Məhkəmə qərarları › İş №1(012)-151/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-151/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-151/2020 28.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhəri hüquq məsləhətxanasının vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1999-cu ildə Ağdaş rayonu, Hüşün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələriilətəqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2017-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi uşaq oyuncaqları mağazasının plastik pəncərəsini yerdən götürdükləri dəmir parçasıyla açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq vitrindən hər birinin dəyəri 36 manat olmaqla 14 ədəd pultlu oyuncaq maşınlarını, hər birinin dəyəri 20 manat olmaqla 04 ədəd pultlu oyuncaq maşınlarını, hər birinin dəyəri 10 manat olmaqla 04 ədəd uşaq kuklalarını, hər birinin dəyəri 6 manat olmaqla 7 ədəd uşaq qol saatlarını, hər birinin dəyəri 5 manat olmaqla 04 ədəd «Ziko» markalı alışqanları, hər birinin dəyəri 4 manat olmaqla 02 ədəd alışqanları, hər birinin dəyəri 3 manat olmaqla 05 ədəd təsbehləri, dəyəri 6 manat olan 01 ədəd bijuteriya boyunbağını, dəyəri 1,5 manat olan 01 ədəd bijuteriya qolbağı, dəyəri 30 manat olan 01 ədəd pultlu oyuncaq təyyarəni, dəyəri 27 manat olan 01 ədəd pultlu oyuncaq təyyarəni, dəyəri 16 manat olan 01 ədəd «Levo» markalı oyuncaq maşını, dəyəri 6 manat olan 01 ədəd uşaq çəkic naborunu, dəyəri 30 manat olan 01 ədəd pultlu oyuncaq maşını, ümumi dəyəri 183 manat olan digər xırda uşaq oyuncaqlarını və kassa arxasında olan 41 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1049,50 (min qırx doqquz manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2017-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi «Saf» psixoloji mərkəzinin plastik qapısını təpiklə vurub açmaq yolu ilə mərkəzə qanunsuz daxil olaraq oradan 60 manat dəyərində olan 01 ədəd 2009-cu il Çin istehsalı olan «Benq» markalı ET-003 modelli istifadə olunmuş monitoru, 350 manat dəyərində olan 01 ədəd «Compac» markalı prossesoru, 50 manat dəyərində olan 01 ədəd klaviaturanı, 20 manat dəyərində olan 01 ədəd stasionar daxili telefon aparatını və 250 manat dəyərində olan 01 ədəd «Samsung Not-3» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2017-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi uşaq oyuncaqları mağazasının plastik pəncərəsini yerdən götürdükləri dəmir parçasıyla açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq, vitrindən hər birinin dəyəri 36 manat olmaqla 14 ədəd pultlu oyuncaq maşınlarını, hər birinin dəyəri 20 manat olmaqla 04 ədəd pultlu oyuncaq maşınlarını, hər birinin dəyəri 10 manat olmaqla 04 ədəd uşaq kuklalarını, hər birinin dəyəri 6 manat olmaqla 7 ədəd uşaq qol saatlarını, hər birinin dəyəri 5 manat olmaqla 04 ədəd «Ziko» markalı alışqanları, hər birinin dəyəri 4 manat olmaqla 02 ədəd alışqanları, hər birinin dəyəri 3 manat olmaqla 05 ədəd təsbehləri, dəyəri 6 manat olan 01 ədəd bijuteriya boyunbağı, dəyəri 1,5 manat olan 01 ədəd bijuteriya qolbağı, dəyəri 30 manat olan 01 ədəd pultlu oyuncaq təyyarəni, dəyəri 27 manat olan 01 ədəd pultlu oyuncaq təyyarəni, dəyəri 16 manat olan 01 ədəd «Levo» markalı oyuncaq maşını, dəyəri 6 manat olan 01 ədəd uşaq çəkic naborunu, dəyəri 30 manat olan 01 ədəd pultlu oyuncaq maşını, ümumi dəyəri 183 manat olan digər xırda uşaq oyuncaqlarını və kassa arxasında olan 41 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1049,50 (min qırx doqquz manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2017-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi «Saf» psixoloji mərkəzinin plastik qapısını təpiklə vurub açmaq yolu ilə mərkəzə qanunsuz daxil olaraq oradan 60 manat dəyərində olan 01 ədəd 2009-cu il Çin istehsalı olan «Benq» markalı ET-003 modelli istifadə olunmuş monitoru, 350 manat dəyərində olan 01 ədəd «Compac» markalı prossesoru, 50 manat dəyərində olan 01 ədəd klaviaturanı, 20 manat dəyərində olan 01 ədəd stasionar daxili telefon aparatını və 250 manat dəyərində olan 01 ədəd «Samsung Not-3» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2017-ci il tarixdə saat 18-19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydar Əliyev adına parkda Təqsirləndirilən şəxs2 ilə görüşüb saat təxminən 22:30 radələrində Xırdalan şəhərində yerləşən Misir parkına getmişlər, oradan da piyada binaların arası ilə getmişlər. Piyada binanın qarşısından keçən zaman binanın altında uşaq oyuncaqları mağazasının sahibinin həmin mağazanı bağladığını görmüşlər. Pulları olmadığından həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Mağazanın sahibinin oradan çıxıb getdiyinə əmin olduqdan sonra mağazanın qarşısında parkda olan ağacların dibindən dəmir parçasını çıxarıb mağazanın yanına getmişlər. Həmin dəmir parçası onun öz əlində olmuşdur. O, dəmir parçası ilə mağazanın qarşısında plastik materialdan olan pəncərənin sol küncündən olan pəncərəni açmışdır. O, Orxanla birlikdə mağazaya daxil olmuşdur. Onlar mağazaya daxil olub kassanı axtarmağa başlamışlar. O, mağazada olan qabaq stolunun gözündə kassanı tapıb açmışdır. Kassanın içərisində qəpiklərdən ibarət 41 manat pul olmuşdur. O, həmin pulun hamısını götürmüşdür. Onlar pulun az olduğunu görüb, mağazada sarı rəngdə sellofan poket götürüb uşaq oyuncaqlarını həmin sellofan paketlərin içərisinə yığmışlar. Orxan mağazadan 5-6 ədəd pultla işləyən maşınlar, 1 ədəd pultlu helekopter, 1-2 ədəd qol saatı, 2 ədəd alışqan, 2-3 ədəd təsbeh götürmüşdür. O isə mağazadan götürdüyü sellofana bir neçə ədəd pultlu maşınlar, uşaq kuklaları, qol saatları, alışqanlar, boyunbağı, suvenir qolbaqlar, təsbehlər və başqa uşaq oyuncaqları yığmışdır. Onlar oyuncaqları götürdükdən sonra mağazaya daxil olduqları yerdən çölə çıxmışlar. Yaxınlıqda olan parkda mağazadan götürdükləri 41 manat pulu öz aralarında bölüb piyada yaşadıqları evə getmişlər. Saat 01 radələrində o, yaşadığı evə çatmışdır. Evə daxil olub, oğurladığı oyuncaqları evdə gizlədib yatmağa getmişdir. Səhəri gün o, yuxudan durub oğurladığı oyuncaqları götürüb küçəyə çıxmışdır. Həmin oyuncaqlardan küçədə azyaşlı uşaqlara vermişdir. Qalan oyuncaqları isə qardaşının evinə aparmış və qardaşının uşaqlarına vermişdir. Mağazadan oğurladığı pulu isə öz təlabatı üçün xərcələmişdir. Lakin qardaşının evinə apardığı oyuncaqlar sıradan çıxaraq atılmışdır, bu səbəbdən həmin oyuncaqları istintaq orqanlarına təqdim edə bilmir. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə saat 23:20 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, 27 məhəllədə yaşayan qayınatasının evinə arvadı X3 gətirmək üçnü getmişdir. O, yolda tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Onlar birlikdə Xırdalan şəhərində gəzmişlər. Xırdalan şəhərində gəzən zaman Aytac şadlıq sarayının yaxınlığında 2 mərtəbəli tikili görmüşlər. Orxan həmin tikiliyə yaxınlaşaraq, evin giriş qapısının plastik materialdan olduqlarını görmüşlər. Həmin tikilinin pəncərəsindən baxmışlar və içəridə kompüter olduğunu görüb oğurlamaq qərarına gəlmişlər. O, tikilinin giriş qapısının yanına gəlib qapının yanında dayanmış, Orxan isə qapını açmışdır. Onlar birlikdə tikilinin içərisinə daxil olmuşlar. İçəridə stolun üzərində kompüter olmuşdur. O, stolun gözünə baxmış və orada «Samsung» markalı mobil telefonu götürmüşdür. Kompüteri sökdükdən sonra, onlar tikilidən çıxmışlar. Kompüteri Orxan, telefonu isə özü götürmüşdür. Səhəri gün, yəni xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 11:30 radələrində Orxan onun yaşadığı evə gəlmişdir. O, arvadı Aynur və Orxanla birlikdə Bakı şəhəri, 2-ci mikrorayonda yerləşən mobil telefon və kompüter satışı yerinə aparmışlar. Orada kompüteri onlar Aynurənin şəxsiyyət vəsiqəsi ilə 90 manata satmışlar, oğurluq yolu ilə əldə etdikləri pulu isə öz ehtiyaclarına xərcləmişlər. Bu hadisədən iki gün sonra oğurladığı «Samsung» markalı mobil telefonu 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 80 manat satmışdır. Həmin kompüterin oğurluq yolu ilə əldə olunmasından Aynurənin xəbəri olmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı tam ödəyərək, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2017ci il tarixdə saat 18-19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydar Əliyev adına parkda tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb təxminən saat 22:30 radələrində Xırdalan şəhərində yerləşən Misir parkına getmişlər, oradan da, piyada binaların arası ilə gəzmişlər. Piyada binanın qarşısından keçən zaman binanın altında uşaq oyuncaqları mağazasının sahibinin həmin mağazanı bağladığını görmüşlər. Pulları olmadığından həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Mağazanın sahibinin oradan çıxıb getdiyinə əmin olduqdan sonra mağazanın qarşısında parkda olan ağacların dibindən dəmir parçasını çıxarıb mağazanın yanına getmişlər. Həmin dəmir parçası Vurğunun əlində olmuşdur. Vurğun dəmir parçası ilə mağazanın qarşısında plastik materialdan olan pəncərənin sol küncündən olan pəncərəni açmışdır. O, Vurğunla birlikdə mağazaya daxil olmuşdur. Onlar mağazaya daxil olub kassanı axatarmağa başlamışlar. Vurğun mağazada olan qabaq stolunun gözündə kassanı tapıb açmışdır. Kassanın içərisində qəpiklərdən ibarət 41 manat pul olmuşdur. Vurğun həmin pulun hamısını götürmüşdür. Onlar pulun az olduğunu görüb mağazada sarı rəngdə sellofan torba götürüb uşaq oyuncaqlarını həmin sellofan paketlərin içərisinə yığmışlar. O, mağazadan 5-6 ədəd pultla işləyən maşınlar, 1 ədəd pultlu helikopter, 1-2 ədəd qol saatı, 2 ədəd alışqan, 2-3 ədəd təsbeh götürmüşdür. Vurğun isə mağazadan götürdüyü sellofana bir neçə ədəd pultlu maşınlar, uşaq kuklaları, qol saatları, alışqanlar, boyunbağı, suvenir qolbaqlar, təsbehlər və başqa uşaq oyuncaqları götürmüşdür. Onlar oyuncaqları götürdükdən sonra mağazaya daxil olduqları yerdən çölə çıxmışlar. Yaxınlıqda olan parkda mağazadan götürdükləri 41 manat pulu öz aralarında bölüb piyada yaşadıqları evə getmişlər. Saat 01 radələrində o, yaşadığı evə çatmışdır. O, evə daxil olub oğurladığı oyuncaqların bir hissəsini mətbəxdə olan qaz plitesinin içərisinə, qalan hissəsini isə mətbəxdə olan dolabın altına qoyub yatmağa getmişdir. Səhəri gün o, yuxudan durub oğurladığı oyuncaqları götürüb küçəyə çıxmışdır. Həmin oyuncaqlardan küçədə azyaşlı uşaqlara vermişdir. Mağazadan oğurladığı pulu isə öz tələbatı üçün xərcələmişdir. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə saat 23:20 radələrində o, Abşeron rayonu Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Onlar birlikdə Xırdalan şəhərində gəzmişlər. Xırdalan gəzən zaman “Aytac” şadlıq sarayının yaxınlığında 2 mərtəbəli «Saf psixioloji» mərkəzi görmüşlər. O, həmin tikiliyə yaxınlaşaraq, evin giriş qapısının plastik materialdan olduqlarını görmüşdür. Həmin tikilinin pəncərəsindən baxmışlar və içəridə kompüter olduğunu görüb oğurlamaq qərarına gəlmişlər. Vurğun tikilinin giriş qapısının yanına gəlib qapının yanında dayanmışdır. O isə qapını açmışdır. Onlar birlikdə tikilinin içərisinə daxil olmuşlar. İçəridə stolun üzərində kompüter olmuşdur. Vurğun stolun gözünə baxmış və orada «Samsung» markalı mobil telefonu götürmüşdür. Kompüteri sökdükdən sonra onlar tikilidən çıxmışlar. Kompüteri özü, telefonu isə Vurğun götürmüşdür. Səhəri gün, yəni xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 11:30 radələrində o, Vurğunun yaşadığı evə gəlmişdir. Onlar birlikdə Bakı şəhəri 3-cü mikrorayonda yerləşən mobil telefon və kompüter satışı yerinə aparmışlar. Orada kompüteri 90 manata satmışlar, oğurluq yolu ilə əldə etdikləri pulu isə öz ehtiyaclarına xərcləmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı tam ödəyərək, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2016-cı ilin sentyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində “Aytac” restoranın yaxınlığında yerləşən 2 mərtəbəli tikilini icarəyə götürmüşdür. Həmin yerdə «Saf psixioloji mərkəz» adlı tədris mərkəzi açmışdır. Arvadı X6 tədris və psixioloji fəaliyyətlə məşğul olur. «Saf psixioloji mərkəzində» yerləşən avadanlıqların hamısını öz vəsaiti hesabına almışdır. xx xxxxxx 2017-ci il tarixdə saat 18:00 radələrində Əzizə Salamova işi qurtardıqdan sonra mərkəzi bağlayıb yaşadığı evə gəlmişdir. Səhəri gün, yəni xx xxxxxx 2017-ci il tarixdə saat 09:00 radələrində işə gedən zaman mərkəzin qapısının sındırılmış olduğunu və mərkəzdə olan əşyaların oğurlandığını görüb ona zəng vurmuşdur. Buna görə də o, «Saf psixioloji mərkəzinə» getmişdir. O, mərkəzə çatan zaman mərkəzdə ümumi dəyəri 600 manat olan 01 ədəd 200 manat dəyərində «Benq» markalı manitorun, 01 ədəd 350 manat dəyərində «Compac» markalı prossesor və 01 ədəd 50 manat dəyərində klaviauturadan ibarət kompüter dəstinin, 01 ədəd 20 manat dəyərində olan stasionar daxili telefon aparatının və 01 ədəd 250 manat dəyərində «Samsung Not-3» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. O, həmin vaxt Din-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs sonda ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanının 1-ci mətəbəsində yerləşən 80 kv.metr olan uşaq oyuncaqları mağazasını aylıq 200 manata icarəyə götürərək işlədir. Həmin mağazada özündən başqa Mehriban adlı bir satıcı da işləyir. Belə ki, mağazanı hər gün saat 09 radələrində açıb axşam saat 22 radələrində bağlayır. xx.xx.2017-ci il tarixdə təxminən saat 23 radələrində o, mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2017-ci il tarixdə 09 radələrində Mehriban adlı işçisi ona zəng vuraraq, mağazaya naməlum şəxs və ya şəxlərin daxil olaraq oğurluq etdiklərini bildirmişdir. Bundan sonra o da mağazaya gəlmiş və oğurluq olduğunu bilib bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Naməlum şəxs və ya şəxlər mağazaya pəncərəni açamaq yolu ilə daxil olaraq oradan 14 ədəd hər birinin dəyəri 36 manat olan ümumilikdə 504 manat olan pultlu maşınları, 4 ədəd hər birinin dəyəri 20 manat olan ümumilikdə 80 manat olan 4 ədəd pulutlu maşınları, 4 ədəd hər birinin dəyəri 10 manat olan ümumilkdə 40 manatlıq kuklaları, 7 ədəd hər birinin dəyəri 6 manat olan ümumilikdə 42 manat olan qol saatlarını, 4 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 20 manat olan «Ziko» alışqanları, 2 ədəd hər birinin dəyəri 4 manat olan ümumilikdə 8 manat olan alışqanları, 5 ədəd hər birinin dəyəri 3 manat ümumilikdə 15 manat dəyərində olan təsbehləri, 1 ədəd 6 manat dəyərində boyunbağını, 1 ədəd 1,5 manat dəyərində qolbağı, 1 ədəd 30 manat dəyərində pultlu təyyarəni, 1 ədəd 27 manat dəyərində pulutlu təyyarəni, 1 ədəd 16 manat dəyərində «Levo» markalı maşını, 1 ədəd 6 manat dəyərində çəkic naborunu, 1 ədəd 30 manat dəyərində pultlu maşını, o cümlədən 183 manat dəyərində başqa uşaq oyuncaqları və kassa aparatından 41 manat nağd pulunu da oğurlamışlar. Sonradan oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu ona məlum olmuşdur. Zərərçəkmiş şəxs sonda ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında iştirak etmədiyindən məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Lənəkəran şəhəri, Fizuli küçəsi, dalan 2, ev 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayonda kirayədə yaşayır. O, qardaşı Baxışlı Rövşən Ağababa oğlu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon Hüseynbala Əliyev küçəsində yerləşən kompüter, aksessusarlar və mobil telefonlar satışı «Telefonlar aləmi» mağazasını işlədir. O, işlətdiyi mağazada kompüter və yaxud mobil telefon alır. Təxminən 2017-ci ilin avqust ayında o, işdə olan zaman təxminən saat 16-17 radələrində iki nəfər cavan oğlan və bir nəfər cavan qadın onun işlətdiyi mağazaya gəlmişlər. Onlar özləri ilə birlikdə kompüterin «Compac» markalı prosesorunu və «Benq» markalı monitorunu gətirmişlər. Həmin şəxslər özləri ilə gətirdikləri kompüteri satmaq istədiklərini bildirmişlər. O, kompüterin oğurluq olub-olması barədə soruşduqda, həmin şəxslə kompüterin özlərinə məxsus olduğunu bildirmişlər. O, həmin şəxslərə şəxsiyyət vəsiqəsilərini təqdim etmələrini bildirmişdir. Bu zaman onlarla gələn cavan qadın öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxıb vəsiqənin X4 məxsus olduğunu bilmişdir. O, Aynurə Seyidovaya kompüterin oğurluq olub-olmadığını təkrar soruşmuşdur. Aynurə ona kompüterin oğurluq olmadığını bildirmişdir. O, həmin şəxslərdən kompüteri hansı qiymətə satıqlarını soruşmuşdur. Aynurənin əri kompüteri 100 manata satmaq istədikyini bildirmişdir. O, isə onlara 50 manat təklif etmiş, lakin onlar razılaşmamışdır. Sonda o, həmin şəxslərə 90 manat verəcəyini bildirmiş və onlar da razılaşmışlar. O, həmin şəxslərə 90 manat pul verdikdən sonra Aynurəyə məxsus şəxsiyyət vəsiqəsininin kserosürətini çıxarıb, üzərinə «mən özümə məxsus olan «Compac» markalı kompüteri satdım, imza» sözlərini yazıb imza etməsini bildirmiş, Aynurə də imzalamışdır. Bundan sonra onlar getmişlər, kompüterin monitorunu özü istifadə etmək üçün saxlamışdır. Prosessoru təxminən 2017-ci ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəlində tanımadığı bir şəxsə 35 manata satmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 2797 saylı rəyindən görünür ki, ekspertiza tətqiqatına təqdim edilmiş 01 ədəd 2009-cu il Çin istehsalı olan “Benq” markalı, ET-0033 modelli istifadədə olmuş monitorun istifadə olunması nəzərə alınmaqla 2017-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 60 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən aparılmış ilkin məhkəmə-daktiloskopik ekspertizasının xx xxxx 2019-cu il tarixli, 19/285R saylı rəyindən görünür ki, xx xxxx 2017ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Uşaq oyuncaqları” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar 02 ədəd əl barmaq və 04 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı 02 ədəd əl barmaq və 04 ədəd ovuc izlərindən 02 ədəd əl barmaq izi (ADİS-in məlumat bazasına Abşeron RPİ-dən daxil olan) xx.xx.1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Qalan 04 ədəd ovuc izləri isə DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin ovuc əksləri ilə eynilik təşkil etməmişdir. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi uşaq oyuncaqları mağazasından oğurlanmış əşyaların orta bazar qiyməti; 01 ədəd pultlu oyuncaq maşını 36 manat, 01 ədəd pultlu oyuncaq maşını 20 manat, 01 ədəd uşaq kuklası 10 manat, 01 ədəd uşaq qol saatı 06 manat, 01 ədəd «Ziko» markalı alışqan 05 manat, 01 ədəd alışqan 04 manat, 01 təsbeh 03 manat, 01 ədəd bijuteriya boyunbağı 06 manat, 01 ədəd bijuteriya qolbağı 1,5 manat, 01 ədəd oyuncaq təyyarəsi 30 manat, 01 ədəd pultlu oyuncaq təyyarəsi 27 manat, 01 ədəd «Levo» markalı oyuncaq maşını 16 manat, 01 ədəd uşaq çəkic naboru 06 manat, 01 ədəd pultlu oyuncaq maşını 30 manat, digər xırda uşaq oyuncaqları 183 manat məbləğdə müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Saf psixoloji» mərkəzindən oğurlanmış əşyaların orta bazar qiyməti; 01 ədəd 2009-cu il Çin istehsalı «Benq» markalı ET-003 modelli istifadə olmuş monitor 60 manat, 01 ədəd «Compac» markalı prossesor 350 manat, 01 ədəd klaviatura 50 manat, 01 ədəd stasionar daxili telefon aparatı 20 manat, 01 ədəd «Samsung Not-3» markalı mobil telefon 250 manat məbləğdə müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan götürmə aparılması haqqında xx xxxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Şahid Ağabala oğlunun istintaqa təqdim etdiyi “Benq” markalı monitor iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid götürülmüş 01 ədəd “Benq” markalı monitor iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin tam etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə etiraf etməsini, bir daha belə hallara yol verməyəcəyi barədə söz verərək əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə etiraf etməsini, bir daha belə hallara yol verməyəcəyi barədə söz verərək əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, yəni bu cinayətin az ağır və mülkiyyət əleyhinə olan cinayətlərə aid olmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, bununla cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onların şəxsiyyətini, yəni səmimi peşmançılıqlarını, həmçinin cəzanın onların islah olunması perspektivlərinə və gələcək həyatlarına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında xx xxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Qəbələ Rayon Məhkəməsinin 1(025)-42/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli, 28 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ Rayon Məhkəməsinin 1(025)-42/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 24 gününü çəkmişdir. Cəzanın 01 il 04 ay 10 günü isə çəkilməmiş olaraq qalmışdır. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini xx xxxx 2017-ci və xx xxxxxx 2017-ci il tarixlərdə, yəni Qəbələ Rayon Məhkəməsinin 1(025)-42/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında xx xxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini xx xxxx 2017-ci və xx xxxxxx 2017-ci il tarixlərdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunun bu tələbləri baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cimaddəsinəəsasən cinayətlərinməcmusuqaydasındabirincihökmlərlətəyinedilmiş cəzahazırkihökmlətəyinolunmuşcəzailəqismən toplanmaqla onlaraqəticəzatəyinedilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasəncinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilətoplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin birgününə bərabər tutulur. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü üzrə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, bu hökm üzrə isə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən, hazırki hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 günüazadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla hesablanmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyinedilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığınməhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Qəbələ RPŞ-nin İBnin müstəntiqi polis baş leytenantı Elnur Əliyev tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla, saxlanıldığı Abşeron RPİ-nin MSYdən dərhal azad edilmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Qəbələ RPŞ-nin İBnin müstəntiqi polis baş leytenantı Elnur Əliyev tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla, saxlanıldığı Abşeron RPİ-nin MSYdən dərhal azad edilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-151/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş axtarışda olan şəxsin yaxalanması barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixində Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, xx/xx-4853 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək tutma altında saxlanıldığı, xx xxxx 2020-ci il tarixdən hal-hazıradək, yəni xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 08 gün, ümumilikdə 01 ay 10 gün həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 02 ay 20 gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 04 gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmiş xx xxxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İbtidai istintaq dövründə digər Təqsirləndirilən şəxs1 barəsində Qəbələ RPŞ-nin İBnin müstəntiqi polis baş leytenantı Elnur Əliyev tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, hazırda həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid götürülmüş 01 ədəd “Benq” markalı monitor iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə isə Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, digər Təqsirləndirilən şəxs2 müdafiəçinin məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Qəbələ Rayon Məhkəməsinin 1(025)-42/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2na qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək tutma altında saxlanıldığı, xx xxxx 2020-ci il tarixdən hal-hazıradək, yəni xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 08 gün, ümumilikdə 01 (bir) ay 10 (on) gün müddət, həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddət olaraq hesablansın və ona hazırki hökmlə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq olunmuş 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrumetmə cəzasının 01 gün gününə bərabər tutulmaqla hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 04 gün müddət hazırki hökmlə təyin edilmiş 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə həbsdə saxlanıldığı xx xxxxxx 2017-ci il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, digər Təqsirləndirilən şəxs2 müdafiəçinin məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar