Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-144/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş,xx.xx.2020-ci il tarixdən həbs olunmuş, hazırda Bakı İstintaq Təcridxanasında saxanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Sumqayıt şəhəri, 18-ci mikrayon, “Daş bazarı” ilə üzbə-üz, “İskra” şirkətinin ərazisində yerləşən dəmir metallarının alqı-satqısı və icarəyə verilməsi üzrə fəaliyyət göstərən dükanı icarə götürüb işlədən Zərərçəkmiş şəxs1 mağazada olan dəmir dirəkləri və dəmir ayaqaltıları 15 gün müddətinə icarəyə götürməsi adı ilə 70 manat beh verərək inandırıb aldatmış və mağazadan xx.xx.2017-ci il tarixdə saat 12 radələrində 1 ədədi 30 manat olmaqla 3450 manat dəyərində 115 ədəd dəmir dirəkləri, xx.xx.2017-ci il tarixdə, saat 12 radələrində hərbiri x xxxxxxxx 1560 manat dəyərində 52 ədəd dəmir dirəkləri və xx.xx.2017-ci il tarixdə saat 10 radələrində 270 manat dəyərində 9 ədəd dəmir dirəkləri və 1500 manat dəyərində 300 kv.metr dəmir ayaqaltını, ümumilikdə 6780 manat dəyərində dəmir dirəkləri və dəmir ayaqaltını vahid niyyətlə əldə olunan qəsdlə ələ keçirib sataraq vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 6780 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx xxxxxx 2017-ci il tarixdə saat 17 radələrində tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi tikinti materiallarının satışı mağazasına gəlmiş , həmin vaxt özünü usta kimi, Anar Zamanovu isə ev yiyəsi kimi Zərərçəkmiş şəxs2 təqdim edərək 340 ədəd dəmir dirəklərini bir aylıq icarəyə götürmək istədiklərini bildirmiş və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 340 manat pul verərək bir aylıq icarəyə götürməsi adı ilə inandırıb aldatmış və mağazadan 5.168 manat dəyərində olan 340 ədəd dəmir dirəklərini götürüb sataraq vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 5.168 manat məbləğində xeyli maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi "Akkord" şirkətinin inşa etdiyi binalar ilə üzbəüz yerləşən çörək zavodunun arxasında fərdi həyət evində yaşayır. Ülvi adlı şəxsi bir-iki il olar ki, tanımış və onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2017-ci il tarixdə günorta radələrində Ülvi ilə birlikdə olarkən təklif etmişdir ki, ‘Lesa”dəmir ayaqaltılarının icarəyə verildiyi yeri tanıyır və həmin yerdə çoxlu sayda dəmir ayaqaltılar icarə adı ilə götürərək sonra da satıb qazanc əldə etmək olar. Onun bu təklifi ilə Ülvi razılaşmış və dəmir ayaqaltıların hazırda Sumqayıt şəhəri 18-ci mikrorayon altında köhnə Daş bazarı adlanan ərazi ilə üzbəüz yerləşən "İsko" şirkətinin ərazisində dəmir bazarında olduğunu bildirmişdir. Nəticədə xx.xx.2017-ci il tarixdə Ülvini idarəetdyi CEVRALET markalı avtomaşın ilə Xırdalan dairəsinə gedib orada FORD-TRANZİT markalı **-KS-*** nömrə nişanlı yükavtomaşınının sürücüsü ilə yük daşıması barədə danışıb qiymətləşəndən sonra onlar Sumqayıt şəhərinə yollanmış və yük maşını isə onları Saray postunda gözləmişdir. Saray postuna çatanda həmin yük maşınına əyləşmiş və həmin yük maşınını Sumqayıt şəhəri 18-ci mikrorayon altında köhnə Daş bazarı adlanan ərazi ilə üzbəüz yerləşən "İsko" şirkətinin ərazisində dəmir bazarına sürdürmüş və həmin bazarda dəmir dirəklər və ayaqaltılar satan Pərvin adlı şəxsə yaxınlaşmışdır. Pərvinə icarəyə dəmir dirəklər götürmək istədiklərini bildirmişlər və sonra Pərvin özündə olan 115 ədəd hər biri 4 metr uzunluqda dəmir dirəkləri gətirdikləri yük maşınına yükləmiş, Ülvi icarə adı ilə Pərvinə 70 manat vermiş, eləcə də Pərvinə bildirmişdir ki, Pərvindən yenə əlavə mal götürəcəklər. Pərvin etiraz etməmiş və onlar dirəkləri oradan aparmamışdan əvvəl 15 günə dirəkləri gətirib qaytaracaqlarını demişlər. Nəticədə 115 ədəd dəmir dirəkləri həmin yük avtomaşını ilə Bakı şəhərində yerləşən Dərnəgül qəsəbəsindəki inşaat materialları satışı mağazalarına gətirmişlər və mağazaların birində işləyən Vüqar adlı şəxsə 115 ədəd dirəkləri birini 6 manat 50 qəpikdən 700 AZN məbləğə satmışlar. Həmin pulu öz aralarında yəni Ülvi və onun arasında hərəsinə təxminən 350 manat olmaqla bölmüşlər. Səhəri gün xx.xx.2017-ci il tarixdə yenidən Pərvini aldadaraq ondan dəmir malları icarə adı ilə götürüb satmaq və qazanc əldə etmək qərarına gəlmiş və həmin günü Ülvi ilə birlikdə Saray qəsəbəsinə gedərək oradan QAZEL markalı nömrəsini bilmədiyi yük avtomaşını tutub Pərvinin işlədiyi bazara yollanmışlar. Ülvi maşında yolun kənarında onu gözləmiş, özü isə QAZEL markalı yük maşını ilə Pərvinin yanına getmiş və Pərvindən icarəyə götürüb işlədərək qaytaracaqları adı ilə 16 ədəd 3 metr uzunluqda dəmir dirəkləri və 18 ədəd (ramaadlanan) dəmir ayaqaltıları götürmüşdür. Sonra Pərvinə yalandan axşam 100 manat verəcəyini bildirərək çıxıb getmişdir. Həmin günü yenidən Dərnəgül bazarına getmişlər. Ülvi maşında onu gözləmişdir. Özü isə 16 ədəd 3 metruzunluqda dəmir dirəkləri və 18 ədəd (ramaadlanan) dəmirayaqaltılanı yenidən Vüqar adlı şəxsə 500 AZN məbləğə sataraq pulu aralarında hərəsinə 250 manat olmaqla bölüşmüşlər. xx.xx.2017-ci il tarixdə axşam Ülvi ilə görüşəndə Ülvi ona bildirmişdir ki, həmin günü bir daha Pərvinin yanına gedib mal yüklətdirib Pərvindən icarə adı ilə götürdüyü dəmir ayaqaltıları və dirəkləri Vüqar adlı şəxsə satıbmış. Qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə o, Pərvinə zəng etməmiş və Pərvinin yanına yükmaşını göndərməmişdir. xx.xx.2017-ci il tarixdə Pərvindən malı Ülvi götürmüşdür. Bundan başqa xx xxxxxx 2017-ci il tarixdə saat təxminən 17 radələrində tanışı X4 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi tikinti materiallarının satışı mağazasına gəlmişlər, həmin vaxt özünü Rövşənə usta kimi təqdim etmiş, Anarı isə ev sahibi kimi tanış etmişdir. Həminvaxt Anar onu avtomobildə gözləmişdir. Rövşənə demiş ki, onlara bir aylıq icarəyə dəmir dirəklər lazımdır. Rövşənlə razılaşmış və Rövşənə 340 manat icarə pulu verərək ondan 340 ədəd dəmir dirəklərini götürmüşdür. Həmin dəmir dirəkləri yük avtomobilinə yükləyərək Kürdəxanı qəsəbəsində inşa edilən evin qabağına boşaltmışlar. Daha Sonra onlarhəmindəmirdirəkləribaşqa yük maşını ilə götürüb tanımadıqları şəxsə 1500 manata satışlarvə Əldə olunan 1500 manat pulu Anarla öz aralarında hər birinə 750 manat olmaqla bölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən özünə məxsus tikinti materiallarının satışı ilə məşğul olduğu mağazası vardır. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə əvvəllər tanımadığı X3 və Təqsirləndirilən şəxs mağzaya gəlib Anara məxsus inşa olunan fərdi yaşayış evlərinin tikintisində istifadə etmək üçün dəmir ayaqaltılann dirəklərini icarəyə götürmək istədiklərini bildirmişlər. Bundan sonra həmin şəxslərin anket məlumatlarını dəqiqləşdirmiş, daha sonra aralarındakı razılaşmaya uyğun olaraq özünə məxsus 5.168 (beş min yüz altmış səkkiz) manat dəyərində 340 ədəd dəmir ayaqaltıları bir ay müddətinə X3 və Təqsirləndirilən şəxs icarəyə vermişdir. Anar icarəyə götürdüyü dəmir dirəklərin bir aylıq icarə haqqı olan 340 manat pul mağazaya ödəmişdir. Dəmir dirəklərin icarə vaxtı tamam olanda özünə məxsus X3 və Təqsirləndirilən şəxs icarəyə vermiş dirəkləri geri almaq üçün onları axtarsada ancaq onları tapa bilməmişdir. Sonradan maraqlandıqda məlum olmuşdur ki, X3 və Təqsirləndirilən şəxs ondan icarəyə götürdükləri 340 ədəd dəmir dirəkləri sonradan aparıb Abşeron rayonu Xırdalan şəhəri ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məzahir adlı şəxsə satmış, pulunu isə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan sonra X3 və Təqsirləndirilən şəxs ona qarşı törətdikləri dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, eləcədə ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbir görməsindən ötrü müxtəlif instansiyalara, o cümlədən Abşeron rayon Pİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2002-ci ildən hal-hazıradək Sumqayıt şəhəri, 18-ci mikrorayon, “Daş bazar”ı ilə üzbə-üz yerləşən “İska” şirkətinin ərazisində yerləşən, icarəyə götürüb işlətdiyi dükanda dəmir materiallarının alqı- satqısı və icarəyə verilməsi ilə məşğul olur. Belə ki, dükanda dəmir dirək və dəmir ayaqaltının satışını və icarəyə verilməsini həyata keçirdir. Bir qayda olaraq 01 ədəd, hər birinin uzunluğu 03 və 04 metr olan dəmir dirəyi 01 günlük 10 qəpiyə icarəyə verirniş, 01 ədəd dəmir dirəyini isə 30 manata satmışdır. Dəmir ayaqaltının 01 kv.metrinin 01 günlük icarə qiyməti 8 qəpik, 01 kv.metrinin satışı isə 8 manatdır. Dəmir dirəyini və dəmir ayaqaltını icarəyə verəndə, onu icarəyə götürən şəxslərdən şəxsiyyət vəsiqəsinin və yaxud pasportunun əslini tələb edirmişlər. xx xxxxxxx 2017-ci il tarixdə, saat 12 radələrində işdə olarkən 4 nəfər tanımadığı şəxs, “Ford Tranzit” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə ona yaxınlaşmışlar. Həmin şəxslərdən ikisi özlərini ona Şirin, digəri isə ona Təbriz kimi təqdim etmiş, Şirin adlı şəxs ona demişdir ki, Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında evin tikintisi işi ilə məşğul olurlar, onlara 15 günlük icarəyə 300 ədəd dəmir dirəklər lazımdır. Həmin şəxslərin yanında özünü ona Vəli kimi təqdim edən şəxs və başqa adını bilmədiyi bir nəfər şəxs də olmuşdur. Şirin adlı şəxsə bildirmiş ki, dəmir dirəklərin çoxusunu icarəyə vermişdir, hazırda dükanda 115 ədəd dəmir dirəkləri var, onları icarəyə verə bilər. Şirin adlı şəxsdən sənəd tələb etdikdə, ona demişdir ki, sənədi evdədir, yük avtomaşını dayısı oğlunundur, onun dövlət qeydiyyat nişanını yazıb götürsün. Ona inaraq yük maşının qeydiyyat nişanını yazıb, götürmüşdür. Daha sonra Təbriz ilkin olaraq ona 115 ədəd dəmir dirəklərin icarə haqqının pulundan 70 manat beh kimi vermiş və həmin 115 ədəd dəmir dirəkələri gəldikləri yük maşınına yükləmişlər. Həmin vaxt Şirin ona demişdir ki, 100 manatı da axşam saat 21 radələrində gətirib verəcək. Lakin, həmin pulu ona gətirib verməmişdir. Həmin günün səhərisi, yəni xx xxxxxxx 2017-ci il tarixdə, saat 12 radələrində Şirin adlı şəxs başqa “Ford-Tranzit” markalı, dövlət qeydiyyat nişanın bilmədiyi yük avtomaşını ilə tək onun yanına gəlmiş və ondan hər biri 3 metr olan 52 ədəd dəmir dirək 'götürmüş və ona demişdir ki, onların pulunu, yəni 200 manatını axşam saat 21 radələrində onun iş yerinə gəlib, verəcək. Razılaşmış və Şirin həmin 52 ədəd dəmir dirəkləri də yük maşınına yükləyərək çıxıb getmişdir. Həmin gün axşam saat 21 radələrində o, Şirinə zəng etmiş və demişdir ki, nə vaxt gəlib mənim 200 manatımı verəcək. Şirin ona demişdir ki, gələ bilmir, işi çıxıbdır, səhər adam göndərəcək, ona 300 kv.metr dəmir ayaqaltı versin, onun da 01 kv.metrini 01 günü 9 qəpikdən hesablamaqla, ona 27 manat verməliymiş. xx.xx.2017-ci il tarixdə, saat 10 radələrində bir nəfər tanımadığı şəxs “Ford-Tranzit” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə onun yanına gələrək, onu Şirinin göndərdiyini demiş və ondan 300 kv.metr dəmir ayaqaltı və 09 ədəd də dəmir dirək, götürüb getmişdir. Həmin günün səhərisi, yəni xx xxxxxx 2017-ci il tarixdə Şirindən pulunu tələb etmək üçün ona zəng etmiş, lakin ona zəng çatmamışdır. xx xxxxxx 2017-ci il tarixdə Şirinin dayısı oğlu kimi təqdim etdiyi “Ford-Transit” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsünün anket məlumatlarını əldə etmiş və ona məlum olmuşdur ki, həmin şəxs Abşeron rayonu, Xırdalan şəzərində qeydiyyatda olan X1r. Həmin gün, saat 22 radələrində Emilin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, demişdir ki, onu dayısı oğlu kimi təqdim edən Şirinlə xx.xx.2017-ci il tarixdə onun iş yerindən götürdükləri 115 ədəd dəmir dirəklər hardadır. Ona demişdir ki, Şirinin dayısı oğlu deyil, onunla ümumiyyətlə heç bir qohumluğu yoxdur, həmin gün də Şirinin tapşırığı ilə yük maşının Bakı şəhəri, Dərnəgül yolunda yerləşən bazara apararaq, ora boşaltmış və Şirin həmin 115 ədəd dəmir dirəkləri orada kiməsə satmışdır. Onlar razılaşmışlar ki, xx.xx.2017ci il tarixdə, saat 09 radələrində Emillə Bakı şəhəri, 3 mikrorayonun dairəsinin yaxınlığında görüşmüşlər. O, onun yanına tək gəlmişdir. Onlar birlikdə yoldan keçən hansısa taksi maşını ilə Bakı şəhəri, Dərnəgül yolunda yerləşən bazara getmişlər. Orada Emil ona kənardan Şirinin dəmir dirəkləri satdığı şəxsi göstərmişdir. Həmin şəxsin işlətdiyi obyektə yaxınlaşdıqda gördüm ki, həqiqətəndə Şirinə verdiyi ümumilikdə 176 ədəd dəmir dirəklər oradadır, 300 kv.metr dəmir ayaqaltılar isə orada olmamışdır. Həmin obyektin satıcısına yaxınlaşmış və söhbət əsnasında ona məlum olmuşdur ki, onun adı Vüqardır, o da təsdiq etmişdir ki, xx.xx.2017- xx.xx.2017-ci il tarixlərdə, üç dəfəyə həmin dəmir dirəkləri və dəmir ayaqaltıları Şirin adlı şəxs, başqa şəxslərlə birlikdə gətirib ona 1880 manata satmışdır. Ondan dəmir ayaqaltıların harada olduğunu soruşduqda, ona demişdir ki, onları artıq satmışdır. Vüqara məsələni danışaraq, demişdir ki, həmin dəmir dirəkləri və dəmir ayaqaltını Şirinə icarəyə vermiş, onların pulunu da ona verməmiş, bundan savayı ondan xəbərsiz gətirib sən satmışdır. Vüqar da ona demişdir ki, bundan xəbəri olmamış, Şirin, başqa şəxslərlə birlikdə gətirib ona satmış, o da aldatmışdır. Həmin şəxslərdə onunla ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrlə danışmışlar, sonra yanına gəlmişlər. Nömrələrə nəzər yetirdikdə, ona məlum olmuşdur ki, həmin mobil nömrələrdən xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə onun yanına gələn ***-***-**-** mobil telefon nömrəsi Şirinə, ***-***-**-** mobil telefon nömrəsi Vəliyə, ***-***-**-** saylı mobil telefon nömrəsi isə Təbrizə məxsus nömrələrdir. Bununla da o, başa düşmüşdür ki, Şirin, Vəli, Təbriz adlı şəxslər onu aldadaraq ondan dəmir dirəklər və dəmir ayaqaltıları icarəyə götürmək adı ilə aparıb Vüqara satmışlar. Vüqardan həmin dəmir dirəkləri qaytarmağını dedikdə, o, da ona demişdir ki, həmin dəmir dirəkləri pul verib almış və onları ona qaytarmaqdan imtina etmişdir. Bundan başqa, Şirin, Vəli, Təbrpiz adlı şəxslərin mobil telefon nömrələrinə zəng edib, icarəyə verdiyi dəmir dirəkləri və dəmir ayaqaltıları tələb etdikdə, onlar onu təhqir edərək, ondan heç bir dəmir dirək və dəmir ayaqaltı götürmədiklərini bildirmişlər. Beləliklə də, onların dələduzluq hərəkətləri nəticəsində ona ümumilikdə 6780 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, 176 ədəd dəmir dirəkləri 30 manatdan hesabladıqda, cəmi 5280 manat təşkil edir, 300 kvmetr dəmir ayaqaltıları isə 5 manatdan hesabladıqda 1500 manat təşkil edir, ümumilikdə isə 6780 manat təşkil etmişdir. Bu səbəbədən xx.xx.2017-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İttiham aktından görünür ki, X3və X5 barəsində xx xxxx 2018-ciiltarixdə ittiham aktı tərtib edilmiş və Abşeron Rayon Məhkəməsinə göndərilmışdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələriylə təqsirli bilinməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələriylə təqsirli bilinməklə qəti olaraq 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, istintaqdan gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə saat 16.50-də axtarışda olan şəxs Rzayev X2 rayonu ərazisində tutulmaqla istintaqa təqdim olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarxili qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. xx xxxxx 2018-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə yenidən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmış, xx.xx.2018-ci il tarixdə iş üzrə icraat axtarışda olan şəxsin yaxalanması ilə təzələnmiş və xx.xx.2018-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. AbşeronRPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, AbşeronRPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin İŞ-nə təqdim edilmiş,xx.xx.2019-cu il tarixdə cinayət işinin icraatı təzələnmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in xx.xx.2020-ci il tarixli 128-26113 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, MSY-ə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat xx.xx.2020-ci il tarixdə təzələnmişdir. xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü İlkin və xx.xx.2008-ci il təvəllüdlü Emil adlı 2 azyaşlı övladı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzerə müsbət xarakterizə olunur, boşanmasına baxmayaraq 2 azyaşlı övladı onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 şikayətçi olmamasını, 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 şikayətçi olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və tutulduğu 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və tutulduğu 05 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-144/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-144/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver