlərini şüurlu surətdə qarşılıqlı uzlaşdıraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bələdiyyə torpaqlarının Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq ayrılmalı, eləcə də müvafiq qaydada rəsmiləşdirilməmiş, lakin faktiki olaraq vətəndaşların istifadəsində olan bələdiyyə torpaqlarının həmin şəxslərdən geri alınması mümkün olmadığı hallarda torpaq sahələrinin bələdiyyə ərazisində daimi yaşayan və ya ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin mülkiyyətinə hərrac və ya müsabiqə keçirilmədən verilməli olduğu, habelə bələdiyyənin kollegial orqan kimi yalnız bələdiyyə üzvlərinin iştirakı ilə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə funksiyalarını həyata keçirməli olduğu hallarda o, bu qaydaları kobud şəkildə pozub özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq bələdiyyənin iclaslarını faktiki keçirmədən təkbaşına qərar qəbul etməklə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vəzifəli şəxs kimi ayrı-ayrı hallarda Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə çoxsaylı vətəndaşların xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən ələ keçirib dələduzluq edərək, bu hərəkətləri ilə rəhbərlik etdiyi bələdiyyənin ərazisində məskunlaşan fiziki şəxslərin, eyni zamanda hüquqi şəxs olan Abşeron rayonunun Masazır bələdiyyəsinin sədri olduğundan, törətdiyi çoxsaylı qanunazidd əməllərlə həmin qurumun nüfuzdan salınmasına yönələn hərəkətlər edib vətəndaşların öz hüquqlarının müdafiəsi üçün əsaslı olaraq müxtəlif dövlət orqanlarına şikayət etmələri ilə nəticələnib, hüquqi şəxs kimi Abşeron rayonu, Masazır bələdiyyəsinin və fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, X19 faktiki olaraq istifadəsində olan, Abşeron rayonu, Masazır kəndi, şəhid Zaur Həsənov küçəsində yerləşən 0,03 hektar (3 sot) torpaq sahəsinə və içərisindəki bir mərtəbəli fərdi yaşayış evinə dair çıxarış əldə etmək istədiyini sonuncunun tanışı, Abşeron rayonunun Masazır bələdiyyəsində Maliyyə vergi və ödənişlər sektorunda müfəttiş işləyən Şahid8 öyrənib, Nizami Əliyevin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, 2021-ci ilin aprel ayının axırlarında qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işlərinin həll edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 (bundan sonra ƏMDX DƏDKR PHŞ) 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi ilə bağlı Şahid8 ona şifahi qaydada müraciətindən sonra, öz cinayətkar niyyətinə uyğun olaraq vəzifəli şəxs kimi öz qulluq mövqeyindən tamah məqsədilə istifadə edib, mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlərin verilməsi onun səlahiyyətlərinə aid olmadığı halda adı çəkilən vətəndaşlara çıxarış aldıracağı barədə yalan vədlər verərək qeyd olunan məsələnin həllinə dair inam formalaşdırıb aldatmaqla, torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlərin əldə edilməsi müqabilində rüsum adı ilə, 2021-ci ilin aprel ayının axırlarında ünvan 2 ünvanında yerləşən - Abşeron rayonunun Masazır bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Nizami Əliyev tərəfindən verilmiş, sonuncuya məxsus 7000 (yeddi min) AZN pulu Şahid8 şəxsən alaraq, zərərçəkmiş Nizami Əliyevin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən Zərərçəkmiş şəxs5 faktiki olaraq istifadəsində olan, Abşeron rayonu, Masazır kəndi, “Şok” marketin arxasında yerləşən 0,05 hektar (5 sot) torpaq sahəsinə dair mülkiyyət sənədlərini əldə etmək istədiyini sonuncunun özündən öyrənib, Zərərçəkmiş şəxs5 əmlakını aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işlərinin həll edilməsi ilə bağlı Zərərçəkmiş şəxs5 ona şifahi qaydada müraciətindən sonra, öz cinayətkar niyyətinə uyğun olaraq vəzifəli şəxs kimi öz qulluq mövqeyindən tamah məqsədilə istifadə edib, mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlərin verilməsi onun səlahiyyətlərinə aid olmadığı halda adı çəkilən vətəndaşa çıxarış aldıracağı barədə yalan vədlər verərək, qeyd olunan məsələnin həllinə dair inam formalaşdırıb aldatmaqla, torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlərin əldə edilməsini təmin edəcəyi adı ilə 2021-ci ilin iyul ayında ünvan 2 ünvanında yerləşən - Abşeron rayonunun Masazır bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Zərərçəkmiş şəxs5 məxsus 5000 (beş min) AZN pulu sonuncudan şəxsən alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 əmlakını aldatma yolu ilə ələ keçirib sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib Şahid2 tanışı X3 faktiki olaraq istifadəsində olan ünvan 4 ünvanında yerləşən 17 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ƏMDX DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsindən çıxarışın alınmasında köməklik etmək üçün şifahi olaraq ona müraciət etdikdə yalan vədlər verərək dələduzluq yolu ilə xeyli miqdarda əmlakı ələ keçirmək qərarına gəlib, bu işlərin görülməsi üçün Şahid2 15000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək Ələkbər Baxşəliyevin torpaq sahəsinin qanuna müvafiq sənədləşməsində maraqlı olan sonuncunun digər tanışı Zərərçəkmiş şəxs8 təqdim etdiyi xeyli miqdarda - 15000 manat pulu 2022-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanda yerləşən - Abşeron rayonunun Masazır bələdiyyəsində öz xidməti otağında Zərərçəkmiş şəxs8 – 15000 (on beş min) AZN pulunu şəxsən alıb dələduzluq yolu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlandırılan ərazidə yerləşən 16 sot torpaq sahəsinə dair çıxarış əldə etmək istədiyini sonuncunun özündən öyrənib, Abşeron rayonunun Masazır bələdiyyəsinin hüquq sektorunun müdiri Təqsirləndirilən şəxs2 ilə öz cinayətkar hərəkətlərini şüurlu surətdə qarşılıqlı uzlaşdıraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək qərarına gəlib, Zərərçəkmiş şəxs3 faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlandırılan ərazidə yerləşən 16 sot torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işlərinin həll edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 (bundan sonra ƏMDX DƏDKR PHŞ) 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi onun səlahiyyətlərinə aid olmadığı halda, bununla bağlı yalan vədlər verərək zərərçəkmişdə qeyd olunan məsələnin həllinə dair inam formalaşdırıb aldatmaqla, əlbir olduğu Təqsirləndirilən şəxs2 2021-ci ilin əvvəlində ünvan 2 ünvanında yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsinin həyətində Zərərçəkmiş şəxs3 22.000 manat, sonra eyni niyyətlə 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 xahişi ilə tanışı Şahid1 Abşeron rayonu, Masazır kəndində yerləşən “Duz gölü” yaxınlığındakı “Oğuz” yanacaq doldurma məntəqəsinin qarşısında 5.000 manat almış, bundan başqa eyni niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayətkar məqsədlərinə uyğun olaraq, o, Abşeron rayonunun Masazır bələdiyyəsindəki xidməti otağında Zərərçəkmiş şəxs3 2022-ci ilin yanvar ayında 1000 manat, həmin ilin fevral ayında 1500 manat, həmin ilin mart ayında 500 manat almış, habelə 2022-ci ilin aprel ayında Abşeron rayonu, Masazır kəndində yerləşən “Soliton” mağazasının qarşısında əlbir olduğu Təqsirləndirilən şəxs2 eyni cinayətkar niyyətlə Zərərçəkmiş şəxs3 1000 manat almış, nəhayət sonuncu dəfə əlbir olduğu Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə onunla aralarında olan razılaşmaya əsasən öz adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartına Zərərçəkmiş şəxs3 tərəfindən eyni niyyətlə göndərilmiş 1000 manat məbləğində pulu əldə edərək, bununla da, vahid niyyətlə, ümumilikdə - 32000 (otuz iki min) AZN pulu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirərək cinayətkar niyyət və məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs3 faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlandırılan ərazidə yerləşən 16 sot torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işlərinin həll edilməsi və ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi səlahiyyətlərinə aid olmadığı halda bununla bağlı yalan vəd verərək, əvvəlcə əlbir olduğu Təqsirləndirilən şəxs2 2021-ci ilin əvvəlində ünvan 2 ünvanda yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsinin həyətində 22000 manat, daha sonra isə 2021-ci ilin oktyabr ayında saat 11 radələrində Zərərçəkmiş şəxs3 xahişi ilə tanışı Şahid1 Abşeron rayonu, Masazır kəndində yerləşən “Duz gölü” yaxınlığındakı “Oğuz” yanacaq doldurma məntəqəsinin qarşısında 5000 manat olmaqla vahid niyyətlə ümumilikdə - 27000 manat pulunu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, həmçinin o, eyni niyyətlə Nicat İsmayilovla ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq Zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi üçün yalan vədlər verərək əvvəlcə o, 2022-ci ilin yanvar ayında ünvan 2 ünvanda yerləşən - Abşeron rayonunun Masazır bələdiyyəsində xidməti otağında Zərərçəkmiş şəxs3 1000 manat, həmin ilin fevral ayında eyni ünvanda yenidən xidməti otağında 1500 manat, eləcə də həmin ilin mart ayında eyni ünvanda xidməti otağında 500 manat, daha sonra əlbir olduğu Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayında Abşeron rayonu, Masazır kəndində yerləşən “Soliton” mağazasının qarşısında Zərərçəkmiş şəxs3 1000 manat məbləğində pulu götürüb aralarında olan sövdələşməyə əsasən ona çatdırmış, sonuncu dəfə yəni 19 may 2022-ci il tarixdə əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya əsasən sonuncu adına olan “Beynəlxalq bank”a məxsus plastik karta Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş 1000 manat məbləğində pulu ələ keçirərək ona verməklə vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə - 32000 (otuz iki min) AZN pulu o, və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu təkrar ələ keçirərək cinayətkar niyyət və məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” deyilən ərazidə 0,08 hektar (8 sot) torpaq sahəsi almaq barədə şifahi müraciətindən sonra sonuncunun əmlakını aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, öz cinayətkar niyyətinə uyğun olaraq vəzifəli şəxs kimi öz qulluq mövqeyindən tamah məqsədilə istifadə edib, Zərərçəkmiş şəxs4 torpaq sahəsi satacağı barədə yalan vədlər verərək aldatmaqla bu adla aralarında olan razılaşmaya əsasən 2022-ci ilin iyun ayında ünvan 2 ünvanında yerləşən - Abşeron rayonunun Masazır bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Zərərçəkmiş şəxs4 2500 manat, sonra isə 22.500 manat, ümumilikdə 25.000 (iyirmi beş min) AZN pulu vahid niyyətlə alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 əmlakını aldatma yolu ilə ələ keçirib sonuncuya həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib Abşeron rayonunun Masazır bələdiyyəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda hüquqşünas vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 ilə öz cinayətkar hərəkətlərini şüurlu surətdə qarşılıqlı uzlaşdıraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək qərarına gəlib, Zərərçəkmiş şəxs9 ünvan 8 ünvanda yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən torpaq sahəsinə dair ƏMDX DƏDKR PHŞ-nin 4 saylı Abşeron ərazi idarəsindən çıxarışın alınmasında köməklik etmək üçün şifahi olaraq ona müraciəti əsasında sonuncuya yalan vədlər verərək əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında olan sövdələşməyə əsasən sonuncunun qeyd olunan torpaq sahəsinə gedib guya sənədləşmə işlərinin başlaması görüntüsünü yaratmaqla, artıq torpaq sahəsində ölçmə işlərinin aparılmasını bildirmiş və bələdiyyə sədri kimi onun tapşırığı yerinə yetirildikdən sonra Zərərçəkmiş şəxs9 etibarını qazanaraq ünvan 8 ünvanında əlbir olduğu Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayında sonuncudan 7000 manat aldıqdan sonra, 2022-ci ilin iyul ayının axırlarında ünvan 2 ünvanda yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsindəki xidməti otağında özü eyni cinayətkar niyyətlə Zərərçəkmiş şəxs9 əvvəlcə 1000 manat, həmin ilin avqust ayında isə 500 manat olmaqla, bununla da, vahid niyyətlə, ümumilikdə - 8500 (səkkiz min beş yüz) AZN pulu alıb Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirərək cinayətkar niyyət və məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölməklə Zərərçəkmiş şəxs9 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi fiziki şəxslərin və Abşeron rayonunun Masazır bələdiyyəsinin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eləcə də Abşeron rayon bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, Abşeron rayonunun Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixli, 01/10-k nömrəli əmri ilə həmin tarixdən xx.xx.2021-ci il tarixə kimi Abşeron rayonunun Masazır bələdiyyəsinin hüquq sektorunun müdiri vəzifəsində, xx.xx.2021-сi il tarixdən xx.xx.2022-ci il tarixə kimi isə xx.xx.2021-ci il tarixli, 01-09/03-K nömrəli əmrlə Abşeron rayonun Masazır bələdiyyəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun hüquqşünası vəzifəsində işləyərkən, bələdiyyə fəaliyyətinin hüquq və qanuna uyğun şəkildə təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olub, bələdiyyə qulluqçusu olan vəzifəli şəxs kimi Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 ilə öz cinayətkar hərəkətlərini şüurlu surətdə qarşılıqlı uzlaşdıraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bələdiyyəyə müraciət edən vətəndaşlara hüquqi yardım göstərərək, bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə keçirilməsi və sənədləşmə prosesinin aparılması ilə bağlı müraciətlərinə qanunauyğun şəkildə cavab verərək müraciət edənlərə hüquqi proseduralar müstəvisində hərəkət etməyə istiqamət verməli olduğu halda, bunu etməyib həmin qaydaları kobud şəkildə pozaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vəzifəli şəxs kimi ayrı-ayrı hallarda Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyəyə müraciət edən çoxsaylı vətəndaşların xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən ələ keçirib dələduzluq edərək, törətdiyi çoxsaylı qanunazidd əməllərlə bələdiyyənin ərazisində məskunlaşan fiziki şəxslərin, eyni zamanda təsisat kimi hüquqi şəxs - Abşeron rayonunun Masazır bələdiyyəsinin nüfuzdan salınmasına yönələn hərəkətlər edib vətəndaşların öz hüquqlarının müdafiəsi üçün əsaslı olaraq müxtəlif dövlət orqanlarına şikayət etmələrinə səbəb olmaqla, hüquqi şəxs kimi Abşeron rayonunun Masazır bələdiyyəsinin və fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Abşeron rayonunun Masazır bələdiyyəsinin hüquq sektorunun müdiri vəzifəsində işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlandırılan ərazidə yerləşən 16 sot torpaq sahəsinə dair çıxarış əldə etmək istədiyini Abşeron rayonunun Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 öyrənib, sonuncu ilə öz cinayətkar hərəkətlərini şüurlu surətdə qarşılıqlı uzlaşdıraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək qərarına gəlib, Zərərçəkmiş şəxs3 faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlandırılan ərazidə yerləşən 16 sot torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işlərinin həll edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 (bundan sonra ƏMDX DƏDKR PHŞ) 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi onun səlahiyyətlərinə aid olmadığı halda, bununla bağlı yalan vədlər verərək zərərçəkmişdə qeyd olunan məsələnin həllinə dair inam formalaşdırıb aldatmaqla, 2021-ci ilin əvvəlində ünvan 2 ünvanda yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsinin həyətində Zərərçəkmiş şəxs3 22.000 manat, sonra eyni niyyətlə 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 xahişi ilə tanışı Şahid1 Abşeron rayonu, Masazır kəndində yerləşən “Duz gölü” yaxınlığındakı “Oğuz” yanacaq doldurma məntəqəsinin qarşısında 5.000 manat, bundan başqa xx.xx.2022-ci il tarixdən etibarən Abşeron rayonunun Masazır bələdiyyəsində işləmədiyi halda, eyni niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayətkar məqsədlərinə uyğun olaraq, əlbir olduğu Təqsirləndirilən şəxs1 Abşeron rayonunun Masazır bələdiyyəsindəki xidməti otağında Zərərçəkmiş şəxs3 2022-ci ilin yanvar ayında 1000 manat, həmin ilin fevral ayında 1500 manat, həmin ilin mart ayında 500 manat almış, habelə 2022-ci ilin aprel ayında Abşeron rayonu, Masazır kəndində yerləşən “Soliton” mağazasının qarşısında o, eyni cinayətkar niyyətlə özü Zərərçəkmiş şəxs3 1000 manat almış, nəhayət sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşmaya əsasən öz adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartına Zərərçəkmiş şəxs3 tərəfindən eyni niyyətlə göndərilmiş 1000 manat məbləğində pulu əldə edərək, bununla da, vahid niyyətlə, ümumilikdə - 32000 (otuz iki min) AZN pulu Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ələ keçirərək cinayətkar niyyət və məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə, yəni xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq öz qulluq mövqeyindən istifadə edib, Zərərçəkmiş şəxs1 sonuncunun faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, Mikayıl Müşfiq küçəsində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi üçün müvafiq sənədləşmə işlərinin həll edilməsi və ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi ilə bağlı vəzifə səlahiyyətlərinə aid olmayan vəd verərək, bunun üçün, ümumilikdə, 8800 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirib aldadaraq, 2021-ci ilin aprel ayının axırlarında rüsum adı ilə 1500 manat, həmin ilin may ayında sənədləşmə işlərini aparan işçilərə vermək adı ilə əlavə olaraq 300 manat pulu Zərərçəkmiş şəxs1 oğlu Şahid7 vasitəsilə ona göndərdiyi pulları iki dəfəyə Abşeron rayonu, Masazır kəndi ərazisində “Masazır dairəsi” deyilən yerdə, 2021-ci ilin may ayının axırlarında sənədləşmə işlərinin həll edilməsi üçün ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron ərazi İdarəsinə verilməsi adı ilə Zərərçəkmiş şəxs1 oğlu Şahid7 vasitəsilə ona göndərdiyi 5000 manat pulu isə sonuncudan ünvan 2 ünvanda yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsində öz xidməti otağında, sonda isə 2021-ci ilin may ayının sonlarında 2000 manat pulu yenidən Şahid7 hər dəfə yalan vədlər verərək Abşeron rayonu, Masazır kəndi ərazisində “Masazır dairəsi” deyilən yerdə alıb, vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda - ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) AZN pulu dələduzluq yolu ələ keçirərək ona həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs7 faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, Cantəpə deyilən ərazidə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi üçün müvafiq sənədləşmə işlərinin həll edilməsi və ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi ilə bağlı vəzifə salahiyyətlərinə aid olmayan yalan vəd verərək bunun üçün ümumilikdə 3350 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirib, aldadaraq 2021-ci ilin iyun ayının əvvəlində sənədləşmə işlərinə görə ilkin ödəniş kimi 1000 manat pulu Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Masazır kəndində yerləşən “Araz” marketin qarşısında, daha sonra 2021-ci ilin iyul ayının ortalarında rüsum adı ilə 2000 manat pulu sonuncudan Abşeron rayonu, Masazır kəndində yerləşən “Zəfəran” aptekin qarşısında, bundan sonra yenidən rüsum adı ilə əlavə olaraq 200 manat pulu Zərərçəkmiş şəxs7 dostu Şahid4 vasitəsi ilə Abşeron rayonu, Masazır kəndində yerləşən “Dreampark” yaşayış kompleksinin qarşısında və sonda 2021-ci ilin sentyabr ayında rüsum adı ilə Zərərçəkmiş şəxs7 atası Şahid3 Abşeron rayonu, Masazır kəndi, Ü.Hacıbəyov və H.Əliyev küçələrinin kəsişməsində alıb vahid niyyətlə Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə - 3350 (üç min üç yüz əlli) AZN pulu dələduzluq yolu ələ keçirərək ona həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Masazır kəndində “Yoncalıq” deyilən ərazidə 0,02 hektar (2 sot) torpaq sahəsinin olduğunu yalandan deyərək, həmin ərazidə ona məxsus olmayan boş bir torpaq sahəsini göstərərək aldadıb 2021-ci ilin sentyabr ayında Abşeron rayonu, Masazır kəndi ərazisində 8600 (səkkiz min altı yüz) AZN pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən etibarən Abşeron rayonunun Masazır bələdiyyəsində işləmədiyi halda təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 faktiki olaraq istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsində yerləşən 3,5 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi üçün müvafiq sənədləşmə işlərinin həll edilməsi və ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi ilə bağlı yalan vəd verərək, aldadıb bunun üçün ümumilikdə 1256 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirib 2022-ci ilin iyul ayının əvvəlində Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 yaşayış kompleksinin yaxınlığında yerləşən “Əlincə” sarayının qarşısında rüsum və zəhmət haqqı adı ilə 256 manat, daha sonra 2022-ci ilin sentyabr ayında ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron ərazi İdarəsinin qarşısında 1000 manat pulu həmin idarəyə təqdim edilmsi adı ilə alıb vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə - 1256 (bir min iki yüz əlli altı) AZN pulu dələduzluq yolu ələ keçirərək ona həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən etibarən Abşeron rayonunun Masazır bələdiyyəsində işləmədiyi halda, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq Abşeron rayonun Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 faktiki olaraq istifadəsində olan ünvan 8 ünvanda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi üçün müvafiq sənədləşmə işlərinin həll edilməsi və ƏMDX DƏDKR PHŞ-in 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi ilə bağlı yalan vəd verərək əlbir olduğu Təqsirləndirilən şəxs1 bunun üçün zərərçəkmiş şəxsə ümumilikdə 8500 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirdikdən sonra aldatma yolu ilə 2022-ci ilin iyul ayında ünvan 8 ünvanda Zərərçəkmiş şəxs9 7000 manat pulunu almış, daha sonra isə 2022-ci ilin iyul ayının sonunda iki dəfəyə olmaqla hər dəfə ünvan 2 ünvanda yerləşən Abşeron rayonunun Masazır bələdiyyəsində xidməti otağında Zərərçəkmiş şəxs9 əlbir olduğu Təqsirləndirilən şəxs1 1000 manat, daha sonra həmin ilin avqust ayında 500 manat məbləğində pulu alması ilə birgə ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs9 məxsus xeyli miqdarda - ümumilikdə 8500 (səkkiz min beş yüz) AZN pulu Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ələ keçirərək cinayətkar niyyət və məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölməklə Zərərçəkmiş şəxs9 həmin məbləğdə ziyan vurub təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ittiham olunduğu cinayət əməli ilə bağlı istintaqda verdiyi ifadəsini təstiq edərək əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində Abşeron rayonunun Masazır bələdiyyəsinin üzvü seçilmiş və xx.xx.2020-ci il tarixdə keçirilən Abşeron rayonunun Masazır bələdiyyəsinin 1 saylı ümumi iclasında bələdiyyənin sədri vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Abşeron rayonunun Masazır bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə, yəni təxminən 2021-ci ilin aprel ayında Masazır bələdiyyəsinin vergi şöbəsinin əməkdaşı işləyən Şahid8 ona müraciət edərək tanışı X19 istifadəsində olan Abşeron rayonu, Masazır kəndi, şəhid Zaur Həsənov küçəsində yerləşən 0,03 hektar (3 sot) torpaq sahəsini və içərisindəki bir mərtəbəli fərdi yaşayış evinin sənədləşdirilməsində ona kömək etməyini xahiş etmişdir. Həmin dövürdə pula ehtiyacı olduğu üçün 5000 manat müqabilində kömək edə biləcəyini, sonradan isə 7000 manat pul tələb olunduğunu demişdir. Həmin pulu Ülfətdən alsa da həmin işlərin görülməsi onun səlahiyyəti daxilində olmamışdır. Nizami bələdiyyəyə gəldikdə onun özünə də söz vermişdir ki, tez bir zamanda sənədlərini düzəldəcəkdir. Həmin 7000 manatı özü yalan vədlər verərək ələ keçirməklə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 istifadəsində olan Abşeron rayonu, Masazır kəndi “Şok” marketin arxasında yerləşən 5 sot torpaq sahəsinə müvafiq mülkiyyət hüququnu təsdiq edən sənəd düzəltmək məqsədilə təxminən 2021-ci ilin iyun ayında Abşeron rayonunun Masazır bələdiyyəsinə gələrək onun qəbulunda olmuşdur. O, isə Salehə torpaq sahəsininin hərraca çıxarılacağını və hərrac yolu ilə ona satılacağını bildirərək bunun üçün 5000 manat dövlət rüsumu ödəməli olduğunu demiş və razılaşmışlar. O, həmin 5000 manatı Salehdən aldıqdan sonra isə pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, X5 məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə sənəd düzəltmək adı ilə 2022-ci ilin fevral ayının ortalarında Masazır bələdiyyəsində öz xidməti otağında 15000 manat məbləğində pulu Zərərçəkmiş şəxs8 almış və həmin pulun müqabilində heç bir sənəd düzəltməmiş öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 2022-ci ilin iyun ayında Masazır bələdiyyəsinə gələrək onun qəbulnmda olmuşdur. Xəqani ona Abşeron rayonu, Masazır kəndində “Yoncalıq” deyilən ərazidə 8 sot torpaq sahəsini almaq istədiyini dedikdə o, 8 sot torpağın satış qiymətinin 60000 manat olduğunu, lakin torpağın 4 sotunun pulunu, yəni cəmi 30000 manatı Xəqanidən alacağını bildirmışdir. Həmçinin, Xəqaninin etibarını qazanmaq niyyəti ilə yalandan sonuncuya “mənə təcili pul lazım olduğu üçün 60000 manatlıq torpağı 30000 manata satacam” demişdir. Əvvəlcə 2500 manat daha sonra isə 2022-ci ilin iyun ayının ortalarında Xəqani yenidən onun iş otağına gələrək əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən qalan 22500 manat pulu da gətirdiyini bildirib elə iş otağında həmin pulu ona vermişdir. Ümumilikdə 25000 manat məbləğində pulu Zərərçəkmiş şəxs4 alsa da, ona hər hansı torpaq sahəsini satmaq niyyəti olmamış və yalan vədlər verərək Xəqanin pulunu ələ keçirmək niyyəti olmuşdur. Xəqanidən aldığı 25000 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 da ünvan 8 ünvanda yerləşən istifadəsində olan torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün 2022-ci ilin iyul ayının əvvəllərində ona müraciət etmiş və o, Elmana yalan vəd verərək həmin işləri görə biləcəyini bildirmişdir. Elmanı inandırmaq üçün əvvəllər Masazır bələdiyyəsində hüquqşünas işləyən Təqsirləndirilən şəxs2 sənədləşmə işlərinin görülməsi görüntüsünü yaratması üçün Elmanın evinə göndərmişdir ki, Nicat Elmanın torpaq sahəsini yalandan ölçərək oradan ona zəng etsin. Nicat da onun dediyi kimi Elmanın evinə gedərək torpaq sahəsini ölçmüş və oradan ona zəng edərək o, Elmanla telefon vasitəsilə danışmışdır. Elmanın 8500 manat pul verməli olduğunu bildirmiş, Elman isə onunla razılaşaraq ilkin olaraq 7000 manat, daha sonra qalan 1500 manat pulu isə bir müddət sonra verəcəyini demişdir. O, da Elmanla razılaşaraq 7000 manatı Nicata verməsini bildirmişdir. Daha sonra Nicat həmin 7000 manat pulu gətirib ona xidməti otağında çatdırmışdır. Həmin 7000 manat puldan Nicata hansısa məbləğdə pul verməmişdir. Sonradan Elman 1000 manat və 500 manat olmaqla ümumilikdə 1500 manat pulu arvadı Şahid5 ilə birlikdə Masazır bələdiyyəsinə gələrək xidməti otağında onun özünə vermişdir. Ümumilikdə 8500 manat məbləğində pulu Zərərçəkmiş şəxs9 almış və öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi “Yoncalıq” deyilən ərazidə yerləşən 0,16 hektar (16 sot) torpaq sahəsinin sənədləşmə işlərini həll etmək məqsədilə 2021-ci ilin əvvəllərində, yəni yaz aylarında Masazır bələdiyyəsinə gələrək onun qəbulunda olmuşdur. Xanlar özünə məxsus torpaq sahəsinin sənədləşmə işlərini həll etmək istədiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs2 yanına çağırıb Xanlara “get Nicatla danış, nə lazımdır sənə deyəcək” demişdir. Xanları Nicatla tanış etdikdən sonra isə sonuncuya “gör nə verir, 5000 versə al” demiş, lakin Nicata Xanlardan 5000 manat almasını desə də, əslində onun Xanlara hər hansı sənəd düzəltmək fikri olmamışdır. Bu barədə Nicata da demişdir. Yəni o, və Nicat öz aralarında Xanları aldadaraq sonuncunun pulunu ələ keçirərək öz ehtiyacları üçün xərcləmək qərarına gəlmişlər. Sonradan isə onun yanına çoxlu sayda sakin gəldiyindən və başı başqa işlərə qarışdığından Nicatın Xanlardan pul alıb-almadığını soruşmağı unutmuşdur. Heç Nicatın özü də, ona bu barədə heç nə deməmişdir. Lakin, sonradan yəni 2022-ci ilin yanvar ayında Xanlar yenidən bələdiyyəyə gələrək Nicata ümumilikdə 27000 manat pul verdiyini bildirdikdə, Nicatı yanına çağıraraq həqiqətən də həmin pulu Xanlardan alıb-almadığını soruşmuşdur. Nicat isə pulu aldığını etiraf edərək ona bu barədə demədiyini və həmin pulları öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bundan sonra Xanların ona məxsus torpaq sahəsinə sənəd hazırlanmasında kömək etməyini israrla ondan istəməsini görüb Xanların 5000 manat pulunu ələ keçirmək fikrinə düşmüşdür. Lakin, Xanların bu dəfə Nicata inanaraq pul verməyəcəyini düşünüb 2022-ci ilin yanvar ayında özü Xanları xidməti otağına bələdiyyəyə çağırmışdır. Xanlar bələdiyyəyə gəldikdən sonra sonuncuya torpağının sənədlərini düzəltmək üçün “1000 manat da ver, işivi həll edəcəm, çıxarışı alacaqsan” demişdir. Xanlar isə onunla razılaşaraq evə gedib 1000 manat pulu gətirərək 2022-ci ilin yanvar ayında Masazır bələdiyyəsində xidməti otağında ona vermişdir. Bundan təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin fevral ayında axşam saatlarında Xanlara zəng edib sənədləşmə işlərinin həll edilməsi üçün əlavə olaraq 1500 manat pul lazım olduğunu deyərək sonuncunu inandırmağa nail olmuşdur. Xanlar da onunla razılaşaraq 2022-ci ilin fevral ayında həmin 1500 manatı gətirərək Masazır bələdiyyəsində xidməti otağında ona vermişdir. Bundan təxminən 1 ay sonra, yəni 2022-ci ilin mart ayında Xanlara yenidən zəng edərək sənədləşmə işlərinin həll edilməsi üçün əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmiş, həmin vaxt Xanlar həmin pulu vermək istəməsə də sonradan onunla razılaşıb həmin pulu gətirib xidməti otağında ona şəxsən vermişdir. Daha sonra əvvəlcədən də planlaşdırdığı kimi Xanların ümumilikdə 5000 manatını ələ keçirmək niyyətini reallaşdırmaq üçün 2022-ci ilin aprel ayında Xanlara yenidən zəng edərək sənədləşmə işlərinin həll edilməsi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu Nicatla əlaqə saxlayıb verməsini bildirmişdir. Nicatın onun Xanları aldatmaq və heç bir sənəd hazırlamayaraq pulunu ələ keçirmək niyyətindən xəbəri olduğundan sonuncu həmin gün Xanlarla əlaqə saxlayıb Abşeron rayonu, Masazır kəndində yerləşən “Soliton” mağazasının qarşısında sonuncudan əvvəlcədən danışdığı kimi 1000 manatı götürüb xidməti otağında ona vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin may ayının sonlarında yenidən Xanlara zəng edib yalandan “sənədləşmə işlərinə görə təcili 1000 manat pul lazımdır, həmin məbləği Nicatın plastik kartına göndər, bununlada son, daha səndən pul istəməyəcəm, bir neçə günə çıxarış hazır olacaq” demişdir. Xanlarla danışdıqdan sonra bu barədə Nicata bildirmiş və sonuncuya bank kartını Xanlara göndərməsini bildirmişdir. Bir neçə saatdan sonra Nicat onun xidməti otağına gələrək Xanların bank kartına 1000 manat pul göndərdiyini demiş və onun həmin pulu çıxardaraq xidməti otağında ona vermişdir. Nicatın onun hər hansı sənədləşmə işi görmək fikri olmadığını və 5000 manat məbləğində pulu aldadaraq Xanlardan aldığını, həmin pulu isə öz ehtiyacları üçün xərclədiyini bilsə də 5000 manat puldan Nicata heç bir məbləğdə pul verməmişdir. Belə ki, buna səbəb daha öncə Nicatın artıq Xanlardan ümumilikdə 27000 manat pul alması olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və X25 hansısa sənədləri, yəni Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışı, “Abşeron rayon Masazır bələdiyyəsinin protokolunun qərarından” çıxarışı və ya digər sənədləri hər hansı iclas keçirmədən tərtib etməklə və imzalamaqla, eləcə də həmin sənədərə bələdiyyənin möhürünü vurmaqla onlara verməkdə məqsədi həmin şəxslərə aid torpaq sahələrinə hansısa sənədləri düzəltmək yox, bununla sonuncuların etibarını qazanmaqla onları aldatmaq və pullarını ələ keçirmək niyyəti güdmüşdür. Məhkəmə baxışının sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirmiş, dəymiş zərəri tam həcmdə ödəməklə zərərçəkmiş şəxslərlə barışığa nail olduğunu qeyd etmiş, habelə himayəsində azyaşlı uşaqlarının mövcudluğu və müharibə iştirakçısı olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhk Cinayət işinin məhkəmə baxışı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilən X20 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixə kimi Abşeron rayonunun Masazır bələdiyyəsinin Hüquq sektorunun müdiri, həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi isə Masazır bələdiyyəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda hüquqşünas vəzifəsində işləmişdir. Yəni 2020-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək Masazır bələdiyyəsinin hüquqşünası olmuşdur. Hüquqşünas kimi əsas vəzifələri Masazır bələdiyyəsini hüquq mühafizə orqanlarında, məhkəmədə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 müvafiq qurumlarında və digər qurumlarda təmsil etməkdən ibarət olmuşdur. İşlədiyi müddətdə bələdiyyə sədri Təqsirləndirilən şəxs1 olmuş və bələdiyyə sədrinin göstərişi əsasında vətəndaşların torpaq sahələrinin sənədləşmə işlərini də o, həll etmişdir. 2022-ci ilin yanvar ayında isə o, öz ərizəsi ilə işdən çıxmışdır. Abşeron rayonunun Masazır bələdiyyəsində işlədiyi dövrdə, yəni 2021-ci ilin əvvəllərin tanışı Şahid7 ona müraciət edərək Abşeron rayonu, Masazır kəndi, Mikayıl Müşviq küçəsində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik etməyini xahiş etmiş, o, da onunla razılaşdığı üçün Vüsalın atası ilə görüşmüş, Məhəmmədəliyə yalandan sənədləşmə işlərinin həll edilməsi üçün ilk növbədə torpağın koordinatlarını müəyyən etmək lazım olduğunu demişdir. Məhəmmədəli də onunla razılaşmışdır. Işlərinin həll edilməsi və çıxarış alınması da daxil 8800 manat pulun verilməli olduğu barədə demiş və müxtəlif vaxtlarda hissə hissə olmaqla həmin məbləğdə vəsaiti alaraq ələ keçirmiş və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Məhəmmədəlinin pulunu sonradan qaytarmağa çalışsa da buna nail ola bilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə onu 2021-ci ildə Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 tanış etmiş və Faiqə aid Masazır kəndi, Cantəpə deyilən ərazidə yerləşən torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün qanuni prosedur qaydalarını izah etməyini və həmin işdə Faiqə köməklik etməyini bildirmişdir. O, da Faiqə və dostu Seymura əlaqə saxlamaq üçün mobil nömrələrini vermişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün sonradan qaytarmaq niyyəti ilə sənədləşmənin həllinə inandıraraq həmin şəxsdən pul almaq fikrinə gəlmiş və müəyyən vədlər verərək hissə hissə olmaqla Faiqi aldadaraq 3350 manat pulu ondan almağa nail olmuş, həmin pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Hər dəfə də Faiqə xəbərdarlıq etmişdir ki, Rüfətin bu ilşərdən xəbəri olmasın. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır bələdiyyəsində işləyən Sevinc İsayeva ona müraciət edərək qohumu Zərərçəkmiş şəxs6 Masazır kəndi ərazisində torpaq sahəsi almaq istədiyini bildirdikdə o, köməklik edə biləcəyini deyib Sevinc vasitəsi ilə Hafizlə tanış olmuş 0,02 hektar (2 sot) torpaq sahəsinin olduğunu deyərək həmin torpağı Hafizə 8000 manata sata biləcəyini bildirmişdir. Masazır kəndində “Yolcalıq” deyilən əraziyə təsadüfi boş, üzərində hər hansı tikili olmayan, hasara alınmamış torpaq sahəsinin yalandan ona məxsus olduğunu demiş, lakin həmin torpaq sahəsinin kimə məxsus olduğunu bilməmişdir. Bundan sonra Hafiz həmin torpaq sahəsinə baxaraq torpağı bəyənmiş və almaq istədiyini bildirmişdir. Razılaşma əsasında Hafiz zərfin içərisində olan 8000 manatı ona vermiş o, 40 günə sənədlərin hazır olacağını bildirmiş, sonradan bunun üçün əlavə 600 manat lazım olduğunu bildirərək ümumilikdə 8600 manat pulu almağa nail olmuşdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi “Yoncalıq” deyilən ərazidə yerləşən 16 sot torpaq sahəsinin sənədləşmə işlərini həll etmək məqsədilə 2021-ci ilin əvvəllərində Masazır bələdiyyəsinə gələrək bələdiyyə sədri Təqsirləndirilən şəxs1 qəbulunda olmuşdur. Xanlar Rüfətin qəbulunda olduğu zaman Rüfət onu da otağına dəvət etmiş və onu Xanlarla tanış etmiş sənəd işlərini onun həll edəcəyini bildirmişdir. Xanlar otaqdan çıxdıqdan sonra isə Rüfət ona “gör nə verir, 5000 versə al” yəni Rüfət ona Xanların istifadəsində olan torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi ilə əlaqədar Xanlara yalan vədlər verərək 5000 manat pulunu ələ keçirməyini və daha sonra həmin pulu öz aralarında bölməyini bildirmişdir. O, isə Xanlarla bu işin həlli üçün 27000 manat pul lazım olduğunu bildirib 1 aya çıxarışını verəcəyini demişdir. Rüfətin ylnız 5000 manatdan xəbəri olmuşdur. Bundan sonra Xanlar ona 22000 manat pulunun olduğunu əvvəlcə həmin məbləği verə biləcəyini, geri qalan məbləği isə bir neçə ay sonra verə biləcəyini demiş, onar razılaşmışlar. Xanlar həmin vəsaiti gətirdikdə Rüfət bilməsin deye Xanları inzibati binadan çıxararaq kənarda görüşmüş və Xanlar içərisində 22000 manat olan sellafon torbanı ona vermiş o, isə pulu sellafon torbadan çıxarıb sayaraq Xanlara yalandan “bələdiyyə sədri Təqsirləndirilən şəxs1 yanına gedirəm, sən gözlə burda” deyərək maşından düşüb bələdiyyənin inzibati binasına daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra bələdiyyənin həyətinə qayıdaraq Təqsirləndirilən şəxs1 nəzərdə tutaraq “müəllim deyir narahat olmasın, bir aya çıxarış hazır olacaq” demişdir. 2021-ci ilin payız aylarında isə Xanlara geri qalan 5000 manatı Şahid1 vasitəsi ilə ona göndərmişdir. Zaman keçdikcə Xanlar sənədlərin hazır olmadığını görüb, Rüfətə narazılığını bildirmək üçün 2022-ci ilin yanvar ayında yenidən bələdiyyəyə gələrək ona ümumilikdə 27000 manat pul verdiyini Rüfətə bildirdikdə, Rüfət onu yanına çağıraraq həqiqətən də, həmin pulu Xanlardan alıb-almadığını soruşmuş o, isə pulu aldığını etiraf etmiş və həmin pulları isə öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bundan sonra Xanlar ona məxsus torpaq sahəsinə sənəd hazırlanmasında kömək etməyini Rüfətin özündən də, israrla xahiş etdikdə Rüfət Xanların 5000 manat pulunu ələ keçirmək fikrinə düşmüş və bu məqsədlə 2022-ci ilin yanvar ayında özü Xanları bələdiyyəyə xidməti otağına çağırıb torpağının sənədlərini düzəltmək üçün Xanlardan ilkin olaraq 1000 manat pul almış, daha sonra 2022-ci ilin fevral ayında əlavə olaraq 1500 manat, 2022-ci ilin mart ayında isə 500 manat pulu hər dəfəsində Masazır bələdiyyəsində öz xidməti otağında şəxsən Rüfət özü almışdır. Daha sonra əvvəlcədən də planlaşdırdığı kimi Xanların ümumilikdə 5000 manatını ələ keçirmək niyyətini reallaşdırmaq üçün 2022-ci ilin aprel ayında Xanlara onun yanından zəng edərək sənədləşmə işlərinin həll edilməsi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirib və həmin pulu Xanların ona verməsini demişdir. Ona isə Xanlarla görüşüb həmin pulu Xanlardan alaraq Rüfətə gətirməsini bildirmişdir. O, da Rüfətin Xanları aldadaraq heç bir sənəd hazırlamadan pulunu ələ keçirmək niyyətindən xəbəri olduğundan həmin gün Xanlarla əlaqə saxlayıb Abşeron rayonu, Masazır kəndində yerləşən “Soliton” mağazasının qarşısında görüşüb Xanlardan 1000 manatı götürərək xidməti otağında Rüfətə vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin may ayının sonlarında Rüfət yenidən Xanlara zəng edib yalandan “sənədləşmə işlərinə görə təcili 1000 manat pul lazımdır, həmin məbləği Nicatın plastik kartına göndər, daha səndən pul istəməyəcəm, bir neçə günə çıxarış hazır olacaq” bildirmişdir. Rüfət Xanlarla danışdıqdan sonra bu barədə ona da bildirmiş və o, Rüfətin dediyi kimi bank kartını Xanlara göndərmişdir. Bir neçə saatdan sonra Xanlar 1000 manatı onun kartına göndərdiyindən həmin pulu kartdan çıxarıb Rüfətin xidməti otağınada ona vermişdir. Rüfətin Xanların torpağına dair hər hansı sənədləşmə işi görmək fikri olmadığını, 5000 manat məbləğində pulu Xanları aldadaraq aldığını bilsə də həmin puldan Rüfət ona heç bir məbləğdə pul verməmişdir. Buna səbəb isə Rüfətdən əvvəl onun artıq Xanlardan ümumilikdə 27000 manat pul almağı olmuşdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Yusifov X21 rayonu, Masazır kəndi, Akim Abbasov küçəsi, ev 20 ünvanda yerləşən istifadəsində olan torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün 2022-ci ilin iyul ayının əvvəllərində Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 müraciət etmiş və Rüfət Elmanı da, aldatmaq və pulunu ələ keçirmək niyyəti ilə, yəni Elmana köməklik edəcəyini yalandan vəd vermiş, lakin Elmana yalan vəd verdiyi zaman hər hansı sənədləşmə işinin həll edilməsi fikri olmamışdır. O, həmin vaxt Masazır bələdiyyəsində işləmədiyindən bu barədə sonradan Rüfətin özündən xəbər tutmuşdur. Belə ki, təxminən 2022-ci ilin iyul ayında o, evdə olduğu zaman Rüfət ona zəng edərək Elmanın Masazır kəndi, Akim Abbasov küçəsi, ev 20 ünvanda yerləşən evinə getməyini və sənədləşmə işlərinin görülməsi görüntüsünü yaratmaq üçün Elmanın torpaq sahəsini yalandan ölçdükdən sonra ona Elmanın yanından zəng etməyini bildirmişdir. O, da Rüfətin dediyi kimi Elmanın evinə gedərək torpaq sahəsini ölçərək oradan Rüfətə zəng edib telefonu Elmana vermişdir ki, Elmanla Rüfət telefonda danışsınlar. Həmin telefon danışığının dəqiq məzmununu xatırlamasa da, onu dəqiq deyə bilər ki, Rüfət Elmana yalandan torpağa dair sənədləri düzəldəcəyini deyərək bunun müqabilində Elmanın 8500 manat pul verməli olduğunu bildirmişdir. Elman isə Rüfətlə razılaşaraq ilkin olaraq 7000 manat, daha sonra qalan 1500 manat pulu isə bir müddət sonra verəcəyini demişdir. Bundan sonra Rüfətlə Elman öz aralarında razılaşdıqlarından o, 7000 manat pulu Elmandan alaraq gətirib Rüfətə xidməti otağında vermişdim. Həmin 7000 manat puldan ona hansısa məbləğdə pul verilməsə də, o, Rüfətin Elmanı aldatmaq niyyətindən xəbəri olmuş və Rüfətə bu işdə ona köməklik etmişdir. Bundan sonra isə bildiyi görə 2022-ci ilin iyul ayının sonunda Elman özü 1000 manat pulu da düzəldib Masazır bələdiyyəsinə gedərək xidməti otağında Rüfətin özünə vermiş, eləcə də 2022-ci ilin avqust ayının sonlarında növbəti dəfə pulun qalıq hissəsini vermək üçün yenidən Masazır bələdiyyəsinə gedərək xidməti otağında qalan 500 manatı da, Rüfətə vermişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsində yerləşən istifadəsində olan 3,5 sot torpaq sahəsinə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün 2022-ci ilin may ayında ona müraciət etdikdə aralarında olan danışığa və razılığa əsasən Azərdən 1256 manat pulun alınmasına nail olmuş və öz ehtiyacları üçün xərcləmiş, həmin vəsaitdən heç kəsə hər hansı məbləğ verməmişdir. Məhkəmə baxışının sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirmiş, dəymiş zərərin bir qisimin ödəməsini, hər hansı mübahisə yaratmadan mülki iddiaları qəbul etməsini, torpaq sahəsinin olduğunu və satıldığı təqdirdə zərərin tam ödəniləcəyini habelə himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, dostu X3 istifadəsində ünvan 4 ünvanında 0.17 ha ölçüdə torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair yalnız torpaq sahəsinin ayrıc aktı adlı sənəd vardır, başqa bir sənəd yoxdur. Ayrıc aktı əsasında həmin torpaq sahəsində iki mərtbəli obyekt tikilmişdir. Lahiyədə obyektin şadlıq evi olması nəzərdə tutulsa da, obyektin birinci mərtəsi hazırda idman zalı kimi fəaliyyət göstərir. Həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı vardır. Bundan başqa obyektin eskiz layihəsi də çəkilərək Abşeron Rayon İcra Hakimiyyətində təsdiq olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilinin istismara hazırlıq aktı da verilmişdir. Bu sənədlər olmasına baxmayaraq çıxarış ala bilməmişdir. Bu səbəbdən təxminən 2022-ci ilin fevral ayının ortalarında Ələkbər Baxşəliyev müvafiq torpaq sahəsinin sənədləşdirilməsi işi ilə məşğul olmağını ondan və Şahid2 adlı şəxsdən xahiş etmişdir. Şahid2 də onun kimi həmin obyektin tikinti və təmir prosesində iştirak etmişdir. Sənədləşmə işləri ilə əsasən Şahid2 maraqlanmışdır. Belə ki, Abşeron rayon, Masazır Bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 müvafiq torpaq sahəsinin sənədləşdirilməsi üçün Şahid2 15000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Şahid2 deməsinə görə Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinin ilkin olaraq bələdiyyənin mülkiyyətinə keçəcəyini, sonradan isə bələdiyyə tərəfindən təşkil olunacaq hərracla Ələkbər Baxşəliyevə satılacağını demişdir. Bundan sonra təxminən 2022-ci ilin mart ayının ortalarında X23 Fətullayev tərəfindən tələb olunmuş 15000 manat məbləğində pul vəsaitini ona vermişdir. Ardınca Şahid2lə danışıb məsləhətləşmiş onlar birlikdə 18 və ya 19 mart 2022-ci il tarixdə Abşeron rayonunun Masazır bələdiyyəsinə getmişlər. Masazır bələdiyyəsində Təqsirləndirilən şəxs1 xidməti otağına olduqda Şahid2 Təqsirləndirilən şəxs1 müvafiq torpaq sahəsinə dair sənədlərin maksimum tezlikdə tərtib edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə müvafiq sənədləri topladıqdan sonra hansısa quruma təsdiq olunması üçün göndərəcəyini, müvafiq qurumlar tərəfindən sənədin təsdiq edilməsindən sonra torpağın bələdiyyə mülkiyyətinə keçəcəyini və hərrac yolu ilə satılacağını izah etmiş və bu prosesin təxminən 2 ay çəkəcəyi barədə məlumat vermişdir. Daha sonra isə o, Təqsirləndirilən şəxs1 xidməti otağında cibindən dediyi 15000 manat pulu çıxarıb sayıb Elçinin yanında Rüfətə vermişdir. Bundan sonrakı dövrlərdə o, Şahid2lə birlikdə və ya tək olmaqla Təqsirləndirilən şəxs1 yanına gedib, ondan işin gedişatı ilə maraqlanmışdır. Sonuncu hər dəfəsində müvafiq sənədləri toplandığını, müxtəlif qurumlardan hansısa sənədə cavab gözlədiyini bildirərək məsələni uzatmışdır. Beləliklə, bu məsələ 2022-ci ilin noyabr ayının sonları, dekabr ayının əvvəllərinədək uzanmış və həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 bələdiyyə sədri vəzifəsindən çıxmasını eşitmişdir. Bundan sonra Rüfətə zəng etdikdə sonuncu ona bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdığını, yenidən həmin vəzifəyə qayıdacağını və bu məsələni həll edəcəyini bildirmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs1lə yenidən əlaqə saxlamağa çalışsaq da, Rüfət onun və Elçinin telefonlarına cavab verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, tanışı Ələkbər Baxşəliyev tərəfindən Təqsirləndirilən şəxs1 vermək üçün ona göndərdiyi 15000 manat pulu sonradan Ələkbər ondan tələb etməyə başladıqda o, məcbur qalıb özündən həmin pulu Ələkbərə qaytarmış və buna görə də, Təqsirləndirilən şəxs1 ona 15000 manat maddi ziyan vurduğundan o, sonradan məcbur olub bununla bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə dövründə zərər tam ödənildiyi üçün şikayət və tələbinin olmamasını bildirərək bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsi “Yoncalıq” deyilən ərazidə 0,16 hektar həyətyanı sahə tikdirdiyi fərdi yaşayış evində yaşayır. Lakin həmin sahənin çıxarışı olmadığı üçün sənədləşmə işlərini həll etmək qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin əvvəllərində Masazır bələdiyyəsinə gedib bələdiyyə sədri Təqsirləndirilən şəxs1 qəbulunda olmuş, bu barədə onunla danışmışdır. Rüfət isə Nicatı yanına çağırıb işi Nicata həvalə etmişdir. Daha sonra o, Nicatla birlikdə Rüfətin yanından çıxıb, bələdiyyənin həyətinə düşmüş və orada olan bələdiyyəyə məxsus ”Nissan” markalı avtomobildə əyləşib sənədləşmə işini danışmışlar. Nicat 27000 manat pul lazım olduğunu bildirdikdə o, Nicata 22000 manat əvvəlcə geri qalan məbləği isə bir neçə ay sonra verə biləcəyini demiş və razılaşmışlar. Bundan sonra evə gələrək pulu götürüb bələdiyyəyə qayıtmış, Nicata bu barədə dedikdə Nicat pulu bələdiyyənin binasından çıxaraq həyətdə almış və Rüfətlə danışıb ona məlumat verəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra Nicat onun yanına gəlib Təqsirləndirilən şəxs1 nəzərdə tutaraq “müəllim deyir narahat olmasın, bir aya çıxarış hazır olacaq” demişdir. Bir ay sonra Nicatla əlaqə saxladıqda sonuncu sənədləşmə işlərinin “Covid 19” virusuna görə ləngidiyini bildirib “narahat olma yaxın günlərdə həll olacaq” demişdir. Beləcə məsələ bir neçə ay uzanmışdır. 2021-ci ilin payız aylarında Nicat ondan geri qalan 5000 manatı da tələb edərək “5000 manatı vermədiyin üçün sənədləşmə işləri ləngiyir” demişdir. Həmin vaxt Ağdam rayonunda olduğundan və 5000 manatı olmadığından qonşusu Şahid1 xahiş etmişdir ki, Nicatla görüşüb sonuncuya 5000 manat versin. Nəsir də onun xahişi ilə Nicatla görüşüb sonuncuya 5000 manat pul vermişdir. Sonradan Nicat ancaq bəhanələr gətirərək onu yola verməyə başlamışdır. Məsələnin uzandığını və Nicatın səmimi olmadığını görüb bələdiyyə sədri Təqsirləndirilən şəxs1 yanına getmiş və sonuncuya Nicatın ondan torpaq sahəsinə çıxarış verilməsi müqabilində 27000 manat pul aldığını, onu aldadaraq başqa bir şəxsin mülkiyyətində olan torpaq sahəsinə görə ödəniş etməyi üçün qəbz verdiyini demişdir. Rüfət isə Nicatı yanına çağırmış və ona “sən çıx çöldə gözlə, mən Nicatla danışacam” demişdir. O, otaqdan çıxdığı üçün Rüfətin Nicata nə deməsini bilməmişdir. Bir qədər sonra Rüfət onu yanına çağırıb narahat olmamasını demişdir. Nicat da ona sənədlşmə işlərini həll edəcəyini bildirmişdir. Bundan sonra o, artıq tam əmin olmuşdur ki, Nicat onun etibarından istifadə edərək dələduzluq etməklə 27000 manat pulunu ələ keçirtmişdir. Ona görə də elə həmin gün Nicatın Masazır kəndində yaşadığı evə getmiş, orada olduğu zaman isə Nicat ondan aldığı ümumilikdə 27000 manat pulu bələdiyyə sədri Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Bundan təxminən 15 gün sonra, yəni 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 onu bələdiyyəyə çağıraraq “1000 manat da ver, işivi həll edəcəm, çıxarışı alassan” demişdir. O, isə əlacsız qalıb torpağının sənədləşmə işləri həll olsun deyə Rüfətlə razılaşmış və bələdiyyədən çıxaraq evinə getmiş və 1000 manat götürərək bələdiyyəyə qayıdaraq 1000 manat pulu xidməti otağında Təqsirləndirilən şəxs1 vermişdir. Bundan təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin fevral ayında axşam saatlarında Rüfət ona zəng edib onunla görüşmək istədiyini demiş, səbəbini soruşduqda 3500 manat da əlavə lazım olduğunu bildirmişdir. Növbəti gün saat 8 radələrində Masazır bələdiyyəsinə gedib xidməti otağında Təqsirləndirilən şəxs1 1500 manat pul vermişdir. Yenidən bir neçə gün sonra Rüfətin tələbi ilə ona 500 manat da çatdırmışdır. Sonuncu dəfə Nicatın kartına 1000 manat pul yükləmişdir. Sonradan Rüfət və Nicatın ondan onun etibarından sui istifadə edib dələduzluq edərək onun pulunu ələ keçirdiklərindən əmin olmuşdur. O, Rüfət və Nicata verdiyi 32000 manat pulun özünə qaytarılmasını tələb etsə də nəticəsi olmamış, məcbur qalıb şikayət etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə dövründə Rüfət tərəfindən dəymiş zərər tam şəkildə ödənilmiş, Rüfətdən tələb və şikayəti olmadığını bildirərək bu barədə ərizə vermiş, lakin Nicat tərəfindən alınmış məbləğin geri qaytarılmadığını bildirmiş bu barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, İlhamın vasitəsilə isə təxminən 5-6 il bundan əvvəl Masazır bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs1lə tanışlığı yaranmış, yaxşı münasibətləri olmuşdur. Hadisənin üstündən uzun müddət keçməsi ilə əlaqdar bəzi məsələləri xatırlamadığını bildirərək, ifadəsinə onu da əlavə etmişdir ki, Rüfət tərəfindən dəymiş zərər tam şəkildə ödənilmişdir, ona qarşı tələb və şikayəti yoxdur. Bundan əlavə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə ilə bağlı Təqsirləndirilən şəxs1a qarşı şikayət və tələbi yoxdur, aralarında olan anlaşılmamazlıq artıq həllini tapmışdır. Həmçinin əlavə olaraq qeyd edir ki, hazırda özü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edildiyindən Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Abşeron rayonu, Masazır kəndi, Mikayıl Müşviq küçəsində yerləşən boş torpaq sahəsində özü üçün ev tikərək 1998-ci ildən hazıra kimi həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin evin və evin yerləşdiyi torpaq sahəsinin heç bir sənədi olmamışdır. Sonradan evi və yerləşdiyi torpaq sahəsini sənədləşdirmək qərarına gəldiyindən oğlu Şahid7lə məsləhətləşmiş və sonuncu ona Masazır bələdiyyəsində Təqsirləndirilən şəxs2 adlı dostunun işlədiyini demişdir. O, da Vüsala həmin adamla danşmasını demişdir. Təxminən 2021-ci ilin ilk aylarında Vüsal ona Nicatla danışdığını və Nicatın vasitəsilə yaşadıqları evin yerləşdiyi torpaq sahəsinə dair sənədləşmə işlərini həll edə biləcəyini demişdir. Bundan sonra 2021ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 onların dəvəti ilə yaşadıqları evə gəlib həm evə həm də evin yerləşdiyi torpaq sahəsinə baxmışdır. Bundan sonra Nicat ona sənədləşdirmə işlərinin həll edilməsi üçün ilk növbədə torpağın kordinantları çıxarılmalı olduğunu bildirərək xx.xx.2021-ci il tarixdə tanımadığı bir şəxslə yenidən onların evinə gəlmiş və həmin şəxs cihazla torpaq sahəsini ölçüb kordinantlarını çıxarıb getmişdir. Sonra yenidən Nicatla görüşüb söhbət etmiş və Nicatın deməsinə görə onun yaşadığı evin yerləşdiyi torpaq sahəsinin bütün sənədləşmə işlərinin həll edilməsi, çıxarış alınmasıda daxil 8800 manat məbləğə həll oluna bilər. O, da Nicatla razılaşmış və sonuncuya işə başlamasını demişdir. Danıçılan məbləğ verilməsinə baxmayaraq Nicat müxtəlif bəhanələr gətirərək ancaq vaxt qazanmağa çalışmış, sənəd işlərini həll edə bilməmişdir. Belə ki, o, Nicatla hər dəfəsində əlaqə saxladıqda sonuncu “narahat olma əmi sənədlərdə səhvlik oldu, müdriyyət dəyişib, işçilər dəyişib və s” bu kimi müxtəlif bəhanələr gətirərək onu yola verərək aldatmışdır. Nəhayət xx.xx.2022-ci il tarixdə Nicat ona “əmi haqqını halal et, mən bu həyatda yaşamağı bacarmadım” deyə mesaj yazmışdır. O, bu mesajdan sonra anlamışdır ki, Nicat ondan 8800 manat pulu alaraq dələduzluq etmişdir. Nicat ona belə bir mesaj yazdıqdan sonra anlamışdır ki, sonuncu onu aldadıb və dərhal elə həmin gün Masazır bələdiyyəsinin həmin vaxt sədri olan Təqsirləndirilən şəxs1 yanına getmişdir. Rüfətin qəbulunda Masazır bələdiyyəsində olduğu zaman Rüfətə bildirmişdir ki, Nicat ondan torpaq sahəsinə çıxarış verilməsi müqabilində 8800 manat pul almışdır. Həmçinin, Nicatın ona verdiyi imzasız və möhürsüz çıxarışın surətini Rüfətə göstərmişdir. Rüfət isə Nicatın verdiyi çıxarışın onun torpaq sahəsinə heç bir aidiyyətının olmadığını, başqa torpaq sahəsinə dair çıxarış olduğunu bildirmiş və Nicatı çağırıb onun yanında danlamışdır. Nicat isə səssiz dayanaraq bir söz deməmişdir. Həmin vaxt Rüfət həmçinin ona “narahat olma, mən özüm sənin torpaq sahənin sənədləşmə işin həll edəcəm” demişdir. Rüfətdən Nicata verdiyi 8800 manatı qaytarmasını tələb etdikdə Rüfət “Nicatdan pulu istəmə, həm sən, həm də mən Nicata nəzarət edəcəyik və torpağın sənədini Nicatın özünə düzəltdirəcəyik” deyə cavab vermişdir. O, onu da qeyd etmişdir ki, Rüfət ona bildirmişdir ki, Nicatın ondan aldığı puldan xəbəri olmamışdır. Nicat isə buna heçnə cavab verməmişdir. O, bələdiyyə sədri Rüfətin dediklərinə inanıb sonuncu ilə razılaşmış və bələdiyyənin binasından çıxıb yaşadığı evə getdikdə Rüfətlə Nicatın torpaq sahəsinin kordinatlarını çıxartması üçün əməkdaş göndərdiklərini görmüşdür. Həmin şəxsin harada işləməsini və adını bilməmiş, lakin həmin şəxs, onun yaşadığı evin yerləşdiyi torpaq sahəsini ölçmüş və çıxıb getmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nicat onunla görüşmüş və sonuncu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışını ona vermişdir. Həmin sənədi kimin imza etməsini, möhürün olub-olmamasını xatırlamır. Hazırda həmin sənəd onda olmadığından təqdim edə bilmir. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən Masazır bələdiyyəsinə gedib həmin çıxarışı bələdiyyə sədri Rüfətə təqdim etmiş və Rüfət həmin sənədi özündə saxlayaraq ona “narahat olma, torpaq sahəvə dair bütün bələdiyyə sənədlərini hazırlayıb çıxarış verilməsi üçün təqdim edəcəm” demişdir. Bir neçə gün sonra Rüfət onu yanına bələdiyyəyə çağırıb Nicatın xx.xx.2022-ci il tarixdə ona təqdim etdiyi Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışın surətini ona vermiş və xx.xx.2022-ci il tarixdə sənədlərini çıxarış verilməsi üçün müvafiq quruma göndərəcəyini bildirmişdir. Bundan sonra təxminən 3 ay ərzində hər dəfəsində bələdiyyəyə getdikdə Rüfət müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. O, sonradan Təqsirləndirilən şəxs2 işdən çıxarıldığını eşitmişdir. 2022-ci ilin sonlarında isə Rüfətin bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldığını eşitmiş və bundan sonra dəfələrlə Rüfətə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Bu günə qədər zərər ödənilməmiş, zərərin ödənilməsi üçün mülki iddia vermişdir. Şikayətçi olduğunu bildirərək mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə 2000-ci ildən hal-hazıra kimi ünvan 8 ünvanda yaşayır. Həmin evi və torpaq sahəsini Şirzad adlı şəxsdən almışdır. Aldığı 0,19 hektar torpaq sahəsindən 0,14 hektardan bir qədər artığının sənədi olmuş torpağın digər hissəsinin isə sənədi olmamışdır. 2022-ci ilin iyul ayının əvvəllərində qərara gəlmişdir ki, yaşadıqları evə və evin yerləşdiyi torpaq sahəsinə dair sənədləşmə işlərini həll edib rəsmi qaydada öz mülkiyyətinə keçirib çıxarış alsın. Bu məqsədlə arvadı Könüllə birlikdə Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 qəbulunda olmuş və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınmasında ona kömək etməsini xahiş etmişdir. Rüfət isə ona bu işdə kömək edə biləcəyini deyərək 0,19 hektar torpaq sahəsinin 0,12 hektarını onun, 0,07 hektarını isə arvadı Könülün adına rəsmləşdirəcəyini demişdir. Həmçinin, Rüfətlə aralarında olan razılaşmaya əsasən arvadının adına sənədləşdirmək istədiyləri torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olduğundan əvvəlcə həmin torpağın təyinatı dəyişdirilməli imiş. Aradan 5-10 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 bələdiyyənin Təqsirləndirilən şəxs2 adlı əməkdaşını torpağa baxması və sənədləşdirmə işlərinə başlaması üçün yaşadıqları evə göndərmişdir. Bundan sonra Rüfət telefon danışığı zamanı işin danışıldığı kimi tam həlli üçün 8500 manat lazım olduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs1lə razılaşmış, ilk olaraq 7000 manatını verə biləcəyini qalan 1500 manatını isə hər ay 500 manat olmaqla verə biləcəyini demişdir. Rüfət isə onunla razılaşıb 7000 manatı Nicata verməyini demiş və sənədləşmə işlərinin 7-8 ay ərzində başa çatacağını və çıxarış alacağını bildirmişdir. Bundan sonra o, Nicatın çağırışı əsasında Masazır bələdiyyəsinə getmiş və sonuncu arvadının adına olan 7 sota dair bələdiyyənin yerquruluşu planından çıxarışı ona vermişdir. Ona təqdim edilmiş Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda Təqsirləndirilən şəxs1 imzası və Masazır bələdiyyəsinin möhürü, arvadı Könülün ad, soyadı, ata adı olmuşdur. Nicat ona həmçinin onun adına rəsmiləşdirilməsi nəzərdə tutulmuş 12 sot torpaq sahəsinə dair də bələdiyyənin yerquruluşu planından çıxarışı da təqdim etmişdir. Həmin çıxarışda da Masazır bələdiyyəsinin möhürü, Rüfətin imzası və onun ad, soyadı qeyd edilmişdir. Nicat tərəfindən ona təqdim edilmiş həmin çıxarışların mülkiyyətin ona məxsus olmasını təsdiq edən sənəd olduğunu düşünmüşdür. Lakin, sonradan bilmişdir ki, həmin sənədlərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Bundan sonra isə, yəni 2022-ci ilin iyul ayının sonunda 1000 manatı da düzəldib arvadı Şahid5 ilə birlikdə Masazır bələdiyyəyə getmiş və həmin 1000 manatı xidməti otağında Nicatın yanında Təqsirləndirilən şəxs1 vermişdir. Rüfət isə pulu ondan alıb saymış və qalan 500 manatı da verdikdən sonra sənədləşdirmə işlərini tamamlayacağını bildirmişdir. 1000 manatı Rüfətə verdikdən sonra çıxarışı nə zaman ala biləcəyini sonuncudan soruşduqda Rüfət ona bildirmişdir ki, sənədləşdirəcəkləri torpağın təyinatının kənd təsərrüfatlı təyinatlı torpaq olduğu üçün onun çıxarış almağı 07-08 ay çəkəcək. Bundan sonra 2022-ci ilin avqust ayının sonlarında növbəti dəfə pulun qalıq hissəsini vermək üçün arvadı ilə birlikdə Masazır bələdiyyəsinə getmiş və arvadının yanında bələdiyyə sədri Təqsirləndirilən şəxs1 xidməti otağında qalan 500 manatıda sonuncunun özünə vermişdir. Həmin vaxtda Rüfət ona və arvadına yenidən torpağın təyinatı dəyişdiriləcəyini və çıxarış aldıqdan sonra həmin 7 sot torpaq sahəsində onun fərdi yaşayış evi tikə biləcəyini demiş və Masazır bələdiyyəsinin adından öz imzası və möhürü ilə təsdiq edilmiş bələdiyyənin iclasından çıxarışı və məktubu təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə isə bilmişdir ki, Təqsirləndirilən şəxs1 işdən çıxarılmışdır. Bu barədə xəbər tutduqdan sonra arvadı Könüllə birlikdə Masazır bələdiyyəsinə gedib Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş bələdiyyə qərarından çıxarışı təqdim edərək sənədin icrasını tələb etmiş, yeni seçilmiş bələdiyyə sədri Azər Quliyev isə ona “Sənədləşmə işləri üçün torpağın hər sotuna görə banka 1050 manat dövlət rüsumunu ödə, qəbzi gətir və sonra bizdən sənədi alarsan” demişdir. O, X37 Fətullayevə və Təqsirləndirilən şəxs2 qeyd olunan torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi müqabilində ümumilikdə 8500 manat pul verdiyini dedikdə Azər “pulu kimə vermisizsə gedin sənədi ondan tələb edin” deyə cavab vermişdir. Bundan sonra o, bələdiyyədən çıxaraq Rüfətin mobil nömrəsini tapmış və onunla əlaqə yaradaraq görüşmək istədiyini bildirmişdir. Ayın tarixini dəqiq xatırlamasa da, 2023-cü ilin yanvar ayında “Kirov Parkı” adlanan yerdə çayxanada Rüfətlə görüşmüşdür. Həmin görüşə Rüfət Təqsirləndirilən şəxs2la birlikdə gəlmişdir. O, Rüfətə 4 ay keçməyinə baxmayaraq hələ də sənədin verilməməməsi ilə bağlı narazılığını bildirmişdir. Rüfət isə ona “Narahat olmayın Nazirlər Kabinetindən əmr çıxmalıdır ki, sizə sənəd verilsin, mən də onu gözləyirəm. Sənəd təxminən mart ayından sonra hazır olacaq və mən sizin çıxarışınızı verəcəm” deyə cavab vermişdir. O, Rüfətə işdən çıxdıqdan sonra bunu necə edəcəyi ilə bağlı sual verdikdə isə sonuncu ona “təxminən 2 aya geri qayıdacam, yenidən bələdiyyə sədri olacam” demişdir. O isə Rüfətlə razılaşıb mart ayına qədər gözləmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayında telefon vasitəsi ilə Rüfətlə əlaqə saxlamış, Rüfət may ayına qaldığını bildirmişdir. May ayında yenidən Rüfətə zəng etmiş və sonuncu ona yaxın zamanda xəbər verəcəyini, sənədin hazır olmasına az qaldığını bildirmişdir. Bundan sonra da əlaqə saxladıqları vaxtlarda ancaq yalan vədlər eşitmişdir. Rüfətin və Nicatın onu aldatdığını anlayıb şikayət ərizəsi ilə Abşeron rayon prokurorluğuna müraciət etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs9 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, iş məhkəmədə baxıldığı müddətdə Rüfət tərəfindən özünə aid hissədə dəymiş zərər tam şəkildə ödənilsə də, Nicat 4000 manat və mülki iddiaya görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat olmaqla cəmi 4128 manat ona ödəməlidir. Ona görə də, Təqsirləndirilən şəxs1 qarşı tələb və şikayətinin olmadığını, lakin Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, qızının yaşadığı Abşeron rayonu, Masazır kəndi şəhid Zaur Həsənov küçəsində yerləşən 0,03 hektar torpaq sahəsini və içərisindəki bir mərtəbəli fərdi yaşayış evini təxminən 14-15 il bundan əvvəl almış və evi qızına bağışlamışdır. Torpaq sahəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə alarkən torpaq sahəsinin və evin heç bir sənədi olmamışdır. O, sonradan həmin evin və yerləşdiyi torpaq sahəsinin sənədləşmə işlərini həll etmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin aprel ayında Masazır bələdiyyəsinin vergi şöbəsinin əməkdaşı və oğlu Musanın dostu olan Şahid8 yaşadığı evə və evin yerləşdiyi torpaq sahəsinə dair sənədləşmə işlərini həll etmək, çıxarış almaq istədiyini bildirmişdir. Şahid8 isə ona “Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1lə danışdığını və onun 5000 manat pul istədiyini bildirmişdir. X31 adından ona işlərin xərcinin 7000 manata düzələcəyini bildirmiş, o, da razılaşaraq həmin pulu vermişdir. Pulu Ülfətə verdikdən bir neçə gün sonra adlarını bilmədiyi və tanımadığı şəxslər gəlib torpaq sahəsini ölçüb çıxıb getmişlər. 3 ay keçsə də, lakin sənədləri düzəlməmişdir. O, sonradan düşünmüşdür ki, bəlkə də Ülfət verdiyi 7000 manatı bələdiyyə sədri Təqsirləndirilən şəxs1 verməyib və ya əksik verib, buna görə də, sənədləşmə işləri ləngimişdir. Odur ki, 2022-ci ilin noyabr ayında Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 qəbuluna gedib məsələni dəqiqləşdirmiş Təqsirləndirilən şəxs1 isə “narahat olma, Ülfət sənin verdiyin 7000 manatı mənə verib” demişdir. Rüfət, həmçinin ona sənədləşmə işləri ilə bələdiyyənin Nicat adlı əməkdaşının məşğul olduğunu, lakin sonuncu səhlənkarlıq etdiyindən sənədləşmə işlərinin ləngidiyini, buna görə də, həmin işləri başqa əməkdaşa tapşırdığını bildirmişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs1 Masazır bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılmışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1lə əlaqə yarada bilməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs Nizami Əliyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə dövründə dəymiş zərər tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs1 qarşı tələb və şikayəti yoxdur, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyun ayında X18 adlı şəxsdən Abşeron rayonu, Masazır kəndi “Şok” marketin arxasında yerləşən 5 sot torpaq sahəsini 32500 manata almışdır. Hazırda da, həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Qəfər Abdullayevin həmin torpaq sahəsinə dair heç bir sənədi olmamış və o, torpağı hər hansı sənəd olmadan almışdır. Qəfərdən torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən müvafiq sənədləri hazırlamaq qərarına gəlmiş və bu məqsədlə dostu Aslan Şahbazovla birlikdə 2021-ci ilin iyun ayında Abşeron rayon Masazır bələdiyyəsinə gedib həmin vaxt bələdiyyə sədri olan Təqsirləndirilən şəxs1 qəbulunda olmuşdurlar. O, Təqsirləndirilən şəxs1 aldığı torpaq sahəsinin sənədləşmə işlərini həll etmək istədiyini bildirmişdir. Rüfət isə ona demişdir ki, “əvvəlcə gərək yoxlayaq həmin torpaq kimindi, əgər heç kimindirsə onda sənin adına sənəd almaqda kömək edərəm”. Bundan sonra elə həmin gün, yəni Təqsirləndirilən şəxs1 qəbulunda olduğu gün Rüfət torpaq sahəsinin GPS kordinatlarını yoxlamış, torpağın heç kimin mülkiyyətində olmadığını bildirmişdir. Rüfət həmçinin ona torpaq sahəsininin hərraca çıxarılacağını və hərrac yolu ilə ona satılacağını bildirmiş və bunun üçün 5000 manat dövlət rüsumu ödəməli olduğunu demişdir. O, Rüfətə inanaraq 5000 manat pulu götürüb elə həmin gün Aslanla birlikdə bələdiyyəyə qayıtmışdır. Pulu verdikdə Təqsirləndirilən şəxs1 ona 3 aydan sonra sənədlərin hazır olacağını və torpaq sahəsinin hərraca çıxarılacağını demişdir. Rüfət ona demişdir ki, “torpaq hərraca çıxarılacaqdan sonra hərracı həll edərsən, hərracın bu 5000 manata aidiyyəti yoxdur”. Sonradan Təqsirləndirilən şəxs1 sədr vəzifəsindən uzaqlaşdırılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 verdiyi 5000 manat pulun özünə qaytarılmasını bildirərərk şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən Zərərçəkmiş şəxs7 istintaq zamanı elan edilmiş ifadəsindən görünür ki, atası Şahid3 2017-ci ildə Abşeron rayonu, Masazır kəndi, Cantəpə deyilən və “Kəlbəcər qəbirsanlığı” adlanan yerin yaxınlığında 2,4 sotun içərisində 1 mərtəbəli 3 otaqlı evi adını hazırda xatırlamadığı şəxsdən 30000 manata almışdır. Evi alarkən evin və torpağın heç bir sənədi olmamışdır. Daha sonra evin və torpağın sənədləşmə işlərini həll etmək, atasının adına çıxarış almaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin may ayında atası Fəxrəddin və dostu Seymurla birlikdə Masazır bələdiyyəsinə gedib, bələdiyyə sədri Təqsirləndirilən şəxs1 qəbulunda olmuşlar. Rüfətin qəbulunda olduqları zaman Masazır kəndi, Cantəpə deyilən ərazidə yerləşən istifadələrində olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləşmə işinin həll edilməsində, yəni həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən çıxarışın alınmasında onlara köməklik etməsini Rüfətdən xahiş etmişlər. Rüfət isə onlara torpaq sahəsinin hərraca çıxarılcağını, daha sonra onlara satılacağını və bundan sonra çıxarış üçün Əmlak Komitəsinə müraciət edilməli olduğunu bildirib bələdiyyənin hüquqşünası Təqsirləndirilən şəxs2 otağa çağırıb onlarla tanış etdikdən sonra “bizim işçidir, sənədləşmə işlərini bu, yəni Nicat həll edir, pulu da, lazım olacaq sənədləri də, Nicata verərsiz” demişdir. Bundan sonra təxminən 2021-ci ilin iyun ayının əvvəlində Nicat dostu Seymura zəng edərək, sənədləşmə işlərinə görə ilkin ödəniş edilməli olduğunu və ilkin olaraq 1000 manat verməli olduqlarını bildirmiş, Seymur da öz növbəsində Nicatın dedikləri barəsində ona məlumat vermiş və bundan təxminən 3 gün sonra, yəni 2021-ci ilin iyun ayının əvvəlində dostu Seymurla Abşeron rayonu, Masazır kəndində yerləşən “Araz” marketin qarşısına gedərək orada Nicatın idarə etdiyi Masazır bələdiyyəsinə məxsus ** AA *** dövlət qeydiyyat nömrə nişanlı “Nissan” markalı avtomobillə tək əyləşərək 1000 manat pulu cibindən çıxardıb Nicata vermiş, Nicat isə pulu sayıb cibinə qoymuşdur. Həmin vaxt Nicat ona “hissə-hissə sənədlər hazır olur, hər dəfəsində hansısa bir sənəd hazır olduqca səndən pul alacam, bir həftə ərzində səni çağıracam, deyəcəyim məbləği gətirərsən və 4- 5 gün ərzində sənədlər tam hazır olacaq” demişdir. Sonradan bir neçə dəfə Nicata zəng etsə də, zəng çatmadığından və Nicatın onunla əlaqə yaratmadığını görüb, 2021-ci ilin iyul ayının əvvəlində dostu Seymurla birlikdə Masazır bələdiyyəsinə getmiş və Nicatla orada qarşılaşmışdır. Həmin vaxt Nicat ona istifadəsində olan ********** mobil nömrəni verib, “2-3 günə zəng edəcəm 2000 manat da gətirərsən bəzi rüsumları ödəmək lazımdır” demişdir. Təxminən bir neçə gün sonra Nicat ona zəng edib 2000 manat pulu istəmiş və həmin gün, yəni 2021-ci ilin iyul ayının təxminən ortalarında Masazır kəndində yerləşən “Zəfəran” aptekin qarşısında Nicatla görüşmüş və 2000 manatı Nicata vermiş, Nicat isə pulu saymadan cibinə qoymuşdur. Həmin vaxt Nicat ona “az işlər qalıb, 1-2 aya hazır olacaq, bələdiyyə sənədlərini verəcəm əmlaka səndə oradan gedib çıxarışı götürərsən” demişdir. Bundan sonra demək olar ki, hər həftə Nicatla əlaqə saxlamış və bələdiyyəyə getmiş, lakin Nicat hər dəfəsində ona “narahat olma, sənədlər üzərində işləyirəm, vermişəm hərraca, oradan səni çağıracaqlar” demişdir. Daha sonra gününü dəqiq xatırlamasa da 2021-ci ilin avqust ayında Nicat ona zəng edib əlavə olaraq rüsumları ödəmək üçün 200 manatda lazım olduğunu bildirmiş, lakin həmin vaxt Nicatla görüşə özü gedə bilmədiyi üçün dostu Seymurla danışıb ondan Nicatla görüşüb 200 manatı Nicata verməsini xahiş etmişdir. Seymur da onun xahişi ilə elə həmin gün Masazır kəndindəki “Dreampark” yaşayış kompleksinin qarşısında Nicatla görüşüb 200 manatı ona vermişdir. Sonradan 200 manatı Seymura qaytarmışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayında Nicat yenidən ona zəng edib rüsum üçün 150 manatda verməli olduğunu bildirmiş və o, atasından Nicata həmin pulu verməsini xahiş etdiyindən atası Fəxrəddin 2021-ci ilin sentyabr ayının 12-də Abşeron rayonu, Masazır kəndi, Ü.Hacıbəyov və H.Əliyev küçələrinin kəsişməsində yerləşən yaşadığı evin qarşısında Nicatla görüşərək 150 manatı ona vermişdir. Sonradan hər dəfə Nicatla əlaqə saxladıqda və bələdiyyəyə getdikdə, Nicat müxtəlif bəhanələr gətirərək və vaxtı uzadaraq sənədlərin hansısa quruma verildiyini, hərracdan cavab gözlədiyini deyərək 2022-ci ilin aprel ayınadək onları aldatmışdır. 2022-ci ilin aprel-may aylarında Nicatın işdən çıxarıldığını bildikdən sonra ona zəng etsə də telefonuna zəng çatmamış və öyrənmışdir ki, Nicat bir çox adamdan pul alaraq onları aldatmışdır. Elə həmin ərəfələrdə dostu Seymurla birlikdə Masazır bələdiyyəsinə gedib bələdiyyə sədri Təqsirləndirilən şəxs1 yanında olmuş və ona “biz səninlə danışmışdıq, sən dedin ki pulu Nicata verərsiz, mən də sən deyən kimi etdim, ya bizim sənədi ver, ya da ki, Nicata verdiyimiz 3350 manatı qaytar” demişdir. Rüfət isə “Nicat heç bir iş görməyib, bir çox şəxsdən sənədləşmə işlərinin həll edilməsi üçün pul alaraq onları aldadıb, gedib Nicatdan pulunuzu alın” demişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyi üçün ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən Zərərçəkmiş şəxs6 istintaq zamanı elan edilmiş ifadəsindən görünür ki, Zərdab rayonu, Sileyli kəndində yaşayır. Abşeron rayonu, Masazır kəndində özünə torpaq sahəsi almaq üçün qohumu Sevinc İsayeva ilə əlaqə saxlayıb Masazır kəndində torpaq sahəsi almaq istədiyini demiş, Sevinc isə ona maraqlanıb bu barədə məlumat verəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Sevinc ona zəng edərək Masazır kəndində “Yolcalıq” deyilən ərazidə 0,02 hektar (2 sot) torpaq sahəsi olduğunu və həmin torpağın 8000 manata satıldığını demişdir. Gününü dəqiq xatırlamasa da, 2021-ci ilin sentyabr ayında Sevinc onu Masazır bələdiyyəsinin əməkdaşı Təqsirləndirilən şəxs2la tanış etmiş və o, Nicata Masazır kəndi ərazisində torpaq sahəsi almaq istədiyi dedikdə Nicat ona “Yoncalıq” deyilən ərazidə özünə məxsus 0.02 hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 8000 manata sata biləcəyini demişdir. Daha sonra elə həmin gün Sevincin qardaşı Ruslanın avtomobili ilə o, Nicat, Sevinc və Ruslan “Yoncalıq” deyilən əraziyə getmişlər və Nicat orada yerləşən boş, hasarla əhatə olunmamış, üzərində hər hansı tikili olmayan torpaq sahəsini göstərərək həmin torpağın 0,02 hektar (2 sot) torpaq sahəsi olduğunu və ona məxsus olduğunu bildirməklə 8000 manat müqabilində həmin torpağı ona sata biləcəyini demişdir. Nicatın göstərdiyi torpaq sahəsinə baxıb bəyənmişdir. Nicat isə ona torpağı göstərdikdən sonra sənədləşmə işlərinin 40 gün ərzində həll olacağını, həmin torpaq sahəsinə dair onun adına çıxarış verəcəyini də demişdir. Nicatın onu aldadacağını düşünmədiyi üçün Nicatdan torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı bir sənəd göstərməsini tələb etməmişdir. Torpaq sahəsinə baxdıqdan sonra geri qayıtdıqda, yəni 2021-ci ilin sentyabr ayında Masazır kəndinin ərazisində Ruslanın avtomobilində, Ruslanın və Sevincin yanında zərfin içərisində olan 8000 manatı Nicata vermişdir. Nicat isə zərfi ondan alıb içərisindəki pulu saymadan əynindəki pencəyin cibinə qoymuşdur. Daha sonra onlar Masazır bələdiyyəsinin qarşısında Nicatı düşürmüş Sevinc və Ruslanla birlikdə isə qardaşı Natiqin Masazır kəndindəki evinə getmişlər. Səhəri gün Sevinc ona zəng edib Nicatdan aldığı torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi üçün Nicatın 600 manat pul istədiyini bildirdiyindən həmin gün Sevincin Masazır kəndindəki evinə gedib Nicata çatdırılması üçün 300 manat pulu Sevincə vermişdir. Sevinc isə öz növbəsində həmin pulu Nicata vermişdir. Bir neçə gün sonra Sevincə daha 300 manat vermişdir ki, Nicata versin. Sevinc isə ondan aldığı pulu da Nicata vermişdir. Bununla da o, Nicata ümumilikdə 8600 manat pul vermişdir. 40 gün sonra Nicatla mobil telefon vaistəsilə danışdıqda Nicat ona yaxın günlərdə sənədləşmə işi həll olacağını bildirmişdir. Bundan sonra Nicatla hər dəfəsində mobil telefonla danışdıqda o, müxtəlif bəhanələr gətirərək “narahat olma, sənədlər Əmlakdadır, bir neçə gün hazır olacaq, sənə mesaj gələcək və s” kimi müxtəlif bəhanələr gətirməklə onu yola vermişdir. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs2la Bakı Dəmiryolu vağzalında görüşmüş və oradakı kafelərin birində oturub söhbət etmişlər. Nicat ona bələdiyyədəki işindən çıxarıldığını, lakin yaxın günlərdə işinə bərpa olunacağını, işə qayıdan kimi ona satdığı torpaq sahəsinin sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. O, isə Nicata inanıb razılaşmışdır. Sonradan isə Nicatla əlaqə yarada bilməmiş və ona məlum olmuşdur ki, Nicatın ona satdığı torpaq sahəsi başqasına məxsusdur, başqa bir şəxsin mülkiyyətindədir. Həmin vaxt tam əmin olur ki, Təqsirləndirilən şəxs2 onun etibarından sui istifadə edərək 8600 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş zərərin tam şəkildə ödənildiyini bildirmiş, şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən Zərərçəkmiş şəxs2 istintaq zamanı elan edilmiş ifadəsindən görünür ki, təxminən 10 il əvvəl atası X8 kəndi, Həzi Aslanov küçəsində 3,5 sot torpaq sahəsi almışdır. Lakin, həmin torpağın heç bir sənədi olmamışdır. Bundan sonra onlar həmin torpaq sahəsində özlərinə yaşamaq üçün ev tikmişlər və hazırda da, o, atası, anası və bacısı ilə birlikdə həmin evdə yaşayır. Lakin maddi imkanları yaxşı olmadığından torpağın və evin sənədləşmə işlərini həll edə bilməmişlər. 2022-ci ildə bir qədər pul yığdığı üçün yaşadığı evin yerləşdiyi torpaq sahəsinin sənədləşmə işlərini həll etmək qərarına gəlmiş və bu məqsədlə 2022-ci ilin may ayında Masazır bələdiyyəsinə gedərək orada qeyd olunan sənədləşmə işlərində ona köməklik edilməsini xahiş etmiş və ona Təqsirləndirilən şəxs2 adlı şəxsin mobil nömrəsi verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq yaşadığı evin yerləşdiyi torpaq sahəsinin sənədləşmə işlərini həll etmək istədiyini bildirmişdir. Nicat isə ona Ülvi adlı şəxsin mobil nömrəsini verib “kadastr işlərinə Ülvi baxır, onunla danış, həyəti kadastrdan keçirtsin, kadastır kağızın da, götür gəl bələdiyyəyə” demişdir. Həmin gün Ülvi ilə əlaqə saxlamış və 2022-ci ilin ya may ayının sonlarında, ya da ki iyun ayının əvvəllərində Ülvi ilə görüşüb yaşadığı evin yerləşdiyi torpaq sahəsinə getmişlər. Ülvi torpaq sahəsinin yerləşdiyi yerin GPS koordinatlarını təyin etdikdən sonra bələdiyyənin yerquruluşu planından çıxarışı ona vermiş, o, isə həmin sənədi götürüb Masazır bələdiyyəsinə gedərək Təqsirləndirilən şəxs2 ikinci mərtəbədəki otağına daxil olmuşdur. Bələdiyyənin yerquruluşu planından çıxarışın bir surətini Nicata vermiş və sonuncu ona çıxarışa bələdiyyə sədri tərəfindən möhür vurulacağını, daha sonra sənədlərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 4 saylı Abşeron Ərazi İdarəsinə göndəriləcəyini demişdir. Nicat həmçinin ona sənədləşmə işləri ilə bağlı bələdiyyəyə torpaq vergisi ödəməli olduğunu, həmçinin dövlət rüsumu ödəməli olduğunu, rüsumları özünə verməli olduğunu və onun əvəzindən özünün ödəyəcəyini bildirmişdir. Daha sonra o, bələdiyyədən çıxıb getmişdir. Təxminən 1 ay sonra 2022-ci ilin iyul ayının əvvəlində Nicat ona zəng edib, bələdiyyənin hesabına 236 manat məbləğində torpaq vergisi ödəməli olduğunu, bundan başqa özünə 20 manat “əl haqqı” verməli olduğunu bildirmiş və o, Nicatla razılaşıb uyğun vaxtı görüşərək pulu verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra isə axşam saatlarında Nicat ona zəng edərək onu Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin yaxınlığında yerləşən “Əlincə” sarayının qarşısına çağırmışdır. Gününü dəqiq xatırlamasa da 2022-ci ilin iyul ayında saat 20 və ya 21 radələrində Nicatla “Əlincə” sarayının qarşısında görüşmüş və sonuncuya yaşadığı evin yerləşdiyi torpağın torpaq vergisini ödəməsi üçün 236 manat və “zəhmət haqqı” olaraq isə 20 manat, ümumilikdə 256 manat pul vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Bir neçə gün sonra Nicatdan ödənişin qəbzini tələb etmiş və sonuncu ona banka 236 manat ödənilməsi ilə bağlı qəbzin şəklini göndərmişdir. Hətta ona “narahat olma, işin həll olub” deyə səsli mesajda göndərmişdir. Sonradan bir neçə dəfə Nicatla əlaqə sağladıqda sonuncu ona “narahat olma, sənədlərin icra olunur” kimi cavablar vermişdir. Beləcə bir neçə ay keçmişdir. xx.xx.2022-ci il tarixdə Nicat ona zəng edib “1000 manat götür gəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 4 saylı Abşeron Ərazi İdarəsinin qarşısına” demişdir. Elə həmin gün yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nicatın dediyi yerdə, yəni 4 saylı Abşeron Ərazi İdarəsinin qarşısında sonuncu ilə görüşmüş və Nicata 1000 manat pul vermişdir. O, onu da qeyd etmişdir ki, həmin vaxt onun yanında qonşusu Əliabbas Dadaşovda olmuş və sonuncu da onun 1000 manatı Nicata verdiyini görmüşdür. Nicat ona “səndən aldığım 1000 manat pulu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 4 saylı Abşeron Ərazi İdarəsinə verəcəm və 21 gün sonra yaşadığın evin yerləşdiyi torpaq sahəsinin çıxarışı hazır olacaq, gəlib götürərsən” demişdir. Sonra Nicatin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 4 saylı Abşeron Ərazi İdarəsinə doğru getdiyini görmüşdür, lakin binaya daxil olub-olmadığını, pulu orada kiməsə veribvermədiyini bilməmişdir. Həmçinin o, qeyd etmişdir ki, Nicat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 4 saylı Abşeron Ərazi İdarəsində pulu kimə və nə üçün verəcəyini ona deməmişdir və onun bu barədə məlumatı olmamışdır. Bundan sonra təxminən 4-5 gündən bir Nicatla əlaqə saxlamış və sonuncu ona çıxarışın hazır olmadığını, hazır olan kimi ona zəng olunacağını bildirmişdir. Ondan 1000 manatı aldıqdan 15 gün sonra artıq Nicata zəng çatmamışdır və Nicatla əlaqə yarada bilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş zərərin tam şəkildə ödənildiyini bildirmiş, şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Abşeron rayonunun Masazır bələdiyyəsinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Masazır bələdiyyəsində hüquq məsələləri üzrə müşavir, 2023-cü ilin əvvəllərindən hüquqşünas, 15 noyabr 2023-cü il tarixdən hal-hazıra kimi isə bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Masazır bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs1 və hüquq şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs2 çoxlu sayda insana qarşı dələduzluq edib, onların xeyli miqdarda əmlaklarını ələ keçirməsi hüquqi şəxs kimi Masazır bələdiyyəsinin hüquqlarına və qanuni mənafələrinə zərər vurmuşdur. Qeyd edilən şəxslərin vəzifələrindən sui-istifadə etməklə vətəndaşları aldatmaları Masazır bələdiyyəsinin nüfuzuna xələl gətirmişdir. Bununla bağlı Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2000-ci ildən hal-hazıra kimi ünvan 8 ünvanda yaşayır. İstifadələrində olan 0,19 hektar torpaq sahəsindən 0,14 hektarın sənədi olsa da, qalan hissənin sənədləri olmamışdır. Sənəd düzəltmək məqsədi ilə əri Elmanla birlikdə o, da Masazır bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 qəbulunda olmuş və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınmasında ona kömək etməsini xahiş etmişdir. Rüfət isə Elmana bu işdə kömək edə biləcəyini deyərək 0,19 hektar torpaq sahəsinin 0,12 hektarını onun, 0,07 hektarını isə arvadı Könülün adına rəsmləşdirəcəyini demişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 torpağa baxması və sənədləşdirmə işlərinə başlaması üçün yaşadıqları evə göndərmişdir. Bundan sonra Rüfət telefon danışığı zamanı işin danışıldığı kimi tam həlli üçün 8500 manat lazım olduğunu bildirmişdir. Həmin məbləğdə vəsait hissə hissə olmaqla verilsə də, işlər görülməmş, torpağa dair çıxarış təqdim olunmamışdır. Məcbur qaldıqları üçün Elman şikayət etmiş, həmin vaxtda pullar qaytarılmasa da, məhkəmə dövründə Rüfət tərəfindən 8500 manat qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən Şahid7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Tədqiq edilmiş həmin ifadədən görünür ki, o, atası Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən Şahid6 elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs X26 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən şahid qismində ibtidai istintaq orqanı tərəfindən dindirilmiş Şahid8 elan edilmiş ifadəsindən görünür ki, o, 2020-ci fevral ayından 2023-cü ilin aprel ayınadək Abşeron rayonunun Masazır bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. Vergi müfəttişi kimi vəzifələri Masazır kənd sakinlərindən torpaq və əmlak vergisi toplamaq olmuşdur. X26 dostu Musaxan vasitəsilə tanımış, Belə ki, 2021-ci ilin yaz aylarında Musaxan ona Masazır kəndi şəhid Zaur Həsənov küçəsində onlara məxsus 3 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin sənədləşmə işlərini həll etmək istədiklərini bildirmişdir. O, isə sənədləşmə işlərinin necə həll olmasını öyrənib Musaxana məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs1lə danışaraq dostunun Masazır kəndi Zaur Həsənov küçəsində 3 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinə sənəd almaq istədiyini bildirmişdir. Rüfət isə ona torpaq sahəsinin sənədləşmə işlərinin hərrac yolu ilə həll olunduğunu, buna görə müəyyən rüsumlar ödənilməli olduğunu, rüsumları ödəmək üçün 5000 manat lazım olduğunu sənədləşmə işlərinin 5-6 ay çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 dedikləri barədə Musaxana məlumat verdikdə Musaxan ona “atamla məsləhətləş” deyə cavab vermişdir. Bundan sonra o, Musaxanın atası Nizami Əliyevin həmin vaxt yaşadığı evə gedib orada onunla söhbət etmişdir. Nizami ona demişdir ki, Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən ona məxsus 3 sot torpaq sahəsinə və həmin torpaq sahəsində olan evə dair müvafiq mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəyir. O, isə Nizami Əliyevə “Nizami dayı bələdiyyə sədri Təqsirləndirilən şəxs1lə danışdım, deyir sənədləşmə işlərini ümumilikdə 5000 manat rüsum ödəməklə həll etmək olar, amma sənədləşmə işlərinin həlli 5-6 ay çəkəcəkdir” demişdir. Nizami Əliyev isə onunla razılaşmış və 2-3 gün ərzində 5000 manatı verəcəyini demişdir. Sonradan Təqsirləndirilən şəxs1 onu yanına çağırıb “Ülfət rüsumları səhv hesablamışam, 5000 manata həll olmayacaq, rüsum ödəmək üçün 7000 pul lazımdır” demişdir. O, isə yenidən Nizami ilə görüşüb Rüfətin rüsumlara 5000 deyil, 7000 manat pul lazım olduğunu dedidiyini ona demişdir. Nizami isə etiraz edərək “nə oldu 5000 deyirdin, indi 7000 deyirsən” deyə cavab vermişdir. O, isə “vallah sədr deyir 5000 manatla alınası iş deyil, 7000 manat lazımdır” demişdir. Bundan sonra Nizami Əliyev onunla razılaşmış və 7000 manatı, təxminən 2021-ci ilin aprel ayının sonlarında yaşadığı evdə ona vermişdir ki, həmin pulu Təqsirləndirilən şəxs1 çatdırsın. O, da Nizami Əliyevdən aldığı 7000 manatı elə həmin gün qəpiyinə kimi aparıb həmin vaxt Masazır bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs1 iş otağında vermişdir. Hətta Rüfətdən xahiş etmişdir ki, Nizami Əliyev onun dostunun atasıdır, yəni yaxın adamdır xahiş etmişdir ki, Nizaminin işinə məsuliyyətlə yanaşsın və mümkün qədər tez həll etsin. Lakin, Təqsirləndirilən şəxs1 ondan 7000 manatı aldıqdan sonra Nizami Əliyevə hər hansı çıxarış təqdim edə bilməmişdir. Nizami Əliyev sonradan özü də dəfələrlə Təqsirləndirilən şəxs1 yanında olmuş və Rüfət Nizamiyə bir daha təsdiq etmişdir ki, verdiyi 7000 manat qəpiyinə kimi Rüfətə çatmışdır. Nizami Əliyevdən 7000 manatı alıb Rüfətə verdikdə məqsədi yalnız torpaq sahəsinə dair müvafiq çıxarışın alınmasında dostunun atasına kömək etmək olmuşdur. Hər hansı gəlir əldə etmək və ya hər hansı formada Nizami Əliyevi aldatmaq niyyəti olmamışdır. O ki qaldı Rüfətin həmin 7000 manata hansı işləri görməsi, nə qədər rüsum və ya başqa ödənişləri edəcəyi, hər hansı məbləğdə pulun Rüfətin özünə qalıb-qalmayacağını bilmir. Belə ki, o, həqiqətən də, Təqsirləndirilən şəxs1 inanaraq və Rüfətin 7000 manatın hamısını rüsum olaraq ödəyəcəyinə inanaraq həmin pulları Rüfətə vermişdir. Sonradan isə öyrənmişdir ki, heç sən demə o qədər rüsum ödənmir. Sadəcə özünün də, bələdiyyə işçisi olduğunu və Rüfətin ona yalan danışmadığını düşünərək həmin pulu Rüfətə vermişdir. Əgər o, bilsəimiş ki, Rüfət ona yalan danışır heç Nizami Əliyevdən pulu alıb Rüfətə verməzdir. 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs1 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmışdır. Bundan sonra o, Nizami Əliyevin yeznəsi Sərxanı Təqsirləndirilən şəxs1 Rəsulzadə qəsəbəsindəki evinə aparmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdən çölə çıxdıqda Sərxan buna yüksək səslə “ya 7000 manat pulu ver, ya da sənədimi ver” dedikdə Sərxanla Rüfət arasında sözlü mübahisə yaranmış və Rüfətdə Sərxanın üstünə qışqırmış və o, Rüfətlə Sərxanın arasına girmişdir. Sonradan Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng etsə də, zənglərinə cavab verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən şahid qismində ibtidai istintaq orqanı tərəfindən dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs8un ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən şahid qismində ibtidai istintaq orqanı tərəfindən dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində ona aid hissədə təsdiq edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında Xanlar ona zəng edib “torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi üçün Masazır bələdiyyəsinin hüquqşünası Təqsirləndirilən şəxs2 5000 manat pul verilməlidir və həmin məbləğə Nicat özü torpaq sahəsinin bütün sənədləşmə işlərini həll edəcək” demişdir. Xanlar ona həmçinin hazırda rayonda olduğunu deyib, xahiş etmişdir ki, Təqsirləndirilən şəxs2 5000 manatı o, versin. Xanlarla danışdıqdan sonra Təqsirləndirilən şəxs2 zəng etmiş və Nicat ona 5000 manatı təcili gətirməyini bildirmiş, hətta “whatsapp” tətbiqində ona öz adına olan “Kapital” Banka məxsus “bir kart” plastik kartın şəklini göndərmişdir ki, 5000 manat pulu ora göndərsin. O, isə Nicata pulu yalnız sabah verə biləcəyini demişdir. Nicat isə ona “sabah dəqiq pulu verəcəksənsə, sənəd düzəldənlərdən möhlət alım” demişdir. Nicatla onun arasında torpaq sahəsinin sənədləşdirilməsi barədə söhbəti olmadığından və bu söhbətləri Nicatla Xanlar apardığından o, sənədləşmə işinin kim tərəfindən necə həll olunduğunu bilməmişdir. Səhəri gün Nicatla danışıb “gəlirəm bələdiyyəyə 5000 manat pulu sənə verim” demiş, Nicat isə təkidlə bələdiyyədə görüşmək istəmədiyini bildirmiş və həmin gün saat 11 radələrində onlar Masazır kəndində “Duz gölü” yaxınlığındakı “Oğuz” yanacaq doldurma məntəqəsinin qarşısında Nicatla görüşmüşlər. Nicat görüşə bələdiyyəyə məxsus ** AA *** dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilə gəlmiş və tək olmuşdur. Yanacaq doldurma məntəqəsinin yanında avtomobillərini saxladıqdan sonra o, öz avtomobilindən düşüb Nicatın idarə etdiyi avtomobilə əyləşmiş və 5000 manat pulu Nicata vermişdir. Bundan sonra Nicata verdiyi 5000 manat pulu Xanlar ona qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin iştirak etməyən şahid qismində ibtidai istintaq orqanı tərəfindən dindirilmiş Şahid4 və Şahid3 elan edilmiş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması” haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179,3.2, 178.2.2, 178.2.4, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır;
2. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179,3.2, 178.2.2, 178.2.4, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbu edilərək, istintaqa əlavə edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 22 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır;
6. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
7. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır;
8. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır;
9. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 06 iyul 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179,3.2, 178.2.2, 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 179,3.2, 178.2.2, 178.2.3, 178.2.4, 308.2 və 313-cü maddələrinə tövsif edilmişdir;
10. “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179,3.2, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə ittiham elan edilməsi məqsədi ilə tutulması müəyyən edilmişdir;
11. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı X20 tutulub, istintaqa təqdim olunanadək dayandırılmışdır;
12. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır
13. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X20 tutularaq istintaqa təqdim olunduğundan icraat təzələnmişdir;
14. “İttiham elan edilməsi üçün şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X11 həmin tarixdə, saat 20:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;
15. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
16. Abşeron rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 4(012)-658/2023 saylı, qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən X10 tutulduğu vaxtdan yəni 04 sentyabr 2023-cü il tarixdən 01 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
17. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X33 zərərçəkmiş şəxs qismində tanınmışdır;
18. Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 4(012)-798/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən X10 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 31 yanvar 2024-cü il tarixədək uzadılmışdır;
19. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, X2 rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 1(012)-249/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;
20. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbu edilərək, istintaqı aparılmışdır;
21. Abşeron rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 4(012)-64/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən X10 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 31 mart 2024-cü il tarixədək uzadılmışdır;
22. “Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində tanımaq” haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Hüseynov Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır;
23. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır;
24. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır;
25. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır;
26. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 15 mart 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179,3.2, 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələrinə tövsif edilmişdir;
27. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
28. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
29. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 17 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, MSY-dən azad edilmişdir;
30. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamın və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsinə əsas olmadığından qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamın və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsas olmadığından qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxslərin tam etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə və cinayət işi materiallarında olan digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309 və 311-ci maddələri ilə cinayət təqibindən imtina edilmişdir.
31. Abşeron rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(012)-655/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X20 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan ilə əvəz olunmuş və o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir;
32. Sumqayıt şəhər Probasiya Şöbəsinin 15 mart 2024-cü il tarixli məktubuna əsasən Abşeron rayon Məhkəməsinin 1(012)-249/2023 saylı, 07 iyul 2023-cü il tarixli hökmünə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində ilkin axtarış tədbirləri həyata keçirilmiş, lakin şəxsin tapılması mümkün olmadığından sonuncu qeydiyyatdan keçməmişdir;
33. Sumqayıt şəhər Probasiya Şöbəsinin məktubuna əsasən Abşeron rayon Məhkəməsinin 1(012)-249/2023 saylı, 07 iyul 2023-cü il tarixli hökmünə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində “Konsititusiya və Suverenlik ili” münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6 cı bəndi tətbiq edilməklə o, azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir.
34. “Azemis” X9 vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 27 iyun 2018ci il təvəllüdlü X14 adlı övladı vardır.
35. “Azemis” X9 vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 29 oktyabr 2009-cu il təvəllüdlü X12, 30 noyabr 2006-cı il təvəllüdlü X7 və 22 noyabr 2003-cü il təvəllüdlü X6 adlı uşaqları vardır.
36. “Azemis” X9 vasitəsilə təqsirləndirilən şəxsin gəlir məlumatları üzrə göndərilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə görə müharibə veteranı statusu almış və 450 məbləğində pensiya təyin edilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə ibtidai istintaq orqanı tərəfindən düzgün qiymət verilməmiş, əməlin tövsifində yanlışlığa yol verilmişdir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan, təqsirləndirilən şəxslərin hərəkətlərinin xarakterindən, habelə törədilmiş əməlin motiv və məqsədindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifə mövqeyindən istifadə etməklə törətdikləri əməllər mahiyyət etibarilə dələduzluq cinayətinin tərkibini təşkil edir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin dispozisiyası ilə tam şəkildə əhatə olunur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarında göstərilən tələbləri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi digər əməllər üzrə yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178.2.1-ci maddəsinə əsasən dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ilədək müəyyən edilməklə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır;
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla edən şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları 1.16--cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi və himayəsində yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınaraq, yuxarıda qeyd edilən amnistiya aktının 1.1, 1.16 və 5.1-ci bəndlərinin tələblərinə əsasən barəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsaslar mövcuddur. Göstərilən amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş istisna hallar Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əmələ şamil edilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.1, 1.16 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “polisin nəzarəti altıma vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işinin materiallarında müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə irəli sürülmüş ittiham çərçivəsində xüsusi müsadirənin tətbiqi əsassızdır və zəruri hesab edilmir. Məhkəmədə digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərdən bəzilərinə vurulmuş ziyanın qismən ödənilməsi cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır, əməldə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, lakin digər zərərçəkmişlərə ödənilməmiş zərərin həcmini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, o, uzun müddət keçməsinə baxmayaraq zərərin ödənilməsini təmin etməmiş, ev dustaqlığında olduğu dövr ərzində zərərçəkmiş şəxslərlə barışığa nail ola bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-həmin Məcəllənin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il Qərarnının 23-cü bəndinə əsasən məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni “Abşeron rayonunun Masazır bələdiyyəsinin hüquq sektorunun müdiri” vəzifəsində işləyən dövrdə törətməsi, dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir Göstərilən qanunun tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası əlavə cəza olaraq təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs2 azadlığının 04 sentyabr 2023-cü il tarixindən etibarən faktiki məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə onun cəzasının icrasına həmin tarixdən başlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar Təqsirləndirilən şəxs2 ona qarşı verilmiş mülki iddianı qəbul etiyini ifadə edərək, dəymiş zərəri ödəmək niyyətində olduğunu, bunun üçün daimi cəhd etdiyini, nəticədə bir hissəsini qaytarmağa nail olaraq, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışdığını, zərəri tam ödəməyə maddi imkanı olmadığı üçün qalan şəxslərə zərəri ödəyə bilmədiyini ifadə edərək, mülki iddiaya qarşı etirazının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia təmin edilməli, vurulmuş zərərə görə Zərərçəkmiş şəxs3 xeyrinə 23000 (iyirmi üç min) manat maddi zərər və 161 (yüz altmış bir) manat dövlət rüsumu olmaqla, cəmi 23161 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 8 800 (səkkiz min səkkiz yüz) manat maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər və 113 (yüz on üç) manat dövlət rüsumu olmaqla, cəmi 9413 manat, Zərərçəkmiş şəxs9 xeyrinə isə 4 000 (dörd min) manat maddi zərər və 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 4128 manat pul Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxslərə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işinin materiallarında müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə irəli sürülmüş ittiham çərçivəsində xüsusi müsadirənin tətbiqi əsassızdır və zəruri hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 710 manat (45 saat x 6 AZN + 40 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə digər Təqsirləndirilən şəxs2 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 710 manat (45 saat x 6 AZN + 40 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.16 və 5.1-cı bəndləri tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric olunsun. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablansın. X20 barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. X20 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia təmin edilməli, vurulmuş zərərə görə Zərərçəkmiş şəxs3 xeyrinə 23000 (iyirmi üç min) manat maddi zərər və 161 (yüz altmış bir) manat dövlət rüsumu olmaqla, cəmi 23161 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 8 800 (səkkiz min səkkiz yüz) manat maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər və 113 (yüz on üç) manat dövlət rüsumu olmaqla, cəmi 9413 manat, Zərərçəkmiş şəxs9 xeyrinə isə 4 000 (dörd min) manat maddi zərər və 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 4128 manat pul Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxslərə ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 710 manat (45 saat x 6 AZN + 40 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. X15 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 710 manat (45 saat x 6 AZN + 40 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov