Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-151/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində məhkəmə istintaqında "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokofrans əlaqə sistemi ilə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18.02.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi evinin ikinci mərtəbəsinin plasik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz içəri daxil olmaqla evin qonaq otağında divara quraşdırılmış bir ədəd 280 manat dəyərində “Beko” markalı B43L 6652 5B modelli televizoru, bir ədəd 60 manat dəyərində qara-qırmızı rəngli “Hoffmann” markalı tozsuvuranı, evin yataq otağında çarpayının altında olan pul qabının içərisindən bir ədədi 200 manat olan ümumi 400 manat dəyərində olan iki ədəd qızıl klounu, bir ədəd 20 manat dəyərində yorğanı, bir ədəd 10 manat dəyərində balıncı, həmin otaqda plasmas bankanın içərisindən 100 ABŞ dolları ekvivalentində 170 manat pulunu, evin mətbəxindən bir ədəd 240 manat dəyərində mətbəx kombayını, bir ədəd 50 manat dəyərində elektrik ətçəkən maşını, bir ədədi 4 manat olan ümumi 12 manat dəyərində 3 ədəd şüşə qənd qabını, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri və 100 manat dəyərində 24 ədəd olan qaşıq dəstini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1372 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2020-ci il tarixdə saat 16 radələrində tanışı X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evinin qapısını açıb qanunsuz içəri daxil olaraq evdən bir ədəd 200 manat dəyərində qara-boz rəngli 82 sm diametrli “Nikay” markalı televizoru, bir ədəd 500 manat dəyərində televizoru, 1 ədəd 300 manat dəyərində paltar yuyan maşını, 1 ədəd 500 manat dəyərində maqintafonu, 1 ədəd 200 manat dəyərində ağ rəngli üzərində “Pozis” yazıları olan soyuducunu, 1 ədəd 12 manat dəyərində olan boz rəngli qaz sobasını və 1 ədəd 80 manat dəyərində olan qırmızı rəngli, 24 litr həcmli üzərində “İzmir sözləri yazılan” su qızdırıcısını gizli olaraq talayaraq oğurlamaqla zərərçəkmiş X7 ümumilikdə 1792 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında videokofrans əlaqə sistemi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 1-da yaşamışdır, daimi yaşayış yeri yoxdur.Rəsmi olaraq heç bir yerdə işləmir. Onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxsü tanıyır, Aynurla bir qonşu kimi münasibətləri normal olmuşdur. 2020-ci ilin fevral ayının əvvəllərində Aynur əri ilə Türkiyəyə getmişlər. Onun da maddi vəziyyəti yaxşı olmadığı üçün qərara gəlmişdir ki, Aynurun evindən oğurluq etsin. Ona görə də 18.02.2020-ci il tarixdə saat 04 radələrində Aynurun evinin həyətinin darvazasının üstündən həyətə keçmiş, sonra evin ikinci mərtəbəsinin kondinsionerin üstünə çıxaraq oradan özü ilə götürdüyü dəmir parçası ilə pəncərəni açmış və oradan evə girmişdir. Evin içərisində əşyalar olmuşdur. O, evdə divara quraşdırılmış “Beko” markalı televizoru əli ilə açıb çıxartmış və televizora ip bağlayıb pəncərədən aşağı düşürtmüşdür. Evdə zərərçəkənin dediyi kimi heç bir qızıl əşyası olmamışdır. Sonra evin qonaq otağından bir ədəd qırmızı rəngli tozsoranı, evin mətbəxindən bir ədəd mətbəx kombayını, bir ədəd markasını bilmədiyi elektrik ət çəkəni, 3 ədəd şüşə qənd qabılarını, bir ədəd yorğan və bir ədəd balıncı, bir ədəd çörək qızardan tosteri, 24 ədəd yemək qaşıqlarını da götürüb həmin evdən çıxmışdır. Oğurladığı əşyalardan bir ədəd televizoru yaxınlıqda yaşayan Şahid2 320 manata satmışdır. O, Azada da yalandan demişdir ki, “televizor özünündür, ehtiyyacı olduğuna görə satır”. Azad televizorun oğurluq olduğunu bilməmişdir. Bir ədəd tozsovuranı yaşadığı evdə gizlətmişdir. Oğurladığı qalan əşyaları, qızılları da Bakı şəhərində yerləşən Sabunçu bazarında tanımadığı şəxsə cəmi 80 manata satmışdır. Həmin şəxs də əşyaların oğurluq olduğunu bilməmişdir. Oğurluq nəticəsində əldə etdiyi malların pulunu da özünə yeməyinə dərmanlarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, X8 tanıyır, Elmir onunla qonşuluqda yaşamışdır. O, Elmirin evindən oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 6-də yaşayır. ünvan 4 ünvanında fərdi yaşayış evi vardır. O, 12 fevral 2020-ci il tarixdə saat təxminən 06 radələrində ailə üzvləri ilə yaşadığı evdən çıxıb Türkiyə Respublikasına getmiş və orada yaşamışdır. Abşeron rayonu, Masazır qəsəbəsindəki evinin açarı anasında olmuşdur. 06 may 2020-ci il tarixdə anası ona zəng edib demişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsindəki yaşadığı evə gəlib görmüşdür ki, evindən oğurluq olmuşdur. Naməlum şəxs evinin pəncərəsindən evə daxil olub evdən bır sıra əşyaları oğurlamışdır.Yaşadığı evin birinci mərtəbəsində yaşayış yoxdur, naməlum şəxs evin ikinci mərtəbəsinin pəncərəsini açmaqla evdən oğurluq etmişdir. Anası ona bildirmişdir ki, evdən divara quraşdırılmış 1300 manat dəyərində bir ədəd “LG” markalı televizoru, bir ədədi 200 manat olan 400 manat dəyərində iki ədəd qızıl klounları, 350 ABŞ dolları və 110 manat pul oğurlanmışdır. O, Türkiyədə olduğu üçün anası Məleykə bununla bağlı ərizə ilə müraciət etmişdir. O, 04 iyul 2020-ci il tarixdə Türkiyədən Azərbaycana gəlmiş və o, evində baxıb görmüşdür ki, evindən bir sıra əşyalar da oğurlanmış, lakin anası həmin əşyaların oğurlandığını bilməmişdir. Onun evindən bir ədəd 240 manat dəyərində markasını bilmədiyi mətbəx kombayını, bir ədəd 50 manat dəyərində markasını bilmədiyi elektrik ətçəkən, bir ədəd qırmızı rəngli 230 manat dəyərində “Hoffmann” markalı tozsoran, bir ədədi 4 manat olan 3 ədəd, cəmi 12 manat dəyərində şüşə qənd qabılarını, bir ədəd 20 manat dəyərində yorğan və bir ədəd 10 manat dəyərində balınc, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri, 100 manat dəyərində 24 ədəd yemək qaşıqlarını, evin yataq otağında blasmas bankanın içərisindən bir ədəd 100-lük ABŞ dollarını oğurlamışlar. Onun 2362 manat dəyərində əşyaları, 100 ABŞ dolları da 170 manat ekvivalentində olmaqla 2532 manat dəyərində əmlakı oğurlanmışdır. X16 evindən 110 manat pulun və 350 manat pulun oğurlanmasını səhvən göstərmişdir. Bundan başqa evindən 1300 manat dəyərində LG markalı deyil, “Beko” markalı televizor oğurlanmışdır. Bir ədədi 200 manat olan 400 manat dəyərində iki ədəd qızıl klounları da Təqsirləndirilən şəxs tərəfindən oğurlamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətiçidir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 73-də yaşayır. X13 onun mərhum qardaşının oğludur. Elmir ünvan 3 ünvanında yaşamışdır. Eşitmişdir ki, 06 may 2020-ci il tarixdə saat 16 radələrində qardaşı oğlu X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evindən oğurluq olmuş və bunun nəticəsində Elmirə 1500-2000 manat civarında maddi ziyan dəymişdir. Bildirmişdir ki, 26.07.2020-ci il tarixdə qardaşı oğlu X13 vəfat etmişdir. Hazırda Elmirin ondan başqa heç kəsi olmadığından o, Elmirin yaxın qohumu və varisi sayılır. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş mərhum X6 ifadəsindən görünür ki, o, ailəsi ilə ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamışdır. 02.04.2020-ci il tarixdə o, yaşadığı evdən çıxaraq atası Firudinin yas mərasimində iştirak etmək üçün getmişdir. Yası yola verdikdən sonra 12 may 2020-ci il tarixdə səhər saatlarında o, evə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər evə pəncərəni açmaq yolu ilə evə dxail olaraq evdən hər birinin dəyəri 500 manat olamaqla 2 ədəd televizoru, 1 ədəd 700 manat dəyərində paltar yuyan maşını, 1 ədəd 500 manat dəyərində maqintafonu, 1 ədəd 500 manat dəyərində soyuducunu, 1 ədəd 300 manat dəyərində qaz peçini və 1 ədəd 300 manat dəyərində qızdırıcını oğurlamışlar. O, başqa əşyalarının oğurlanmasını bildirsə də lakin sonradan baxaraq görmüşdür ki, başqa əşyaları oğurlanmamışdır.Oğurluq nəticəsində ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı heç kimdən şübhələnməmişdir. O cümldən onun evindən əvəllər oğurluq olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 06 may 2020-ci il tarixdə işdə növbədə olduğu zaman sonradan ünvan 6-də yaşayan adının X3 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən qızı Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən fərdi evindən bir ədəd 240 manat dəyərində markasını bilmədiyi mətbəx kombayını, bir ədəd 50 manat dəyərində markasını bilmədiyi elektrik ətçəkən, bir ədəd qırmızı rəngli 230 manat dəyərində “Hoffmann” markalı tozsuvuran, bir ədədi 4 manat olan 3 ədəd, cəmi 12 manat dəyərində şüşə qənd qabılarını, bir ədəd 20 manat dəyərində yorğan və bir ədəd 10 manat dəyərində balıncın, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri, 100 manat dəyərində 24 ədəd yemək qaşıqlarını, evin yataq otağında plasmas bankanın içərisindən bir ədəd 100-lük ABŞ dolları pulunun oğurlanması ilə bağlı ümumilikdə 2532 manat məbləğində maddi ziyan vurulmasını bildirmişdir. Bununla bağlı idarə rəisinin göstəriş vermişdir ki, X3 qızı Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən fərdi evindən bir ədəd 240 manat dəyərində markasını bilmədiyi mətbəx kombayını, bir ədəd 50 manat dəyərində markasını bilmədiyi elektrik ətçəkən, bir ədəd qırmızı rəngli 230 manat dəyərində “Hoffmann” markalı tozsoranın, bir ədədi 4 manat olan 3 ədəd, cəmi 12 manat dəyərində şüşə qənd qabılarını, bir ədəd 20 manat dəyərində yorğan və bir ədəd 10 manat dəyərində balınc, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri, 100 manat dəyərində 24 ədəd yemək qaşıqlarını, evin yataq otağında blasmas bankanın içərisindən bir ədəd 100-lük ABŞ dolları pulunun oğurlanması ilə bağlı ümumilikdə 2532 manat məbləğində maddi ziyan vuran şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X3 qızı Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən fərdi evindən bir ədəd 240 manat dəyərində markasını bilmədiyi mətbəx kombayını, bir ədəd 50 manat dəyərində markasını bilmədiyi elektrik ətçəkən, bir ədəd qırmızı rəngli 230 manat dəyərində “Hoffmann” markalı tozsoran, bir ədədi 4 manat olan 3 ədəd, cəmi 12 manat dəyərində şüşə qənd qabılarını, bir ədəd 20 manat dəyərində yorğanı və bir ədəd 10 manat dəyərində balıncı, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri, 100 manat dəyərində 24 ədəd yemək qaşıqlarını, evin yataq otağında plasmas bankanın içərisindən bir ədəd 100-lük ABŞ dolları pulunun oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxslər 01.08.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tərəfimizdən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “18.02.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi evinin ikinci mərtəbəsinin plasik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz içəri daxil olmaqla evdən bir ədəd “Beko” markalı televizoru, bir ədəd “Hoffmann” markalı tozsuvuranı, evin yataq otağında çarpayının altında olan pul qabının içərisindən iki ədəd qızıl klounu, bir ədəd yorğanı, bir ədəd balıncı plasmas bankanın içərisindən 100 ABŞ dolları ekvivalentində 170 manat pulu, bir ədəd mətbəx kombayını, bir ədəd elektrik ətçəkən maşını, 3 ədəd şüşə qənd qabını, bir ədəd 30 manat dəyərində çörək qızardan tosteri və 100 manat dəyərində 24 ədəd olan qaşıq dəstini gizli talayaraq oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “06 may 2020-ci il tarixdə saat 16 radələrində tanışı X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evindən iki ədəd televizoru, 1 ədəd paltar yuyan maşını, 1 ədəd maqintafonu, 1 ədəd soyuducunu, 1 ədəd qaz sobasını və 1 ədəd su qızdırıcısını gizli talayaraq oğurlamışdır”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 6-də yaşayır. Təqsirləndirilən şəxs tanıyır və aralarında heç bir qərəzli münasibəti olmamışdır. 2020-ci ilin fevral ayının sonlarında bir gün məhəllədə Əvəz ilə digər məhəllədə yaşayan Əvəzi demişdir ki, “onda satmağa bir “Beko” markalı televizor var və özü xərçəng xəstəsidir, televizoru bacısı ona satmağa verib ki, televizoru satıb pulu ilə özünə dərmanlar alsın”. O da Əvəzdən televizorun problemli, yəni oğurluq olub-olmadığını soruşmuşdur. Əvəz demişdir ki, “televizoru bacısı ona satmağa verib, özünündür”. Əvəz demişdir ki, “350 manata televizoru satır”. O da demişdir ki, “gəlib televizora baxacam”. Ondan sonra o, evə gedib yeməyini yeyəndən sonra Əvəzin evinə getmiş və həmin vaxt Əvəz evdə tək olmuşdur. Əvəzin evində televizoru cərəyana taxıb yoxlamışlar və televizor işləmişdir. O, 320 manata televizoru Əvəzdən almağa razılaşmış və çıxıb evinə getmişdir.Aradan bir qədər sonra qapı döyüldü və görmüşdür ki, Əvəz televizoru gətirmişdir. O da televizoru almış və Əvəzə 320 manat pul vermişdir. Həmin televizoru da evdə qoşub istifadə etmişdir. Polis əməkdaşları evinə gələndən sonra məlum olmuşdur ki, həmin televizoru Əvəz qonşusunun evindən oğurlayıb ona satmışdır. O, həmin televizorun oğurluq olduğunu bilməmişdir. O, televizorun sənədlərini Əvəzdən istədikdə Əvəz demişdir ki, “sənədləri bacısının evindədir, gətirəcək”, lakin bu günədək gətirməmişdir. O, həmin televizoru polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, Füzuli rayonu, Qaqabazar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 7 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin ev alqı satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs o, təxminən 3 il olarki, tanıyır. Əvəz onunla qonşuluqda yaşayır, həmişə yoldan gəlib gedəndə salam vermişdir. 07 may 2020-ci il tarixdə saat 10 radələrində Əvəz ona yaxınlaşaraq demişdir ki, “məndə satlıq 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd su qızdırıcısı, 1 ədəd qaz sobası və 1 ədəd xalça var həmin əşyaları 400 manata satıram”. O da Əvəzlə razılaşaraq Əvəzə 400 manat pul vermiş və həmin əşyaları almışdır. Həmin əşyaları Əvəz özü onun evinə gətirmişdir. Sonradan 01 sentyabr 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları gəlib həmin əşyaların oğurluq olmasını demişlər və o da həmin əşyaları könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Neman qızı onun qızıdır. Aynurənin ünvan 8 ünvanında fərdi yaşayış evi vardır. Qızı Aynurə 12 fevral 2020-ci il tarixdə saat təxminən 06 radələrində ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmiş və orada yaşamışdır. X22 rayonu, Masazır qəsəbəsindəki evinin açarını ona vermişdir ki, o, həmin evə nəzarət etsin. Bildirmişdir ki, 06 may 2020-ci il tarixdə o, qızı Aynurənin ünvan 9 ünvanında yerləşən fərdi evinə baxmağa gedən zaman görmüşdür ki, evin ikinci mərtəbəsinin pəncərəsi açıqdır. Evə baxdıqda evdən bir ədəd televizorunun, iki ədəd qızıl klounun, 350 ABŞ dolları pulun və 110 manat pul oğurlanmasını aşkar edib bu barədə qızı Aynurənin mobil telefonuna zəng edərək bildirmişdir. Sonra isə DİN-nin “102” xidmətinə zəng edərək qızı Aynurənin evindən oğurluq olması barədə məlumat vermiş və Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, qızı Aynurənin evindən başqa nələrin oğurlanmasını dəqiq bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2020-ci il tarixli 9/2857 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 340.00 manat müəyyən olunur. O cümlədən;
1. 1 ədəd “Beko” markalı B43L 6652 5B modelli televizor 280.00 manat
2. 1 ədəd qara-qırmızı rənli “Hofmann” markalı tozsoran -60.00 manat İş materiallarında olan AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2020-ci il tarixli 9/3415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 492 manat müəyyən olunur. O cümlədən;
1. 1 ədəd qara-boz rəngli, 82 sm diametrli “Nikai” markalı televizor 200 manat
2. 1 ədəd ağ rənli üzərində “Pozis” yazıları olan soyuducu -200 manat
3. 1 ədəd qırmızı rəngli 24 litr həcmli, üzərində “İzmir” sözləri yazılan su qızdırıcısı-80 manat
4. 1 ədəd boz rəngli, 4 gözlü qaz sobası-12 manat İş materiallarında olan 12 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Hoffmann” markalı tozsoran və Şahid2 aşkar olunara götürülmüş bir ədəd “Beko” markalı televizor və Şahid3 aşkar olunara götürülmüş 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd su qızdırıcı və 1 ədəd qaz sobası ekspertizadan sonra maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 01.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03.08.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 03.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan protokoldan görünür ki, 14.03.2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs tutularaq MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Bakı şəhəri, Xətai rayon Xalq məhkəməsinin 05.07.2000-ci il tarixli hökmü ilə (köhnə redaksiya) Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını sonunadək çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünü müdafiə kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, törətdiyi cinayətə görə təqsirkara Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, zərərçəkən şəxslərdən biri heç bir şikayətinin olmamamsını bildirsə də, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən heç nə ödənilməmişdir. məhkəmə bu halı şəxsə cəza təyin edərkən onun şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X14 ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X9 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.08.2020-ci il tarixdən 03.08.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Abşeron Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 1(012)151/2021 tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətiman tədbiri seçilərək axtarış elan edilmiş, 14.03.2021-ci il tarixdə axtarış elan olunmaqla MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.03.2021-ci il tarixdən hesablanmalıdır . Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 14.03.2021-ci il tarixdən hesablanmalıdır . Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X10 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Abşeron RPİ-nin maddi sübutlar anbarında saxlanılan bir ədəd “Hoffmann” markalı tozsoran, Şahid2 aşkar olunaraq götürülmüş bir ədəd “Beko” markalı televizor sahibi X10 və Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd su qızdırıcı və 1 ədəd qaz sobası sahibi mərhum X6 hüquqi varisi X11 qaytarılmalıdır. İş üzrə 100 ( bir yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.08.2020-ci il tarixdən 03.08.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.03.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs X10 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Abşeron RPİ-nin maddi sübutlar anbarında saxlanılan bir ədəd “Hoffmann” markalı tozsoran, Şahid2 aşkar olunaraq götürülmüş bir ədəd “Beko” markalı televizor sahibi X10 və Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd su qızdırıcı və 1 ədəd qaz sobası sahibi mərhum X6 hüquqi varisi X11 qaytarılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva