Məhkəmə qərarları › İş №1(012)-149/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-149/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-149/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlunun, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi5 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxx 1991-ci ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə ünvansız evdə yaşayan «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1993-ü ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə ünvansız evdə yaşayan «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində park edilmiş Zərərçəkmiş şəxs2 məxsus «Toyota Corolla» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 800 manat dəyərində 01 ədəd gödəkçəni, göəkçənin cibində olan 500 manat dəyərində pul qabını, pul qabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus sürücülük, şəxsiyyət, YAP-ın üzvlük vəsiqələrini, «Azəriqaz» kartını və 750 manat məbləğində nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziayn vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 44 nömrəli evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus «Mercedes E-Class» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 700 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatını, 100 manat dəyərində 01 ədəd qara rəngli «Power-bank» enerji aparatını, 20 manat dəyərində 01 ədəd pul qabını, pul qabının içərisindən 300 manat məbləğində nəğd pulu, həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 69,60 manat təşkil edən 3000 rus rublunu və həmin dövrün məzənnəsi ilə 74,36 manat təşkil edən 40 avro pulu oğurlayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 2283,96 (iki min iki yuz səksən üç manat doxsan altı qəpik) məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2020ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşayış evinin qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 məxsus 7000 manat dəyərində 1995-ci il buraxılışlı gümüşü rəngli «Mercedes Benz-C200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində park edilmiş Zərərçəkmiş şəxs2 məxsus «Toyota Corolla» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 800 manat dəyərində 01 ədəd gödəkçəni, gödəkçənin cibində olan 500 manat dəyərində pul qabını, pul qabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus sürücülük, şəxsiyyət, YAP-ın üzvlük vəsiqələrini, «Azəriqaz» kartını və 750 manat məbləğində nəğd pulu oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziayn vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 44 nömrəli evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus «Mercedes E-Class» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 700 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatını, 100 manat dəyərində 01 ədəd qara rəngli «Power-bank» enerji aparatını, 20 manat dəyərində 01 ədəd pul qabını, pul qabının içərisindən 300 manat məbləğində nəğd pulu, həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 69,60 manat təşkil edən 3000 rus rublunu və həmin dövrün məzənnəsi ilə 74,36 manat təşkil edən 40 avro pulu oğurlayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2283,96 (iki min iki yuz səksən üç manat doxsan altı qəpik) məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2020ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşayış evinin qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 məxsus 7000 manat dəyərində 1995-ci il buraxılışlı gümüşü rəngli «Mercedes Benz-C200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində park edilmiş Zərərçəkmiş şəxs2 məxsus «Toyota Corolla» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 800 manat dəyərində 01 ədəd gödəkçəni, gödəkçənin cibində olan 500 manat dəyərində pul qabını, pul qabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus sürücülük, şəxsiyyət, YAP-ın üzvlük vəsiqələrini, «Azəriqaz» kartını və 750 manat məbləğində nəğd pulu oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 44 nömrəli evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus «Mercedes E-Class» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 700 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatını, 100 manat dəyərində 01 ədəd qara rəngli «Power-bank» enerji aparatını, 20 manat dəyərində 01 ədəd pul qabını, pul qabının içərisindən 300 manat məbləğində nəğd pulu, həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 69,60 manat təşkil edən 3000 rus rublunu və həmin dövrün məzənnəsi ilə 74,36 manat təşkil edən 40 avro pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2283,96 (iki min iki yuz səksən üç manat doxsan altı qəpik) məbləğində maddi ziayn vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşayış evinin qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 məxsus 7000 manat dəyərində 1995-ci il buraxılışlı gümüşü rəngli «Mercedes Benz-C200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının 10-dan etibarən, o, tanışı Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evdə qalırmış. xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində o, Babək və sonuncunun qardaşı Elxan birlikdə danışaraq, çıxıb gəzməyə və hər hansı bir avtomobil tapıb oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı onlar piyada kirayə yaşadıqları evdən çıxıb Abşeron rayonu, Masazır kəndinə gəlmişlər. Bir qədər gəzəndən sonra həmin gecə, yəni xx.xx.2020-ci il tarixdə saat 04 radələrində bir yaşayış evinin qarşısında «Toyota Corolla» markalı ağ rəngli avtomobil görmüşlər. Həmin vaxtı Babək və Elxana avtomobilin qarşısında dayanıb gələn olarsa xəbər verəcəklərini bildirmiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olaraq, oradan oğurluq edəcəkmiş. Babək və Elxan həmin avtomobilin qarşısında qalmışlar, o, isə yerdən daş götürüb avtomobilin arxa sağ şüşəni sındırıb, tək maşına daxil olub avtomobildən 01 ədəd qara rəngli gödəkçə və pul qabı götürüb Elxangilə göstərmişdir. Onlar həmin pul qabının içinə birlikdə baxmışlar, oradan 2 manat qəpiklərlə dəmir pulları, 01 ədəd kimə məxsusluğunu xatırlamadığı şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd «Azəriqaz» kartı aşkar etmişlər. Həmin 2 manat pulu götürmüş, pul qabını, içindəki kart və sənədləri, 01 ədəd gödəkçəni avtomobildən bir qədər aralıda tullamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Babək və Elxan yaşadıqları evdən çıxıb küçənin başlanğıcına gələrək, onunla orada görüşmüşlər. Həmin yerdə hamılıqla danışıb razılığa gəlmişlər ki, gəzməyə çıxıb və hər hansı bir avtomobil tapıb oradan yenidən oğurluq etsinlər. Danışandan sonra həmin vaxtı onlar piyada gəzərək saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə Mədəniyyət evinin yaxınlığında bir «Mersedes Benz» markalı gümüşü rəngli avtomobil görmüşlər. Həmin vaxtı Babək və Elxana avtomobildən bir qədər aralıda dayanıb, gələn olarsa xəbər verəcəklərini bildirmiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olaraq, oradan oğurluq edəcəkmiş. Babək və Elxan həmin avtomobildən bir qədər aralıda dayanmışlar, o, isə yerdən daş götürüb avtomobilin arxa kiçik sağ şüşəni sındırıb maşına daxil olub oradan 01 ədəd pul qabını, 01 ədəd qadın qızıl saatını, 600 ABŞ dollarını və 40 avro pulu götürüb Elxangilə göstərmişdir. Pul qabını onlar avtomobildən bir qədər aralıqda atmışlar, qızıl saatı, 600 ABŞ dolları və 40 avro pul isə onun özündə qalmışdır. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində yenidən Elxangilin kirayə yaşadıqları evdə olarkən hər üçümü danışıb razılığa gəlmişlər ki, çöldə gəzərək, hər hansı bir avtomobili qaçırıb həmin avtomobillə gəzsinlər. Saat 01 radələrində o, Babək və Elxan piyada kirayə yaşadıqları evdən çıxıb, Xırdalan şəhəridən dəmiryol xəttinin üzərindəki körpüdən keçərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən Koroğlu küçəsinə gəlmişlər. Bir qədər gəzəndən sonra saat 03 radələrində bir yaşayış evinin qarşısında dayanmış «Mersedes Benz» markalı gümüşü rəngli ** KP *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını görmüşlər. Avtomobilə yaxınlaşmış, qapıları yoxlamış və avtomobilin qapılarıının açıq olduğunu görmüşdür. Avtomobilin qoltuqaltısına baxanda orada avtomobilin açarını aşkar etmişdir. Babəklə o, Elxana gedib aşağıda onları gözləməsini, ətrafa baxıb gələn olarsa xəbər etməsini xahiş etmişlər. Açarı avtomobilin açar yerinə salıb, sonra avtomobili neytrala qoyub sakitcə yoxuşdan aşağı buraxmış, həmin vaxtı sükan arxasında özü oturmuşdur, Babək isə qabaq sərnişin oturacağında əyləşmişdir. Yoxuşu düşəndən sonra bir qədər aşağıda o, Babəkə təklif etmiş ki, sükan arxasına əyləşsin. Lakin, Babək avtomobil idarə edə bilmədiyi üçün, avtomobili özü idarə etmişdir. Həmin avtomobili özü idarə edərək, Bakı-Şamaxı yolu istiqamətinə, daha sonra Hökməli dairəsindən keçib Bakı şəhər isqamətinə sürmüşdür. Daha sonra istifadə etdiyi mobil telefondan Elxanın istifadə etdiyi mobil nömrəsinə zəng etmişdir. Elxan ona 2-ci piyada keçidinin yanında olduğunu bildirmiş, onlar da oradan keçəndə Elxanı da avtomobilə götürmüşlər. Avtomobillə Xırdalan şəhərində, oradan Masazır və Saray istiqamətində sürmüşdür. Daha sonra səhərə gədər Bakı şəhərində yerləşən küçələrdə gəzmiş və xx.xx.2020-ci il tarixdə saat 11 radələrində avtomaşını Binəqədi rayonu, Dərnəgül yolu istiqamətində sürüb oradan da Binəqədi rayon polis idarəsinin yaxınlığına aparıb, şamlıq deyilən ərazidə maşını saxlamışdır. Elxan isə avtomobilin nömrələrini özündə olan vintaçan alətlə açıb, avtomobilin arxa otaracağın ayaq hissəsinə atmış, sonra onlar oradan uzaqlaşmaq istəyən zaman, 2 nəfər polis əməkdaşlrının onlara yaxınlaşdığını görmüşlər. Həmin vaxt o, oradan qaçıb getmiş, Babək və Elxanı isə polis əməkdaşları saxlamışlar. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə 4-5 ay öncə tanış olmuş, sonuncu ilə qardaşım Sədi dostluq edirmiş. 2020-ci ilin aprel ayının 10-dan etibarən Təqsirləndirilən şəxs3 onun ailə üzvləri kirayə yaşadığım Abşeron rayonu, Xırdalan şəhərindəki evdə qalmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində o, Valid və qardaşı Elxan hər biri danışıb gəzməyə çıxıb və hər hansı bir avtomobil tapıb oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı onlar piyada kirayə yaşadıqları evdən çıxıb Abşeron rayonu, Masazır kəndinə gəlmişlər. Bir qədər gəzəndən sonra həmin gecə, yəni xx.xx.2020-ci il tarixdə saat 04 radələrində bir yaşayış evinin qarşısında «Toyota Corolla» markalı ağ rəngli avtomobil görmüşlər. Valid həmin vaxtı ona və Elxana «siz avtomobilin qarşısında dayanın gələn olarsa xəbər verərsiz» sözlərini demiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olaraq, oradan oğurluq edəcəkdir. Elxan və o, həmin avtomobilin qarşısında qalmış, Valid isə yerdən daş götürüb avtomobilin arxa sağ şüşəni sındırıb, tək maşına daxil olub nəsə axtararaq, oğurlayıb avtomobildən çıxıb onlara tərəf gəlmişdir. Valid ona və Elxana 01 ədəd qara rəngdi gödəkçə və pul qabı göstərmişdir. Onlar həmin pul qabının içinə birlikdə baxmışlar, oradan 2 manat qəpiklərlə dəmir pulları, 01 ədəd kimə məxsusluğunu xatırlamadığı şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd «Azəriqaz» kartı aşkar etmişlər. Valid həmin 2 manat pulu götürmüş, pul qabını, içindəki kart və sənədləri, 01 ədəd gödəkçəni avtomobildən bir qədər aralıda tullamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində o, Elxanla yaşadıqları evdən çıxıb küçənin başlanğıcına gəlmiş, orada onlar Validlə görüşmüşlər. Həmin yerdə hamılıqla danışıb razılığa gəlmişlər ki, gəzməyə çıxıb və hər hansı bir avtomobil tapıb oradan yenidən oğurluq etsinlər. Danışandan sonra həmin vaxtı onlar piyada gəzərək, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə Mədəniyyət evinin yaxınlığında bir «Mersedes Benz» markalı gümüşü rəngli avtomobil görmüşlər. Valid həmin vaxtı ona və Elxana «siz avtomobildə bir qədər aralıda dayanın gələn olarsa xəbər verərsiz» sözlərini demiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olacaqdır və oradan oğurluq edəcəkdir. O, Elxanla həmin avtomobildən bir qədər aralıda dayanmış, Valid isə yerdən daş götürüb avtomobilin arxa kiçik sağ şüşəni sındırıb maşına daxil olub nəsə axtararaq, oğurlayıb avtomobildən çıxıb onlara tərəf gəlmişdir. Valid ona və Elxana, avtomobildən oğurladığı 01 ədəd pul qabını, 01 ədəd qadın qızıl saatını, 600 ABŞ dollarını, 40 avro pulu göstərmişdir. Pul qabını onlar avtomobildən bir qədər aralıqda atmışlar, qızıl saatı, 600 ABŞ dolları və 40 avro pul Validdə qalmışdır. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Valid yenidən onların kirayə yaşadıqları evdə olarkən, hər üçü danışıb gəzməyə çıxıb və hər hansı bir avtomobil gördükdə qaçırıb həmin avtomobillə gəzmək qərarına gəlmişlər. Saat 01 radələrində o, qardaşı Elxan və Valid piyada kirayə yaşadıqları evdən çıxıb, Xırdalan şəhəridən dəmiryol xəttinin üzərindəki körpüdən keçərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən Koroğlu küçəsinə gəlmişlər. Bir qədər gəzəndən sonra saat 03 radələrində bir yaşayış evinin qarşısında dayanmış «Mersedes Benz» markalı gümüşü rəngli ** KP *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını görmüşlər. Valid avtomobilə yaxınlaşaraq, qapıları yoxlamış və avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Avtomobilin qoltuqaltısına baxanda Valid orada avtomobilin açarını aşkar etmişdir. O, Validlə Elxanndan gedib aşağıda gözləməsini, ətrafa baxıb gələn olarsa xəbər etməsini xahiş etmişlər. Valid açarı avtomobilin açar yerinə salıb, sonra avtomobili neytrala qoyub sakitcə yoxuşdan aşağı buraxmış, həmin vaxtı sükan arxasında Valid oturubmuş, o, isə qabaq sərnişin oturacağında əyləşmişdir. Yoxuşu düşəndən sonra bir qədər aşağıda Valid ona təklif etmiş ki, o, sükan arxasına əyləşsin. Lakin, o, avtomobil idarə edə bilmədiyim üçün Validə avtomobili özü idarə etməsini bildirmişdir. Valid həmin avtomobili idarə edərək, Bakı-Şamaxı yolu istiqamətinə, daha sonra Hökməli dairəsindən keçib Bakı şəhər isqamətinə sürmüşdür. Valid istifadə etdiyi mobil telefonundan qardaşı Elxanın istifadə etdiyi mobil nömrəsinə zəng etmişdir. Elxan Validə 2-ci piyada keçidinin yanında olduğunu bildirmiş və onlar oradan keçəndə Elxanı da avtomobilə götürmüşlər. Valid onları avtomobillə Xırdalan şəhərində, oradan Masazır və Saray istiqamətində gəzdirmişdir. Daha sonra səhərə gədər Bakı şəhərində yerləşən küçələrdə gəzmişlər və xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Valid avtomaşını Binəqədi rayonu, Dərnəgül yolu istiqamətində sürüb oradan da Binəqədi rayon polis idarəsinin yaxınlığına aparıb, şamlıq deyilən ərazidə saxlamışdır. Elxan isə avtomobilin nömrələrini özündə olan vintaçan alətlə açıb, avtomobilin arxa otaracağın ayaq hissəsinə atmış, sonra onlar oradan uzaqlaşmaq istəyən zaman, 2 nəfər polis əməkdaşlrının onlara yaxınlaşdığını görmüşlər. Həmin vaxt Valid oradan qaçmış, onu və Elxanı isə polis əməkdaşları saxlamışlar, onlar polis əməkdaşlarına törətdikləri cinayət barədə məlumat vermişlər. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə 4-5 ay öncə tanış olmuş, sonuncu ilə qardaşım Sədi dostluq edirmiş. 2020-ci ilin aprel ayının 10-dan etibarən Təqsirləndirilən şəxs3 onun ailə üzvləri kirayə yaşadığım Abşeron rayonu, Xırdalan şəhərindəki evdə qalmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində o, Valid və qardaşı Babək hər biri danışıb gəzməyə çıxıb və hər hansı bir avtomobil tapıb oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı onlar piyada kirayə yaşadıqları evdən çıxıb Abşeron rayonu, Masazır kəndinə gəlmişlər. Bir qədər gəzəndən sonra həmin gecə, yəni xx.xx.2020-ci il tarixdə saat 04 radələrində bir yaşayış evinin qarşısında «Toyota Corolla» markalı ağ rəngli avtomobil görmüşlər. Valid həmin vaxtı ona və Babəkə «siz avtomobilin qarşısında dayanın gələn olarsa xəbər verərsiz» sözlərini demiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olaraq, oradan oğurluq edəcəkdir. Babək və o, həmin avtomobilin qarşısında qalmış, Valid isə yerdən daş götürüb avtomobilin arxa sağ şüşəni sındırıb, tək maşına daxil olub nəsə axtararaq, oğurlayıb avtomobildən çıxıb onlara tərəf gəlmişdir. Valid ona və Babəkə 01 ədəd qara rəngdi gödəkçə və pul qabı göstərmişdir. Onlar həmin pul qabının içinə birlikdə baxmışlar, oradan 2 manat qəpiklərlə dəmir pulları, 01 ədəd kimə məxsusluğunu xatırlamadığı şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd «Azəriqaz» kartı aşkar etmişlər. Valid həmin 2 manat pulu götürmüş, pul qabını, içindəki kart və sənədləri, 01 ədəd gödəkçəni avtomobildən bir qədər aralıda tullamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində o, Babəklə yaşadıqları evdən çıxıb küçənin başlanğıcına gəlmiş, orada onlar Validlə görüşmüşlər. Həmin yerdə hamılıqla danışıb razılığa gəlmişlər ki, gəzməyə çıxıb və hər hansı bir avtomobil tapıb oradan yenidən oğurluq etsinlər. Danışandan sonra həmin vaxtı onlar piyada gəzərək, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə Mədəniyyət evinin yaxınlığında bir «Mersedes Benz» markalı gümüşü rəngli avtomobil görmüşlər. Valid həmin vaxtı ona və Babəkə «siz avtomobildə bir qədər aralıda dayanın gələn olarsa xəbər verərsiz» sözlərini demiş, özü isə avtomobilin pəncərəsini sındırıb içəri daxil olacaqdır və oradan oğurluq edəcəkdir. O, Babəklə həmin avtomobildən bir qədər aralıda dayanmış, Valid isə yerdən daş götürüb avtomobilin arxa kiçik sağ şüşəni sındırıb maşına daxil olub nəsə axtararaq, oğurlayıb avtomobildən çıxıb onlara tərəf gəlmişdir. Valid ona və Babəkə, avtomobildən oğurladığı 01 ədəd pul qabını, 01 ədəd qadın qızıl saatını, 600 ABŞ dollarını, 40 avro pulu göstərmişdir. Pul qabını onlar avtomobildən bir qədər aralıqda atmışlar, qızıl saatı, 600 ABŞ dolları və 40 avro pul Validdə qalmışdır. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Valid yenidən onların kirayə yaşadıqları evdə olarkən hər üçü danışıb gəzməyə çıxıb və hər hansı bir avtomobil qaçırıb həmin avtomobillə gəzmək qərarına gəlmişlər. Saat 01 radələrində o, qardaşı Babək və Valid piyada kirayə yaşadığıqları evdən çıxıb, Xırdalan şəhəridən dəmiryol xəttinin üzərindəki körpüdən keçərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən Koroğlu küçəsinə gəlmişlər. Bir qədər gəzəndən sonra saat 03 radələrində bir yaşayış evinin qarşısında dayanmış «Mersedes Benz» markalı gümüşü rəngli ** KP *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını görmüşlər. Valid avtomobilə yaxınlaşaraq, qapılarını yoxladıqda avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Avtomobilin qoltuqaltısına baxanda Valid orada avtomobilin açarını aşkar etmişdir. Valid və Babək ona gedib aşağıda gözləməyi, ətrafa baxıb, gələn olarsa xəbər verməsini xahiş etmişlər. Sonuncuların dedikləri kimi etmiş, bir qədər keçdikdən sonra, Valid istifadə etdiyi mobil telefonundan onun istifadə etdiyi mobil nömrəsinə zəng etmişdir. O, Validə 2-ci piyada keçidinin yanında olduğunu bildirmiş, onlarda oradan keçəndə onu həmin qaçırdıqları avtomobilə götürmüşlər. Valid onları avtomobillə Xırdalan şəhərində, oradan Masazır və Saray istiqamətində gəzdirmişdir. Daha sonra səhərə gədər Bakı şəhərində yerləşən küçələrdə gəzmişlər və xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Valid avtomaşını Binəqədi rayonu, Dərnəgül yolu istiqamətində sürüb oradan da Binəqədi rayon polis idarəsinin yaxınlığına aparıb, şamlıq deyilən ərazidə saxlamışdır. O, avtomobilin nömrələrini özündə olan vintaçan alətlə açıb, avtomobilin arxa otaracağın ayaq hissəsinə atmış, sonra onlar oradan uzaqlaşmaq istəyən zaman, 2 nəfər polis əməkdaşlrının onlara yaxınlaşdığını görmüşlər. Həmin vaxt Valid oradan qaçmış, onu və Babəki isə polis əməkdaşları saxlamışlar, onlar polis əməkdaşlarına törətdikləri cinayət barədə məlumat vermişlər. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun mülkiyyətində «Mersedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili özü idarə edir. Hər gün saat 20 radələrində işdən gəlib Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi Koroğlu küçəsində yaşadığı evin qarşısında avtomobilini saxlayırmış. xx.xx.2020-ci il tarixdə həmişəki kimi saat 20 radələrində yaşadığı evin qarşısında özünə məxsus «Mersedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq, yaşadığı evinə getmişdir. Avtomobilin qapılarını həmişə açıq saxlayırmış, avtomobilinin qoltuqaltısında ehtiyyat açarını da qoymuşdur. Səhər gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb işə getmək istəyən zaman avtomobilinin yerində olmadığını aşkar etmişdir. Avtomobilinin sənədləri, özünə məxsus şəxsiyyət vəsiqəsi, avtomobilin gözlüyündə olmuşdur. xx xxxxx 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin Qobu Polis bölməsinin əməkdaşları tərəfindən ona, özünə məxsus Mersedes-Benz C-200 markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tapılması barədə məlumat verilmişdir. O, dərhal həmin yerə getmiş və özünə məxsus «Mersedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili orada görmüşdür. Avtomobilin dövlət nişanlarını isə açıq vəziyyətdə avtomobilin arxa oturacağın ayaq altına qoyulduğunu görmüşdür. Avtomobili qaçıran şəxslər tərəfindən avtomobilinə heç bir ziyan dəyməmişdir. Avtomobilinə baxan zaman özünün və avtomobilnin sənədlərini yerində olmasını aşkar etmişdir. «Mersedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilindən heç bir şey oğurlanmamışdır. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, etibarnamə ilə «Mersedes-Benz E270» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və avtomobil onun özünə məxsusdur. xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində həmin avtomobili ünvan 4 ünvandakı evin qarşısında saxlamış və yaşadığı evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində avtomobilinə baxan zaman, avtomobilin sağ arxa qapısının kiçik şüşəsinin sındırıldığını, avtomobilinin saxlanc yerini zədələnmiş vəziyyətdə olduğunu, içərisindən isə 01 ədəd 1000 manat dəyərində qızıldan hazırlanmış qadın saatının, 01 ədəd 100 manat dəyərində qara rəngli «Power bank» enerji aparatının, 01 ədəd 20 manat dəyərində pul qabının, pul qabının içində 300 manat nəğd pulun, 600 ABŞ dollarının, 3000 rus rublunun, 40 avro nağd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1420 manat, 600 ABŞ dollar, 3000 rus rublu və 40 avro məbləğində ziyan dəymişdir. Bundan əlavə avtomobilinin şüşəsinin və saxlanc yerinin sındırılması nəticəsində ona 110 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, onun özünə məxsus «Toyota Corolla» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi nömrəsiz evin qarşısında özünə məxsus «Toyota Corolla» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb özü həmin küçədəki qohumumun yaşadığı nömrəsiz evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində evdən çıxıb avtomobilinə baxan zaman, avtomobilin sağ arxa şüşəsinin sındırıldığını və avtomobildən 01 ədəd 800 manat dəyərində gödəkçənin, gödəkçənin cibində olan 01 ədəd 500 manat dəyərində pul qabının, pul qabının içində olan 750 manat nağd pulun, 01 ədəd özünə məxsus dəyəri olmayan sürücülük vəsiqəsinin, 01 ədəd dəyəri olmayan şəxsiyyət vəsiqəsinin, 01 ədəd dəyəri olmayan YAP-nın üzvlük vəsiqəsinin və 01 ədəd dəyəri olmayan «Azəriqaz» kartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2050 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə o, hadisədən sonra avtomobilinin şüşəsini bərpa etdirmiş, şüşənin sındırılması ilə əlaqədar ona 210 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 oğlunun elan olunmuş ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu nəqliyyat idarəsində X4 X3 Polis Məntəqəsinin PPX-nin komandiri vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində Keşlə Xətt polis məntəqəsinin rəisi polis baş leytenantı Şahid2 ilə birlikdə işlədiyi Keşlə Xətt polis məntəqəsinin xidməti ərazisini gəzərkən, avtomobil yolu olmayan ağaclıq bir ərazidə Boz rəngli «Mercedes C-klass» markalı üzərində dövlət qeydiyyat nişanı olmayan bir avtomobilin və yanında bir neçə şəxsin dayandığını görüb həmin şəxslərə yaxınlaşmışdırlar. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra avtomobilin kimə məxsus olduğunu və burada nə etdiklərini soruşduqda, həmin şəxslər verilən suallara qeyri səmimi və yalan cavablar verdiyi üçün onlarda şübhə yaratmışlar və tərəflərindən həmin şəxslərdən ikisi, sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi iki nəfər şəxs məntəqəyə dəvət olunmuşlar. Həmin iki nəfər şəxsin yanında olan üçüncü şəxs sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu öyrəndiyi şəxs isə avtomobilin dayısına məxsus olduğunu bildirərək, dayısını çağırmaq adı ilə oradan yayınmağa müvəffəq olmuşdur. Bundan sonra onlar avtomobilin texniki qeydiyyat şəhadətnaməsini avtomobilin içərisindən tapıb sahibi ilə əlaqə yaratmışlar və həmin avtomobilin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən qaçırıldığı müəyyən olunmuşdur. Bundan sonra onlar avtomobilin oğurluq olduğu Abşeron RPİ-nə zəng vuraraq, bu barədə məlumat vermişlər. Bundan sonra Abşeron RPİ-nin əməkdaşları gələrək həmin şəxsləri və avtomobili Abşeron RPİ-nə aparmışlar. Məhkəmə iclasında Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs3 ilə 2018-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan bir azyaşlı qızları Məriyəm Salmanova dünyaya gəlmişdir. O, əri Validlə və sonuncunun valideynləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. 2020-ci ilin aprel ayının 15-də o, yaşadığı evdə Validin əşyalarının arasında 01 ədəd içərisində «Çayka» sözləri yazılmış qadın saatı görmüşdür. Həmin saatın haradan olması barədə Validdən soruşduqda, sonuncu ona həmin saatı pul verib aldığını bildirmişdir. Onun Valid, Elxan və Babəkin oğurluq etdiklərindən məlumatı olmamış və ərinin evə gətirdiyi «Çayka» markalı qadın saatını könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/573-9/958 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan qadın qol saatı - üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 14,23 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan qol saatının 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 700 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/948 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1995-ci il buraxılışlı «Mercedes Benz-C200» markalı **-KP-*** dövlət nömrə nişanlı mühərrik həcmi 1998 sm/3 avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 7000 manat müəyyən olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 avtomobilindən oğurlanmış cinayətin predmeti olan 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatı və Zərərçəkmiş şəxs1 məxsus «Mercedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 58281 nömrəli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qararı ilə Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat məbləğində cərimə cəzası qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən islah işləri cəzası bu günə qədər icra edilməmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan tam təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını, himayəsində xx.xx.2019-cu il təvəllüdlü Məryəm Salmanova adlı 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qararı ilə təyin edilmiş qazancından 10% məbləğində pul tutulmaqla 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə islah işləri cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 11 ay 16 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 avtomobilindən oğurlanmış cinayətin predmeti olan 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatı və Zərərçəkmiş şəxs1 məxsus «Mercedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 159 manat 50 qəpik məhkəmə əmtəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi3 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi6 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi5 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.3.1 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs3 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qararı ilə təyin edilmiş və çəkilməmiş qazancından 10% dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə islah işləri cəzası ilə qismən birləşdirilsin, Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs3 03 (üç) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 11 ay 16 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 23 (iyirimi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.3.1 və 66.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə ona təyin edilmiş 01 il müddətinə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.3.1 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 avtomobilindən oğurlanmış cinayətin predmeti olan 01 ədəd sarı rəngli metaldan, içərisində «Çayka» yazısı olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun ümumi çəkisi 14,23 qram qadın qol saatı və Zərərçəkmiş şəxs1 məxsus «Mercedes-Benz C-200» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 159 (bir yüz əlli doqquz) manat 50 (əlli) qəpik məhkəmə əmtəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi3 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi6 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul və Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi5 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar