Məhkəmə qərarları › İş №1(012)-146/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-146/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-146/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi ev 11 mənzil 39 ünvanında qeydiyyatda olmaqla yaşayan, digər cinayət işi ilə bağlı barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Nümayəndə müdiri işlədiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsində yerləşən “Al Market” adlı mağazaya daxil olub, girişin sağ hissəsində olan kassa aparatının olduğu yerə yaxınlaşıb, kassanın içərisində pul olduğunu gördükdən sonra oradan 70 manat pul vəsaitini açıq şəkildə talamaqla zərərçəkmiş Nümayəndə 70 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Nümayəndə tanımır, onunla heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində evdən çıxıb siqaret almaq üçün Ceyranbatan qəsəbəsində yerləşən “Al Market” adlı mağazaya daxil olmuşdur. Kassada olan işçinin başının qarışıq olduğunu və kassanın açıq şəkildə olduğunu görüb, kassaya yaxınlaşmış və orada olan pulu götürüb əynində olan tünd göy rəngli şalvarının sağ cibinə qoymuşdur. Mağazadan çıxmaq istəyəndə kassada işləyən qız onu görmüş və qışqırararaq, dayanmağı tələb eləmişdir. Həmin vaxt mağazadan çıxmış, qaçaraq mağazadan uzaqlaşmışdır. Arxası ilə bir nəfər qızın qışqıraraq mağazadan çıxdığını görsədə, surətlə qaçıb həmin yerdən uzaqlaşmışdır. Bundan sonra evə getmişdir. Ona məxsus mənzildə heç kəs olmamışdır. Evdə olan zaman pulu saymış və 70 manat olduğunu bilmişdir. Əynində olan paltarları dəyişib, Bakı şəhərinə getmiş və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının onu axtardığını bilib, təslim olmaq üçün Abşeron rayonu, Saray polis bölməsinə yaxınlaşmışdır. Soyğunçuluq cinayəti törətməsi barədə heç kəsə heç nə deməmişdir. Mağazaya girəndə siqaret almaq üçün girmişdir. Sadəcə olaraq kassada işləyən qızın diqqətinin başqa yerdə olduğunu görüb, eyni zamanda kassa açıq olduğuna görə yaxınlaşıb, 70 manat pul vəsaitini götürmüşdür. Sonradan həmin qız onun kassada olan pulu oğurladığımı görüb, onun arxası qışqırdığını eşidib, qaçmış, qız arxası ilə mağazadan çıxsada, surətli şəkildə həmin yerdən qaçıb uzaqlaşmış, o da arxası ilə nə qədər qışqırsada pulu ələ keçirmək istədiyi üçün ona məhəl qoymamışdır. Heç kəsə zor tətbiq etməmişdir. İş üzrə zərərçəkmiş şəxs Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş ziyanın təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənildiyini, ondan şikayətçi olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən “Al-Market” adlı mağazada müdir işləyir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində mağazada olan zaman əvvəllər tanımadığı anket məlumatlarını istintaq müddətində öyrəndiyi Təqsirləndirilən şəxs mağazaya daxil olaraq kasayya yaxınlaşıb oradan pulu götürdüyünü görmüşdür. Həmin vaxt Suleymanın nə etdiyini soruşmuşdur. Suleyman pulu götürməsini gördüyünu biləndən sonra götürdüyü pullarla birlikdə qaçaraq mağazadan çıxmışdır. Təqsirləndirilən şəxs arxası ilə mağazadan çıxıb, getsədə, o surətli qaçdığı üçün çata bilməmişdir. Bir neçə dəfə onun arxası ilə qışqırıb, pulu qaytarmasını tələb eləmişdir. Buna baxmayaraq ona məhəl qoymayaraq həmin yerdən uzaqlaşmışdır. Əvvəlcə düşünmüşdür ki, onun üzünü gördüyü üçün pulu geri qaytarar. Lakin onun pulu geri qaytarmadığını görüb, Abşeron rayonu, Saray polis bölməsinə yaxınlaşıb, xx.xx.2022-ci il tarixdə hadisə ilə bağlı ərizə ilə müraciət eləmişdir. Mağazada özündən başqa kasada işləyən X4 da olmuşdur. Ona qarşı heç bir fiziki güc tətbiq olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsində yerləşən “Al-Market” adlı mağazada satıcı həm də kassir işləyir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində mağazada vitrində olan məhsulları yerbəyer etmişdir. Həmin vaxt kassada heç kəs olmamışdır. Mağaza müdiri olan Nümayəndə da mağazada olmuşdur. Lakin o da kassadan kənarda dayanmışdır. Anket məlumatlarını istintaq müddətində bildiyi Təqsirləndirilən şəxs mağazaya tək daxil olub, kassaya yaxınlaşmış və kassada olan 70 manat pulu götürməsini görmüşdür. Bu zaman mağaza müdiri olan Nümayəndə ondan nə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir söz demədən mağazadan çıxmışdır. Nümayəndə əvvəlcə Suleymana üstünə qışqıraraq, pulu geri qaytarmasını tələb eləmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs məhəl qoymayıb, mağazadan çıxmışdır. Nümayəndə, Suleymanın pulu geri qaytarmadığını görüb, onun arxası ilə mağazadan həyətə çıxmışdır. Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. Əsmər onun arxası ilə bir neçə metr qaçsada, Təqsirləndirilən şəxs həmin yerdən uzaqlaşa bilmişdir. Əsmər ona çata bilməmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə 04 il müdətinə azadlıq məhrum etməsi cəzasına məhkum edilmiş, lakin ona təyin edilmiş 04(dörd) il azadlıqdan məhrum etmə cəzasi Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02(iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 il müdətinə azadlıq məhrum etməsi cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.2, 66.3-cü maddələri ilə 08 il müdətinə azadlıq məhrum etməsi cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, yenidən qəsdən cinayət törətdiyi üçün onun əməli cinayətlərin residivi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman məhkumluğu ödənilməmişdir, yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməsi ilə əlaqədar onun barəsində başqa iş üzrə həbs qətimkan tədbirinin seçilməsi müəyyən edildiyindən iş üzrə icraat xx.xx.2023-cü il tarixdə təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günə bir gün bərabər tutulmaqla hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Başqa cinayət törətməsi ilə əlaqədar onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X3 50 saat hesablanmaqla 300 (üç yüz) manat, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X3 50 saat hesablanmaqla 300 (üç yüz) manat, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar