Məhkəmə qərarları › İş №1(012)-152/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-152/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-152/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Qazax rayonu, Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağstafa rayonu, Dаğ Kəsəmən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 07:30 radələrində оrtа dərəcəli sərхоşluq vəziyyətində yаşаdığı Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron Gənclər Şəhərciyi 69 sаylı binаnın girişinin içərisində qonşusu Zərərçəkmiş şəxsnа yахınlаşаrаq оndаn аrvаdı Şаhniyаrоvа Аliyə Vаhid qızını təsаdüfən görüb-görmədiyini sоruşduqdа Bəbаk Həmzəyеvin оnа istеhzа ilə cаvаb vеrməsi səbəbindən аrаlаrındа yаrаnmış mübahisə zamanı Bаbək Həmzəyеvin üzərinə hücum еdib üzərində gəzdirdiyi sоyuq silаh hеsаb еdilməyən təsərrüfаt-məişət təyinаtlı mətbəх bıçаğı ilə Babək Həmzəyеvin sоl qоl nаhiyəsindən qəsdən bir dəfə zərbə vurаrаq sоnuncuyа sağ said nahiyəsinin deşilmişkəsilmiş yarası ilə müşayiət оlunаn dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özü fəhləliklə məşğul olur və ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarından, xx.xx.2023-cü il tarixdə, saat 07 radələrinədək yaşadığı mənzildə araq və digər müxtəlif növ spirtli içkilər qəbul etmiş, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində yaşadığı mənzildə özünə nahar hazırlayan zaman arvadı X2 mənzildə olmadığını görüb, onu axtarmaq üçün yaşadığı binanın ümumi girişinə çıxmış və orada təsadüfən qapı qonşusu Babəklə rastlaşmışdır. Babəkdən arvadının harada olduğunu soruşmuş, bu zaman Babək ona istehza ilə arvadının harada olduğunu bilmədiyini dedikdə Babəkin cavabı onu qıcıqlandırmışdır. O, sağ əlində olan mətbəx bıçağı ilə Babəkin sağ qoluna bir dəfə zərbə endirərək Babəkin sağ qoluna xəsarət yetirmiş, sonra isə öz mənzilinə getmişdir. Baş vermiş münaqişə anlaşılmazlıq nəticəsində baş vermiş və təxminən 1-2 dəqiqə davam etmiş, onun ani vaxt ərzində əsəbiləşərək qonşusu Babəkin sağ qol nahiyyəsindən sağ əlində olan mətbəx bıçağı ilə bir dəfə zərbə vurmuş, həmin vaxt evin ümumi girişində ikisindən başqa heç kimin olmamış, qonşusu Babəklə aralarında olan mübahisənin evin ümumi girişində baş vermiş, mübahisə zamanı qonşusu Babəkin ona heç bir xəsarət yetirməmiş, onun heç bir xəsarəti olmamış, bu səbəbdən də Məhkəmə-Tibbi Ekspertizasına müraciət etməkdən imtina etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə fəhləliklə məşğul olur və ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində yaşadığı mənzildən çıxıb iş axtarmağa gedən zaman, yaşadığı binanın ümumi girişində qapı qonşusu Fariz sərxoş vəziyyətdə ona yaxınlaşmış və ondan arvadının harada olduğunu soruşmuşdur. O, Farizə onun arvadının harada olduğunu bilmədiyini dedikdə isə Fariz əlində olan mətbəx bıçağı ilə onun sağ qoluna bir dəfə zərbə endirərək onun sağ qoluna xəsarət yetirmişdir. Sonra Fariz öz mənzilinə getmiş və o Abşeron rayon mərkəzi xəstəxanasına gedərək xəsarət alan sağ qolunu müayinə etdirib sarğı qoydurmuşdur. Baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, Fariz sağ əlində olan mətbəx bıçağı ilə bir dəfə onun sağ qoluna zərbə endirərək ona xəsarət yetirmiş, həmin vaxt olduğu yerdə qonşusu Fariz ilə ikisi olmuş, Farizlə aralarında baş verən mübahisə zamanı ona heç bir xəsarət yetirməmiş, mübahisə zamanı xəsarət almış, bununla bağlı Abşeron rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1388 nömrəli rəyindən görünür ki: Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sağ said nahiyəsinin deşilmişkəsilmiş yarası iti uca malik olan əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-1111 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsicideşici xassəyə malik olan, təsərrüfаt-məişət təyinаtlı bıçaqdır, soyuq silah hesab edilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-deşici xassəyə malik olan, təsərrüfаt-məişət təyinаtlı bıçaq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, maddi sübut qismində tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-deşici xassəyə malik olan, təsərrüfаt-məişət təyinаtlı bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsicideşici xassəyə malik olan, təsərrüfаt-məişət təyinаtlı bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar