Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-152/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2021 -ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd alüminium kağızı kəsiyi bükümündə, təmiz çəkisi 0,373 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq, daha sonra isə cibindən çıxardaraq sol əlində saxlamaqla daşımış, həmin gün saat 04:25 radələrində Yasamal rayonu, M.Muxtarov küçəsində xidmət aparan Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılmış, bu zaman sol əlində saxladığı həmin psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, bu səbəbdən Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı həmin 01 ədəd alüminium kağızı kəsiyi bükümündə, təmiz çəkisi 0,373 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 24 noyabr 2021 -ci il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 45(qırx beş) manat müqabilində iki ədəd şəffaf sellofanın içərisində ayrı ayrılıqda 0,810 qram və 0,372 qram çəkidə, ümumi 1,182 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin siyahısına” (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 03:00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 119 adlanan ərazidə saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarışaparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində siqaret qutusunun içərisində həmin bükümlərdə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Astma xəstəliyindən əziyyət çəkir. Təxminən 2-3 il olar ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. 02 sentyabr 2021-ci il tarixdə saat 03:40 radələrində ağrıları olduğu üçün narkotik vasitə qəbul etmək ehtiyacı yaranmışdır. Ona görə də Bakı şəhəri, Nəsimi rayonuna “Kubinka” adlanan əraziyə getmiş, orada tanımadığı şəxsdən 20 manat müqabilində bir bükümdə psixotrop maddə olan metamfetamin alaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evə qayıdarkən Yasamal rayonu, M.Muxtarov küçəsində şalvarının sağ yan cibində saxladığı həmin psixotrop maddə olan metamfetamini çıxardaraq sol əlində saxlamışdır. Bu vaxt ikinəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan üzərində qanunsuz əşya və ya predmet olmasını soruşmuş, əgər varsa təqdim etməyini bildirmişlər. Sol əlinin içərisində saxladığı bir ədəd gümüşü kağız kəsiyi bükümündə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Buna görə də polis əməkdaşları onu Yasamal rayonu 27-ci PB- nə dəvət etmiş, sonuncu etiraz etmədən həmin psixotrop maddəni sol əlinin içində saxlayaraq onlarla birlikdə getmişdir. Polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı ona hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olubolmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman həmin gün aldığı və sol əlində saxladığı bir ədəd gümüşü kağız kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi həmin büküm onun iştirakı ilə içi boş ağ zərfə qoyularaq möhürlənib bağlanmış, sonuncu həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Bundan başqa 24 noyabr 2021-ci il tarixdə gecə saatlarında Xırdalan şəhərində tanımadığı şəxsdən 45(qırx beş) manat müqabilində iki ədəd şəffaf sellofanın içərisində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edib bir ədəd boş siqaret qutusunun içərisinə qoyaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoymaqla üzərində saxlamış, bir neçə saat sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, “119” adlanan ərazidə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onlar onu narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Sonuncu etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəlmişdir. Polis idarəsinə gələn zaman üzərində psixotrop maddə olduğunu bildirmiş, daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı və video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman həmin gün aldığı və qara rəngli gödəkcəsinin sağ yan cibində siqaret qutusunun içərisində saxladığı iki ədəd şəffaf sellofanın içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər onun iştirakı ilə içi boş ağ zərfə qoyularaq möhürlənib bağlanmış, sonuncu da həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Həmin psixotrop maddələri şəxsi istifadəsi üçün almış, satışı ilə məşğul olmamış, satmamış və ya heç kimə hədiyyə verməmişdir. Heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır. 02 sentyabr 2021-ci il tarixdə və 24 noyabr 2021-ci il tarixdə saxlanılan zaman, habelə Abşeron RPİ-ə və Yasamal RJPİ-nin 27-ci PB-nə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 02.09.2021-ci il tarixdə Şahid4 ilə birlikdə Yasamal rayonu, M.Muxtarov küçəsində xidmət apararkən saat 04:25 radələrində bir nəfər özünü şübhəli aparan şəxs görmüşlər. Yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmaması barədə soruşmuş, əgər varsa təqdim etməyini bildirmişlər. Bu zaman o könüllü şəkildə sol əlinin içərisində olan bir büküm gümüşü folqanın içərisində olan ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzəyən kütləni təqdim etmişdir. Bundan sonra sonuncunu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. 27-ci Polis Bölməsinə gətirildikdən sonra aydın olmuşdur ki, həmin şəxs Ucar şəhər sakini, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bölmədə xidməti otaqların birində təhqiqatçı polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs sol əlinin içərisində olan bir büküm gümüşü folqanın içərisində olan ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzəyən kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir büküm gümüşü folqanın içərisində olan ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristal şəkilli, spesifik iyə malik, psixotrop maddə metamfetamindir. O, həmin psixotrop maddə olan metamfetamini 02.09.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində psixotrop maddə olan metamfetamini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 24 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 24.11.2021-ci il tarixdə Şahid1 və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhərində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra ona üzərində psixotrop vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində siqaret qutusunun içərisində saxladığı iki ədəd şəffaf sellofanın içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi iki ədəd şəffaf sellofanın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində siqaret qutusunun içərisində saxladığı iki ədəd şəffaf sellofanın içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş iki ədəd şəffaf sellofanın içərisindəki ağ rəngli, spesifik iyə malik kristallik maddə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini 24.11.2021- ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 45 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 03.09.2021-ci il tarixli, 6/3834 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi olan “şübhəli şəxs (imza) Abbasov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,323 qram - 0,05 qram psixotrop maddə - metamfetamin tədqiqata sərf edilmişdir). Məhkəmə-kimyəvi ekspertizasının 24.11.2021-ci il tarixli, 6/5210 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,810 qram, 0,372 qram ümumi təmiz çəkisi 1,182 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir(qalıq 1,082 qram - 0,1 qram psixotrop maddə - metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 dekabr 2021-ci il tarixli, 4874 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk cinayət işinə əlavə edilmiş, 02 sentyabr 2021-ci il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 0,323 qram çəkidə psixotrop maddə olan metamfetamin və 24 noyabr 2021-ci il tarixdə götürülmüş, bir ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 1,082 qram olan metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 11.09.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.3 və 128-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzanın əvvəli 01.08.2014-cü il tarixdən hesablanmışdır. 01.08.2017-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin 02.09.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03.09.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətmkan tədbiri seçilmişdir. Abşeron RPİ-in 01.11.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 18.11.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20.11.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin 24.11.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25.11.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə 02.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun sol əlinin içərisində olan bir büküm gümüşü folqanın içərisində olan ağ rəngli kristal formalı psixotrop maddə metamfetamini masanın üzərinə qoyub, həmin psixotrop maddə metamfetamin ona məxsus olduğunu bildirməsi və 24.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində siqaret qutusunun içərisində saxladığı iki ədəd şəffaf sellofanın içərisində olan psixotrop maddə metamfetamini masanın üzərinə qoyub, həmin psixotrop maddə metamfetamin ona məxsus olduğunu bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Gəncə Hərbi Məhkəməsinin 11.09.2014-cü il tarixli hökmündən yaranan məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən 03.09.2021-ci il tarixədək, 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək Bakı şəhəri Yasamal rayon polis idarəsində, 24.11.2021-ci il tarixdən 25.11.2021-cil il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01.03.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 179 manat məbləğində pul iş üzrə keçirilmiş ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,323 qram və 1,082 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul, həmçinin Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən 03.09.2021-ci il tarixədək, 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək Bakı şəhəri Yasamal rayon polis idarəsində, 24.11.2021-ci il tarixdən 25.11.2021-cil il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01.03.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul iş üzrə keçirilmiş ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,323 qram və 1,082 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul, həmçinin Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-152/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-152/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver