Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-140/2020 21.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Zərdab rayonu, Məmmədqasımlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 44 ünvanında qeydiyyatda olmaqla, Zərdab rayonu, Məmmədqasımlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yeni tikilmiş ticarət mərkəzinin yarımzirzəmisində yerləşən «Sultan» kafesinə müştəri qismində gələrək, kafe işçilərinin başlarının qarışıq olmasından istifadə edib, həmin kafedə inzibatçı işləyən Zərərçəkmiş şəxs məxsus kafenin zalında masanın üzərində olan qara rəngli əl çantasından 10 manat dəyərində pul qabını və həmin pul qabının içərisində olan 585 manat məbləğində nağd pulu və içərisində pul vəsaiti olmayan plastik bank kartlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 595 (beş yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yeni tikilmiş ticarət mərkəzinin yarımzirzəmisində yerləşən «Sultan» kafesinə müştəri qismində gələrək, kafe işçilərinin başlarının qarışıq olmasından istifadə edib, həmin kafedə inzibatçı işləyən Zərərçəkmiş şəxs məxsus, kafenin zalında masanın üzərində olan 01 ədəd 900 manat dəyərində «Honor-9 LİTE» markalı mobil telefonu, həmin telefonun üzərində olan 10 manat dəyərində üzlüyü və telefon üzlüyünün içərisində olan 485 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1395 (min üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Sultan» kafesinə şam yeməyi üçün getmiş, kabinetlərin birində əyləşib özünə yemək sifariş verib yeyib içdikdən sonra hesabını verib çıxıb getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə saat 15 radələrində yenidən «Sultan» kafeyə getmiş və kafenin zalında stolların birində əyləşib lülə kabab sifariş vermişdir. Kafeni işlədən Ayaz adlı şəxs kabab bişirən vaxtı, o, kafedə işləyən inzibatçı qadının stoluna yaxınlaşmışdır. Stolun üzərində qara rəngli əl çantası olmuş, və o, ətrafa baxıb onu kiminsə görmədiyindən əmin olub əl çantasını açıb içərisindən çəhrayi rəngli qadın pul qabını görüb götürmüşdür. Pul qabını arxa cibinə qoyub, kafenin kabinetlərinin birinə getmiş, orada pul qabını açmış və 239 manat pulun və bank kartlarının olduğunu görmüşdür. Pul qabının içərisindən 239 manat pulu və bank kartlarını götürüb cibinə qoymuş, pul qabını kabinetdə yerləşən divanın oturacağının altına qoymuşdur. O, oradan çıxıb öz oturduğu masaya tərəf gedib əyləşmiş, yeməyini yedikdən sonra 20 manat hesabını Zərərçəkmiş şəxs verib həmin kafeni tərk etmişdir. Daha sonra oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin hadisədən təxminən 3-4 gün keçdikdən sonra o, yenidən oğurluq etdiyi «Sultan» kafesinə həmin kafedən oğurluq etdiyini kiminsə bildiyini öyrənməsi məqsədi ilə getmişdir. O, kafeni işlədən Şahid1la söhbət etmiş və onun oğurluq etdiyini kiminsə bilmədiyinə əmin olmuşdur. O, kafenin zalında masaların birində əyləşib kabab sifariş vermiş, Ayazla əyləşib kabab yeyəndən sonra, Ayaz çölə çıxmış, o, isə Zərərçəkmiş şəxs çay sifariş vermişdir. Lalə çay hazırlamağa getmiş, o, bundan istifadə edib, Lalənin əyləşdiyi masanın üzərindən işlənmiş arxa hissəsi çatlamış «Honor-9» markalı telefonu götürüb cibinə qoyaraq, Ayazın və Lalənin gəlməyini gözləmədən və hesabı vermədən kafedən çıxıb getmişdir. Oğurladığı telefonu Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrosunun qarşısında telefon alqı-satqı obyektinə 90 manat satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyacların xərcləmişdir. Həmin hadisədən təxminən 15 gün keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə «Sultan» kafenin yaxınlığında dayandığı vaxt «Sultan» kafeni işlədən Ayaz adlı şəxs ona tərəf gəlmişdir. Ayaz ona yaxınlaşaraq, onu tanıdığını soruşan zaman, o, Ayazı tanıdığını bildirmişdir. Bundan sonra Ayaz ona kafeyə getməsini xahiş etmiş, o, etiraz etmədən Ayazla kafeyə getmişdir. Kafeyə daxil olduqda orada Lalə olmuş, o, Ayazla masaların birində əyləşmişdir. Ayaz ona kafedən oğurluq etdiyini soruşduqda, o, kafedən telefon oğurladığını etiraf etmişdir. Ayaz ondan atasının nömrəsini istəmiş, o, da atasının nömrəsini Ayaza vermişdir. Ayaz atası ilə danışaraq, kafesindən oğurluq etdiyini bildirmişdir. Ayaz atası ilə danışdıqdan sonra o, Lalə ilə Ayaza əgər onu polisə versələr pul ala bilməyəcəklərini demişdir. Ayaz onunla razılaşmış və ondan harada qaldığını soruşmuşdur. Ayaz onunla birlikdə onun kirayə qaldığı evə getmiş, evin qapısını açıb içəriyə daxil olduqdan sonra Ayaz evi axtarmağa başlamış, Ayazgil evdən bank kartları tapmışlar, o, oğurladığı telefonun üzərində olan iki ədəd sim kartları Ayaza vermiş, sonra hamılıqla evdən çıxmışlar. Bundan sonra o, «Zəka» marketin qarşısına getmiş, bir az orada dayandıqdan sonra Ayaz idarə etdiyi «Toyota» markalı avtomobillə geriyə qayıtmış və marketin qarşısında dayanıb ona avtomobilə əyləşməsini xahiş etmişdir. O, avtomobilə əyləşdikdən sonra Ayazla yaşadığı evin qarşısına getmişdir. O, evin qapısını açdıqdan sonra Ayaz onu içəriyə itələmiş, sonra isə Lalə ona yaxınlaşaraq, masanın üzərində olan bakalı başına vurmuşdur. Bakal başında çatlamış, və onun başından qan axmağa başlamışdır. Buna baxmayaraq, Lalə onu döyməyə davam etmişdir, Ayaz onu tutub saxlamış, Lalə isə onu yumruq, sillə ilə vururmuşdur. Təqsirləndirilən şəxs sonda əməlində səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, təxminən 1 aya yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Sultan» kafedə inzibatçı işləyir. İş vaxtı günorta saat 16 radələrindən gecə saat 24 radələrinə kimidir. Onun işi kafenin bütün işlərinə və işçilərinə nəzarət etməkdən ibarətdir. Təxminən 15 gün bundan əvvəl işlədiyi kafeyə günorta saat 15 radələrində tanımadığı 1 nəfər cavan oğlan müştəri kimi gələrək 2ci kabinetdə əyləşib yemək sifariş vermişdir. Ona sifariş aparılıb veriləndən sonra həmin şəxs, yemək yeyib hesabı verib çıxıb getmişdir. Bir az vaxt keçdikdən sonra o, özünə məxsus pul qabını tapa bilməmiş və həmin pul qabının evdə qaldığını düşünmüşdür. İşdən çıxıb evə getdikdən sonra evi axtarmış, lakin pul qabını tapa bilmədiyindən onun kafedən oğurlandığını düşünmüşdür. Həmin hadisədən təxminən bir həftə sonra iş yerinə pul qabı itən gün kafeyə gələn müştərilərdən biri həmin vaxt tanımadığı saqqallı, sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs gəlmişdir. Həmin şəxs onun iş masası ilə üzbəüz yerləşən masada əyləşmiş, o, kabab və çay sifariş vermiş, onun başı öz işlərinə qarışdığı üçün həmin şəxs hesabı vermədən özünə məxsus 900 manat dəyərində «Honor-9» markalı mobil telefonunu və telefonun arxa üzlüyündə olan 485 manat pulla birlikdə oğurlamışdır. O, oğurluq olduğunu başa düşdükdən sonra küçəyə həmin şəxsin arxasınca çıxsa da, həmin şəxsi tapa bilməmişdir. Təxminən həmin hadisədən 10 gün keçdikdən sonra işlədiyi kafenin yaxınlığında küçədə telefonunu və pulunu oğurlanan gün kafeyə müştəri kimi gələn saqqallı oğlanı, yəni Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Küçəni keçərək həmin şəxsin yanına gedib qolundan tutub ona «yeyib içib hesabı da verməyib telefonumu da oğurlamısan» sözlərini demişdir. O, həmin şəxsi kafeyə tərəf dartıb gətirərək ondan polisə şikayət edəcəyini bildirmişdir. Həmin şəxs ona telefonu oğurladığını, Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında 90 manata satdığını bildirmişdir. Daha sonra Mehdi telefonunun üzərində olan 02 ədəd sim kartların kirayə yaşadğı evdə olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, evdə Təqsirləndirilən şəxs ağ sellofan paketin içərisindən özünə məxsus 02 ədəd sim-kartı verərkən, həmin selofanın içərisində telefonu oğurlanmamışdan öncə oğurlanmış pul qabının içərisində olan bank kartlarının olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs özünə məxsus kartların onda necə olmasını soruşduqda, Mehdi həmin kartların onda necə olmasını izah edə bilməmişdir. Həmin vaxt o, əsəbləşərək Mehdiyə düz danışması üçün sifət nahiyyəsindən bir sillə vurmuşdur. O, əsəbindən masanın üzərində olan su stəkanını Mehdinin başından vurmuş, həmin vaxt sonuncunun başından qan gəlmiş, şüşədə onun əlini kəsmişdir. Ayaz da onun üstünə qışqıraraq, «niyə vurdun mən bunu polisə verəcəkdim» sözlərini demişdir. Bundan sonra onlar hamılıqla Ayazın avtomobilinə əyləşərək Mehdini polislərə təhvil vermişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1990 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 1 aya yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Sultan» kafeni icarəyə götürüb 2 ilə yaxın qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə bir yerdə işlədir. Təxminən 15-20 gün bundan əvvəl işlədikləri kafeyə 4 nəfər tanımadığı cavan oğlan gələrək 2-ci kabinetdə əyləşib çay və yemək sifariş vermişlər. Həmin müştərilər yemək yeyib çaylarını içdikdən sonra öz hesablarını ödəmək üçün 50 manat pul vermişlər. Zərərçəkmiş şəxs müştərilərin xırda pulunu qaytarmaq üçün əl çantasından pulunu çıxarmaq istəyən zaman pul qabının yerində olmadığını müəyyən etmişdir. Daha sonra o, Lalə ilə birlikdə yaşadıqları evə gedib pulqabını axtarmışlar, lakin tapa bilməmişlər. Həmin hadisədən 2 gün sonra Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona zəng vuraraq, kafeyə müştəri gəldiyini və kabab sifariş verdiyi bildirmişdir. O, işlədiyi kafeyə getmiş, həmin vaxt tanımadığı sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs masaların birində əyləşmişdir. Onun sonra işləri çıxdığı üçün kafedən çölə çıxmış, geriyə qayıtdıqda Zərərçəkmiş şəxs ona, Təqsirləndirilən şəxs gilanarla çay sifariş verdiyini, o, mətbəxdə olan da Mehdinin masanın üzərindən «Honor-9 LİTE» markalı mobil telefonu oğurlayaraq, 34 manat hesabı verməyib qaçıb getdiyini bildirmişdir. Həmin hadisədən təxminən 10-15 gün keçdikdən sonra işlədiyi kafenin qarşısında yolun o biri tərəfində üzü saqqallı bir oğlanın iki nəfər cavan oğlanla dayandığını görmüşdür. O, saqqallı oğlanın telefon oğurlanan gün kafedə əyləşmiş şəxsə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşıb sonuncuya kafedən oğurluq etdiyini bildirmişdir. O, həmin şəxsin qolundan tutub kafeyə aparmış, həmin vaxt kafedə Lalə və 2 nəfər tanımadığı müştəri olmuşdur. Onlar həmin şəxslə əyləşib söhbət etmişlər, həmin vaxt o, Mehdidən telefonun harada olduğunu soruşmuşdur. Mehdi ona Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrosunun yaxınlığında telefon alqı-satqı obyektinə 90 manata satdığını bildirmişdir. Daha sonra Mehdi, telefonunun üzərində olan 02 ədəd sim kartların kirayə yaşadğı evdə olduğunu bildirmişdir. Bundan sonra o, Lalə ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, evdə Təqsirləndirilən şəxs ağ sellofan paketin içərisindən Laləyə məxsus 02 ədəd sim kartı verərkən, həmin sellofanın içərisində telefonu oğurlanmamışdan öncə oğurlanmış pul qabının içərisində olan bank kartlarının olduğunu görmüşdür. Lalə Mehdidən özünə məxsus kartların onda necə olmasını soruşduqda, Mehdi həmin kartların onda necə olmasını izah edə bilməmişdir. Həmin vaxt Lalə, əsəbləşərək Mehdinin sifət nahiyəsindən bir sillə vurmuş ki, düz danışsın. Sonra Lalə əsəbindən masanın üzərində olan su stəkanını Mehdinin başından vurmuş, həmin vaxt sonuncunun başından qan gəlmiş, şüşə də Lalənin əlini kəsmişdir. O, Lalənin üstünə qışqıraraq, ona nə səbəbdən Mehdini vurduğunu demişdir. Bundan sonra onlar hamılıqla onun avtomobilinə əyləşərək Mehdini polislərə təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, 2011-ci ildən X4 xidmət edir, 2017-ci ildən Abşeron Rayon Polis X3 Bölməsində əməliyyat müvəkkili işləyir, polis baş leytenantıdır. xx.xx.2019-cu il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə işlədiyi ərazidə «Sultan» kafeni işlədən X5 zəng vuraraq, kafedən oğurluq edən şəxsi tutduqlarını və polisə təhvil vermək istədiklərini bildirmişdir. O, Ayazla danışdıqdan sonra Ayazla rastlaşaraq, Təqsirləndirilən şəxs ona təhvil verərək, həmin şəxsin «Sultan» kafesində inzibatçı işləyən Zərərçəkmiş şəxs məxsus telefonu və pulu oğurladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə aparıb rəhbərliyə raportla məruzə etmişdir. Cinayət işinin materiallarında olan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Sultan» kafesindən Zərərçəkmiş şəxs məxsus oğurlanmış 01 ədəd «Honor-9 LİTE» markalı mobil telefonu, 01 ədəd pluqabının və «Honor-9 LİTE» markalı mobil telefonunun üzlüyünün orta bazar qiyməti : - 01 ədəd pul qabı 10 manat; - 01 ədəd «Honor-9 LİTE» markalı mobil telefon 900 manat; - 01 ədəd telefon üzlüyü 10 manat məbləğində müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd plastik bank kartı cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Zərdab RİHB-nin Məmmədqasımlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, hal-hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs halhazırda məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışı əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(012)-248/2019 saylı qərarı ilə əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı ümumilikdə 04 ay 21 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 09 (doqquz) ay 12 (on iki) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd plastik bank kartı saxlanması üçün sonuncuya qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 21 (iyirmi bir) günmüddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 09 (doqquz) ay 12 (on iki) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 08 (səkkiz) ay 18 (on səkkiz)gün müddətinə azadlığın məhdudlaşdırılınası növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Zərdab rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd plastik bank kartı saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-140/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-140/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver