Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-137/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil Müdafiəçi6 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ucar rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il, 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının müddətinin sonu ilə qeydiyyatdan çıxarılmış,məhkumluğu ödənilməmiş Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1980-cı ildə Ucar rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu T.H.Məmmədov küçəsi ev 9-da qeydiyyatda olan və Ucar rayonu Qaradağlı kəndində yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi ev 52, mənzil 1-də qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra özündə olan vintaçanla pəncərəni sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin 2-ci mərtəbəsində yerləşən qonaq otağından 1000 manat dəyərində bir ədəd “Samsung” markalı plazma televizoru və 200 manat dəyərində bir ədəd “Bosch” markalı tozsoranı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Masazır qəsəbəsi Q.B.Zakir küçəsi ev 9A ünvanına qapının açıq olmasından istifadə edərək, qapıdan qanunsuz olaraq yaşayış yerinə daxil olub, evin qonaq otağında paltar dolabın içərisindən 200 manat pulu, divarda quraşdırılmış 500 manat dəyərində bir ədəd “Panasonic” markalı televizoru, evin mətbəxində quraşdırılmış 500 manat dəyərində su filterini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs6 Xırdalan şəhəri, M.Adıgözəlov küçəsində yerləşən 11B nömrəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra vintaçanla pəncərəni sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin birinci mərtəbəsində yerləşən qonaq otağından 1000 manat dəyərində bir ədəd “LG” markalı televizoru və evin ikinci mərtəbəsində yataq otağından 500 manat dəyərində bir ədəd “LG” markalı televizoru ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Abşeron rayonu Masazır qəsəbəsi M.Müşfiq küçəsi, 92a ünvanında yerləşən yeni inşa etdiyi evin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, daha sonra evin içərisindən giriş qapının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan 900 manat dəyərində bir ədəd “Samsung” markalı, RT43K600WW/WT modelli ağ rəngli, təzə vəziyyətdə olan soyuducunu, 500 manat dəyərində bir ədəd “Samsung” markalı, WW60J3097LW modelli, 6 kiloqram tutumlu təzə vəziyyətdə olan paltaryuyanı, 100 manat dəyərində bir ədəd “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobasını, evin digər otağında olan 40 manat dəyərində bir ədəd “Bosch” markalı, “GBH 2-26DRE” modelli istifadə olunmuş prefratoru, 30 manat dəyərində bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqondanı, 35 manat dəyərində bir ədəd “Bosch” markalı istifadə olunmuş dreli və 50 manat dəyərində bir ədəd 3-5 litr su tutumlu istifadə olunmuş samovarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1655 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Xırdalan şəhəri Ş.Qurbanov küçəsi 22, dalan 6-da yerləşən 6 nömrəli evin qarşısına gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən özü gələngedənlər barədə məlumat vermək üçün evin həyətin giriş qapısının qarşısında dayanmış, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 hasardan həyətə keçərək, evin plasmas pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə divardan çıxardıb, plasmas pəncərəsini vint açanla açmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin içərisindən giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin qonaq otağında divara quraşdırılmış 200 manat dəyərində bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizoru, 500 manat dəyərində bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducunu, mebel dolabın içərisində olan 100 manat dəyərində bir ədəd HP markalı kompyuterin manitorunu və mebel dolabın üstündə şəbəkəyə qoşulmuş 30 manat dəyərində bir ədəd TPlinq markalı internet qəbuledicisini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsində yerləşən 73 nömrəli yaşadığı evin plasmas pəncərəsi özündə olan vint açanla açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, evin ikinci mərtəbəsindən 300 manat dəyərində bir dəst kişi kostyumunu, 30 manat dəyərində bir ədəd uzun müddət istifadə olunmuş qadın uzun ölçülü şubanı, 10 manat dəyərində bir dəst “Enigma” markalı qırmızı rəngli qadın gecə paltarını, 30 manat dəyərində bir ədəd “Tudors” markalı boz rəngli qısaqol təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 25 manat olan, cəmi 50 manat dəyərində iki ədəd “Avenza” markalı açıq mavi rəngli, uzunqol, təzə vəziyyətdə olan kişi köynəklərini, 50 manat dəyərində bir ədəd “Brioni” markalı tünd mavi rəngli, uzunqol təzə vəziyyətdə olan kişi köynəyini, 30 manat dəyərində bir ədəd kişi koftasını, bir cütü 1 manat olan, cəmi 2 manat dəyərində 2 cüt, qara rəngli, təzə vəziyyətdə olan “Ekba” markalı kişi corablarını, 25 manat dəyərində “Dolce Gabbanna” markalı mavi rəngli, 3 düyməli, təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 5 manat olan 20 manat dəyərində 4 dəst “Kolcu” markalı təzə vəziyyətdə olan kişi maykalarını, 600 manat dəyərində bir ədəd qadın paltosunu, 50 manat dəyərində bir ədəd kişi cins şalvarını, bir ədədi 50 manat olan 150 manat dəyərində 3 cüt qadın qış ayaqqabılarını, iki ədədi 30 manat, bir ədədi isə 40 manat olan 100 manat dəyərində 03 ədəd qadın köynəklərini, 2 manat dəyərində bir ədəd yaşıl rəngli əl-üz dəsmalını, 2 manat dəyərində bir ədəd çəhrayı rəngli əl-üz dəsmalını, 1 manat dəyərində bir ədəd ağ rəngli güllü çay dəsmalını, bir ədədi 50 qəpik olan 11 ədəd, cəmi 5 manat 50 qəpik dəyərində ağ rəngli kiçik ölçülü çay dəsmallarını (salfet), 5 manat dəyərində bir ədəd qab dəsmalını, bir ədədi 20 manat olan 60 manat dəyərində 03 dəst döşək üzlüyü, 30 manat dəyərində 1 ədəd yataq üzlüyü, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd rəngli mələfələri, 30 manat dəyərində bir ədəd “Dormina” markalı ağ-qara rəngli təzə vəziyyətdə olan adealı, 10 manat dəyərində bir ədəd sarı rəngli parlaq materiallı çarpayı örtüyünü, 30 manat dəyərində bir ədəd qırmızı rəngli təzə vəziyyətdə olan “Europlaid” markalı çarpayı örtüyü, bir ədədi 5 manat olan 20 manat dəyərində 2 dəst yorğan üzlüklərini, 30 manat dəyərində bir ədəd 4 təkərli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Passenger” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qara rəngli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Russia” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qırmızı rəngli istifadə olunmuş yük çantasını (çemodan), 20 manat dəyərində bir ədəd üzərində “Perfect” yazıları olan qara rəngli, süni dəri kəmərli istifadə olunmuş kişi qol saatını, 15 manat dəyərində bir ədəd üzərində “Gucci” yazıları olan olan, qara rəngli süni dəri kəmərli istifadə olmuş qol saatını, 10 manat dəyərində bir ədəd üzərində “Fenerbahçe” yazıları olan ağ rəngli süni dəri kəmərli istifadə olunmuş qol saatını, 5 manat dəyərində 1 kiloqram çəkidə toy qənd-nabatı (xonça), 20 manat dəyərində bir ədəd qara rəngli, klassik dizaynlı istifadə olunmuş “Samsung” markalı mobil telefonu, 15 manat dəyərində bir ədəd üzərində “L-Mobile” yazıları olan boz rəngli klassik dizaynlı istifadə olunmuş mobil telefonu, bir ədəd 20 manat dəyərində qara rəngli, üzərində müxtəlif rəngli muncuqlar olan istifadə olunmuş kiçik ölçülü qadın çantasını, bir ədədi 10 manat dəyərində müxtəlif rəngli kiçik ölçülü, 2 tutacaqlı qadın çantasını, 30 manat dəyərində bir ədəd qadın çantasını, 300 manat dəyərində bir ədəd “LG” markalı, “32LN541U” modelli, 32 düyümlü istifadə olunmuş televizoru, 250 manat dəyərində bir ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “LE32D403E2W” modelli, 32 düyümlü istifadə olunmuş televizoru, 40 manat dəyərində 6 ədəd xrustal stəklanları, bir ədədi 50 manat olan 200 manat dəyərində 4 ədəd qadın ətirləri, 35 manat dəyərində bir ədəd “Malibu” markalı 0,7 litr tutumlu spirtli içkini, 28 manat dəyərində bir ədəd 1 litr tutumlu spirtli içkini, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “1800 Silver” markalı spirtli içki tekilanı, 45 manat dəyərində bir ədəd 0,5 litr tutumlu “Kremlin” markalı arağı, bir ədədi 45 manat olan 135 manat dəyərində 3 ədəd 0,5 litr tutumlu “Grey Goose” markalı araqları, 35 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Russkaya Eskadra” markalı arağı, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Glenfiddich” markalı viskini, bir ədədi 35 manat olan 7 ədəd 245 manat dəyərində 1 litr tutumlu “Grants” markalı viskiləri, bir ədədi 24 manat olan 10 ədəd 240 manat dəyərində 0,5 litr tutumlu “Saperavı” çaxırları, bir ədədi 100 manat olan 600 manat dəyərində 6 ədəd 1 litr tutumlu “Beluqa” markalı araqları, 150 manat dəyərində bir ədəd 5 litr tutumlu “Smirnov” arağı, bir ədədi 150 manat olan 3 ədəd cəmi 450 manat dəyərində 1 litirlik “Almaz” araqlarını, bir ədədi 80 manat olan 4 ədəd 320 manat dəyərində 1 litr tutumlu “Grey” araqlarını, bir ədədi 40 manat olan 3 ədəd cəmi 120 manat dəyərində 0.75 litr tutumlu “Qradis” markalı viskiləri, bir ədədi 45 manat olan 5 ədəd cəmi 225 manat dəyərində 0.75 litr tutumlu “Red Label” markalı viskiləri, 250 manat dəyərində 01 ədəd 1 litr tutumlu Azərbaycan konyakı, evin 3-cü mərtəbəsində mansardan bir ədədi 55 manat olan 8 ədəd 440 manat dəyərində 0.75 litr tutumlu “Kremlin” markalı araqları ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6065,50 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Abşeron rayonu Masazır qəsəbəsi M.Müşfiq küçəsi, 92a ünvanında yerləşən yeni inşa etdiyi evin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, daha sonra evin içərisindən giriş qapının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan 900 manat dəyərində bir ədəd “Samsung” markalı, RT43K600WW/WT modelli ağ rəngli, təzə vəziyyətdə olan soyuducunu, 500 manat dəyərində bir ədəd “Samsung” markalı, WW60J3097LW modelli, 6 kiloqram tutumlu təzə vəziyyətdə olan paltaryuyanı, 100 manat dəyərində bir ədəd “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobasını, evin digər otağında olan 40 manat dəyərində bir ədəd “Bosch” markalı, “GBH 2-26DRE” modelli istifadə olunmuş prefratoru, 30 manat dəyərində bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqondanı, 35 manat dəyərində bir ədəd “Bosch” markalı istifadə olunmuş dreli və 50 manat dəyərində bir ədəd 3-5 litr su tutumlu istifadə olunmuş samovarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1655 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Xırdalan şəhəri Ş.Qurbanov küçəsi 22, dalan 6-da yerləşən 6 nömrəli evin qarşısına gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 gələn-gedənlər barədə məlumat vermək üçün evin həyətin giriş qapısının qarşısında dayanmış, özü isə qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə hasardan həyətə keçərək, evin plasmas pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə divardan çıxardıb, plasmas pəncərəsini vint açanla açmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin içərisindən giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin qonaq otağında divara quraşdırılmış 200 manat dəyərində bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizoru, 500 manat dəyərində bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducunu, mebel dolabın içərisində olan 100 manat dəyərində bir ədəd HP markalı kompyuterin manitorunu və mebel dolabın üstündə şəbəkəyə qoşulmuş 30 manat dəyərində bir ədəd TP-linq markalı internet qəbuledicisini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsində yerləşən 73 nömrəli yaşadığı evin plasmas pəncərəsi özündə olan vint açanla açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, evin ikinci mərtəbəsindən 300 manat dəyərində bir dəst kişi kostyumunu, 30 manat dəyərində bir ədəd uzun müddət istifadə olunmuş qadın uzun ölçülü şubanı, 10 manat dəyərində bir dəst “Enigma” markalı qırmızı rəngli qadın gecə paltarını, 30 manat dəyərində bir ədəd “Tudors” markalı boz rəngli qısaqol təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 25 manat olan, cəmi 50 manat dəyərində iki ədəd “Avenza” markalı açıq mavi rəngli, uzunqol, təzə vəziyyətdə olan kişi köynəklərini, 50 manat dəyərində bir ədəd “Brioni” markalı tünd mavi rəngli, uzunqol təzə vəziyyətdə olan kişi köynəyini, 30 manat dəyərində bir ədəd kişi koftasını, bir cütü 1 manat olan, cəmi 2 manat dəyərində 2 cüt, qara rəngli, təzə vəziyyətdə olan “Ekba” markalı kişi corablarını, 25 manat dəyərində “Dolce Gabbanna” markalı mavi rəngli, 3 düyməli, təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 5 manat olan 20 manat dəyərində 4 dəst “Kolcu” markalı təzə vəziyyətdə olan kişi maykalarını, 600 manat dəyərində bir ədəd qadın paltosunu, 50 manat dəyərində bir ədəd kişi cins şalvarını, bir ədədi 50 manat olan 150 manat dəyərində 3 cüt qadın qış ayaqqabılarını, iki ədədi 30 manat, bir ədədi isə 40 manat olan 100 manat dəyərində 03 ədəd qadın köynəklərini, 2 manat dəyərində bir ədəd yaşıl rəngli əl-üz dəsmalını, 2 manat dəyərində bir ədəd çəhrayı rəngli əl-üz dəsmalını, 1 manat dəyərində bir ədəd ağ rəngli güllü çay dəsmalını, bir ədədi 50 qəpik olan 11 ədəd, cəmi 5 manat 50 qəpik dəyərində ağ rəngli kiçik ölçülü çay dəsmallarını (salfet), 5 manat dəyərində bir ədəd qab dəsmalını, bir ədədi 20 manat olan 60 manat dəyərində 03 dəst döşək üzlüyü, 30 manat dəyərində 1 ədəd yataq üzlüyü, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd rəngli mələfələri, 30 manat dəyərində bir ədəd “Dormina” markalı ağ-qara rəngli təzə vəziyyətdə olan adealı, 10 manat dəyərində bir ədəd sarı rəngli parlaq materiallı çarpayı örtüyünü, 30 manat dəyərində bir ədəd qırmızı rəngli təzə vəziyyətdə olan “Europlaid” markalı çarpayı örtüyü, bir ədədi 5 manat olan 20 manat dəyərində 2 dəst yorğan üzlüklərini, 30 manat dəyərində bir ədəd 4 təkərli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Passenger” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qara rəngli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Russia” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qırmızı rəngli istifadə olunmuş yük çantasını (çemodan), 20 manat dəyərində bir ədəd üzərində “Perfect” yazıları olan qara rəngli, süni dəri kəmərli istifadə olunmuş kişi qol saatını, 15 manat dəyərində bir ədəd üzərində “Gucci” yazıları olan olan, qara rəngli süni dəri kəmərli istifadə olmuş qol saatını, 10 manat dəyərində bir ədəd üzərində “Fenerbahçe” yazıları olan ağ rəngli süni dəri kəmərli istifadə olunmuş qol saatını, 5 manat dəyərində 1 kiloqram çəkidə toy qənd-nabatı (xonça), 20 manat dəyərində bir ədəd qara rəngli, klassik dizaynlı istifadə olunmuş “Samsung” markalı mobil telefonu, 15 manat dəyərində bir ədəd üzərində “L-Mobile” yazıları olan boz rəngli klassik dizaynlı istifadə olunmuş mobil telefonu, bir ədəd 20 manat dəyərində qara rəngli, üzərində müxtəlif rəngli muncuqlar olan istifadə olunmuş kiçik ölçülü qadın çantasını, bir ədədi 10 manat dəyərində müxtəlif rəngli kiçik ölçülü, 2 tutacaqlı qadın çantasını, 30 manat dəyərində bir ədəd qadın çantasını, 300 manat dəyərində bir ədəd “LG” markalı, “32LN541U” modelli, 32 düyümlü istifadə olunmuş televizoru, 250 manat dəyərində bir ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “LE32D403E2W” modelli, 32 düyümlü istifadə olunmuş televizoru, 40 manat dəyərində 6 ədəd xrustal stəklanları, bir ədədi 50 manat olan 200 manat dəyərində 4 ədəd qadın ətirləri, 35 manat dəyərində bir ədəd “Malibu” markalı 0,7 litr tutumlu spirtli içkini, 28 manat dəyərində bir ədəd 1 litr tutumlu spirtli içkini, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “1800 Silver” markalı spirtli içki tekilanı, 45 manat dəyərində bir ədəd 0,5 litr tutumlu “Kremlin” markalı arağı, bir ədədi 45 manat olan 135 manat dəyərində 3 ədəd 0,5 litr tutumlu “Grey Goose” markalı araqları, 35 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Russkaya Eskadra” markalı arağı, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Glenfiddich” markalı viskini, bir ədədi 35 manat olan 7 ədəd 245 manat dəyərində 1 litr tutumlu “Grants” markalı viskiləri, bir ədədi 24 manat olan 10 ədəd 240 manat dəyərində 0,5 litr tutumlu “Saperavı” çaxırları, bir ədədi 100 manat olan 600 manat dəyərində 6 ədəd 1 litr tutumlu “Beluqa” markalı araqları, 150 manat dəyərində bir ədəd 5 litr tutumlu “Smirnov” arağı, bir ədədi 150 manat olan 3 ədəd cəmi 450 manat dəyərində 1 litirlik “Almaz” araqlarını, bir ədədi 80 manat olan 4 ədəd 320 manat dəyərində 1 litr tutumlu “Grey” araqlarını, bir ədədi 40 manat olan 3 ədəd cəmi 120 manat dəyərində 0.75 litr tutumlu “Qradis” markalı viskiləri, bir ədədi 45 manat olan 5 ədəd cəmi 225 manat dəyərində 0.75 litr tutumlu “Red Label” markalı viskiləri, 250 manat dəyərində 01 ədəd 1 litr tutumlu Azərbaycan konyakı, evin 3-cü mərtəbəsində mansardan bir ədədi 55 manat olan 8 ədəd 440 manat dəyərində 0.75 litr tutumlu “Kremlin” markalı araqları ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6065,50 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində xalası oğlanları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Abşeron rayonu Masazır qəsəbəsi M.Müşfiq küçəsi, 92a ünvanında yerləşən yeni inşa etdiyi evin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, daha sonra evin içərisindən giriş qapının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan 900 manat dəyərində bir ədəd “Samsung” markalı, RT43K600WW/WT modelli ağ rəngli, təzə vəziyyətdə olan soyuducunu, 500 manat dəyərində bir ədəd “Samsung” markalı, WW60J3097LW modelli, 6 kiloqram tutumlu təzə vəziyyətdə olan paltaryuyanı, 100 manat dəyərində bir ədəd “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobasını, evin digər otağında olan 40 manat dəyərində bir ədəd “Bosch” markalı, “GBH 2-26DRE” modelli istifadə olunmuş prefratoru, 30 manat dəyərində bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqondanı, 35 manat dəyərində bir ədəd “Bosch” markalı istifadə olunmuş dreli və 50 manat dəyərində bir ədəd 3-5 litr su tutumlu istifadə olunmuş samovarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1655 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində, saat 02 radələrində xalası oğlanları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Xırdalan şəhəri Ş.Qurbanov küçəsi 22, dalan 6-da yerləşən 6 nömrəli evin qarşısına gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 gələn-gedənlər barədə məlumat vermək üçün evin həyətin giriş qapısının qarşısında dayanmış, özü isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə hasardan həyətə keçərək, evin plasmas pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə divardan çıxardıb, plasmas pəncərəsini vint açanla açmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin içərisindən giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin qonaq otağında divara quraşdırılmış 200 manat dəyərində bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizoru, 500 manat dəyərində bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducunu, mebel dolabın içərisində olan 100 manat dəyərində bir ədəd HP markalı kompyuterin manitorunu və mebel dolabın üstündə şəbəkəyə qoşulmuş 30 manat dəyərində bir ədəd TP-linq markalı internet qəbuledicisini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Xırdalan şəhərində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini qanunsuz olaraq 10 manata əldə edib üstündə saxlayaraq üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə saat 02:45 radələrində Xırdalan şəhərində “Kristal Abşeron-1” yaşayış kompleksində Abşeron rayon Pİ-nin və X8 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, Polis İdarəsinin inzibati binasında xidməti otaqda üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,223 qram heroin əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin iyun ayında cəzadan şərti olaraq azad olunmuşdur.Həbsdən azad olandan sonra Bakı şəhərində müxtəlif yerlərdə, əsasən də Abşeron rayonunun ərazisində kirayədə yaşamışdır. Kirayədə qaldığı müddətdə xalası oğlu Təqsirləndirilən şəxs3 də gəlib onunla bir yerdə qalırmış. xx.xx.2020-ci il tarixdə Ucar rayonunda yaşayan qardaşı Seymura da zəng edib demişdir ki, gəlsin onunla bir yerdə qalsın. Ona görə də həmin tarixdən sonra qardaşı Seymur da Ucar rayonundan gəlib onunla birlikdə qalmışdır. Maddi vəziyyəti yaxşı olmamış və ona görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 22:30 radələrində Abşeron rayounu, Masazır kəndindən keçərkən həmin məhəllədə, dalanda yerləşən evlərdən birinin işıqlarının yanmadığını görüb, həmin anda həmin evdə heç kimin olmadığını güman edib qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin.Ona görə də həmin evin həyətinə hasardan daxil olaraq evin ön tərəfindəki pəncərəyə yaxınlaşaraq pəncərənin dəmir barmaqlığını dəmir parçası ilə bağlandığı yerdən sındırıb yerə atmış, sonra isə özü ilə götürdüyü vintaçanla plastik materialdan olan pəncərəni sıxıb açmışdır. Evin içərisinə daxil olduqdan sonra isə evin bütün otaqlarında axtarış etsədə pul və qızıl-zinət əşyaları tapmamış, sonra evin 2-ci mərtəbəsində olan “Samsung” markalı televizoru və “BOSH” markalı tozsovuranı yerindən götürüb həyətə çıxartmış, sonra həmin televizoru və tozsovuranı bir-bir hasardan bayıra çıxardıb, onları yaşadığı evə aparmışdır. 1-2 gün sonra isə oğurladığı həmin televizoru və tozsovuranı Bakı şəhəri, Sabunçu rayonunda Rus bazarı adlandırılan yerə aparıb tanımadığı bir nəfər şəxsə ümumilikdə 300 manata satmış və əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir.Həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Q.B.Zakir küçəsi ilə gedirmiş, həmin vaxt küçədə olan bir iki mərtəbəli evdə işıqların yanmadığını və ətrafda heç kimin olmadığını görüb həmin evin həyətin giriş qapısına yaxınlaşmış, qapının dəstəyindən tutub açıb qapı açıq vəziyyətdə olduğunu görmüşdür.Həmin həyətdə olan evin suvağı vurulmuş, lakin rənglənməmişdir. Evin qarşısında olan pilləkən ilə yuxarı qalxmış və evin giriş qapısını dəstəyindən tutub açmış, həmin qapı da bağlı olmamışdır. O, evə girib və görmüşdür ki, evdə heç kim yoxdur. Evin qonaq otağında divarda olan “Panasonik” markalı televizoru yerindən çıxartmış, sonra həmin otaqda dolabın siyirməsində paltarların altında tapdığı 200 manat pulu da götürmüş, sonra evin mətbəxinə girmiş və mətbəxdə dolabın işərisində duraşdırılmış su filtirini yerindən açıb həmin əşyaları götürüb oradan uzaqlaşıb, tanımadığı bir taksi avtomobilinə oturub kirayədə qaldığı evə gəlmişdir. Səhəri gün həmin televizoru və su filterini Bakı şəhəri 3-cü mikrorayon bazarına aparıb bazarın qarşısında tanımadığı şəxsə televizoru 100 manata, su filterini də 90 manata satmışdır.Həmin şəxs həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Aldığı pulları da şəxsi ehtiyyaclarına sərf etmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat təxminən 21:30 radələrində Abşeron rayounu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsindən keçərkən həmin məhəllədə, dalanda yerləşən evlərdən birinin işıqlarının yanmadığını görüb, həmin evdə heç kimin olmadığını güman edib qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin.Ona görə də həmin vaxtı həyətə hasardan daxil olaraq evin ön tərəfindəki pəncərəyə yaxınlaşaraq pəncərənin dəmir barmaqlığını dəmir parçası ilə aralayıb dartıb sındırmış, sonra isə özü ilə götürdüyü vintaçanla plastik materialdan olan pəncərəni sıxıb açmışdır. İçəri daxil olduqdan sonra isə evin bütün otaqlarında axtarış etsədə pul və qızıl-zinət əşyaları tapmamış, bundan sonra evin 1-ci mərtəbəsində olan “LG” markalı televizoru yerindən götürüb həyətə çıxartmış, sonra isə 2-ci mərtəbəyə çıxıb qonaq otağında divardan asılmış vəziyyətdə olan “LG” markalı televizoru yerindən açıb götürərək, həmin televizorları bir-bir hasardan bayıra çıxartmış, sonra hər iki televizoru yaşadığı evə aparmışdır. Aradan 1-2 gün sonra isə oğurladığı həmin televizorları Bakı şəhəri, 3-cü mikrorayon bazarına aparıb tanımadığı bir nəfər şəxsə ümumilikdə 300 manata satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Televizorları alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, təxminən xx xxxx 2019-cu il tarixdə gecə, saat 03-04 radələrində Seymur və Tahir onun idarə etdiyi boz rəngli «Hyundai-Elantra» markalı avtomobillə oğurluq etməyə yer axtarırmışlar və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində körpünün yaxınlığında yerləşən iki mərtəbəli tam hazır olmayan evin işıqlarının yanmadığını görüb evdən oğurluq etmək qərarına gəlmişlər. Avtomobili evin yaxınlığında saxlamış və Tahir evin küçəyə baxan plastik pəncərəsini özündə olan vintaçanla ilə açmış və onlar içəriyə daxil olub, evin birinci mərtəbəsində 01 ədəd drel, laqonda, yeni qaz sobası, yeni soyuducu və yeni paltaryuyan olduğunu görüb, onlar həmin əşyaları evin qapısından həyətə çıxarıb, həyətin darvazasını açdıqdan sona bütün əşyaları avtomobilə yükləmişlər. Oğurladıqları əşyaları kirayə yaşadığı evə aparmışlar. Səhər açıldıqdan sonra 166 yük xidmətindən avtomobil çağırtdırıb oğurladığı əşyalardan soyuducunu və paltar yuyanı yük avtomobilinə yükləyib 8-ci kilometr bazarında yerləşən məişət texnikaları mağazasına satmışlar. Onlar həmin mağazaya getməmişdən öncə Tahir həmin mağazanı işlədən şəxsə zəng edib, məişət əşyaları satmağa təklif etmiş və həmin şəxs də əşyaları gətirməyi demişdir. Oğurladıqları əşyaları təxminən 600 manata satmışlar və həmin pulu aralarında bölmüşlər. Həmin evdən oğurladıqları bir ədəd direl, preparator, samovar və qaz sobası da kirayədə yaşadığı evdə qalmış, həmin əşyalar da polis əməkdaşlarına təhvil verilmişdir. Bundan başqa, 2020-ci ilin aprel ayının ilk günlərində qardaşı Seymur və xalası oğlu Tahir ilə razılaşmışlar ki, kirayə qaldığı evlə qonşuluqda yerləşən evə oğurluğa getsinlər.Onlar həmin evdə heç kim qalmadığını bilirmişlər, ona görə ki, həmin ev onların kirayədə yaşadıqları evdən rahat görünürmüş və evin işıqları yanmırmış. Təxminən gecə saat 02-03 radələrində həmin evin qarşısında həyətin giriş qapısının yaxınlığında dayanmış, Seymur ilə Tahir isə evin narıncı rəngli darvazasının yanından həyətə keçmişlər, aradan 10-15 dəqiqə sonra onlar həyətin qapısını içəridən açmışlar və onlar evdən bir ədəd televizoru və soyuducunu həyətə çıxarmışlar, o, da kömək edib həmin əşyaları əli ilə yaxınlıqda kirayədə qaldığı evə gətirmişlər. Səhər açılandan sonra Tahir istifadəsində olan mobil telefondan 166 xidmətinə zəng vurub avtomobil sifariş vermiş, təxminən saat 20 radələrində avtomobil gəldikdən sonra oğurladıqları soyuducunu 8-ci kilometr bazarına Tahir və Seymurla bir yerə aparıb, soyuducunu məişət texnikası satılan yerə 320 manata satmışlar və aldıqları pulu da Tahir və Seymur ilə aralarında bölmüşlər.Həmin evdən oğurladıqları televizoru isə Xırdalan şəhərində Gəray adlı şəxsin internet klubunda olarkən ona özünə məxsus televizoru satmaq istədiyini demiş, Gəray da televizor ustası olan Şahid5 adlı şəxsə zəng edib satmağa televizor olduğunu demişdir. Orxan da televizor almaq istədiyini bildirəndən sonra Seymur ilə televizoru həmin vaxt icarəyə götürüb sürdüyü “Hyundai Elantra” markalı avtomobilə qoyub Binəqədi rayonuna aparıb Orxana 130 manata satmışlar.Orxan da həmin televizorun oğurluq olduğunu bilməmişdir. Bundan başqa, təxminən xx xxxxx 2020-ci il tarixdə qardaşı Saymura təklif etmişdir ki, gedək oğurluq edək.Seymur da razılaşmış və «Rent-Car»dan götürdüyü ağ rəngli «Hyundai-Elantra» markalı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində gecə saat 03 radələrində oğurluq etmək üçün ev axtarırmışlar, küçədə üç mərtəbəli evin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər.O, idarə etdiyi avtomobili evin yaxınlığında saxlamış və avtomobildən düşdükdən sonra vintaçanla küçəyə evin baxan plastik pəncərəni vint açanla açıb pəncərədən mətbəxə daxil olmuşlar, ev qaranlıq olmuş, onlar telefon işığı ilə evin birinci mərtəbəsini axtaranda baş tərəfdə yerləşən otaqda spirtli içkilərin olduğunu görüb, həmin otaqda olan çamadana təxminən 30-35 ədəd müxtəlif növ spirtli içkiləri yığmışlar. Bundan sonra evin ikinci mərtəbəsinə qalxıb, yataq otaqlarından 02 ədəd televizor, dolablardan 1 ədəd kişi kastyumunu, qadın şubasını, yataq ortüyünü, qadın əl çantalarını, qadın saatlarını, çarpayı örtüklərini, mələfələri götürüb, 3 yük çantasına yığıb evin mətbəxinin küçəyə baxan pəncərəsindən çıxardıb avtomobilin yük yerinə qoyub oradan kirayə yaşadıqları evə getmişlər. Oğurladıqları spirtli içkilərdən bir neçəsini Abşeron rayonu Masazır qəsəbəsində yerləşən adını bilmədiyi «Şərab» evinə satıb, 105 manat pul alıb, həmin pulları şəxsi ehtiyyaclarına sərf etmişlər.Spirtli içkiləri alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Həmin evdən oğurladıqları qalan əşyalar kirayədə qaldığı evdə qalmış və həmin əşyalar polis əməkdaşlarına təhvil verilmişdir. Qeyd etmişdir ki, göstərdiklərindən başqa həmin evlərdən başqa əşyaları oğurlamamışlar. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 07 ay müddətinə Nəsimi rayon məhkəməsi tərəfindən məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, azadlığa çıxdıqdan sonra Ucar rayonunda yaşamışdır. xx.xx.2020-ci il tarixdə Ucar rayonunda olanda, həmin vaxt istifadə etdiyi ***-***-**-** saylı mobil telefona qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək demişdir ki, Bakı şəhərinə gəlsin, burada yaxşı işlər var.O, da Sadiqə demişdir ki, pulu yoxdur, Sadiq isə demişdir ki, narahat olmasın, gəlsin özü onu qarşılayıb yol pulunu verəcək. Həmin gün o Bakı şəhərində yerləşən Beynalxalq Avtovağzala gəlmiş, qardaşı Sadiq onu qırmızı rəngli avtomobillə qarşılayıb 10 manat yol pulunu verib, kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə aparmış, həmin vaxt evdə xalası oğlu Təqsirləndirilən şəxs3 da olmuşdur.xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən «6 BOX» avtoyuma məntəqəsinə işə düzəlmiş və bir müddət orada işlədikdən sonra təxminən xx xxxxx 2020-ci il tarixdə qardaşı Sadiq ona təklif etmişdir ki, gedək oğurluq edək. Sadiq ilə razılaşmış və Sadiqlə «Rent-Car»dan götürdüyü ağ rəngli «Hyundai- Elantra» markalı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində gecə saat 03 radələrində oğurluq etmək üçün ev axtarmışlar, ara küçədə üç mərtəbəli evin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Qardaşı Sadiq idarə etdiyi avtomobili evin yaxınlığında saxlamış və onlar avtomobildən düşdükdən sonra o üzərində olan vintaçanla evin küçəyə baxan plastik pəncərəni açıb oradan mətbəxə daxil olmuşlar, ev qaranlıq olmuş, onlar telefon işığı ilə evin birinci mərtəbəsini axtaranda baş tərəfdə yerləşən otaqda spirtli içkilərin olduğunu görüb, həmin otaqda olan çemodana təxminən 30-35 ədəd müxtəlif növ spirtli içkiləri yığmışlar. Bundan sonra evin ikinci mərtəbəsinə qalxıb, yataq otaqlarından 02 ədəd televizor, dolablardan 1 ədəd kişi kastyumunu, qadın şubasını yataq ortüyünü, qadın əl çantalarını, qadın saatlarını götürüb oğurladıqları əşyaları 3 yük çantasına yığıb evin mətbəxinin küçəyə baxan pəncərəsindən çıxardıb avtomobilin yük yerinə qoyub oradan Xırdalan şəhərində olan kirayə yaşadıqları evə getmişlər. Oğurladıqları spirtli içkilərdən bir neçəsini Abşeron rayonu Masazır qəsəbəsində yerləşən adını bilmədiyi «Şərab» evinə satıb, 105 manat pul əldə edib, həmin pulu şəxsi ehtiyyaclarına xərcləmişlər. Həmin evdən oğurladıqları qalan əşyalar da Polis əməkdaşları onu kirayədə yaşadığı evdən aparanda həmin əşyaları da Polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa, 2020-ci ilin aprel ayının ilk günlərində qardaşı Sadiq və xalası oğlu Tahir ilə razılaşmışlar ki, kirayə qaldığı evlə qonşuluqda yerləşən evə oğurluğa girsinlər.Onlar həmin evdə heç kim qalmadığını bilirmişlər.Belə ki, həmin ev onların kirayə yaşadığı evdən rahat görünürmüş, evin işıqları yanmırmış. Təxminən gecə saat 02-03 radələrində qonşuluqda yerləşən kürsülü evin narıncı rəngli darvazasının üstündən Tahir ilə həyətə keçmişlər, qardaşım Sadiq isə evin qarşısında küçədə dayanıb onları gözləmişdir. Həyətə keçdikdən sonra evin giriş qapısı boz rəngli seyf qapı olmuş, evin həyətə baxan plastik pəncərəsini Tahir üstündə olan vintaçanla açmış və onlar pəncərədən evə girmişlər. Evdə işlənmiş vəziyyətdə olan televizoru və bir ədəd soyuducunu götürüb, evin giriş qapısını Tahir ilə birlikdə içəridən sındıraraq açıb, qapını açaraq həmin əşyaları qapıdan həyətə çıxartmışlar.Sonra həyətin qapısını açaraq Sadiq də onlara kömək edib, əli ilə əşyaları yaxınlıqda kirayədə qaldığı evə gətirmişlər. Səhər açılandan sonra Tahir istifadəsində olan mobil telefondan 166 xidmətinə zəng edib avtomobil sifariş etmiş və avtomobil gəldikdən sonra oğurladıqları soyuducunu, televizoru 8-ci kilometr bazarına Tahir və Sadiqlə aparmışlar. Soyuducunu məişət texnikası satılan yerə 320 manata satmışlar və aldıqları pulu da Tahir və Sadiq ilə aralarında bölmüşlər, həmin evdən oğurladıqları televizoru isə Sadiqin danışdığı Orxan adlı şəxsə satmaq üçün Sadiq ilə birlikdə Binəqədi rayonuna aparıb Orxana 130 manata satmışlar və aldıqları pulu da aralarında bölmüşlər.Orxan da həmin televizorun oğurluq olduğunu bilməmişdir. Bundan başqa təxminən xx xxxx 2019-cu il tarixdə, gecə saat 03-04 radələrində, Tahir ilə Sadiqin idarə etdiyi boz rəngli «Hyundai-Elantra» markalı seriyası yadında qalmayan 99??841 dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etməyə yer axtarırmışlar və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində körpünün yaxınlığında yerləşən iki mərtəbəli tam hazır olmayan evin işıqlarının yanmadığını görüb, həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Sadiq avtomobili evin yaxınlığında saxlamış və Tahir evin küçəyə baxan plastik pəncərəsini özündə olan vintaçanla açmış və onlar içəri daxil olub, evin birinci mərtəbəsindən 01 ədəd drel, laqonda, yeni qaz sobası, yeni soyuducu və yeni paltaryuyan, bir ədəd samovarın olduğunu görüb, həmin əşyaları evin giriş qapısını dəmir parçası ilə açmaqla oradan həyətə çıxarmışlar, həyətin darvazasını açdıqdan sonra bütün əşyaları avtomobilə yükləmişlər. Oğurladıqları əşyaları kirayə yaşadığı evə aparmışlar. Səhər açıqldıqdan sonra 166 yük xidmətindən avtomobil çağırtdırıb oğurladıqları əşyalardan soyuducunu və paltar yuyanı yük avtomobilinə yükləyib 8-ci kilometr bazarında yerləşən bundan öncə oğurladıqları soyuducunu satdıqları məişət texnikaları mağazasına aparmışlar. Onlar həmin mağazaya getməmiş öncə Tahir həmin mağazanı işlədən şəxsə zəng edib, satmağa məişət əşyalarını gətirməyini demişdir. Oğurladıqları əşyaları təxminən 600 manata satıb, həmin puldan Sadiq ona 200 manat pul vermişdir. Həmin evdən oğurladıqları bir ədəd direl, prefrator, samovar və qaz sobası Sadiqdə kirayədə qaldığı evdə qalmış, onları da polis əməkdaşlarına təhvil vermişdir.Oğurladığı əşyaları onlardan alan şəxs onların oğurluq olduğunu bilməmişdir.Qeyd etdiklərindən başqa oğurluq etməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildə CM-nin 234.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilmiş, 2014-cü ildə məntəqə tipli çəza çəkmə müəssisəsinə keçirilmiş, 2016-cı ildə cəzasını tam çəkib qutarmışdır. 2017-ci ildə ailə qurmuş və bir azyaşlı uşağı var, öz evi olmadığı üçün kirayədə yaşayır, lakin 5-6 aydır ki, maddi vəziyyəti yaxşı olmadığı üçün heç kirayədə də qala bilməmiş və ona görə həyat yoldaşı azyaşlı uşağı ilə valideyinlərinin evində qalır, özü isə xalası oğlanları Sadiq və Seymur qardaşları ilə birlikdə Abşeron rayonun ərazisində kirayədə qalır. Belə ki, əvvəl Sadiq ilə birlikdə qalırmış, 2020-ci ilin martın əvvəllərində isə Seymur da Göyçay rayonundan gəlib onlarla birlikdə qalırmış. Sadiq avtomobilin təmiri işi ilə məşğul olurmuş, özü isə heç yerdə işləmirmiş, Seymur da onların yanına gələndən sonra heç yerdə işləmirmiş, ona görə maddi vəziyyəti çox pis olmuşdur. 2020-ci ilin mart ayının sonunda Sadiq və Seymur ilə bir yerdə olarkən, xatırlamır onlardan biri təklif etmişdir ki, gedib oğurluq edək. Həmin vaxt onlar Masazır qəsəbəsi tərəfindən Xırdalana olan giriş yolun yaxınlığında kirayədə qalırmışlar.Ona görə razılaşmışlar ki, Masazır qəsəbəsinin ərazisində evlərdən oğurluq etsinlər. xx xxxx 2020-ci il tarixdə, gecə saat təxminən 02 radələrində xalası oğlanları Sadiq və Seymur ilə birlikdə, Sadiqin icarəyə götürdüyü “Hyundai elantra” markalı, qeydiyyat nömrəsini bilmədiyi avtomobilə oturub, Abşeron rayonu Masazır qəsəbəsi Ağ otelin arxa tərəfində olan məhələdə küçə ilə gedərək oğurluq etmək üçün əlverişli şəraitli ev axtarırmışlar. Onlar orada olan iki mərtəbəli yeni inşa edilmiş evdən oğurluq etmək istəmişlər. Həmin evin arxa tərəfində evin həyətinə girərək evin qabaq tərəfində gəlmişlər. Evin qapı və pəncərələri bağlı olmuş, giriş qapısının sağ tərəfində olan plastik pəncərəni Sadiq özü ilə götürdüyü vint açanla açmış və birlikdə həmin pəncərədən evə girmişlər. Evin otaqlarına baxıb görmüşlər ki, evdə hələ təmir işləri aparılır, evin birinci mərtəbəsində olan mətbəxdə hələ qutusunda olan bir ədəd soyuducu, bir ədəd paltar yuyan və dörd gözlü qaz pilitəsi olmuşdur. Bundan başqa evdə usta ləvazimatları olmuşdur. Onlar həmin əşyaları evdən çıxartmaq üçün evin giriş qapısını açmalı olmuşlar.Ona görə üç nəfər evin giriş qapısını evdə olan dəmir parçası ilə sındırıb açmışlar. Sadiq avtomobili idarə edərək evin qarşısına sürmüş, onlar həmin evdə olan bir ədəd samsunq markalı soyuducunu, paltar yuyanı, qaz pilitəsini, evin digər otağından bir ədəd Bosh markalı prefratoru, bir ədəd samovarı, bir ədəd Bosh markalı laqonda və Bosh markalı bir ədəd dreli də götürüb avtomobilə yükləmişlər. Onlar həmin əşyaları Xırdalan şəhərində kirayədə qaldıqları evə gətirmişlər. Ondan sonra internetdə istifadə etdiyi ***-***-**-** nömrə ilə yazaraq soyuducu və paltar yuyanı satmağa elan vermişdir.Aradan iki gün sonra ona hazırda xatırlamadığı nömrədən zəng gəlmiş və həmin şəxs elanda qoyduğu əşyaları almaq istədiyini bildirmişdir.Həmin soyuducu və paltar yuyana 166 xidmətindən sifariş etdikləri nömrəsini bilmədiyi yük avtomobili ilə Bakı şəhəri Nizami rayonu Neftçilər metrosunun yaxınlığında olan mağazada adını bilmədiyi şəxsə cəmi 900 manata satmışlar.Ora gedəndə o, Sadiq ilə onun avtomobilində getmişlər, Seymur isə yük taksi avtomobilində getmişdir. Həmin pulu aralarında bölərək adama 300 manat pul götürmüşlər, taksi sürücüsünə 40 manat vermişlər. Həmin avadanlıqları onlar üçün aparan taksi sürücüsü və onları alan şəxslər avadanlıqların oğurluq olduqlarını bilməmişlər.Həmin evdən oğurladıqları qaz pilitəsi, prefrator, laqonda, samovar və drel isə Sadiq ilə Seymurun kirayədə qaldığı evdə qalmışdır. Bundan başqa, törətdiyi oğurluq hadisəsindən bir neçə gün sonra, 2020-ci ilin aprel ayının ilk günlərində bir gecə Sadiq və Seymurla Xırdalan şəhərində kirayədə qaldığı evin yaxınlığında yerləşən bir mərtəbəli evdən oğurluq etməyə getmişlər. Həmin evin hasarından o, Seymur ilə həyətə daxil olub, Sadiq isə küçədə qalmışdır ki, gələn olarsa onlara xəbər etsin. Seymur ilə evin qapının sağ tərəfində olan plasmas pəncərəni özü ilə götürdükləri vint açanla açmışlar, Seymur ilə pəncərədən içəri girmişlər və həmin evdən bir ədəd markasını bilmədiyi televizor və bir ədəd soyuducunu evin qapısını içəridən dəmir parçası ilə açmaqla qapını açıb həmin əşyaları oradan çıxartmışlar. Sonra həyətin darvasazını açıb əşyaları əli ilə kirayədə qaldıqları evə daşımışlar. Həmin gecənin səhərisi yenə 166 xidmətinə sifariş etdikləri nömrəsini bilmədiyi yük taksi avtomobili ilə bir ədəd soyuducunu Neftçilər mnetrosunun yaxınlığında əvvəl oğurladıqları əşyaları satdıqları həmin mağazaya həmin şəxsə 230 manata satmışlar. Həmin puldan 85 manat Sadiq, 60 manat o özünə, 60 manat da Seymur götürmüş, 25 manat da taksi avtomobilinin sürücüsünə vermişlər. Yenə də soyuducunu alan şəxs və taksi avtomobilin sürücüsü soyuducunun oğurluq olduğunu bilməmişdir. Göstərdiklərindən başqa heç bir cinayət törətməmiş, Sadiq ilə Seymurun da başqa cinayətlər törətməklərindən xəbəri yoxdur. Bundan başqa, narkotik vasitə olan heroindən istifadə edir. Ona görə də üzərində narkotik vasitə saxlayırmış. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 1 yaşayış kompleksinin həyətində onu polis əməkdaşları saxlayıb, Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulmuş, o, da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən çıxartdığı bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərində olan bir ədəd bükümdə narkotik vasitə olan heroin qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və ozü tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmsadır. Protokolun doğrluğu imzalarla təsdiq etmişlər.Qeyd etmişdir ki, həmin naroktik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 10 (on) manata alıb özü istifadə etmək üçün özündə saxlamışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsində təxminən 5-6 il bundan əvvəl 2 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Həmin evə su gəlmədiyi üçün orada yaşamır, ancaq mütəmadi olaraq nəzarət üçün evinə gedib-gəlir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə evinə nəzarət üçün getmiş, həmin vaxtı evində heç bir oğurluq hadisəsinin baş verdiyini aşkar etməmiş, xx.xx.2020-ci il tarixdə səhər saatlarında yenidən nəzarət üçün evinə getmiş və görmüşdür ki, evinin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığı açılaraq yerə qoyulmuş və evin pəncərəsi isə açıq vəziyyətdədir. O, bunu gördükdən sonra fikirləşmişdir ki, evinə kimsə girmişdir. Evin içərsinə daxil olduqda isə evin 2-ci mərtəbəsindən 1 ədəd Samsung markalı 102 ekranlıq plazma televizoru və 1 ədəd BOSH markalı tozsovuranı aşkar etməmişdir. Ona görə də evinə naməlum şəxslərin daxil olaraq onları oğurlamaqları barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şikayətçidir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır.Valideynlərinin səhhəti ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək olan müddətdə Sumqayıt şəhərində yaşayan bacısı X3 yaşadığı ünvanda olmuşdur. xx.xx.2020-ci tarixdə, saat 16 radələrində valideynləri ilə birlikdə evə qayıdıb həyətə daxil olan zaman evin 1-ci mərtəbəsində yerləşən qonaq otağının pəncərəsində olan dəmir barmaqlığın naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin evə daxil olub otaqlara nəzər yetirdikdə isə qonaq otağında olan 1 ədəd 1000 manat dəyəri olan “LG” markalı televizorun, həmçinin evin 2-ci mərtəbəsində qonaq otağında olan 1 ədəd 500 manat dəyərindəki “LG” markalı televizorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də DİN-in “102” xidmətinə zəng edərək yaşadığı evdə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd etdiyi ünvanda tək yaşayır. Yaşadığı evin yerləşdiyi həyəti hər tərəfdən hasarlanmışdır. Həyətin bir giriş-çıxış qapısı vardır. Yaşadığı ev iki mərtəbəlidir. Evin ikinci mərtəbəsi təmirsiz olduğu üçün birinci mərtəbədə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərinə şəxsi işləri ilə bağlı getmişdir. Evdən çıxarkən evin giriş qapısının qıfılı yaxşı işləmədiyi üçün bağlamamış, sadəcə qapını örtmüş, ancaq küçə qapısını isə bağlamışdır. Həmin gün gecə saat 24 radələrində evinə gələndə küçə darvazasının açıq olduğunu, həyətə daxil olduqda isə evində giriş qapısının da açıq olduğunu görmüşdür. Evə daxil olduqda evdəki əşyaların bir-birinə qarışdırıldığını gördükdə bilmişdir ki, evə kimsə daxil olub.Evdəki əşyalara baxdıqda evdən 500 manat dəyərində bir ədəd Panosonik markalı televizor, paltar dolabında paltarların altından 200 manat pulun, mətbəxdə isə dolabın içərisində olan 500 manat dəyərində su filterin oğurlandığını aşkar etmişdir.Ona görə bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi M.Müşfiq küçəsi ev 92a ünvanında özünə iki mərtəbəli yaşayış evi inşa etdirmişdir. Evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmış və giriş qapı da darvaza qapısıdır. Evin hər tərəfində qonşuların yaşayış evləri vardır. Evində təmir işləri yekunlaşmaq üzrədir, pəncərələr plasmasdandır, giriş qapı da dəmir qapıdır. Evdə birinci mərtəbədə olan mətbəxdə mətbəx mebelini də divara quraşdırmışdır. Təxminən iki həftə əvvəl evə soyuducu, paltar yuyan və qaz sobasını da alıb gətirmişdir.Hazırda evdə divar kağızlarını alıb yapışdırmalı idi. xx xxxx 2020-ci il tarixdə, saat 14 radələrində evin qapılarını bağlayıb Bakı şəhərində yerləşən yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 08 radələrində Masazır qəsəbəsindəki yeni inşa etdirdiyi evin qonşuluğunda yaşayan Ağa ona zəng edib demişdir ki, evin qapısı və daravaza qapısı açıq vəziyyətdədir. O, da avtomobilinə oturub həmin evinə gəlib görmüşdür ki, həqiqətən evin həyətin darvaza qapısı və evin giriş qapısı da açıqdır.Sonra görmüşdür ki, evin giriş qapısının sağ tərəfindəki plasmas pəncərə də açıqdır. Evə girəndə baxmışdır ki, naməlum şəxslər evin giriş qapısını da içəridən sındıraraq açmışlar.Evə baxdıqda görmüşdür ki, evin birinci mərtəbəsində bətbəxdə qoyduğu və hələ heç qutusundan çıxartmadığı 1326 manat dəyərində Samsunq markalı soyuducu, 729 manat dəyərində Samsunq markalı paltaryuyan, 120 manat dəyərində qaz sobası, evin digər otağından bir ədəd 200 manat dəyərində Bosh markalı prefrator, 70 manat dəyərində samovar, 80 manat dəyərində Bosh markalı laqonda və 50 manat dəyərində Bosh markalı bir ədəd drel oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun 2575 manat dəyərində əmlakı oğurlanmışdır. Naməlum şəxslər 35 manat dəyərində qapının açarını da sındırmışlar. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində elan edilmiş ifadəsindən görünür ki, atası hərbçi olduğuna görə Beyləqan rayonunda olur.Anası isə iki bacısı ilə Turkiyədə olurlar, o, evdə tək olduğu üçün Bakı şəhəri Yasamal rayonunda dayısının evində qalır və arada gəlib Xırdalan şəhərindəki evinə baş çəkir.Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Xırdalan şəhərində yerləşən evinə gəlib baxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə onlara Abşeron rayon Pİ-dən məlumat vermişlər ki, evlərindən oğurluq olmuşdur. Ona görə o, evinə gəlib baxmışdır ki, evin giriş qapısının sağ tərəfində olan pəncərənin dəmir barmaqlığı divardan qopardılmış, evin giriş qapısının qıfılı sındırılaraq qapı açıq vəziyyətdədir. İçəri girib görmüşdür ki, evin otaqlarında olan əşyalar dağıdılmış və ev axtarılmışdır.Evdən bir ədəd 1500 manat dəyərində LG markalı soyuducu, 1000 manat dəyərində divara quraşdırılmış Supermax markalı televizor, mebel dolabın içərisində 100 manat dəyərində HP markalı kompyuterin manitoru və mebel dolabın üstündə şəbəkəyə qoşulmuş 30 manat dəyərində TP-linq markalı internet qəbuledicisi oğurlanmışdır.Ona görə də o ərizə ilə müraciət etmiş və məlum olmuşdur ki, evindən oğurluq edən şəxslər Abşeron rayon Polis İdarəsində tutulmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında özünə məxsus fərdi yaşayış evi var. Həmin ev üç mərtəbəli mansarlı fərdi yaşayış evdir. Evin ətrafın mişar daşlarla hörülmüş hasarla əhatə olunub, giriş hissədə iki laylı dəmir materialdan hazırlanmış darvaza var. Özünə məxsus evdə yay mövsümündə gedib qalır, digər vaxtlarda orada yaşamır, lakin tez-tez evə gedib baxır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həmin evə gedib baxmış, həmin vaxt oradan oğurluq olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində özünə məxsus ünvan 3 ünvanında yerləşən evinə baxmaq üçün getmiş, həmin vaxt birinci mərtəbəsinin mətbəxinin küçəyə baxan plastik pəncərəsinin açıq olduğunu görüb və başa düşmüşdür ki, evdən oğurluq olmuşdur.Evə daxil olduqda məlum olmuşdur ki, evin ikinci mərtəbəsindən 300 manat dəyərində bir dəst kişi kostyumu, 200 manat dəyərində qadın şubası, 50 manat dəyərində “Enıgma” markalı qadın üçün gecəlik dəsti, bir ədəd 30 manat dəyərində “Tudors” markalı qısa qol kişi köynəyi, bir ədədi 30 manat olan 60 manat dəyərində iki ədəd “Avenza” markalı uzunqol kişi köynəkləri, 30 manat dəyərində bir ədəd “Brioni” markalı uzunqol kişi köynəyi, 30 manat dəyərində 01 ədəd kişi koftası, bir cütü 5 manat olan 10 manat dəyərində 2 dəst “Ekba” markalı kişi corabı, 30 manat dəyərində “Dolce Gabbana” markalı kişi köynəyi, bir ədədi 5 manat olan 20 manat dəyərində 4 dəst “Kolcu” markalı kişi maykası, bir ədədi 5 manat olan bir ədəd yaşıl, bir ədədi çəhrayı və bir ədəd ağ rəngli cəmi 15 manat dəyərində çay dəsmalları, 65 manat dəyərində 11 ədəd kiçik ölçülü çay dəsmalları, 5 manat dəyərində 01 ədəd qab dəsmalı, bir ədədi 20 manat olan 60 manat dəyərində 03 dəst döşək üzlüyü, bir ədədi 20 manat olan 40 manat dəyərində 2 dəst yorğan üzlüyü, bir ədədi 150 manat olan 450 manat dəyərində üç ədəd təkərli çamadan, 50 manat dəyərində bir ədəd “Perfest” markalı kişi qol saatı, 50 manat dəyərində bir ədəd “Guccı” markalı qol saatı, 50 manat dəyərində bir ədəd ağ rəngli qadın qol saatı, 30 manat dəyərində bir ədəd sarı rəngli “Europlaıd” markalı çarpayı örtüyü, 30 manat dəyərində 1 ədəd yataq üzlüyü, bir ədədi 15 manat olan 30 manat dəyərində iki ədəd rəngli mələfələr, 30 manat dəyərində bir ədəd “Dormina” markalı adiyal, 40 manat dəyərində bir ədəd sarı rəngli çarpayı örtüyü, 10 manat toy üçün kəllə qənd, 50 manat dəyərində Samsung markalı mobil telefon, 40 manat dəyərində bir ədəd “İ-mobile” Duos markalı mobil telefon, bir ədədi 30 manat olan 90 manat dəyərində 3 ədəd qadın əl çantası, 700 manat dəyərində LG markalı televizor, 700 manat dəyərində Samsung markalı televizor, 40 manat dəyərində 6 ədəd xrustal stəklanlar, bir ədədi 50 manat olan 200 manat dəyərində 4 ədəd qadın ətirləri, 600 manat dəyərində qadın paltosu, 50 manat dəyərində kişi cins şalvarı, bir ədədi 50 manat olan 150 manat dəyərində 3 cüt qadın qış ayaqqabıları, iki ədədi 30 manat, bir ədədi isə 40 manat olan 100 manat dəyərində 03 ədəd qadın köynəkləri, 40 manat dəyərində bir ədəd “Malıbu” içki, 50 manat dəyərində bir ədəd 1 litrlik “Gordons” arağı, 50 manat bir ədəd 0,7 litrlik “1800 Sılver” arağı, 60 manat dəyərində bir ədəd 0,5 litrlik “Kremlin” arağı, bir ədədi 80 manat olan 240 manat dəyərində 3 ədəd 0,5 litrlik “Grey Goose” arağı, 60 manat dəyərində bir ədəd 0,7 litrlik “Russkaya Eskadra” arağı, 80 manat dəyərində bir ədəd 0,7 litrlik “Glenfiddich” viski, bir ədədi 80 manat olan 7 ədəd 560 manat dəyərində 1 litrlik “Grants” viski, bir ədədi 30 manat olan 10 ədəd 300 manat dəyərində 0,5 litrlik “Saperavı” çaxırın, bir ədədi 120 manat olan 720 manat dəyərində 6 ədəd 1 litrlik “Beluqa” arağı, 150 manat dəyərində bir ədəd 5 litrlik “Smirnov” arağı, bir ədədi 150 manat dəyərində 3 ədəd cəmi 450 manat dəyərində 1 litirlik “Almaz” arağı, bir ədədi 80 manat olan 4 ədəd 320 manat dəyərində 1 litrlik “Grey” arağı, bir ədədi 80 manat olan 3 ədəd cəmi 240 manat dəyərində 0.75 litrlik “Qradis” viskisi, bir ədədi 80 manat olan 5 ədəd cəmi 400 manat dəyərində 0.75 litrlik “Red Label” viskiləri, 250 manat dəyərində 01 ədəd 1 L Azərbaycan konyakı, evin 3-cü mərtəbəsində mansardan bir ədədi 120 manat olan 8 ədəd 960 manat dəyərində 0.75 litrlik “Kremlin” araqları oğurlanmışdır. Ümumilikdə onun 9405 dəyərində əmlakı oğurlanmışdır. Hazırda heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və İTŞ-nin sahə rəisi Samir Hüseynov ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində oğurluq edən naməlum şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindən və Xırdalan şəhərin ərazisindən oğurluq edən bir qrup şəxslər Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs3 müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Xırdalan şəhərində kirayədə qaldığı evdə oğurlayaraq saxladıqları bir sıra əşyaları onlara təqdim etmiş və həmin əşyaları götürərək, bu barədə raport tərtib edilmiş və aidiyyəti üzrə araşdırılmağa verilmişdir.Təqsirləndirilən şəxs2 bildirmişdir ki, oğurlayaraq kirayədə yaşadıqları evdə saxladıqları əşyalar Abşeron rayonu Masazır qəsəbəsində olan evlərdən oğurlamışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə bir neçə oğurluq cinayətlərini törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Bakı şəhəri Nizami rayonu Neftçilər metrosunun yaxınlığında məişət əşyaları mağazasını icarə işlədir. 2020-ci ilin aprel ayının əvvəllərində internet sosial şəbəkədə “Topaz” adlı saitdə məişət avadanlıqlarının satışı elanlarında soyuducu və paltaryuyan avadanlıqlarının satışa qoyulduğunu görüb həmin telefon nömrəsi ilə əlaqə saxlayaraq bir ədəd Samsunq markalı və bir ədəd Samsung markalı paltaryuyanın qiyməti ilə maraqlanmaq üçün həmin telefon nömrədə danışan Tahir adlı şəxslə danışmış və Tahir həmin avadanlıqların təzə olduğunu bildirib, qiyməti ilə razılaşandan sonra mağazanın ünvanını demiş və 166 servis yük daşıma xidmətin avtomobili ilə ilk dəfə gördüyü Tahir, Seymur və Sadiq adlı şəxslər həmin avadanlıqları gətirmişlər.O, həmin Samsung markalı soyuducuya və Samsung markalı paltaryuyana baxmış, onlar istifadə olunmamışdır. Tahir, Seymur və Sadiq adlı şəxslər demişlər ki, həmin avadanlıqları kreditə götürüblər, pulunu ödəyə bilməyiblər, ona görə satırlar.O, həmin iki avadanlığa görə onlara təxminən 900 manat pul vermişdir. Ondan bir neçə gün sonra yenə Tahir ona zəng edərək qohumunun uşağının xəstə olduğunu və evlərində olan istifadə olunmuş “LG” markalı soyuducunu satmaq istədiklərini bildirmişdir. Həmin günlərdə yenə Tahir Seymur və Sadiq ilə bir “LG” markalı soyuducunu gətirmişlər və təxminən 320 manata o həmin soyuducunu da almışdır. Tahir demişdir ki, Seymur və Sadiq onun xalası oğlanlarıdır. Ondan sonra polis əməkdaşları onun işlədiyi mağazaya gəlib həmin avadanlıqların oğurluq olduğunu bildirmişlər və həmin avadanlıqları polis əməkdaşlarına təhvil vermişdir. Həmin avadanlıqların cinayət yolu ilə əldə edildiyini bilməmiş, həmin şəxslər onu aldatmışlar ki, birinci gətirdikləri avadanlıqları kreditə alıblar, pulunu ödəyə bilmədikləri üçün satıb pulunu birdəfəlik ödəmək istəyirlər, LG markalı istifadə olunmuş soyuducunu isə qohumlarının ehtiyyacları olduğundan satdıqlarını bildirmişlər. Qeyd etdiyi əşyalardan başqa həmin şəxslər ona başqa heç bir əşya satmamışlar. Polis əməkdaşları mağazaya əşyaları aparmaq üçün gələndə o, həmin əşyaların cinayət yolu ilə əldə edildiyini bildirmişlər, əks halda həmin əşyaları almazdı. Məhkəmə istintaqında Şahid5 elan edilmiş ifadəsindən görünür ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və internet vasitəsi ilə kompyuter və televizor təmiri işləri ilə məşğul olur. Müştərilər texniki avadanlığı yaşadığı ünvana gətiririlər təmir edir və elə də olur ki, özü müştərinin yaşayıdığı ünvana gedib orada işini görür. Xırdalan şəhərində internet klubda işləyən Gəray adlı şəxs 2020-ci ilin aprel ayının əvvəllərində ona zəng edib demişdir ki, onun qonşuluğunda qalan şəxs televizor satır. O, da Gəraya demişdir ki, televizoru satan şəxs televizorun arxasında yazılan məlumatların şəkilini çəkib ona göndərsin ki, baxısın necə televizordur. Aradan bir qədər sonra Gəray telefon vasitəsi ilə ona televizorun arxasında olan göstərici məlumatların şəkilini göndərmiş və o baxıb görmüşdür ki, “Supermax LSD 2008” modelli 106 dioqnallı televizordur. Televizoru satan Seymur adlı şəxs də ona telefonda demişdir ki, televizor özünündür və 150 manata satır. O, Seymura demişdir ki, televizoru ünvanıma gətirsin.Elə həmin gün Seymur və Sadiq adlı şəxslər bir ağ rəngli, nömrəsini bilmədiyi Hyundai Elantra markalı avtomobillə yaşadığı ünvana gələrək, Sadiq ilə Seymur televizoru onun yanına gətirmişlər və o baxıb görmüşdür ki, istifadə olunmuş televizordur, televizoru yoxlamış və görmüşdür ki, televizor işləyir, lakin korpusunda cızıq olduğu üçün 130 manata razılaşmışdır. Seymur demişdir ki, televizoru işlətdiyi kafedə istifadə edirmiş, lakin kafe bağlandığı üçün televizoru satır. O, da həmin televizoru almışdır. Qeyd etmişdir ki, televizorun cinayət yolu ilə əldə edildiyini bilməmiş, həmin şəxslər ona başqa heç bir əşya satmaq üçün təklif etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və 2019-cu ilin sonundan Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən “Şərab evi 666” adlanan marketdə satıcı işləyir.Marketdə müxtəlif növ spirtli işçilərin satışını həyata keçirir. 2020-ci ilin aprel ayının əvvəllərində gündüz saatlarında, təxminən saat 15 radələrində əvvəllər tanımadığı, sonradan adlarının Seymur və Sadiq olduğunu bildiyi şəxslər mağazaya gələrək satmağa spirtli içkilər olduğunu bildirmişlər. Seymur və sadiq adlı şəxslər ona demişlər ki, qohumları firmada işləyir, spirtli içkiləri oradan onlara veriblər.O, da onlara demişdir ki, gətirsin baxıb görək nə spirtli içkilərdir. Seymur ilə Sadiq 6-7 ədəd spirtli içkilərini gətirmişlər və o baxaraq, onlara cəmi təxminən 180 manat pul vermişdir. Həmin şəxslərdən aldığı spirtli içkilərdən iki ədəd Grants markalı, bir ədəd Glenfiddich markalı və bir ədəd Grey Goose markalı spirtli içkilər qalmışdır, aldığı spirtli içkilərdən bir ədədini özü içmiş, bir ədədini satmış, qalan iki ədəd Grants markalı, bir ədəd Glenfiddich markalı və bir ədəd Grey Goose markalı spirtli içkilərini də könüllü olaraq istintaqa təqdim etmişdir.Qeyd etmişdir ki, həmin spirtli içkilərin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin İTŞ-nin polis sahə rəisi vəzifəsində xidmət edirəm. Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksi onun xidməti ərazisidir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 02 radələrində əməliyyat qrupunda olarkən “Kristal Abşeron-1” yaşayış kompleksinin girişindən keçəndə orada bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin ərazidə xidmətdə olan X8 Alayının əməkdaşları Eşqin və Rövşənə bu barədə deyib həmin şəxsi Abşeron rayon Pİ-nə dəvət etməklərini bildirmişdir. Onlar da həmin şəxsə yaxınlaşaraq onu Abşeron rayon Pİ-nə gətirmişlər. Polis İdarəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs3dur.Təqsirləndirilən şəxs3 ilə sorğu zamanı narkotik vasitələrin qəbulu ilə məşğul olmasını etiraf etmişdir. Ona görə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs3 bundan etiraz etməmişdir. X5 tərəfindən müdafiəçi dəvət edilmiş və xidməti otaqda Təqsirləndirilən şəxs3 üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ kağız bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl 10 manata tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olmuş. X5 tərəfindən aşkar edilmiş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış və bu barədə tərtib edilmiş protokolu və zərfi iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in X8 Alayının Polis nəfəri vəzifəsində xidmətdə olmaqla, Abşeron rayonunun ərazisində xidmət edir. xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu ərazisində 9689 çağırış avtopatrulda iş yoldaşı polis nəfəri Şahid3 ilə xidmətdə olarkən, Abşeron rayonu Polis İdarəsinin növbətçi hissəsinin əməliyyat qrupunun üzvü olan polis sahə rəisi Zaur Tağıyev onlara zəng edərək “Kristal Abşeron-1” yaşayış kompleksin girişinə getməklərini və orada bir nəfər şübhəli şəxsin olduğu barədə məlumat vermişdir. Onlar da “Kristal Abşeron-1” yaşayış kompleksin girişinə yaxınlaşıb Zaur Tağıyevin dediyi əlamətlərə malik həmin şəxsə yaxınlaşıb onu Polis İdarəsinə onlarla getməyə dəvət etmişlər və həmin şəxs də etiraz etməmişdir. Həmin şəxs onların xidməti avtomobilinə oturmuş və həmin şəxsi Abşeron rayon Polis İdarəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs3 adlı şəxsdir. Ondan sonra onlar əraziyə xidmətə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rahim oğlu Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 04 iyun 2020-ci il tarixli, 6/981 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3” Yazısı olan zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,223 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir(qalıq 0,173 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 1546 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-nin məhkəmə-əmtəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1565 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı təzə vəziyyətdə olan və istifadədə olmuş malların 2020-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3734,50 manat müəyyən edilir. Təqdim edilməyən 5 adda spirtli içkinin 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 325 manat, digər 2 adda spirtli içki haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirilmə aparmaq mümkun olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymtləri rəyin təsviri hissəsində göstərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış 3 ədəd təkərli yük çantaları, bir ədəd qadın uzun şubası, bir dəst “Enıgma” markalı qadın gecə paltarı, bir ədəd sarı rəngli çarpayı örtüyü, iki ədəd rəngli mələfə, iki ədəd rəngli yorğan üzlükləri, iki ədəd “Kolcu” markalı kişi maykaları, bir ədəd “Dolce Gabbana” markalı qısa qol kişi köynəyi, bir ədəd “Tudors” markalı qısa qol kişi köynəyi, iki ədəd “Avenza” markalı uzunqol kişi köynəkləri, bir ədəd “Brioni” markalı uzun qol kişi köynəyi, iki cüt “Ekba” markalı kişi corabları, bir ədəd yaşıl rəngli və bir ədəd çəhrayı rəngli əl-üz dəsmalları, bir ədəd ag rəngli çay dəsmalı, 11 ədəd kiçik ölçülü çay dəsmalları, bir ədəd “samsunq markalı mobil telefon, bir ədəd “İ-mobile” Duos markalı telefon, bir ədəd “Perfest” markalı kişi qol saatı, bir ədəd “Guccı” markalı qol saatı, bir ədəd ag rəgli qol saatı, iki ədəd qadın əl çantaları, bir ədəd “Dormina” markalı adiyal, bir ədəd “Europlaıd” markalı çarpayı örtüyü, bir ədəd toy qənd-nabatı, bir ədəd “Samsung” markalı və bir ədəd LG markalı televizor, bir ədəd “Malıbu” içki, bir ədəd 1 litrlik “Gordons” arağı, bir ədəd 0,7 litrlik “1800 Sılver” arağı, bir ədəd 0,5 litrlik “Kremlin” arağı, bir ədəd 0,5 litrlik “Grey Goose” arağı, bir ədəd 0,7 litrlik “Russkaya Eskadra” arağı, bir ədəd 0,7 litrlik “Glenfiddich” viski, bir ədəd 1 litrlik “Grants” viski, bir ədəd 0,5 litrlik “Saperavı” çaxırı sahibi Zərərçəkmiş şəxs2, bir ədəd Samsung markalı, Model code: RT43K600WWW/T soyuducu, bir ədəd Samsung markalı WW60J3097LW modelli paltar yuyan, “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobası, bir ədəd “Bosch” markalı, “GBH 2- 26DRE” modelli istifadə olunmuş prefrator, bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqonda, bir ədəd “Bosch” markalı istifadə olunmuş drel sahibi Zərərçəkmiş şəxs3, bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizor və bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducu sahibi Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il, 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 07 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, dəymiş ziyanın çox hissəsinin ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan qismən təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 Ağaəhməd oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun az ağır cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 Ağaəhməd oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 ay 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Bakı şəhəri, Nəsimi rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd təkərli yük çantaları, bir ədəd qadın uzun şubası, bir dəst “Enıgma” markalı qadın gecə paltarı, bir ədəd sarı rəngli çarpayı örtüyü, iki ədəd rəngli mələfə, iki ədəd rəngli yorğan üzlükləri, iki ədəd “Kolcu” markalı kişi maykaları, bir ədəd “Dolce Gabbana” markalı qısa qol kişi köynəyi, bir ədəd “Tudors” markalı qısa qol kişi köynəyi, iki ədəd “Avenza” markalı uzunqol kişi köynəkləri, bir ədəd “Brioni” markalı uzun qol kişi köynəyi, iki cüt “Ekba” markalı kişi corabları, bir ədəd yaşıl rəngli və bir ədəd çəhrayı rəngli əl-üz dəsmalları, bir ədəd ag rəngli çay dəsmalı, 11 ədəd kiçik ölçülü çay dəsmalları, bir ədəd “samsunq markalı mobil telefon, bir ədəd “İ-mobile” Duos markalı telefon, bir ədəd “Perfest” markalı kişi qol saatı, bir ədəd “Guccı” markalı qol saatı, bir ədəd ag rəgli qol saatı, iki ədəd qadın əl çantaları, bir ədəd “Dormina” markalı adiyal, bir ədəd “Europlaıd” markalı çarpayı örtüyü, bir ədəd toy qənd-nabatı, bir ədəd “Samsung” markalı və bir ədəd LG markalı televizor, bir ədəd “Malıbu” içki, bir ədəd 1 litrlik “Gordons” arağı, bir ədəd 0,7 litrlik “1800 Sılver” arağı, bir ədəd 0,5 litrlik “Kremlin” arağı, bir ədəd 0,5 litrlik “Grey Goose” arağı, bir ədəd 0,7 litrlik “Russkaya Eskadra” arağı, bir ədəd 0,7 litrlik “Glenfiddich” viski, bir ədəd 1 litrlik “Grants” viski, bir ədəd 0,5 litrlik “Saperavı” çaxırı sahibi Zərərçəkmiş şəxs2, bir ədəd Samsung markalı, Model code: RT43K600WWW/T soyuducu, bir ədəd Samsung markalı WW60J3097LW modelli paltar yuyan, “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobası, bir ədəd “Bosch” markalı, “GBH 2-26DRE” modelli istifadə olunmuş prefrator, bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqonda, bir ədəd “Bosch” markalı istifadə olunmuş drel sahibi Zərərçəkmiş şəxs3, bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizor və bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducu sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Cinayət nəticəsində zərərçəkmiş X4 dəymiş maddi ziyan olan 1655 manat ibtidai istintaqlda tam ödənilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan 830 manatdan 700 manat dəyərində əşyalar qaytarılmış, 130 manat ödənilməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyan 1200 manat, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 ərizə verməklə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş üzrə 50 manat məhkəmə əmtəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada, 114 manat məhkəmə kimyəvi ekspertiza xərci Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.173 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs4 100 manat dəymiş maddi zərərin, Zərərçəkmiş şəxs5 1200 dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi3 110 saat göstərdiyi hüquqi yardıma görə 660 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 80 saat göstərdiyi hüquqi yardıma görə 480 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 ay 17 gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 (bir) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ucar rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 üzərində 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 ay 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasın və qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Ağaəhməd oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Bakı şəhəri, Nəsimi rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd təkərli yük çantaları, bir ədəd qadın uzun şubası, bir dəst “Enıgma” markalı qadın gecə paltarı, bir ədəd sarı rəngli çarpayı örtüyü, iki ədəd rəngli mələfə, iki ədəd rəngli yorğan üzlükləri, iki ədəd “Kolcu” markalı kişi maykaları, bir ədəd “Dolce Gabbana” markalı qısa qol kişi köynəyi, bir ədəd “Tudors” markalı qısa qol kişi köynəyi, iki ədəd “Avenza” markalı uzunqol kişi köynəkləri, bir ədəd “Brioni” markalı uzun qol kişi köynəyi, iki cüt “Ekba” markalı kişi corabları, bir ədəd yaşıl rəngli və bir ədəd çəhrayı rəngli əl-üz dəsmalları, bir ədəd ag rəngli çay dəsmalı, 11 ədəd kiçik ölçülü çay dəsmalları, bir ədəd “samsunq markalı mobil telefon, bir ədəd “İ-mobile” Duos markalı telefon, bir ədəd “Perfest” markalı kişi qol saatı, bir ədəd “Guccı” markalı qol saatı, bir ədəd ag rəgli qol saatı, iki ədəd qadın əl çantaları, bir ədəd “Dormina” markalı adiyal, bir ədəd “Europlaıd” markalı çarpayı örtüyü, bir ədəd toy qənd-nabatı, bir ədəd “Samsung” markalı və bir ədəd LG markalı televizor, bir ədəd “Malıbu” içki, bir ədəd 1 litrlik “Gordons” arağı, bir ədəd 0,7 litrlik “1800 Sılver” arağı, bir ədəd 0,5 litrlik “Kremlin” arağı, bir ədəd 0,5 litrlik “Grey Goose” arağı, bir ədəd 0,7 litrlik “Russkaya Eskadra” arağı, bir ədəd 0,7 litrlik “Glenfiddich” viski, bir ədəd 1 litrlik “Grants” viski, bir ədəd 0,5 litrlik “Saperavı” çaxırının sahibi Zərərçəkmiş şəxs2, bir ədəd Samsung markalı, Model code: RT43K600WWW/T soyuducu, bir ədəd Samsung markalı WW60J3097LW modelli paltar yuyan, “Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobası, bir ədəd “Bosch” markalı, “GBH 2-26DRE” modelli istifadə olunmuş prefrator, bir ədəd “Bosch” markalı “GWS 10-125” modelli istifadə olunmuş laqonda, bir ədəd “Bosch” markalı istifadə olunmuş drelin sahibi Zərərçəkmiş şəxs3, bir ədəd “Supermax” markalı “LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizor və bir ədəd “LG Smart İnverter” markalı, “GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducunun sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə əmtəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada, 114 manat məhkəmə kimyəvi ekspertiza xərci Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.173 qram narkotik vasitə heroin məhv edilsın. Zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs4 100 manat dəymiş maddi zərərin, Zərərçəkmiş şəxs5 1200 dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi3 80 saat göstərdiyi hüquqi yardıma görə 480 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 80 saat göstərdiyi hüquqi yardıma görə 480 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-137/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-137/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver