Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-14/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx xxxx 1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Sabirabad şəhəri 8-ci mikrorayon Azadlıq prospekti ev 20/180, mənzil 104-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X3 və xx xxxxxxxx 1978-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunan, Sumqayıt şəhəri 6-cı məhəllə, Nizami küçəsi 19C-də qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyəti kimi qeydiyyata aldıracağını və bununla bağlı müvafiq sənədləri alıb ona verəcəyini yalandan vəd verib aldadaraq, 06 iyun 2019-cu il tarixdə Xırdalan şəhəri H.Əliyev prospektində köhnə bazarın qarşısında Təqsirləndirilən şəxs1la birlikdə 6000 pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fizuli adlı şəxsi uzun müddətdir ki, tanıyır. 2019-cu ilin iyun ayının sonunda Fizuli Qabil adlı şəxsi onunla Xırdalan şəhərində köhnə bazarın yanında olan kafedə tanış etmişdir. Qabil demişdir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşadığı ev var və həmin evi qaynatası Zərərçəkmiş şəxs adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldırmaq istəyir və bu işdə ona köməklik etmək lazımdır. O, da Qabilə demişdir ki, onun yaşadığı evə qaynatası Zərərçəkmiş şəxs adına mülkiyyəti təsdiq edən çıxarış almağa köməklik edəcək, evin sənədlərinin həll edilməsinə təxminən 5000 manat pul lazım olacaq.Qabil də demişdir ki, onun elə 5000 manata imkanı çatacaq. Ondan təxminən 15-20 gün sonra Xırdalan şəhərində köhnə bazarın yaxınlığında Qabil ilə görüşmüş və Qabil ona evinə dair eskiz lahiyyəni, ondan 3-4 gün sonra Xırdalan şəhərində 1 nömrəli məktəbin yanında Qabil ona 4800 manat pul vermişdir. Ondan təxminən bir ay sonra 2019-cu ilin iyul ayında Qabil ona yenə 1 saylı orta məktəbin yaxınlığında 200 manat pulu da vermişdir. O, Qabilə demişdir ki, sənədlərin hazırlanması təxminən 3-5 ay çəkəcək. Ondan sonra şəxsi işlərimdə problemləri olmuş və Qabilin ona verdiyi pulları da şəxsi ehtiyyaclarına xərcləmişdir. Qabil ondan torpaq sahəsinin sənədlərini istədiyi üçün o, da Bakı şəhərində hazırda xatırlamadığı kompyuter salonunda Zərərçəkmiş şəxs adına Dövlət Ryestr Xidmətinnin təsdiqetmə bildirişini hazırlayıb və Qabil ilə görüşüb həmin bildirişi ona vermişdir. O, evdə xəstə olanda Qabilin qaynatası Səməd evlərinə gəlib, lakin o, yatdığı üçün Səmədi görməmiş, həmin vaxt, yəni 2019-cu ilin noyabr ayında qardaşı Mübariz Səməddən 6000 manat pul almağı barədə Səmədə əlyazma yazıb vermişdir. Əvvəlki ifadəsində düzgün göstərməmiş, Səmədin torpaq sahəsinə sənəd alınması ilə bağlı Eldənizlə heç bir söhbəti olmamış və onunla bağlı Eldənizə heç bir pul da verməmişdir. Eldəniz ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonralar onunla münasibəti pozulmuş, Eldənizə yaxşılığı çox olmuş, Eldəniz isə onun yaxşılığının qədrini bilmədiyi üçün o, da ona pislik etmək üçün puldan 2800 manat ona verdiyini yalandan bildirmişdir. Əslində Eldənizə heç bir pul verməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə qardaşı olan Təqsirləndirilən şəxs1 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, Əlövsət Hüseynovun ifadəsində göstərilənlərə oxşar məzmunlu ifadə verərək, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə qardaşı olan təqsirləndirilən şəxs Əlövsət Hüseynov ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki evinə rəsmi sənəd, Daşınmaz Əmlakın Dövlət Ryestr xidmətindən çıxarış almaq istəyirmiş. 2019-cu ilin iyun ayın əvvəllərində Abşeron rayonun Masazır qəsəbəsində yaşayan həmyerlisinin evində olduğu vaxt orada adının Fizuli olduğunu bildiyi şəxsə evinə çıxarış almaq istədiyini dedikdə, Fizuli ona demişdir ki, Mübariz və Əlövsət qardaşlar var, onlar belə işləri düzəldir. Həmin vaxt Mübariz və Əlövsət qardaşları da orada olmuşlar, Fizuli onları ona göstərib və onlarla söhbət etməyi demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və X5 qardaşları onu kənara çəkib demişlər ki, onlar evin bütün sənədlərini həll edəcəklər, evinə çıxarış da alacaqlar, belə ki, qardaşları Şamxal Əmlak Komitəsində işləyir, Şamxalın vasitəsilə onun evinə çıxarış düzəldəcəklər. Onlar evə çıxarış almaq müqabilində ondan 6000 manat istəmişlər və o, da razılaşmışdır. Beləliklə, o, 06 iyun 2019-cu il tarixdə, saat 12 radələrində Xırdalan şəhərində, köhnə bazar deyilən yerin yaxınlığında 6000 manat pulu və evin sənədlərini çıxarış almaq üçün Əlövsətə vermiş, Əlövsət pulu sayıb götürmüşdür. Mübariz də orada olmuşdur. Onun Əlövsətə həmin pulu və evinin sənədlərini verməsini Fizuli də görmüşdür. Əlövsət və Mübariz evinin çıxarışını 2 həftə müddətinə alıb, ona verəcəklərinə söz vermişlər. O, da onların dediklərinə inanmış və gözləməli olmuş, onların dediyi müddət keçmiş, lakin evin çıxarışını ona gətirməmişlər. Buna görə Mübarizin və Əlövsətin mobil telefonlarına dəfələrlə zəng edib evinin çıxarışını verməsini, ya da evin sənədlərini və ondan aldıqları 6000 manat pulunun qaytarmalarını tələb etmişdir. Onlar isə hər dəfə verdikləri vədi 1-2 günə həll edəcəklərinə söz vermişlər. Sonradan isə Əlövsət ona demişdir ki, ona pul verməyini sübut edə bilməz, ona sənədlə pul verməyib, nə istəyirsə eləsin.O, görmüşdür ki, həmin qardaşlar onu aldadıb pulunu alıblar, onun üçün heç bir iş görməyəcəklər. Onlarla maraqlanmış və onların əslən Sabirabad rayonundan olduqlarını öyrənmişdir. Pulunu ala bilməyəcəyini görüb və buna görə də, bu barədə Abşeron rayon prokuroruna ərizə ilə müraciət etmiş və həmin ərizəsinə Mübarizin həqiqətən də qardaşı Əlövsət ilə ondan evinə çıxarış alması üçün 6000 manat aldıqlarını təsdiq etməsi barədə yazdığı izahatının surətini əlavə etmişdir. Hətta Əlövsət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin onun adına olan təsdiqləmə bildirişin surətini də ona verib demişdir ki, ərizə qeydiyyata alınıb sənədlər hazırlanacaq. Əlavə olaraq dəymiş ziyanın təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun kürəkəni Qabili onunla qonşu olduqları üçün tanıyır. 2019-cu ilin payız aylarında Səməd ilə Qabil ona demişlər ki, Ceyranbatan qəsəbəsində yaşadıqları evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər.O, da onlara demişdir ki, maraqlanıb onlara xəbər edəcək. O, həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Abşeron rayon şöbəsindən maraqlandım və ona demişlər ki, Səmədin yaşadığı ev Sumqayıt şəhərin ərazisində yerləşdiyi üçün buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Sumqayıt şəhər şöbəsinə müraciət olunmalıdır. O, da Səmədə və kürəkəni Qabilə bu barədə demişdir. Həmin ərəfələrdə Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində çay içəndə əvvəllər tanıdığı Əlövsət Hüseynovla rastlaşmış, elə Əlövsət ilə söhbət zamanı ona Səmədin yaşadığı evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istədiyini bildirmişdir. Əlövsət də demişdir ki, qardaşı Şamxal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyir, onun köməyi ilə Səmədin evinə sənəd aldıra biləcək. O, da həmin vaxt Qabilə zəng edib bu barədə demiş, həmin vaxt Qabil gəlib onun yanında Əlövsət ilə evin sənədinə görə söhbət etmişlər. Ondan sonra onlar bir-birinin telefon nəmrələrini götürüb getmişlər. Ondan bir müddət sonra Səməd və kürəkəni Qabil ona demişlər ki, evlərinə sənəd alınması üçün Əlövsətə 6000 manat pul veriblər və Əlövsət onları aldadır, evlərinə sənəd almayıb, pullarını da qaytarmır. O, da dəfələrlə Əlövsətə bu barədə demiş, Əlövsət söz vermişdir ki, Səmədin pulunu qaytaracaq. Səməd də onun üstünə gələrək ona demişdir ki, Əlövsəti onlarla o, tanış etmiş, pulun alınmasında da onlara köməklik etsin. 27 noyabr 2019-cu il tarixdə Səməd ilə birlikdə Kristal Abşeron yaşayış kompleksində Mübariz ilə görüşmüş və Mübariz demişdir ki, Səmədin pulu qaytarılacaq. Həmin vaxt Mübariz özü yazılı şəkildə də Səməddən 6000 manat pul almaqları barədə yazıb Səmədə vermişdir. Səməd və ya Qabilin Əlövsətə 6000 manat pul verilməsində o, iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mübariz və Əlövsət Hüseynovlar onun qardaşlarıdır. Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər tanımırmış və ona görə də aralarında heç bir qərəzli münasibəti olmamışdır. 2019-cu ilin sonlarında ona məlum olmuşdur ki, Səmədin kürəkəni Qabil adlı şəxs evinə sənəd alınması üçün qardaşı Əlövsətə 4800 manat pul vermişdir. Bununla bağlı Qabilin qaynatası Səməd ilə Əlövsət arasında narazılıq olmuşdur. Hətta Səməd qardaşı Əlövsətin yaşadığı evə gəlmiş, lakin Əlövsət xəstə olduğuna görə Əlövsətin əvəzində qardaşı Mübariz əlyazma da yazıb Səmədə vermişdir ki, onun evin sənədinə görə bildirdiyi 6000 manat pulu ona yaxın günlərdə qaytaracaq.Ondan sonra Səməd onunla da dəfələrlə görüşmüş və bildirmişdir ki, qardaşı Əlövsət ilə Mübarizə evinin sənədlərinin alınması üçün 6000 manat pul vermişdir. O, bu barədə Əlövsətdən soruşanda isə Əlövsət demişdir ki, qardaşı Mübarizin bu işlərdən xəbəri olmamış, evin sənədlərinin alınması üçüb Qabil ona cəmi 4800 manat pul vermişdir. O, da Səmədə 5000 manat pulun qaytarılmasını təmin etmişdir. Qeyd etmişdir ki, o, Daşınmaz Əmlakın Dövlət Ryestri xidmətində heç vaxt işləməmiş, qardaşı Əlövsətin Qabildən pul almasından belə xəbəri olmamış, həmçinin heç kimə hansısa sənədin alınmasında köməklik edəcəyini vəd etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır, yaşadığı ev Sumqayıt şəhəri Ceyranbatan bağlar massivində yerləşir. Qaynatası Səməd həmin evə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirmiş. Şahid2 adlı şəxsi tanıyırmış. 2019-cu ilin yayında o, Fizuliyə bu barədə demiş, Fizuli ona demişdir ki, sənəd almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Sumqayıt şəhər şöbəsinə müraciət edilməlidir. Sonra həmin ərəfələrdə bir gün Fizuli onu Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində çayxanaya çağırmış və orada Fizuli onu ilk dəfə gördüyü Əlövsət adlı şəxs ilə tanış etmişdir. O, Əlövsətə ev sənəd almaq istədiyini demiş, Əlövsət əvvəl ona demişdir ki, yaşadığı evə qaynatasının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala biləcək, buna görə təxminən 8000 manat pul lazımdır. O, da Əlövsətdən ayrılmış və qaynatası Səmədə zəng edib bu barədə demişdir. Səməd də demişdir ki, o, özü Əlövsət ilə görüşüb danışacaq. 06 iyun 2019-cu il tarixdə o, Səməd ilə evdən çıxıb Xırdalan şəhərində bazarın yanına gəlmişlər, Əlövsət də telefonda demişdir ki, orada onları gözləyir. Həmin vaxt Əlövsət qardaşı Mübariz ilə gəlmişdir. Səməd özü onlarla kənarda söhbət etmiş, özü isə onlardan aralıqda dayanmışdır. Səməd onun yanına gələndən sonra demişdir ki, Əlövsət ilə Mübarizə 6000 manat pulu və evin eskiz lahiyyəsini də verib. Lakin ondan sonra Əlövsət heç bir sənəd alıb verməmiş və elə hər dəfə yalan vəd vermişdir. Əlövsət pulu alanda Səmədə demişdir ki, iki ay müddətində sənəd verəcək. 2019-cu ilin sentyabr ayının ortalarında Əlövsət ona Xırdalan şəhərində bazarın yanında görüşüb Səmədin adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Təsiqləmə bildirişini verib demişdir ki, sənədləşmə hazırlanır. Onlar dəfələrlə Əlövsətə bu barədə demiş, Əlövsət söz vermişdir ki, Səmədin pulunu qaytaracaq. 27 noyabr 2019-cu il tarixdə Səməd ilə birlikdə Kristal Abşeron yaşayış kompleksində Mübariz ilə görüşmüş və Mübariz demişdir ki, Səmədin pulu qaytarılacaq. Həmin vaxt Mübariz özü yazılı şəkildə də Səməddən 6000 manat pul almaqları barədə yazıb Səmədə vermişdir.Həmin vaxt Fizuli də yanlarında olmuşdur. Qeyd etmişdir ki, Əlövsət ifadəsində yaşayn göstərib, o, Əlövsətə heç bir pul verməmiş, pulu qaynatası Səməd vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafı ilə yanaşı şahidlərin ifadələri, o cümlədən iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsi ilə təqdim etdiyi əlyazmanın surətindən görünür ki, “27 noyabr 2019-cu il, Mən Təqsirləndirilən şəxs1 verirəm həmin bu izahatı ondan ötrü ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs evinin (Ceyranbatan) sənədlərinin və kupçanın düzəlməsi haqqında mənə verilmiş 6000 (altı min manat) AZN pulunu götürmüşəm. Sənədləri düzəldib versəm, pul mənə qalmalıdı, əgər düzəldə bilməsəm Səməd dayının pulunu qaytarmalıyam. 6000 (altı min m.) AZN. İzahatı özüm yazdım, öz imzamla təsdiq edirəm, iki həftə müddətinə hazır olacaq. İmza, AZE-********” göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təsdiqetmə bildirişin surətində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ərizəsi xx.xx.2019-cu il tarixdə icra olunacaqdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 8500 manat cərimə cəzasına məhkum edilmişdir. Ağdam Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 8500 manat cərimə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cü il tarixli əlyazmanın surəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təsdiqetmə bildirişin surəti maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin Abşeron filialının qəbzində görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 1500 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından yayındığına barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından yayındığına barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tutularaq Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, X5 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, onun X4 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, ö cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığı, ö cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 xx.xx.2019-cü il tarixli əlyazmanın surəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təsdiqetmə bildirişin surəti cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxslər X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 xx.xx.2019-cü il tarixli əlyazmanın surəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təsdiqetmə bildirişin surəti cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-14/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-14/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver