Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-139/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 18 avqust 1980-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, ali təhsilli, məhkumluğu olmayan, “RealXeber.org” internet saytının və eyni adlı “Youtube” sosial video paylaşım kanalının idarəçisi olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2019-cu ildə “Youtube” sosial video paylaşım və sosial media platformunda yaratdığı “RealXeber.org” kanalında internet üzərindən video paylaşım etməklə faktiki olaraq jurnalist fəaliyyəti ilə məşğul olarkən özgə əmlakını hədə-qorxu ilə tələb etmə cinayətkar niyyətinə uyğun olaraq 2022-ci ilin avqust ayında istintaqa məlum olmayan şəraitdə və yerdə dəmir barmaqlıqlarla əhatə edilmiş sahədə saxlanılan ev quşlarının video görüntülərinə dair elektron faylı əldə edib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Şuşa şəhərində yerləşən N saylı Hərbi Hissəsində vəzifəli şəxs olan Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi hərbi geyimdə olan elektron fayl qismində şəklini həmin video görüntünün bir hissəsinə istifadəsində olan komputerdə xüsusi proqram vasitəsilə yerləşdirib guya sonuncu tərəfindən xidmət etdiyi hərbi hissənin həyətində ev quşlarının saxlanılması, hərbiçi adına yaraşmayan işlərlə məşğul olunmasına dair Zərərçəkmiş şəxs nüfuzdan salan məlumatları öz subtitorluğu ilə xüsusi proqram təminatı vasitəsilə həmin video fayla əlavə etməklə hazırladığı çarxı (elektron video faylı) hədəsinin reallığına inandırmaq məqsədilə 19 avqust 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə istifadəsində olan komputerdə idarəçiliyində olan “Youtube” sosial video paylaşım və sosial media platformundakı “RealXeber.org” kanalında qəsdən yerləşdirməklə ictimai şəkildə yayıb, cinayətkar niyyətini realizə etmək məqsədi ilə həmin gün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ”WhatsApp” tətbiqi vasitəsi ilə həmin video faylı göndərdikdən sonra sonuncuya zəng edib, “RealXeber.org” kanalının özünə məxsus olduğunu, həmin kanalda paylaşdığı və məzmunu onu nüfuzdan salan rüsvayedici məlumatlardan ibarət olan video faylın həmin kanaldan silinməsi müqabilində hədə-qorxu ilə ondan 2.000 (iki min) manat pul vəsaitini tələb etməsi ilə əlaqədar Zərərçəkmiş şəxs buna görə ona 1.500 (bir min beş yüz) manat verməsinə dair razılığını alıb həmin görüntüləri qeyd edilən tarixdə “Youtube” sosial video paylaşım və sosial media platformunda yaratdığı “RealXeber.org” kanalında ictimai görünmədən çıxarmış, 20 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Unibank”a məxsus olmaqla özünün rekvizitlərini ona verdiyi “Leo Bank” plastik kart hesabına 500 (beş yüz) manat pul vəsaitini göndərdiyini görüb hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək həmin kanalda ictimai görünmədən çıxardığı Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlara dair video çarxı yenidən həmin kanalda ictimai görünməyə açaraq qəsdən yayıb, Zərərçəkmiş şəxs tələb etdiyi 1.500 (bir min beş yüz) manat pulu bütövlükdə vermədiyi təqdirdə video görüntüləri daha geniş ictimai çərçivədə yayacağını bildirməklə onu eyni niyyətlə hədələyərək həmin niyyətlə Zərərçəkmiş şəxs qeyd edilən kart hesabına 23 avqust 2022-ci il tarixdə 400 (dörd yüz) manat, 1 sentyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat göndərməsinə nail olub, əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs vahid niyyətlə hədə-qorxu ilə tələb etməklə almış, həmin pul vəsaitlərini qeyd edilən müddətdə müxtəlif ünvanlarda nağdlaşdırmaqla və nağdsız qaydada şəxsi ehtiyaclarına uyğun ödənişlər etməklə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Araz Super market”də quraşdırılmış bankomatdan 50 manat pul vəsaitini çıxarmaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019cu il tarixdən “Realxeber.org” saytının domenin alaraq xəbər paylaşımı ilə məşğul olmuşdur. Həmin sayt əvvəllər dostuna məxsus olmuş, o, 2019-cu il tarixdə sayt açmaq istəməsi ilə bağlı dostu ilə bu barədə söhbət etdikdə dostu ona “mənim “Realxeber” adlı internet saytım var, ödənişini etmədiyimə görə bağlanıbdır, sən ödənişini et həmin saytı işlət” demişdir. O, həmin saytın admini kimi tanıdığı Elnur adlı şəxsə aylıq domen pulu olaraq 15 manat ödəməklə saytı işlətməyə başlamışdır. O, eyni zamanda eyni adlı online youtube kanalını açmışdır. Həmin kanal vasitəsi ilə də şəhid və qazi ailələri ilə bağlı, sonuncuların döyüş yolları barədə video materiallar çəkərək paylaşmışdır. Təxminən 2022-ci ilin avqust ayında onun mailto:info@realxeber.orgElektron ünvan 1 internet poçt ünvanına tanımadığı anonim istifadəçisi tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin qərargah rəisi Zərərçəkmiş şəxs Telman oğlu barəsində Şuşa şəhərində hərbi hissədə ev quşlarını saxlaması barədə video material göndərilmişdir. Həmin videomaterial hazırda onun elektron poçt ünvanında yoxdur. Ona video material daxil olduqdan sonra o, həmin video material əsasında özü videomaterial hazırlayaraq 19 sentyabr 2022-ci il tarixdə özünə məxsus “Youtube” video paylaşım və media platformasındakı “RealXeber.org” kanalında paylaşmış, hazırladığı video materialda Zərərçəkmiş şəxs xidmətdən kənar Şuşa şəhərində hərbi hissədə dovşan, toyuq və qaz saxlamasına dair video paylaşaraq yalandan vətən müharibəsi qəhrəmanı adı almasını səsləndirmişdir. Videoda danışan şəxs özü olmuşdur. Videonu yotube kanalında paylaşdıqdan sonra həmin gün, yəni 19 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Telman oğlunun mobil telefon nömrəsini hazırda xatırlamadığı şəxslər vasitəsi ilə taparaq istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən whatsapp proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs barəsində olan video materialı göndərib ona zəng edərək həmin material barəsində fikrini bildirməsini demiş, sonuncu telefonda danışıq zamanı ona video materialda olan informasiyanın yalan olduğunu və Yotube kanalında paylaşmamağını ondan xahiş etmişdir. O, videomaterialın paylaşılmaması, Youtube kanalından silinməsi müqabilində Xaliqdən 2.000 manat pul tələb etmişdir. Xaliq ona 1.500 manat pul verə biləcəyini demiş, o, sonuncu ilə razılaşmışdır. O, Xaliqin ona pul göndərməsi üçün özünə məxsus olan «Uni Bank»a aid «Leo Bank» kartın şəkilini çəkib whatsapp proqramı vasitəsi ilə Xaliqin telefonuna göndərmişdir. O, Xaliqin ona pulu göndərəcəyinə dair aralarında razılığa gəldiklərinə görə videonu youtube kanalından silmişdir. Xaliq isə xx.xx.2022-ci il tarixdə onun «Leo Bank» kart hesabına 500 manat pulu köçürmüşdür. Xaliq onun kartına danışdıqlarından az pul köçürtdüyü üçün sonuncunun barəsində olan video materialı yenidən Youtube kanalında paylaşaraq Xaliqə məlumat vermişdir. Xaliqə videonun silinməsi üçün ona göndərdiyi 500 manatdan başqa 1.000 manat pul göndərməsini tələb edərək “pulun hamısını verməsən mən sənin barəndə olan videonu silməyəcəyəm” demişdir. Xaliq də videonun silinməsi üçün əlavə olaraq həmin kart hesabına xx.xx.2022-cı il tarixdə 400 manat pul göndərmiş, qalan pulu isə qısa müddət ərzində göndərəcəyini ona demişdir. Xaliq xx.xx.2022-ci il tarixdə onun həmin kart hesabına 200 manat pul göndərib ondan videonu silməyini xahiş edərək qalan pulu da qısa müddətdə verəcəyini ona demişdir. O, Xaliqin barəsində olan videonu Youtube kanalından silərək Xaliqə “pulun hamısını verməsən videonu yenidən Youtube kanalımda yayımlayacam” demişdir. O, Xaliqin barəsində olan videonu silmiş və tez-tez Xaliqə zəng edərək pulun qalan hissəsini də verməsini sonuncudan tələb etmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq Xaliq ona pulun qalan 400 manat hissəsini ödəmədiyi üçün o, sonuncunun barəsində olan videonu yenidən öz yotube kanalında yayımlamışdır. O, Xaliqdən barəsində olan videonun yayılmaması üçün ilkin olaraq 2.000 manat tələb etsə də ümumilikdə 1500 manata razılaşmışlar, lakin Xaliq ona həmin pulun 1.100 manatını vermiş, qalan 400 manat pulu vermədiyi üçün videonu yenidən paylaşmış, Xaliqin onun bank kartına göndərdiyi 1.100 manat pulla marketlərdə alış veriş etmiş, nağd şəkildə pulları isə Abşeronu rayonu Xırdalan şəhəri və Bakı şəhəri ərazisində yerləşən “Uni Bank”a məxsus bankomatlardan çıxartmış, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Araz Super market”də quraşdırılmış bankomatdan 50 manat pul vəsaitini çıxarmaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs barəsində olan video materialın onun elektron poçtasına daxil olmuş, video materialı hazırlayıb ona məxsus youtube kanalında paylaşdıqdan sonra Şahid2 tərəfindən də ona eyni video materialın göndərilmiş, cinayət işinin materiallarında olan 02 ədəd CD-dəki səs yazılarında Zərərçəkmiş şəxsla danışan şəxsin özü olsa da elektron poçtasının istifadəçi adı və parolunu xatırlamır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. O, İİ Qarabağ döyüşlərində iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə və “Vətən müharibəsi qəhrəmanı” medalı ilə təltif olunmuşdur. 2022-ci ilin mart ayında xidmət etdiyi hərbi hissə Şuşa şəhərinə ezam edilmiş və hazırda da həmin Şuşa şəhərində xidmətini davam etdirir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** telefon nömrəsindən sonradan adını bildiyi Təqsirləndirilən şəxs zəng edərək özünü jurnalist fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş və “Realxəbər.org” saytının və “Realxəbər.org Youtube kanalının” rəhbəri olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs ona whatsapp mobil tətbiqi vasitəsi ilə göndərdiyi videoya baxıb münasibət bildirməyini demiş, həmin vaxt internet zəif olduğuna görə Təqsirləndirilən şəxs tərəfindən ona göndərilmiş video fayl açılmamış, sonradan video açıldıqda həmin videonun onun xidmət etdiyi Şuşa şəhərindəki hərbi hissədə çəkildiyini görmüşdür. Şuşa şəhərinə hərbi hissə köçdükdən sonra hərbi hissənin həyətində şəxsi heyətin istifadəsi üçün ev quşlarının saxlanılmasını həyata keçirmiş və bunu bütün hərbi hissə bilmiş, öz şəxsi istifadəsi üçün deyil, hərbi hissənin şəxsi heyətinə lazım olduqda kəsib istifadə etmişdir. Hərbi hissənin qida təminatı dövlət tərəfindən kifayət qədər təmin olunmuş, lakin mövcud vəziyyətlə əlaqədar olaraq hərbi qulluqçular uzun müddət evlərinə gedə bilmədikləri üçün lazım gəldikdə özləri şəxsi heyət üçün ev quşlarının kəsilib bişirib qida kimi qəbul etmişlər. Video görüntüdə səslənən digər fikirlər isə həqiqəti əks etdirməmişdir. Zaur onun işgüzar nüfuzuna xələl gətirən və İİ Qarabağ döyüşlərində iştirakını kölgəyə salacaq video fayl hazırlayıb “Realxəbər.org” Youtube kanalında yayımlamışdır. O, Təqsirləndirilən şəxs həmin videonu Youtube kanalından silinməsini dəfələrlə xahiş etsə də, Zaur həmin videonun silinməsi üçün ondan 2.000 manat pul tələb etmiş, o, sonuncuya pulunun olmadığını bildirsə də, ona videonun silinməyəcəyini, silinməsi üçün pul verilməli olduğunu demişdir. O, Zaura maddi imkanının zəif olduğunu, 1.500 manat pul verə biləcəyini demiş, sonuncu isə onunla razılaşaraq həmin pulun qarşılığında videonun yayılmayacağına dair ona söz vermişdir. Zaur 1.500 manat pul vəsaitini göndərməsi üçün ona öz kartının şəkilini çəkib göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə Zaurun ona göndərdiyi Leobank kartına Sumqayıt şəhəri, 17-ci Mikrorayon, Məhəmməd Əsədov küçəsində yerləşən “Ucuz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 500 manat pul göndərmişdir. Zaur 500 manat pul vəsaitini aldıqdan sonra videonu youtube kanalından silmiş və ona qısa müddət ərzində pulun qalan hissəsini göndərməyini tələb etmiş, göndərməyəcəyi halda isə videonu yenidən yayacağı ilə onu hədələmişdir. Bir iki gün müddətində pulun qalan hissəsini göndərə bilmədiyi üçün Zaur həmin videonu yenidən youtube kanalında yayıb ona yenidən zəng edərək videonun youtube kanalından silinməsi üçün qalan pulu tələb etmişdir. O, da xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Ə.Vahid küçəsində yerləşən marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs göndərmişdir. O, 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs göndərdikdən sonra sonuncu videonu Youtube kanalından silərək ona qalan pulu vermədiyi təqdirdə yenidən həmin videonu yayacağı ilə onu hədələmişdir. O, qalan pulu maddi imkanı olmadığı üçün verə bilməmiş və bu müddət ərzində Zaur ona dəfələrlə zəng edərək pulun qalan hissəsini ondan tələb etmiş, pulu verməyəcəyi halda videonu yayacağı ilə onu hədələmişdir. Pulu verə bilmədiyi üçün Zaur yenidən həmin videonu yayımlamışdır. O, məcbur olub xx.xx.2022-ci il tarixdə həmin videonun silinməsi üçün Zaurun hədə-qorxu ilə tələbinə görə Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Zığ Yaşayış kompleksində olan marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Zaurun leobank kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonra Zaur yenidən həmin videonu Youtube kanalından silmişdir. Bir neçə gün sonra isə Zaur ona zəng edərək qalan 400 manat pul vəsaitini tələb etmiş, əks halda videonu yayacağı ilə hədələmişdir. Onun pulu olmadığı üçün qalan 400 manat pulu verə bilməmiş və Zaur buna görə həmin videonu yenidən yaymış, bundan sonra o, şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayəti vətələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdən hərbi xidmətdə olmuş, 2020-ci il tarixdə baş vermiş İİ Qarabağ döyüşlərində iştirak etmiş, yaralanmış, müharibədə iştirak etməsinə görə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs onun xidmət etdiyi hərbi hissədə qərargah rəisi vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs “Realxəbər.org” Youtube kanalını işlədən jurnalist kimi tanımış, sonuncunu şəhid ailələri və qazilərlə bağlı çəkilişlər aparan zaman tanımışdır. 2022-ci ilin iyul-avqust aylarında xatırlamadığı sosial şəbəkələrin birində paylaşılmış Zərərçəkmiş şəxs Şuşa şəhərində hərbi hissədə ev quşlarının saxlamasına dair videonun olduğunu görmüş və həmin videonu öz mobil telefonunda saxlamışdır. O, Zərərçəkmiş şəxs barəsində paylaşılmış videoya baxdıqda həmin videonu paylaşılması üçün Təqsirləndirilən şəxs göndərmişdir. O, Zaurun həmin video ilə bağlı Zərərçəkmiş şəxsla telefonla danışmasından, sonuncudan hədə-qorxu gəlməklə pul tələb edib almasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, sifariş əsasında fərdi qaydada internet saytlarını hazırlamış, hazırladığı internet saytlarına təmin olunması üçün aylıq 15 manat hosting pulu, domen (Domain) üçün isə illik 40-50 manat pul ödənilmişdir. Yaradılmış internet saytlarının axırı “az” ilə bitdikdə həmin sayt Azərbaycana aid olduğuna görə həmin saytı yaratmaq üçün mütləq Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi tələb olunduğunu, internet saytlarının axırı “org”, “info”, “com” və sair ilə bitənlər isə universal olduğuna görə həmin saytlardan qeydiyyatdan keçmək üçün vəsiqə tələb olunmadığını bilmişdir. Universal saytların aylıq Hosting pulu və illik Domen pulu xaricdə fəaliyyət göstərən internet saytlarına ödənilmişdir. O, təxminən 4-5 il əvvəl Xəlil adlı tanışına sonuncunun öz müraciəti əsasında “Realxəbər.org” internet saytını yaratmış, Xəlil həmin saytı bir müddət işlətdikdən sonra işlətməmiş və aylıq hosting və domen pulunu ödəmədiyi üçün sayt xaricdəki internet saytı tərəfindən bağlanılmışdır. 2019-cu il tarixdə Xəlil ona zəng edərək həmin saytı tanışı Zaur adlı şəxsə verdiyini bildirmişdir. Bundan sonra Zaur zəng etmiş və ödəniş etdikdən sonra Xəlil tərəfindən həmin saytda paylaşılmış bütün məlumatlar silinərək yenidən Zaura həmin internet saytından istifadə etməsi üçün parol və şifrə vermiş, Zaur həmin vaxtdan başlayaraq aylıq 15 manat, illik isə 50 manat ödənişini edərək saytı işlətməyə başlamışdır. Zaur ödənişləri ona etmiş, o da həmin ödənişlərin az hissəsini özünə götürüb qalan hissəsini isə xarici saytların hesabına köçürmüşdür. Zaurun həmin saytda hansı məlumatları paylaşması barədə onun məlumat olmamış, Zərərçəkmiş şəxs tanımamış, Təqsirləndirilən şəxs “Youtube”də paylaşdığı videoların “Realxəbər.org” internet saytı ilə əlaqəsi olmamış, “Youtube”də kanal ayrıca olaraq Zaur tərəfindən açılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tutularkən istintaqa könüllü təqdim etdiyi və sonuncudan götürülmüş istifadəsində olan “Samsung Galaxy A50” markalı və “Redmi Note 8” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Redmi Note 8” markalı mobil telefon işlək vəziyyətdədir, mobil telefonun içərisində ***-***-**- ** "xxxx" MMC operatoruna aid telefon nömrəsi vardır. Mobil telefonun kontaktında Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi “Xaliq dəniz Qüvvələri” adı ilə qeydiyyatdan keçmişdir. Mobil telefonun daxil olan və çıxan zənglərə aid bölməsinə daxil olduqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə nömrəyə daxil olan, nömrədən çıxan və cavabsız zənglər vardır. Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə bir dəfə telefon danışığı olmuşdur. Bundan sonra mobil telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda sonuncular arasında “WhatsApp” mobil tətbiqin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə telefon danışığı olmuşdur. Telefonda olan “WhatsApp” mobil tətbiqində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sms yazışması yoxdur. Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A50” markalı mobil telefona baxış zamanı müəyyən olunmuşdur ki, mobil telefon işlək vəziyyətdədir, mobil telefonun içərisində ***-***-**-** "xxxx" MMC operatoruna aid telefon nömrəsi vardır. Mobil telefonun kontaktında Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** telefon nömrəsi “Xaliq dəniz Qüvvələri” adı ilə qeydiyyatdan keçmişdir. Mobil telefonun daxil olan və çıxan zənglərə aid bölməsinə daxil olduqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə nömrəyə daxil olan, nömrədən çıxan və cavabsız zənglər vardır. Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi arasında telefon danışığı müəyyən edilmədi. Bundan sonra mobil telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda orada daxil olan və çıxan zənglər bölməsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin qeydiyyatı vardır. Həmin zənglərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə telefon danışığı olmuşdur. Telefonda olan “WhatsApp” mobil tətbiqində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sms yazışmaları bölməsində Təqsirləndirilən şəxs tərəfindən yazılan smslərin silindiyi, xx.xx.2022-ci il tarixdə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs barəsində hazırlayıb Youtube kanalına yerləşdirdiyi video görüntünü Zərərçəkmiş şəxs göndərdiyi müəyyən olunur. Zərərçəkmiş şəxs yazdığı smslərdən görünür ki, sonuncu Təqsirləndirilən şəxs 1.100 manat pul verərək qalan 400 manat pulu da verəcəyini bildirib onun işində problem yaranmaması üçün videonun silinməsini xahiş etmişdir. Sms yazışması xx.xx.2022-ci il tarixə aiddir. Bundan başqa mobil telefonun “Leobank” mobil tətbiqinə daxil olduqda “leobank” kartının nömrəsi 4098 5844 6098 8163 olduğu görünür, həmin karta xx.xx.2022-ci il tarixdə “EManat” ödəmə terminalı vasitəsi ilə 500 manat, həmin ödəmə terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 400 manat və “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 200 manat pul mədaxil olunmuş və həmin pul vəsaitləri müxtəlif ünvanlarda, müxtəlif vaxtlarda ayrı-ayrı marketlərdə müxtəlif ödənişlər etməklə, eləcə də sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla kartdan nağdlaşdırılmaqla məxaric olmuşdur. “Realxəbər.org” youtube kanalına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Realxəbər.org” Youtube hesabına daxil olmaq üçün Youtube internet saytına daxil olundu. Saytda Təqsirləndirilən şəxs məlumatı əsasında istifadəçi adına mailto:qafaroff7111@gmail.comElektron ünvan 2, parol hissəsinə isə *********Husu yazdıqdan sonra sonuncuya məxsus olan “Realxəbər.org” xəbər portalına daxil olundu. Sağ tərəfdə “Youtube” bölməsinə daxil olundu. Bölməyə daxil olduqdan sonra “Kontent” hissəsinə keçid edildi və həmin bölmədə çoxlu sayda videoların olması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yüklənən videonu göstərərək həmin videonun Zərərçəkmiş şəxs barəsində olan video material olduğunu bildirdi. Həmin videonun görünmə imkanı hissəsində “ictimai” olduğu, yəni youtube saytından istənilən şəxsin görməsi mümkün olduğu görsənir. Bundan sonra yüklənmiş həmin videoya daxil olduqda görünür ki, video 1 dəqiqə 51 saniyədən ibarətdir və videonu səsləndirən şəxs baxışda iştirak edən Təqsirləndirilən şəxs özüdür. Təqsirləndirilən şəxs həmin videonu Zərərçəkmiş şəxs tərəfindən ona 500 manat pul verildikdən sonra bir dəfə görünmə imkanı bölməsindən “şəxsi” yarım hissəsini seçməklə youtubedə bağladığını, Zərərçəkmiş şəxs qalan pulu vermədiyi üçün üçün yenidən görünmə imkanı bölməsində “ictimai” hissəsini seçərək yenidən youtube kanalına yerləşdirdiyini, ikinci dəfə 400 manat və daha sonra 200 manat pul verdikdən sonra yenidən həmin videonu youtubedə eyni qaydada bağladığını, qalan 400 manat pulu vaxtında vermədiyi üçün yenidən həmin videonu qeyd olunan qaydada Youtube-a yerləşdirdiyini bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş 02 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, disklərdə səs yazılar və bir ədəd videomaterial vardır. Həmin video material Təqsirləndirilən şəxs iştirakı ilə “Realxəbər.org” youtube kanalına baxış keçirilən zaman həmin kanalda paylaşılmış 1 dəqiqə 51 saniyədən ibarət olan video ilə eyni video material olduğu müəyyən edildi. Həmin video materialda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəmir barmaqlıqlarla əhatələnmiş ərazidə ev quşlarının saxlanılması videosunu göstərərək sonuncu tərəfindən dovşan, toyuq, qaz ferması açmasına, heç bir qəhrəmanlıq göstərmədiyi halda vətən müharibəsi qəhrəmanı adı almasına, əvvəllər xidmət etdiyi hərbi hissədə bir nəfər hərbiçinin digər əsgəri güllələməsinə, Tərtər şəhərindəki hərbi hissədə bölük komandiri vəzifəsindən aşağı vəzifəyə keçirilərək tağım komandiri vəzifəsinə təyin edilməsinə, vətən müharibəsi adı alan Zərərçəkmiş şəxs Şuşa şəhərində şəxsi heyəti qoruya bilməməsinə, şəxsi mənafeyini düşünən zabitlərin ordu sıralarında yüksək vəzifədə irəli çəkilməsinə dair fikirlər səsləndirmişdir. Bundan başqa diskdə olan səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində “RealXeber.org” youtube kanalında paylaşdığı qeyd olunan videonun silinməsi, sildikdən sonra isə yenidən həmin videonun yayılmaması müqabilində hədə-qorxu gəlmək yolu ilə pul tələb etdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılan sms yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində öz istifadəsində olan “RealXeber.org” Youtuba kanalında paylaşdığı video materialın silinməsi müqabilində sonuncudan hədə-qorxu gəlməklə pul tələb etmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş xx.xx.2022-ci il tarixli 21886 nömrəli qəbzdən görünür ki, Sumqayıt şəhəri, 17-ci Mikrorayon, Məhəmməd Əsədov küçəsində yerləşən “Ucuz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kartının son rəqəmləri “60988163” olan bank hesabına 500 manat pul göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliy Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş xx.xx.2022-ci il tarixli 23354 nömrəli qəbzdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Aplus” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kartının son rəqəmi “60988163” olan bank hesabına 400 manat pul göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, X3raşdırılmış MilliÖN ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kartının son rəqəmi “60988163” olan bank hesabına 200 manat pul göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, X3raşdırılmış MilliÖN ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kartının son rəqəmi “60988163” olan bank hesabına 200 manat pul göndərilmişdir. Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 9144 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2.500 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 21-2/3-4291 nömrəli məktubundan görünür ki, Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2.500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cərimə məbləğini dövlət büdcəsinə tam ödədiyindən barəsində olan nəzarət işi xx.xx.2013cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş səs yazılarının olduğu 2 ədəd disk, Təqsirləndirilən şəxs “Leobank” kart hesabına pul göndərilməsinə dair 3 ədəd qəbz, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsi ilə aparılmış sms çıxarışları cinayət işinə əlavə edilmiş, “Samsung Qalaxy A50” markalı və “Redmi Note 8” markalı mobil telefonlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındamn görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 Zaur Telman oğlunun himayəsindədir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X4 vəzinin bədxassəli yenitörəməsi xəstəliyi ilə bağlı 3-cü qrup əlildir. İş materiallarında olan epikrizdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci tip şəkərli diabet xəstəsidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən 2-ci tip şəkərli diabet xəstəsi olmasını, anası X8 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası növündə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş səs yazılarının olduğu 2 ədəd disk, Təqsirləndirilən şəxs “Leobank” kart hesabına pul göndərilməsinə dair 3 ədəd qəbz, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsi ilə aparılmış sms çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Samsung Qalaxy A50” markalı və “Redmi Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.. İş üzrə maddi sübutlar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş materialdan çıxarışa əlavə edilmiş səs yazılarının olduğu 2 ədəd disk, Təqsirləndirilən şəxs “Leobank” kart hesabına pul göndərilməsinə dair 3 ədəd qəbz, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsi ilə aparılmış sms çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Samsung Qalaxy A50” markalı və “Redmi Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-139/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-139/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver