Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-140/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 26 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, AR-nın vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu Hökməli qəsəbəsi R.Rza küçəsi ev 31-də qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxansmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olmaqla oradan 01 ədəd 150 manat dəyərində qaz sobasını, 350 manat dəyərində 01 ədəd su kranını və “smestitellər“i, 300 manat dəyərində yorğan-döşəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 avqust 2022-cii il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə açıq qapıdan qanunsuz daxil olub oradan 01 ədəd 570 manat dəyərində “Redmi Note 9” markallı mobil telefonu, 01 ədəd 110 manat dəyərində “Samsunq" markalı mobil telefonu və 150 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 ümumilikdə 830 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu “Atyalf'yaşayış massivi ərazisində Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E class” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd 879 manat dəyərində “Xiaomi Redmi not 10 pro” markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 879 manat məbləğində ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 04 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” şadlıq sarayının həyətində stolun üzərində olan Paşayev İmi an Şahveıdi oğlunun müvəqqəti istifadəsində olan “OMEQA” şirkətinə məxsus 01 ədəd 1200 manat dəyərində “tphone 12 Pro ırrax 512 GB” markalı nrobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş "OMEQA şirkətinə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakıın gizli olaraq talamaq mənsədi ilə 10 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşaylş evinin pəncərəsini açaraq evə qanusuz daxı olub evdən 150 manat pul, 1 ədəd 90 manat dəyərində olan su matoru, 1 ədəd 100 manat dəvərində qızdırıcı, 1 ədəd 200 manat dəyərində drelı, 1 ədəd 250 manat dəyərində perefaratoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 umumılıkdə 790 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 oktyabr 2022-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Qaçaq Nəbi küçəsində yerləşən, tikintisi tamamlanmamış fərdi yaşayış evinə pəncərəni əli ilə itələyib açmaqla qanunsuz daxil olub, evin otaqlarının divarlarına çəkilmiş ümumi dəyəri 320 manat olan elektrik naqillərini söküb çıxarmaqla evin ikinci mərtəbəsində olan 1 ədəd 30 manat dəyərində direli, hər biri 3 manat olmaqla 20 ədəd, ümumi 60 manat dəyərində olan elektrik açarlarını, gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 410 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 dekabr 2022-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, X6 Sani Axundov küçəsində saxladığı “Daf” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər biri 480 manat dəyərində olan 02 ədəd akkumuluyatorunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 960 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 50 manat dəyərində 1 ədəd istilik sobasını, 600 manat dəyərində tavan üçün taxta materialını, 50 manat dəyərində 1 ədəd su matorunu, 40 manat dəyərində 1 ədəd televizoru, 100 manat dəyərində 1 ədəd su qızdırıcısını və 30 manat dəyərində 1 ədəd elektrik sobasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 870 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi. Yeni Yaşayış məhəlləsində yerləşən Zərərçəkmiş şəxs7 qızma məxsus natamam tikilmiş fərdi yaşayış evinə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 60 manat olan ümumi 180 manat dəyərində 3 ədəd su motorunu, hər birinin dəyəri 70 manat olan ümumi 210 manat dəyərində 3 top elektrik naqilini, 1 ədəd 100 manat dəyərində ev üçün olan çilçırağı və hər birinin dəyəri 5 manat olan ümumi 50 manat dəyərində elektrik avtomatını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 540 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yeni inşa etdirdiyi fərdi yaşayış evin pəncərəsini vint açanla açaraq binaya qanunsuz daxil olub, oradan 300 manat dəyərində bir ədəd elektrik deşici cihazı, evin otaqlarına çəkilmiş və evdə olan iki bağlamada 360 manat dəyərində elektrik naqillərini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 660 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu Hökməli qəsəbəsi Rəsul Rza küçəsində yeni inşa etdirdiyi fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırıb, pəncərəni vint açanla açaraq binaya qanunsuz daxil olub, oradan bır ədəd 258,78 manat dəyərində “Fiorenta” markalı bişirmə panelini, bir ədəd 99,18 manat dəyərində Üsalvanını markalı aspıratoru 150 manat dəyərində bir ədəd böpyük dreli, 100 manat dəyərində bır ədəd “Bosch markalı dreli, 55 manat dəyərində bir ədəd kiçik dreli, 65 manat dəyərində bır ədəd utunu, 160 mana dəyərində bir ədəd qaynaq cihazını, 55 manat dəyərində bır ədəd laqondanı,55manat dəyərində bir ədəd rezva açanı və 35 manat dəyərində açarları ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1032.96 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü əvvəlcə təqsirli bilməsə də, sonda özünü təqsirli bildiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, cinayət işini yekunlaşdırıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində təkrar dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ona istinad edilən cinayətə əməllərinin onun tərəfindən törədilmədiyini bildirsə də, sonuncu istintaqa vermiş olduğu ifadələrində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 18 iyun 2022-ci il tarixdə saat təxminən 01 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində yerləşən, əvvəlcədən yaşayış olmadığını bildiyi fərdi həyət evinə yaxınlaşmışdır. Əvvəlcə hasarı aşma yolu ilə həyətə daxil olmuşdur. Daha sonra evin pilləkənini qalxıb giriş qapısının sol tərəfində yerləşən plastik pəncərəni sıxaraq açmış və evin içərisinə daxil olmuşdur. Oradan 01 ədəd qaz sobasını, 01 ədəd su kranı və smestitelləri və yorğan-döşəyi pəncərədən çölə çıxarmışdır. Daha sonra həmin əşyaları hasardan çölə çıxarmışdır. Daha sonra iki dəfəyə olmaqla həmin əşyaları oradan uzaqlaşdırmışdır. Qeyd edilən oğurluq hadisəsini törədən zaman tək olmuş və ona heç kim kömək etməmişdir. Yorğan-döşəyi sata bilməyəcəyini düşündüyü üçün atmış, sobanı, su kranı və smestitelləri Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsə 120 manata satmışdır. Əldə etdiyi 120 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, maddi durumu pis olduğuna görə oğurluq etmək qərarına gəlmiş və19 avqust 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Hökməli qəsəbəsinə gəlib, oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt hasarı hündür olmayan fərdi yaşayış evi diqqətini cəlb eləmişdir. Həmin evə hasardan daxil olandan sonra evin qapısının açıq olduğunu görüb evə daxil olmuşdur, pəncərənin kənarında olan iki ədəd telefonu və 150 manat pul vəsaitini götürüb evdən çıxmışdır. Həmin günün səhəri yəni 20 avqust 2022-ci il tarixdə saat 11 radələrində telefonu satmaq üçün 20 yanvar metrostansiyasının yanında olan telefon mağazasına daxil olmuşdur. Telefonu satmaq üçün onlara təklif eləmiş, üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə almaqdan imtina etmişlər. Həmin vaxt telefon mağazasında iki nəfər tanımadığı şəxs olmuşdur. Onlar mağazadan çıxandan sonra ona yaxınlaşmışlar, telefonu almaq istədiklərini bildirib, telefona baxmışlar. Onlar telefonu haradan əldə etdiyini soruşmuşlar. O da özünə məxsus olduğunu bildirmişdir. Onlar telefonların işləyib işləmədiyini yoxlamışlar, telefonun işlədiyinə əmin olandan sonra, ikisinə 150 manat pul verə biləcəklərini demişlər. O da etiraz etməyib telefonu onlara satmışdır. Əldə etdiyi pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu Atyalı yaşayış massivi ərazisində gəzən zaman boz rəngli “Mercedes” markalı avtomobilin dayanmış vəziyyətdə olduğunu və şüşəsinin açıq olduğunu görmüşdür. Həmin avtomobilə yaxınlaşdıqda içərisində bir nəfər şəxsin əyləşdiyini və yatdığını görmüşdür. Həmin avtomobilin pəncərəsinə yaxınlaşmış və avtomobildə əyləşən şəxsin yatdığından tam əmin olmuşdur. Həmin şəxsin yanında “Xiaomi Redmi not 10 pro” markalı mobil telefon olmuşdur. Əlini avtomobilin pəncərəsindən salıb həmin telefonu götürmüşdür və dərhal oradan uzaqlaşmışdır. Həmin günün səhəri xx.xx.2022-ci il tarixdə həmin telefonu Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsə 150 manat pul müqabilində satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin hadisəni törədən zaman tək olmuşdur. Mobil telefonu alan şəxsə telefonun özünə məxsus olduğunu bildirmişdir.Həmin şəxs heç nədən şübhələnməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” şadlıq sarayında olan zaman şadlıq sarayının həyətində qonaqlar üçün stol açıldığını görmüşdür. Şadlıq sarayının həyətində çoxlu sayda insanlar olmuşdur. Hava demək olarki yavaş yavaş qaralırmış, şadlıq sarayının həyətində stol açılıbmış və orada çoxlu sayda insanlar əyləşibmişlər. Həmin insanlar spirtli içki qəbul edib əylənirmişlər. Həmin vaxtı stolun yanından keçən zaman bir nəfər şəxsin öz mobil telefonunu stolun üzərinə qoyub harasa getdiyini görmüşdür. Stolun yanından keçən zaman insanların başının qarışıq olmasından istifadə edib həmin mobil telefonu götürmüş və yoluna davam etmişdir. Mobil telefonu götürdüyünü heç kim görməmiş və heç kim heç nədən şübhələnməmişdir. Mobil telefonu söndürüb cibinə qoymuşdur. Həmin günün səhəri,05 oktyabr 2022-ci il tarixdə həmin mobil telefonu Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidə 230 manata satmışdır. Əldə etdiyi gəliri isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Mobil telefonu alan şəxsə telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs heç nədən şübhələnməmişdir. Bundan başqa, heç bir yerdə işləmədiyi üçün qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə 10 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ilə gedərkən bu zaman evlərdən birinin işığının yanmadığını görüb həmin evdə heç kimin olmadığına əmin olmaq üçün qapını döymüşdür. Bundan sonra qapını heç kimin açmadığını görüb hasardan həyətə daxil olmuş və evin pənəcərəsini əli ilə sıxıb açdıqdan sonra evə daxil olaraq evi axtarmağa başlamışdır. Evdə rəfdən 150 manat pul o, cümlədən evdən 1 ədəd su matrorunu, 1 ədəd qızdırıcını, 1 ədəd dreli və 1 ədəd perefaratoru özü ilə gətirdiyi çantaya yığaraq oradan bayıra çıxaraq evinə getmişdir. Həmin əşyaları evinin yaxınlığında olan boş sahəyə qoyaraq pulları cibinə qoymuşdur. Həmin günün səhəri pulları öz ehtiyaclarına ödəmişdir. Oğurladığı su matarunu, su qızdırıcısım, 1 ədəd dreli və 1 ədəd perefatrou isə Abşeron rayonu Güzdək qəsəbəsində tanımadığı şəxsə 200 manata sataraq öz şəxsi ehtiyaclarına ödəmişdir. Həmin oğurluq hadisəsini tək törətmişdir. Həmin əşyaları satarkən həmin əşyaların özünə məxsus olmasını demişdir. Həmin şəxsdə ona görə ondan həmin usta altətlərini almışdır. Əşyaları satdığı həmin şəxsi tanımır. Birinci dəfə imiş ki, onu görürmüş. Həmin şəxsin telefon nömrəsidə onda yoxdur.Etdiyi oğurluq əməlini səmimi olaraq etiraf edir. Bundan başqa, oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivi, Qaçaq Nəbi küçəsində piyada hərəkət edərkən iki mərtəbəli təmir olunmamış ev diqqətini cəlb etmişdir. Həmin evdə yaşayış olmadığını bilmişdir. Bundan sonra ətrafa baxmış heç kimin olmadığını görüb evin yan tərəfində olan plastik pəncərəni bir neçə dəfə əliylə möhkəm itələyib açmışdır. Bundan sonra içəri evə daxil olmuşdur. Evin otaqlarını gəzmişdir. Qiymətli əşya tapa bilmədiyi üçün evin otaqlarında divarda çəkilmiş elektrik naqillərindən bir hissəsini söküb bir yerə yığmışdır. Bundan sonra evin ikinci mərtəbəsində otaqda yerdə qoyulmuş bir ədəd direl və 20 ədəd elektrik avtomatlarını götürüb evə daxil olduğu pəncərədən çıxmışdır. Həmin əşyaları da götürüb Hökməli qəsəbəsinə getmişdir. Orada çöllük ərazidə elektrik naqillərini yandırıb mis halına gətirmişdir. Səhəri gün oğurladığı əşyaları Abşeron rayonu, Qobu yolu ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Orada Ramil adlı şəxsə əritdiyi misi, bir ədəd direli və 20 ədəd elektrik avtomatlarını göstərərək həmin əşyaların özünə məxsus olduğunu, işlədiyi yerdən ona verdiklərini və satmaq istədiyini bildirmişdir. Ramil adlı şəxs həmin əşyalara baxıb ümumilikdə 60 manat pul müqabilində ala biləcəyini demişdir. O da etiraz etməyib onunla razılaşmışdır. Ramil ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə sənədinin evdə qaldığını demişdir. Ramil ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, Ramilə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Ramil ona inanıb həmin əşyaları 60 manat müqabilində almışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdimr. Etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Onun sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 fərdi yaşayış evinə daxil olmaqda məqsədi həmin yerdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. Qeyd olunan oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. Bundan başqa, maddi durumu pis olduğuna görə oğurluq etmək qərarına gəlmiş və 02 dekabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Qobu qəsəbəsinə gəlib, oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt Qobu qəsəbəsi, S.S.Axundov küçəsində qaranlıq yerdə yük avtomobili görüb ətrafa baxmış, heç kəsin olmadığına tam şəkildə əmin olandan sonra avtomobilə yaxınlaşmış, üzərində olan özüylə gətirdiyi açarla avtomobildən iki ədəd akumlyatoru çıxardıb yerə qoymuşdur. Bundan sonra həmin akumlyatorları bir-bir yolun kənarına çıxartmışdır. Həmin vaxt yoldan keçən “Azsamand" markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlatdırmış və maşın xarab olduğu üçün akumlyatorları Hökməli qəsəbəsinə aparmalı olduğunu bildirmişdir. Həmin taksi sürücüsü də razılaşmış və onu Hökməli qəsəbəsinə gətirmişdir. Akumlyatorları maşından düşürdüb, Hökməli qəsəbəsində münasib yerdə gizlətmişdir. Bir gün sonra dəmir iki ədəd akumlyatoru ümumi 100 manata dəmir məmulatları yığan dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz 21011 markalı avtomobilin sürücüsünə satmışdır. Həmin şəxsə akumlyatorların oğurluq olduğunu deməmişdir. Ümimiyyətlə onun oğurluq etməyi barədə heç kəsin məlumatı olmamışdır. Bundan başqa, heç bir yerdə işləmədiyi üçün pul əldə etməkdən ötrü oğurluq etmək qərara gəlmişdir. Bu məqsədlə 04 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ilə gedərkən evlərdən birinin işığının yanmadığını görüb həmin evdə heç kimin olmadığına əmin olmaq üçün həyət darvazasını döymüşdür. Səsə heç kimin çıxmadığını görüb, hasardan həyətə tullanıb evin qapısına yaxınlaşıb həmin qapını da döymüşdür. Qapını heç kimin açmadığına görə evdə heç kimin olmadığına tam əmin olub özüylə götürdüyü vintaçanla evin plastik pənəcərəsini açıb oradan içəriyə daxil olaraq oğurlamaq üçün pul, qızıl axtarmışdır. Lakin tapa bilməyib evdə olan 1 ədəd istilik sobasını, 1 ədəd su matorunu, 1 ədəd televizoru, 1 ədəd su qızdırıcısmı, 1 ədəd elektrik sobasını götürüb pəncərədən çölə çıxarmışdır. Sonra evin otaqlarının birində 5 bağlama tavan üçün təzə taxtalar olduğunu görmüşdür. Həmin taxtaları da satıb pul əldə edə biləcəyini düşünüb, taxtaları da pəncərədən çölə çıxarıb oradan da hasardan aşıraraq küçədə yolun kənarında oğurladığı digər əşyalarla bir yerə yığıb, həmin əşyaları yaşadığı ünvana aparmaq üçün maşın axtarmağa başlamışdır. Yolun kənarında dayanıb gözlədiyi vaxtı üstündə yük yeri olan ağ rəngli bir QAZ-24 markalı avtomobilin gəldiyini görüb həmin avtomobili saxlatmış və əşyaları yaşadığı ünvana aparmaq istədiyini deyib, razılaşdıqdan sonra həmin əşyaları avtomobilə yığmışdır. Yaşadığı ünvana gedərkən sürücü əşyaları haradan götürdüyünü soruşmuşdur. O da həmin əşyaların özünə məxsus olduğunu və Qobu qəsəbəsindəki bir evindən digər evinə aparıb sonra satacağım söyləmişdir. O da həmin əşyaları almaq istədiyini bildirmiş və ondan neçiyə satmaq istədiyini soruşmuşdur. O da əşyaların cəminə 200 manat pul istəmişdir. Həmin tanımadığı sürücü də 170 manat pul verə biləcəyini söyləmişdir. O da razılaşıb həmin məbləğdə pulu ondan alıb Qobu qəsəbəsində yaşadığı evə yaxın yerdə maşından düşüb getmişdir. Əldə etdiyi həmin pulu bir neçə günə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluq hadisəsini tək törətmişdir. Əşyaları satdığı həmin şəxsi tanımır. Bundan başqa, oğurluq etmək məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə təxminən saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi Yeni Məhəllədə piyada hərəkət edərkən iki mərtəbəli təmir olunmamış ev diqqətini çəkmişdir. Həmin evə nəzər yetirdikdə evdə yaşayış olmadığını görmüşdür. Bundan sonra ətrafa baxmış heç kimin olmadığını görüb evin qabaq tərəfində olan plastik pəncərəni bir neçə dəfə əliylə möhkəm itələyib açmışdır. Sonra içəri daxil olmuşdur. Evin otaqlarını gəzmişdir. Qiymətli əşya tapa bilmədiyi üçün evin otaqlarından 3 top elektrik naqillərini, su motorlarını, yadında olmayan sayda elektrik avtomatlarını və bir ədəd çilçırağı götürmüşdür. Onları bir yerə yığmışdır. Həmin əşyaları bir bağlamaya yığıb, daxil olduğu pəncərədən çölə çıxmışdır. Daha sonra həmin əşyaları götürüb Hökməli qəsəbəsinə gəlmişdir. Həmin naqilləri Hökməli ərazisində çöllük yerdə yandırıb mis halına gətirmişdir. Səhəri gün isə, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu-Hökməli yolu ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Həmin metal qəbulu Ramil adlı şəxsə məxsusdur. Dəfələrlə ona metal satdığı üçün həmin şəxs onu tanıyır. Həmçinin, onun yanında Ramiz adlı şəxsdə metal qəbul edir. Əritdiyi elektrik naqilindən çıxardığı misi, elektrik avtomatını, su motorlarını və çilçırağı ona satmaq istədiyini bildirmişdir. Ramiz isə həmin əşyalara baxıb ona ümumilikdə 90 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. Həmin əşyaların oğurluq olmadığını, özünə aid olduğunu və pulu olmadığına görə satmaq qərarına gəldiyini bildirmişdir. Satan zaman isə Ramizə hər hansı sənəd verməmişdir. Əldə etdiyi pulları isə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Oğurluq edən zaman yanında heç kim olmamış və tək oğurluq etmişdir. Bundan başqa, 11 fevral 2023-cü il tarixdə, təxminən saat 03 radələrində Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə hasarı olmayan yeni inşa edilmiş fərdi yaşayış evin yanından keçəndə həmin evdən oğurluq etmək istəmişdir. Həmin ev təxminən 5 mişar daşı kürsüdə tikilmişdir. Evə yaxınlaşmış və evin pəncərəsindən içəri baxmış və görmüşdür ki, evin içərisində hələ təmir işləri aparılır. Evin ətrafında dövrə vurub ətrafda heç kimin olmadığını görüb evə daxil olmaq üçün evin giriş qapısının sağ tərəfində olan plastik pəncərəni özündə olan vintaçanla aralamışdır, sonra pəncərənin şüşəsini əliylə itələyərək pəncərəni açmış və oradan içəri girmişdir. Evin içərisi toz-torpağın içərisində olmuş, döşəmənin bir hissəsi olmamışdır. Evin dəhlizindən böyük otağa keçmiş və həmin otaqda olan bir ədəd elektrik deşici cihazı və 2 bağlamada elektrik naqillərini, sonra evin otaqlarına çəkilmiş elektrik naqillərini də söküb bir torbaya yığıb həmin evdən çıxmışdır. Ondan sonra yaşadığı evə gəlmiş və oğurladığı naqilləri yaşadığı evin həyətində yandırıb içərisində olan misləri də çıxartmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində oğlurladığı əşyaları Bakı şəhəri Nəsimi rayonu 3-ciı mikrorayon dairəsində olan bazara aparmış orada tanımadığı bir nəfər əlində olan elektrik deşici aləti görüb onu almaq istədiyini bildirmişdir. O da həmin elektrik deşici aləti və elektrik naqillərdən çıxartdığı misləri də cəmi 70 manata həmin şəxsə satmışdır. Aldığı pulları da yeyibiçəməyinə xərcləmişdir. Əşyaları ondan alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Araşdırma zamanı bilmişdir ki, həmin ev Zərərçəkmiş şəxs8 adlı şəxsin olmuşdur. Bundan başqa 14 fevral 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi R.Rza küçəsində piyada gəzərkən yeni inşa edilmiş fərdi yaşayış evin yanından keçəndə həmin evdən oğurluq etmək istəmişdir. Həmin evin həyətinə daxil olmuş və evin sol yan tərəfindəki pəncərənin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındıraraq, plasmas pəncərəni özündə olan vintaçanla açaraq oradan içəri girmişdimr. Evdə heç kim olmamış, evin içərisindən bir ədəd bişirmə panelini, bir ədəd qaynaq cihazını, 3 ədəd drelləri, bir ədəd laqondanı, bir ədəd ütünü, bir ədəd aspiratoru və bir neçə açarları götürüb hissə-hissə daşıyaraq Hökməli kəndində olan bir yarımtikıldə gizlətmişdir. Həmin tarixdə saat təxminən 11 radələrində həmin əşyaları yola çıxardıb nömrəsini bilmədiyim yoldan keçən bir taksiyə yığıb Bakı şəhəri 3-cü mikrorayon bazarına aparıb avtomobilindən boşaltmış, taksiyə 6 manat pul vermiş və taksi avtomobili getmişdir. Ondan sonra ona yaxınlaşan bir nəfər tanımadığı şəxs həmin əşyaları almaq istədiyini bildirirək 300 manata həmin əşyaları ona satmışdır. Həmin əşyaları apardığı taksi avtomobilin sürücüsü və əşyaları alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Aldığı pulu da yeyib-içməyinə xərcləmişdir. Araşdırma zamanı bilmişdir ki, həmin ev Zərərçəkmiş şəxs9 adlı qadının olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, evləndikdən sonra qardaşı internet vasitəsi ilə Qobu qəsəbəsində 2,5 sot torpaq sahəsi və həmin sahənin daxilində tikilmiş iki ədəd balaca evi satmaq istəyən Aqil adlı şəxslə görüşmüş, o da həmin yerə baxdıqdan sonra bəyənib almaq qərarına gəlmişlər. Daha sonra Aqilə pul verib həmin yeri almışlar. Alandan sonra ailəsi ilə birlikdə həmin evə köçmüşlər. Köçəndən sonra 22 kv. metr olan evi təmir etdirmişdir. Təmir zamanı Aqil gələrək həyəti iki yerə böləcəyini bildirmişdir. Bununla bağlı aralarında narazılıq olmuş, Aqil bildirmişdir ki, böləcəyi yeri ona satmayıb. Aralarında narazılıq olandan sonra həmin evdən köçüb getmişdir. Qayıdanda həyətin ortasında hasar tikilib. 15 oktyabr 2022-ci il tarixdə evə gələndə görmüşdür ki, 300 manat dəyərində olan dəmir qapısı, evdə rəfdə olan 150 manat pul, 1 ədəd 901 manat dəyərində su matoru, həyətdən 100 manat dəyərində bir ədəd su qızdırıcı, 100 manat dəyərində bir ədəd markasını bilmədiyi köhnə soyuducu, bir ədəd 200 manat dəyərində Bosch markalı direl, bir ədəd 250 manat dəyərində Hilti markalı perferatorun , həmçinin ona məxsus 60 manat dəyərində adi qızı gödəkçəsinin oğurlandığını aşkar etmiş və bu barədə 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1250 manat maddi ziyan dəymişdir. Vurulan ziyanın ödənilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 teleqramma ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, tikinti şirkətində elektrik kimi işləyir, 1 aydan bir ona 3 gün istirahət verilir. 2022-ci ilin sentyabr ayının əvvəllərində ona istirahət etmək üçün 3 gün icazə verilmişdir. Bu məqsədlə qardaşının yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanış şəxslərlə restoranda yemək yeyib spritli içki qəbul etmişlər. Gecə saat 12 radələrində təkbaşına yenidən spirtli içki qəbul etmək üçün ona məxsus olan **-BE-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili ilə Abşeron rayonu, Atyalı qəsəbəsinin yuxarı hissəsinə getmişdir. Həmin ünvanda spirtli içki olan pivə qəbul etdikdən sonra avtomobilinin içərisində yuxuya getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində yuxudan ayıldıqda avtomobilinin içərisində qoyduğu may ayında 879 manata aldığı X7 10 pro markalı mobil telefonunun naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Atyalı yaşayış massivi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evi tikdirir. Həmin ev tam təmir olunmadığı üçün yaşayış yoxdur. Maddi sıxıntıları olduğu üçün həmin evdə arada təmir işləri gördürür və arada gedib evə baş çəkir. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə evə baş çəkmək üçün gedən zaman hər şey qaydasında olmuş və heç bir oğurluq olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində evinə gəlmişdir. Evin həyətinə daxil olduqda evin yan tərəfində olan pəncərənin açıq olduğunu görmüşdür. Bundan sonra evin giriş qapısını açıb içəri daxil olmuşdur. Evin otaqlarına baxış keçirən zaman otaqlarda divarda çəkilmiş 320 manat dəyərində elektrik naqillərinin, ikinci mərtəbədə otaqda yerdən qoyulmuş bir ədəd 30 manat dəyərində direl, ikinci mərtəbədə otaqda yerdə olan 20 ədəd hər biri 3 manat olmaqla ümumi 60 manat dəyərində elektrik avtomatlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs9 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənilməsini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təxminən 3 il bundan əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində 0,03 ha torpaq sahəsi alaraq tədricən həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışdır. Həmin ünvanın yanında yerləşən fərdi yaşayış evində isə ailəs ilə birlikdə kirayədə yaşayır. O və həyat yoldaşı mütəmadi olaraq tikilməkdə olan fərdi yaşayış evlərində olurlar. Sonuncu dəfə həmin evdə xx.xx.2023-cü il tarixdə olmuşlar. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində yeni tikilməkdə olan fərdi yaşayış evinin həyətinə daxil olarkən pəncərənin dəmir barmaqlığının sındırıldığını görmüşdür. Evin içərisinə daxil olarkən bir neçə gün əvvəl “Omid” mağazasının Hökməli filialından aldığı dəyəri 258,78(iki yüz əlli səkkiz manat yetmiş səkkiz qəpik) manat olan 01 ədəd bişirmə panelinin, dəyəri 99,18 (doxsan doqquz manat on səkkiz qəpik) manat olan aspiratorun, dəyəri 100 manat olan, “BoschT markalı, 01 ədəd kiçik ölçülü direlin, dəyəri təxminən 65 manat olan 01 ədəd ütünün, dəyəri təxminən 160 manat olan 01 ədəd qaynaq aparatının, dəyəri təxminən 55 manat olan 01 ədəd laqondanın, dəyəri təxminən 55 manat olan 01 ədəd rezva açan aparatın və 35 manat dəyərində olan bir neçə ədəd açarların ona məxsus evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə DİN-nin 102 xidməti mərkəzinə müraciət edib məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1033 (min otuz üç) manat miqdarında maddi ziyan dəymişdir. İbtidai istintaqda zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Kalva kəndində qeydiyyatdadır, Bakı şəhəri,Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi həyət evində ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi həyət evi vardır. Həmin evdə yaşamasa da mütəmadi olaraq gedib baş çəkir. 18 iyun 2022-ci il tarixdə həmin evə baş çəkməyə gedərkən pəncərənin açıq şəkildə olduğunu görüb evindən oğurluq edildiyini başa düşüb, nələrin oğurlandığını yoxlamış, həmin vaxtı 150 manat dəyərində olan 01 ədəd qaz sobasının, 350 manat dəyərində olan 01 ədəd su kranın və “smestitellər“in, 300 manat dəyərində olan yorğan-döşəyin yerində olmadığını müəyyən etmiş və bu barədə Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 800 manat məbləğində ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs10 Raqub oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə radələrində hava isti olduğu üçün yaşadığı evin giriş qapısını açıq qoyub yatmışlar. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində yuxudan oyanıb dəhlizə keçən zaman özünə məxsus 570 manat dəyərində “Redmi Note 9’’ markalı mobil telefonunun, 110 manat dəyərində “Sumsung” markalı mobil telefonun və 150 manat pul vəsaitinin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi baş verməsi nəticəsində ona 830 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma atasıdır. “İphone 11 pro max” markalı mobil telefon “OMEQA” şirkəti tərəfindən istifadə etməsi üçün üçün atasına verilmişdir. Atası xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Qobu şadlıq sarayında olarkən istifadəsində olan “İphone 11 pro max” markalı, **********24214 və **********92868 İMEİ kodlu mobil telefonunu şadlıq sarayının həyətində olan masanın üzərinə qoymuşdur. Daha sonra atası masadan uzaqlaşaraq şadlıq sarayına daxil olub geri qayıtdıqdan sonra mobil telefonun oğurlanmasını aşkar etmişdir. Oğurlanmış əmlakın dəyəri 1200 manatdır, yaddaşı 512 GB, “space gray” rənglidir. Oğurluq nəticəsində hüquqlarını təmsil etdiyi “OMEQA” şirkətinə 1200 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Tağıyev Rəşada məxsus olan uDaf’ markalı ** GR *** dövlət qeydiyyat nişanlı yük avtomobilini icarə etibarnamə əsasında idarə edir. Həmin avtomobili sürməyi müqabilində pul alır. Həmin avtomobildən oğurlanan hər bir şeyə cavabdehdir və onun ziyanını özü ödəyir. Naməlum şəxs və ya şəxslər xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı fərdi yaşayış evinin qarşısında saxladığı bir ədədinin dəyəri 480 manat olmaqla ümumi dəyəri 960 manat olan iki ədəd 225-lik akumlyatoru oğurlamışlar. Oğurluq nəticəsində dəymiş ziyanı avtomobil sahibinə özü ödəmişdir. Avtomobildən akumlyatorudan başqa heç bir əşyası oğurlanmamış, heç bir ziyan vurulmamışdır. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayır, həmin qəsəbədə yaşamadıqları başqa bir evləri də var. Vaxtı olanda həmin evlərinə də baş çəkir. Axırıncı dəfə 20 noyabr 2022-ci ildə həmin evində olduğu zaman hər şeyin yerində olduğunu görüb qapı və pəncərələri bağlayıb hazırda yaşadığı evə getmişdir. Təxminən 20 gün sonra, yəni 11 dekabr 2022-ci il tarixdə yenidən həmin evinə baş çəkməyə getdiyi vaxtı giriş qapısının yanında olan plastik pəncərənin açıq olduğunu görüb tez qapını açıb içəriyə daxil olmuşdur. Bu zaman həmin evindəki 50 manat dəyərində olan 1 ədəd dəmir sobanın, 50 manat dəyərində olan 1 ədəd su nasosunun, 100 manat dəyərində olan 1 ədəd su qızıdırıcısının, 40 manat dəyərində olan köhnə televizorun, 30 manat dayərində olan 1 ədəd elektrik sobasının və 600 manat dəyərində olan 5 bağlama tavan üçün taxtanın yerində olamadığını görüb oğurlandığını yəqin edib mobil telefonuyla DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 870 manat ziyan dəymişdir. İbtidai istintaüqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onların ailəsinin Abşeron rayonu, At Yalı yaşayış massivində yeni inşa edilmiş kürsülü 2 mərtəbəli, 6 otaqlı təmiri yekunlaşmayan fərdi yaşayış evləri vardır. O və həyat yoldaşı Ruslan daimi olaraq qeyd olunan fərdi yaşayış evinə baş çəkirlər. 30 dekabr 2022-ci il tarixdən 14 yanvar 2023-cü il tarixinə kimi naməlum şəxs və ya şəxslər Abşeron rayonu, At-Yalı yaşayış massivindəki qeyd olunan təmiri yekunlaşmayan fərdi yaşayış evinin plastik qapı və pəncərəsini sındırmaqla içəri daxil olub oradan ümumi dəyəri 540 manat olan 3 ədəd hər birinin dəyəri 60 manat olan işlənmiş su motorunu, hər topun qiyməti 70 manat olan 3 top elektrik naqilini, 1 ədəd 100 manat dəyərində ev üçün olan çilçırağı və hər birinin dəyəri 5 manat olan 10 ədəd elektrik avtomatının oğurlanmasını aşkar etmişdir. Həmin şəxslər həmçinin qapı və pəncərəni sındırmaqla ona 300 manat maddi ziyan vurmuşlar. Bunu 14 yanvar 2023-cü il tarixdə evinə baş çəkən zaman aşkar edib, hərbi hissədə qulluq edən həyat yoldaşına zəng vurub məlumat vermişdir. Ruslan isə bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2011-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllə deyilən yaşayış massivindən həyatyanı sahə almışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin həyatyanı sahədə inşa etdirdiyi fərdi yaşayış evinin inşasını tam olaraq başa çatdıra bilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər hasarı olmayan və hazırda təmir işləri aparılan həmin yarımtikili yaşayış evinin pəncərəsindən evə daxil olaraq oradan 300 manat dəyərində , 01 ədəd yaşıl rəngli, “Bosch” markalı elektrik deşici alətini və 360 manat dəyəri olan elektrik naqillərini oğurlamışlar. Bu barədə xx.xx.2023-cü il tarixdə həmin evə gələn zaman məlumatlı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə evə daxil olduqda pəncərənin açıq olduğunu və ifadəsində qeyd etdiyi əşyaların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 660 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 teleqramma ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq Abşeron rayonu, Qobu- Hökməli yolunda yerləşən Ramil adlı şəxsin metal qəbulu məntəqəsində işləyir. Adətən Ramil məntəqədə olmayanda müştərilərin satmaq üçün gətirdikləri metalları alır. Təqsirləndirilən şəxs tanıyır, demək olar ki, Adil daim onlara metal gətirib satır. Təxminən 02 yanvar 2023-cü il tarixdə Adil torbada elektrik naqilindən çıxardığı misi, elektrik avtomatını, su motorlarını və çilçırağı ona satmaq istədiyini bildirmişdir. O isə həmin əşyalara baxıb ona ümumilikdə 90 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra, ondan həmin əşyaların oğurluq olubolmamasını soruşmuşdur. Adil həmin əşyaların oğurluq olmadığını, özünə aid olduğunu və pulu olmadığına görə satmaq qərarına gəldiyini bildirmişdir. Satan zaman isə ona hər hansı sənəd verməmişdir. Adildən aldığı əşyalara görə ona 90 manat pul vermişdir. Bundan başqa, Şahid2 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində məntəqədə işdə olan zaman Adila dlı şəxs əlində torbayla məntəqəyə gəlmişdir. Adil əvvəl birOiki dəfə işlədiyi mənətəqə metal gətirib satdığı üçün onu tanımışdır. Adil onunla salamlaşdıqdan sonra söhbət əsnasında işlədiyi yerdən ona əşyalar verdiklərini və həmin əşyaları satmaq istədiyini demişdir. O da Adilə nə satmaq istədiyini soruşmuşdur. Adil əlindəki torbanı açaraq içərisindən əridilmiş mis, bir ədəd işlənmiş direl və 20 ədəd elektrik avtomatlarını çıxararaq satmaq istədiyini bildirmişdir. O da həmin əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. Adil də həmin əşyaların özünə məxsus olduğunu, fəhlə işlədiyi tikintisi başa çatmayan evdən ona pul müqabilində verdiklərini demişdir. O da Adilə inanıb həmin əşyaları ümumilikdə 60 manata biləcəyini demişdir. Adildə onunla razılaşdığından onun gətirdiyi əşyaları 60 manata satın almışdır. Sonradan həmin əşyaları müxtəlif metal qəbulu zavodlarına satmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki. işlədiyi “Omega” şirkəti tərəfindən ona “İphone 11 Pro max” markalı mobil telefon verilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” şadlıq sarayında keçirilən toy məclisində olan zaman şadlıq sarayının həyətində kişilər üçün ayrıca masa açılmışdır. Həmin masada əyləşmişlər. Həmin masada ondan başqa təxminən 20 nəfər şəxs əyləşmişdir. Öz istifadəsində olan “İphone 11 pro max” markalı mobil telefonu həmin masanın iizrində qoymuşdur. Ayaqyoluna getmək üçün masadan qalxmış və geri qayıdanda isə stolun üzərində olan mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Həmin mobil telefonun dəyəri 1200 manatdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)-41/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 177.2.3-2 maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilib ona qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Cəzasının əvvəli 15 iyul 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxsn ona elan olunan ittiham üzrə əməli özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 59.2-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3--cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)- 41/2024 saylı hökmü ona qəti olaraq təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Ayaz Kazımov tərəfindən şübhəli şəxs qismində tutulmuş,Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmaqla 03(üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.”Həbs”qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından onun barəsində Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)-41/2024 saylı hökmü ilə olan 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun barəsində Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)-41/2024 saylı hökmü ona qəti olaraq təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən qismən birləşdirilsin,Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)- 41/2024 saylı hökmü ilə olan cinayət işində tutulduğu 02 gün müddət təyin olunan cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 1(012)-41/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi və narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. İş üzrə zərərçəkənlərə mülki iddia ilə məhkəməyə müarciət etmək hüquqlarının olması elan edilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-140/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-140/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver