Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-137/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun 2022-ci il saat 14:00 radələrində, 14 iyul 2022-ci il saat 13:30 radələrində və 17 iyul 2022-ci il saat 14:30 radələrində tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsində 10 saylı evin 26 nömrəli mənzilinə giriş qapısının kilidini açmaqla qanunsuz daxil olaraq həmin mənzildəki yataq otağında, çarpayının altında saxlanılan qızıl qabından vahid niyyətlə əhatə olunan qəsdlə 01 ədəd klonlu 1,8 qram çəkidə 585 əyarlı 145 manat dəyərində qızıl boyunbağını, 01 ədəd klonlu 8,85 qram çəkidə 750 əyarlı 970 manat dəyərində qızıl boyunbağını, 01 ədəd klonlu 2,7 qram çəkidə 585 əyarlı 230 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 1,8 qram çəkidə 585 əyarlı 145 manat dəyərində qızıl üzüyü, 01 cüt 1,8 qram çəkidə 585 əyarlı 145 manat dəyərində qızıl sırğanı, 01 ədəd 3,7 qram çəkidə 583 əyarlı 310 manat dəyərində qızıl qolbağını, 01 ədəd klonlu 4,8 qram çəkidə 585 əyarlı 400 manat dəyərində qızıl boyunbağını, 01 ədəd klonlu 3,4 qram çəkidə 585 əyarlı 290 manat dəyərində qızıl boyunbağını, 01 ədəd klonlu 2,4 qram çəkidə 585 əyarlı 200 manat dəyərində qızıl boyunbağını, 01 cüt 4,0 qram çəkidə 585 əyarlı 320 manat dəyərində qızıl sırğanı, 01 ədəd 7,96 qram çəkidə 750 əyarlı 950 mana dəyərində qızıl qolbağını, 01 ədəd 5,89 qram çəkidə 585 əyarlı “pələng” formalı 470 manat dəyərində qızıl üzüyü, 01 ədəd 0,84 qram çəkidə 585 əyarlı 67 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 0,92 qram çəkidə 585 əyarlı 73 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 1,13 qram çəkidə 585 əyarlı 90 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 4,10 qram çəkidə 585 əyarlı 328 manat dəyərində qızıl qolbağını və 01 ədəd 1,95 qram çəkidə 585 əyarlı 156 manat dəyərində qızıl qolbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5289 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl Xırdalan şəhərində bərbərxanada işlədiyi vaxtı Şahid2la tanış olmuş, həmin vaxtı Elton onun işlədiyi bərbərxananın qonşuluğundakı mağazada işləmişdir. Tanış olduqdan sonra yaxın münasibətləri yarandığına görə dostluq etməyə başlamışlar. Hətta iş yerlərini dəyişdikdən sonra da dostluqları davam etmiş, biribirilərinin evinə qonaq gedib-gəmişlər. Ailə üzvüləri də onlara görə yaxın münasibət qurmuşlar. Eltonun valideynləri Abşeron rayonu Hökməli qəsəbəsindəki evlərində yaşadıqlarına görə Xırdalan şəhərindəki mənzillərində çox az müddətdə olmuşlar. Həmin ərəfədə o da iş olmadığına görə xx.xx.2022-ci il tarixdə Eltonun razılığı ilə sonuncunun “Xəzər” markalı avtomobilini hər gün 25 manat icarə haqqı ödəməklə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, bir neçə gün bu fəaliyyətlə məşğul olduqdan sonra Elton günlük icarə haqqını gecikdirdiyinə görə ona narazılığını bildirib, mübahisə etmiş, o da Eltonun anasının tapşırığı ilə əvvəllər Xırdalan şəhəri İsi Məlikzadə küçəsindəki mənzillərinin yataq otağında çarpayının altında qabda saxladıqları qızıllardan götürüb apardığını gördüyünə görə həmin qızıllardan oğurlayıb lombarda girov qoyub pul götürüb Eltonun günlük icarə pulunu vermək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Eltonun Hökməli qəsəbəsindəki evlərində olacağını və həmin mənzilə gəlməyəcəyini bildiyinə görə mənzilin qapısına gedib, telefonla internet sosial şəbəkəsindəki elanlarda olan ustalardan birinə zəng edib mənzilinin açarını itirdiyini deyib, həmin yerə usta çağırmış və Eltongilin mənzilinin qapısının kilidini dəyişdirib açarları cibinə qoymuş, ustanı yola saldıqdan sonra mənzilin qapısını açıb içəriyə daxil olaraq yataq otağındakı çarpayının altında olan əvvəllər görüdüyü qızıl qabını götürüb içərisindəki qızıllardan 2 ədəd klonlu qızıl boyunbağını götürb cibinə qoymuş və qızıl qabını əvvəlki yerinə qaytarıb çarpayının üstünü səliqəyə salıb mənzildən çıxmış və oradan birbaşa Xırdalan şəhəri “Köhnə bazar” adlanan məhəllədəki lombarda getmiş, oğurladığı qızılları lombard işçisinə göstərib, bir ay müddətinə girov qoyub pul götürmək istədiyini bildirmiş, lombard işçisi də boyunbağılara baxmış və onlardan birinin qızıl olmamasından şübhələndiyini deyib, həmin boyunbağını girov kimi qəbul edə bilməyəcəyini söyləmişdir. O da həmin boyunbağını geri alıb, digər boyunbağını sürücülük vəsiqəsini təqdim etməklə girov qoyub lombardan 80 manat pul almış və elə həmin günü Eltonla görüşüb, sonuncunun xəbəri olmadan mənzillərinin giriş qapısının yeni açarını onun özündə olan əvvəlki açarla dəyişdirmək qərarına gəlmişdir. Bu niyyətlə Eltonla Xırdalan şəhərində görüşüb çayxanaya getmiş, birlikdə çay içdikləri vaxt lombardan aldığı pulun 50 manatını icarə haqqı kimi Eltona vermiş, az sonra sonuncu tualetə gedib qayıdacağını deyib, əyləşdiyi kreslodan qalxıb getmiş, həmin vaxtı o, Eltonun cibindəki açarların kreslonun üstünə düşdüyünü görüb, tez həmin açarları götürüb, mənzilin yeni açarı ilə dəyişdirmiş və açarları yenidən kreslonun üstünə qoymuş, bir neçə dəqiqədən sonra Elton tualetdən geri qayıdıb, həmin açarları götürmüşdür. Bundan sonra o, mənzilin yeni açarının həm onda, həm də Eltonda olmasından rahatlanıb, istədiyi vaxt mənzilə girib orada gördüyü qızıllardan götürə biləcəyini düşünmüşdür. Ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə günorta vaxtı özündə qalan qızıl boyunbağını da əvvəl girov qoyub pul götürdüyü lombardın qonşuluğunda olan digər lombarda aparıb, bir il müddətinə girov qoyaraq 625 manat pul götürmüş, həmin pulu da təxminən 10 gün ərzində Eltona günlük icarə haqqı ödəməyə və bəzi şəxsi ehtiyaclarına xərcləmişdir. 11,07.2022-ci il tarixdə Xırdalan şəhərində idarə etdiyi Eltona məxsus avtomobillə avtoqəza törətdiyinə görə Elton ona narazılıq edib, avtomobilini təcili təmir etdirməsini tələb etmiş, bundan sonra o da məcbur qalıb, Eltongilin mənzilində görüdüyü qızıllardan oğurlayıb lombarda girov qoyub pulgötürmək və Eltonun avtomobilini təmir etdirmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Eltonun Hökməli qəsbəsindəki evlərində valideynlərinin yanında olacağını bildiyinə görə saat 13 radələrində həmin mənzilə gedib giriş qapısını özündə olan açarla açıb, içəriyə daxil olaraq yataq otağına getmiş və əvvəl gördüyü qızıl qabından üstündə 1 ədəd klonu olan qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 cüt qızıl “halqa” formalı sırğa götürüb cibinə qoyub dərhal mənzili tərk edərək oradan birbaşa Xırdalan şəhərində əvvəl girov qoyub pul götürdüyü lombarda getmiş və oğurladığı həmin qızılları orada bir ay müddətinə girov qoyub 450 manat pul götürmüşdür. Elə həmin günü pulların bir hissəsini Eltonun maşınının təmirinə xərcləmiş, bundan 2-3 gün sonra Eltonun avtomobilinin təmirinə və xərcləməyə pulu olmadığına görə yenidən Eltongilin həmin mənzilinə gedib orada gördüyü qızllardan oğurlayıb lombarda girov qoyaraq pul götürmək qərarına gəlmiş və xx.xx.2022ci il tarixdə Eltonun mənzildə olmamasını, nahar vaxtı Hökməliyə valideynlərinin yanına gedəcəyini bildiyinə görə saat 14 radələrində Eltongilin Xırdalan şəhərindəki həmin mənzilinə gedib, özündə olan açarla qapını açaraq içəriyə daxil olmuş və yataq otağındakı çarpayının altından əvvəlki qızılları götürdüyü qızıl qabından 3 ədəd klonlu və 3 ədəd klonsuz qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 4 ədəd qızıl qolbağı və 1 ədəd “Pələng” formalı qızıl üzük götürüb cibinə qoyaraq tez mənzili tərk edib oradan uzaqlaşmış və bir neçə dəqiqədən sonra Xırdalan şəhərindəki “Uni bankla üzbəüz olan lombarda gedib oğurladığı qızllardan 1 ədəd qızıl qolbağını orada girov qoyub 180 manat pul alıb oradan uzaqlaşmış, əldə etdiyi pulu elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan qızılları isə özündə saxlamış və ertəsi günü taksi ilə Bakı şəhəri 20 Yanvar dairəsinə gedib, 3 ədəd klonlu boyunbağını və 1 cüt sırğanı oradakı lombarda girov qoyub 600 manat pul götürmüş, oğurladığı qızıllardan 3 ədəd qızıl qolbağını, 3 ədəd klonsuz boyunbağını və 1 ədəd “Pələng” formalı üzüyü sonra lombarda qoyub pul götürmək niyyəti ilə özündə saxlayaraq yaşadığı evdəki otağında gizlətmiş, oğurluqdan əldə etdiyi pulların bir hissəsini elə həmin günü Eltonun maşınının təmirinə, qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa heç bir oğurluq etməmiş, həmin qızılları oğurladığım heç kimə deməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsindəki evində yaşayır. 2020-ci iklin dekabr ayında Xırdalan şəhəri İsi Məlikzadə küçəsində 10 saylı binanın 4-cü mərtəbəsindəki 26 nömrəli mənzili kreditlə almışlar.Yaz-yay aylarında əsasən Hökməli qəsəbəsindəki evlərində yaşayırlar. Həmin müddətdə də ailə üzvüləri Xırdalan şəhərindəki mənzilə baş çəkirlər. Mənzilin açarlarından biri oğlu Eltonda da var. 19 iyul 2022-ci il tarixdə saat 23 radələrində oğlu Elton yaşadıqları evə gəlib Xırdalan şəhərindəki mənzilə baş çəkməyə getdiyi zaman mənzilin yataq otağındakı çarpayının altında balaca sandıqçada saxladıqları qızıl əşyalarının sayının az olmasından şübhələndiyini bildirmiş, bundan dərhal sonra o, Eltonla birlikdə Xırdalan şəhərindəki həmin mənzilə gedib, qzılları saxladıqları sandıqçaya baxmış və həmin vaxtı oradakı qızıl əşyalarının bəzilərinin kağız qutularının boş olduğunu, həmçinin qızıl əşyalarından 06 ədəd klonlu qızıl boyunbağının, 01 ədəd qızıl qadın üzüyünün, 01 ədəd “Pələng” formalı qızıl üzüyün, 02 cüt qızıl sırğanın, 04 ədəd qızıl qolbağının və 03 ədəd klonsuz qızıl boyunbağının yerində olmadığını görüb həmin əşyaların oğurlandığını yəqin edib dərhal mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Mənzildə qızıl-zinət əşyalarının harada saxlanıldığını ailə üzvülərindən başqa heçkim bilməmiş, hadisədən sonra mənzilin giriş qapısında heç bir müdaxilə izi görmədiyinə görəhəmin qızıl əşyaların mənzilə gəlib-gedən tanıdıqları adam tərəfindən oğurlanmasından, həmçinin oğlu Eltonun dostu Zəlimxan tərəfindən götürülməsindən şübhələnir, çünki sonuncu teztez Eltonla birlikdə həmin mənzildə olur. Hazırda, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan odənilmiş və sonuncuya qarşı şıkayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır və geyim mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs onun oğludur, sonuncu əvvəllər Xırdalan şəhərində bərbər işləsə də son vaxtlar, dostu Şahid2 avtomobilini icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zəlimxan bunun üçün hər gün Eltona pul ödəmiş, onlar dostluq etdiklərinə görə onun da Eltonun valideynləri ilə yaxın münasibəti yaranmışdır. 20 iyul 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, yaşadığı evdə olduğu vaxt Abşeron RPİ-dən ona oğlu Zəlimxanın oğurluqda şübhəli şəxs kimi saxlanılması barədə məlumat vermişlər. O da ertəsi günü polis idarəsinə gəlmiş, həmin vaxtı oğlu Zəlimxanın dostu Eltongilin Xırdalan şəhərindəki mənzilindən qızıl-zinət əşyalarını oğurlayıb Bakı və Xırdalan şəhərindəki lombardlara girov qoyub pul götürməsini öyrənib, həmin günü polis əməkdaşları ilə birlikdə valideyn kimi oğlu Zəlimxanın ifadəsinin yerində yoxlanılmasında iştirak etmiş, sonuncu oğurladığı qızılları girov qoyduğu lombardları göstərdikdən sonra o, həmin lombardlara gedib oğlunun girov qoyduğu qızılların pulunu ödəyib qızılları geri götürmüş və bu barədə telefonla Eltonun atası Elçinlə danışıb qızılları polis idarəsində onlara qaytarmaq istədiyini bildirmiş, həmin vaxtı Elçin onun lombardlardan götürdüyü qızıllardan başqa da qızıl əşyalarının oğurlandığını söyləmiş, o da bunu eşitdikdən dərhal sonra tez yaşadıqları evə qayıdıb Zəlimxanın yataq otağını axtarmış və çarpayının döşəyinin altında 1 ədəd “ərəb” qızılından olan qızıl qolbağı, 1 ədəd “pələng” formalı qızıl üzük, 3 ədəd klonsuz qızıl boyunbağı və 2 ədəd qızıl qolbağı olduğunu görüb, həmin qızılların da Zəlimxanın Eltongülin mənzilindən oğurladığı qızıllardan olduğunu düşünüb, qızılları götürüb lombarddan götürdüyü qızıllarla birlikdə polis idarəsinə gətirib, Elçinin iştirakı ilə könüllü olaraq təqdim etmiş, həmin vaxtı sonuncu qızılların onun mənzilindən oğurlanan qızıllar olduğunu söyləmişdir. X3 mənzilindən oğurluq etməsindən onun heç bir məlumatı olmamış, o bu barədə oğlu Zəlimxan tutulduqdan sonra bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Baxış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən məzilindən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi anası Şahid1 tərəfindən Bakı və Xırdalan şəhərlərindəki lombardlardan, digər hissəsi isə Xırdalan şəhərində yaşadıqları evdən götürülərək könüllü olaraq istintaqa təqdim etmiş, həmin qızıl-zinət əşyaları baxış keçirilərkən Zərərçəkmiş şəxs tərəfindən tanındığına görə iş üçün əhəmiyyətli olduğundan tərəfimdən götürülmüşdür. Mütəxəssisin xx.xx.2022-ci il tarixli arayışından görünürü ki, təqdim edilmiş - 01 ədəd klonlu 1,8 qram, 585 əyarlı qızıl boyunbağı 145 manat, 01 ədəd klonlu 8,85 qram, 750 əyarlı qızıl boyunbağı 970 manat, 01 ədəd klonlu 2,7 qram, 585 əyarlı qızıl boyunbağı 230 manat, 01 ədəd 1,8 qram, 585 əyarlı qızıl üzük 145 manat, 01 cüt 1,8 qram, 585 əyarlı qızıl sırğa 145 manat, 01 ədəd 3,7 qram, 583 əyarlı, qızıl qolbağı 310 manat, 01 ədəd klonlu 4,8 qram, 585 əyarlı qızıl boyunbağı 400 manat, 01 ədəd klonlu 3,4 qram, 585 əyarlı qızıl boyunbağı 290 manat, 01 ədəd klonlu 2,4 qram, 585 əyarlı qızıl boyunbağı 200 manat, 01 cüt 4,0 qram, 585 əyarlı qızıl sırğa 320 manat, 01 ədəd 7,96 qram, 750 əyarlı, qızıl qolbağı 950 manat, 01 ədəd 5,89 qram, 585 əyarlı, “pələng” formalı qızıl üzüyün 470 manat, 01 ədəd 0,84 qram, 585 əyarlı qızıl boyunbağı 67 manat, 01 ədəd 0,92 qram, 585 əyarlı qızıl boyunbağı 73 manat, 01 ədəd 1,13 qram, 585 əyarlı qızıl boyunbağı 90 manat, 01 ədəd 4,10 qram, 585 əyarlı, qızıl qolbağı 328 manat, 01 ədəd 1,95 qram, 585 əyarlı, qızıl qolbağı 156 manat olmaqla həmin qızıl-zinət əşyalarının 2022-ci ilin iyul ayına olan ümumi orta satış qiyməti 5289 manat müəyyən edilir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 06 ədəd klonlu qızıl boyunbağı, 03 ədəd qızıl boyunbağı, 04 ədəd qızıl qolbağı, 02 ədəd qızıl üzük və 02 cüt qızıl sırğa saxlanılması üçün sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, o cümlədən cinayət nəticəsində dəymiş ziyanin könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd klonlu qızıl boyunbağı, 03 ədəd qızıl boyunbağı, 04 ədəd qızıl qolbağı, 02 ədəd qızıl üzük və 02 cüt qızıl sırğa ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd klonlu qızıl boyunbağı, 03 ədəd qızıl boyunbağı, 04 ədəd qızıl qolbağı, 02 ədəd qızıl üzük və 02 cüt qızıl sırğa ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-137/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-137/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver