Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-141/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olan və hazırda orada fərdi yaşayış evində yaşayan, barəsində 03 noyabr 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin iyul ayından başlayaraq, 25 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində mühafizəçi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Yeni Məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evinin həyətindən ayrı-ayrı vaxtlarda 1 ədəd 120 manat dəyərində laqondanı, 1 ədəd 250 manat dəyərində preforatoru və hər birinin dəyəri 20 manat olan 5000 manat dəyərində 250 ədəd beton saxlayıcı metal dirəkləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5370 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək əməlindən peşman olduğunu, yaşlı olduğunu, maddi imkanı olmadığını bu əsasda ziyanı ödəyə bilmədiyini bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs X4 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı ev Zərərçəkmiş şəxs məxsusdur. O, həmin həyət evində təxminən 1 il, 2 ay müddətdir ki, mühafizəçi işləyir, həmçinin evin təmirinə köməklik etmişdir. Eyvaz da ona əvvəllər 2 gündən bir 40 manat pul vermişdir. Eyvaz həmin evdə olan əşyaları ona etibar etmişdir. Həmin ev tikilib qutarsa da həyətdə tikinti materialları qalmışdır. Təxminən 100 ədəddən çox metal beton saxlayıcı dirəkləri olmuşdur. Onun maddi vəziyyəti pis olduğuna görə qərara gəlmişdir ki, Eyvazın ona etibar etdiyi əşyaları sataraq qazanc əldə etsin. Təxminən 3 ay bundan əvvəl ümumilikdə 70 ədəd metal beton saxlayıcı dirəkləri oğurlayaraq küçədə təsadüfən gördüyü 85 seriya ilə başlayan Qazel markalı, mavi rəngli nəqliyyat vasitəsini idarə edən dəmir yığan, adını bilmədiyi şəxsə satmışdır. Həmin şəxs ona 350 manat pul vermişdir. Həmin şəxs dirəklərin 1 ədədini 5 manata almışdır. O, maddi vəziyyətinin pis olması səbəbilə həmin tarixdə həyətdə olan 1 ədəd laqondanı və 1 ədəd pereparatoru da oğurlayaraq yaxınlıqda olan evlərdə usta işləyən adını bilədiyi şəxsə 10 manata laqondanı və 20 manata prefaratoru satmışdır. Həmin vaxtdan keçən dövr ərzində Eyvaz evə gəlibgetmişdir. Lakin, dəmirləri satmağını hiss etməmişdir. O, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı metal yığım işi ilə məşğul olan Şahid1 zəng etmişdir. Elgünə metal beton saxlayıcı dirəkləri satmağını bildirmişdir. O, telefonla danışarkən Elgünə 8 ədəd dirək olmasını bildirmişdir. Orda əlavə də dirəklər də olmuşdur. Lakin, o, Elgünə 8 ədəd dirək satmağını bildirmişdir. Belə ki, Eyvaz gəlib oraya baxarkən şübhələnməsin. Elgün də onun deməyinə etiraz etməyərək xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:30 radələrində yaşadığı evə gəlmişdir. O, küçəyə çıxmış, siqaret çəkmiş və Elgünü qarşılamışdır. Həmin vaxt qapının onda olan açarı içəridə otaqda qalmasını müəyyən etmişdir. O, qapını açmaq istəmişdir. Lakin, aça bilməmişdir. Həmin vaxt Elgünün yanında Fərhad adlı qohumu da gəlmişdir. O, həmin şəxslərə demişdir ki, qapı bağlanıb və açarı içəridə qalıb, həmin şəxslərə qapını açmağa köməklik göstərmələrini xahiş etmişdir. Həmin şəxslər ona qapını açmağa kömək etmişdilər. Həyətin jalüzdən olan qapısını Elgün və Fərhadın köməkliyi ilə açmışdılar. Jalüz qapının altına kubik qoymuşdular. O, qapının altından həyətə girmiş və kiçik qapını açmışdır. Elgün və Fərhad içəri daxil olmuşdular. Dəmir dirəklərə baxmışdılar. Elgün maşına getmiş və Fərhadla birlikdə 8 ədəd dəmir dirəkləri götürərək Elgünün idarə etdiyi Qazel markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləmişdilər. O, həmin şəxslərə dəmir dirəklərin onun olmasını demişdir. Elgün həmin dəmir dirəklərin 1 ədədini 8 manata ala biləcəyini demişdir. O, Elgünlə razılaşmış və Elgün ona 64 manat pul vermişdir. Elgün ilə Fərhad çıxaraq getmişdilər. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Eyvaz evə baxmağa gəlmişdirdi. Evdə ustalar işləmişdilər. Eyvaz həyətə girərək jalüz qapının bir kubik hündürlüyündə açıq olmasını görmüşdür. Ondan qapının nə üçün açıq vəziyyətdə olmasını soruşmuşdur. O da Eyvaza şübhələnməməsi üçün həyətdən oğurluq olmasını bildirmişdir. O, Eyvaza dəmir dirəkləri göstərmiş, bir hissəsinin oğurlanmasını demişdir. Eyvaz ondan şübhələnməmiş və araşdırma aparılmasından ötrü polisə şikayət edəcəyini bildirmişdir. Sonra Eyvaz çıxaraq getmişdir. Sonradan polis əməkdaşları həmin evə gəlmişdilər və onu X7 dəvət etmişdilər. O da etiraz etməyərək polislərlə birlikdə polis bölməsinə getmişdir. O, Saray polis bölməsində törətdiyi oğurluq əməlini etiraf etmişdir. O, mühafizə olaraq işlədiyi Zərərçəkmiş şəxs məxsus olan Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən həyət evindən 78 ədəd dəmir dirək, 1 ədəd laqonda və 1 ədəd prefaratoru oğurlayaraq satmışdır. Satdığı əşyalardan 444 manat pul əldə etmiş və maddi vəziyyəti pis olduğuna görə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əmələ görə peşmandır. O, Şahid1 və Şahid2 satdığı əmlakın özünə məxsus olmasını və həmin əmlakın oğurluq olması barədə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq Mərkəzi Bankda mütəxəssis vəzifəsində işləyir. Belə ki, onun Abşeron rayonu, Novxanı qəsəbəsində bağ evi vardır. Həmin ev hazırda tikilmək ərəfəsindədir və natamam tikilmişdir. Ona görə də həmin evdə yaşayış yoxdur. O, evdə təmir-tikinti işləri getdiyinə görə Nizami adlı şəxsi həmin evdə nəzarətçi qoymuşdur. O, evdə təmir işləri görmək məqsədi ilə evin həyətində tikinti materialları və alətləri alıb yığmışdır. 27 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində bağ evinə gələn zaman bağ evindən oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Belə ki, ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər giriş darvazasını yəni, jalüzü qıraraq həyətdə yığılan 1 ədədinin qiyməti 25 manat olan 250 ədəd dəmir dayaqları, 1 ədəd yerdeşən aparatı və s. təmir-tikinti alətlərinin oğurlamışdılar. Bununla da oğurluq hadisəsi nəticəsində ona 8500 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini evdə mühafizəçi kimi qoyduğu Nizami adlı şəxs oğurlamışdır. Dəyən ziyan ona ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6 il müddətdir ki, metal alqı-satqısı işi ilə məşğuldur. Nizamini isə təxminən 7-8 il bundan əvvəl toyuq sexində birlikdə fəhlə işləyərkən tanımışdır. Təxminən 6-7 ay bundan əvvəl küçə-küçə gəzib metal qəbul edərkən Novxanı qəsəbəsində yolun kənarında Nizamiyə rast gəlmişdir. Nizami ilə söhbət əsnasında idarə etdiyi Qazel markalı, 90-UB 615 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə metal yığımı işi ilə məşğul olmağını demiş və Nizamiyə öz nömrəsini vermişdir. Nizami xx.xx.2023-cü il tarixdə ona zəng etmiş və 8 ədəd inşaat təyinatlı, beton tökülməsi üçün istifadə edilən dəmir dirəklərinin olmasını və hazırda satdığını bildirmişdir. Ondan dəmir dirəkləri alıb-almayacağını soruşmuşdur. O, Nizamiyə telefonla danışarkən gəlib baxacağını demişdir. Həmin gün saat 18:30 radələrində Nizaminin dediyi ünvana getmişdir. Həmin gün onunla birlikdə əmisi oğlu Şahid2 da Nizaminin dediyi ünvana getmişdir. Fərhad Füzuli rayonunda yaşayır. Fərhad Bakıya qonaq gəlmişdir. O, Fərhada dəmir götürəcəyini onunla birlikdə gedib gedə bilməyəcəyini soruşmuşdur. Fərhad isə onunla razılaşmışdır. Onlar birlikdə Nizaminin yaşadığı ünvana getmişdilər. Nizami küçədə onları qarşılamışdır. Hasarın qarşısında dayanmışdır. Nizami onlara qapının bağlanmasını və açarın içəridə qalmasını bildirmişdir. Nizami onlardan jalüz darvazanı açmağa köməklik etməyi xahiş etmişdir. O da Fərhadla jalüz qapını qaldırmışdılar. Nizami qapının altına kubik qoymuş və altından keçərək kiçik qapını açmışdır. Nizami ona dəmirlərin 1 ədədini 8 manata satmasını demiş və 64 manat verməli olduğunu bildirmişdir. O, razılaşmış və həyətdə dəmirə baxmamışdır. Nizami gedib dəmirləri gətirmiş və o, maşına yükləmişdir. Sonra Nizami ilə sağollaşmış və Fərhadla onun yaşadığı evə getmişdilər. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları Binəqədi qəsəbəsi, Gülüstan 7 ünvanında olarkən 2 nəfər polis əməkdaşı Fərhad və ona yaxınlaşmışdılar və özlərini təqdim etmişdilər. Onlar izahat vermək üçün idarəyə dəvət etmişdilər. Onlar da etiraz etməyərək polislərlə birlikdə əvvəlcə X7, sonra isə Abşeron RPİyə getmişdilər. O, həmin əmlakın oğurluq olmasını bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Kərimov X5 Elgün Ərşad oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 08/1 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan təmir-tikinti təyinatlı 1 ədəd laqondanın 2023-cü ilin oktyabr ayına olan satış qiyməti 120,00 manat, 1 ədəd preferatorun (yerdeşən hilti) qiyməti 250,00 manat 250 ədəd beton saxlayıcı metal dirəklərin qiyməti 5000,00 manat olmaqla həmin əşyaların ümumilikdə dəyəri 5370,00 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin iyul ayından başlayaraq, 25 oktyabr 2023-ъü ил тарихinədək olan müddət ərzində mühafizəçi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Yeni Məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evinin həyətindən ayrı-ayrı vaxtlarda 1 ədəd 120 manat dəyərində laqondanı, 1 ədəd 250 manat dəyərində preforatoru və hər birinin dəyəri 20 manat olan 5000 manat dəyərində 250 ədəd beton saxlayıcı metal dirəkləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5370 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə X2 cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşlı olmaqla 70-ə yaxın yaşının olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə X3 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X2 üzərinə daimi yaşayış yeri olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından tutulduğu 02 gün 04 gün müddətə bərabər hesab olunmaqla cəzasından 04 gün çıxılmalıdır. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 istintaqda şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, CM-nin 68.1.1-2 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə daimi yaşayış yeri olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X2 Lənkəran rayon İcra Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X3 məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-141/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-141/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver