Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-143/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1985-ci il Quba rayonu, İspik kəndi Azərbaycan Respublikası subay (evli olub boşanmış) məhkumluğu olmayan işləməyən Quba rayonu, İspik Ə/D, İspik kəndi Abşeron rayonu, Məmmədli kəndi, fərdi yaşayış evi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin dəhlizində onunla birlikdə kirayənişin qalan Zərərçəkmiş şəxs alkoqol sərxoşluğunda onun yanından keçərkən qəsdən ona toxunmasını əsassız olaraq güman edib bununla bağlı sonuncuya irad bildirdikdə həmin vaxtı aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət nahiyyəsinə ardıcıl yumruq zərbələri vuraraq əlləri ilə itələyib yerə yıxmaqla Zərərçəkmiş şəxs burunun küt travması-burun üstü nahiyənin əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ və sol alt göz qapaqları nahiyəsinin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki, onun iş üzrə şikayət verən Nəcəflə heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, Məmmədli kəndində kirayədə yaşadığı evdə olarkən Nəcəf evə gəlmiş, ona hardan gəldiyini soruşanda Nəcəf ona acıqlı formada kefedə yeyib-içib evə gəldiyini bildirmişdir. Nəcəf dəhlizdən keçərkən ona acıq vermək üçün qəsdən toxunmuşdur. Həmin vaxtı ona heç bir xəsarət yetirilməmişdir. Nəcəfin bu hərəkəti onuna xoşuna gəlməmiş, buna görə də Nəcəflə aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxtı Nəcəf söyüş söyüb üstünə gəldiyi üçün ona əsəbiləşib qəsdən sifətinə bir neçə dəfə yumruqla zərbə vurmuş və həmin vaxtı Nəcəf yerə yıxılmışdır. Bundan sonra Nəcəf telefonunu çıxarıb DİN-in 102 xidmətinə zəng vurub onun barəsində şikayət etmiş və o evdən çıxıb getmişdir. Nəcəf ilə aralarında olan mübahisə Məmmədli kəndində kirayədə yaşadığı evdə təxminən 5-6 dəqiqə davam etdiyini, həmin münaqişə zamanı Nəcəf onu vurmadığını və heç bir xəsarət yetirmədiyini, hazırda Nəcəflə barışdıqlarını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təhqiqatda şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Günəmuzd fəhləçilik etməklə dolanır. Mehdiabad polis bölməsinə barəsində şikayət etdiyi Məğrur adlı şəxs Məmmədli kəndində onunla bir evdə kirayədə yaşayır. Onlar bir evdə yaşasalar da, lakin hər kəsin otağı ayrıdır. Onun Məğrurla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində axşam Məmmədli kəndində yaşadığı evə daxil olub dəhlizdən keçərkən bilmədən Məğrura təsadüfən toxunmuş, həmin vaxtı Məğrurun ona qəsdən toxunduğunu zənn edib onunla münaqişə etməyə başlamışdır. Ona dəhlizdən keçərəkən bilmədən toxunduğunu desə də, Məğrur ona heç bir əhəmiyyət verməyib onunla münaqişə etməyə davam etmişdir. Həmin münaqişə zamanı Məğrura ondan əl çəkməsini bildirdikdə o, gözləmədiyi anda qəsdən onun sifət nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş və onu itələyib yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra Məğrur ondan əl çəkdiyi üçün aralarında olan münaqişə başa çatmışdır. Bundan sonra o telefonunu çıxarıb DİN-in “102” xidmətinə zəng vurub Məğrurun onu döyərək xəsarət yetirməsi barəsində məlumat verdikdən sonra həmin günü Mehdiabad polis bölməsinə gəlib qonşusu Məğrurun onu döyməsi barəsindəərizə yazıb şikayət edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məğrur ilə aralarında baş verən həmin münaqişə zamanı Məğruru vurmadığını, ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. İş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 481 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar olunmuş xəsarətlər – burunun küt travması-burun üstü nahiyənin əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ və sol alt göz qapaqları nahiyəsinin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşur. xx.xx.2019-cu il tarixdə Quba rayon Məhkəməsinin qərarı ilə Məgrur Ağayev barəsində cərimə cəzası 01 il islah işləri 20% cəzasi ilə əvəz edilmişdir, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadən azad edilmişdir. Məgrur Ağayevin məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələbinə əsasən ödənilmiş hesab olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə araşdırması aparılan cinayət təqibinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrəmüsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal «himayəsində bir azyaşlı uşağın olmasıdır.» Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmə iclasında iştirak edərək əməli törətmiş şəxsə hüquqlarının müdafiəsinə 10 (on) saat, əvvəlki məhkəmə iclasında isə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Miryusif oğlu əməli törətmiş şəxsə hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, müdafiəçilərinhər birinə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 və əvvəlki məhkəmə iclasında isə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Miryusif oğluna hər birinə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-143/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-143/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver