Məhkəmə qərarları › İş №1(012)-145/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-145/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-145/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi4 iştirakları ilə xx.xx.2003-cü ildə Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km-də yerləşən “Abşeron gənclər şəhərciyi” yaşayış kompleksində bina 1, blok №20, mənzil 40-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşının tamam olmadığını qabaqcadan bilərək aşkar surətdə on altı yaşına çatmayan 21 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında 01 avqust 2020-ci il tarixdən başlamaqla mütəmadi olaraq müxtəlif vaxtlarda təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı binanın qonşuluğunda olan binada yaşayır. Onu təxminən üç ildir ki, tanıyır. Fidanı həyətdə görüb xoşuma gəlmiş, onunla tanış olub qarşılıqlı olaraq bir-birlərini sevmişlər. 01 avqust 2020-ci ildə özünün ad günümdə dostları ilə birlikdə “Riyad” ticarət mərkəzinin həyətində olan kafedə yeyib-içdikdən sonra o, sərxoş olmuşdur. Həmin gün saat 23 radələrində Fidan ona zəng edib evlərinə çağırmış və bildirmişdir ki, anası gecə növbəsində işdədir. Fidanın yaşadığı evə getmişdir. Fidan onun ad gününü qeyd etmək üçün tort almış və stolda şam yandırmışdır. Tort kəsib çay içdikdən sonra Fidanla öpüşmüşlər. Həmin vaxt sərxoş olduğu üçün ehtiraslanmış, Fidan da ehtiraslanmışdır. Fidanın paltarlarını soyundurmuş və öz paltarlarımı da soyunmuşdur. Fidanın otağında, divanın üstündə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Sərxoş olduğu üçün gecəni orada yatmış və səhər saat 05 radələrində yuxudan oyanıb “Mər-mər” mətbəx mebel sexinə işə getmişdir. Yuxudan ayılanda divanın üstündə qan ləkəsi görmüşdür. Həmin qan ləkəsi onlar cinsi əlaqədə olarkan tökülmüşdür. Bu hadisədən sonra bir neçə gün Fidanla əlaqə saxlamamış, lakin təxminən 4-5 gün keçdikdən sonra Fidan yenidən ona zəng edib evə çağırmış və bildirmişdir ki, anası gecə növbəsində işdə olduğu üçün təkdir. Fidanın yaşadığı evə gedib onunla yenidən bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan etibarən Fidanla mütəmadi olaraq təxminən iyirmi dəfə görüşüb cinsi əlaqədə olmuşlar. Axırıncı dəfə, Fidanla 2021 -ci ilin iyul ayında cinsi əlaqədə olmuşdur. Təxminən 2021-ci ilin may ayında Fidanın hamilə olmasını bilmişdir. Fidanın anası isə, onun hamilə olmasından 2021-ci ilin avqust ayında xəbər tutmuşdur. Zərərçəkmiş şəxs 18 oktyabr 2021-ci il tarixdə doğuş keçirmiş və oğlan uşağı doğmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə birlikdə anası Mətanətin evində ailə olaraq yaşayırlar. Hələ ilk dəfə Fidanla cinsi əlaqədə olarkən onun 15 yaşında olduğunu bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ad günlərində hədiyyələr verərək onu təbrik etmişdir. Hazrda o, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə bir evdə yaşadığını və himayəsində azyaşlı uşağının olmasını bildirmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayına qədər anası Qanuni nümayəndə ilə birlikdə yaşamış, hazırda Təqsirləndirilən şəxs ilə ailə quraraq onun evində yaşayır. Atası Namiq və anası Vüsalə dörd il əvvəl ayrılmışlar. Qonşu binada yaşayan Təqsirləndirilən şəxs ilə bir neçə ildir ki, dostluq etmişdir. Fərid onu yaşadığı evə, o da Fəridin yaşadığı evə gəlib-getrmiş, üç ildir ki, Fərtidlə bir- birlərini sevmişlər. Anası Vüsalə Bakı Metropolitenində növbəli işdə çalışdığı üçün bəzi vaxtlar gecə növbəsində işdə olur. 2020- ci ilin avqust ayının 1-də Fəridin ad günündə axşam vaxtı onun yaşadığı evə getmiş, həmin vaxt gecə Fəridlə ilk dəfə onun yataq otağında təbii yolla cinsi əlaqədə olmuşlar. 2021-ci ilin fevral ayının ortalarında anası Vüsalə işdə olarkən Fərid axşamüstü onlara gəlmiş və o, Fəridlə öpüşüb ehtiraslanmışlar. Onun yataq otağımda divanın üstündə Fərid onu otuzdurub əvvəlcə paltarlarını soyundurmuş, sonra özü də soyunaqraq qarşılıqlı istəkləri ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Fərid onunla yalnız təbii yolla cinsi əlaqədə olmuş, qeyri təbii yola heç vaxt cinsi əlaqədə olmamışdır. Sonradan yaz aylarında günorta radələrində Fəridlə yaşadığı evdə görüşüb divanın üstündə öz istəyi ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşlar, bundan sonra Fəridlə cinsi əlaqədə olmamışlar. 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq qarnının böyüməsini görmüş, anası Vüsalə onun hamilə olmasından şübhələnməyə başlamış, onun hamilə olub-olmamağı, kiminləsə intim münasibətdə olub-olmadığı barədə onu sorğu-suala tutmuş, o da anası Vüsaləyə Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olması barədə etiraf etmişdsir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olarkən onun yaşının az olmasını bilmişdir. Belə ki, 2019-cu ildə onun ad günündə ona sep, 2021- ci ildə isə ad gününə qolbağı hədiyyə etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirərək, hazırda onunla ailə quraraq birlikdə yaşadıqlarını, himayəsində azyaşlı uşağın olduğunu, onun işləyərək ailəsini saxladığını, özünün isə kollecdə təhsil aldığını və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını göstərdi və ona cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə verərək, həyat yoldaşından dörd il əvvəl ayrılmış, 21 avqust 2005-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs onun himayəsində yaşadığını, qızı Zərərçəkmiş şəxs qarnının böyüdüyünü gördüyünü, 21 sentyabr 2021-ci il tarixdə qızından bu barədə soruşduqda qızı Fidan, qonşu blokda yaşayan Fərid adlı oğlanı sevdiyini və onunla cinsi əlaqədə olduğunu, ondan hamilə qalmasını bildirdiyini, hadisə ilə əlaqədar Fəridə zəng etdiyini, ona mesaj göndərərək hadisə barədə soruşmuş, lakin o, telefonu açmadığını, qızı Fidan onun şikayəçi olmasına razılıq verməsədə, o, şikayət etmişdir. Hazırda qızının onunla ailə quraraq birlikdə yaşadıqlarını, himayəsində azyaşlı uşaqlarının olduğunu, onun işləyərək ailəsini saxladığını, qızının isə kollecdə təhsil aldığını və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs qonşu binada yaşayan Fidan adlı qızı sevdiyi ona iki il əvvəl məlum olmuş, əvvəllər onların bir-birlərini sevmələrinə etiraz etməmişdir. Lakin bir müddət sonra Fidanın ciddi qız olmadığı, yəni oğlundan başqa da digər oğlanlarla qeyri ciddi münasibətlərinin olduğunu eşitdiyi üçün oğlu Fəridə və onun sevgilisi Fidana onların münasibətlərinin davam etməsinə etirazını bildirmişdir. Fərid ona söz vermişdir ki, Fidanla münasdibətlərinə son qoyacaqdır. 2021 -ci ilin sentyabr ayının 21-22 tarixlərində Fidanın anası Vüsalə onun mobil telefonuna zəng edib qızı Fidanın oğlu Fəriddən hamilə qaldığım hamiləliyin səkkizinci ayında olduğunu bildirmişdir. Bu məsələ ilə əlaqədar oğlu Fəriddən soruşmuş, Fərid Fidanla intim münasibətlərdə olduğunu etiraf etmişdir. Fidanın anası Vüsalə şikayət etdikdən sonra onlar barışmış, o, Zərərçəkmiş şəxs öz evimə gətirmiş, hazırda Fidan onun evində Fəridlə ər-arvad münasibətlərində yaşayırlar. Fidan doğuş keçirmiş və bir oğlan uşağı doğmuşdur. Oğlu ailəsini saxlamaq üçün mərmər sexində, gəlini isə kollecdə təhsil alır. Məhkəmə iclasında şahid qismində X4 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs qonşu binada yaşayan Zərərçəkmiş şəxsla bir-birlərini sevdiyini 2021 -ci ilin avqust ayında bilmişdir. Fidanla Fəridin cinsi əlaqədə olduqları ona Fidanın anası Vüsalə polisə şikayət etdikdən sonra, yəni 2021-ci ilin sentyabr ayının axırlarında məlum olmuşdur. Qardaşı Fəriddən bu barədə soruşduqda Fidanla ilk dəfə sərxoş vəziyyətdə cinsi əlaqədə olduğunu, sonradan da dəfələrlə cinsi əlaqədə olduqlarını etiraf etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə - tibb ekstertizanın 06 oktyabr 2021-ci il tarixli, 519 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır.Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri- təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. X11 tərəfindən Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2021 -ci il tarixli ultrasəs müayinəsinin nəticəsinə əsasən, onda müayinə olunan zaman 36 həftəlik hamiləlik müəyyən edilmişdir. Komisyon kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2782 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentizm, hövsələsizlik, xarici qıcıqlara qarşı həssasliq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə baş verən zaman və ondan sonra öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Komisyon kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli, 2783 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verən zaman patoloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs qıznda ona qarşı törətdilən əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən və hər hansı ictimai təhlükəli əməl törətməsi müəyyən edilmədiyindən onun anlaqlı, yaxud anlaqsız olduğunu müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekspertlərə daha yaxındır.Emosianal sabitlik, ünsiyyətçillik, adaptivlik, kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs fərdipsixoloji xüsusiyyətlərinə görə hadisə baş verən zaman və ondan sonra öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalında həbs edilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci l tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi Abşeron rayon məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmış, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə hazırlıq iclasının 31 yanvar 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanımış “polisin nəzarəti altına verm”ə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi və hazırda zərər çəkmiş şəxs ilə ailə qurması, faktiki nigahdan bir uşaqlarının anadan olması, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirilən müsbət hallar kimi, zərərçəkmiş şəxslə barışmasını əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülbşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, onunla ailə qurub birlikdə yaşadıqlarını, faktiki ailə münasibətlərindən bir uşaqlarının anadan olmasını və zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 01 ay 29 gün – cəmi 02 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 73 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul, məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs iki ay həbsdə olduğu müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 73 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul, məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar