Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-138/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1970-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan, evli, orta təhsilli, məhkumluğu olmayan, barəsində xx xxxxxx 2020ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu Məmmədli kəndində yerləşən məsçidin yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5, 326 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananı 25 manata qanunsuz olaraq əldə edib üstündə saxlayaraq Abşeron rayonu Məmmədli kəndində yerləşən yaşadığı evə gələrək, həmin narkotik vasitəni üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu Məmmədli kəndində yaşadığı evin qarşısında Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Mehdiabad PB-nə gətirilib, Polis Bölməsinin inzibati binasında xidməti otaqda üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin kustar üsulla hazırlanmış 5,326 qram narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təxminən 3-4 ildir ki, narkotik vasitə olan marixuanadan hərdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri əsasən Sumqayıt şəhəri Corat qəsəbəsindən tanımadığı şəxslərdən əldə edirmiş. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Məmmədli kəndində məsçidin yaxınlığında olarkən təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuşdur. O, də həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona bir ədəd siqaret qutusunda narkotik vasitə olan marixuana vermiş və o, da həmin şəxsə 25 manat pul vermişdir. Aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyub, yaşadığı evə gəlmişdir. Həmin aldığı narkotik vasitədən bir az qəbul etmiş, sonra qəbul etmək məqsədi ilə qalan hissəsini isə ustündə saxlamışdır. 13 avqust 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin qarşısında küçədə olarkən polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edərək narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon Pİ-nin Mehdiabad PB-nə dəvət etmişlər və o, da etriaz etməyib, onların xidməti avtomobilinə əyləşərək Abşeron RPİ-nin Mehdiabad PBnə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmamasını soruşmuşlar və üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif etmişlər. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı təqdim edərək, həmin kibrit qutusunun içərisində narkotik vasitənin olduğunu bildirmişdir. Həmin kibrit qutusu açıldıqdan sonra içərisinə baxış keçirilmiş və həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, da həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə Məmmədli kəndində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə zərfə qoyulmuş, zərf möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Polis İdarəsinin Mehdiabad PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndi M.P.Vaqif küçəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın yoxlanılması ilə bağlı müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün Mehdiabad PB-nin rəhbərliyi tərəfindən əməliyyat tədbirin keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərara əsasən tərəfindən əməliyyat tədbirləri keçirilmişdir.O, Mehdiabad PB-nin sahə rəisi Şahid2, X6 Alayının 12-ci patrul bölüyünün polis nəfərləri Rəşad Əliyev və Şahid3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən həmin gün saat 16 radələrində Abşeron rayonu Məmmədli kəndində yaşadığı evin yaxınlığında aşkar edilərək, saxlanılmış və ona xidməti vəsiqəni göstərib özlərini təqdim edərək, onun qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Buna görə Təqsirləndirilən şəxs onlarla Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nə üzərinə şəxsi aştarış keçirilməsi üçün dəvət etdikdə, Təqsirləndirilən şəxs buna etirazı olmamış və onlarla birlikdə Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində Təhqiqat şöbəsinin təhqiqatçısı, Məmmədxan Həsənovun xidməti otağında Təqsirləndirilən şəxs üstündə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirdikdən sonra, üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olubolmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. X4 tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif edilmişdir ki, üstündə narkotik vasitə və ya başqa cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxardıb təqdim edərək, içərisində narkotik vasitə olan marixuana olduğunu və özü qəbul etmək məqsədilə təxminən xx xxxxxx 2020-ci il tarixdə Məmmədli kəndində məsçidin yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını, üstündə saxlayaraq, gəzdirdiyini bildirmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs üstündə cinayət xarakterli başqa əşya aşkar olmamış və onun təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və bu barədə təhqiqatçı tərəfindən onların iştirakları ilə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolu və zərfi imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx xxxxxx 2020-ci il tarixli, 7/513 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,326 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli, 2847 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2015-ci ildə cəzasını tam çəkib qutarmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs .xx.xx.2020-ci il tarixdə saat 16:28-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində “Başqa yerə getməmək haqqında iltizam”növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı İmanov Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı təqdim edərək, həmin kibrit qutusunun içərisində narkotik vasitənin olduğunu bildirməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilsədə əvvəllərdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5.306 qram narkotik vasitə plan qurudulmuş marixuanna məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5.306 qram narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilsin. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-138/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-138/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver