Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-14/2021 05.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkillləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 03, ev 07-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 153.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayının əvvəllərində, gecə saat 22-23 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs barəsində əxlaqsız hərəkətlərə yol verdiyini dərk edərək, özünə məxsus mobil telefonunda seksual xarakterli videolar nümayiş etdirməklə ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayının ortalarında, təxminən saat 13 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əli ilə cinsiyyət orqanını sıxdırmaqla ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayında gecə saatlarında Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əlini şalvarının altına salaraq əli ilə cinsiyyət orqanını sıxdırmış, sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin yayında gündüz saatlarında Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evin mətbəxində olan divanda uzadaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin noyabr ayında, saat 21-22 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs barəsində əxlaqsız hərəkətlərə yol verdiyini dərk edərək, özünə məxsus mobil telefonunda seksual videolar nümayiş etdirməklə ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 20-21 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evdə ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evin yataq otağına çağıraraq öz cinsiyyət orqanını onun ağzına iki dəfə salmış, sonra onun şalvarını aşağı çəkərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 21-22 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zal otağı ilə üzbəüz olan otağa ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çağıraraq öz cinsiyyət orqanını onun ağzına 3-4 dəfə salmış, sonra onun şalvarını aşağı çəkərək onunla qeyritəbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 21-22 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı ünvanda ona aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evin arxasında olan otağa gedərək, həmin otaqda öz cinsiyyət orqanını onun ağzına 5-6 dəfə salmış, sonra onun şalvarını aşağı çəkərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 153.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X4 vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 150.3.3 və 153.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, qeyd olunan ekspertiza rəylərindən göründüyü kimi Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətləri qavrasa da, mahiyyətini dərk etməmiş, habelə onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Belə olan halda Zərərçəkmiş şəxs hadisə zamanı köməksiz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 150.3.3 və 153.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 150.3.3 və 153.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə münasibət bildirməkdən imtina etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vəkili Müdafiəçi1 dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon İdarəsinin müstəntiqi X3 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tatixdə Azərbaycan Respublikası CM-nin 152.2 və 153.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 47 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır.Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İbtidai istintaq zamanı təyin edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə X1 “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx xxxx 2019-cu il tarixli, 462 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur.Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin baş vermiş hadisə dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərini ölçüb-biçmək və onları dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş hadisə barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq imkanına malikdir.Buna görə də Zərərçəkmiş şəxs ona qarşı edilən qərarın təsviri hissəsində göstərilən hərəkətləri qavraya, bu barədə məlumat verə bilərdi. Lakin Zərərçəkmiş şəxs azyaşlı olduğundan həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik deyildir. Ekspertiza gedişində Zərərçəkmiş şəxs ünsiyyətçilik, aktivlik, adaptivlik, şəraitə qane olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edildi. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının (valideyinlərin və qohumlarının) təsiri altında hərəkət etməyə patoloji meyillilik əlamətləri aşkar olunmadı. Lakin Zərərçəkmiş şəxs azyaşlı olduğundan inandığı şəxslərin (valideyinlərin və qohumlarınnın) təsiri altında danışa, hərəkət edə bilər. Hal-hazırkı müayinə gedişatında Zərərçəkmiş şəxs psixi-emosional sfreasında hadisə ilə əlaqədar sıxıntı, narahatçılıq, gərginlik, qorxu və s. müşahidə edilmir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə “Məhkəmə-psixoloji ekspertizası” təyin olunaraq xx.xx.2020-ci il tarixli, 11/171 nömərli ekspert rəyi alınmışdır. Ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Fərdi psixi xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Əqli inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Həmçinin xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesi zamanı müdafiə tərəfinin vəsatəti əsasında Ədliyyə Nazirliyinin MEM-nə “Əlavə komisyon məhkəməpsixoloji ekspertizası” təyin olunaraq xx.xx.2021-ci il tarixli, 11/359 nömrəli rəy alınmışdır. Ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstəmək qabiliyyətinə malik olmamışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətləri qavrasa da, mahiyyətini dərk etməmiş, habelə onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Belə olan halda Zərərçəkmiş şəxs hadisə zamanı köməksiz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10-cu maddəsinə əsasən Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə dövlət ittihamçısı X2 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələrinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı X2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələrinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, xx.xx.2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılması ilə bağlı qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-14/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-14/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver