Məhkəmə qərarları › İş №1(012)-143/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-143/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-143/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 oğlunun, Təqsirləndirilən şəxs1 və müdafiəçisi vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və müdafiəçisi vəkil X2, Təqsirləndirilən şəxs5 və müdafiəçisi vəkil X2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs6 və müdafiəçisi vəkil Müdafiəçi3 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, İmişli rayonu, Məmmədli ərazi dairəsi, Əl yetməzli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən əlillər binasında yaşamış, Abşeron Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 13.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1 və 221.2.1-ci maddələri ilə, xx.xx.2000-ci il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Hüseyn Arif küçəsi döngə 4 ev 3-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 21.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 1/5-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə müəllimlər binasında yaşamış, Abşeron Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 13.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs4, xx.xx.2001-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 13.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs5, xx.xx.1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə ev 23 B mənzil 16-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 13.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3, xx.xx.2000-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işsiz, Laçın rayonu, Piçənis kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə Yat-1 də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları X3, X12, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikum» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasınını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəbolmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yerirərək bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə ətrafda olan obyektlərin normal iş fəaliyyətini və hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra həmin vaxt o, ümumi niyyətindən kənara çıxaraq tamah niyyəti ilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədi ilə yaxınlıqda olan Zərərçəkmiş şəxs2 məxsus «Opel Astra» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan pul kisəsindən 180 manat pulu açıq talayaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğluna qarşı soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları X3, X12, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikum» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yerirərək bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs4 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları X3, X12, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikum» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasınını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəbolmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərk bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs5 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları Təqsirləndirilən şəxs2, X12, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikum» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasınını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəbolmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yerirərək bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə ətrafda hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları X3, X12, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikom» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasınını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəbolmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yerirərək bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. X12 12 sentyabr 2021-ci il tarixdə saat 05:40 radələrində tanışları X3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi «Zaz Slavuta» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri «Texnikom» adlanan ərazidə hərəkətdə olub işıqforda dayanan vaxt idarə etdiyim avtomobildən solda «Opel Astra» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ona baxmasınını bəhanə gətirərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Mərəndi” adlı mağazanın qarşısında avtomobildən düşərək heç bir əsaslı səbəbolmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə digər şəxslərlə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 oğluna-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağ qulaqaltı və sağ əlin üst səthininsıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yerirərək bu hərəkətlərini 20 dəqiqə davam etdirməklə ətrafda olan obyektlərin normal iş fəaliyyətini və hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə əlillər binasında yerləşən fərdi evdə yaşayır. 12.09.2021-ci il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb dostu Miribrahimlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Sultan” adlı şadlıq sarayının yaxınlığında görüşmüşlər. Həmin vaxt orada Xəyal da olmuşdur. Onlar söhbət edən zaman təxminən 20 dəqiqə sonra oraya Ülvi idarə etdiyi ağ rəngli “Zaz Slavuta” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Ülvi onlarla görüşüb söhbət etmiş, sonra təklif etmişdir ki, “gedək avtomobillə gəzək”. Bundan sonra Ənvərlə o, vtomobilin ön oturacağına əyləşmişlər, Miribrahim, Rəhman və Xəyal isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Avtomobillə təxminən 20 dəqiqəyə yaxın Xırdalan şəhərində gəzmişlər. Təxminən saat 05:30 radələrində Xırdalan şəhərində yerləşən Texnikom adlanan yerin yaxınlığında işıqforun yanında dayanan vaxt yanlarında «Opel Astra» markalı avtomobil dayanmışdır. Həmin vaxt avtomobildə sürücüdən başqa bir nəfər sərnişin olmuşdur. Ülvi ilə həmin avtomobilin sürücüsü baxışmışlar. İşıqforun yaşıl işığı yanandan sonra həmin avtomobilin sürücüsü sürüb getmiş, Ülvi də həmin sürücünün arxasınca avtomobili sürərək sürücüyə işıq vasitəsi ilə işarə edib avtomobili saxlatdırmış və özü idarə etdiyi avtomobilini həmin avtomobilin yanında saxlayıb demişdir ki, “nə olub”. Həmin sürücü, yəni adını sonradan bildiyi Namiq Ülviyə demişdir ki, “nə ola bilər ki, salamatçılıqdı sizdə”, Ülvi avtomobili həmin avtomobilin yanında saxlamış avtomobildən o, Rəhman, Xəyal və Ənvər düşdmüşlər. Ülvi Miribrahimlə birlikdə avtomobili Nərmin marketin yanına sürüb avtomobili ara məhlədə saxlamışdır. Namiq onlara demişdir ki, “dostuvuz niyə belə edir”. Onlar da demişlər ki, “gözlə avtomobili saxlayıb gəlir söhbət edərik”. Daha sonra həmin yerə Ülvi və Miribrahim də gəlmişdir. Onlar orada dayanıb söhbət edən vaxt onların sözlə mübahisələri düşmüşdür. Həmin şəxslər onlara demişlər ki, “niyə ona tərs-tərs baxırıq”, bir az söhbət edəndən sonra öpüşüb görüşüb sağollaşmışlat və “Opel” markalı avtonobilin sürücüsü çıxıb getmişdir. Onlar da 3 nömərli məktəbə tərəf getmişlər. Onlar avtomobilə əyləşmişlər və Ülvi də onları “Sultan” adlı şadlıq Sarayının yanına aparıb düşürtmüş o da yaşadığı evə getmişdir. Onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, döngə 4, ev 3-də yaşayır. Bildirmişdir ki, 12.09.2021-ci il tarixdə gecə saat 04-05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Sultan” adlı şadlıq sarayının yaxınlığında yerləşən avto-yuma məntəqəsinin yanında Ənvər, Nahid, Xəyal, Rəhmanla birlikdə dayanıb söhbət edən zaman onların yanına Ülvi idarə etdiyi ağ rəngli “Zaz Slavuta” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Ülvi onlara demişdir ki, “gəlin əyləşin gedək gəzək”. Ənvər və Nahid avtomobilin ön oturacağına əyləşmişilər, o, Rəhman və Xəyal arxada əyləşmişlər. Onlar Xırdalan şəhərində avtomobilə gəzərkən X15 işıqforunda qırmızı rəngli avtomobilin yanında saxlayanda həmin avtomobilin sürücüsü Ülviyə demişdir ki, “nə olub”, Bundan sonra işıqforun yaşıl işığı yanmış, həmin avtomobil sola dönmüş, Ülvi də avtomobili həmin avtomobilin qarşısına sürüb saxlatdırmışdır. Bundan sonra avtomobildən hamı düşmüş avtomobildə o, Rəhman və Ülvi qalmışlar. Avtomobildən düşən Nahid, Xəyal və Ənvər düşüb mübahisə etməyə başlamışlar. O, Ülviyə demişdir ki, “mənə problem lazım deyil, sür gedək”. Bundan sonra Ülvi avtomobili sürüb getmiş və qabaqda “Nərmin” adlı marketi keçən kimi sola dönüb saxlamışdır. O, və Ülvi avtomobildən düşmüşlər. O, uzaqdan görmüşdür ki, Ənvərgil mübahisə etmiş və söhbət əsnasında Ənvərgil dalaşmışlar. Amma kimi kim tərəfindən vurmasını dəqiq görməmişdir. Həmin vaxtı hava qaranlıq olmuşdur. O da Ülviyə demişdir ki, “məni apar avtomobilimin yanında düşür”. Ülvi idarə etdiyi avtomobillə onu dediyi yerə aparmışdır. O, avtomobilinə əyləşib “Sultan” adlı şadlıq sarayının yanına getmiş o, oraya çatanda Ənvər, Nahid, Xəyal, Rəhman və Ülvi orada Olmuşlar. Ənvərgil heç bir söz danışmamışlar. O, bir az Ənvərgilin yanında dayanıb daş bazarı adlanan yerə getmişdir. Səhəri gün onu Abşeron rayon Polis İdarəsinə çağırmışlar və orada bildirmişlər ki, “Opel Astra” markalı avtomobilin sürücüsü onlardan şikayət etmişdir. Onun həmin hadisədən xəbəri olmamış, hadisə vaxtı orada olmamışdr. Bildirmişdir ki, onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, müəllimlər binasında yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 12.09.2021-ci il tarixdə saat 23 radələrində Miribrahimə məxsus “Az Samand” markalı avtomobillə bir neçə saat gəzdikdən sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Sultan” adlı şadlıq sarayının qarşısına getmişlər. Həmin vaxt orada Nahid, Xəyal və Rəhman olmuşd, təxminən 1 saata yaxın orada dayandıqdan sonra oraya Ülvi idarə etdiyi ağ rəngli “Zaz Slavuta” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Ülvi onlarla görüşüb söhbət etdi sonra təklif etmişdir ki, “gedək gəzək”. Bundan sonra Nahidlə Xəyal avtomobilin ön oturacağına əyləşmişlər, o, Miribrahim və Rəhman avtomobilin arxa oturacağında əyləşmişlər. Avtomobillə təxminən 30 dıqiqəyə yaxın Xırdalan şəhərində gəzmişlər. Təxminən saat 05:30 radələrində Texnikom adlanan yerin yaxınlığında işıqforun yanında dayanan vaxt yanlarında «Opel Astra» markalı avtomobil dayanmışdır. Həmin vaxt Ülvi onlara demişdir ki, “bu niyə bizə belə baxır”. Bundan sonra həmin avtomobilin sürücüsü, adını sonradan bildiyi Namiq avtomobili sürüb getmiş, Ülvi də həmin avtomobilin arxasınca idarə etdiy iavtomobili sürüb həmin sürücüyə işıq vasitəsi ilə işarə edib avtomobili saxlatdırmış və özü idarə etdiyi avtomobilini həmin avtomobilin qarşısına sürüb saxlamışdır. Ülvi avtomobili saxlayan kimi avtomobildən düşmüş Ülvinin arxasınca onlar hamısı avtomobildən düşmüşlər. Ülvi həmin şəxslərlə salamlaşmış və “Opel” markalı avtomobildən düşən Namiq və qardaşı Rəhim Ülviyə demişlər ki, “niyə bizə belə baxırsız”? Ülvi də demişdir ki, “gözlə avtomobili məhləyə verib gəlirəm”. Miribrahim, Rəhman və Ülvinin avtomobilinə əyləşmişlər və Ülvi avtomobili sürüb getmişdir. Həmin vaxt yerdə o, Nahid və Xəyal qalmışdır. Xəyal “Opel” markalı avtomobildən düşən Namiq və Rəhimə demişdir ki, “siz harada yaşayırsınız”, həmin şəxslər demişlər ki, “Xırdalanda qalırıq”. Xəyal da həmin şəxslərə demişdir ki, “bizdə Xırdalanda qalırıq”. O, və Nahid həmin şəxslərlə söhbət edən zaman onların mübahisəsi olmuş və Nahid dəqiq yadında qalmayan şəxsin üstünə qışqırıb demişdir ki, -“ağılı ol”. Avtomobilin sürücüsü Namiq oturmaq istəyəndə Nahid sürücüyə təpik atmışdır. Nahidin avtomobilin sərnişini yerə uzatdığını görmüşdür. Daha sonra Rəhman, Ülvi və Miribrahim də onların yanına gəlmişlər. Daha sonra onlar Namiqlə Rəhimə niyə ağıllı olmadıqlarını bildirmişlər. Həmin vaxtı “Opel” maraklı avtomobilin sürücüsü Namiq və qardaşı Rəhim onlara niyə belə etdiklərini dedikdə Nahid sürücünü vuraraq yerə yıxmış və sürücünün yanında olan qardaşı Nahidə yaxınlaşmaq istədikdə onlar da həmin şəxsi yaxasından tutaraq yerə yıxmışlar. Daha sonra hər ikisi yerdə olan zaman onlar hamısı Namiqlə Rəhimi yerdə təpikləməyə başlamışlar. Həmin vaxtı ətrafa biraz 3-4 nəfər də toplaşmış və onlar dava-dalaşa baxmışlar. X16 vurduqdan sonra Namiqlə Rəhimi ayağa qaldırıb buradan rədd olub getmələrini demişlər. O, bundan sonra Miribrahim Ülviyə demişdir ki, “məni apar avtomobilimin yanında düşür”. Ülvi idarə etdiyi avtomobillə onları həmin yerdən aparmışdır. Səhəri gün onu Abşeron rayon Polis İdarəsinə çağırmışlar və orada bildirmişlər ki, ““Opel Astra” markalı avtomobilin sürücüsü və qardaşı sizdən şikayət ediblər”. Bildirmişdir ki, onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 33-də yaşayır. 12.09.2021-ci il tarixdə saat 05 radələrində yaşadığı evdə olarkən Ülvi istifadəsində olan mobil telefona zəng vurmuşdur ki, “düş gedək gəzək”. Bundan sonra o, yaşadığı evin qarşısına çıxmış, həmin vaxt Ülvi idarə etdiyi ağ rəngli “Zaz Slavuta” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmişdir. Həmin vaxt avtomobildə ön oturacaqda Ənvər və Nahid əyləşmiş, arxada isə o, Xəyal və Miribrahim əyləşmişdir. Ülvi bir az avtomobillə onları gəzdirmiş və təxminən saat 05:30 radələrində Texnikom adlanan yerin yaxınlığında işıqforun yanında dayanan vaxt yanılarında «Opel Astra» markalı avtomobil dayanmışdır. «Opel Astra» markalı avtomobilin sürücüsü yanında əyləşən sərnişinin başını telefon işığına tutmuşdur. Ənvər Ülviyə demişdir ki, “onu saxlatdır”. Ülvi həmin avtomobilin sürücüsünə işıq vasitəsi ilə işarə edib idarə etdiyi avtomobili həmin avtomobilin qarşısına verib saxlatdırmışdır. Xəyal, Nahid və Ənvər avtomobildən düşmüşlər. O, Miribrahim və Ülvi avtomobildə qalmışlar. Nahid, Xəyal və Ənvər avtomobildən düşüb mübahisə etməyə başlamışlar. Həmin vaxt Miribrahim Ülviyə demiş ki, “mənə problem lazım deyil, sür gedək”. Bundan sonra Ülvi avtomobili sürüb getmiş və qabaqda “Nərmin” adlı marketi keçən kimi sola dönüb saxlamışdır. O, Miribrahim və Ülvi avtomobildən düşüb uzaqdan görmüşlər ki, “Ənvərgil mübahisə edir”. Ənvərlə Nahidin həmin şəxslərlə söhbət etdiyini görmüşdir. Ənvərgili mübahisəsi olmuş və Nahid dəqiq yadında qalmayan şəxsin üstünə qışqırıb demişdir ki, -“ağılı ol”. Avtomobilin sürücüsü avtomobilə oturmaq istəyəndə Nahid sürücüyə təpik atmışdır. Nahidin avtomobilin sərnişini yerə uzatdığını görmüşdür. Daha sonra o, Ülvi və Miribrahim də Nahidgilin yanına getmişlər. Sonra həmin şəxslərə niyə ağıllı olmadıqlarını bildirmişlər. Həmin vaxtı “Opel” maraklı avtomobilin sürücüsü və yanındakı şəxs onlara niyə belə etdiklərini dedikdə Nahid sürücünü vuraraq yerə yıxmış və sürücünün yanında olan Nahidə yaxınlaşmaq istədikdə onlarda həmin şəxsi yaxasından tutaraq yerə yıxmışlar. Daha sonra hər ikisi yerdə olan zaman onlar hamısı həmin şəxsləri yerdə təpikləməyə başlamışlar. Həmin vaxtı ətrafa biraz 3-4 nəfər də toplaşmış və dava-dalaşa baxmışlar. Onlar Namiqgili vurduqdan sonra onları ayağa qaldırıb buradan rədd olub getmələrini demişlər. Bundan sonra Miribrahim Ülviyə demişdir ki, “məni apar avtomobilimin yanında düşür”. Ülvi idarə etdiyi avtomobillə onu və Miribrahimi Miribrahimin avtomobilinin yanında düşürmüş sonra Miribrahim onu yaşadığı evin yaxınlığına aparmışdır. Səhəri gün onu Abşeron rayon Polis İdarəsinə çağırıb orada ona bildirmişlər ki, “Opel Astra markalı avtomobilin sürücüsünə qarşı quldurluq olmuşdur”. Bildirmişdir ki, onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 23 B, mənzil 16-da yaşayır. 12.09.2021-ci il tarixdə gecə saat 03 radələrində babası X4 məxsus ağ rəngli “Zaz Slavuta” markalı ağ rəngli **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində gəzmişdir. Təxminən 1 saat avtomobildə tək gəzmiş sonra məhlədə yerləşən moykanın yanında idarə etdiyi avtomobilə Ənvər, Xəyal, İbrahim və Nahid əyləşmişlər. Bir az gəzdikdən sonra Rəhmangilin məhləsindən keçəndə Rəhmanı da götürmüş, Xırdalan şəhərində gəzərkən təxminən saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri «Texnikom» adlanan ərazidə işıqforda dayanan vaxt idarə etdiyi avtomobildən solda «Opel Astra» markalı avtomobil dayanmışdır. O, düz getmək istəyəndən avtomobildə olan uşaqlardan kimsə ona demişdir ki, “«Opel Astra» markalı avtomobildə əyləşən şəxslər niyə bizə belə baxır”. O da idarə etdiyi avtomobilli həmin avtomobilin yanına sürüb saxlamışdır. O, güzgüdən həmin avtomobilin sürücünə demişdir ki, “avtomobili qırağa ver saxla”. O, da idarə etdiyi avtomobili həmin avtomobilin qarşısında saxlamışdır. O, və avtomobildə olan sərnişinlər avtomobildən düşmüşlər, vəziyətin yaxşı olmayacağını hiss edib İbrahimə demişdir ki, “otur gedək”, Bu vaxt Rəhman da avtomobilə əyləşmiş və o, avtomobili yaxınlıqda olan aralığa sürərək saxlamışdır. Təxminən 5 dəqiqəyə yaxın avtomobildə oturmuşlar sonra avtomobillə o, və İbrahim geri qayıtmışlar, lakin həmin yerə çatmamış dönmüş və orada heç kimin olmadığını görmüşdür, Bir az qabağa avtomobili sürdükdə görmüşdür ki, məhlədə Ənvər, Xəyal və Nahid var. Nahidgil avtomobilə əyləşmişlər. O, Nahidgildən həmin vaxt nə baş verdiyini soruşduqda Nahidgil ona elə-belə mübahisə etdiklərini və Nahidin həmin şəxslərdən birinin belinə ya təpiklə yada yumruqla vurduğunu bildirmişlər. Sonra o, Nahidgili “Sultan” adlı şadlıq Sarayının yaxınlığında düşürmüş və yaşadığı evə getmişdir. Səhəri gün onu Abşeron rayon Polis İdarəsinə çağırmışlar və orada bildirmişlər ki, “Opel Astra” markalı avtomobilin sürücüsü və qardaşı onlardan şikayət etmişlər. Bildirmişdir ki, onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Yat-1 də yerləşən fərdi evdə yaşayır. 11.09.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb evin yaxınlığında yerləşən avto-yuma məntəqəsinin qarşısına getmişdir. 12.09.2021-ci il tarixdə saat 01 radələrində dostu Miribrahim oraya idarə etdiyi “Az Samand” markalı avtomobillə gəlmişdir. Miribrahimi avtomobilinə o, Nahid, Ənvər əyləşmişlər və təxminən 2 saata yaxın avtomobillə gəzib “Sultan” adlı şadlıq sarayının qarşısına qayıtmışlar. Onlar orada olan vaxt Ülvi idarə etdiyi ağ rəngli “Zaz Slavuta” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəhmanla birlikdə gəlmişdir. Ülvigil onlrla görüşmüş və Ülvi demişdir ki, “gedək mənim avtomobilimlə gəzək”. Avtomobillə təxminən 30 dəqiqəyə yaxın Xırdalan şəhərində gəzmişlər. Təxminən saat 05:30 radələrində Texnikom adlanan yerin yaxınlığında işıqforun yanında dayanan vaxt yanılarında «Opel Astra» markalı avtomobil dayanmışdır. Ülvi avtomobili ilə “Opel Astra” markalı avtomobilin sürücüsü nə haqqında danışmışlar. O, Ülvigili “Opel Astra” markalı avtomobilin sürücüsü haqqında nə danışdığını eşitməmişdir. Ülvi idarə etdiyi avtomobillə həmin avtomobilin qarşısında saxlamış, onlar avtomobildən düşmüşlər. Ülvi, Rəhman və Miribrahim avtomobillə gedib yaxınlıqda arada saxlamışlar. O, görmüşdür ki, Ənvərgil mübahisə etmişdir. Ənvərlə Nahidin həmin şəxslərlə söhbət etdiyini görmüş, onların söhbəti çəpləşmiş və Nahid dəqiq yadında qalmayn şəxsin üstünə qışqırıb demişdir ki, -“ağılı ol”. Avtomobilin sürücüsü adını sonradan bildiyi Namiq avtomobilə oturmaq istəyəndə Nahid sürücüyə təpik atmışdır. Nahidin Namiqin qardaşı Rəhimi yerə uzatdığını görmüşdür. Daha sonra Rəhman, Ülvi və Miribrahim də onların yanına gəlmişlər. Daha sonra onlar Namiqgilə niyə ağıllı olmadıqlarını bildirmişlər. Həmin vaxtı “Opel” maraklı avtomobilin sürücüsü Namiq və yanındakı qardaşı onlara niyə belə etdiklərini dedikdə Nahid Namiqi vuraraq yerə yıxmış və Namiqin qardaşı Rəhim Nahidə yaxınlaşmaq istədikdə onlar da həmin şəxsi yaxasından tutaraq yerə yıxmışlar. Daha sonra hər ikisi yerdə olan zaman onlar hamısı Namiqgili yerdə təpikləməyə başlamışlar. Həmin vaxtı ətrafa biraz 3-4 nəfər də toplaşmış və dava-dalaşa baxmışlar. X16 vurduqdan sonra Namiqgili ayağa qaldırıb onlara buradan rədd olub getmələrini demişlər. Bundan Ənvər sonra Miribrahim Ülviyə demişdir ki, “məni apar avtomobilimin yanında düşür”. Ülvi idarə etdiyi avtomobillə Rəhmanı və Miribrahimi aparmışdır. Daha sonra onlar gəzə-gəzə yolla gedəndə Ülvi onların yanına gəlmiş və onları “Sultan” adlı şadlıq sarayının yaxınlığına aparıb düşürtmüdür. Bildirmişdir ki, onlarda ümumiyyətlə bıçaq olmamış və onlar heç kəsdən nə zorla nə də ki, başqa yolla pul tələb etməmişlər. Hadisə zamanı ümumiyyətlə pulla bağlı söhbət olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 20, mənzil 59-da yaşayır. 12.09.2021-ci il tarixdə saat 05:30 radələrində qardaşı Zərərçəkmiş şəxs1 oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq eibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evinə getsinlər. O, Avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, Texnikomun yanında yerləşən işıqfordan üzü Sumqayıt yolu istiqamətində hərəkətdə olarkən ağ rəngli “Zaz Slavuta” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan sol qanadı qara rəngli avtomobilin sürücüsü o, işıqforda dayanan vaxt onu sıxaraq sağ tərəfinə keçmiş, işıqfor yanandan sonra o, sola dönüb Sumqayıt- Bakı yoluna çıxmaq istəyərkən “Zaz Slavuta” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağa sıxıb əl qol hərəkətləri ilə ona avtomobili saxlamasını bildirmişdir. O, avtomobili saxladıqdan sonra həmin avtomobildən 5 nəfər əvəllər tanımadığı daha sonra istintaq dövründə adlarını bildiyi Ənvər, Nahid, Rəhman Miribrahim və Xəyal düşmüş və həmin şəxslərin içərisində olan Rəhman adlı şəxs ona təpik ataraq demişdir ki, “burada neynirsiniz”. Onun idarə etdiyi avtomobilin qarşısında avtomobilini saxlayan Ülvi adlı şəxs isə avtomobili sürüb arada saxlamışdır. O, və qardaşı avtomobildən düşüb həmin şəxslərə demişlər ki, “bizdən nə istəyirsiniz”. Həmin şəxslərdən Nahid və Ənvər adlı şəxslər qardaşı Rəhimin üzərinə gedərək qışqıra-qışqıra danışmış, onlardan Xırdalan uşağı olubolmadığını və hara getdiyini soruşmuşlar. O, və qardaşı demişlər ki, “evə çörək pulu qazanmaq üçün gedirik”. Həmin şəxslərin hamısı onlara demişlər ki, “biz də Zona pul göndəririk”. Uşaqlardan ikisi onlarla söhbət edən vaxt idarə etdiyi avtomobilin qarşısında “Zaz Slavuta” markalı avtomobili saxlayan Ülvi də gəlmiş, Ülvi və digərlər avtomobilin salonunu axtarmağa başlamışlar. O, və qardaşı həmin şəxslərin üzərinə gedərək demişlər ki, “neynirsiniz ?”, həmin vaxt onun və qardaşının üzərinə Nahid və Ənvər ciblərindən açılıb bağlanan bıçağı çıxardıb əllərində nümayiş etdirib üstünə gəlmək istəmişdir. Həmin şəxslər o, və qardaşı Rəhimi bıçaqla vurmaq istəmişlər. Onlar qorxularından kənara çəkilmişlər. Həmin vaxt Nahidin əlində onun pul qabısı olmuşdur. Həmin vaxtı qardaşı Rəhim Nahidin üzərinə getmişdir ki, pul qabını alsın, həmin vaxt pul qabı yerə düşmüş, qardaşı pul qabının birini götürmüş həmin şəxsdə qardaşını yerə yıxaraq əlində olan bıçaqla onu vurmaq istədikdə ona kənara çəkilmiş və bıçaq yerə asfalta dəymişdir. Qardaşı yerdə olan zaman Ənvər, Nahid və Rəhman fırlanaraq təpik atmışdır. Bu zaman o, araya girdikdə həmin vaxt Nahid, Ənvər və Rəhman onun üzərinə və bu zaman Rəhman yumruqla onun sifətindən vurduqda o da yerə oturmuşdur. Daha sonra qardaşı ona tərəf gəlmiş və həmin şəxslərin onu vurmasını qoymamışdır. Bundan sonra həmin şəxslər sakitləşdilrə və onlardan yenidən soruşmuşlar ki, “siz hara uşaqlarısınız və kimləri tanıyırsınız”. Bir neçə dəqiqə bu barədə söhbət getmiş və Ənvər onlardan soruşmuşdur ki, “nəsə bir inciklik qalmayıb ki?”. Daha sonra ara sakitləşmiş Nahid ona demişdir ki, “avtomobili ver bir kruq sürüm”. Sonra isə həmin şəxslərin hamısı oradan çıxıb getmişlər. Bundan sonra o, və qardaşı avtomobilə əyləşmişlər və görmüşlər ki, pul qabından 180 manat pul götürülmüşdür. Bundan sonra onlar Azərbaycan Respublikası DİN-nin 102xidmətinə zəng vurub olanlar barədə məlumat vermişlər. Bildirmişdir ki, həmin şəxslərdən heç biri onlardan zorla pul və yaxud da dəyərli heç bir şey tələb etməmişdir. Lakin həmin şəxslər çıxıb getdikdən sonra onlar avtomobilə baxan zaman avtomobildən 180 manat pulun olmadığını aşkar etmişlər. Lakin hadisə zamanı avtomobildən Nahidin onun pul qabısını götürdüyünü və sonra da yerə atdığını görmüşlər. Təqsirləndirilən şəxslərlə barışmışdır, onalara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 20, mənzil 59-da yaşayır. 12.09.2021-ci il tarixdə saat 05:30 radələrində qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı evdən çıxaraq qardaşının etibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər ki, Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evinə getsinlər. O, və qardaşı avtomobili Abşeron rayonu Xırdalan şəhəri Texnikomun yanında yerləşən işıqfordan üzü Sumqayıt yolu istiqamətində hərəkətdə olarkən ağ rəngli “Zaz Slavuta” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan sol qanadı qara rəngli avtomobilin sürücüsü onlar işıqforda dayanan vaxt onları sıxaraq sağ tərəfinə keçmiş, işıqfor yanandan sonra qardaşı da sola dönüb Sumqayıt-Bakı yoluna çıxmaq istəyərkən “Zaz Slavuta” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağa sıxıb əl qol hərəkətləri ilə qardaşına avtomobili saxlamasını bildirmişdir. Qardaşında avtomobili saxladıqdan sonra həmin avtomobildən 5 nəfər əvəllər tanımadığı daha sonra istintaq dövründə adlarını bildiyi Ənvər, Nahid, Rəhman Miribrahim və Xəyal düşmüş və onların içərisində olan Rəhman qardaşına təpik ataraq demişdir ki, “burada neynirsiniz”. Onların idarə etdikləri avtomobilin qarşısında saxlayan Ülvi isə avtomobili sürüb arada saxlamışdır. O, və qardaşı avtomobildən düşüb həmin şəxslərə demişlər ki, “bizdən nə istəyirsiniz”. Həmin şəxslərdən Nahid və Ənvər onun üzərinə gələrək qışqıra-qışqıra danışmış, onlardan Xırdalan uşağı olub-olmadığını və hara getdiyini soruşmuşlar. O, və qardaşı demişlər ki, “evə çörək pulu qazanmaq üçün gedirik”. Həmin şəxslərin hamısı onlara demişlər ki, “biz də Zona pul göndəririk”. Uşaqlardan ikisi onlarla söhbət edən vaxt idarə etdiyi avtomobilin qarşısında “Zaz Slavuta” markalı avtomobili saxlayan Ülvi də gəlmiş, Ülvi və digərlər avtomobilin salonunu axtarmağa başlamışlar. O, və qardaşı həmin şəxslərin üzərinə gedərək demişlər ki, “neynirsiniz”. Həmin vaxt mənim və qardaşının üzərinə Nahid və Ənvər ciblərindən açılıb bağlanan bıçağı çıxardıb əllərində nümayiş etdirib qardaşının üstünə gəlmək istəmişlər. Həmin şəxslər onu və qardaşı Namiqi bıçaqla vurmaq istəmişlər. Onlar qorxusundan kənara çəkilmişlər. Həmin vaxt Nahidin əlində qardaşının pul qabı olmuşdur. Həmin vaxtı o, Nahidin üzərinə getmişdir ki, pul qabını alsın, həmin vaxt pul qabı yerə düşmüş, o, pul qabının birini götürmüş həmin şəxsdə onu yerə yıxaraq əlində olan bıçaqla onu vurmaq istədikdə o, kənara çəkilmiş və bıçaq yerə asfalta dəymişdir. O, yerdə olan zaman Ənvər, Nahid və Rəhman fırlanaraq təpik atmışdır. Bu zaman qardaşı araya girdikdə həmin vaxt Nahid, Ənvər və Rəhman qardaşının üzərinə və bu zaman Rəhman yumruqla qardaşının sifətindən vurduqda qardaşı da yerə oturmuşdur. Daha sonra o, qardaşına tərəf gəlmiş və həmin şəxslərin qardaşını vurmasını qoymamışdır. Bundan sonra həmin şəxslər sakitləşmişlər və onlardan yenidən soruşmuşlar ki, “siz hara uşaqlarısınız və kimləri tanıyırsınız”. Bir neçə dəqiqə bu barədə söhbət getmiş və Ənvər omlardan soruşmuşdur ki, “nəsə bir inciklik qalmayıb ki”?. Daha sonra ara sakitləşmiş Nahid qardaşına dedi ki, “avtomobili ver bir kruq sürüm”. Sonra isə həmin şəxslərin hamısı oradan çıxıb getmişlər. Bundan sonra o, və qardaşı avtomobilə əyləşmişlər və görmüşlər ki, pul qabından 180 manat pul götürülmüşdür. Bundan sonra onlar Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurub olanlar barədə məlumat vermişlər. Bildirmişdir ki, həmin şəxslərdən heç biri onlardan zorla pul və yaxud da dəyərli heç bir şey tələb etməmişdir. Lakin həmin şəxslər çıxıb getdikdən sonra onlar avtomobilə baxan zaman avtomobildən 180 manat pulun olmadığını aşkar etmişlər. Lakin hadisə zamanı avtomobildən Nahidin onun pul qabısını götürdüyünü və sonra da yerə atdığını görmüşlər. Təqsirləndirilən şəxslərlə barışmışdır, onalara qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 13.09.2021-ci il tarixli 2205 saylı rəyindən müəyyən edilir ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-bel nahiyəsinin orta hissəsinin əzilmiş yarası, bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 12.09.2021-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 13.09.2021-ci il tarixli 2206 saylı rəyindən müəyyən edilir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qulaqaltı və sağ əlin üst səthinin sıyrıqları, bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 12.09.2021-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlu tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyan tam şəkildə ödənildiyinə görə onlara qarşı şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Musa X5 Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıdan məhrum etmə cəzası 01 il şərti olaraq sınaq müddəti təyin edilmişdir Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli 4580 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 03 gününü çəkmiş, 10 ay 23 günü isə çəkilməmiş olaraq qalmışdır. Abşeron Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 7(012)-8/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 Abşeron rayon məhkəməsinin 27.04.2021-ci il tarixli 1(012)-244/2021 saylı hökmünə əsasən ilə 221.2.1 -ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 23 gün hissəsindən “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və məhkumluq götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında 13.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Əlili X11 rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəlli 13.09.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 barəsində polis nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş və Abşeron RPİ-nin MSY-dən azad olunmuşlar. Abşeron Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 21.09.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxlərs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 180.1 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Göründüyü kimi, cəzadan şərti məhkum edilmiş Təqsirləndirilən şəxs1 hazırki iş üzrə törətdiyi cinayət əməllini 12 sentyabr 2021-ci il tarixdə, yəni sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-cimaddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan RespublikasıCM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Buna görə Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olan Abşeron Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin cəmiyyət tərəfi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 180.1 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıdan məhrum etmə cəzasına tətbiq edilmiş 01 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində olan Abşeron Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilmələri nəticəsində zərərçəkmiş şəxslərin onlardan şikayətçi olmaması onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, ilk dəfə az ağır cinayət törətmələrini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzalarının yüngülləşdirən halı, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 07 ay 29 gün müddət nəzərə alınmaqla, üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs2 13.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanldığı, 21.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 23 gün, Təqsirləndirilən şəxs5 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün, Təqsirləndirilən şəxs3 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün, Təqsirləndirilən şəxs4 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün, Təqsirləndirilən şəxs6 13.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilməli, onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 01 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 ay 29 gün nəzərə alınsın, üzərində qəti olaraq 02 il 01 ay 01 gün azadlıqdan məhdrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından dərhal azad olunsun. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, 21.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 23 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 il 08 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13.09.2021-ci il tarixdən 12.05.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 29 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 13.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar