Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-150/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də dispeçer işləmiş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evin qonaq otağında 2020-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində və 2020-ci ilin sentyabr ayının axırlarında, saat 17 radələrində himayəsində yaşayan on altı yaşına çatmayan qızı, xx xxxx 2005-ci təvəllüdlü Zərərçəkmiş şəxs1 qucaqlamış, üzündən, dodaqlarından bir neçə dəfə öpmüş, əllərini onun bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtmüş, cinsiyyət orqanını onun əlinə və baldırlarına sürtməklə, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməllərini davam etdirib valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evin qonaq otağında 2021-ci ilin avqust ayının axırlarında, saat 19 radələrində və 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 16 radələrində himayəsində yaşayan on altı yaşına çatmayan qızı, xx xxxx 2006-ci təvəllüdlü Zərərçəkmiş şəxs2 üzündən, dodaqlarından bir neçə dəfə öpmüş, əllərini onun bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtmüş, cinsiyyət orqanını onun əlinə və baldırlarına sürtməklə, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2003-cü ildə Qanuni nümayəndə ilə ailə həyatı qurmuş və onunla birgə nigahdan üç qızları olmuşdur. Böyük qızı Zərərçəkmiş şəxs1 xx xxxx 2005-ci ildə, ondan kiçik qızı Zərərçəkmiş şəxs2 xx xxxx 2006-cı ildə və kiçik qızı Şahbazova Leyla 2011-ci ildə anadan olmuşdur. Arvadı Günay və qızları ilə birlikdə anket məlumatında qeyd etdiyi ünvanda, onun himayəsində yaşamışdır. Belə ki, ailəsinin yeganə qazanc gətirəni olmuşdur. Böyük qızı Jalə yaşadıqları Qobu qəsəbəsində, 3 saylı orta məktəbin 11-ci sinifində, Şahbazova Leyla həmin məktəbin 4-cü sinifində, qızı Zərərçəkmiş şəxs2 isə Azərbaycan Dövlət Pedaqoji Kollecin 1-ci kursunda təhsil alır. Evdə, ailədə aralarında həmişə normal münasibət olmuşdur. 2020-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki evində, qonaq otağında oturub televizora baxdığı vaxt, arvadı Günay, qızları Lalə və Leyla qonşuya gəzməyə getdükləri üçün, qızı Jalə ilə evdə ikisi qaldıqda, Jaləni yanına çağırmış, bir daha əmin olmaq üçün ondan həyətdə kimin olub-olmadığını soruşduqda, Jalə heç kimin olmadığını dedikdən sonra, onu qucaqlamış, əlini saçlarına sürtmüş, üzündən öpməyə başlamış, bədəninə, ayaqlarına, sinəsinə, döşlərinə əlini sürtmüş, Jalənin əlini öz cinsiyət orqanına sürtmüşdür. Jalə isə sakit qalıb, dillənməmişdir. Arvadı və o biri qızlarının evə qayıdacaqlarından ehtiyat edib onu buraxmış və bu barədə heç kimə deməməsini, onlara ayıb olacağını deyib, tez həyətə getmiş, Jalə isə otaqda qalmışdır. Sonra küçəyə getmiş və küçədə təxminə bir saat gəzdikdən sonra evə qayıtdıqda, arvadı və o biri qızlarının ondan əvvəl evə qayıtdıqlarını görmüşdür. Etdiyi həmin hərəkətə görə arvadı ona heç nə demədikdə, etdikləri barədə Jalənin onlara demədiyini, bilmişdir. Bir müddət sonra 2020-ci ilin sentyabr ayının axırlarında, saat 17 radələrində evə qayıtdıqda Jalənin evdə tək olduğunu gördükdə, ondan arvadı Günay və qızları Lalə ilə Leylanın harada olduğunu söruşduqda, Jalə onların bir az əvvəl hara isə getdiklərini demişdir. Evdə ondan və Jalədən başqa heç kimin olmadığını bilmişdir. Qonaq otağında televizora baxdığı vaxt, Jalə gəlib ondan kənarda qalıb televizora baxarkən, onu yanına çağırmış, əvvəlki hərəkətlərini yenə Jaləyə qarşı etməyə başlamış yəni, onu qucaqlamış, üzündən, dodqlarından bir neçə dəfə öpmüş, əlini onun bədəninə, sinəsinə, döşlərinə sürtmüş, cinsiyyət orqanını onun əllərinə, baldırlarına sürtmüşdür. Arvadı və qızlarının qayıtmasından ehtiyat edib Jaləni buraxmış, yenə ona bu barədə heç kimə deməməsini, tapşırmışdır. Küçəyə gedib təxminən bir saat gəzdikdən sonra evə qayıtdıqda, arvadı və qızları Lalə ilə Leylanın ondan əvvəl qayıtdıqlarını görmüşdür. Arvadı və qızlarının hərəkətlərindən Jalənin onlara heç nə demədiyini bilmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının axırlarında, saat 19 radələrində işdən evə qayıtdıqda qızı Lalədən başqa evdə heç kimi görmədikdə, Lalədən arvadı və qızları Jalə ilə Leylaının harada olduğunu soruşduqda, Lalə onların işləri olduğu üçün bir az əvvəl evdən çıxıb getdiklərini demişdir. Evdə Lalədən başqa heç kimin olmadığını bilmişdir. Qonaq otağında stulda oturub televizora baxdığı vaxt Laləni yanına çağırıb ondan kef-əhvalıni soruşduqda, Lalə yaxşı olduğunu demişdir. Qızı Jaləyə qarşı etdiyi hərəkətlərini Laləyə qarşı da etməyə başlamış, onu qucaqlamış, üzündən bir neçə dəfə öpmüş, əlini onun sinəsinə, döşlərinə, bədəninə, baldırlarına sürtmüş, dodaqlarından öpmüş, cinsiyyət orqanını onun əllərinə, baldırlarına sürtmüşdür. Sonra Laləni buraxaraq bu barədə heç kimə deməməsini, ayıb olacağını deyib, küçəyə getmiş, təxminən 30-40 dəqiqə gəzdikdən sonra evə qayıtdıqda, arvadı və qızları Jalə ilə Leylanı evdə görmüşdür. Evdə Laləyə qarşı etdiyi həmin hərəkətlər barədə heç bir sohbət olmadığından, Lalənin bu barədə onlara demədiyini, bilmişdir. Bundan bir müddət sonra, 2021-ci ilin oktyabr ayının əvəllərində, saat 16 radələrində bazar günü olduğundan evdə olduğu vaxt arvadı və qızları Jalə ilə Leyla qonşuya gedəcəklərini ona deyib, evdən getmişlər. Evdə Lalə ilə ikisi qalmışdır. Lalənin qonaq otağnda televizora baxdığını gördükdə, gedib onun yanındakı stulda əyləşərək, bir neçə dəqiqə televizora baxdıqdan sonra Laləni qucaqlamış, onun üzündən, dodaqlarından öpməyə başlamış, əlini onun bədəninə, döşlərinə, sinəsinə sürtürtmüş, cinsiyyət orqanını onun əllərinə, baldırlarına sürtmüşdür. Arvadı və uşaqlarının qayıdacağından ehtiyat edib Laləni buraxaraq, bu barədə heç kimə deməməsini tapşırıb, küçəyə getmişdir. Təxminən bir saata yaxın küçədə gəzdikdən sonra evə qayıtdıqda arvadı və o biri qızlarının evdə olduğunu görmüşdür. Lalə ona qarşı etdikləri barədə evdəkilərə demədiyini, bilmişdir. Həmin vaxtdan sonra qızlarına qarşı belə hərəkətlər etməmişdir. 2022-ci ilin aprel ayının axırlarında, işdə olduğu vaxt arvadı Günay ona zəng edərək qızları Jalə və Laləyə qarşı etdiyi həmin hərəkətləri eşitdiyini, bunun doğru olub-olmadığını soruşduqda, ona bunun doğru olduğunu, evə qayıdıb hər şeyi ona deyəcəyini dedikdə, Günay telefonu sondürmüş və onunla daha danışmamışdır. Qızları Jalə və Lalənin onlara qarşı etdiklərini analarına yəni, arvadı Günaya dediklərini bilmişdir. Qızlarına qarşı etdiyi həmin hərəkətlərindən peşiman olmuşdur. Qızları Jalə və Laləyə qarşı əxlaqsız hərəkətlər etmək üçün onlara hədə-qorxu gəlməmiş, onları məcbur etməmiş, zor tətbiq etməmiş, həmin hərəkətləri etmək üçün onlara heç nə vəd verməmiş və nəyinsə müqabilində onlara qarşı həmin hərəkətləri etməmişdir. Əlavə olaraq o, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə, bacıları Zərərçəkmiş şəxs2 və X3 ilə birlikdə yaşamışdır. Abşeon rayonu Qobu qəsəbəsi, 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. 2020-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində yaşadığı evin həyətində olduğu vaxt, anası evdə olmamış, bacıları Lalə və Leyla qonşuya gəzməyə gedəcəklərini qonaq otağında televizora baxan ataları Adilə deyib getdikdən sonra, evdə atası ilə ikisi qalmışdır. Təxminən 20-30 dəqiqədən sonra atası Adil onu yanına çağırmış, əlini onun başına çəkib kef-əhvalını soruşduqda, yaxşı olduğunu demişdir. Atası onu qucaqlamış, üzündən çoxlu öpmüş, sonra atası əllərini onun bədəninə, sinəsinə, döşlərinə sürtmüş, dodaqlarından öpmüş, əllərini baldırlarına sürtmüş, atası əlini onun cinsiyyət orqanına sürtmüşdür.Atasının ona qarşı niyə belə etdiyini başa düşməmişdir. Sonra atası onu buraxaraq, bu barədə heç kimə deməməsini, ayıb olduğunu deyib həyətə getmişdir. Otaqda qalıb üst-başını, paltarlarını səliqəyə salmış, televizora 5-10 dəqiqə baxdıqdan sonra həyətə getmiş, lakin atasının həyətdə olmadığını görmüşdür. Atası həmin vaxta qədər ona qarşı heç vaxt belə hərəkətlər etməmişdir. Birazdan anası və bacıları, sonra da atası evə qayıtmışlar. Atasının ona qarşı belə hərəkətlər etməsindən utandığı üçün heç kimə deməmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayının axırlarında, saat 17 radələrində evdə tək olduğu vaxt, atası Adil evə qayıtmış, atası ondan anası və bacılarının harada olduğunu soruşduqda, onların bir az əvvəl hara isə getdiklərini demişdir. Atası qonaq otağına gedib televizora baxarkən, televizora baxmaq üçün atasının yanına gedib, televizora baxdiği vaxt atası onu yanına çağırmış, qucaqlayaraq, üzündən bir neçə dəfə öpmüş, atası əllərini onun bədəninə, sinəsinə, döşlərinə sürtmüş, dodaqlarından öpmüş, əllərini və cinsiyyət orqanını onun baldırlarına sürtmüşdür. O, nə edəcəyini bilməmiş, dayanıb qalmışdır. Sonra atası onu buraxaraq həyətə getmişdir. O isə qalıb televizora baxmışdır. Təxminən 1 saatdan sonra anası və bacıları evə qayıtmışlar. Atasının ona qarşı etdiyi həmin hərəktlər barədə utandığından heç kimə deməmişdir. Həmin vaxtdan sonra atasının ona qarşı belə hərəkətlər etməməsi üçün onunla evdə tək qalmamışdır. 2021-ci ilin dekabr ayının axırlarında bacısı Lalə ilə evdə olduğu vaxt, aralarında şəxsi söhbət zamanı Lalə atasının 2 dəfə evdə onu qucaqlayaraq, üzündən dodaqlarından öpdüyünu, sinəsinə, döşlərinə, baldırlarına əlini sürtməsini və cinsiyyət orqanın əlinə, baldarlarına sürtməsini demişdir. Lalə atalarının ona qarşı niyə belə etdiyinin səbəbini ondan soruşduqda, bunun səbəbini bilmədiyini Laləyə demişdir. Laləyə atalarının ona qarşı da müxtəlif tarixlərdə həmin hərəkətləri 2 dəfə etdiyini demişdir. 2022-ci ilin aprel ayında təhsil aldığı Abşeron rayonu, Qobu qəsəbəsi, 3 saylı tam orta məktəbin psixoloq müəlliməsi Şahid, məktəbin direktoru Xuraman müəlliməyə atasının ona və bacısı Laləyə qarşı etdiyi həmin hərəkətləri barədə demişdir. Sonra Sevda müəllimə və məktəbin direktoru Xuraman müəllimə bu barədə analarına xəbər vermişdir. Anası ondan və Lalədən atasının onlara qarşı həmin hərəkətləri etdiklərinin doğru olub-omadığını soruşduqda, bacısı Lalə ilə ataları barədə dediklərinin doğru olduğunu demişlər. Anası onlara inanmamış, onların yanında atası Adilə zəng edərək bu barədə ondan soruşduqda, atası onlara qarşı həmin hərəkətləri etdiyinin doğru olduğunu, etdiyi hərəkətlərindən peşiman olduğunu, evə gəlib hər şeyi etiraf edəcəyini analarına demişdir. Anası bunları eşitdikdə bərk əsəbləşərək, atasına qarşı acıqlı olduğunu, atasını bu hərəkətlərinə görə bərk cəzalandıracağını demişdir. Atası evə gələnə qədər anası onları Abşeron Rayon İcra Hakimiyyətinə aparmış və bu barədə məlumat vermişdir. Sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri üzrə nümayəndəsi onları Azərbaycan uşaqları içtimai birliyin uşaq sığınacağına yerləşdirmişdir. Atası Təqsirləndirilən şəxs onunla arxa və qabaq tərəflərdən cinsi əlaqədə olmamış, bakirəliyi pozulmamış, atası ona qarşı həmin seksual xarakterli və əxlaqsız hərəkətləri etmək üçün hədə-qorxu gəlməmiş, onu bu hərəkətləri etməyə məcbur etməmiş, ona qarşı zor tətbiq etməmiş, heç nə vəd verməmiş, heç nəyin müqabilində ona qarşı həmin hərəkətləri etməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə, bacıları Zərərçəkmiş şəxs1 və X3 ilə birlikdə yaşamışdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecinin 1-ci kurs tələbəsidir. 2021-ci ilin avqust ayının axırlarında, saat 19 radələrində atası Adil işdən evə gəldiyi vaxt, anası və bacıları evdə olmamışlar. Atası anasının və bacılarının evdə olmadığını görmüş və qonaq otağına gedib, stulda oturub televizora baxmağa başlamışdır. Təxminən yarım saatdan sonra atası onu yanına çağırıb, kef-əhvalıni soruşduqda, yaxşı olduğunu demiş, orada atası onu qucaqlamış, üzündən ikiüç dəfə öpmüş, sonra bədəninə, sinəsinə, döşlərinə əlini sürtmüş, dodaqlarından öpmüş, əllərini baldırlarına sürtmüş, onun əlini öz cinsiyyət orqanına sürtmüşdür. Sonra atası onu buraxaraq, bu barədə heç kimə deməməsini, ayıb olar deyib həyətə getmişdir. Otaqda qalıb üst-başını, paltarlarını səliqəyə salmışdır. Həmin vaxta qədər atası ona qarşı heç vaxt belə hərəkətlər etməmişdir. Atasının ona qarşı niyə belə etdiyini başa düşməmişdir. Təxminən bir saatdan sonra anası və bacıları evə gəlmiş, atasının ona qarşı həmin hərəkətlər etməsini utandığından deməmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının əvəllərində, saat 16 radələrində atası bazar günü olduğundan evdə olmuşdur. Həmin vaxt anası və bacıları evdə olmamışdır. Qonaq otağında televizora baxdığı vaxt atası ona yaxınlaşaraq, yanındakı stulda əyləşmiş, televizora bir qədər baxdıqdan sonra onun üzündən bir neçə dəfə öpmüş, əllərini bədəninə, sinəsinə, döşlərinə sürtmüş, dodaqlarından öpmüş, baldırlarına əllərini və cinsiyyət orqanını sürtmüşdür. Yenə nə edəcəyini bilməmiş və dayanıb qalmışdır. Sonra atası həyətə getmiş, o isə qalıb televizora baxmışdır. Təxminən 30-40 dəqiqədən sonra əvvəl bacıları, sonra isə anası evə qayıtmışdır. Atasının ona qarşı etdiklərindən utandığına görə, o barədə heç kimə deməmişdir. Həmin vaxtdan atasının ona qarşı həmin hərəkətləri təkrar etməməsi üçün onunla ikilikdə evdə qalmaqdan yayınmışdır. 2021-ci ilin dekabr ayının axırlarında, evdə bacısı Jalə ilə şəxsi söhbət etdiklləri vaxt atasının evdə 2 dəfə onu qucaqlayaraq, üzündən dodaqlarından öpdüyünu, sinəsinə, döşlərinə, baldırlarına əlini sürtməsini, cinsiyyət orqanın əlinə və baldarlarına sürtməsini deyərək, atasının ona qarşı niyə belə etdiyinin səbəbini Jalədən soruşduqda, Jalə bunun səbəbini bilmədiyini demişdir. Sonra Jalə atalarının ona qarşı da, ayrı-ayrı tarixlərdə həmin hərəkətləri 2 dəfə etdiyini və bunun səbəbini bilmədiyini, bildirmişdir. 2022-ci ilin aprel ayında təhsil aldığı Kollecdə olduğu zaman anası ona zəng edib məktəbdən Şuşa ilə bağlı tədbir üçün şeir deməyə onu məktəbə dəvət etdiklərini dediyinə görə Kollecdən çıxıb, əvvəl təhsil aldığı Qobu qəsəbəsindəki 3 saylı məktəbə getmişdir. Məktəbdə bacısı Jalə məktəbin psixoloq müəlliməsi Sevdaya və məktəbin direktoru Xuraman müəlliməyə ataları Adilin onlara qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Sevda və Xuraman müəllimə bu barədə onudan soruşduqda, Jalənin dediklərinin doğru olduğunu, atalarının onlara qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Atasının ona və bacısı Jaləyə qarşı etdiklərini müəllimlərindən eşidən anası ondan və bacısı Jalədən atalarının etdikləri barədə dediklərinin doğru-olub omadığın soruşduqda, bacısı Jalə ilə birlikdə atasının onlara qarşı etdiyi həmin hərəkətləri danışmışdır. Anası onlara inanmamış və onarın yanında atalarına zəng edərək bu barədə ondan soruşduqda, atası onlara qarşı həmin hərəkətləri etməsi barədə eşitdiklərinin doğru olduğunu, etdiyi hərəkətindən peşiman olduğunu və evə gəlib hər şeyi etiraf edəcəyini anasına demişdir. Anası bərk əsəbləşərək, atasına qarşı acıqlı olduğunu, onu bu hərəkətlərinə görə cəzalandıracağını demişdir. Lakin atası evə gələnə qədər anası onları Abşeron Rayon İcra Hakimiyyətinə aparmış və bu barədə məlumat verdikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri üzrə nümayəndəsi onları Azərbaycan uşaqları içtimai birliyin uşaq sığınacağına yerləşdirmişlər.Atası Təqsirləndirilən şəxs onunla arxa və qabaq tərəflərdən cinsi əlaqədə olmamış, bakirəliyi pozulmamışdır, atası ona qarşı həmin seksual xarakterli və əxlaqsız hərəkətləri etmək üçün hədə-qorxu gəlməmiş, ona qarşı zor tətbiq etməmiş, onu bu hərəkətləri etməsinə məcbur etməmiş, heç nə vəd verməmiş, heç nəyin müqabilində ona qarşı həmin hərəkətləri etməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2003-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onunla birgə nigahdan üç qızları olmuşdur. Böyük qızı Zərərçəkmiş şəxs1 xx xxxx 2005-ci ildə, ondan kiçik qızı Zərərçəkmiş şəxs2 xx xxxx 2006-cı ildə və kiçik qızı Şahbazova Leyla 2011-ci ildə anadan olmuşdur. Hazırda qızları ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsindəki evində yaşayır. Böyük qızı Jalə yaşadıqları Qobu qəsəbəsində 3 saylı orta məktəbin 11-ci sinifində, Şahbazova Leyla da həmin məktəbin 4-cü sinifində, qızı Zərərçəkmiş şəxs2 isə Azərbaycan Dövlət Pedaqoji Kollecin 1-ci kursunda təhsil alır. Həyat yoldaşı Adil həbs olunmazdan əvvəl onlar ilə birlikdə yaşamış, ailədə heç vaxt narazılıqları olmamışdır. Adil ailədə ona və uşüqlarına qarşı həmişə mehriban münasibətdə olmuşdur. Qızları ataları Adil barədə ona heç vaxt narazılıq, xoşa gəlməz sözlər deməmişlər. 2022-ci ilin aprel ayında qızlarının təhsil aldıqları Abşeron rayonu, Qobu qəsəbəsindəki 3 saylı orta məktəbdən xatırlamadığı müəllim ona zəng edərək, məktəbdə keçirilən tədbir ilə əlaqədar kollecdə təhsil alan qızı Lalənin də həmin tədbirdə iştirak etməsini istədiklərini demişdir. Bu barədə Laləyə zəng edib demişdir. Bunlardan sonra həmin məktəbin psixoloqu Şahid ona zəng edərək, məktəbin direktoru Xuraman xanımın yanına dəvət etmişdir. Buna görə məktəbə getmiş, Xuraman və Sevda müəllimə ilə görüşmüş, ondan əri Adilin qızları Jalə və Laləyə qarşı etdiyi əxlaqsız hərəkətlərindən xəbəri olub-olmadığını soruşduqda, bunlardan xəbəri olmadığını və nə baş verdiyini soruşmuş, onlar əri Adilin qızları Jalə və Laləyə yaşadıqları evdə əxlaqsız hərəkətlər etdiyini dedikdə, buna inanmamış, yalan olduğunu onlara demişdir.Qızları Jalə və Lalədən nə baş verdiyini soruşduqda, Jalə ona yaşadıqları evdə evdə tək olduğu vaxt atası Adilin müxtəlif tarixlərdə onu qucaqladığını, üzündən, dodaqlarından öpdüyünü, əllərini onun bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtdüyünü, onun əlini öz cinsiyyət orqanına sürtdüyünü demişdir. Həmçinin Lalə ona yaşadıqları evdə tək olduğu vaxt atası Adilin onun üzündən, dodqlarından 2-3 dəfə öpdükdən sonra, əllərini bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtdüyünü, onun əlini özünün cinsiyyət orqanına sürtdüyünü demişdir. Bu deyilənləri aydınlaşdırmaq üçün əri Adilə zəng edib bu barədə ondan soruşduqda Adil telefonda bu deyilənlərin doğru olduğunu, etdiyi həmin hərəkətlərindən peşiman olduğunu, evə qayıdıb ona hər şeyi izaha edəcəyini demişdir. Bundan sonra telefonu sondurmüş, Adilin etdiyi həmin hərəkətlərinə görə ona qarşı acıqlı olmuş və onun ağır cəzalandırılması qərarına gəlmişdir. Bu barədə Abşeron rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra, onu və qızlarını Azərbaycan uşaqları içtimai birliyin uşaq sığınacağına yerləşdirmişlər. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayon, Qobu qəsəbəsi, 3 saylı tam orta məktəbdə psixoluq işləyir.Məktəbin 11-ci sinif şagirdi, xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və onun bacısı Zərərçəkmiş şəxs2 tanıdığını, Lalənin məktəbin 9-cu sinifini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin 1-ci kursuna qəbul olduğunu və hazırda həmin kollecin 1-ci kurs tələbəsi olduğunu, Leyla Şahbazova adlı kiçik bacılarının isə məktəbin 4-cü sinifində təhsil aldığını, bildirmişdir. 2022-ci ilin aprel ayında məktəbə gəlmiş Lalə ilə ailə mövzusunda söhbət apardığı vaxt Lalə atasının ona və bacısı Jaləyə qarşı əxlaqsız hərəkətlər etdiyini, həmçinin Jalə də bacısı Lalənin həmin dediklərinin doğru olduğunu bildirmişdir. Bu eşitdikləri barədə məktəbin direktoru Xuraman müəlliməyə demiş, Xuraman müəllimə Jalə və Lalə bacılarından bu barədə soruşduqda, Jalə yaşadıqları evdə tək olduğu vaxt atası Adilin onu qucaqladığını, üzündən, dodaqlarından çoxlu-çoxlu öpdüyünü, əllərini onun bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtdüyünü, onun əlini öz cinsiyyət orqanına sürtdüyünü demişdir. Atası ona qarşı həmin hərəkətləri etdikdən sonra bu barədə heç kimə deməməsini tapşırdığına görə, heç kimə deməmişdir. Həmçinin Lalə də evdə tək olduğu vaxt atası Adilin onun üzündən, dodqlarından 2-3 dəfə öpdükdən sonra, əllərini bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtdüyünü, onun əlini özünün cinsiyyət orqanına sürtdüyünü demişdir. Atası ona bu barədə heç kimə deməməsini tapşırdığına görə, heç kimə deməmişdir. Bundan sonra Xuraman müəllimə Jalə və Lalənin anası Günaya zəng edib onunla görüşdükdə əri Adilin qızlarına qarşı etdiyi həmin hərəkətlərindən xəbəri olub-olmadığını soruşduqda, Günay bu hadisələrdən xəbərı olmadığını, bu barədə heç kimin ona demədiyini bildirmişdir. Bu barədə Abşeron rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra, onlar Azərbaycan uşaqları içtimai birliyin uşaq sığınacağına yerləşdirilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 465 nömrəli ekspert rəyindən görünür ki, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan vermir.
3. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 464 nömrəli ekspert rəyindən görünür ki, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan vermir.
3. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1472 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun anlaqlı olub-olmaması müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs1 hazırki psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1471 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun anlaqlı olub-olmaması müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs2 hazırki psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2831 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və onların qanuni nümayəndəsinin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddəsi).. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə zəruri olaraq, qeyd edir ki, törədilmiş cinayətin xarakterini, yəni, keyfiyyət göstəricisini analiz edərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Əməlin ictimai təhlükəliliyinin xarakteri isə qəsdin obyektinin, predmetinin sosial əhəmiyyətli dəyər, maraq və sərvətlər sistemindəki mövqeyinə əsasən müəyyən edilir ki, bu dəyər, maraq və sərvətlərin mühafizəsi də insan və vətəndaşın hüquq və azadlıqlarının, əhalinin səhhət və sağlamlığının, ictimai qayda və ictimai təhlükəsizlik və c. qorunmasının təmin edilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş və məhkəmə baxışı zamanı sübuta yetirilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı himayəsində yaşayan on altı yaşına çatmayan qızlarına qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmiş, bu əmələ görə ona Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə ittiham verilmişdir. Cinayət əməlinin törədildiyi xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən CM-in 153.3-cü maddənin sanksiyasında “iki ildən dörd” sözləri “üç ildən altı” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 153.3-cü maddəsinə görə müəyyən edilmiş cəza təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırdığından cinayət qanununun geriyə qüvvəsinin olmasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş 153.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, onlar təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov