Məhkəmə qərarları › İş №1(012)-150/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-150/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-150/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 12-ci küçəsi ev 22də qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırda ünvan 124-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 06 ədəd ştat patronlarını əldə edib saxlamış, daşımış və üzərində gəzdirmiş, xx.xx.2024-cü ildə saat 16:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Şok” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib həmin gün saat 16:50-dən 17:05-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qarışıq rəngli, 2 qulplu əl çantasının içərisində həmin 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silahı olan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 06 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə elan edilmiş olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin silahın ona aid olmadığını bildirib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Y/m, 12-ci küçəsi ev 22-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və əvvəllər məhkumluğu olmamışdır. Mahiyyəti üzrə bildirir ki, təxminən 10-12 gün əvvəl günorta saatlarında mərhum atasının məzarını ziyarət etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlığa getmişdir. Atasının məzarını ziyarət etdikdən sonra evə qayıdarkən qəbrisanlıqda kolun dibində qarışıq rəngli çanta diqqətini cəlb etdiyindən həmin çantanı götürüb yaşadığı evə aparıb çantanın içərisinə baxmış və bir ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron olan daraq olduğunu görmüşdür. O, əvvəlcə həmin silahı könüllü olaraq polisə təhvil vermək istəsə də çəkindiyi üçün təhvil verməmiş və fikrindən daşınıb yaşadığı evin həyətində görünməyən bir yerdə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20 radələrində həmin silahı gizlətdiyi yerdən götürüb Masazır qəsəbəsində yerləşən həmin qəbristanlığa, yəni götürdüyü yerə aparmaq üçün Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığından piyada keçib gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları ona qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Rayon polis idarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq əlində olan qarışıq rəngli çantada olan içərisində 1(bir) ədəd “Kalaşnikov” markalı odlu silahı 1(bir) ədəd darağı və 6 (ədəd) patronu təqdim edərək təxminən 10-12 gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbrisanlığa atasının məzarını ziyarət etməyə getdiyi vaxt atasının məzarının yaxınlığında tapdığını və xx.xx.2024-ci il tarixdə yenidən həmin qəbristanlığa götürdüyü yerə atmaq məqsədilə aparmaq istədiyini bildirmişdir. Bir daha bildirir ki, o, əvvəlcə həmin silahı könüllü olaraq polis idarəsinə aparıb təhvil vermək istəmiş, lakin qorxduğu üçün təqdim etməmiş və fikrindən daşınmışdır. Bildirir ki, polis İdarəsinə gətirilən zaman, eləcə də rayon polis İdarəsində ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilməmişdir. Polis əməkdaşları barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis baş leytenantıdır. Bildirir ki, 25 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayon polis idarəsinə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 12ci küçəsi ev 22-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Şok” marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon polis idarəsinə dəvət edilmişdir. RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı çantanın içərisində nə olması soruşulmuş və qanunla üzərində saxlanması qadağan olunmuş əşya, predmet varsa stolun üstünə qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki qarışıq rəngli iki qulplu əl çantasının içərisində bir ədəd odlu silah olduğunu bildirərək həmin çantanı stolun üstünə qoymuşdur. Bundan sonra həmin çantanı açıb içərisində baxdıqda bir ədəd “Kalaşnikov” markalı odlu silah, bir ədəd darağı və həmin daraqda 6 ədəd patronlarının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin odlu silahı, darağı və patronları haradan əldə etməsi soruşulduqda o, həmin odlu silahı təxminən 10-12 gün əvvəl günorta saatlarında mərhum atasının məzarını ziyarət etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlığa getdiyini, həmin vaxt məzarın yaxınlığında kolun dibində qarışıq rəngli çantanın diqqətini cəlb etdiyindən həmin çantanı götürüb içərisinə baxdıqda bir ədəd “Kalaşnikov” markalı avtomat və 6 ədəd patronla doldurulmuş daraq olduğunu gördüyünü və yaşadığı evə aparıb həyətdə görünməyən bir yerdə gizlətdiyini, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20 radələrində həmin silahı gizlətdiyi həmin yerdən götürüb Masazır qəsəbəsində yerləşən həmin qəbristanlığa, yəni götürdüyü yerə aparmaq üçün Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığından piyada keçib gedərkən polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş həmin bir ədəd silah, silaha aid daraq və patronlar aşkar olunduğu çantada qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu da bütün proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan odlu silahı, həmin silaha aid daraq və patronları haradan, kimdən və nə məqsədlə əldə etməsi, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 da ifadəsində Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-13-11/2-1066/2024 saylı rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomatdır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-11/2-2147/2024 nömrəli məktubdan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin «Güllə-Giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə məhkəmədə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 25 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq odlu silah əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Şok” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan əşya və predmet varsa stolun üstünə qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki qarışıq rəngli iki qulplu əl çantasının içərisində bir ədəd odlu silah olduğunu bildirərək həmin çantanı stolun üstünə qoymuş, bundan sonra həmin çanta açılaraq içərisinə baxıldıqda bir ədəd “Kalaşnikov” markalı odlu silah, bir ədəd darağı və həmin daraqda 6 ədəd patronların olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Oiktay oğlundan həmin odlu silahı, darağı və patronları haradan əldə etməsi soruşulduqda o, həmin odlu silahı təxminən 10-12 gün əvvəl günorta saatlarında mərhum atasının məzarını ziyatrət etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlığa getdiyini, həmin vaxt məzarın yaxınlığında kolun dibində qarışıq rəngli çantanın diqqətini cəlb etdiyindən həmin çantanı götürüb içərisinə baxdıqda bir ədəd “Kalaşnikov” markalı avtomat və 6 ədəd patronla doldurulmuş daraq olduğunu gördüyünü və yaşadığı evə aparıb həyətdə görünməyən bir yerdə gizlətdiyini, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20 radələrində həmin silahı gizlətdiyi həmin yerdən götürüb Masazır qəsəbəsində yerləşən həmin qəbristanlığa, yəni götürdüyü yerə aparmaq üçün Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığından piyada keçib gedərkən polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş həmin bir ədəd silah, silaha aid daraq və patronlar aşkar olunduğu çantada qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu da bütün proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silahı olan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 06 ədəd ştat patronları ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 06 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunduğu nəzərə alınmaqla işin məhkəmə baxışınadək saxlanılmaları üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirli özünü təqsirli bilməməsi iş materialları ilə təkzib olunur, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2217/2024 saylı 07 noyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib, ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi onun “Vətən müharibəsi iştirakçısı” olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “Ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək tutulduğu 02 gün və “ev dustaqlığı”nda olduğu, cəmi 03 ay 05 gün müddət cəza təyinində nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2217/2024 saylı 07 noyabr 2024-cü il tarixli hökmü ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib, təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 25 yanvar 2024-cü il tarixdən 30 aprel 2024cü il tarixədək tutulduğu 02 gün və “ev dustaqlığı”nda olduğu, cəmi 03 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri onun barəsində digər iş üzrə “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 30 aprel 2025–ci il tarixdən ləğv edilmiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silahı olan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 06 ədəd ştat patronları ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 06 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunduğu nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə sübut bir ədəd DVD diskinin cinayət işinin materiallarında saxlanmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ünvan 124-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib, təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 25 yanvar 2024-cü il tarixdən 30 aprel 2024cü il tarixədək tutulduğu 02 gün və “ev dustaqlığında olduğu” cəmi 03 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 06 (altı) il 05 (beş) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri onun barəsində digər iş üzrə “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 30 aprel 2025-ci il tarixdən ləğv edilmiş hesab olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində ünvan 124-cü il tarixli hökmü ilə müəyyən edilmiş 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silahı olan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan 06 ədəd ştat patronları ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 06 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunduğu nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar