Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-145/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Abşeron rayonu Məmmədli kəndində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahi İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,927 qr., 0,923 qr., ümumi təmiz çəkisi 1,850 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Mehdiabad kəndində Abşeron rayon X4 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli zolaqlı pencəyin sağ yan cibindən həmin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,927 qram və 0,923 qram ümumi təmiz çəkisi 1,850 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunmuşdur. Həbsdən azad olduqdan sonra narkotik vasitələrdən istifadə etməmiş, lakin son 2-3 aydır narkotik vasitələrdən istifadə etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə getmiş, orada tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 40 manata 2 ədəd bükümdə narkotik vasitə heroin almış və yaşadığı Abşeron rayonu Məmmədli kəndinə qayıtmışdır. Bir neçə saatdan sonra, saat 18 radələrində ona yaxınlaşan 2 polis əməkdaşları özlərini təqdim edərək, ondan şübhələndiklərini demişlər. Polis əməkdaşların təklifi ilə onlarla birlikdə Mehdiabad polis bölməsinə getmişdir. Polis böğlməsində üstünə şəxsi axtarış keçirilərkən həmin 2 büküm narkotik vasitə heroini saxladığı əynindəki göy rəngli pencəyinin sağ yan cibindən aşkar olunmuşdur. Narkotik bükümlər onun razılığı ilə video çəkiliş aparılmaqla götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon X4 Polis Bölməsinin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs özünə qəbul etməsi üçün narkotik vasitə heroin əldə edib, üstündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Məlumatın yoxlanmasına göstəriş verilməsi üçün xidmət etdiyi Abşeron rayon X4 Polis Bölməsinin rəisinə raportla müraciət etmiş və Polis Bölməsinin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Mehdiabad Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahid2 daxil edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Məmmədli kəndindəki evinin yaxınlığında olduğunu aşkar etmiş və ona yaxınlaşaraq özlərini təqdim edərək onu yaxınlıqdakı Mehdiabad Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu, üstündə narkotik vasitə və ya digər cinayət xarakterli hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı vidio görüntü ilə aparılacağı, həmçinin hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində 2 büküm narkotik vasitə heroin olduğunu, üstünə video görüntü ilə şəxsi axtarış aparılmasına etirazı olmadığını demiş və əynindəki tünd göy zolaqlı pencəyinin sağ yan cibindən 2 ədəd sellofan bükümləri təqdim edərək, bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin heroin olan bükümləri öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaraçuxur qəsəbəsində olduğu vaxt, tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli başqa əşya aşkar edilməmişdir.Aşkar etdikləri narkotik vasitə heroin olan bükümləri zərfə qoyub möhürləmiş və təhqiqat şöbəsinin təhqiqatçısı Aslan Allahverdiyev tərəfindən onların iştirakı ilə bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması və ona həmin 2 büküm narkotik vasitə heroini satan şəxs barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində Abşeron RPİ-nin Mehdiabad CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1642 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “... Təqsirləndirilən şəxs oğlundan götürülmüş...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,927qr., 0,923qr., ümumi təmiz çəkisi 1,850 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, 02 ədəd bükümdə təmiz çəkisi 1,850 (qalıq 1,750) İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2816 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə ” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X7 İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 7 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2015-ci ildə cəza müddəti başa çatmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində saxlanılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli pencəyin sağ yan cibindən iki büküm aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona yaş həddi ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Təqsirləndirilən şəxs Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81.82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,750 qram narkotik vasitə heroin məhv edilməlidir. İş materiallarında olan “Məmmədli kənd İƏDÜ-nün nümyəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06(altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81.82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1.750 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-145/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-145/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver