Məhkəmə qərarları › İş №1(012)-149/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-149/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-149/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2001-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunamamış, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşamış, ********* nömrəli cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində şəxsiyyəti istintaqa məlum olmayan “Rəşad” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na (Siyahı İ) daxil olan 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə çəkisi 0,658 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 30 manat müqabilində əldə edib Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsinə daşıyıb üzərində saxlamış, 17 aprel 2023-cü tarixdə saat 17:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təbriz” adlı ərzaq mağazasının yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:30-dan 18:50-yə kimi polis idarəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən həmin 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə çəkisi 0,658 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 134A ünvanında yerləşən “X3”-nın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na (Siyahı İ) daxil olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsinə daşıyıb üzərində saxlamış, 23 iyun 2023-cü tarixdə saat 17:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ərazisində saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:20-dən 18:30-a kimi polis idarəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin 1 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında kirayə yaşayır. Təxminən 1 il əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Buna görə bədənində dözülməz ağrılar əmələ gəlmiş və tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. 15 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində şəxsi istifadəsi üçün Xırdalan şəhəri H.Zərdabi küçəsində Rəşad adlı şəxsdən 30 manat müqabilində 1 ədəd gümüşü siqaret kağızı bükümündə heroin almış və əynindəki qara rəngli cins şalvarın sol yan cibinə qoyub yaşadığı M.Hüseynzadə küçəsinə gəlmişdir. Həmin narkotik vasitəni ürəyi istəyəndə çəkmək üçün üzərində saxlamışdır. 17 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Xırdalan şəhərində yerləşən “Təbriz” adlı mağazanın yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirməklə özlərini təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı əldə etdiklərini, şəxsi axtarış aparılması üçün polis idarəsinə getməli olduğunu demişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına getmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə olunmaqla müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynindəki şalvarın cibinə qoyduğu, içərisində narkotik vasitə olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Büküm açılıb baxış keçirilərkən qəhvəyi rəngli, toz halında olan narkotik vasitə aşkara çıxmış, o, bükümün içərisindəki kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş siqaret kağızı bükümdəki kütlə ekspertiza tədqiqatına göndərilməsi məqsədilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolda olan imza özünə məxsus olmuş və protokolu heç bir təzyiq altında olmadan, könüllü şəkildə imzalamışdır. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitə qəbul etməsindən kimin məlumatı olmasını bilməmiş, Abşeron rayon polis idarəsində olarkən hər hansı fiziki və ya psixi təsir və təzyiqə məruz qalmamışdır. Bundan başqa 22 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “X4”-nın yaxınlığındakı dayanacaqda olarkən tanımadığı bir nəfər şəxslə söhbət etməyə başlamışdır. Əvvəlcə, həmin şəxs ondan siqaret istəmiş, siqaret verdikdən sonra həmin şəxs ondan narkotik vasitə istəyibistəmədiyini soruşmuşdur. Söhbət əsnasında həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu görmüş və özünün də narkotik vasitələrdən istifadə etdiyini demişdir. Həmin şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini dediyindən razılaşıb cibində olan 10 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs oradan uzaqlaşıb təxminən 10-15 dəqiqə sonra geri qayıtmış və ona 1 ədəd şəffaf sellofan büküm verərək içərisində “kokos” olduğunu demişdir. Bükümü açıb içərisinə baxdıqda toz halında olan, spesifik iyə malik heroin olduğunu görmüşdür. Daha sonra bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Narkotik vasitə satan şəxslə təxminən 5 dəqiqə söhbət etdikdən sonra xudahafizləşib oradan birbaşa yaşadığı ünvana qayıtmışdır. Ertəsi gün, yəni 23 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində dayanıb siqaret çəkdiyi vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ondan ad-soyadını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinin inzibati binasına getmişdir. Polis idarəsinə aparıldıqdan sonra üzərində narkotik vasitə saxlaması ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə xidməti otaqlardan birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olubolmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demiş və bu barədə ərizəni imzalamışdır. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, bükümü 22 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “X4”-nın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və yalnız şəxsi istifadsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birgə protokolu imzalamışdır. Ona narkotik vasitə satmış şəxslərin heç birinin mobil telefon nömrələrini və digər əlaqə vasitələrini bilməmiş, həmin şəxslərdən birinin adı Rəşad olmuş, digərini isə ümumiyyətlə tanımamışdır. Həmin şəxs təxminən 30-35 yaşlarında, hündür boya malik, saqqallı şəxs olmuşdur. Əvvəllər kiməsə narkotik vasitə satmamış, heç vaxt belə bir niyyəti olmamışdır. Heç vaxt psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamış və daşımışdır. Bundan başqa 17 aprel 2023-cü il və 23 iyun 2023-cü il tarixlərdə şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2001-ci ildən daxili işlər orqanlarında xidmət edir. 2020-ci ildə Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir, polis mayoru xüsusi rütbəsindədir. 17 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis idarəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təbriz” adlı mağazanın yaxınlığında saxlanılaraq polis idarəsinə aparılmışdır. Müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Abşeron rayon polis idarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində Rəşad adlı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində Rəşad adlı şəxsdən 30 manat müqabilində almasını bildirdiyini, Təqsirləndirilən şəxs bildirdiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təbriz” adlı mağazanın yaxınlığında saxlanılan və Abşeron rayon polis idarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2001-ci ildən daxili işlər orqanlarında xidmət edir. 2023-cü ilin fevral ayında Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 17 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis idarəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təbriz” adlı mağazanın yaxınlığında saxlanılaraq polis idarəsinə aparılmışdır. Müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Abşeron rayon polis idarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində Rəşad adlı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində Rəşad adlı şəxsdən 30 manat müqabilində almasını bildirdiyini, Təqsirləndirilən şəxs bildirdiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təbriz” adlı mağazanın yaxınlığında saxlanılan və Abşeron rayon polis idarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə olunmadığını bildirmişdir. 23 iyun 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə idarənin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis idarəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin əməliyyat müvəkkili Şahid2 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “X4”-nın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 22 iyun 2023cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində tanımadığı şəxsdən 10 manat müqabilində almasını bildirdiyini, Təqsirləndirilən şəxs bildirdiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu H.Zərdabi küçəsində saxlanılan və Abşeron rayon polis idarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə olunmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 23 iyun 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis idarəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Zərdabi küçəsində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Abşeron rayon polis idarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “X4”-nın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində tanımadığı şəxsdən 10 manat müqabilində almasını bildirdiyini, Təqsirləndirilən şəxs bildirdiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu H.Zərdabi küçəsində saxlanılan və Abşeron rayon polis idarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə olunmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2023-cü il tarixli 6/2279 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,658 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir (qalıq 0,608 qram - 0,050 qram narkotik vasitə -heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 6/3523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar olan 1 (bir) ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir(qalıq 0,137 qram - 0,050 qram narkotik vasitə -heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 iyun 2023-cü il tarixli 3520A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,608 qram və 0,137 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 05 may 2023-cü il tarixli 456 və 457 nömrəli arayışlardan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, kənd sakinlərinin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. İ-86686 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İ-3309 nömrəli vəsiqənin sürətindən görünür ki, Qarayev X5 azad olunmasında görə medalla təltif edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 25 aprel 2023-cü il və 05 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqdan qaçdığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, 19 aprel 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroini və 23 iyun 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,187 qram olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,608 qram və 0,137 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə 160 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,608 qram və 0,137 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar