Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-147/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci ildə Qobustan rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olan, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi S. Əzim Şirvani küçəsi 6-cı dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus «Kənan Market» adlı mağazanın qapısını özü ilə götürdüyü dəmir alətlə açmaqla qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 338 manat nağd pulu, 22 ədəd hər birinin qiyməti 3 manat 90 qəpik olan cəmi 85 manat 90 qəpik dəyərində «Sobranie» markalı siqaretləri, 10 ədəd hər birinin qiyməti 3 manat 60 qəpik olan cəmi 36 manat dəyərində «Kent 4» markalı siqaretləri, 17 ədəd hər birinin qiyməti 2 manat 50 qəpik olan cəmi 42 manat 50 qəpik dəyərində «Rotmans» markalı siqaretləri, 8 ədəd hər birinin qiyməti 3 manat 40 qəpik olan cəmi 27 manat 20 qəpik dəyərində «Winston» markalı siqaretləri, 4 ədəd hər birinin qiyməti 1 manat 50 qəpik olan cəmi 6 manat dəyərində «GO» markalı içkiləri, 3 qutu hər birinin qiyməti 2 manat 40 qəpik cəmi 7 manat 20 qəpik dəyərində «Lays» markalı çipsiləri, 2 ədəd hər birinin qiyməti 1 manat dəyərində, cəmi 2 manat dəyərində «Mister Tum» markalı tumları, həmin mağazanın daxilində quraşdırılmış «Modenis MMC» şirkətinə məxsus «E manat» ödəmə terminalını sındırıb ona qanunsuz daxil olmaqla içərisində olan 1011 manat pulu ələ keçirərək gizli olaraq talamaqla vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs 544 manat 80 qəpik, «Modenis MMC» şirkətinə isə 1011 manat ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, onun yaşadığı evdən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinə o cümlədən həmin qəsəbədə yerləşən Kənan marketə piyada hərəkət etdikdə 20-25 dəqiqəyə ərzində çatmaq mümkün olur. Həmin Kənan marketdə ərzaq satan Ceyhun adlı şəxsi 2020-ci ilin aprel ayından etibarən tanımışdır. Ceyhun adlı şəxsin işlətdiyi Kənan marketdən dəfələrlə ərzaq və siqaret almış, həmin mağazada yerləşən E manat ödəniş terminalından özünə telefon danışığı ödəmişdir. 2021ci ilin dekabr ayının əvvəllərində Müşfiqabad qəsəbəsində yerləşən paltar mağazasından qara idman papağı almışdır. 08 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrindən öz yaşadığı evdən çıxmış, oğurluq etmək qərarına gəlmiş, çünki özündə xərcləmək üçün pul olmamışdır. Evdən çıxanda özü ilə idman papağını və dəmir mismarçıxardan götürmüşdür. Yaşadığı evdən çıxıb bir qədər piyada gəzəndən sonra 09 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinə Kənan marketin yaxınlığına gəlib çıxmışdır. Gecə olduğundan Kənan market bağlı olmuş, marketin ətrafında heç kəs yox idi. Mağazının ətrafında heç kəsin olmadığını görüb kənarda başına idman papağını maska kimi taxıb maskanın göz hissələrini görmək üçün açmışdır. Əlindəki dəmir mismarçıxardan alətlə mağazaya saat 02 radələrində yaxınlaşmışdır. Papağı maska kimi mağazanın qapısının girişində müşahidə kamerasının olduğunu bildiyi üçün taxmışdır. Maska taxmasa polis və ya mağaza satıcısı onu tanıya biləcəyini düşünmüşdür. Mağazanın qapısında dəmir barmaqlıqlar olmamışdır. Əlindəki dəmir mismarçıxardan alətlə mağazanın aliminium qapısını aralayıb açıb içəriyə daxil olmuşdur. Mağazanın içində sol tərəfdə olan stolun süyürməsini açanda orada nağd pul görmüşdür. Həmin stoldan müxtəlif əskinazlarla 300 manat pul götürmüşdür. Daha sonra özündə olan sellofan torbaya təxminən 4 ədəd Sobranie, 4 ədəd Kent 8, 4 ədəd Kent 4, 4 ədəd Rotmans, 4 ədəd Vinston markalı siqaretlərdən və 4 ədəd Go içkisindən, 3 qutu çips, 2 qutu tum yığmışdır. Dahasonra isə özü ilə gətirdiyi mismarçıxardan alətlə mağazada olan «E manat» terminalının arxa hissəsini açmış, onun xəzinə hissəsini mismarçıxardan alətlə açıb çıxartmış, terminalı yararsız hala salmışdır. Terminalın xəzinə hissəsini özü ilə gətirdiyi digər sellofan torbaya yığmışdır. Hər iki sellofan torbanı, və mismarçıxardan alətidə götürüb, mağazanın qapısından çölə çıxmışdır. Həmin mağazanın qarşısı ilə piyada hərəkət edib sol tərəfə dönüb boş sahəyə tərəf getmişdir. Kanalın yaxınlığında terminalın xəzinəsini mismarçıxardanla açıb içindəki pulu çıxartmış və orada saymışdır. Pul 1011 manat olmuşdur. Daha sonra terminalın xəzinəsini və mismarçıxardanı orada atıb səhərə qədər orada oturub gözləmişdir. Səhər vaxtı isə isə 20 yanvar metrostansiyasının yaxınlığına gedib oradan Kürdəmir rayonu gəzməyə getmişdir. Kürdəmir şəhərində bayraq dairəsinin yaxınlığında yerləşən adı olmayan Oteldə 3 gün qalmışdır. Kürdəmir rayonunda özündə olan 1250 manat pulu xərcləmişdir. Oğurladığı siqaretlərində hamısını çəkmişdir. Oğurladığı puldan onda 61 manat pul qalmışdır. Həmin pulun bir qismini yol pulu üçün Bakı şəhərinə gəlməyə, qalanını isə yeməyimə vermişdir. 13 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonunda taksiyə minib Bakı şəhərinə gəlmişdir. 13 dekabr 2021-ci il tarixdə saat 07 radələrində Bakı şəhərinə çatmışdır. 14 dekabr 2021-ci il tarixdə o əmisi gildə olduğu zaman saat 14 radələrində onu bir neçə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları onu oradan Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə oradan isə Abşeron rayon polis idarəsinə gətirmişlər. Həmin oğurluq hadisəsini o tək törətmiş, siqaretlərdən onda 1 ədəd Rotmans və 1 ədəd Kent 4 markalı siqaret qalmış, 1 ədəd Rotmans və 1 ədəd Kent 4 markalı siqareti istintaqa təqdim etmiş, oğurladığı puluda xərclədiyi üçün həmin puldan onda heçnə qalmamışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərmişdir ki, o Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində S. Əzim Şirvani küçəsi 6-cı dalanda yerləşən Kənan market adlı mağazanı 2008-ci ildən etibarən işlədir. Həmin mağazada müxtəlif ərzaq malları, siqaretlər və sair əşyalar satır. 08 dekabr 2021-ci il tarixdə gün ərzində mağazada işləmişdir. 09 dekabr 2021-ci il tarixdə saat 01 radələrində həmin mağazanı bağlayıb yaşadığı evə getmişdir. 09 dekabr 2021-ci il tarixdə saat 06:45 radələrində Kənan marketə gəldiyi zaman marketin aliminium qapısının açıq vəziyyətdə olduğunu içəriyə naməlum şəxsin daxil olduğunu və oradan oğurluq hadisəsinin baş verməsini görmüşdür. Mağazaya baxanda sol tərəfdə olan stolun süyürməsində olan 338 manat nağd pulun, 22 ədəd hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumi dəyəri 85 manat 90 qəpik olan Sobranie markalı siqaretlərin, 10 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan ümumi dəyəri 36 manat olan Kent 4 markalı siqaretlərin, 17 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan ümumi dəyəri 42 manat 50 qəpik olan Rotmans markalı siqaretlərin, 8 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan ümumi dəyəri 27 manat 20 qəpik olan Winston markalı siqaretlərin, 4 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik olan ümumi dəyəri 6 manat olan GO markalı içkilərin, 3 qutu hər birinin dəyəri 2 manat 40 qəpik ümumi dəyəri 7 manat 20 qəpik olan Lays markalı çipsilərin, 2 ədəd hər birinin dəyəri 1 manat olan ümumi dəyəri 2 manat olan «Mister Tum» markalı tumların naməlum şəxs tərəfindən oğurlanmasını görmüşdür. Ona nəticədə 544 manat 80 qəpik ziyan dəymişdir. Həmdə mağazaya baxanda orada müqavilə ilə Modenis şirkəti tərəfindən quraşdırılmış «E manat» terminalı yarasız vəziyyətdə yerdə olmasını, terminalın xəzinə hissəsinin açıldığını və içəridən xəzinə hissəsi oğurlanmasını görmüşdür. Terminalın içində nə qədər pul olmasını bilməmişdir. Başqa mağazadan heç nə oğurlanmamışdır. İlkin ərizəsində mağazadan 306 manat pul oğurlanmasını göstərsədə, sonradan mağazadan 338 manat pul oğurlanması ona məlum olmuşdur. Mağazada müşahidə kamerası mağazanın qapısını videoqeydiyyata almış, o kamera görüntüsünə baxanda 09 dekabr 2021-ci il tarixdə saat 02 radələrində naməlum bir nəfər şəxsin mağazaya başında qara maska ilə yaxınlaşdığını, ərindəki alətlə qapını açdığını, oraya daxil olduğunu və oradan əlində 2 sellofan torba ilə çıxdığını görmüşdür. Həmin kameradakı videogörüntünü və 1 ədəd diskdə istintaqa təqdim etmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, o 2021-ci ilin fevral ayından Modenis MMC şirkətinin təhlukəsillik şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. 09 dekabr 2021-ci il tarixdə səhər saat 09 radələrində Modenis MMC şirkətinə işə gələn zaman 09.12.2021-ci il tarixdə gecə radələrində Modenis MMC şirkətinin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən X2 məxsus mağazada quraşdırdığı «E manat» terminalından və həmin mağazanın özündən oğurluq hadisəsi baş vermişdir. Şirkət tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən X2 məxsus mağazada quraşdırdığı E manat terminalından oğurluq edən şəxs tərəfindən 1011 manat pul oğurlanaraq ələ keçirilmiş, terminal yarasız vəziyyətə salınmış, Modenis MMC şirkətinə 1011 manat ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 15.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərədə tutulmuş ittiham elan edilmişdir. 15.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 03 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23.12.2021-ci il tarixli, 9/9294 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən siqaretlərin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 6,10 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 16.08.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.03.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4 maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.12.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X2 qaytarılmış 1 ədəd Rothmans markalı və 1 ədəd Kent 4 markalı siqaretlərin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi içində 1 ədəd videogörüntü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X2 qaytarılmış 1 ədəd Rothmans markalı və 1 ədəd Kent 4 markalı siqaretlərin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi içində 1 ədəd videogörüntü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-147/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-147/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver