Məhkəmə qərarları › İş №1(012)-140/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-140/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-140/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Salamzadə küçəsi məhəllə 1055-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən X9 məxsus fərdi yaşayış evində qonaq qalarkən evdə az yaşlı X1 və X3 olmasından istifadə edərək yataq otağında olan dolabın içərisindən 850 manat nəğd pulu və qonaq otağından dolabın üzərindən şüşə bankanın içərisindən qəpiklərdən ibarət 150 manat nəğd pulu gizli yolla talayıb zərərçəkmiş X9 ümumilkdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşamışdır. Təxminən 2011-ci ildən X5 və X10 tanıyır, onlarla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşəbn fərdi yaşayış evində ümumi məhəllədə kirayə yaşamış, qonşu olmuşlar, həmin müddətdə yaxşı münasibətləri yaranmış, onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin may ayının sonlarında Odilbek Cabbarov onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub harada olduğunu soruşmuş, hazırda Bakı şəhəri. Xətai rayonu, Günəşli qəsəbəsində kirayə yaşadığını bildirmiş, Odilbek Cabbarovda ona demiş ki, gəl mənə evimi təmir etmək üçün kömək elə, sonuncu ilə razılaşmış, söhbət əsnasında Odilbek ona bildirmiş ki, hazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən AAAF pakr yaşayış kompleksində işləyir və ora gəlməyini ondan xahiş etmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF pakr yaşayış kompleksinin qarşısına getmiş və Odilbeklə orada görüşüb sonuncunun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şok marketin yaxınlığındakı fərdi yaşayış evinə getmişlər. Evin ətrafının mişar daşlarla hörülmüş olduğunu, həyətə daxil olduqda isə orada bir mərtəbəli kürsülü 3 otaq və mətbəxdən ibarət evin olduğunu bildirmişdir. Təxminən 1 aya yaxın o, işdən gəlib orada qalmış və axşamlar Odilbekə evi təmir etməkdə köməklik etmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, yuxudan oyananda görmüş ki, Gülzar və Odulbek evdə yoxdurlar, lakin iki az yaşlı uşaqları digər otaqda yatmışlar. Həmin vaxt evdən oğurluq etmək qərarına gəlmiş, əvəllcədən bilmişdir ki, Odilbek və Gülzar pullarını haraya qoyurlar. Bundan sonra qonaq otağından dolabın içərisində olan 6 ədəd 100 manatlıq, 7 ədəd 50 manatlıq əskinaslardan ibarət ümumuilikdə 850 manat nəğd pulu və şüşə bankda olan qəpiklərdən ibarət ümumilikdə 150 manat qəpik pulu götürüb cibinə qoyduqdan sonra evdən çıxmışdır. Oğurladığı pulları isə şəxsi ehtiyyacı üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şok marketin yaxınlığındakı fərdi yaşayış evində əri X7, qızı X4 və qızı X14 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 8 ilə yaxındır ki, tanıyır, hazırda yaşadığı evə köçməmişdən öncə o, ailə üzvlərilə birlikdə kirayə Abşeron rayonu, Xırdalan şəhərində yaşamış, həmin vaxt da Təqsirləndirilən şəxs onlarla qonşuluqda ailəsi ilə birlikdə yaşamışdır. Həmin vaxtdan əri X13 Əzimovla münasibəti yaranmış və onlar ailəvi dost olmuşlar. Təxminən 2019-cu ilin aprel ayında işdən evə gəldikdə görmüş ki, Təqsirləndirilən şəxs yaşadığı evdə əri Odilbek Cabbarovla söhbət etmiş, o, Təqsirləndirilən şəxsla salamlaşıb onunla hal əhval tutmuş, Məhəmməd usta işləri ilə məşğul olduğu üçün sonuncu ondan xahiş etmiş ki, evində təmir işləri görüb ev tapanı kimi onlarla qalsın. Məmməd onunla razılaşdıqdan sonra onların evində qalmağa başlamış, qaldığı müddət ərzində evdə bir neçə yerdə təmir işləri görmüş, sonuncuya gördüyü işlərə görə pul verməmişdir. Məhəmməd onların bir ailə üzvü kimi bir evdə yaşayıb yeyib içmişdir. xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində o, işə getmiş evdə isə əri, işi az yaşlı qızları və Məmməd qalmışdır. Axşam saat 20:30 radələrində işdən evə gəlmiş, yemək yedikdən sonra 12 yaşlı qızı Nargilə Cabbarova ona demiş ki, ana qorxma sənə bir sözüm var, o, nə baş verdiyini soruşmuş, Nargilədə bildirmiş ki, Məhəmməd evimizdən oğurluq edərək pullarımızı oğurlayıb. Bundan sonra pulları qoyduğu yerə yəni, yataq otağında olan dolabın içərisində ki, 850 manat pulun və Məhəmmədin yatdığı otaqda dolabın içərisində uşaqların bankanın içərisinə yığdıqları 150 manat pulun yerində olub olmamasını yoxlamış və ona məlum olmuş ki, pullar yerində yoxdur. Bundan sonra istifadəsində olan mobil telefon vasitəsilə Məhəmmədin istifadəsində olan mobil telefona zəng vurmuş, lakin onun telefonuna zəng çatmamış və özü əmin olmuşdur ki, evindən 1000 manat nəğd pulu Məhəmməd oğurlamışdır. Buna görə də öz istifadəmdə olan mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxli İşlər Nazirliyinin 102-xidmətinə zəng vuraraq evindən Məhəmməd tərəfindən oğurluq olmasını bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətişidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi Şok marketin yaxınlığında yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Təxminən 10 ilə yaxın müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ailə üzvləri ilə birlikdə kirayə yaşamış, 2011-ci ilin axırlarında Xırdalan şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuş, oların yaxşı münasibəti yaranmış və onlar dostluq etməyə başlamışlar. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmış onunla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində görüşmüş, bir az sohbət etdikdən sonra o, Təqsirləndirilən şəxs yaşadığı evə dəvət etmişdir. Yaşadığı evdə yemək yeyib söhbət etmişlər, söhbət əsnasında Təqsirləndirilən şəxs ona demişdir ki, yaşamağa yeri yoxdur, sonuncuya yaşadığı evdə qalmağı təklif etmişdir. Təxminən iki aya yaxın Təqsirləndirilən şəxs ona məxsus evdə onun ailə üzvləri ilə birlikdə yaşamış hər gün onunla gedib fəhləlik edib yaşadığı evdə qalmışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında o, işə gedəndə Məhəmmədə demiş ki, gedək işə, sonuncuda ona demiş ki, işlədiyi yerdə usta rayona gedib, sabah gələcək, buna görə də evdə istirahət edəcəkdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, arvadı Gülzar Cabbarova da hər gün səhər saatlarında işə gedir, axşam saatlarında isə evə qayıdır, evdə isə iki azyaşlı uşaqları qalır. xx.xx.2019-cu il tarixdə də o, işə gedəndə evdə iki az yaşlı qızları Cabbarova Nargilə və X18 birlikdə evdə qalmışlar. xx.xx.2019-cu il tarixdə axşam saat 20 radələrində yaşadığı evə gəlmiş, evdə az yaşlı övladları olsada dostu Məhəmməd evdə olmamışdır. Saat 21 radələrində arvadı Gülzar işdən evə qayıtmış, evdə yemək yedikdən sonra Gülzar bildirmişdir ki, qonaq otağında olan 1000 manat pul yoxdur. Bundan sonra o, Məhəmmədin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng etsədə telefon zənglərinə sonuncu cavab verməmiş və telefonu sönlü olduğu üçün yaşadığı evdən 1000 manat nəğd pulun Məhəmməd tərəfindən oğurlandığını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, valideyləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yeni məhəllədə yaşayır. Təqsirləndirilən şəxs atasının dostu olmuş, 2019-cu ilin aprel ayından onlarla birlikdə yaşamış, həmçinin Təqsirləndirilən şəxs atası Odilbek Cabbarova evi təmir etməkdə köməklik etmişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onlarla birlikdə qalmış, xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində, yuxudan oyananda görmüş ki, atası və anası işə gediblər. Bacısı Nargilə isə yatmış, evlərində qalan Məhəmməd isə yatdığı otaqda olmuş, otağa daxil olmaq istəyəndə, Məhəmməd ona demiş ki, telefonla danışıram buraya gəlmə, gedib mətbəxdə əyləşib televizora baxmışdır. Təxminən 20-25 dəqiqə keçəndən sonra Məhəmməd yatdığı otaqdan çıxıb ona demiş ki, gedirəm işlərim var və harasa çıxıb getmişdir. Məhəmməd getdikdən sonra bacısı Nargilə yuxudan oyanmış və sonra yataq otağına girib tez çıxın ondan soruşmuşdur ki, bacı buradan pul götürməmisən, pul götürmədiyini bacısına bildirmişdir. Axşam saat 20 radələrində anası işdən evə gəlmiş bacısı Nargilə anasından pulu götürüb-götürmədiyini soruşmuş, anasıda pulu götürmədiyini demiş, bundan sonra onlar başa düşmüşlər ki, evlərindən Təqsirləndirilən şəxs 1000 manat pul oğurlamışdır. Təqsirləndirilən şəxs evdən pulu necə oğurlamasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid Ayan Cabbarovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Əzimov X12 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək icraatıma qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixli il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Əzimov X12 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən olunması böyük ictimai təhlükə törətməyən cinayətlər zaman nəzərə alınmır. Lakin Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur və Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən cinayətin residivi yaranmır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalında həbs olunmuşdur. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs X11 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs X11 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar