Məhkəmə qərarları › İş №1(012)-143/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-143/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-143/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, evli, Abşeron rayonu Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 5A-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə, xx.xx.1975-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, evli, Abşeron rayonu Qobu qəsəbəsi, Ə. Bayramov küçəsi ev 23-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhər, Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29, 177.2.2 maddələri ilə cinayət işi üzrə istintaq aparılmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 27 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında dayanıb taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes Benz E200» markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib və 12 manat pul müqabilində avtomobili Abşeron rayonu, Höküməli qəsəbəsinə sürdürmüş, qəsəbənin girişində 10 manat, qəsəbədəki mağazanın yanında isə 9 manat pulu almış, sonra isə qəsəbə ərazisindəki qəbirstanlığın yanında Rafiq Səttarovda 20 manat pulun da qaldığını bildiyi üçün avtomobili saxlatdırıb 20 manatı da istəmiş, Rafiq Səttarov pulu vermək istəmədikdə, avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 da qışqırıb 20 manatı verməyi tələb etdikdən sonra onların hərəkətlərindən qorxan Rafiq Səttarovun cibindən çıxardığı 20 manat pulu da alıb açıq talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 39 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq və qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətdiyinə görə barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə cinayət işi üzrə istintaq aparılmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 27 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında dayanıb taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs Möhiibbət oğlunun idarə etdiyi «Mersedes Benz E200» markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib 12 manat pul müqabilində avtomobili Abşeron rayonu, Höküməli qəsəbəsinə sürdürmüş, qəsəbənin girişində öndə sürücünün yanında əyləşmiş Təqsirləndirilən şəxs2 Rafiq Səttarovdan 10 manat, qəsəbədəki mağazanın yanında isə 9 manat pulu almış, sonra isə qəsəbə ərazisindəki qəbirstanlığın yanında Rafiq Səttarovda 20 manat pulun da qaldığını bilən Təqsirləndirilən şəxs2 avtomobili saxlatdırıb 20 manatı da istəmiş, Rafiq Səttarov pulu vermək istəmədikdə, o da qışqırıb 20 manatı verməyi tələb etdikdən sonra onların hərəkətlərindən qorxan Rafiq Səttarovun cibindən çıxardığı 20 manat pulu da alıb açıq talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 39 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmədi və izahatında bildirdi ki, zərərçəkən Zərərçəkmiş şəxs borc almışdır ki, kənddə qaytaracaq,gərək borc istəməzdi ondan, Qilmanının isə bu işə heç bir aidiyyatı yoxdur. Deyilənləri əsas gətirərək onun məsuliyyətdən azad edilməsini xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onunla yalnız bir dəfə görüşmüş, onunla ədavəti yoxdur. 27 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Biləcəri qəsəbəsində tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə yolda dayanıb yaşadığı Abşeron rayonu Qobu qəsəbəsinə gəlmək üçün yol taksisi gözləmişlər. Həmin vaxtı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan dairəsi yaxınlığında Mersedes Benz E200 markalı qeydiyat nişanını xatırlamadığı avtomobilim sərnişin yığmaq istədiyini görüb onu sifariş vermişdir. Sürücünün yanında kəndçisi Qılman isə arxada oturmuş, yolda pula ciddi ehtiyacı olduğu üçün taksi sürücüsündən pul istəmiş, sonuncu da ona 10 manat pul vermişdir. O da pulu götürmüş, yolda Qobu istiqamətində taksini saxladıb mağazaya düşmüş, sonra həmin taksini Abşeron rayonu Hökməli qəsəbə qəbirsanlığına sürdürmüş ki, orada işi olmuş və orada avtomaşından düşüb getmişdir. Göstərmişdir ki, Zərərçəkmiş şəxs hədələməmiş, sonuncu özü ona 19 manat pul vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilmədi və izahatında göstərdi ki, Natiq Rafiqdən 20 manat pul istədi, Rafiq isə ona pulu olmadığını bildirmiş, Natiq isə sonuncuya demişdir ki, pulu versin.Bundan sonra, Rafiq 20 manatı cibindən çıxarmış, Natiq isə pulu onun əlindən alıb qəbirstanlıq istiqamətində getmişdir. Lakin bir neçə dəqiqə keçsə də, Natiq qayıtmadığı üçün Rafiq Natiqin nömrəsini istəmiş, o da vermiş, sonuncu Natiqə zəng vurub haraya getdiyini soruşmuş, Natiq isə ona gələcəyini demişdir. Sonra isə Natiq zəng vuraraq onun nömrəsini Rafiqə verdiyi üçün iradını bildirmiş, həmin vaxt Natiq qayıtmadığı üçün Rafiq demişdir ki, Natiq onun pulunu alıb aldadıb qaytarmır. O, isə ona demişdir ki. Natiqlə özü danışsın. O, sonuncuya Natiqin arxasınca getməyi təklif etmiş, amma Rafiq etiraz etmiş və onu hədələdiklərini deyərək ətrafda olan şəxslərə onların onu qəbirstanlığa gətirib pulunu aldığını bildirmişdir. O. isə Rafiqin əsəbləşməsini görüb maşından düşüb qaçmış, Natiq Rafiqdən aldığı puldan ona verməmiş, sonuncunun pulu nə üçün aldığını bilməmişdir. Qeyd edilənləri əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Məhkəməsində barəmdə olan cinayət işi üzrə məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılır. X4 əvvəllər tanımamış, onunla ədavəti və düşmənçiliy olmamışdır. 27 noyabr 2022-ci il tarixdə saat təxminən 16 radəlriııdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Biləcəri qəsəbəsində Xırdalan dairəsi yaxınlığında yolun kənarında dayanıb Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmək üçün taksi gözləmişdir. Həmin vaxt sonradan adının Rafiq olduğunu bildiyi şəxsin nömrə nişanı yadında qalmayan Mersedes Benz markalı avtomobillə müştəri yığmaq istədiyini görmüş, Natiq Rafiqə yaxınlaşıb onları Qobu qəsəbəsinə aparmağı bildirmiş, sonuncu razılaşdığı üçün Natiq qabaq oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Qobu qəsəbəsinə gedərkən Natiq yolda maşını saxlatdırıb Rafiqdən borca pul istəmiş, Rafiq isə Natiqə 10 manat vermişdir. Natiq harasa gedib sonra qayıdıb maşına əyləşmiş, bir qədər getdikdən sonra Natiq yolun kənarında marketdə Rafiqi saxlatdırmış və Rafiqdən əlavə pul istəmiş ki, çatanda pulu qaytaracaqdır. Rafiq isə ona cibindən çıxarıb xırda pul vermiş, Natiq marketə keçib sonra maşına qayıdıb Rafiqə demişdir ki, Hökməli qəbirstanlığının yanına gedək orada işi vardır. Rafiqi Hökməli qəsəbəsindəki qəbirstanlığın yanına aparıb maşını saxlatdırmış, Natiq Rafiqdən 20 manat pul istəmiş ki, pulu ver qaytaracaqdır. Rafiq isə ona pulu olmadığını bildirmiş, Natiq isə sonuncuya demişdir ki, pulu versin. O, isə Rafiqə demişdir ki, “çıxar pulu ver”. Həmin vaxt Natiqə pul lazım olduğu üçün Rafiqə 20 manat pulu verməsini bildirmiş, Rafiqi hədələməmiş, yalnız ona acıqlanmışdır. Bundan sonra, Rafiq 20 manatı cibindən çıxarmış, Natiq isə pulu onun əlindən alıb qəbirstanlıq istiqamətində getmişdir. Lakin bir neçə dəqiqə keçsə də, Natiq qayıtmadığı üçün Rafiq demişdir ki, “Natiqin nömrəsini ver ona zəng edim”. O, Natiqin nömrəsini Rafiqə demiş, sonuncu Natiqə zəng vurub haraya getdiyini soruşmuş, Natiq isə ona gələcəyini demişdir. Sonra isə Natiq zəng vuraraq onun nömrəsini Rafiqə verdiyi üçün iradını bildirmiş, həmin vaxt Natiq qayıtmadığı üçün Rafiq demişdir ki, Natiq onun pulunu alıb aldadıb qaytarmır. O, isə ona demişdir ki. Natiqlə özü danışsın. O, sonuncuya Natiqin arxasınca getməyi təklif etmiş, amma Rafiq etiraz etmiş və onu hədələdiklərini deyərək ətrafda olan şəxslərə onların onu qəbirstanlığa gətirib pulunu aldığını bildirmişdir. O. isə Rafiqin əsəbləşməsini görüb maşından düşüb qaçmış, Natiq Rafiqdən aldığı puldan ona verməmiş, sonuncunun pulu nə üçün aldığını bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Mersedes Benz E200» markalı **-BB-*** qeydiyyat nişanlı avtomobili özünə məxsusdur və ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. 27 noyabr 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi yaxınlığında dayanıb müştəri gözləmiş, həmin vaxtı bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq 8 manat qarşılığında onu Qobu qəsəbəsinə aparılmasını xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra, həmin şəxs yolun kənarında dayanmış digər bir şəxsi də çağırmış və hər ikisi avtomobilinə əyləşmişlər. Həmin şəxslərdən biri qabaq sağ oturacaqda, digəri isə arxa sol oturacaqda əyləşmişdir. O, sonuncuların sifarişi ilə avtomobili Qobu qəsəbəsi istiqamətində hərəkət etdirməyə başlamış, yolda bir nəfər müştəri olduğunu görüb onu götürmək istəmiş, həmin şəxslər ona 12 manat pul ödəyəcəklərini bildirmiş və Hökməli qəsəbəsinə çıxmalı olduqlarını bildirmişlər. O da etiraz etməyib yoluna davam etmiş, Hökməli qəsəbəsinə çatdıqda yanında sağda əyləşmiş sərnişin maşını saxlatdırıb maşından düşərək telefonda kiminləsə danışmış, sonra ona yaxınlaşıb normal qaydada onda cibində nə qədər pul olub-olmadığı barədə maraqlanmış, o da cibində 10 manat pul olduğunu deyərək həmin pulu sonuncuya vermişdir. Onlar Qobu qəsəbəsi istiqamətində hərəkətdə olduqda yanında əyləşmiş şəxs ona marketin yanında maşını saxlatmağı demiş və ona cibində nə qədər pul varsa hamısını verməsini bildirmiş, onun cibində 29 manat pul olmuş və həmin pulun 9 manatını həmin şəxsə vermiş, 20 manat isə cibində qalmışdır. Həmin şəxs marketə girib tez də geri qayıtmış və Hökməli qəbirstanlığı istiqamətində avtomobili sürməyi sifariş etmişdir. Həmin şəxslər ona Hökməli qəbirstanlığı istiqamətində dar küçə ilə hərəkət etdirmiş, qəbirstanlığa çatdıqda yanında əyləşmiş həmin şəxs ona maşını saxlamağı demiş və ondan kobud formada cibində qalmış 20 manat pulu verməsini tələb etmiş, həmin vaxtı arxada əyləşmiş şəxs əlini arxaya apardıqda o, ehtiyat etmiş, arxada oturan şəxs ona qışqıraraq ona “yaşamaq istəyirsə pulu çıxarıb təcili yanındakı şəxsə verməsi”ni bildirmiş, o da cibində olan 20 manat pulu çıxarıb yanında əyləşmiş şəxsə vermişdir. Bundan sonra,Natiq Qılmana onu buraxma gətir içəri dedi, Natiq qaçıb getdi. O Qılmandan Natiqin telefon nömrəsini alıb zəng etdi, telefonu götürmədi. Bu zaman qışqırdı, onların hər ikisi qaçıb getdilər. Bundan sonra polisə şikayət etdi. Natiqin anası ona dəyən ziyanı tam ödəyib, hazırda onlara qarşı şikayəti tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qaradağ rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə AR CM-nin 234.2-ci və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2015-ci ildə cəzasını tam çəkib qurtarmışdı. Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərək,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanması, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş narkomaniyadan məcburi müalicəyə cəlb olunması və narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X8 rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə AR CM-nin 221.1 -ci və 69.3-cü maddələri ilə təqsirli bilinib 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İşin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuş və Abşeron rayon Pİ-nin MSY-ə təhvil verilmişdir. İşin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 4(012)-218/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış,məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarı ilə həbsin müddəti 23 iyun 2023-cü il tarixədək uzadılmışdır. İşin materiallarında olan Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(002)-166/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.2 və 29 .177.2.2 maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb, üzərində 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasının əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində göstərilmişdir ki, azadlıqdan mərhum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilinməmiş şəxs hesab olunmalıdır. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Əliyev X8 rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(002)-166/2023 saylı hökmü ilə CM-nin 177.2.2 və 29 .177.2.2 maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərək,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanması ilə əlaqədar hazırda hər iki təqsirləndirilən şəxsə verilmiş ittihamdan aşağıda qeyd edilənlərə əsasən CM-in 180.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1 maddəsində nəzərdə tutulan cinayət əməli törətmələri özlərinin izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin izahatı,işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamda özlərini təqsirli bilməmələri özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi, zərərçəkənin şikayətçi olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, habelə himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi, zərərçəkənin şikayətçi olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təyin olunan cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, onların cinayət törətməyə meyilli olmalarını, və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın onlara tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə onların hər ikisinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqrirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzaya onun barəsində Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli , 1(002)-166/2023 saylı hökmü ilə CM-nin 177.2.2 və 29 .177.2.2 maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Qaradağ rayon Məhkəməsinin hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli barəsində “həbs” qətimkan tədbiri ilə bağlı 26 mart 2023-cü il tarixdən hesablanmalı və Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(002)- 166/2023 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzaya onun barəsində Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)- 432/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərək,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli barəsində Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmü ilə müəyyən edilən 05 yanvar 2023-cü tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş vəkillərin hər birinə göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 180.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, barəsində Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(002)-166/2023 saylı hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin, ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. CM-nin 69.3. maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılsın, üzərində 04 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar 26 mart 2023-cü il tarixdən hesablansın. Barəsində Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(002)-166/2023 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 180.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmü ilə təyin edilmiş qəti 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, ona qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli barəsində Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmü ilə müəyyən edilən 05 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində Abşeron rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(012)-432/2023 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi və ona təyin edilmiş narkomaniyadan məcburi müalicəyə cəlb olunması və narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 6 manat hesablanmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar