Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-142/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qıızının katibliyi, xüsusi ittihamçı X7 nümayəndəsi vəkil X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun nümayəndəsi X5 iştirakı ilə X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi X6 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Rüfət Arif oğlunun işlədiyi Baş Dövlət X11 İmtahan İdarəsinə və Maştağada olan yaşayış yerinə gələrək sonuncunu rüsvay edir, təhqiramiz ifadələrlə, söyüşlərlə Rüfət Qasımovu təhqir edir. Həmçinin, ucadan səs-kiiy salaraq Rüfət Qasımovun işləməsinə də mane olur. Hətta iş yoldaşlarının və Rüfət Qasımova müraciət edən vətəndaşların yanında sonuncunu nüfuzdan salaraq rüsvay edir. Hazırda xüsusi ittihamçı X12 şikayətindən imtina edir. Göstərilənləri nəzərə alaraq, CPMnin 103.5.2-ci maddəsinə əsasən təmsil etdiyi şəxsin razılığı ilə xüsusi ittihamdan imtina edir və qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirmişdir ki, qeyd olunarla razı deyildir. X12 ilə qeyri-rəsmi münasibətə daxil olmuşam. Əvvəllər münasibətiləri nomıal olmuş və aralarında heç bir söz-söhbət olmamışdır. Rüfətin iş yerinə gəlmiş, sakit tərzdə uşağın ondan olmasını onun özünə demiş, uşağın saxlanılması üçün atalıq borcunu yerinə yetirməsini bildirmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi vəkil X10 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu bildirərək, X7 şikayətindən imtina etməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsində imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən isə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X7 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vaqif HəsənovMəhkəmənin sədri: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №1(012)-142/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-142/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver