Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-15/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs hüquqi varisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 680-ci korpus, ev 151V ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2019-cu il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək, baxılmaq üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus fərdi həyət evinin həyətinə hasardan aşaraq həyətə keçmiş, orada olan birmərtəbəli kürsülü evin yeni hörülmüş kərpicdən olan divarını sökərək evə qanunsuz daxil olmuş və evin giriş hissəsində quraşdırılmış bir ədəd 900 manat dəyərində "İmmerqas” markalı kombi aparatını və hər birinin dəyəri 10 manat olan 480 manat dəyərində 48 ədəd radiatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1380 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, B.Budaqov küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi həyət evin həyətinə hasardan tullanaraq qanunsuz daxil olmuş, orada olan birmərtəbəli kürsülü evin eyvanına quraşdırılmış bir ədəd 950 manat dəyərində 24-lük ölçülü “İmmerqas” markalı kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, o, xx xxxxxx 2019cu il tarixdə saat 04 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində gəzmiş, həmin zaman orada olan evlərin biri mənim nəzərini cəlb etmiş, belə ki, qeyd olunan evin işıqları yanmamış və başa düşmüşdür ki, evdə heç kəs yoxdur. O, ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra evin arxa tərəfindən hasardan tullanaraq evin həyətinə daxil olmuş, sonra evə yaxınlaşmış və eyvanda kombi aparatının quraşdırıldığını görmüş, özü ilə gətirdiyi qaz açarı ilə həmin kombi aparatını açmış və kombi aparatını sökərək gizli şəkildə həyətdən çıxarmışdır. O, oğuladığı İmerqas markalı kombi aparatı ilə yola tərəf irəliləmiş və yolun kənarında dayanıb taksi gözləmişdir. Təxminən 30 dəqiqə sonra Vaz 2107 markalı taksi kimi fəaliyyət göstərən avtombili saxlatdırmış və həmin avtomobillə Sabunçu rayonunda yerləşən əşya bazarına getmiş, həmin günü təxmuinən saat 07 radələrində bazara daxil olmuş və oğurladığı kombi aparatım 40 manat pul müqabilində tanımadığı şəxsə satmışdır. Bundan başqa göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə səhər saat 06 radələrində Məmmədli kəndində məhəllələrin arası ilə gəzərkən evlərdən oğurluq etmək qərarına gəlmiş, orada olan evin dəmir darvazasını daş parçası ilə döymüş, lakin heç kəs cavab vermədiyi üçün evdə adam olmadığına əmin olmuşdur. Evin giriş qapısı dəmirdən olmuş, qapının sağ tərəfində yeni hörülmüş divar olduğunu görüb yerdən götürdüyü dəmir parçası ilə kərpiclə hörülmüş yeri sökmüş və içəri daxil olmuşdur. Evin zalında olan 20 seksiyalı, yataq otağında olan 10 seksiyalı və mətbəxdə olan 8 seksiyalı radiatorları sökmüş, bundan sonra evin divarına bərkidilmiş kombi aparatını açıb evin sökdüyü divarından həyətə çıxarmış və sonra həm radiatorları və həm də kombi aparatını hissə hissə daşıyıb küçəyə yığmışdır. Bundan sotnra yoldan keçən taksi maşını ilə həmin kombi aparatını və radiatorları maşına yükləyib Sabunçu bazarına aparmış, orada dörd ədəd radiatoru 40 manata, kombi aparatını isə 60 manata satmışdır. Əlavə olaraq qeyd olunan cinayət əməllərini tək törətdiyini, hadisə barədə kimsəyə məlumat vermədiyini, hazırda etdiyi cinayət əməllərindən peşman olduğunu göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi, yeni məhəllədə fərdi yaşayış evi vardır. xx.xx.2019-cu il tarixdə saat təxminən 02 radələrində yaşadığı evdə olduğu zaman yataq otağına keçmiş, həmin zaman kombi işlək vəziyyətdə olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində evin soyuq olduğunu görüb, fərdi yaşayış evinin qarşısında eyvanda quraşdırılmış kombiyə baxmağa getmiş, həmin zaman 950 manat dəyərində olan “İmergaz” markalı, 24-lük ölçülü kombi aparatının yerində olmadığını, kombinin üzərində olan dəm qazını xaric etmək üçün istifadə edilən borunun və kombiyə gələn elektrik təchizatını tənzimləyən gücləndiricinin açılaraq kənara qoyulduğunu görmüş və evindəki kombi aparatının gizli şəkildə oğurlandığını başa düşmüş, bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Evindən kombi aparatından başqa hər hansı bir əşyası oğurlanmamış, kombi aparıtının oğurlanması nəticəsində ona 950 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində yas mərasimi ilə əlaqədar yaşadığı Məmmədli kəndindəki evindən çıxmış, Sabunçu rayonuna gəlmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 19 radələrində evinə qayıtdıqda evində pəncərə kimi istifadə etdiyi, lakin hazırda kərpiclə hördüyü yerin söküldüyünü görmüş, evə daxil olduqda orada quraşdırılmış bir ədəd 900 manat dəyərində kombi istilik aparatının oğurlandığını görüb DİN-nin 102 xidmiətinə baş vermiş oğurluq baradə məlumat vermiş, bundan sonra evin otaqlarına baxdıqda zalda quraşdırılmış 20 seksiyalı, yataq otağında quraşdırılmış 10 seksiyalı və mətdəxdə quraşdırılmış digər 10 seksiyalı istilik radiatorlarının oğurlandığının şahidi olmuşdur. Oğurlanmış kombi radiatorunun dəyəri 900 manat, 48 ədəd istilik radiatorunun hər birinin dəyəri 10 manat olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1380 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs hüquqi varisi (anası) Müdafiəçi2 ərizə təqdim edərək bildirdi ki, mərhum Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə vəfat etmiş, məhkəmə qətnaməsi ilə ölüm faktı müəyyən edilmiş və xx xxxxxx 2020-ci il tarixdə 1470 saylı qeydiyyatla ölüm haqqında şəhadətnamə verilmişdir. O, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünü, bəraətverici əsasların olmadığını bildirmiş və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Səhiyyə İdarəsi X1 428 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xəstə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində profuz qanaxma fonunda ölüm baş vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli hüquqi varis qismində tanıma haqqında qərardan görünür ki, mərhum Təqsirləndirilən şəxs yaxın qohumu (anası) – Müdafiəçi2 ölmüş şəxsin hüquqi varisi kimi cinayət prosesinin iştirakçısına çevrilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaşına gəlmədiyi üçün Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il il tarixli qərarı ilə məburi qaydada gətirilməsi, gətirilməsi mümkün olmadığı üçün barəsində xx xxxxxxx 2019-cu il tarixdə axtarış elan edilmiş icraya yönəldilmiş və Abşeron rayon Pİ-nin rəisi xx xxxxxx 2019cu il tarixli məkubla Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X2 vəfat etdiyini bildirdikdə X3 sorğu verilmişdir. AR Səhiyyə Nazirliyi Bakı Şəhəri BSİ X1 rəhbərliyi xx xxxxxx 2020-ci il tarixli məktubla Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində saat 16-44-də 16 saylı TTY stansiyasının həkim briqadasının müşayəti ilə Mərkəzin yoluxucu reanimasiya şöbəsinə “merinqoensefalomielopoliadikuloneyroatiya” doqnozu ilə stansionar müalicəyə qəbul olunması, xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində profuz qanaxma fonunda ölüm baş verməsinə dair məlumat vermişdir. xx.xx.2019-cu il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə onun ölüm faktı müəyyən edilmiş və xx xxxxxx 2020-ci il tarixdə 1470 saylı qeydiyyatla ölüm haqqında şəhadətnamə verildikdən sonra cinayət işinin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə zamanı elan olunmuş ifadələri həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-15/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-15/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver