Məhkəmə qərarları › İş №1(012)-148/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-148/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-148/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə Lerik rayonunun Soru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, fərdi sürücü işləyən, Lerik rayonunun Soru kəndində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə saat 06:05 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20,5-ci kilometrində idarə etdiyi FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikası unun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sol kənarından hərəkət hissəyə daxil olub sağa doğru adi yerişlə 9,4 metr məsafə qət etmiş 1963-cü il təvəllüdlü X6 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağ təpə sümüyünün açıq qəlpəli sınığı, hər iki baldır sümüklərinin qapalı yerinidəyişmiş sınıqları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ göz orbitasının dərialtı hematoması xəsarətlərini yetirməklə ölümünə səbəb olmuş və «X14» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci nin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 2014-cü ildə ona xx.xx.2024-cü il tarixədək etibarlı olan «BCD» kateqoriyalı ik vəsiqəsi verilmişdir. FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət riyat nişanlı avtomobili sahibi X2 2013-cü ildə alqısatqı yolu ilə satın alaraq baş etibarnamə ilə idarə edir. Həmin vaxtdan Lerik-Bakı turunda mikroavtobus sürücüsü olmaqla sərnişindaşımaqla məşğuldur. 09 dekabr 2020-ci ildə saat 5-ə işləmiş idarə etdiyi FORD TRANSİT mikroavtobus markalı 90EB422 qeydiyyat nişanlı avtomobillə Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb Bakı-Quba yolundakı SOKAR yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq doldurmuş, orada avtomobili təmizləyib saat 05:30-da YPXA-nın Saray postuna çatmış, komendant saatı olduğu üçün digər nəqliyyat vasitələri ilə yanaşı orada avtomobili dayandırmışdır. Saat 05:55 də avtomobillər hərəkətə başladığından idarə etdiyi həmin avtomobillə hərəkətə başlayıb postu keçərək yolu davam etmişdir. Xırdalan Olimpiya kompleksinin yaxınlığında və qarşıda «Mətanət A» şirkətinin yaxınlığındakı avtobus dayanacaqlarında müştəri götürmək məqsədi ilə bir neçə dəqiqə gözlədikdən sonra hərəkəti etdirmişdir. Sərnişin olmadığı üçün Lerik rayonuna getməmiş və idarə etdiyi avtobusda sərnişin olan bir nəfər tanımadığı cavan oğlan Xırdalan dairəsində avtomobildən düşmüşdür. Ceyranbatan qəsəbəsindəki evindən çıxanda idarə etdiyi avtomobildə sərnişin olmayıb, yolda, yəni dəqiq xatırlamadığı yerdə həmin bir nəfər tanımadığı cavan oğlanı sərnişin kimi avtomobilə götürmüşdür. Sərnişin olmaması səbəbindən Lerik rayonuna getmədiyi üçün avtomobilin kapotunu dəyişməkdən ötrü Xırdalan dairəsinin yaxınlığındakı «Lukoil» yanacaq doldurma məntəqəsinin yanındakı sexinə usta Arifin yanına getmişdir. Belə ki, Şahid3 təxminən tanıyır. Arifə idarə etdiyi, özünə məxsus FORD TRANSİT mikroavtobus markalı 22 dövlət qeydiyyat nişanlı avtomobili bir neçə dəfə qaynaq işləri ilə əlaqədar təmirə vermişdir. Təxminən 1 il 6 ay bundan əvvəl həmin FORD TRANSİT markalı avtomobilə aid ağ rəngdə və təkrar olaraq Sumqayıt şəhərində ustaya rənglətdirdiyi kapotu gətirib işlədiyi sexdə Arifə vermişdir ki, sonradan boş vaxtı olanda avtomobilin üzərindəki əvvəllər qəza nəticəsində əzilmiş kapotla əvəz etdirsin. Bundan sonra xəstəliyi ilə əlaqədar 1 saylı xəstəxanada və ev şəraitində müalicə olunduğuna görə kapotu dəyişdirə bilməmişdir. Bu müddətdə Arif ona zəng edib getməməyinin səbəbini soruşduqda ona xəstə olduğunu demişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının əvvəllərində Arif ona ayrı-ayrı günlərdə zəng edib kapotu nə vaxt dəyişdirmək üçün sexə gedəcəyini soruşmuş, hər dəfə vaxt tapıb gələcəyini demişdir. Sonuncu dəfə 09 dekabr 2020-ci ildə Arifə zəng edib kapotu dəyişmək üçün gələcəyini demiş, Arif razılaşdığı üçün Xırdalan dairəsində bir nəfər avtomobilindən düşdükdən sonra idarə etdiyi FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobillə Arifin işlədiyi təmir sexinə gəlmişdir. Arif hələ işə gəlmədiyinə görə orada avtomobilin üstündə olan ağ rəngli köhnə (çürümüş) kapotu açıb avatomobilin salonuna qoymuşdur. Təxminən 20-25 dəqiqə sonra Arif sexə gələrək, vaxtıikən ona verdiyi həmin ağ rəngdə kapotu avtomobilinə quraşdırmış, özündə olan qara rəngdə çexolu da xahişinə əsasən Arif kapota bağlamışdır. Təmir sexindən aralıda kranda avtomobilə su tökəndə 3 nəfər metal yığanlar yaxınlaşıb avtomobilin salonunda olmaqla salonun açıq qalmış qapısından görsənən kapotu görüb satıb-satmadığını soruşmuş, satacağını demiş və onlardan biri 6 manat 40 qəpiyə kapotu ondan satın alaraq götürüb oradan getmişdir. Bundan sonra telefonuna zəng olunaraq istintaqa çağırdılmış, avtomobili həmin sexin həyətində saxlayıb istintaqa getmişdir. 09 dekabr 2020-ci ildə idarə etdiyi avtomobillə hər hansı bir yol nəqliyyat hadisəi törətməmiş, o cümlədən Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəssində piyadanı idarə etdiyi avtomobillə vurmamışdır. Buna baxmayaraq o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, anası X9 29 dekabr 1963-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuş, orta ixtisas təhsilli qla, Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsində yerləşən «Bravo» marketində satıcı işləmiş, fiziki cəhətdən sağlam olub heç bir xəstəlikdən əziyyət çəkmişdir. Anası ünvan 1 ünvanındakı evlərində atası X3 ilə birlikdə yaşamışdır. X12 09 dekabr 2020-ci ildə səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu Saray qəsəbəsi ərazisindən keçən 20,5-ci kilometrində avtomobillə vurularaq ölməsi və meyitinin Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən meyitxanada olduğunu bilib həmin gün saat 10:03-də iş yerindən çıxıb meyitxanaya getmiişdir. Orada ona məlum olmuşdur ki, anası 09 dekabr 2020-ci ildə saat 06:05-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu Saray qəsəbəsi ərazisindən keçən 20,5-ci etrində yolu keçərkən naməlum sürücünün idarə etdiyi naməlum avtomobillə vurularaq aldığı xəsarətlər nəticəsində hadisə yerində ölmüşdür. Anası MTE və PA yinin Yasamal rayon şöbəsinin meyitxanasında tibbi müayinədən keçirildikdən sonra onlara təhvil verilmiş və meyiti aparıb həmin gün Saray qəsəbəsindəki Yeni Saray qəbirstanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs hadisə yerindən qaçsa da, sonra onunla barışıq əldə etmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci saat 04:45 radələrində yaşadığı Şabran şəhərindən etibarnamə ilə idarə etdiyi özünə məxsus MERCEDES BENZ VİTO 111 CDİ minik markalı 53BC203 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə işə getmək məqsədi ilə səmişinsiz yola düşmüş, saat 06:03 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20,5-kilometrinə yetişdir. Həmin yerdə yolun Bakı istiqamətinə gedən hissəsi təmirə dayandığı Quba istiqamətinə olan hissədəki 3 zolaqlı yol ortadan bütöv ağ nişanlanma xətti ilə nlanaraq hər iki istiqamətdə nəqliyyat vasitələri həmin yolla hərəkət etmişlər. Bu an avtomobili yolun ortasındakı bütöv ağ nişanlanma xəttinə yaxın olmaqla təxminən 70 km/saat sürətlə idarə etmişdir. Əks istiqamətə hərəkət edən avtomobillərin fara işıqlarında qarşıda təxminən 100-150 metr məsafədə Bakı şəhəri istiqamətində hərəkət son model FORD TRASİT və ya MERCEDES SPRİNTER-ə oxşar ağ rəngdə roavtobusun ani olaraq əvvəl sola, ardından sağa manevr etdiyini və bu anda mobilin sağ tərəfinə qara geyimli şəxsin yerə yıxıldığını və avtomobilin dayanmadan hərəkətini davam etdiyini görmüşdür. Belə ki, yolu soldan sağa doğru adi yerişlə keçən şəxsin qaraltısını görərək sürəti bir qədər azaltmışdır ki, birdən piyada qarşıda gedən avtomaşını buraxıb qəfil onun qarşısına çıxa bilər. Bu zaman yolun sağ hissəsi ilə, yəni dəmir məhəccərə yaxın məsafədə hərəkətdə olan həmin Fordun sola və sağa manevr etdiyini, ardından isə piyadanın yolun sağ tərəfindəki dəmir məhəccərin yanına yıxıldığını görmüşdür. Yerə yıxılan şəxsə bir neçə saniyədən sonra çataraq bir qədər öndə avtomobili dayandırmışdır. Avtomobildən düşüb görmüşdür ki, yolun sağ tərəfində, yəni təmirdə olan yolla istismarda olan yolu ayıran ayrıcı metal çəpərin qarşısında yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə qadın var. Başa düşmüşdür ki, həmin avtomobil qadını vurub. 1-2 dəqiqədən sonra hadisə yerinə Bakı şəhəri istiqamətdə hərəkət edən HYUNDAİ ACCENT minik markalı 90MF719 dövlət qeydiyyat nişanlı avtomobil çatıb dayanaraq sürücüsü yerə düşmüşdür. Həmin avtomobilin sürücüsü olan kişiyə bildirmişdir ki, qarşısında gedən ağ rəngli mikroavtobus piyada qadını vuraraq dayanmadan oradan uzaqlaşmışdır. Həmin avtomobilin sürücüsü olan kişi öz telefonu ilə 102 xidmətinə zəng edib orada qalmış, özü isə qadının öldüyünü güman edib tələsdiyi üçün yolu davam etmişdir. Piyadanı vuran mikroavtobusun qeydiyyat nömrə nişanını görə bilməmişdir. Həmin avtomobili daha çox FORD markalı avtomobilə oxşatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci saat 05:55 radələrində yaşadığı Abşeron rayonu Saray qəsəbəsindən idarə etdiyi HYUNDAİ ACCENT minik markalı 90MF719 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə işə getmək məqsədi ilə yola düşmüş və saat 06:07-də Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron ərazisindən keçən 20,5-ci kilometrinə çatmışdır. Həmin yerdə yolun Bakı isriqamətinə gedən hissəsi təmirə dayandığı üçün Quba istiqamətinə olan hissədəki 3 zolaqlı ortadan bütöv ağ nişanlanma xətti ilə nişanlanaraq hər iki istiqamətdə nəqliyyat vasitələri həmin yolla hərəkət etmişlər. Bu zaman yolun Bakı istiqamətinə olan hissənin sağ kənarında, yəni təmirə dayanmış yolla nəqliyyat vasitələrinin hərəkət etdiyi yol arasındakı ayrıcı metal çəpərin yanında yerdə uzanıqlı vəziyyətdə bir nəfəri görərək avtomobili dayanndırıb yerə düşərək yolun Bakı istiqamətinə olan hissəsində də bir avtomobilin andığını görmüşdür. Uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşdıqda, orada dayanmış avtomobilin sürücüsü kimi zənn etdiyi kişi ona uzanıqlı vəziyyətdə olan şəxsin ağ rəngdə FORD markalı mikroavtobus tərəfindən vurulduğunu və sürücünün hadisə yerində dayanmadan uzaqlaşıb getdiyini söyləmişdir. Dərhal uzanıqlı vəziyyətdə olan qara gödəkçəli şəxsə yaxınlaşıb onun qadın olduğunu və nəfəs aldığını görmüşdür. Ona görə N-in 102 xidmətinə saat 06:08-də zəng edib həmin hadisə barədə məlumat verərək hadisənin yerini bildirmiş və piyadanı vurmuş avtomobilin sürücüsünün hadisə yerində olmadığını demişdir. 102 xidmətindən 103 xidmətinə hadisə barədə məlumat verməyi ondan xahiş etmişlər. Ona görə saat 06:10-da 103 xidmətinə zəng etmiş, amma həmin xidmətdən cavab verilməmişdir. Təxminən 10 dəqiqədən sonra hadisə yerinə YPX avtomobili yaxınlaşaraq avtomobildən 1 nəfər YPX inspektoru düşmüş, inspektora hadisə barədə gördüklərini danışmışdır. Yaralıya yardım etmək məqsədi ilə təxminən 10 dəqiqə də gözləmişdir ki, ambulans gəldikdə köməklik etsin. Bu müddətdə ambulans gəlmədiyi üçün XPX inspektoruna gedə bilərəmmi deyərək müraciət etmiş, inspektor gedə biləcəyini bildirdiyindən yolu davam edərək işə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu ildən beron rayonu Xırdalan dairəsi adlanan yerin yaxınlığında LUKOYL yanacaqdoldurma məntəqəsinin yanında yerləşən avtomobil təmiri sexində tənəkəçi işləyir. Ağ rəngli FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən rayon sakini Təqsirləndirilən şəxs bir müştəri kimi təxminən 2018-ci ildən tanıyır. Radil bu iki il ərzində həmin avtomobili bir neçə dəfə qaynaq işləri ilə əlaqədar sexə gətirərək təmir etdirmişdir. Təxminən 1 il 6 ay bundan əvvəl Radil FORD TRANSÎT talı avtomobilə aid ağ rəngdə (sonradan təkrar rənglənmiş) kapotu gətirib sexdə verərək demişdir ki, kapotu Sumqayıt şəhərində düzəltirib, rənglətirib, qoy hələlik onda rayona reysə çıxır, qayıdanda gəlib götürəcəkdir. Bundan sonra Radil kapotu götürmək üçün sexə gəlmədiyindən zəng edib ona demişdir ki, gəlib kapotu aparsın. Radil 1 ildir xəstə olduğuna görə gələ bilmədiyini demişdir. Təxminən 15 gün əvvəl Radil zəng edib etdiyi avtomobilin üzərində olan kapot çürüyür, əgər ona verdiyi kapotu avtomobilin üzərinə quraşdıra bilsə kapotu dəyişmək istədiyini demişdir. Radil gəlmədiyi üçün 03 dekabr 2020ci ildə zəng edib kapotu dəyişmək üçün nə vaxt gələcəyini soruşmuşdur. Radil Bakıda olan vaxtı 1-2 gün müştəri gözlədikdə gəlib dəyişdirəcəkdir demişdir. Nəhayət 09 ıbr 2020-ci ildə səhər tezdən, yəni sübh namazına qalmış saat 06:20 radələrində Radil zəng edib kapotu dəyişdirmək üçün sexə gəldiyini demiş, saat 8:35 radələrində sexə gəldikdə isə Radil FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat alı avtomobillə sexin qarşısında olmuş və avtomobilin üzərində kapot olmamışdır, ilin dediyinə görə kapotu az əvvəl sexin qarşısında çıxardıb orada metal yığan şəxslərə təhvil vermişdir. Bu zaman sexin ətrafında nə metal yığanları, nə də kapotu görməmişdir, dan sonra bir il yarım əvvəl Radilin sexə gətirib qoyduğu həmin ağ rəngli kapotu FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin inə quraşdırmış və Radilin hər hansı bir yol nəqliyyat hadisəsi törədib-törətməməsini bilməmişdir. Əvvəllər Radillə avtomobilinin təmiri ilə əlaqədar təxminən 6-7 dəfə görüşərək onun avtomobilini günün birinci yarısında saat 10-11 radələrində təmir etmiş, sonuncu dəfə isə Radil fərqli olaraq sübh namazına qalmış, yəni saat 06:20 radələrində zəng etdiyi üçün Radilin telefon zənginə yuxudan oyanmışdır. Bu zaman Radil onun iş yerində olduğunu, vaxt işdə olacağını soruşmuş, sübh tezdən zəng etdiyinə görə Radilə irad bildirib nə xəbərərdir ki, tezdən ona zəng etdiyini demiş, Radil işə nə zaman gələsəyini soruşmuşdur, metal yığanlar ümumiyyətlə onun işə gəldiyi vaxt oraya gəlmirlər. Adətən onlar saat 10:00-dan sonra gəlib qara metalları kiloqramı 10 və yə 20 qəpiyə alıb yığırlar. 09 dekabr 2020-ci ildə işə gələndə Radil özü kapotu sökdüyünü və sökdüyü kapotu maşının içinə qoyduğunu istəmişdir. Sonra özündə qalan kapotu götürüb quraşdırmağa başladıqda kapot yerinə gəlməmiş, araşdırıb müəyyən etmişdimr ki, kapotun birləşəcək yerinə olan “podkopotnit” deyilən dəmir hissə aşağıya doğru əyilib və qıfıl yerinə bağlanmır. Ardından həmin hissəni çıxardıb kənarda metal çəkiclə düzəldib bağlayanda maşının radiatorunun əyildiyini görmüşdür. Radil əvvəlki ustalar həmin hissələri yəqin düzəltməyiblər deyərək, radiatorun əyriliyini də düzəlməyi ondan xahiş etmişdir. Radiatoru çıxardıb əyriliyini düzəldərək yerinə bağlamış, üzərinə oturtmaqda çətinlik çəkdiyi, yəni özündə olan kapotu yerinə quraşdırdıb zəhmət haqqı olaraq 100 manat pul Radildən almışdır. Həmin əyilmə hissələri kənar müdaxilə nəticəsində yaranır və gördüyü əyilməni ində olan kapotun küt nəyəsə dəyməsinə oxşatmışdır. Bundan başqa Radilin avtomaşının sağ yan hissəsində tünd rəngdə sıyrıntı və bir qədər dalğavari deformasiya olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol nəqliyyat hadisələrinə dair işlər üzrə taq və təhqiqat şöbəsinin təhqiqatçısı Şahid5 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci ildə xidmət apararkən həmin gün saat 06:05 radələrindəBakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20,5-ci metrində yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında al hadisə yerinə getmişdir. Orada YPX inspektorunun verdiyi məlumata əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan naməlum avtomobil ada 1963-cü il təvəllüdlü Bakı şəhəri Yasamal rayonu 1-ci Yasamal ev 134-də diyyatda olmaqla Abşeron rayonu Yeni Saray qəsəbəsi Qara Qarayev küçəsi ev 12-də yaşayan X6 vurmuş, nəticədə Almas Abbasova hadisə yerində ölmüş və naməlum sürücü hadisə yerindən qaçmışdır. Hadisə yerinin yaxınlığında olan kamera görüntülərinə əsasən hadisə baş verdiyi ərəfədə piyadanın vurulduğu yerdən Şahid2 idarə etdiyi HYUNDAİ ACCENT minik markalı 9MF719 dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi RCEDES BENZ VİTO 111 CDİ minik markalı 53BC203 dövlət qeydiyyat nişanlı, X4 idarə etdiyi FORD TRANSİT mikroavtobus markalı EB422 dövlət qeydiyyat nişanlı və digər avtomobillərin keçməsi müəyyən edilərək sürücülər şahid qismində dindirilmişdir. Sürücü Şahid1 ifadəsində dirmişdir ki, avtomobili yolun ortasındakı bütöv ağ nişanlanma xəttinə yaxın olmaqla təxminən 70 km/saat sürətlə idarə edərkən qarşısında təxminən 100-150 metr məsafədə Bakı şəhəri istiqamətində hərəkət edən son model FORD TRASİT və ya MERCEDES PRİNTER-ə oxşar ağ rəngdə mikroavtobusun ani olaraq əvvəl sola, ardından sağa manevr etdiyini, bu anda avtomobilin sağ tərəfinə qara geyimli şəxsin yerə yıxıldığını və omobilin dayanmadan hərəkətini davam etdiyini görmüş, yerə yıxılan şəxsə bir neçə niyədən sonra yetişərək orada avtomobili bir qədər öndə dayandırmış, avtomobildən şüb yolun sağ tərəfində, yəni təmirdə olan yolla istismarda olan yolu ayıran ayrıcı metal pərin qarşısında yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə qadın olduğunu görərək, həmin tomobilin qadını vurduğunu başa düşmüşdür. Ardınca 1-2 dəqiqədən sonra hadisə yenr.ə kı şəhəri istiqamətdə hərəkət edən HYUNDAİ ACCENT minik markalı 90MF719 dövlət qeydiyyat nişanlı avtomobil çatıb dayanaraq sürücüsü yerə düşmüş, sürücüyə hadisə barədə məlumat vermiş, sürücü öz telefonu ilə 102 xidmətinə zəng edib orada qalmış, özü isə qadının öldüyünü güman edib yoluu davam etmişdir. HYUNDAİ ACCENT minik alı 90MF719 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 ifadəsində sürücü Şahid1 göstərdiklərini təsdiq etmişdir. FORD TRANSİT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şahid qismində dindirmək üçün onun istifadəsində olan nömrəyə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində zəng etmişdir. Təqsirləndirilən şəxs rayonununda olduğunu bildirmiş, saat 15 radələrində onunla təkrar telefon əlaqəsi dıqda Radil Xırdalan dairəsində olduğunu demişdir. Başa düşmüşdür ki, Dövlət ittihamçısı rayonunda olduğunu yalan deyib, çünki Lerikdən tez bir vaxtda Xırdalan dairəsinə çatması mümkün deyil. Dövlət ittihamçısı idarə etdiyi avtomobillə istintaq şöbəsinə gəlməyi demiş, amma Dövlət ittihamçısı saat 16 radələrində avtomobili gətirəmədən şöbəyə gələrək bildirmişdir ki, avtomobili Xırdalan dairəsində saxlayıb. Onunla hadisə baş verdiyi ərəfədə da olması, hadisə ilə bağlı bəzi xüsusatlar barədə şifahi sorğu-sual zamanı danışığında iyətli məqamlar olduğunu başa düşmüşdür. Radilin mobil telefonunda «Arif kapot» sözlərini görüb bunun nə olduğunu soruşmuş, Dövlət ittihamçısı Arif adlı ustanın onun avtomobilinin kapotunu hadisə baş verdiyi gün yeni kapotla əvəz etdiyini bildirmişdir. Bu xüsusat Dövlət ittihamçısı idarə etdiyi avtomobillə piyadanı vurmasına şübhə yaratmışdır, Şirəliyevin mobil telefonunda gördüyü nömrəyə zəng edərək usta Ariflə danışıb çağıraraq ifadəsini almışdır. İfadədən məlum olmuşdur ki, Dövlət ittihamçısı avtomobili kapotsuz usta Arifə təqdim etmiş və Arif ona Dövlət ittihamçısı tərəfindən təxminən 2 il əvvəl verilmiş kapotu mobilin üzərinə quraşdırmışdır. Bundan başqa Dövlət ittihamçısı piyadanın vurulduğu vaxt isə yerindən keçərkən idarə etdiyi avtomobildə sərnişin olmadığını bildirmiş, lakin kamera görüntülərində onun idarə etdiyi avtomobildən Xırdalan dairəsində 1 nəfər kişinin düşürərək avtomobildən yük düşürdüyünü, həmçinin sürücü Dövlət ittihamçısı də avtomobildən düşməsi müəyyən edilmişdir. R. Şirəliyev yalanının ifşa olunduğunu gördükdə «bunu nə tez montaj etdiniz» kimi ifadə söyləyərək şantaja keçmişdir. Daha sonra cinayət işi üzrə kompleks məhkəmə - material, maddə və onlardan hazırlanmış məmulatların ertizası təyin olunması haqqında» tərəfindən qərar qəbul edilmiş, qərarın icrası ilə ədar avtomobilə baxış zərurəti yarandığı üçün ekspertlərlə birlikdə avtomobilə baxış keçirilərkən baxışda iştirak etməkdən ötrü Dövlət ittihamçısı zəng edərək onu dəvət etmiş, amma Şirəliyev bundan imtina edərək baxışda iştirak etməmişdir. Dövlət ittihamçısı yalanı ifşa olunanadək verilən suallara doğru cavab verməməsi səbəbindən onun idarə etdiyi avtomobillə piyadanı vurmasında onda şübhə yaratmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Xırdalan şəhərində yaşadığı mənzil atasına məxsusdur. Həmin mənzildə təxminən 15 ildir ki yaşayır. 2020-ci ilin dekabr ayının əvvəlindən həmin mənzildə tək yaşayır. Ayda 2 gün istirahət günü müəyyən edildiyindən həmin günləri evdə, iş günləri isə hər gün saat 07:30 radələrində evdən çıxıb işə gedir və saat 18-də və ya işin məcmindən asılı olaraq saat 19- 20-də işdən çıxır. Mənzilin 1 açan atası Radildədir və o, istədiyi vaxt mənzilə gediş-gəliş edir. 09 dekabr 2020-ci ildə saat 07:30-da yaşadığı mənzildən çıxıb işə getmişdir. Atası sürücüdür, FORD TRANSİT mikroavtobus markalı 22 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Lerik-Bakı marşrutunda işləyir, 10 dekabr 2020-ci ildə ona zəng olunaraq atasının polisə çağırıldığını bildirmişlər. Dərhal atasına zəng etmiş, atası Bakı-Sumqayıt yolu ilə Ceyranbatan qəsəbəsinə polis əməkdaşlan bir yerdə avtomobilini yaşadığı Ceyranbatan qəsəbəsindən müvəqqəti duracağa aparmaq üçün getdiyini demişdir. Öz maşını ilə Saray postuna gedib orada atasını gözləmiş, atası öz maşını ilə polis əməkdaşları ilə bir yerdə posta gəlmişdir. Atasından nəyə polisə çağırıldığını soruşmuş, atası 09 dekabr 20220-ci ildə Saray postunun yaxınlığında avtomobillə piyada vurulduğunu, o da idarə etdiyi avtomobillə səhər vaxtı istiqamətinə həmin ərazidən keçdiyinə görə polisə çağırıldığını demişdir. Atasına əgər etdiyi avtomobillə piyadanı vurubsa polisə səmimi etiraf etməsini demiş, atası isə piyadanı idarə etdiyi avtomobillə vurmdığını və törətmədiyi hadisəni necə boynuna götürsün demişdir. Piyadanın vurulması ilə əlaqədar heç bir məlumatı yoxdur. Əgər 09 dekabr 2020-ci il tarixdə günün hər hansı bir vaxtında, o cümlədən səhər saatlarında atası yaşadığı mənzilə gəlibsə də onu görməmişdir. Ola bilsin ki, atası mənzilə gəlmiş, lakin həmin vaxt özü mənzildə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 117 nömrəli rəyinə əsasən X5 meyitində baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağ təpə sümüyünün açıq qəlpəli sınığı, hər iki baldır sümüklərinin qapalı yerinidəyişmiş sınıqları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ göz orbitasının dərialtı hepatoması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, xx.xx.2020-ci ildə piyadanın hərəkətdə olan avtomobillə vurulması zamanı əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb baş beyinin yumşaq qişasına diffuz qansızmalarla və sağ təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə ölüm meyitin meyitxanadakı (xx.xx.2020, saat 10.00) müayinəsindən 4-5 saat əvvəl baş vermişdir. X5 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. Kompleks məhkəmə-material, maddə və onlardan hazırlanmış məmulatların ekspertizasının 12 yanvar 2021-ci il tarixli 6/2807-8/2405 №-li rəyi ilə edilmişdir ki, ekspertizaya təqdim edilmiş FORD TRANSÎT mikroavtobus 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (radiator örtüyündə kada), qabaq dövlət qeydiyyat nişanlarında (oturacaq çərçivəsində) qabaq sağ ) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair ərinə görə hər hansı bərk olmayan predmetlə kontaktda olması, dəyməsi, o n piyadaya (insana) təmasda olması (dəyməsi) nəticəsində də yarana bilər, təqdim edilmiş FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin kapotunun oturacaq sahəsində və bağlanc vintlərində ölçülərdə ara məsafələrinin olması, bağlanc vintlərinin oturacaq sahəsində sürtünmə izlərin olması kapotun dəyişdirilməsinə və ya təmir olunmasına dəlalət edir. Təqdim edilmiş FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat avtomobilin qabaq sağ sahəsindən aşkar edilmiş qara rəngli matiraolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə X7 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2021-tarixli 8/1807 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçdığına görə «X14» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında SD-lərə baxış keçirilərkən, Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 17-ci metrində quraşdırılmış nömrə oxuyan kameranın altından 09 dekabr 2020-ci ildə saat 05:50-dən 06:20-dək olan müddətə keçən avtomobillər sırasında FORD TRANSÎT avtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobilin 17-ci kilometrində quraşdırılmış nömrə oxuyan kameranın altından keçməsi, 09 dekabr 2020-ci ildə saat 06:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində yolun Bakı şəhəri istiqamətində olan hissəsində «MARS» marketin qarşısında dayanmış ağ rəngli FORD TRANSÎT mikroavtobus markalı avtomobildən sərnişinin düşməsi müəyyən edilmişdir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2021-ci il tarixli 016-10128-1221 nömrəli arayışla məyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan AC 210377 nömrəli «BCD» koteqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Sübutların qiymətləndiriləmsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış SD disklər cinayət işinə əlavə edilmiş, FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs və X5 əynində olan qara rəngli şalvar sahibinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş SD-lər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə müdafiə tərəfin gətirdiyi dəlilərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “X14” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “X14” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “X14” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə müdafiə tərəfin baş vermiş yol nəqliyyat hadisəsindən xəbəri olmaması dəlilinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2, 264-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, özünü təqsirli bilməməsini onun göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla yəni iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş SD-lər ilə təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü barəbar tutulur. İstinad edilən maddələrin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla əsas və əlavə cəzalar Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 302 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış SD disklər cinayət işinə saxlanılmalı, ibtidai istintaq zamanı FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobil sаhibi Təqsirləndirilən şəxs və X5 əynində olan qara rəngli şalvar sahibinə qəytarılması nəzərə alınmalıdır. İş üzrə 302 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 302 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış SD disklər cinayət işinə saxlanılsın. İbtidai istintaq zamanı FORD TRANSÎT mikroavtobus markalı 90EB422 dövlət qeydiyyat nişanlı avtomobil sаhibi Təqsirləndirilən şəxs və X5 əynində olan qara rəngli şalvar sahibinə qəytarılması nəzərə alınsın. Hökmün icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar