Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-136/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1968-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvələr törətdiyi cinayət əməlinə görə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir büküm halında siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,183 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,025 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib bir ədəd kibrit qutusuna qoyaraq üzərində saxlamaqla daşımış, Abşeron rayon polis idarəsinin əməkdaşları Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və xidməti iş otaqlarının birində üzərinə keçirdikləri şəxsi axtarış zamanı əynində olan qara rəngli, şalvarının sol yan cibindəki bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı təmiz çəkisi 0,183 qram, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,025 qram psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin aşkar edib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində olarkən tanımadığı bir neçə nəfər şəxsə yaxınlaşıb narkotik vasitə olan heroin və metamfetamin almaq istədiyini bildirmişdir. Onlardan biri ona siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm heroini 10 manata, həmçinin siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm metamfetamini də 10 manata satdıqdan sonra həmin iki büküm narkotik vasitəni bir ədəd kibrit qutusuna qoyaraq sonra istifadə edəcəyi məqsədilə üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yol ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra gecə vaxtı hara getdiyini soruşmuşlar. Həmin vaxt özünü şübhəli apardığına görə həmin polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Polis əməkdaşları axtarış keçirilməmişdən əvvəl ona üzəridə saxlanılması qadağan olunan əşya və predmet varsa təqdim etməyi təkil etmişlər. O da bir gün əvvəl öz istifadəsi üçün Masazır qəsəbəsində tanımadığı şəxsdən alaraq əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı, içərisində bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm heroin və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm metamfetamin olan bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuş və həmin kibrit qutusunda bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik maddələri bir gün əvvəl Masazır qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra da polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirsələr də heç nə tapmayıb, onun təqdim etdiyi kibrit qutusundakı narotik maddələrə baxış keçirib, həmin iki ədəd siqaretin qızılı rəngli kağızı bükümündə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini zərfə qoyub qablaşdırmışlar. Sonra bu barədə protokol tərtib olunmuş, o da polis əməkdaşları ilə birlikdə həmin protokola imza etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün manqa komandiri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin PPXB-nin sürücü polis nəfəri Şahid2 ilə birlikdə 57-07 çağırılşlı avtopatrulla Abşeron rayonu, Masazır kəndi, ərazisində xidmətdə olarkən həmin kəndin Əliağa Vahid küçəsində bir nəfər şəxsin bizi görən kimi tez ara küçəyə girib gözdən itmək istədiyini görmüşlər. Həmin şəxsin üzərində narkotik vasitə olmasından şübhələnib avtomobili tez onun yanına sürüb saxlamışlar. Həmin orta yaşlı kişidən kimliyini, harada yaşadığını soruşmuşlar. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu, Masazır kəndi, Əliağa Vahid küçəsi, 28 nömrəli evdə yaşadığını və evinə getdiyini söylədikdən sonra sonuncuya üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirərək, Abşeron RPİnə gedərək orada üzərində şəxsi axtarış keçirəcəklərini söyləmişlər. Seyran da etiraz etməyərək xidməti avtomobilə minərək, onlarla bilrikdə Abşeron RPİ-nə gəlmişdir. Xidməti otaqların birinə vəkil dəvət edib, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra sonuncuya üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirərərk, üzərində qanunsuz saxlanılan əşya və predmet varsa könlüllü təqdim etməsini söyləmişlər. Seyran da üzərində bir gün əvvəl Masazır kəndində tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığı və kibrit qutusuna qoyduğu bir büküm heroin və bir büküm metamfetamin olduğunu bildirərək, əlini əynindəki qara rəngli şalvarının sol yan cibində salıb, oradan bir kibrit qutusunu çıxardaraq stolun üstünə qoymuşdur. Həmin kibrit qutusunda bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapa bilməmişlər. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı bükümlərə baxış keçirmişlər. Həmin iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlərdəki narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini xüsusi elektron tərəzidə çəkərək kağız zərfə qoyub, qablaşdırdıqdan sonra götürmüşlər. Bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar zərfi və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin sürücü polis nəfəri Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli şəxsi axtarış protokoluna əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, sellafon torbadakı bir ədəd bükümdə təmiz çəkisi 0,183 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, bir ədəd bükümdə, təmiz çəkisi 0,025 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/3783 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,183 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,025 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra heroinin qalığı 0,133 qram, metamfetaminin qalığı 0,005 qramdır qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2537 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır, ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, təmiz çəkisi 0,183 qram narkotik vasitə heroin, tədqiqat nümunələri götürüldükdən sonra cəmi 0,133 qram çəkidə, təmiz çəkisi 0,025 qram psixotrop maddə metamfetamin isə tədqiqat nümunələri götürüldükdən sonra cəmi 0,005 qram çəkidə metamfetamin psixotrop saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/3783 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,183 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin(qalıq 0,133 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir), təmiz çəkisi 0,025 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,005 qram - 0,02 qram metamfetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2537 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzsına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən sellafon torbadakı bir ədəd bükümdə narkotik vasitə hesab olunan heroin, bir ədəd bükümdə, psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Abşerob Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,005 qram metamfetamin, 0133 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası indiki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,005 qram metamfetamin, 0133 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-136/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-136/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver