Məhkəmə qərarları › İş №1(012)-144/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-144/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-144/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X8 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu Plotnikov küçəsi, ev 14, mənzil 11-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Səttarxan küçəsi, mənzil 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.10.2021-ci ildə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi, “RENAULT TONDAR” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu sağdan sola keçən piyada, 1940-cı il təvəllüdlü X4 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X3 hər iki ağ ciyərin çoxlu qan itirmə müşayiət olunan cırılmış yaraları və hər iki ağ ciyərə qansızmalar, sağdan İİİ-İX qabırğaların onurğayanı xətt üzrə İV, V, Vİ qabırğaların arxa qoltuq xətti üzrə, soldan İİİ, İV, V, Vİ, Vİİ qabırğaların arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, baş beyinin sağ təpə-ənsə nahiyəsində beyin toxumasına və qişalarına qansızma, başın sağ təpə-ənsə nahiyəsində yumşaq toxumalar altına qansızma, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ bud və diz oynağı nahiyəsinin iri ölçülü qançırı, sol saidin, çənə və başın alın nahiyəsinin, burun nahiyəsinin, hər iki əlin arxa səthinin, hər iki dirsək oynağı nahiyəsinin, sağ almacıq-gicgah, sağ kürək, sağ bud nahiyələrinin, bel-oma nahiyəsinin sağ yarısının, hər iki kürəkaltı-bel nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla 102.10.2021-ci il tarixdə saat 22:20-də Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki xəstəxanasında ölməsinə, habelə “RENAULT TONDAR” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs 1200 manat ziyan yetirilməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 5 aydır Bakı və Xırdalan şəhərlərində taksi fəaliyyəti ilə məşğul olur. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 3 aydır Zərərçəkmiş şəxs məxsus “Renault Tondar” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 02.10.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında iki nəfər gənc oğlanı sərnişin kimi “Renault Tondar” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Bakı-Sumqayıt yolu ilə Xırdalan şəhəri istiqamətində hərəkətə başlamışdır. Xırdalan dairəsində tıxac olduğu üçün o, avtomobili Vaz-ın dairsi deyilən əraziyə sürüb oradan Xırdalan şəhərinə daxil olmuşdur. Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksinin qarşısında həmin iki nəfər gənc oğlanı düşürüb, Xırdalan dairəsi istiqamətində hərəkəti davam etdirmişdir. Avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı Xırdalan şəhəri H.Əliyev prospektində “Daş astanovkası” deyilən yerdə sağa və sola baxıb sərnişin axtaran zaman qəfil avtomobilin nəyəsə dəydiyini görmüş və avtomobili hadisə yerində saxlamışdır. Avtomobildən düşmüş və həmin vaxtı bir nəfər yaşlı kişinin yola uzandığını və başınının qan içində olduğunu görmüşdür. Avtomobilin sağ hissəsi ilə həmin şəxsi vurmuşdur. O, dərhal həmin şəxsi avtomobilinə qoyub Bakı şəhəri Respublika Klinik xəstəxanasına aparmışdır. Xəstəxanada özünü təqdim edib yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş və xəsarət alan şəxsin mobil telefonuna gələn zəngə cavab verib, xəsarət alan şəxsin Respublika Klinik xəstəxanasında olduğunu bildirmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, avtomobil yüksüz olmuş və spirtli içki qəbul etməmişdir. Avtomobilin ön alın şüşəsi sınmışdır. Hadisə zamanı hava qaranlıq, kənar obyektlərdən düşən işıqla işıqlandırılmış və hava quru yağmursuz olmuşdur. İdarə etdiyi avtomobilin ön sağ hissəsi piyadaya dəymiş, piyada yolu sağdan sola doğru təxminən 3 metr qət etdikdən sonra avtomobillə onu vurmuşdur. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. 15.06.1940-cı il təvəllüdlü X5 onun əridir. Əri Məmmədəli 16.09.2021-ci il tarixdə Xırdalan şəhərində yaşayan qızı X6 gilə qonaq getmiş və həmin müddətdən onlarda qalmışdır. 02.10.2021-ci il tarixdə axşam saatlarında Məmmədəli Xırdalan şəhəri, H.Əliyev prospektində yolu piyada keçən zaman “Renault Tondar” markalı avtomobil onu vurmuş və Məmmədəli YNH-i zamanı aldığı xəsarətlər nəticəsində həmin gün Bakı şəhəri, Respublika Klinik xəstəxanasında ölmüşdür. Bu barədə qızı Vüsalə telefonla zəng edib bildirmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Renault Tondar” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili 4 ay əvvəl etibarnamə əsasında idarə etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Məzahir həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 02.10.2021-ci il tarixdə axşam saatlarında Xırdalan şəhəri H.Əliyev prospektində Məzahir “Renault Tondar” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu piyada keçən bir nəfər kişini vurmuş və nəticədə piyada ölmüşdür. YNH-i zamanı ona məxsus “Renault Tondar” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapotu, ön alın şüşəsi, ön sağ qanadı, ön buferi və ön sağ işıq farası əzilmişdir. Avtomobilin əzilməsi nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 1986-cı ildən Respublika Klinik xəstəxanasının Təcili Tibbi yardım şöbəsində tibb bacısı işləyir. 02.10.2021-ci il tarixdə işlədiyi xəstəxanada axşam növbəsində olarkən saat 22 radələrində xəstəxanaya avtomobil vurulması ilə bağlı yaşlı bir nəfər kişi gətirilmişdir. Həmin şəxs “Renault Tondar” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir nəfər gənc oğlan gətirmişdir. Həmin oğlan idarə etdiyi **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərində yaşlı kişini vurduğunu bildirmişdir. Xəsarət alan sərnişin 1940-cı il təvəllüdlü Gədəbəy rayon sakini X7 olduğu müəyyən edilmiş və xəstələrin qeydiyyatı jurnalında qeydə alındıqdan sonra Abşeron RPİ-nə bu barədə məlumat verilmişdir. Xəstə bir neçə dəqiqədən sonra xəstəxanada ölmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 02.11.2021-cu il tarixli 112 nömrəli rəyindən görünür ki, 1940-cı il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – hər iki ağ ciyərin çoxlu qan itirmə müşayiət olunan cırılmış yaraları və hər iki ağ ciyərə qansızmalar, sağdan İİİ-İX qabırğaların onurğayanı xətt üzrə İV, V, Vİ qabırğaların arxa qoltuq xətti üzrə, soldan İİİ, İV, V, Vİ, Vİİ qabırğaların arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, baş beyinin sağ təpə-ənsə nahiyəsində beyin toxumasına və qişalarına qansızma, başın sağ təpə-ənsə nahiyəsində yumşaq toxumalar altına qansızma, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ bud və diz oynağı nahiyəsinin iri ölçülü qançırı, sol saidin, çənə və başın alın nahiyəsinin, burun nahiyəsinin, hər iki əlin arxa səthinin, hər iki dirsək oynağı nahiyəsinin, sağ almacıq-gicgah, sağ kürək, sağ bud nahiyələrinin, bel-oma nahiyəsinin sağ yarısının, hər iki kürəkaltı-bel nahiyəsinin sıyrıqları həyati olub M.R.İmanıyevin ölümündən bir qədər əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. 02.10.2021-ci il tarixdə əmələ gəlmişdilər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin hərəkətdə olan avtomaşının M.R.İmanıyevi vurması nəticəsində əmələ gələ bilmələri mümkündür. Ölümünə səbəb hər iki ağ ciyərin cırılmış yaraları və qabırğaların çoxsaylı sınıqları, baş-beyinin toxumasına və qişalarına qansızma, sağ bud sümüyünün qapalı sınığı nəticəsində baş erən travmatik-hemorragik şok olmuşdur. X3 ölümü 02.10.2021-ci il tarixdə saat 22:20-də Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki xəstəxanasında baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1.4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 10 dekabr 2021-ci il tarixli 8/2934 saylı rəyindən görünür ki, “Renault Tondar” markalı ** RR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-in 20.12.2021-ci il tarixli, ********* saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 16.02.2021-ci il tarixdə, 16.02.2031-ci il tarixədək etibarlı olan BB seriyalı 003318 nömrəli “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsnin verilməsi barədə informasiya mövcuddur. «Diesel» Service-in 20 dekabr 2021-ci il tarixli 009 nömrəli məktubdan məlum olur ki, “Renault Tondar” markalı ** RR *** dövlət nömrə nişanlı avtomobilin ön kapotu, ön sağ qanadın təmirə və ön sağ işıq farasının, alın şüşəsi dəyişmə ehtiyacı var və onun dəyəri 450 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi X10 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 11.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Renault Tondar” markalı ** RR *** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 04.09.2020-ci il təvəllüdlü Raul adlı bir övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, digər zərərçəkmiş şəxsin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Renault Tondar” markalı ** RR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Renault Tondar” markalı ** RR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar