Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-137/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Quranova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Qala - Ramanı yolunun yaxınlığında yerləşən fərdi yaşayış sahəsində yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə, UmBakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya ünvan 3 ünvanında yerləşən özünə məxsus olmayan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Xəzinə şadlıq sarayının yaxınlığında yerləşən Şahid3 işlətdiyi ofisdə 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində 5000 manat və 26 noyabr 2021-ci il tarixdə, səhər saat 11 radələrində 11500 manat, cəmi 16500 (on altı min beş yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 16500 (on altı min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya ünvan 3 ünvanında yerləşən özünə məxsus olmayan fərdi yaşayış evinin sənədləri ilə bağlı məhkəmədə gedən işi həll edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 20 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 700 manat, 25 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 manat, "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta 30 iyun 2022-ci il tarixdə saat 21:57-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore”- də yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1500 (bir min beş yüz) manat və 07 iyul 2022-ci il tarixdə saat 18:40-da "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, 15 iyul 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 4000 manat, cəmi 7000 (yeddi min) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayı ərəfələrində arvadı Həmidə Talıbova xəstətlənmiş, arvadı Həmidənin bətnində olan uşağın ölmə ehtimalı yarandığından arvadını təcili müalicəyə etmək lazım olmuşdur. Lakin arvadı Həmidənin müalicəsi və bətnindəki uşağın sağ qalması üçün böyük miqdarda pul lazım olmuşdur.Bunun üçün bələdiyyə sənədi ilə atasına məxsus torpaq sahəsini satmaq qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs ilə razılaşıb ondan ittihamda göstərilən məbləğdə pul almış, lakin sənədləşdirməni başa çatdıra bilməmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021ci ilin noyabr ayı ərəfələrində arvadı Həmidə Talıbova xəstətlənmiş, arvadı Həmidənin bətnində olan uşağın ölmə ehtimalı yarandığından arvadını təcili müalicəyə etmək lazım olmuşdur. Lakin arvadı Həmidənin müalicəsi və bətnindəki uşağın sağ qalması üçün böyük miqdarda pul lazım olmuşdur. Bu məqsədlə o, qərara gəlmişdir ki, bacısına məxsus yaşadığı evi torpaqla birlikdə satsın. O, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona məxsus olmadığını və üzərində hər hansı mülkiyyət hüququnun olmadığını bilsə də, pul əldə etmək üçün evi satmalı olmuşdur. O, bacısına məxsus torpaq sahəsini satmağı barədə tanışı Nəsimiyə demiş və Nəsimidə həmin torpaq sahəsinin satılmasına kömək etmək üçün tanışı İrşada demişdir. Təxminən 2021-ci ilin noyabr ayında ona Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaq istədiyini bildirmişlər. Bu məqsədlə o, Nəsimi, İrşad, Xəlil və Tofiq birlikdə torpaq sahəsinə getmişlər. Həmin vaxt Tofiq torpaq sahəsinə baxıb bəyənmiş və almağa qərar vermişdir. Razılığa əsasən o, həmin torpaq sahəsini Tofiqə 16500 manata satmışdır. Lakin torpaq sahəsinin qiyməti daha baha olsa da, həmin vaxt onun təcili pula ehtiyacı olduğu üçün ucuz qiymətə satmışdır. Elə həmin gün, təxminən 2021- ci ilin noyabr ayında makler Xəlilin Xırdalan şəhərində yerləşən ofisində Tofiq ona 5000 manat pul vermişdir. O da həmin puldan zəhmət haqqı olaraq 2000 manatını İrşad və Xəlilə vermişdir. Tofiq həmin vaxt ondan gedib sənədləşmə işlərini görməyi istəsə də, o, Tofiqi aldadıb guya şəxsiyyət vəsiqəsinin üzərində olmadığını deyərək sənədləşmə işindən yayınmışdır. Bundan bir gün sonra Tofiq Xəlilə məxsus ofisdə ona 11500 manatda pul vermişdir. Daha sonra bacısı Aygün özünə məxsus evi Tofiqə satdığından xəbər tutduğundan həmin evə gedərək Tofiqə öz iradlarını bildirmişlər. O, bunu eşidib dərhal oraya gedərək bacısıgili oradan uzaqlaşdırmışdır. Həmin ərəfələrdə Tofiq torpaq sahəsinin problemli olduğunu başa düşüb pulunu geri istəməyə başlamışdır. Lakin o, torpaq sahəsinin özünə məxsus olmasına inandırıb sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Daha sonra ona arvadı X2 əməliyyat və müalicəsi üçün əlavə də pul lazım olmuşdur. Həmin vaxt o, Tofiqdən pul istəməyə çəkindiyindən səsini dəyişdirib Tofiqlə əlaqə saxlayaraq özünü guya başqa qohumu kimi təqdim edib Tofiqdən pul almaq qərarına gəlmişdir. Bu məqsədlə o, telefonunda olan səs dəyişdirmə proqramından istifadə edib Zərərçəkmiş şəxs zəng vurub özünü Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi, Tahir Abıyev kimi təqdim edib görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs da razılaşmışdır. Bundan sonra, o, yenidən Tahir Abıyev adı ilə Tofiqə zəng edərək özünün gələ bilmədiyini, hazırda guya Sübhanın, yəni onun torpaq sahəsinin sənədlərinin əldə edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini və bununla bağlı vəkil tutacağını, bu səbəbdən 700 manat pul lazım olduğunu demişdir. Tofiq də razılaşıb atdığı, hal-hazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına 700 manatı göndərmişdir. O da həmin pulu çıxarmış və arvadının müalicəsi üçün xərcləmişdir. Bundan sonra, o, yenidən həmin proqramdan istifadə edərək səsini dəyişib Tofıqə zəng vurmuşdur. o, həmin vaxt qadın səsindən istifadə edərək yenə də özünü Tofiqə Sübhanın qohumu kimi təqdim edib Sübhanın, yəni onun torpaq sahəsinin sənədlərinin əldə edilməsi üçün məhkəməyə müraciət etdiyini, lakin məhkəməyə müraciət edilməsi nəticəsində müəyyən məhkəmə xərcləri və rüsumlar yaranması səbəbindən ödəməli olduğunu və 300 manat pul ehtiyacının olduğu demişdir. Tofiq yenidən razılaşaraq ona 300 manat pul göndərmişdir. Tofiq bu dəfə də həmin pulu hal-hazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. Bundan bir müddət sonra o, Tofiqlə yenidən əlaqə saxlayaraq torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət edildiyini və mübahisənin həlli üçün 2000 manat pul lazım olduğunu demiş və Tofiqdə həmin pulu ona göndərmişdir. Belə ki, həmin vaxt o, yenidən Tahir Abıyev adı ilə danışmış və danışıq zamanı Tofiqə məhkəmədə tanışlarının olduğunu və tanışları vasitəsilə həmin torpaq məsələsini həll edə biləcəyini demişdir. Lakin o, hər hansı məhkəməyə torpağın sənədlərinin əldə edilməsi ilə bağlı heç vaxt müraciət etməmişdir. Həmin torpaq sahəsinin ən az 80.000 manat qiymətinin olduğunu Tofiq özü də bilmiş, lakin Tofiq həmin torpaq sahəsini ondan dəfələrlə ucuz aldığından, torpağın sənəd işlərini həll etməyi üçün tələb olunan pulu problem etmədən göndərmişdir. Bundan bir müddət sonra o, Tofiqlə yenidən əlaqə saxlayıb məhkəmədə qalib gəldiklərini, lakin bacısının məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə, yəni apellyasiya məhkəməsinə şikayət etdiyini, bu səbəbdən Apellyasiya məhkəməsində də qalib gəlmək üçün 4000 manat pul lazım olduğunu demişdir. Tofiq də yenidən ona inanıb 4000 manat pulu onun hal-hazırda nömrəsini xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs 16500 manat pulu içərisində fərdi yaşayış sahəsi olan torpaq sahəsi üçün, 7000 manat pulu isə məhkəmə işləri ilə bağlı almışdır. Aldığı bütün pulları isə arvadının müalicəsinə xərcləmişdir. O, Aysu adı ilə də Tofiqlə danışmışdır. Lakin həmin iş baş tutmamışdır. Yəni Tofiqdən bu işlə bağlı hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs həmin torpağı dəyərindən dəfələrlə ucuz qiymətə aldığını bildirmişdir. O da bu səbəbdən torpağın sənədləşmə işlərinin həll edilməsi üçün əlindən gələcəyini edəcəyini bildirmişdir. Elə bundan istifadə edərək Zərərçəkmiş şəxs bir daha aldadıb 7000 manat pulunu almışdır. Lakin o, məhkəməyə bununla bağlı heç bir müraciət etməmişdir. Həmin torpaq sahəsinə dair hər hansı bir sənədi olmamışdır. Hal-hazırda həmin evdə bacısı Aygün yaşadığından və qapını bağladığından həmin torpaq sahəsinə və evə daxil ola bilməmişdir. Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən torpaq sahəsini satdığı gün, yəni 2021-ci ilin noyabr ayının 25-də saat 15 radələrində ünvan 4 ünvanında yerləşən Xəlilin ofisində 5000 manat, xx.xx.2021-ci il tarixdə, səhər saat 11 radələrində 11500 manat almışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində 700 manat, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində 300 manat, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində 1500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində 500 manat və xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində 4000 manat olmaqla ümumilikdə aldığı 7000 manat pulu məhkəmə işinin həlli üçün alsa da, arvadının müalicə, müayinə və dərmanları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ona əlbəəl olaraq hər hansı məbləğdə pul verməmişdir. Tofiq həmin pulları halhazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında Xırdalan şəhəri, “Azbentonit” yolu ərazisində 16 sot torpaq sahəsinin içərisində bir mərtəbəli qəzalı vəziyyətdə olan evi ona 16500 manata satmışdır. Qeyd olunan məbləği Təqsirləndirilən şəxs iki dəfəyə vermişdir. İlk dəfə 5000 manat ikinci dəfə isə pulun qalan hissəsini, yəni 11500 manatını vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən ev-alqı satqı işləri ilə məşğul olan Xəlil adlı şəxsin ofisində vermişdir. Xəlil adlı şəxsin ofisinin yaxınlığında kafe işlədirdi. Sübhana pul verməmişdən və Sübhana məxsus torpaq sahəsinə baxmamışdan bir neçə gün qabaq Xəlilin ofisində olmuş və torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin vaxt təsadüfən gələn İrşad da onların söhbətinin şahidi olmuş və Xırdalan şəhəri, “Azbentonit” yolunda Təqsirləndirilən şəxs məxsus içərisində bir mərtəbəli yararsız mənzil olan 16 sot torpaq sahəsinin olduğunu bildirmişdir. Sübhanın pula ehtiyacı olduğuna görə həmin yeri təcili satması barədə onu xəbərdar etmişdir. Onu da şərtlər qane etdiyinə görə torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Onlar birlikdə torpaq sahəsinə gedib baxmış və bəyənmişlər. Həmin vaxt Sübhan və Nəsimi də həmin yerə gəlmişdir. İlk gün 5000 manat pulu Sübhana vermişdir. Həmin vaxt Sübhan üzərində şəxsiyyət vəsiqəsinin olmadığını deyib, sənədləşmə işlərini bir gün sonraya saxlamışdır. Sübhana verdiyi 5000 manat pulun 2000 manatını sonuncu Xəlil və İrşada vermişdir. Bir gün sonra 11500 manat pulu da Xəlilə məxsus ofisdə Sübhana vermişdir. Bundan sonra evi abadlaşdırmağa başlamışdır. Həmin ərəfədə Sübhanın qohumları həmin evə gəlmiş və Sübhanın onlardan xəbərsiz evi sata bilməyəcəyini demişlər. İlk olaraq Sübhan qohumları yola salsa da, sonradan həmin şəxslərin bir daha gəldiklərini görüb, Sübhandan pulunu tələb eləməyə başlamışdır. Həmin ərəfədə bir nəfər özünü Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Şöbə rəisi polis polkovniki Tahir Abıyev kimi təqdim edən şəxs ona zəng vurub, görüşmək istədiyini bildirmişdir. Bundan sonra, Tahir adlı şəxs yenidən ona zəng edərək Sübhanın torpaq sahəsinin sənədlərinin əldə edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini və bununla bağlı vəkil tutacağını, bu səbəbdən ona pul lazım olduğunu, lakin, özünün görüşməyə gələ bilməyəcəyini, bu səbəbdən Sübhana 700 manat pulu göndərmək lazım olduğunu bildirmişdir. O da razılaşmış və ona atılan hazırda nömrəsini xatırlamadığı bank kartına xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanını dəqiq xatırlamadığı marketdə yerləşən ödəniş terminalından 700 manat pul göndərmişdir. Bundan sonra, bir nəfər qadın zəng vurub, özünü Sübhanın tanışı kimi təqdim edib, Sübhanın torpaq sahəsinin sənədlərinin əldə edilməsi üçün məhkəməyə müraciət etdiyini, lakin məhkəməyə müraciət etməsi nəticəsində müəyyən məhkəmə xərcləri və rüsumlar yaranması səbəbindən ödəməli olduğunu deyib əlavə 300 manat pul lazım olduğunu bildirmişdir. O da xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanını dəqiq xatırlamadığı marketdə yerləşən ödəniş terminalından 300 manat da göndərilən kart nömrəsinə göndərmişdir. Bundan sonra, özünü Tahir Abıyev kimi təqdim edən şəxs Sübhandan aldığı torpağın məhkəmə işi ilə bağlı Sübhana təcili 2000 manat pul lazım olduğunu demişdir. O da həmin pulu bir dəfəyə göndərə bilməyəcəyini, yalnız hissəhissə göndərəcəyini demişdir. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə, saat 21:57-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “eManat” ödəmə terminalından yenidən həmin karta 1500 manat pul göndərmişdir. Bundan bir müddət sonra, yəni, xx.xx.2022-ci il tarixdə, saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalından həmin karta 500 manat da pul göndərmiş və ümumilikdə 2000 manat pulu göndərmiş olmuşdur. Təxminən 2022-ci ilin iyul ayının ortalarında Sübhan özü ona zəng edərək məhkəmədə qalib gəldiklərini, lakin bacısının məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə, yəni ki, apellyasiya məhkəməsinə şikayət etdiyini, bu səbəbdən Apellyasiya məhkəməsində də qalib gəlmək üçün 4000 manat pul lazım olduğunu demişdir. O da Sübhana inanıb təxminən xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mağazalardan birində olan ödəmə terminalından həmin karta 4000 manat pulu da göndərmişdir. Bununla da 16500 manatdan əlavə Sübhanın ona satacağı torpaq sahəsinə görə o, Sübhanın kartına 7000 manat pul göndərməklə ümumilikdə Sübhana 23.500 manat pul vermişdir. Əlavə olaraq özünü polis əməkdaşı kimi təqdim Aysu adlı qadınla telefon danışıqlarının birində guya Şamaxı rayonunda məktəb müəlliməsi işləyən qızını Bakı şəhərinə köçürülməsinə köməklik edəcəyi vədini verib ondan 6000 manat pul istəmişdir. O isə Aysuya köçürmə baş tutandan sonra həmin məbləği verəcəyini bildirmişdir. Lakin sonradan ona məxsus telefona göndərilən guya köçürülmə barədə məktub məzmunun saxta olmasını başa düşüb, 6000 manat pulu göndərməmişdir. O, real həyatda özünü Aysu və Tahir kimi təqdim edən şəxsləri görməmiş, heç vaxt telefonun görüntülü formatı ilə danışmamış, həmin şəxslərin dəqiq polis əməkdaşı olub-olmamalarını bilməmişdir. Həmin şəxslər Sübhanın tanışları olmuşdur. Təqsirləndirilən şəxs 16500 manat pulu 2021-ci ilin noyabr ayında Xırdalan şəhəri, “Azbentonit” yolunda içərisində birmərtəbəli yararasız fərdi yaşayış evi olan 16 sot torpaq sahəsini almaq üçün ünvan 4 ünvanında yerləşən ev-alqı satqı ofisində vermişdir. Qeyd olunan məbləği iki dəfəyə vermişdir. Həmin vaxt yanlarında Xəlil, İrşad, Nəsimi, Elduz, Şirzad olmuşdur. Bundan başqa Sübhana xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanını dəqiq xatırlamadığı marketdə yerləşən ödəniş terminalından 700 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanını dəqiq xatırlamadığı marketdə yerləşən ödəniş terminalından 300 manat, xx.xx.2022-ci il tarixdə, saat 21:57-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “eManat” ödəmə terminalından yenidən həmin karta 1500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalından 500 manat və xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mağazalardan birində olan ödəmə terminalından 4000 manat pul göndərmişdir. Həmin 7000 manat pulları o, yalnız verilən hesab kartına köçürərək vermişdir. Hər hansı bir şəxsə əlbəəl pul verməmişdir. Həmin vaxtdan uzun müddət keçdiyindən ödəniş etdiyi plastik kartın 16 rəqəmli nömrəsini və hansı banka məxsus olmasını unutmuşdur. O, evin ona məxsus olduğunu düşünüb əlavə 4500 manat pul hasar tikintisinə xərcləmişdir. Əlavə olaraq 6500 manat dəyərində tikinti materialı alıb həyətə tökmüşdür.Dəyən ziyan ona ödənilməmişdir.Ya torpaq sahəsinin adına rəsmiləşdirilməsini, ya da pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarında Xırdalan şəhərində yerləşən Təzə Bazar adlanan yerdə təsadüfən Nəsimi ilə rastlaşmışdır. Nəsiminin adı Xanbala olsa da, tanışları sonuncunu Nəsimi kimi çağırırmışlar. Həmin vaxt Nəsimi ona Xırdalan şəhəri, “Azbentonit” yolu ərazisində 16 sot ərazisi olan torpaq sahəsinin 16.000 manata satıldığını, həmin torpaq sahəsini satan şəxsin qonşusu olduğunu və satmaqda köməklik göstərməsini xahiş etmişdir. O da təxminən bir həftə sonra Xırdalan şəhərində ev alqı-satqı işləri ilə məşğul olan tanışı Xəlilə bu barədə demişdir. Xəlil də ona həmin yeri göstərməyini və həmin torpaq sahəsini görmək istədiyini bildirmişdir. Bundan sonra o, Xəlil, Elduz, həmin gün tanıdığı Tofiq adlı şəxslə birlikdə həmin torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər. Onlar oraya çatdıqda Nəsimini də yanlarına çağırmışlar. Bir qədər sonra Nəsimi oraya gəlib içərisində yararsız vəziyyətdə fərdi yaşayış sahəsi olan torpaq sahəsini göstərib həmin torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə ucuz qiymətə satıldığını demişdir. Torpaq sahəsinə baxdıqdan sonra qiymət məsələsi danışılan zaman torpağın sahibi kimi təqdim edilən Sübhan da gəlmişdir. Bundan sonra, Tofiq və Sübhan özləri öz aralarında torpağın alqı-satqısını həyata keçirmişlər. Lakin onun bildiyinə görə Sübhan torpağı Tofiqə 16500 manata satmağa razılaşmışdır. Bundan sonra, çəkdiyi zəhmətin qarşılığında ona 500 manat pul verilmişdir. Daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. Lakin bildiyinə görə Sübhanın satmış olduğu torpaq sahəsinin sənədlərində problemlər olduğundan növbəti müddətdə Tofiq orada tikinti işləri apara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, ev alqı-satqı işləri ilə məşğul olur. 2021-ci ilin payız aylarında ev alqı-satqı işlər ilə məşğul olduğu icarə əsasında işlətdiyi Tofiq, Şirzad və Elduz ilə birlikdə oturmuşdur. Həmin vaxt İrşad ofisə gəlib Xırdalan şəhəri, “Azbentonit” yolundan, daxilində bir mərtəbəli fərdi yaşayış evi tikilmiş, lakin təmirsiz vəziyyətdə olan ümumilikdə 16 sot ərazisi olan torpaq sahəsi olduğunu və həmin yerin 16500 manata satıldığını demişdir. Tofiq həmin yeri almaq istədiyi üçün hamısı, yəni Şirzad, Tofiq, İrşad, o və Elduz həmin torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər. Onlar oraya çatdıqda İrşad Nəsimi kimi tanıdıqları Xanbalanı da oraya çağırmışdır. Nəsimi oraya özünü torpaq sahəsinin sahibi kimi təqdim edən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə gəlmişdir. Həmin vaxt Sübhan bir daha həmin torpaq sahəsinin özünə məxsus olduğunu və yaranacaq problemlərə görə özünün məsuliyyət daşıyacağını demişdir. Tofiq torpaq sahəsinə baxdıqdan sonra oranı almaq istədiyini bildirmişdir. Bundan sonra Tofiq Sübhanla həmin torpaq sahəsini 16500 manata almağa razılaşmışdır. Təxminən 2021-ci ilin noyabr ayında Tofiq onun ofisində Sübhana 5000 manat pul vermişdir. Həmin 5000 manat puldan çəkdiyi əziyyətə görə 2000 manatı ona verilmişdir. O da 2000 manatın 500 manatını İrşada verməklə qalan 1500 manat pulu Şirzad, və Dilsuz ilə aralarında bölmüşdür. Bundan bir gün sonra Tofiq yenidən ona məxsus ofisdə Sübhana 11500 manatda pul vermişdir. Tofiq Sübhandan torpağa dair sənədlərinin olub- olmadığını bir daha soruşduğu zaman Sübhan sənədlərinin olduğunu, gələcəkdə hər hansı problem olarsa özünün cavabdehlik daşıdığını bildirmişdir. Lakin daha sonra eşitmişdir ki, torpağın sənədlərində bəzi problemlər olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun adı Xanbala olsa da, tanışları onu Nəsimi kimi çağırır. Təqsirləndirilən şəxs ilə təxminən 3 ilə yaxındır ki, tanışdır. Sübhanın onların evinin yaxınlığında ata torpağı olmuşdur. Sübhanın arvadı hamilə olduğundan və qarnında olan uşaqlardan biri öldüyündən təcili əməliyyat etdirmək lazım olmuşdur. Bu məqsədlə Sübhan ona bacısına aid olan ata torpağını satdığını demişdir. O da Sübhana kömək etmək üçün bu barədə tanışı İrşada demişdir. Təxminən 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaq istədiyini demişdir. Bu məqsədlə o, Sübhan, İrşad, Xəlil və Tofiq birlikdə torpaq sahəsinə getmişlər. Həmin vaxt Tofiq torpaq sahəsinə baxıb bəyənmiş və almağa qərar vermişdir. Razılığa əsasən Sübhan həmin torpaq sahəsini Tofıqə 16500 manata satmışdır. Lakin torpaq sahəsinin qiyməti daha baha olsa da, həmin vaxt Sübhanın təcili pula ehdiyacı olduğu üçün həmin torpağı ucuz qiymətə satmışdır. Elə həmin gün, təxminən 2021-ci ilin noyabr ayında oradaca Tofiq Sübhana 5000 manat pul vermişdir. Sübhan da həmin puldan zəhmət haqqı olaraq 2000 manatını İrşad və Xəlilə vermişdir. Tofiq həmin vaxt Sübhandan gedib sənədləşmə işlərini görməyi istəsə də, Sübhan şəxsiyyət vəsiqəsinin üzərində olmadığını deyərək növbəti günlərə saxlamışdır. Bildiyinə görə bundan bir gün sonra Tofiq Xəlilə məxsus ofisdə Sübhana 11500 manatda pul vermişdir. Daha sonra öyrənmişdir ki, Sübhanın bacısı Aygün evi və torpağı Sübhanın Tofiqə satdığından xəbər tutduğundan həmin evə gedərək Tofiqə öz iradlarını bildirmiş və aralarında problem yaranmışdır. O, Sübhanın bacısı Aygünlə Tofiq arasında problem yarandıqdan sonra məlumatlı olmuşdur ki, Sübhanın bacısı Aygün torpağın satılmasına razı deyilmiş. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 1992-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan bir övladı olmuş və 1994-cü il tarixdə rəsmi qaydada boşanmışdır. Ailə qurandan sonra Mingəçevir şəhərində yaşamışdır. Boşanandan sonra Bakı şəhərinə gəlmişdir. 1997-ci il tarixdə mərhum qayınatası Xırdalan şəhəri, “Azbentonit" yolunda sahəsi 16 sot olan torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini öz maddi vəsaiti hesabına tikdirmişdir. Sonradan atasının maddi durumu pisləşdiyi üçün ailəsi Xırdalan şəhərində ona məxsus fərdi yaşayış evində yaşamış, hansı ki, sonradan həmin evi qardaşı Sübhan Tofiq adlı şəxsə satmaq istəmişdir. Sübhan 1997-ci il tarixdən 2001-ci il tarixədək onlarla birlikdə yaşasa da, sonradan mərhum atası Sübhanı evdən qovmuşdur. Ona məxsus mənzildə mərhum anası, mərhum atası, Sübhan və qardaşı yaşamışdır. Atası, anası dünyasını dəyişmiş, qardaşı və bacısı ailə qurandan sonra həmin evdən çıxıb getmişdir. Sübhan 2021-ci il tarixdə ailə həyatı qurub, aprel ayında ondan xahiş etmişdir ki, ona məxsus mənzildə yaşasın. Sübhan ona məxsus mənzildə yaşadığı dövrdə Nəsimi adlı şəxslə əlbir olub, evi dəyə-dəyməzinə Tofiq adlı şəxsə satmışdır. Halbuki Sübhanın həmin torpaq sahəsində və mənzildə heç bir hüququ olmamışdır. Sübhana həmin mənzildə ancaq yaşamaq hüququ vermişdir. Qardaşı Sübhan isə bundan istifadə edib, evi satmaq istəmişdir. O, bundan xəbər tutanda Tofiqin evdə tikinti apardığını aşkar etmişdir. Tofiqdən hansı səbəbə tikinti işləri apardığını soruşduqda Tofiq, qeyd olunan mənzili Sübhandan aldığını bildirmişdir. O, Tofiqdən hansı qiymətə aldığını soruşanda Tofiq evi və həyəti 16500 manat aldığını demişdir. O, evin 100000 manat dəyərində olduğunu deyib, həmin evi necə 16500 manata aldığını soruşanda Tofiq onu sözlə hədələmiş və evi sökəcəyini bildirmişdir. Lakin o, Tofiqə mane olub bu istəyinə nail olmağa qoymamışdır. Hətta o, torpaq sahəsinə baxan zaman qonşular Tofiqə yerin sahibinin o olduğunu bildirmişlər. Lakin, buna baxmayaraq Tofiq heç kəsə məhəl qoymayaraq onun yerini ələ keçirmək istəmişdir. Hətta bir dəfə Tofiqin qardaşı da özünü DTX əməkdaşı kimi təqdim edib, onu hədələmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində tutulmuş MSY-ə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli, 1(012)- 700/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında həbsə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 30 iyun 2022-ci il tarixli 7060 nömrəli qəbzin surətindən görünür ki, müştəri adı soyadı T****** S***** Q**** oğluna məxsus 416979******7685 nömrəli “Kapital Bank”a aid karta xx.xx.2022-ci il tarixdə saat 21:57-də 1500 manat, 07 iyul 2022-ci il tarixli, 26461 nömrəli qəbzin surətindən görünür ki, müştəri adı soyadı T****** s***** Q**** oğluna məxsus 416979******7685 nömrəli “Kapital Bank”a aid karta 07 iyul 2022-ci il tarixdə, saat 18:40-da 500 manat pul göndərilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 30 iyun 2022-ci il tarixli 7060 nömrəli və 07 iyul 2022-ci il tarixli, 26461 nömrəli “eManat” qəbzlərinin surəti maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Talıbov X3 Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndfirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin ediləcək cəzanın məhkumu islah etməsinə təsirini və cəzanın məqsədlərini təmin etməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə sübut kimi tanınmış iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 30 iyun 2022-ci il tarixli 7060 nömrəli və 07 iyul 2022-ci il tarixli, 26461 nömrəli “eManat” qəbzlərinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə sübut kimi tanınmış iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 30 iyun 2022-ci il tarixli 7060 nömrəli və 07 iyul 2022-ci il tarixli, 26461 nömrəli “eManat” qəbzlərinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmət UmBakı Penitensiar Müəssisəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-137/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-137/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver