Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-142/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 və Müdafiəçi2iştirakı ilə xx.xx.1990-cı ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli,evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia” markalı, 99KP897 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsi ilə Fatmayı kəndi istiqamətində 60 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinintələblərinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıcılarında isə svetoforu qarşısında dayandırılmalı olduğu halda, qanunun həmin tələblərini pozaraq hadisənin qarşını almağa texniki imkanı olmasına baxmayaraq, həmin küçənin Digah yolu ilə kəsişdiyi svetoforla nizamlanan yol ayrıcısına svetoforun qadağanedici sıqnalında daxil olub hərəkətinə davam edərək, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə sağ tərəfdən yol ayrıcısına 10 km/saat sürətlə svetoforun yaşıl işığında daxil olan Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “Toyuta Prado” markalı, 90VV050 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan onun idarə etdiyi avtomobilin qabaq oturacağında oturan sərnişin Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox, 35 % hissəsinin daimi itirilməsi, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında olan digər sərnişin Zərərçəkmiş şəxs2 sol bud sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş,həmçinin “Toyuta Prado” markalı, 90VV050 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2016-cı ildən taksi fəaliyyəti ilə məşğul olur və “8555” taksi şirkətində taksi sürücüsü işləyir. xx xxxx 2019-cu il tarixdə, Bakı şəhəri Əhmədli metrostansiyasının yanından, Binəqədi rayonu hərbi çağırış məntəqəsinin yanına sərnişin aparmaq üçün sifariş qəbul etmişdir. Buna görə etibarnamə ilə idarə etdiyi “Daevoo Nexia” markalı ** KP *** dövlət qeydiyyat nişanlı taksiyə metronun yanında tanımadığı bir kişi sərnişin əyləşmişvə onu Biləcəri qəsəbəsinə aparmışdır.Sərnişin ona 7 manat gediş haqqı verdiyi vaxt,zəng gəldiyindən sərnişin ona əlavə 5 manat verəcəyini, onu tanışı ilə Abşeron rayonu Fatmayı kəndinə aparmasını xahiş etmişdir. Təxminən 30 dəqiqə gözlədikdən sonra tanımadığı qadın gəlib avtomaşına arxa oturacaqda əyləşdikdən sonra, onları Fatmayı kəndinə apararkən yolda, Mehdiabad qəsəbəsinə hərəkətdə olarkən, fikirli olduğu üçün işıqfora baxmadan hərəkətini davam etmiş, hərəkətinin sağ tərəfindən,Digah qəsəbəsi istiqamətindən gələn Prado markalı avtomaşınla toqquşmuşdur. İdarə etdiyi avtomobilin sağ tərəfi, həmin Prado markalı avtomobilin sol tərəfinə dəyməklə toqquşma olmuşdur. Avtomobilində qabaq oturacaqda əyləşən, sonradan adını bildiyi Rasim və arxa oturacaqda əyləşən sonradan adını bildiyi Rəna sərnişinlər hadisə zamanı xəsarət almışlar. Onların xəsarət aldıqlarını gördükdə dərhal mobil telefonu ilə təcili tibbi yardıma zəng edib, hadisə barədə xəbər vermişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobil ilə xəsarət alan sərnişinləri xəstəxanaya göndərmiş, özü isə hadisə yerində qalıb polis əməkdaşların gəlməsini gözləmişdir. Hadisə zamanı avtomobili təxminən saatda 60km. sürətlə idarə etmişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,xx xxxx 2019-cu il tarixdə, saat 06 radələrində “8555” taksi şirkətinə, H.X1 yardımın yanından, Binəqədiyə getmək üçün taksi sifariş vermişdir. Verdiyi sifarişə əsasən bir neçə dəqiqədən sonra sarı rəngli “Daewoo Nexia” minik markalı, ** KP *** dövlət qeydiyyat nişanlı taksi yanında saxlamış, taksidə qabaqda otumuş və sifariş verdiyi ünvana yola düşmüşlər. Taksi sürücüsünün çox sürətlə sürdüyünü görüb ona belə yüksək sürətlə sürməməyi xəbərdar etməsinə baxmayaraq, sürücü yenə də taksini sürətlə idarə etməkdə davam etmişdir. Binəqədi qəsəbəsində tanımadığı bir qadının işarəsi ilə sürücü taksini qadının yanında saxlamışdır. Həmin qadın Fatmayı qəsəbəsi istiqamətinə getdiyini bildirmiş və sürücünün razılığı ilə arxa oturacaqda oturmuşdur. Sonradan adını öyrəndiyi Nicat adlı həmin taksi sürücüsü Abşeron rayonu Mehdiabad qəsəbəsində, Digah istiqamətində işıqforun qırmızı işığına əhəmiyyət verməyib, işıqforu sürətlə keçdikdə, Digah istıqamətindən Bakı şəhəri istiqamətinə hərəkətdə olan “X2 Prado” markalı avtomobillə toqquşmuşdur. Taksi sürücüsü Nicatın yol hərəkəti qaydasını pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sağ ayağının bud sümüyündən və baş nahiyyəsindən xəsarət almışdır. Həmçinin arxada oturan sərnişin qadında ağır xəsarət almışdı. Hadisədən sonra taksi sürücüsü Nicat onun səhhəti ilə maraqlanmamış və müalicə olunmasına maddi yardım etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3 ifadəsindəgöstərmişdirki,xx xxxxxx 2014-cü il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx xxxx 2019-cu il tarixdə, saat 06: 45 dəqiqədə həyat yoldaşının adına olan və etibarnamə əsasında idarə etdiyi “X3 Prado” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonun Digah kəndi istiqamətindən, Bakı şəhəri istiqamətinə idarə edərkən, işıqforun qırmızı işığında avtomobili saxlamış, işıqforun yaşıl işığı yandıqdan sonra yol ayrıcından Bakı şəhəri istiqamətinə avtomobili idarə edərkən, Bakı şəhəri istiqamətindən, Fatmayı qəsəbəsi istiqamətinə hərəkətdə olan “Daevo Nexia” markalı avtomobilin işıqforun qırmızı işığından keçərək sürətlə gəldiyini gördükdə, əyləci sıxmasına baxmayaraq, həmin “Daevo Nexia” markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Toqquşma vaxtı idarə etdiyi avtomobilin sürəti saatda 10km olmuşdur. Toqquşma nəticəsində “Daevo Nexia” markalı avtomobildə qabaqda oturan kişi və arxada oturan qadın sərnişinlər aldıqları xəsarətlərə görə xəstəxanaya aparılmışdır. İdarə etdiyi avtomobilin qabaq hissəsi əzilməklə ona 3000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 ifadəsindəgöstərmişdirki,xx xxxx 2019-cu il tarixdə, saat 06: 30 radələrində Binəqədi rayonunda 3-cü mədəndən, Abşeron rayonu Fatmayı qəsəbəsinə getmək üçün yolda taksi gözlədiyi vaxt, gördüyü sarı rəngli “Daevvoo Nexia” markalı taksi sürücüsünə saxla işarəsi vermiş və sürücü taksini yanında saxlamışdır. Sürücüyə Fatmayı kəndinə getdiyini dedikdə, sürücü taksidəki kişini sifariş verdiyi yerdə düşürdükdən sonra, onu dediyi ünvana aparacağını dedikdə, razılaşmış və taksidə arxa otiracaqda əyləşmişdir. Sonradan adını öyrəndiyi Nicat adlı həmin taksi sürücüsü Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Taksidə öz mobil telefonunda oyun, oynadığı vaxt, qəfildən taksinin hara isə dəydiyini, sonra tanımadığı adamların toplaşdığını və həmin adamların danışığından oturduğu taksinin qırmızı işıqda yolu keçdiyini dediklərini eşitmişdir. Tanımadığı admların köməyi ilə taksidən çıxmışdır. Həmin yol nəqliyyat hadisəsi zamanı sol ayağının bud sümüyü sınmış və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Taksidə qabaq oturacaqda olan kişi sərnişin də xəsarət almışdı. Hadisədən sonra sürücü Nicat onun səhhətilə maraqlanmamış və müalicə olunmasına maddi yardın etməmişdir. Taksidə mobil telefonunda oyun oynadığından, həmin yol nəqliyyat hadisəsinin neçə, hansı şəraitdə baş verdiyini görəməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 53 Ə №-lirəyindəngörünürki,Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün yuxarı 1\3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir;xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomobilin, digər avtomobillə toquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1\3-dən çox (35%) hissəsinin daimi itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 58 Ə №-lirəyindəngörünürki,Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayyinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sol bud sümüyünün yuxarı 1\3-nin qapalı yerdəyişən sınığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomobilin, digər avtomobillə toquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 25160 saylı rəyinəəsasənistintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daevoo Nexia markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli, 2/4703 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 20:00-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Cinayətişindəolan Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2019-cu il tarixli, ***-*******14 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı, AC 729290 nömrəli sürücülük vəsiqəsi verilmiş, bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Yevlax rayon İHB-nın Aran qəsəbə üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünürki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Abşeron Rayon Məhkəməsinə poçt vasitəsi ilə daxil olmuş teleqramdan və ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onlara dəymiş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər həyatüçüntəhlükəliolansağlamlığaağırzərərvurmayaaid xəsarətlər almışıdr. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış birədədSD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2a və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2a və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-142/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-142/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver