Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-14/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X7, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx.xx.1970-ci ildə İsmayıllı rayon, Sulut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayon, Sulut Ərazi Dairəsi, Kələzeyvə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 23/26-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 etibarından sui istifadə edərək sonuncuya Abşeron rayonu Qobu qəsəbəsində 02 sot torpaq sahəsi satacağına və torpaq sahəsinin sənədlərini düzəldəcəyi ilə bağlı yalandan vəd edib aldadaraq ondan bu niyyətlə xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə görə 5700 manat, həmin torpaq sahəsinin sənədlərini həll edəcəyi ilə əlaqədar xx.xx.2021 -ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində 1200 manat, 100 manat pulu alıb ələ keçirərək Qəşəm Şirəliyevi aldadıb vahid niyyətlə ümumilikdə 7000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildə Şahid1 Abşeron rayonu, Qobu qəsəbəsində ümumilikdə 0,66 ha torpaq sahəsi almışdır. 2013-2016-cı illər ərzində həmin torpaq sahəsindən 0,46 ha torpaq sahəsini ehtiyacı olduğu üçün satmışdır. Qalan 0.20 ha torpaq sahəsi isə etibarnamə ilə onun mülkiyyətində qalmışdır. 2020-ci ildə yenidən ehtiyacı olduğu üçün həmin 0.20 ha torpaq sahəsini də satmaq qərarına gəlmiş və bu barədə torpaq alqı- satqısı ilə məşğul olan şəxslərə bildirmişdir. xx.xx.2021 -ci ildə Qəşəm onunla əlaqə saxlayaraq torpaq sahəsinə baxmaq istəmişdir. O, Qəşəmə etiraz etməmiş və Qəşəm həmin gün torpaq sahəsinə gələrək oraya baxdıqdan sonra bəyəndiyini bildirmişdir. Qəşəm 0.02 ha torpaq sahəsi almaq istədiyini demişdir. Qəşəmlə 0.02 ha torpaq sahəsinə görə ümumilikdə 5500 manata razılaşmışlar və Bakı şəhəri 43 saylı notariat ofisinə getmişlər. Orada aralarında torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsi bağlanmış və onun tərəfindən torpaq sahəsinə dair Qəşəmə etibarnamə verilmişdir. Qəşəm də ona orada 5500 manat pul vermişdir. Bundan sonra Qəşəm ona torpaq sahəsində tikinti işlərinin aparılmasında köməklik etməyini xahiş etmişdir. O, da Qəşəmə etiraz etməyərək bunun üçün xərcinin çıxacağını demişdir. Həmçinin qiyməti hesablayaraq 1300 manat məbləğində xərcinin çıxacağını bildirmişdir. Qəşəm də əvvəlcə tikinti işlərinin aparılmasına icazə alınması üçün 1200 manat, daha sonra isə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün ona 100 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Qəşəm onunla əlaqə saxlayaraq torpaq sahəsinin koordinatlarının razılaşdıqları kimi olmadığını, kompüterdə torpaq sahəsinin çəpinə göstərildiyini demişdir. Həmçinin belə olan halda torpaq sahəsini istəmədiyini və pulu geri qaytarmağını demişdir. O da Qəşəmdən pulunun qaytarılması üçün bir qədər vaxt istəmişdir. Lakin Qəşəı razılaşmamış və onun sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. Hazırda o, zərər çəkmiş şəxs X8 ilə barışmış, ona vurulmuş ziyanı tam ödəmiş və dövlət büdcəsinə 25 % ödəniş etmişdir, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 ifadəsində göstərdi ki, ”X18 and Foundry Company” MMC-də Mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə təmirçi-çilingər vəzifəsində işləyir. 2021-ci ilin mart ayında özünə Abşeron rayonu Qobu qəsəbəsində torpaq sahəsi axtarmışdır ki, torpaq sahəsi alsın və ev tikərək yaşasın. Çünki hal-hazırda evi olmadığı üçün kirayədə yaşayır. Bu məqsədlə mart ayında tarix dəqiq yadında deyil Seymur adlı tanışı ona demişdir ki, Ərəstun adlı şəxs var onun torpaq sahəsi var satır. Sonradan ona tanışı Mehmanın vasitəsi ilə Ərəstunu tapmışdır. O, mart ayında Ərəstunla görüşmüş, Ərəstun onu Abşeron rayonu Qobu qəsəbəsində yerləşən boş torpaq sahəsinin yanma aparmış, həmin torpaq sahəsinin özünə məxsus olduğunu və sotunu 2750 manata sadığını bildirmişdir. Onun da torpaq sahəsinə baxdıqdan sonra xoşu gəldiyi üçün həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Ərəstunda ona demişdir ki, alqı-satıqı notariat kantorunda edəcəklər. Bu məqsədlə 01 aprel 2021-ci il tarixdə saat 13 radələrində Ərəstunla Bakı şəhəri Nəsimi rayonunda yerləşən 43 saylı Notariat kantorunda görüşmüşdür. Həmin vaxtı Ərəstuna 5500 manat pul vermiş sonuncu da onunla ilkin olaraq alqı-satqı müqaviləsi bağlamış və ona 283700 nömrəli etibarnamə vermişdr. Sonradan o, qərara gəlmişdir ki, həmin torpaq sahəsində tikinti işləri aparctm. Həmçinin torpaq sahəsini öz adma sənədləşdirsin. Bundan sonra Ərəstun ona demişdir ki, torpaq sahəsinin həmçinin tikintinin aparılması üçün icazənin alınması üçün özü məsələni həll edə bilər. Bunun müqabilində Ərəstun ondan 1300 manat pul istəmişdir. O, da 15 aprel 2021-ci il tarixdə bütün torpağı sənədləşdiriulməsi üçün o, cümldən katast və digər sənədləşməmin həllə edilməsi üçün Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Lukoil yanacaqdoldurma məntəqəsinin yaxınlığında 1300 manat pulu vermişdir. Ümumilikdə Ərəstun ondan həmin torpaq sahəsinin satılmasına görə və torpaqğm sənədləşdirilməsinə görə 6800 manat pul almış, 200 manatıda o, Notariat kontoruna alqı-satqıya görə vermişzmp. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərəstuna məxsus olmadığı halda sonuncu onu aldadaraq pulunu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindəntam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999cu ildən 2009-cıı ildədək Abşeron rayonu Qobu bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır. Ərəstunu onunla Hökməli qəsəbəsində yaşayan mərhum Firudin tanış etmişdir. Belə ki, Firudin onun kiminləsə mübahisəsinin olduğunu və ona 46 sot torpaq sahəsi etibarnamə ilə lazım olduğunu demişdir. Firudin ilə də onun münasibəti olduğu üçün qərara gəlmişdir ki, Hökməli-Qobu yolunun sol tərəfində yerləşən öz şəxsi torpaq sahəsindən 46 sotunu Firuddinə versin. Onun adma etibarnamədə vermişdir. Bundan sonra onun həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir alqı-satqısı olmamışdır. Bildirmişdir ki, Ərəstundan 27000 manat pul almamış, sonuncunun onun barəsində yazmış olduqları tam yalandır. Belə ki, Ərəstun onun barəsində həmin fakla əlaqədar Abşeron rayon polis idarəsinə müraciət etmişdir və həmin faktla əlaqədar Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq Mehman Novruzov tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, bir daha göstərir ki, Ərəstunun özünə birbaşa torpaq sahəsi verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X2 təxminən 3 il olarki, tanıyır. Belə ki, Seymur Abşeron rayonu Hökməli qəsəbəsində usta kimi fəaliyyət göstərir. 2021-ci ilin mart ayında Seymur onu Abşeron rayonu Qobu qəsəbəsində görmüş, ondan buralarda torpaq satan olubolmadığını soruşmuş, o, da tanışı Ərəstunu göstərərk «Ərəstun deyir ki, ona məxsus burada torpaq sahəsi var satır»-bildirmişdir. Bundan sonra Seymurla yanında olan Qəşəm Ərəstunla görüşüb razılaşmışlar və 2 sot torpaq sahəsini 5500 manata razılaşaraq alqısatqı etmişlər. Bundan sonra Qəşəm ona demişdir ki, tikintinin icazəsi icazəsi üçün də Ərəstuna 1300 manat pul vermişdir. Lakin buna baxmayaraq Ərəstun Qəşəmin torpaq sahəsinin sənədlərini düzəldə bilməyəcəyi üçün Qəşəmdə ondan şikayət etmişdir Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, buna görə də ona qarşı hər hansı şikayəti və tələbi yoxdur,odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü təqsirli bildiyini, dəyən ziyanın və dövlətə olan ödəməni etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər,zərərçəkənin izahatı, şahidlərin ifadələri, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 7000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1752 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə İsmayıllı rayon məhkəməsinin qərarı ilə 09 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci ildə şərti olaraq vaxtından əvvəl azadetmənin müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişidir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1204 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 25-ci vərəqində olan xx.xx.2021-ci il tarixli izahatın 1-ci səhifəsindəki imzalar və 2-ci səhifəsində “imza” qrafasındakı imza, 111-ci vərəqində olan “təqsirləndirilən şəxsin müdafiəçisinin hüquqi yardımdan istifadə hüquqlarının təmin edilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Поладов” soyadı önündək imza, 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: “Поладов” qrafasındakı imza, 114-cü vərəqində olan “müdafiəçi tutmaq və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olmasını təqsirləndirilən şəxsə izah olunması və müdafiəçi təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 115-ci vərəqində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” xx.xx.2022-ci il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 117-ci vərəqində olan “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar, 118-ci vərəqində olan “Təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” xx.xx.2022-ci il tarixli bildirişdə “Bildirişi aldım:” qrafasındakı imza, 119-cu vərəqində olan “təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 120-122-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunun 1- ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqin yuxarı və aşağı hissələrindəki imzalar, 3-cü vərəqində “İmza” qrafasındakı imza, 123-cü vərəqində olan “Təqsirləndirilən şəxin həbsə alınması üçün məhkəməyə təqdim edilmiş materiallarla tanış olması barədə” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” jgı^fa&mdakı imza, 174-cü vərəqində olan “İbtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan etmə haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 175-ci vərəqində olan “Təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmə tıaqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/631 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi M.Əliyevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21- 3-32/2-15829/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:qərardadın birinci sualı üzrə: Elektron məlumat bazasına əsasən X8 tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə **********73, **********04, **********50, **********44 reyestr nömrəli çıxarışlarla X9, X12, X5, X1 üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.Qərardadın ikinci sualı üzrə: Şahid1 xüsusi mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində 0,0978 ehtiyat fondu torpağı (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********28 reyestr nömrəli) mövcuddur, **********28 reyestr nömrəli Şahid1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinin döngə nöqtələrinin koordinatları naturada məhkəmə və tərəflərin iştirakçılarına tanıdıldı, lakin **********93 reyestr nömrəli çıxarışla Şahid1 sənəd üzrə torpaq sahəsinin koordinatları ilə ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları üst-üstə düşür, Şahid1 tərəfindən məhv ərizəsi təqdim ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq olaraq baxılacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzartəi altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş Abşeron rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli Qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş 27 dekabr 2022-ci il tarixdə tutularaq MSY-ə təqdim edilmişdir. Hal-hazırda da həbsdədir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə 112 manat məbləğində məhkəmə ekspertizası xərci vardır ki, bu təqsirləndirilən şəxsdən tutulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 112 (yüz on iki) manat məbləğində məhkəmə ekspertizası xərci tutulsun. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-14/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-14/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver