Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-141/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X4 iştirakı ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış, subay, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, i/b 1 ünvanında qeydiyyatda oaln, Bakı şəhəri Binəqədi rayonu, Biləcədi qəsəbəsi, DSK yolu döngə 10 ünvanında yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunda yerləşən “Xırdalan” pivə zavodunun yaxınlığında «Park» restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Maz» markalı, **-BO-*** dövlət nömrə nişanlı yük avtomaşının naqillərini əli ilə açıb akkumlyatorları ayıraraq hər biri 300 manat olmaqla ümumi 600 manat dəyərində 2 ədəd akkumlyatorları oğurlayıb, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat təxminən 14:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunda yerləşən “Xırdalan” pivə zavodunun yaxınlığında «Park» restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «DAF XF 430» markalı, **-EN-*** dövlət nömrə nişanlı yük avtomaşının naqillərini əli ilə açıb akkumlyatorları ayıraraq hər biri 300 manat olmaqla ümumi 600 manat dəyərində 2 ədəd akkumlyatorları oğurlayıb, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı olmadığından oğurluq cinayətləri törətmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər təxminən 14 radələrində oğurluq etmək məqsədi ilə Xırdalan şəhəri ərazisində gəzişmiş, Xırdalan şəhərində yerləşən pivə zavodunun yaxınlığında olduğu zaman orada «Park» restoranının qarşısında iki ədəd yük avtmobili görmüş, qərara gəlmişdir ki, həmin yük avtomobillərinin akumyatorlarnı oğurlasın. Ətrafda heç kimin olmadığına əmin olub əvvəlcə Maz markalı avtomaşına yaxınlaşmış və həmin avtomobilin üzərindəki iki ədəd akkumlyatorları naqillərdən ayırmış və çıxarıb avtomobilin yanından apararaq kənarda boş sahədə gizlətmişdir. Bundan sonra təxminən üstündən yarım saat keçmiş yenidən həmin əraziyə qayıtmış və həmin maşının yanında saxlanılmış Daf markalı avtomobilin də üzərindən eyni üsulla iki ədəd akkumlyatorları naqillərdən ayırmış və çıxarıb avtomobilin yanından apararaq kənarda boş sahədə digər akkusyatorlarm yanında gizlətmişdir. Sonra yol kənarına çıxıb boş taksi saxlatmış və sürücüyə qeyd olunan akumlyatorlarm işləmədiyini, aldığı yerə qaytaracağını bildirib həmin akkumlyatorları taksiyə yükləmişdir. Həmin akkumlyatorları Bayıl qəsəbəsində yerləşən metal qəbul sexinə gətirmiş, taksidən akkumlyatorları düşürüb taksinin pulu verərək yola salmış, sonra həmin akkumlyatorları bir-bir metal qəbul etmə məntəqəsinə gətirmiş və 4 ədəd akumlyatorları 200 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə şəxsi tələbatlarını ödəmək məqsədi ilə xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd olunan akumlyatorları satan zaman oğurluq olması barədə heç kimə məlumat verməmiş, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus Maz markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomaşın vardır. Həmin avtomaşınla yüklərin daşınması ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə təxminən saat 12 radələrində Maz markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomvşınını Bakı-Şamaxı yolunda yerləşən «Xırdalan» pivə zavodunun yanında saxlayıb yaşadığı Masallı raylnu Kürdəbaz kəndinə getmişdir. xx.xx.2019-cu il tarixdə rayondan qayıdaraq Xırdalan şəhərinə gəlmiş, avtomobilinə yaxınlaşıb mühərriki işə salmaq istəmiş, lakin mühərrik işə düşməmişdir. Bundan sonra avtomobildən düşüb akkumlayator olan yerə baxmış və həmin vaxtı avtomobilindən hər birinin dəyəri 300 manat olan iki ədəd akkumlaytorunun oğurlandığını aşkar etmişdir. Bundan sonra DİNnin 102 zəng xidmətinə avtomobilində baş vermiş oğurluqla bağlı məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, DAF XF 430 markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Qeyd olunan avtomobillə rayonlara müxtəlif növ yüklərin daşınması ilə məşğul olur. Təxminən xx xxxx 2019-cu il tarixdə özünə məxsus avtomaşını Xırdalan şəhərində yerləşən pivə zavodunun yaxınlığında olan Park restoranının qarşısında saxlamış və təcili olaraq ailə vəziyyəti ilə əlaqədar Astara rayonuna getmişdir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə avtomaşının yanına gəldikdə məlum olmuşdur ki, avtomaşının üzərində olan iki ədəd hər biri 300 manat dəyərində olan akkumlyatorlar naməlum şəxs tərəfindən gizli şəkildə oğurlanmışdır və baş vermiş hadisə zamanı ona 600 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 5 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Binəqədi rayon Pİ-nin İŞ-dən daxil olmuş ittham aktının surətindən görünürki, Təqsirləndirilən şəxsARCM-nin 177.2.2, 180.2.2 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə ittham aktı tərtib olunmuş və xx.xx.2019-cu il tarixdə tərtib olunmuş ittiham aktı cinayət işinin materialları ilə birlikdə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün sürətindən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.2, 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün sürətindən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134, 177.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 69.3, 66.5-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən sorğu əsasında alınmış tələbnaməyə və hökmlərin surətlərinə əsasən məlum olur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.1, 326.2, 234.1 və 66.3-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 234.1, 66.3 və 67-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 01 il 08 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə yaranmış məhkumluğuAzərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən iki il keçdikdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə ödənildiyindən, eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasıişi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, hazırda təqsirli bilindiyi maddələr üzrə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Bundan başqa məhkəmə qeyd etmyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə təqsirləndirildiyi əməlləri Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törətdiyindən X5 əməlində cinayətlərin residivi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə eyni xarakterli cinayətlərə görə məhkum olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilərək onun təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi vəkil X4 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134, 177.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 69.3, 66.5-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını indiki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi vəkil X4 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-141/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-141/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver