Məhkəmə qərarları › İş №1(012)-143/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-143/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-143/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mirəli oğlunun, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Göyçay rayonu, Şahsoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göyçay rayonu, Şahsoltanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 18:50 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtobus sürücülərinə aid müvafiq forma ilə idarə etdiyi «xxxxxxxxxxx» MMC-yə məxsus DAEVOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı ümumi istifadədə olan nəqliyyat vasitəsi avtobusla Abşeron rayonu, Fatmayi qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol ayrıcından kənarda sola və ya geriyə dönərkən reissiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli, yol ayrıcından kənarda geri dönərkən yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda hərəkət hissəsinin sağ kənarından arxadan və kənardan gələn nəqliyyat vasitələrinə yol verməklə manevr etməli olduğu halda bunlara riayət etməyib idarə etdiyi avtobusla 108 saylı marşrut xəttinin sonuncu dayanacağından geriyə dönərkən qarşıdan ək sistiqamətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Mercedes Benz 220» markalı ** SR *** dövlət nömrə nişanlı avtomobilin hərəkət yolunda sol ya nhissəsi ilə toqquşmuş, toqquşma nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşın idarəetməni itirərək yolun sağ kənarında səkidə dayanmış piyada Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 “onurğanın küt travması, onurğa sütunun bel şöbəsinin 3-cü fəqərəsinin arxa-yuxarı qütbünün fəsadlaşdırılmamış az yerdəyişən sınığı, sol kürəkaltı nahiyəsinin və sağ saidin yuxarı 1\3-nin sıyrıqları” ilə müşayiət olunan xəsarətlər alaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 məxsus «MercedesBenz 220» markalı ** SR *** dövlət nömrə nişanlı avtomobil zədələnərək ona 3510 manat miqdarında maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozduqdan sonra o, Bakı şəhəri, Nərimanov rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaqla hazırda 13 saylı CÇM-də cəza çəkdiyini, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda həmin avtobusu idarə edərək yol nəqliyyat hadisəsi törətməklə təqsirli olduğunu dərk edib hadisə yerində qalıb şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə bu və ya digər vasitə ilə çatdırmayaraq, zərərçəkmişə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyərək «Təcili tibbi yardım» maşını çağırmayaraq, hadisə haqqında AR-sının müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməyərək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün AR-sı müvafiq icra orqanına gəlməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində Binəqədi rayonu ərazisində çay içən zaman 108-B nömrəli sərnişin avtobusunda sürücü işləyən tanışı Saadi ona zəng vurmuş və özünü pis hiss etdiyini bildirmişdir. O, Saadi ilə Binəqədi rayonu ərazisində görüşmüş, Saadinin idarə etdiyi Daevoo markalı, **-TG-*** dövlət nömrə nişanlı, 108-B nömrəli sərnişin avtobusuna Fatmayı qəsəbəsi istqamətində hərəkət edən zaman Binəqədi rayonu ərazisində minmiş, həmin zaman avtobusu Saadi özü idarə etmiş, onlar sonuncu dayanacağa çatdıqda, yəni Fatmayı qəsəbəsində Saaadi avtobusu saxlamış və avtobusdan düşərək ayaqyoluna getmişdir. Həmin zaman avtobusu döndərmək üçün sükan arxasına əyləşmiş və avtobusu döndərən zaman Fatmayı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edən Mercedes markalı avtomobillə toqquşmuş, həmin zaman qeyd olunan avtomobil irəli gedərək yolun kənarında dayanmış şəxsə dəymişdir. Bundan sonra avtobusu saxlamış və avtobusdan düşmüş, o, qeyd olunan Mercedes markalı avtomobilə yaxınlaşmış, lakin sürücünün hər hansı bir xəsarəti olmamışdır. Kənarda dayanmış şəxsi isə avtomaşınla xəstəxanaya yola salmış, bundan sonra hadisə yerinə polis əməkdaşlarına gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxiş keçirilən zaman baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat vermiş, sonra həyacan keçirtdiyi üçün qeyd olunan ərazini tərk etmiş və fikirləşmişdir ki, lazım olduğu halda ona zəng vurarlar. Həmin hadisədən bir müddət sonra telefonu qırılmış, sonradan bilmişdir ki, barəsində axtarış elan olunmuşdur və Abşeron rayon polis idarəsinə gəlmişdir. Sürücülük vəsiqəsi yoxdur, baş vermiş hadisə zamanı və hadisədən əvvəl hər hansı spirtli içki qəbul etməmiş, qeyd olunan avtobusu hadisə baş verən tarixədək idarə etməmiş, Saadinin vəziyyəti yaxşı olmadığından sonuncunun təklifi ilə bir dövrəlik avtobusu idarə etmək niyyəti olmuş, avtobusu döndərən kimi yol nəqliyyat hadisə törətmişdir. Saadinin onun sürücülük vəsiqəsinin olmamasından məlumatı olmuş, avtobusu döndərən zaman surəti təxminən 5 km/saat olmuşdur. İlk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə təxminsn saat 19 radələrində Fatmayi qəsəbəsində yolun kənarında dayanıb Bakı şəhərinə getmək üçün avtobus gözləmiş, həmin anda qəflətən yoldan keçən Mercedes markalı avtomaşının ona dəydiyini his etmiş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra ona tanımadığı şəxs yaxınlaşmış və onu xəstəxanaya aparmış, orada ona ilkin yardım göstərilmiş, sonradan ona məlum olmuşdur ki, yolu dönmək istəyən avtobus Mercedes markalı avtomaşının hərəkət yoluna çıxmış və sonuncu avtomobilin yan hissəsi ilə toqquşduğu üçün həmin avtomobil hərəkət istiqamətini zərbənin təsirindən dəyişərək ona dəymiş və nəticədə xəsarət almışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçsa da, sonra onunla barışıq əldə etmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mercedes BenzC220 markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşınını 2019-cu ilin may ayının 27-də kreditlə almış, avtomobili etibarnamə ilə əsasında idarə etmişdir. Avtomobili idarə etmək üçün BC kateqoriyası vardır. xx xxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə Abşeron rayonu Fatmayı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olmuş, avtomobildə ondan başqa sərnişin olmamış, Fatmayi kəndinin girişində avtomobili hərəkət etdirərkən qarşısında əks istiqamətli yol ilə «DAEVOO» markalı, ** TG *** dövlət nömrə nişanlı avtobusun gəldiyini təxminən 30-40 metr məsafədən görmüş, həmin avtobus onun idarə etdiyi avtomaşına çatmağa təxminən 15 metr məsafə qalmış sağa-sola hərəkət etdiyini görmüş, avtobusa təxminən 7-8 metr məsafə qalmış gözlənilmədən avtobus manevr edərək onun hərəkət yoluna daxil olmuş, bu anda avtomobilinin sükanını sağa çəkərək qazadan yayınmağa çalışmış, lakin avtobusun qabaq sağ hissəsi onun hərəkət yolunda avtomobilinin sol yan hissəsi ilət oqquşmuş, bu anda salona toz duman dolmuş və sükan əlindən çıxaraq idarə etməni itirmişdir. Zərbənin təsirindən avtobus onun avtomobilini sağ səkinin üzərinə çıxarmış və yolun kənarına atmış, avtomobildən düşdükdə görmüşdür ki, zərbənin təsirindən avtomobili yolun kənarına atılmış və orada dayanmış piyadaya dəymişdir. Piyadanı yolun kənarında oturmuş vəziyyətdə görüb ona yaxınlaşmış, piyadanın qolunu təmizlədiyini görüb ondan nə kimi xəsarət alması ilə bağlı maraqlanmış, sonuncu ona ciddi xəsarət almadığını bildirmişdir. Maşının mühərrikini söndürmüş və avtobus sürücüsünə yaxınlaşmış, ondan nə səbəbə belə hərəkət etməsi ilə bağlı maraqlanmış, lakin sürücü şokda olmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, avtobusu idarə edən sürücü əvvəlcə sükan arxasında olduğunu danmaq istəsədə, polis əməkdaşlarına sürücünün göstərib həqiqətən onun sükan arxasında olduğunu bildirmiş, hadisə zamanı özü hər hansı bir xəsarət almamış, eyni zamanda avtomobilində başqa sərnişində olmamışdır. Eyni zamanda hadisə baş verdiyi ərazi 108B saylı marşrut xəttində işləyən «DAEVOO» markalı, ** TG *** dövlət nömrə nişanlı avtobusun son dayanacağı olduğundan hadisə baş verən anda avtobusda da sərnişin olmamışdır. Əlavə olaraq göstərmişdir ki, avtobusun qarşı yolla gəldiyini əvvəlcə 30-40 metrədən görsə də, avtobusa çatmağa təxminən 7-8 metr məsafə qalmış ani anda manevr etmiş və onun hərəkət yoluna daxil olmuşdur. Həmin andan da onun hərəkəti üçün təhlükəli an yaranmış, hadisə baş verdiyi ərazidə avtomobilinin sürəti 60 km/saatdan artıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından etibarən Çinar-Trans MMC-də sürücü işləmişdir. Həmin şirkətdə Azadlıq metrosundan Mehdiabad qəsəbəsi istiqamətində fəaliyyət göstərən 108- B nömrəli avtobusda sürücü işləyir. 2019-cu ilin iyun ayında yol vərəqəsi ilə həmin avtobuslardan Daevoo markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu idarə etmişdir. Onun qeyd olunan avtobusu idarə etmək üçün müvafiq kateqoriaya uyğun sürücülük vəsiqəsi vardır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində vəziyyəti pisləşdiyindən Emilə zəng vurmuş və sonuncunu avtobusun son dayanacağına, yəni Fatmayı qəsəbəsinin giriş hissəsinə çağırmışdır. Qeyd olunan ərazidə avtobusdan düşmüş və əl-üzünü yumağa getmiş, bu zaman Emil avtobusun sükan arxasına əyləşərək avtobusu yolun sağ tərəfindən sol tərəfinə sürmək istədikdə Mehdiabad qəsəbəsi istəqamətində hərəkətdə olan Mercedes markalı avtomobillə toqquşmuşdur. Bu zaman yolun kənarında dayanan şəxs xəsarət almış, sonra qeyd olunan əraziyə polis əməkdaşları gəlmiş və Emilin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını əvvəlcədən bilməmiş, Təqsirləndirilən şəxs hadisədən əvvəl avtobusu idarə etməmiş, sadəcə olaraq Emil onlarda avtoyumada işləmiş, bundan əlavə arada avtobusu dayanacaqda saxlayan zaman çöl tərəfdən onlara istqamət vermiş, Təqsirləndirilən şəxs sadəcə olaraq avtobusu yolun kənarına sürməsinə icazə vermiş, Emildə həmin zaman yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş QeybullayevŞöhrətAdiloğluifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından etibarən Çinar-Trans MMC-də dəsti rəisi vəzifəsində işləyir. O, qeyd olunan şirkətdə Azadlıq materosundan Mehdiabad qəsəbəsi istiqamətində fəaliyyət göstərən 108-B nömrəli avtobuslara nəzarət edir. Həmin avtobuslardan Daevoo markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu Şahid1 idarə etmiş, Saadinin qeyd olunan avtobusu idarə etmək üçün müvafiq kateqoriaya uyğun sürücülük vəsiqəsi vardır. xx.xx.2019-cu il tarixdə ona Saadi zəng vurmuş və idarə avtobusla yol nəqliyyat hadisəsi törədildiyi barədə məlumat vermişdir. O, dərhal hadisə yerinə, yəni Fatmayı qəsəbəsinə gəlmiş, orada məlum olmuşdur ki, Saadinin vəziyyəti yaxşı olmadığından kömək üçün Emil adlı şəxsi çağırmışdır. Emil Saadinin əl-üzünü yumağa getməsindən istifadə edərək sükan arxasına əyləşib avtobusu əks yolun kənarına sürmək istəmiş, lakin bu zaman Fatmayı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobillə toqquşmuş, baş vermiş hadisə nəticəsində yolun kənarında dayanmış şəxs xəsarət almış, həmin şəxsə köməklik göstərilmiş və xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan avtobusu idarə etməyini görməmiş, Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində işləmiş, hazırda isə harada işləməsini bilmir. Şahid1 avtobusu sürmək üçün Təqsirləndirilən şəxs verən zaman ona bu barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,Abşeron rayon X3 Şöbəsində baş təhqiqatçı vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. xx xxxx 2019-cu il tarixdə həmişə olduğu kimi xidmətdə olmuş, həmin tarixdə saat 18:35 radələrində Mehdiabad PB-nin növbətçi hissəsindən Fatmayi qəsəbəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirilərkən iki nəfər hal şahidi hadisə yerinə dəvət edilmiş və proses iştirakçıları ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, «xxxxxxxxxxx» MMC-yə məxsus DAEVOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü 108B saylı marşrut xəttinin sonuncu dayanacağında Abşeron rayonu, Fatmayi qəsəbəsi ərazisində avtobusla geriyə dönmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli olduğu halda buna riayət etməmiş, əks istiqamətli yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz 220» markalı ** SR *** dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə «Mercedes Benz 220» markalı avtomobil zərbənin təsirindən yolun ehtiyat hissəsinə daxil olaraq sağ səkidən 0,5 metr məsafədə dayanmış piyada Zərərçəkmiş şəxs2 dəyərək xəsarət almışdı. Hadisə yerinə baxış keçirildikdə hadisə vaxtı avtobusu idarə etmiş sürücünün Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs əvvəlcə hadisə zamanı sükan arxasında olduğunu etiraf etməmiş, lakin qəzaya uğramış Mercedes Benz markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 avtobusun sükanı arxasında hadisə zamanı məhz Təqsirləndirilən şəxs olduğunu və onun tərəfindən avtobusun idarə edildiyini bildirdiyi üçün Emil həqiqəti etiraf etmişdir. Hadisə yerinə baxış keçirildikdə fotocədvəl tərtib olunması üçün fotoşəkillər çəkildikdə Təqsirləndirilən şəxs hadisə yerini bilavasitə göstərsə də, sonradan protokol tərtib edildikdə Təqsirləndirilən şəxs hadisə yerində qalmayıb özbaşına hadisə yerini tərk etmiş və baxış prosesində sonadək iştirak etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş piyadaya da yardım etməmiş, zərərçəkmişə özü barəsində hər hansı məlumat vermədiyi və zərərçəkişin xəstəxanaya aparılması prosesində iştirak etmədiyi də müəyyən edilmiş, hadisə yerinə keçirilmiş baxış zamanı protokol tərtib edilərkən sürücü Təqsirləndirilən şəxs iştirak etmədiyindən protokola onun tərəfindən imza edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2597 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – onurğanın küt travması, onurğa sütunun bel şöbəsinin 3-cü fəqərəsinin arxayuxarı qütbünün fəsadlaşdırılmamış az yerdəyişən sınığı, sol kürəkaltı nahiyəsinin və sağ saidin yuxarı 1\3-nin sıyrıqları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstiərildiyi qaydada xx.xx.2019-cu il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələr ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 18933 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olumuş məlumatlara əsasən «Daevoo» markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük hüququ olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2019-cuiltarixli, 2/5230 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki,hadisə vaxtı sürücü Zərərçəkmiş şəxs1 ayıq olmuşdur. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 263-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməklə 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilmişdir. İş materiallarına əlavə edilmiş X1 X5 «AVTOEKSPERT»-dən alınmış xx.xx.2019-cu il tarixli, E/241 saylı ziyan aktı ilə müəyyən edilmişdir ki, «MercedesBenz 220» markalı ** SR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 3510 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPi-in xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 263-1.1-ci maddəsi ilə təqsirl ibilinmiş və 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməklə 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilmiş, Təqsirləndirilən şəxs PX-in 05 saylı CM-də cəza çəkir. Cəzasının sonu xx.xx.2020-ci il tarixdə başa çatır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərdən birinin ehtiyatsızlıqdan, digərinin isə qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə onun müsbət xarakterizə olduğunu, təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməllərini qismən etiraf edərək, əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsi hüquqi varisi X2 ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qanunvericiliyə görə ehtiyatsızlıqdan törədilən cinayətə görə yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş əsas və əlavə cəzalar qismən toplanmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İndiki hökmlə təyin edilmiş əlavə cəza ilə BakışəhərNərimanovRayonMəhkəməsinin xx.xx.2018-ciiltarixlihökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş əlavə cəzasının ödənilməmiş qalan 01 (bir) il 06 (altı) ay 06 (altı) gün hissəsi ilə qismən birləşdirmək yolu ilə qəti əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayətlər törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri üzrə təyin edilən əsas və əlavə cəzalar qismən toplanılsın və üzərində 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş əlavə cəzasının ödənilməmiş qalan 01 (bir) il 06 (altı) ay 06 (altı) gün hissəsi ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 03 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar