Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-148/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Möhöbbət oğlunun, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təbriz küçəsi, ev 3-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşamış, Abşeron Rayon Məhkəməsinin 16.04.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 14.04.2020-ci il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 06 noyabr 2019-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 oğulna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evin hasarından həyətə keçərək, evin 1-ci mərtəbəsində olan pəncərəsini açaraq qanunsuz evə daxil olmuş, orada seyfin içərisində olan Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, əmək kitabçası və məcburi köçkün vəsiqəsini, Zərərçəkmiş şəxs4 məxsus ümumvətəndaş pasportunu, yaşadığı evin lahiyəsini, torpağın çıxarışını və nigah haqqında şəhadətnaməsini, X3 məxsus məcburi köçkün vəsiqəsini, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi və məcburi köçkün vəsiqəsini və hərbi biletini, Şahid5 məxsus məcburi köçkün vəsiqəsini oğurlayıb, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Şahid5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18.11.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin pəncərəsindən qanunsuz evə daxil olmuş, evin yataq otağında olan kamotun içərisindən bir ədəd 300 manat dəyərində qızıldan olan üzük sırğa dəstini, bir ədəd 200 manat dəyərində qızıldan olan boyunbağını və hər biri 50 manat ümumi 100 manat dəyərində iki ədəd kulonu oğurlayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 20 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun kənarında yerləşən yem mağazasının qarşısında dayanmış vəziyyətdə qapısının şüşələri açıq olan Zərərçəkmiş şəxs6 məxsus “VAZ 2104” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan içərisində Zərərçəkmiş şəxs6 məxsus AA-1832644 nömrəli şəxsiyyət vəsiqəsi, AC-702832 nömrəli sürücülük vəsiqəsi və ona məxsus VAZ 2104 markalı avtomobilin AB-255902 nömrəli qeydiyyat şəhadətnaməsini pul kisəsi ilə birlikdə oğurlayıb, Zərərçəkmiş şəxs6 ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi evinə, evin qapısını açaraq qanunusuz içəri daxil olub evin qonaq otağından 1 ədəd 1100 manat dəyərində “Qrundik”markalı televizoru, 1 ədəd 500 manat dəyərində “LG” markalı televizoru və 300 manat dəyərində musiqi mərkəzini oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1900 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 19.01.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinin həyətinə gələrək evin plastik materialdan olan pəncərəsini açıb qanunsuz içəri daxil olaraq evin mətbəxində olan soyuducunun altından 800 manat pulu oğurlayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22.01.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinin həyətinə hasardan tulanıb keçərək qanunsuz daxil olub, həyətdəki yarım tikili evdən 190 manat dəyərində bir qutu şrupu, bir ədədi 30 manat olan ümumi 150 manat dəyərində 5 ədəd dam örtüyü üçün lenti, hər bir metri 3 manat dəyərtində olan ümumi 150 manat dəyərində 50 metr uzunluğunda elektrik naqilini oğurlayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 490 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 02 fevral 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən təmiri başa çatdırılmamış fərdi yaşayış evinin hasarından həyətə keçərək, həyətdə tiklmiş fərdi yaşayış evinin pəncrəsinin üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz evə daxil olaraq, evdən 1100 manat dəyərində 01 ədəd markası məlum olmayan televizoru, 70 manat dəyərində 01 ədəd aspiratoru, 230 manat dəyərində 01 ədəd qaz sobasını, 70 manat dəyərində 01 ədəd radiatoru, 30 manat dəyərində 01 ədəd quruducunu, 230 manat dəyərində 01 ədəd elektrik ət çəkən aparatını, 70 manat dəyərində 01 ədəd qazan dəstini, hər birinin dəyəri 22 manat olan ümumi 220 manat dəyərində olan 10 ədəd üzərində “X14” markalanma yazısı olan divar kağızını, 80 manat dəyərində 01 ədəd elektrik qab yuyan aparatını, 80 manat dəyərində 01 ədəd elektrik su motorunu, 130 manat dəyərində 01 ədəd rodiatoru, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 04 ədəd su kranlarını, 270 manat dəyərində 01 ədəd elektrik preforatoru, 100 manat dəyərində 01 ədəd elektrik mişarı, 200 manat dəyərində 01 ədəd elektrik plastik boru yapıştıran aparatını oğurlayıb zərərçəkmş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurarmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05.02.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 Möhöbbət oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq qanunsuz evə daxil olaraq evin mətbəxindən bir ədəd 100 manat dəyərində olan elektrik ətçəkən maşını, evin qonaq otağından bir ədəd 500 manat dəyərində olan 81 dioqnallı “Samsung” markalı televizoru, bir ədəd 120 manat dəyərində olan tozsoran aparatı, evin hamam otağından bir ədəd 120 manat dəyərində su qızdırıcını, bir ədəd 100 manat dəyərində sobanı və bir ədəd 100 manat dəyərində su matorunu oğurlayıb, Zərərçəkmiş şəxs11 Möhöbbət oğluna ümumilikdə 1040 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05.03.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs12 məxsus, Abşeron rayonu, Məmmədli kəndində yerləşən bağ evinə qanunsuz daxil olaraq, həyətindən soyuducunun 30 manat dəyərində olan muhərrikini və 60 manat dəyərində su sayğacanı, evin qapısının kilidini sındırma yolu ilə hər birinin dəyəri 300 manat olan iki ədəd samovar, bir ədəd dəyəri 100 manat olan DVD aparatını, iki ədəd hər birinin dəyəri 30 manat olan mis qazan, bir ədəd 100 manat dəyərində televizoru oğurlayıb, Zərərçəkmiş şəxs12 oğluna ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15.03.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Mehdabad qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evinə qanunsuz daxil olaraq, evin zirzəmisinin 150 manat dəyərində olan dəmir qapısını, otaqdan 1 ədəd 300 manat dəyərində taxta qapısını, hər birinin qiyməti 6.5 manat olan ümumi 97.5 manat dəyərində 15 ədəd pəncərənin nəfəslik setkasının alüminium çərçivəsini, hər birinin qiyməti 10.5 manat olan ümumi 31.5 manar dəyərində 3 ədəd 2.1 metrlik uzunluqda olan dəmir boruları və həyətdə yerləşən hamamın 400 manat dəyərində olan dəmir seyf qapısını yerindən çıxararaq oğurlayıb, Zərərçəkmiş şəxs13 ümumilikdə 979 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14.04.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evin pəncərəsini açaraq qanunsuz evə daxil olmaqla evdən bir ədəd 120 manat dəyərində laqondanı, ümumi 180 manat dəyərində 4 bağlama 400 metr uzunluğunda elektrik kabelini, hər biri 15 manat dəyərində olan ümumi 30 manat dəyərində 2 ədəd elektrik sayğacını, hər biri 5 manat olan ümumi 200 manat dəyərində 40 ədəd “Hofman” markalanma yazısı olan elektrik yuvasını və 1 ədəd 50 manat dəyərində elektrikli taxta kəsən mişarı oğurlayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 580 (beş yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni massivdə yerləşən fərdi evdə yaşayır. Əvvəllər CM-nin 177-ci maddəsilə məhkum olunmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 06 noyabr 2019-cu ildə tarixdə saat 12 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etmək qərarına gəlmişdir. Piyada gəzən zaman 2 mərtəbəli fərdi yaşayış evi görmüşdür. Həmin evin hasarından həyətə keçmişdir. Daha sonra evin 1-ci mərtəbəsində yerləşən plaskti materialdan hazırlanmış pəncərədən evin içrəisinə daxil olmuşdur. Evin içərisində gəzib pul və qızıl əşyalar axtarmış lakin heçnə tapa bilməmişdir. Buna görə də evin qonaq otağında olan dəmir materialdan hazırlanmış seyfi götürüb evə daxil olduğu pəncərədən bayıra çıxmışdır. Daha sonra həyətə daxil olduğu yerdən küçəyə çıxıb həmin yerdən uzaqlaşmışdır. Bir az uzaqlaşdıqdan sonra oğurladığı seyfi Mehdiabad qəsəbəsi ərazisində «üzüm bağları» adlanan ərazidə olan boş yerdə sındırımışdır. Həmin seyfin içərisində sənədlər və 70 manat pul olduğunu aşkar etmişdir. Pulu götürdükdən sonra seyfin içərisində olan sənədləri orada tullayıb çıxıb getmişdir. Həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarımı ödəmək məqsədi ilə 18.11.2019-cu il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Fatmayi qəsəbəsində küçə ilə gəzən zaman həmin küçədə bir evin işığının yanmadığını görüb evin sahibsiz olmasını müəyyən etmək üçün həmin evin həyətinə bir-iki dəfə daş atdıqdan sonra evin sahibsiz olmasını bildikdə sonra ətrafına baxmışdır gəlib-gedən yoxdursa evin həyətinə girsin. Ətrafa diqqətlə göz gəzdirdikdən sonra sakitçə hasardan həyətə tullanmışdır. Evin giriş qapısından solda olan pəncərənin şüşəsini çıxarıb evin içərisinə daxil olub evi axtarmağa başlamışdır. Evin yataq otağında olan kamotun içərisinə baxdıqda orada bir ədəd üzük sırğa dəstini, bir ədəd boyunbağını və 2 ədəd kulonu görüb götürərək evdən çıxıb uzaqlaşmışdır. Səhəri gün həmin qızılları Bakı şəhəri, Memar əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə ümumilikdə 200 manata satıb əldə etdiyi 200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 20 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində mərkəzi küçədən Fatmayı kəndi istiqamətinə yolun kənarı ilə piyada hərəkət etmişdir. Bir qədər hərəkət etdikdən sonra yolun kənarında yerləşən yem dükanın qarşısında şüşələri aşağı salınmış vəziyyətdə olan ağ rəngli “VAZ 2104” markalı avtomobil görmüşdür. Ətrafa baxmış, heç kimin olmadığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin arxa oturacağının üzərində qara rəngli pul kisəsi görmüşdür. Həmin pul kisəsinin içərisində pul olduğunu düşünüb onu oğurlamaq qərarına gəlmişdir. Daha sonra o, avtomobilin arxa qapısını açıb oturacağın üzərində olan pul kisəsini götürmüşdür. Həmin yerdən bir qədər aralandıqdan sonra pul kisəsini açmışdır. Pul kisəsinin içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmuşdur. Pul kisəsində qeyd etdiyi sənədlərdən başqa heç nə olmamışdır. Həmin sənədləri cıraraq yolda xatırlamadığı yerə ataraq oradan uzaqlaşmışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 05 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən evlərdən birinin qarşısına gəlmişdir. Həmin vaxtı qapını döymüş və görmüşdür ki, evdə heç kim olmamışdır. Evə qapının dəmir qapının qıfılını sındırmaq yolu ilə daxil olaraq evdən 2 ədəd televizoru və 1 ədəd musiqini mərkəzini götürüb özü ilə gətirdiyi parça torbanının içərisinə yığaraq yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evinə gətirmişdir. Həmin əşyaları həmin günün səhəri yəni 07 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Əşya bazarında tanamdığı şəxsə 700 manata satmışdır. Bundan sonra əldə etdiyi pulları o, şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 19.01.2020-ci il tarixdə saat 18 radələrində oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində küçə ilə gəzən zaman həmin küçədə bir ev onun diqqətini çəkmiş və bu səbəbdən evin darvazasının qapısını açıb həyətinə baxdıqda həyətdə heç kimin olmadığını görüb həyətə keçib əli ilə evin plastik pəncərəsini açaraq evə daxil olmuş və evə ətraflı baxmışdır. Evdə bir şey tapa bilmədiyi üçün keçib evin mətbəxinə baxanda mətbəxtdə olan soyuducunun altında pul ol olduğunu görüb həmin pulu soyuducunun altından götürərək evdən çıxıb uzaqlaşmışdır. Sonra oğurladığı pulu saydıqda görmüşdür ki, 800 manat pul təşkil edir və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 22.01.2020-ci il tarixdə saat 20 saatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə gəzən zaman orada 2 mərtəbəli təmirsiz fərdi yaşayış evi görmüşdür. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxdıqda heç kimin olmadığını görüb evin hasarını aşmaqla həyətə keçmiş və evə daxil olub evi axtarmağa başlamışdır. Sonra evdə 1 qutu şrup, 5 ədəd dam örtüyü lenti və 1 bağlama elektrik naqili görüb həmin əşyaları evdən tapdığı kisəyə yığıb evdən çölə çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları yaxınlıqda yerləşən yarım tikili evin həyətinə gətirmiş və həmin evdə elektrik naqillərin rezinlərini soyub misini çıxarmışdır. Səhəri gün misi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə 30 manata satmışdır. Qalan 1 qutu şrupu və 5 ədəd dam örtüyü lentini isə Bakı şəhəri, Sabunçu rayonunda Sabunçu bazarında tanımadığı şəxsə 80 manata satmışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 02 fevral 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etmək qərarına gəlmişdir. Piyada gəzən zaman 2 mərtəbəli fərdi yaşayış evi görmüşdür. Həmin evin hasarından həyətə keçmiş, daha sonra evin 1-ci mərtəbəsində yerləşən plaskti materialdan hazırlanmış pəncərənin üzərində olan dəmir barmaqlığı əli ilə yerindən çıxararaq, həmin evə daxil olmuşdur. Evə daxil olarkən oradan 01 ədəd markası məlum olmayan televizoru, 01 ədəd aspiratoru, 01 ədəd qaz sobasını, 01 ədəd radiatoru, 01 ədəd quruducunu, 01 ədəd elektrik ət çəkən aparatını, 01 ədəd qazan dəstini, 10 ədəd divar kağızlarını, 01 ədəd elektrik qab yuyan aparatını, 01 ədəd elektrik su motorunu, 01 ədəd rodiatoru, 04 ədəd su kranlarını, 01 ədəd elektrik preforatoru, 01 ədəd elektrik mişarı, 01 ədəd elektrik plastmass boru yapıştıran aparatını oradan götürüb evə girdiyim yerdən, yəni pəncərədən çıxarıb həmin evin kənarında yığmış, həmin gün hava qaralanda oğurladığı əşyaları arabaya yığıb yaşadığı evin həyətinə gətirmişdir. Səhəri gün oğurladığı əşyaları tanımadığı taksi avtomobillə Bakı şəhərində yerləşən Sabunçu bazarı deyilən yerdə televizoru 250 manata qalan əşyaların hamısını ümumilikdə 300 məbləğində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarna xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 05.02.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində küçə ilə gəzən zaman həmin küçədə bir evin işığının yanmadığını görüb evin sahibsiz olmasını müəyyən etmək üçün həmin evin həyətinə bir-iki dəfə daş atdıqdan sonra evin sahibsiz olmasını bildikdən sonra evin ətrafına baxmış gəlib-gedən yoxdursa evin həyətinə girsin. Ətrafa diqqətlə göz gəzdirdikdən sonra sakitçə hasardan həyətə tullanmışdır. Evin darvazasının balaca qapısını açıq qoymuşdur ki, evdən rahat çıxa bilsin. Həyətdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sındırıb sakitcə yerə qoymuş və evin plastik pəncərəsini əlində olan dəmir parçası ilə itələyib açaraq evə girmişdir. Evə ətraflı baxdıqdan sonra evin mətbəxindən bir ədəd elektrik ətçəkən maşını, evin hamam otağından bir ədəd su matorunu, bir ədəd su qızdırıcını, bir ədəd sobanı evin qonaq otağından bir ədəd 81 ekran “Samsung” markalı televizoru və bir ədəd tozsoranı görüb götürərək evdən tapdığı kisəyə qoyub evdən çıxmışdır. Oğurladığı əşyaları orada yaxınlıqda yerləşən sahibi olmayan yarım tikili evin həyətinə gətirmiş və orada saxlamışdır. Səhəri gün oğurladığı bir ədəd su qızdırıcını, bir ədəd sobanı, evin qonaq otağından bir ədəd 81 ekran “Samsung” markalı televizoru və bir ədəd tozsoranı markası və dövlət qeydiyyat nişanı yadımda qalmayan taksi ilə Bakı şəhəri, Sabunçu bazarına aparıb orada tanımadığı şəxsə ümumilikdə 250 manata satmış və əldə etdiyi 250 manat pulu şəxsi ehtiyacları üçün xərcləməşdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 05.03.2020-ci tarixdə saat 20 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisinə getmişdir. Həmin vaxt bağ evlərindən birinin həyətinə hasardan daxil olaraq, həyətdə olan soyuducunun mühərrikini, su sayğacını götürmüş, sonra isə evin qapısının kilidini sındıraraq, həmin evdə olan iki ədəd smovarı, bir ədəd DVD aparatını, bir ədəd televizor və 2 ədəd mis qazanı oğurlamış, həmin oğurladığı əşyaları çöl tərəfdən, hasarın kənarına yığıb, sonra isə tanımadığı bir taksi ilə həmin yerə gələrək oğurladığı əşyaları taksi ilə apardıb, Bakı şəhəri, Binəqədi ərazisində metal yığılan yerdə, metal qəbul edən şəxsə satmışdır. Həmin əşyalardan televizoru və DVD –də söküb, içərisində olan metal əşyaları həmin metolloma satmış, televizorun və DVD-nin lazım olmayan hissəsini isə boş bir əraziyə atmışdır. Oğurladığı əşyaları ümumilikdə 145 manata satmış, həmin puldan 15 manat taksi sürücüsünə vermiş, qalan 130 manat pula isə özü üçün müəyyən əşyalar, siqaret, kontur və ərzaq malları almışdır. Həmin oğurluğu tək etmiş, həmin vaxt oğurluq etdiyini heç kim görməmiş, taksi sürücüsünü tanımır, həmin əşyaların oğurluq olması haqqında sürücüyə heç nə deməmiş, sürücü də oğurluq etdiyini və həmin əşyaların oğurluq olmasını bilməmişdir. Oğurladığı əşyalarıda Bakı şəhəri, Binəqədi ərazisində metal qəbulu yerinə təhvil vermişdir. Həmin bağ evindən yuxarıda göstərdiy əşyalardan başqa heç nə oğurlamamışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 15.03.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, yeni masivdə gəzərkən iki mərtəbəli yeni tikili ev görmüş və həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra, təxminən saat 18-19 radələrində mişar daşından olan hasardan keçərək, evin zirzəmisinin dəmir qapısını açıb, üç ədəd təxminən 5 metr uzunluqda olan dəmir boruları, təxminən 15 ədəd pəncərələrin setkasının alüminium çərçivələrini, 1 ədəd taxta qapını və birdə həyətdə olan hamamın dəmir qapısını oğurlayaraq hasardan çöl tərəfinə yığmışdır. Bundan sonra Abşeron rayonu, Novxanı qəsəbəsinə gedərək, yolun kənarında dayanmış tanımadığı «Qazel» markalı avtomobilin sürücüsü ilə danışıb, razılaşdıqdan sonra, həmin avtomobilin sürücüsünün idarə etdiyi «Qazel» markalı avtomobil ilə, əşyaları oğurlayıb yığdığım yerə gələrək, hasarın çöl hissəsində kənarına yığdığı əşyaları göy rəngli «Qazel» markalı avtomobilin yük yerinə yığdıqdan sonra, həmin əşyaları «Qazel» markalı avtomobilin sürücüsü ilə birlikdə aparıb, Binəqədi ərazisində metal yığılan yerə 95 manata satmışdır. Həmin 95 manat puldan 20 manat pulu avtomobilin sürücüsünə vermiş, qalan 75 manat pula isə özü üçün siqaret, kontur və digər ərzaq məhsulları almışdır. Həmin oğurluğu tək etmiş, həmin vaxt yanında heç kim olmamış, oğurluq etməsindən heç kimin xəbəri olmamış, «Qazel» markalı avtomobilin sürücüsüdə həmin əşyaların onun olduğunu zənn etmişdir. Həmin «Qazel» markalı avtomobilin sürücüsünü tanımır, ilk dəfə olaraq görmüşdür. Həmin avtomobil yolun kənarında dayanmış, o, həmin avtomobilə demişdir ki, “metal əşyalarım var, onları aparıb təhvil vermək lazımdır”. Sürücü ilə 20 manata razılaşdıqdan sonra, həmin avtomobil ilə əşyaları oğurlayıb yığdığı yerə gedərək, orda olan dəmir qapıları, boruları və pəncərə çərçivələrini avtomobilin yük yerinə yığmış, sonra da aparıb Bakı şəhəri, Binəqədi rayonu ərazisində əlvan metal yığılan yerə 95 manata satmışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 14.04.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evlərinin qarşısına gəlmiş və orada bir evin sahibsiz olduğunu görüb həmin evin həyətyanı sahəsinin hasara alınmayan hissəsindən həyətə daxil olub, evin yan hissəsində olan plastik pəncərəni özü ilə götürdüyü vint açan alətlə açmış və evə daxil olmuşdur. Həmin vaxtı evdə olan 4 bağlama elektrik naqilini, 18 ədəd elektrik yuvasını, 4 ədəd krantı, 18 ədəd yivli plastik borunu, 2 ədəd elektrik açarını və 1 ədəd laqonda aparatını özü ilə götürdüyü torbaya yığıb evdən çıxarmışdır. Oğurladığı əşyaları orada yaxınlıqda yerləşən yarım tikili evin həyətinə gətirmiş və naqillərin rezinlərini soyub misə çevirmişdir. Həmin gün axşam misi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə 55 manata satmışdır. Qalan 18 ədəd elektrik yuvasını, 4 ədəd krantı, 18 ədəd yivli plastik borunu və 1 ədəd laqonda aparatını isə səhəri gün markasnı və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarna aparıb orada tanımadığı bir nəfər şəxsə 60 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 115 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rasim oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabada qəsəbəsi, yeni məhəllədə qeydiyyatda olmaqla, 2 mərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 06 noyabr 2019-cu il tarixdə saat 09 radələrində evdən çıxıb qapıları bağlayıb işə getmişdir. Saat 15 radələrində mən işdən evə qayıdan zaman evin 1-ci mərtbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görüb evin giriş qapısını açıb evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evə baxış keçirən zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu və evdə olan seyfin yerində olmadığını görmüşdür. O, evin dağınıq olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Dərhal DİN-nin “102” zəng xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs4 zəng vurub seyfdə hansı məbləğdə pulun olduğunu soruşmuşdur. Anası da seyfdə pul olmadığının demişdir. Təxminən 1 saatdan sonra anası evə gələn zaman ona bildirmişdir ki, sefydə ailələrinə məxsus rəsmi sənədlər olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 06 noyabr 2019-cu il tarixdə saat 07 radələrində evdən çıxıb işə getmişdir. İşə gedən zaman, evdə oğlu Zərərçəkmiş şəxs1 evdə qalmışdır. Təxminən saat 15-16 radələrində oğlu Kənan ona zəng edərək, bildirmişdir ki, “həmin gün o, saat 15 radələrində işdən evə qayıdan zaman evin 1-ci mərtbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görüb evin giriş qapısını açıb evə daxil olduqdan sonra, evə baxış keçirən zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu və evdə olan seyfin yerində olmadığını görmüşdür. Bundan sonra dərhal Din-nin 102 zəng xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir”. Bildirmişdir ki, ona və arvadı Zərərçəkmiş şəxs4 məxsus ümumvətəndaş pasportları, yaşadığı evin lahiyəsi, torpağın çıxarışı, ona və oğlu Ceyhun Məmmədova məxsus texnikaları idarə etmək üçün sertifikatlar, özünə, oğlu Ceyhuna, arvadı Dilşada və gəlini Zülfiyəyə məxsus məcburi köçkün vəsiqələri, oğlu Kənanın əmək kitabçası, arvadı ilə aralarında olan nikah şahadətnaməsi və özünə məxsus hərbi bileti oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 06 noyabr 2019-cu il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmişdi, o, işə gedən zaman, evdə oğlu Zərərçəkmiş şəxs1 onunla evdən çıxmışdır. Təxminən saat 15-16 radələrində oğlu Kənan ona zəng edərək, bildirmişdir ki, həmin gün o, saat 15 radələrində işdən evə qayıdan zaman evin 1-ci mərtbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görüb evin giriş qapısını açıb evə daxil olduqdan sonra, evə baxış keçirən zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu və evdə olan seyfin yerində olmadığını görmüşdür. Bundan sonra o, dərhal Din-nin 102 zəng xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, ona və əri Zərərçəkmiş şəxs3 məxsus ümumvətəndaş pasportları, yaşadığı evin lahiyəsi, torpağın çıxarışı, əri və oğlu Ceyhun Məmmədova məxsus texnikaları idarə etmək üçün sertifikatlar, ərinə, oğlu Ceyhuna, özünə və gəlini Zülfiyəyə məxsus məcburi köçkün vəsiqələri, oğlu Kənanın əmək kitabçası, əri ilə aralarında olan nikah şahadətnaməsi və ərinə məxsus hərbi bileti oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, arvadı Şahid5 ilə Bakı şəhəri, Binəqədi rayonu, Abşeron Gənclər şəhərciyi, bina 21 kirayə yaşamışlar. Onun valideynləri isə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayırlar. Özünə məxsus texnikaları idarə etmək üçün sertifikatlar, məcburi köçkün vəsiqəsi valideynlərinin evində syefdə olmuşdur. Lakin onun özünə məxsus sənədləri isə onun özündə olmuşdur. 06 noyabr 2019-cu il tarixdə təxminən saat 15-16 radələrində qardaşı Kənan ona zəng edərək, bildirmişdir ki, “həmin gün o, saat 15 radələrində işdən evə qayıdan zaman evin 1-ci mərtbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görüb evin giriş qapısını açıb evə daxil olduqdan sonra, evə baxış keçirən zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu və evdə olan seyfin yerində olmadığını görmüşdür. Bundan sonra o, dərhal Dinnin 102 zəng xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Fatmayi kəndi, C.Cavadov küçəsi dalan 2, ev 10-da ailəsi ilə bir yerdə yaşayır. 18.11.2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb işə getmişdir. Həmin gün saat 20 radələrində işdən yaşadığı evə qayıdarkən evin giriş qapısından solda olan pəncərənin şüşəsinin yerdə olduğunu görüb evə daxil olarkən evin əşyalarının dağınıq olduğunu görmüşdür. Evin yataq otağında olan kamotun içərisinə baxdıqda oradan ümumilikdə 600 manat dəyərində bir ədəd üzük sırğa dəstinin, bir ədəd boyunbağının və 2 ədəd kulonun oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Digah qəsəbəsi Bakıxanov küçəsi döngə 13, ev 18-də yaşayır. Ona məxsus “VAZ 2104” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və o, həmin avtomobillə yük daşıma işləri yerinə yetirmişdir. 20.12.2019-cu il tarixdə Bakı şəhiri, Dərnəgül yolu ilə gələn zaman yolun saat təxminən 18 radələrində yolun kənarında 2 nəfət tanımadığı qadının olduğunu görmüşdür. Avtomobili saxlayıb həmin qadınların hansı istiqamətə getdiklərini soruşmuşdur. Həmin qadınlar da cavablarında ona bildirmişlər ki, Abşeron rauonu, Mehdiabad qəsəbəsinə getmişlər. Yolunun üstü olduğu üçün qadınları avtomobilə dəvət etmişdir. Təxminən saat 19 radələrində Abşerın rayonu, Mehdiabad qəsəbəinə çatmış və həmin 2 nəfər qadının 1ni Mehdiabad qəsəbəsində yerləşən qaçqınlar şəhərciyinin yanında, digərini isə “Kərim” marketin qarşısında düşürüb bir az qabağa hərəkət edərək yem dükanının qarşısında saxlamışdır. Maşından düşərək yem dükanına saxladığı quşlara yem almağa getmişdir. Həmin vaxt maşını yem dükanının qarşısında saxladığı üçün qapılarını açıq qoymuşdur. Yem alıb oradan yaşadığı Abşeron rayonu, Digah qəsəbəsinə getmişdir. Evə çatdıqdan sonra pul kisəsi ona lazım olduğu üçün avtomobilin yanına gəlib əvvəlcədən avtomobilin arxa oturacağının üzərinə qoyduğu içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, avtomobilinə məxsus qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olan pul kisəsinin yerində olmadığını görmüş və səhəri gün Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonu, Məmmədli kəndində özünə məxsus olan fərdi yaşayış evi vardır. Həmin evdə yaşamasa da arada gedib həmin evə baş çəkmişdir. 27.12.2019-cu il tarixdə o, yaşadığı evə gəlib baş çəkib evinə getmişdir. 08 yanvar 2020-ci il tarixdə səhər saatlarında o, evə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər evə daxil olaraq evdən 1100 manat dəyərində 1 ədəd qrudnik markalı televizoru, 1 ədəd 300 manat dəyərində LG markalı musiqi mərkəzini və 1 ədəd 500 manat dəyərində LG markalı televizoru oğurlamışdır. Bundan sonra o, hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ümumilkdə ona 1900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ailəsi ilə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 37a, mənzil 8-də yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə yaşamasa da arada gedib həmin evə baş çəkmişdir. Sonuncu dəfə o, 15.01.2020-ci il tarixdə həmin evdə olmuşdur. 02.02.2020-ci il tarixdə saat 15 radələrində həmin evə gəldikdə evin giriş qapısının qıfılının sındırıldığını görmüşdür. Evin həyətinə baxdıqda həyətdə olan 1ton 200 kiloqram çəkidə olan dəmiri həyətdə bir kənara yığılmış vəziyyətdə görmüş, həyətdəki yarım tikili evdən 190 manat dəyərində bir qutu şrupun, bir ədədi 30 manat olan ümumi 150 manat dəyərində 5 ədəd dam örtüyünün üçün lenti, hər bir metri 3 manat dəyərtində olan ümumi 150 manat dəyərində 50 metr uzunluğunda elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİN-nin “102” xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 490 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evini təmir etmişdir. Buna görə də həmin ünvanda yaşamır. Evin təmirini başa çatdırmadığına görə həmin evdə hazırda yaşayış yoxdur. Maddi imkanı zəif olduğundan 2020-ci ilin yanvar ayında o, evə baş çəkib getmişdir. 06 fevral 2020-ci il tarixdə o, evinə təkrar gələn zaman evin pəncərəsinin üzərində olan dəmir barmaqlığını sındırıldığını, həmçinin evin zirzəmisinin dəmir materialdan olan girişin açıq olduğunu görmüşdür. Evə daxil olmuş və evə baxış keçirən zaman evdə olan 1 dəəd 1100 manat dəyərində televizorun, 1 ədəd 70 manat dəyərində aspiratorun, 1 ədəd 230 manat dəyərində qaz plitəsinin, 1 ədəd 70 manat dəyərində rodiatorun, 1 ədəd 30 manat dəyərində quruducunun, 1 ədəd 230 manat dəyərində elektrik ət çəkən maşının, 1 ədəd 70 manat dəyərində qazan dəstinin, 10 ədəd 220 manat dəyərində divar kağızlarının, 1 ədəd 80 manat dəyərində qab yuyanın, 1 ədəd 80 manat dəyərində elektrik su mühərrikinin, 1 ədəd 130 manat dəyərində rodiatorun, 4 ədəd hər biri 30 manat dəyərində ümumi dəyəri 120 manat olan su krantının, 1 ədəd 270 manat dəyərində preperatorun, 1 ədəd 100 manat dəyərində elektrik mişarın, 1 ədəd 200 manat dəyərində plastik boru yapıştırıcının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Möhöbbət oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzdə qəsəbəsi, ev 14-də ailəsi ilə bir yerdə yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır. Hər gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinə gedib nəzarət etmişdir. Bildirmişdir ki, işi ilə bağlı 28.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinə gedə bilməmişdir. 14.02.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evinə getdikdə evinin dəmir barmaqlığının sındırıldığını görüb evə daxil olduqda evdən bir ədəd 100 manat dəyərində olan su matorunun, bir ədəd 500 manat dəyərində olan “Samsung” markalı televizorun, bir ədəd 120 manat dəyərində olan tozsoran aparatının, bir ədəd 120 manat dəyərində olan su qızdırıcının, bir ədəd 100 manat dəyərində olan sobanın və bir ədəd 100 manat dəyərində olan elektrik ətçəkən maşının oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir oğurluq nəticəsində ona 1040 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xamler küçəsi 56, mənzil 4 –də ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonun, Məmmədli kəndində bağ evi vardır. Lakin həmin evdə yaşayış olmamışdır. Sonuncu dəfə 20.02.2020-ci il tarixdə həmin bağ evinə gəlib baş çəkəndə oradan heç bir oğurluq olmamışdır. Lakin 14.04.2020-ci il tarixdə X13 bağa baş çəkəndə görmüşdür ki, həyətitidən müəyyən əşyalar oğurlanmış, Aydın evə baxmadan ilkin olaraq Abşeron rayon Polis İdarəsinin X7 ərizə ilə müraciət edərək, həyətdən 60 manat dəyərində 1 ədəd su sayğacının və 30 manat dəyərində həyətdə olan soyuducunun mühərrikinin naməlum şəxs tərəfindən oğurlandığı barədə ərizə ilə müraciət etmişdir. 29.03.2020-ci il tarixdə o, evə dəqiq baxanda görmüşdür ki, evin giriş qapısını sındırma yolu ilə evə daxil olaraq, evdən hər birinin dəyəri 300 manat olan 2 ədəd samovar, hər birinin dəyəri 30 manat olan 2 ədəd mis qazan, 100 manat dəyəri olan bir ədəd DVD aparatı və 100 manat dəyəri olan bir ədəd televizor oğurlanmışdır. O da dərhal Abşeron rayon Polis İdarəsinin X7 gedərək bu barədə ərizə ilə müraciət etmiş və izahatında göstərmişdir ki, ilkin hadisə olanda evə baxmamışlar. Ona görə də Aydın yalnız həyətdə oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. X13 ilkin olaraq ərizəsində soyuducunun mühərrikinin 30 manat olmasını göstərsədə, sonradan öyrənmişdir ki, həmin soyuducunun mühərrikinin qiyməti 200 manatdır, ona görə də həmin oğurluq nəticəsində onlara ümumilikdə 1120 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhər, Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 71, mənzil 21-də yaşayır. Bildirmişdir ki, Abşeron rayonun, Mehdiabad qəsəbəsində, yeni yaşayış massivində özünə məxsus 0,10 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsində iki mərtəbəli yaşayış evi tiksə də təmir işləri qurtarmadığı üçün həmin evdə yaşayış olmamışdır. Sonuncu dəfə 05.03.2020-ci il tarixdə həmin evdə olmuş, həmin vaxt evdə heç bir oğurluq olmamışdır. Lakin 27.03.2020-ci il tarixdə həmin yaşayış evinə gələndə, görmüşdür ki, naməlum şəxs və yaxud şəxslər hasardan keçərək, evin zirzəmisinin dəmirdən olan qapısının qarşısındakı, mişar daşlarını götürüb, dəmir qapının qıfılını sındıraraq, otağa daxil olub, otaqdan 300 manat dəyərində bir ədəd taxta qapını, 100 manat dəyərində 15 ədəd pəncərənin nəfəslik setkalarının aliminium çərçivəsini, 300 manat dəyərində evin zirzəmisinin dəmir qapısını, 100 manat dəyərində üç ədəd 5 metrlik dəmir boruları, 400 manat dəyərində həyətdə olan hamamın dəmir seyf qapısını oğurlamaqla, ona ümumiliyyiydə 1200 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın Ordubad rayonu, Bist kəndində qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində kirayədə yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə tam təmir olmayan bir mərtəbəli 4 otaqlı evi vardır. Evin plastik pəncərələri olsada, dəmir barmalıq qoydurmamışdır. Evdə tikinti və təmir avadanlıqları vardır. 14.04.2020-ci il tarixdən 22.03.2020-ci il tarixdək evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evin pəncərəsini açma yolu ilə evə daxil olaraq oradan 1 ədəd 120 manat dəyərində laqondanı, 4 bağlama 400 metr uzunluğunda 180 manat dəyərində elektrik kabeli, 2 ədəd 30 manat dəyərində elektrik sayğacı, 200 manat dəyərində 40 ədəd elektrik yuvası və 1 elektrikli taxta kəsən 50 manat dəyərində avadanlıqlar oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 26 mart 2020-ci il tarixdə işdə növbədə olduğu zaman sonradan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayan adının Zərərçəkmiş şəxs14 olduğunu bildiyi bir nəfər şəxs Abşeron rayon Polis İdarəsinin X7 gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd 120 manat dəyərində laqondanın, ümumi 180 manat dəyərində 4 bağlama 400 metr uzunluğunda elektrik kabelinin, ümumi 30 manat dəyərində 2 ədəd elektrik sayğacının, hər biri 5 manat olan ümumi 200 manat dəyərində 40 ədəd elektrik yuvasının və 1 ədəd 50 manat dəyərində elektrikli taxta kəsən mişarın oğurlanması nəticəsində ona ümumilikdə 580 manat məbləğində maddi ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı toplanmış material üzrə Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlanmış və idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən bir ədəd 120 manat dəyərində laqondanı, ümumi 180 manat dəyərində 4 bağlama 400 metr uzunluğunda elektrik kabelini, ümumi 30 manat dəyərində 2 ədəd elektrik sayğacının, hər biri 5 manat olan ümumi 200 manat dəyərində 40 ədəd elektrik yuvasını və 1 ədəd 50 manat dəyərində elektrikli taxta kəsən mişarını oğurlyan şəxsin və şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd 120 manat dəyərində laqondanı, ümumi 180 manat dəyərində 4 bağlama 400 metr uzunluğunda elektrik kabelini, ümumi 30 manat dəyərində 2 ədəd elektrik sayğacını, hər biri 5 manat olan ümumi 200 manat dəyərində 40 ədəd elektrik yuvasının və 1 ədəd 50 manat dəyərində elektrikli taxta kəsən mişarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs 14.04.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinin X7 dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 14.04.2020-ci il tarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd laqondanı, 4 bağlama elektrik kabelini, ümumi 2 ədəd elektrik sayğacını, 40 ədəd elektrik yuvasını və 1 ədəd elektrikli taxta kəsən mişarı oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “06 noyabr 2019-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 oğulna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evin hasarından həyətə keçərək, evin 1-ci mərtəbəsində olan pəncərəsini açaraq qanunsuz içəri daxil olub, orada seyfdən Zərərçəkmiş şəxs1 oğulna məxsus sənədləri, 18.11.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən evinin pəncərəsindən qanunsuz içəri daxil olub evin yataq otağında olan kamotun içərisindən bir ədəd qızıl üzük sırğa dəstini, bir ədəd qızıl olan boyunbağını və iki ədəd kulonu, 20 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun kənarında yerləşən yem mağazasının qarşısında dayanmış vəziyyətdə qapısının şüşələri açıq olan Zərərçəkmiş şəxs6 məxsus “VAZ 2104” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sənədlər olan pul kisəsini, 05 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi evinə, evin qapısını açaraq qanunusuz içəri daxil olub evin qonaq otağından 1 ədəd “Qrundik”markalı televizoru, 1 ədəd “LG” markalı televizoru və musiqi mərkəzini, 22.01.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evindən tikinti materiallarını, 02.02.2020-ci iltarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən təmiri başa çatdırılmamış fərdi yaşayış evindən məişət əşyalarını, 05.02.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 Möhöbbət oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evindən məişət əşyalarını, 05.03.2020-ci il tarixdə saat 20 radələrində X4 məxsus, Abşeron rayonu, Məmmədli kəndində yerləşən bağ evinə qanunsuz daxil olaraq, həyətindən bir ədəd soyuducunun muhərrikini, bir ədəd su sayğacanı, evin qapısının kilidini sındırma yolu ilə iki ədəd samovarı, bir ədəd DVD aparatını, iki ədəd mis qazanı, bir ədəd televizoru, 15.03.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Mehdabad qəsəbəsi yeni yaşayış massivində yerləşən evinə qanunsuz daxil olaraq, evin zirzəmisinin bir ədəd dəmir qapısını, otaqdan 1 ədəd taxta qapını, 15 ədəd pəncərənin nəfəslik setkasının alüminium çərçivəsini, 3 ədəd dəmir boruları və həyətdə yerləşən hamamın bir ədəd dəmir seyf qapısını gizli talayaraq oğurlamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, ev 89, mənzil 71-də yaşayır. Bildirmişdir ki, o, 2016-cı ilin sentyabr ayından "xxxx" MMCyə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5-də yerləşən qara və əlvan metalların emalı, tədarükü və satışı ilə məntəqəsində sahə rəisi işləyir. Həmin məntəqədə onunla birlikdə Şahid4 fəhlə işləyir. 14.04.2020-ci il tarixdə axşam saatlarında işdə olmayanda 1 nəfər sarışın, üzü tüklü, orta boylu gənc oğlan məntəqəyə yanmış halda elektrik naqillərini özünün olaraq işçisi Şahid4 55 manata satmağı təklif etmiş, Şahid4 həmin şəxsin sözlərinə inanıb yanmış elektrik naqillərini almışdır. Bundan başqa həmin şəxs 22.03.2020-ci il tarixdə axşam saatlarında həmin şəxs dövlət qeydiyyat nişanlarını bilmədiyi Qazel markalı yük avtomobili ilə işlədiyi məntəqəyə gəlib 2 ədəd dəmir qapı, 3 ədəd dəmir borunu və 15 ədəd pəncərə aliminum çərçivəsini bizə satmağı təklif etmişdir. Həmin şəxsdən satmağı təklif etdiyi əşyaların oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs isə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin dəmir məmulatları çəkib 138 manata almışdır. Aldığı məmulatların bir hissəsini emala göndərmiş, qalan saxladığı 3 ədəd boru və 1 ədəd dəmir qapı isə məntəqənin həyətindədir. Sonradan polis əməkdaşları məntəqəyə gəlib həmin dəmir məmulatlarının oğurluq olduğunu bildirdikləri üçün o, dəmir məmulatlarını polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Ceyranabatan qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, o, 2010-cu ildən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5-də yerləşən qara və əlvan metalların emalı, tədarükü və satışı məntəqəsində fəhlə işləyi. Məntəqədə dəmir və mis məmulatlarını məntəqədə sahə rəisi işləyən Qnyaz müəllim qəbul etmişdir. Qnyaz nüəllim olmadıqda isə o, qəbul etmişdir. 14.04.2020-ci tarixdə axşam saatlarında Qnyaz müəllim məntəqədə olmayan zaman bir nəfər sarışın, üzü tüklü orta boylu gənc oğlan dövlət qeydiyyat nişanlarını və markasını bilmədiyi minik avtomobili ilə işlədiyi məntəqəyə gəlib yandırılmış mis məmulatını məntəqəyə satmışdır. Həmin mis məmulatı məntəqədə olan digər mis məmulatları ilə birlikdə emal olunması üçün Sumqayıt şəhərində yerləşən zavoda təhvil verilmişdir. Həmin şəxs bundan əvvəl və sonralarda məntəqəyə mis və dəmir məmulatları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əri Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Binəqədi rayonu, Abşeron Gənclər şəhərciyi, bina 21 kirayə yaşamışlar. Əri Ceyhunun valideynləri isə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayırlar. X10 məxsus texnikaları idarə etmək üçün sertifikatlar, məcburi köçkün vəsiqəsi Ceyhunun valideynlərinin evində syefdə olmuşdur. Lakin onun özünə məxsus sənədləri isə onun özündə olmuşdur. 06 noyabr 2019-cu il tarixdə təxminən saat 15-16 radələrində qaynı Kənan ona zəng edərək, bildirmişdir ki, “həmin gün o, saat 15 radələrində işdən evə qayıdan zaman evin 1-ci mərtbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görüb evin giriş qapısını açıb evə daxil olduqdan sonra, evə baxış keçirən zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu və evdə olan seyfin yerində olmadığını görmüşdür. Bundan sonra o, dərhal Dinnin 102 zəng xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşı, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 07.08.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. və 69.3-cü maddələri ilə təqsirlili bilinərək 03 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs cəzası 03 il 04 ay 15 günə endirilmiş, Salyan Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76cı maddəsinə əsasən 02 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. 14.04.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 16.04.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14.04.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd dəmir qapı, 3 ədəd dəmir boru və 10 ədəd elektrik yuvası və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd divar kağızı maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs zərəçəkən X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 14.04.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd dəmir qapı, 3 ədəd dəmir boru sahibi Zərərçəkmiş şəxs13, 10 ədəd elektrik yuvası sahibi Zərərçəkmiş şəxs14 və 05 ədəd divar kağızı sahibi Zərərçəkmiş şəxs10 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 200 saat göstərdiyi hüquqi yardıma görə 1200 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Möhöbbət oğluna, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanilaraq Təqsirləndirilən şəxs qəti 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.04.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd dəmir qapı, 3 ədəd dəmir boru sahibi Zərərçəkmiş şəxs13, 10 ədəd elektrik yuvası sahibi Zərərçəkmiş şəxs14 və 05 ədəd divar kağızı sahibi Zərərçəkmiş şəxs10 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. Zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Möhöbbət oğluna, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 oğlunun 200 saat göstərdiyi hüquqi yardıma görə 1200 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-148/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-148/2021
09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver