Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2023 18.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, heç bir yerdə işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 3166, ev 5-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz evdə kirayədə yaşayan, barəsində məhkəmə istintaqında «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Görədil kəndində yerləşən "xxxx" müstəqil müəssiəsinə məxsus kafenin plastik pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olaraq ordan həmin müəssisəyə məxsus 100 manat dəyərində 35 ədəd pivə bakalını, 24 manat dəyərində 40 ədəd şişi, 600 manat dəyərində 10 ədəd müxtəlif ölçülü qazanları, 50 manat dəyərində 40 ədəd boşqabları, 12 manat dəyərində 12 ədəd qəndqabıları, 35 manat dəyərində 10 ədəd çayniki, 100 manat dəyərində 02 ədəd qəfədanı, 120 manat dəyərində 1 ədəd göy rəngli, «Shimde» markalı QB60 model, 037 kvv su nasosunu, 50 manat dəyərində çəngəl-bıçaq dəstini və Zərərçəkmiş şəxs7 məxsus 1200 manat dəyərində pivə aparatını oğurlamaqla zərərçəkmiş "xxxx" müstəqil müəssiəsinə 1.091 manat, Zərərçəkmiş şəxs7 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən evinin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindən bir ədəd 125 manat dəyərində olan ağac kəsən motoru, bir ədəd 800 manat dəyərində olan kompüteri və mansarddan bir ədəd 140 manat dəyərində olan dreli, bir ədəd 420 manat dəyərində olan dreli, bir ədəd 160 manat dəyərində olan dreli, bir ədəd 80 manat dəyərində olan kiçik dreli, bir ədəd 30 manat dəyərində olan kiçik dreli, 2 ədəd 150 manat dəyərində olan elektrik uzadıcısını, bir ədəd 360 manat dəyərində olan elektrik mişarını, bir ədəd 100 manat dəyərində olan eklektrik mişarını, bir ədəd 60 manat dəyərində olan boyanı və 60 manat dəyərində olan usta ləvazimatlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2485 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin açıq qapısından qanunsuz daxil olaraq oradan 600 manat dəyərində elektrik naqilini, bir bağlama 200 manat dəyərində isti pol borusunu, bir ədəd 80 manat dəyərində laqondanı və bir ədəd 80 manat dəyərində dreli oğurlamaqla Zərərçəkmiş şəxs5 960 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsindən qanunsuz daxil olaraq oradan 400 manat dəyərində olan 2 ədəd qızıl üzüklərini və 5 manat pulunu tamah məqsədi ilə oğurlamaqla, zərərçəkmiş şəxs X3 405 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi yaşayış evinə açıq olan pəncərədən qanunsuz daxil olaraq, oradan divara çəkilmiş və yerdə olan ümumi dəyəri 3100 manat elektrik naqilini, bir ədədinin dəyəri 115 manat olmaqla ümumi dəyəri 230 manat olan iki ədəd elektrik qoruyucusunu, bir ədəd 50 manat dəyərində su nasosunu, bir ədəd 150 manat dəyərində istilik sistemi paylayacısını və 289 manat dəyərində borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3819 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən yeni tikilmiş və tikintisi başa çatmamış 2 mərtəbəli evinin həyətinin list dəmirdən olan darvazasının qıfılını qıraraq həyətə qanunsuz daxil olaraq, bundan sonra evin həyətində yeni tikilmiş, qapı və pəncərələri olmayan evə daxil olub evin 2-ci mərtəbəsində otaqların birində olan bir ədəd 60 manat dəyərində olan “Tefal” markalı ət çəkən maşını, bir ədəd 50 manat dəyərində olan ət çəkən maşını, “Mercedes Benz” markalı avtomobilin ehtiyat hissəsi olan bir ədəd 100 manat dəyərindəki nasosunu, "Mercedes Benz" markalı avtomobilin ehtiyat hissəsi olan bir ədəd 110 manat dəyərindəki yaddaş blokunu, 120 manat dəyərində olan servis dəstini 80 manat dəyərində olan qazan dəstini və bir ədəd 40 manat dəyərində olan "Kinq” markalı tozsoran aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayon, Mehdiabad qəsəbəsi, N.Xəzri küçəsində yerləşən yeni tikli fərdi evinin hasarından aşmaqla həyətə düşüb, evin mətbəxinin plastik pəncərəsinin şüşəsini sındırıb açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin 1-ci mərtəbəsində divara vurulmuş 470 manat dəyərində olan elektirik naqilini və evin 2-ci mərtəbəsində yataq otağında 180 manat dəyərində olan su tənzimləycisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 650 (altı yuz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 iyul 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus və yaşadığı nömrəsiz fərdi yaşayış sahəsinin həyətinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, daha sonra evin pəncərəsinin dəmir barmaqlığını sındırdıqdan sonra evə qanunsuz daxil olaraq, yataq otağında olan Zərərçəkmiş şəxs8 məxsus şalvarın cibindən 600 (altı yüz) manat pulunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o xx.xx.2021-ci il tarixdə saat 22 radələrində əvvəllər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən işlədiyi quşçuluq sexinin yanına getmişdir. Orada oğurluq etməyə yer tapmadığı üçün taksiyə əyləşib Görədil kəndi istiqamətində yollandım. Görədil kəndinin girəcəyində işləməyən kafe görmüş və kafenin arxasında olan plastik pəncərəni açıb içəri daxil olmuşdur. Fənər işığı ilə ətrafa baxdım və zalda 1 ədəd pivə aparatnın və mətbəxdə mətbəx avadanlıqlarının olduğunu görmüş, kafenin mətbəxinin qapısını açmış və pivə aparatını, mətbəxdə olan bir neçə ədəd pivə bakallarını, bir neçə ədəd şişi, qazanları, boşqabları, qəndqabıları, çaynikləri, qəfədanları, su nasosunu və çəngəl-bıçaqları çıxarıb çölə yığmış, sonra gedib taksi çağırmış və oğurladığı malları taksiyə yığıb Bakı şəhərinə Sabunçu bazarına aparmışdır. Sabunçu bazarında pivə aparatını və qab-qacaqları tanımadığım bir nəfər şəxsə 200 manata satmış, həmin gün Mehdiabad qəsəbəsinə gəlib su nasosunu orada metal qəbulu məntəqəsinə 40 manata satmışdır. Əldə etdiyi 240 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxt Abşeron rayonu, Görədil kəndində kafedən pivə aparatını, su nasounu və digər məişət əşyalarını tək oğurlamışdır və bu barədə heç kimin məlumatı olmamışdır. Həmin əşyaları alan şəxslərin əşyaların oğurluq olduğunu bildirməmişdir. Daha sonra göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Quşçuluq” fabrikində işlədiyinə və həmin əraziləri yaxşı tanıdığına görə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Məmmədli kəndində yeni məhəlləyə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman yeni tikilmiş 2 mərtəbəli bir evdə heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə evin hasarından həyətə daxil olmuşdur. Bundan sonra evin 1 -ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını həyətdən tapdığı dəmir parçası ilə sındıraraq və plastik materialdan olan pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Evə nəzər yetirdikdən sonra birinci mərtəbədən bir ədəd ağac kəsən matoru və bir ədəd köhnə kompüteri, eləcə də evin mansardından 6 ədəd müxtəlif markalı dreli, 2 ədəd elektrik paylayıcısını, 2 ədəd elektrik mişarını, 1 ədəd boyanı və bir ədəd içərisində usta ləvazimatları olan qutunu oğurlayaraq həmin əşyaları qonşunun hasırının çöl hissəsinə söykəyərək taksi gətirməyə getmiş, təxminən 15 dəqiqə sonra Məmmədli kəndinin mərkəzində tanımadığ: taksi vasitəsilə həmin yerə qayıdaraq oğurladığı həmin təmir tikinti alətlərini taksiyə yığ b Sabunçu bazarına aparmış, həmin əşyaları Sabunçu bazarında tanımadığım bir neçə nəfər şəxsə ümumilikdə 350 manata satmışdır. Oğurluq yol ilə əldə etdiyi 350 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf etmişdir Daha sonra göstərmişdir ki, o cəzaçəkmə müəssiəsindən azad olunduqdan sonra işsiz üçün maddi tələbatını oğurluq etməklə təmin etmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəlləyə gəlmiş və orada yeni tikilmiş təmirsiz iki mərtəbəli fərdi yaşayış evinə açıq qapıdan daxil olmuş, həmin vaxtı evin divarına çəkilmiş elektrik naqillərini sökmüş və bundan sonra evdə otağa yığılmış bir topa borunu, derli və laqondanı oğurlayıb özü ilə aparmışdır. Həmin gün səhər tezdən oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu bazarına aparıb orada tanımadığı bir nəfər şəxsə 100 manata satmış, əldə etdiyi 100 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən iki mərtəbəli fərdi yaşayış evindən elektrik naqilini, dreli, laqondanı və bir topa isti pol borusunu tək oğurlamış və bundan heç kəsin məlumatı olmamışdır. Oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların oğurluq olduğunu deməmişdir. Əşyaları satan zaman özünə məxsus olduğunu bildirmişdir. Daha sonra o 15 mart 2022-ci il tarixdə, saat 20 radələrində axşam vaxtı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, tanımadığı küçədə yerləşən evə tək gələrək, daş hasardan aşaraq həyətə daxil olub, mənzildə olan plasmas pəncərəni əli ilə basıb açaraq mənzilə daxil olmuş oradan mənzildə olan güzgülü kamotun şkafını açıb görmüşdür 2 ədəd qadın üzüyü və 5 manat pul var, onları götürüb çıxıb aparmış, üzükləri Mehdiabada tanımadığım bir kişiyə hər birini 130 manata cəmi 260 manata satıb həmin pulu özünə xərcləmişdir. Qızıl üzükləri satdığı adamın xarici görünüşünü xatırlamır, onu görsə tanımaz. Daha sonra göstərmişdir ki, o xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Fatmayı' qəsəbəsində olan zaman orada fərdi yaşayış evinə girmək üçün əlverişli şərait olduğunu görüb qeyd olunan evə girmək qərarına gəlmişdir. Ətrafa baxıb, heç kəsin olmadığına əmin olandan sonra mişar daşı ilə tikilmiş hasarın üzərinə çıxıb həyətə tullanmışdır. Hasar ilə fərdi yaşayış evinin arası təxminən 50 metr olmaqla həyətyanı sahəyə daxil olandan sonra yan hissəsinə keçib və pəncərənin açıq olduğunu görüb, ayağımın altına plastik çəllək qoyub pəncərəni əli ilə itələyib evə daxil olmuşdur. Oğurluq etmək üçün daxil olduğu ev iki mərtəbli olmuşdur. Konkret olaraq oğurladığı əşyaları, hansı mərtəbədən götürdüyünü xatırlamır, lakin hər iki mərtəbədə divara çəkilmiş elektrik naqillərini kəsib çıxartmış və özü ilə apardığı torbaya yığdmış, yerdədə olan elekrtik naqillərini torbaya yığmışdır. Bundan əlavə iki ədəd elektrik naqilini, bir ədəd su nasosunu, bir ədəd istilik paylayıcısını, bir ədəd borunu da torbalara qoymuşdur. O özü ilə gətirmiş iki ədəd torbaları doldurandan sonra evdən çıxmış, yoldan keçən markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksini saxlatdırıb, Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad qəbirstanlığına gətirmiş, hər iki torbanı orada gizlətmişdir. Bir gün sonra yəni xx.xx.2022-ci il tarixdə gedib torbaları götürdüb, iki ədəd elektrik tənzimləyicisini və elektrik naqilini 100 manat müqabilində Mehdiabad qəsəbəsində metal qəbulu sexi işlədən Əhməd adlı şəxsə satmışdır. Qalan su nasosunu, istilik sistemi paylayıcısını və yanmaz borunu Mehdiabad qəsəbəsində Hüseyn adlı şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Əhməd və Hüseyn həmin əşyaların oğurluq olduğunu bilməmişlər, o həmin əşyaların özünə məxsus olduğunu demişdir. Daha sonra göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni məhəlləyə gedib oğurluq etməyi üçün münasib ev axtarmağa başlamış, bu zaman yeni tikilmiş və tikintisi başa çatmamış 2 mərtəbəli bir evdə heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə evin həyətinin list dəmirdən olan darvazasının qıfılını qıraraq həyətə daxil olub. Bundan sonra evin həyətində yeni tikilmiş, lakin qapı və pəncərələri olmayan evə daxil olub evin 1-ci və 2-ci mərtəbələrində olan otaqlara nəzər yetirmiş, evin 2-ci mərtəbəsində otaqların birində olan 2 ədəd ət çəkən maşını, 2 ədəd avtomobil ehtiyat hissəsinə oxşar dəmir parçasını, işlənmiş qab-qaşıqları, qazanları və bir ədəd işlənmiş köhnə tozsoranı özü ilə götürmüş kisəyə yığaraq həmin kisəni evin bir küncünə qoyub taksi gətirməyə getmişdir. Bundan təxminən 15- 20 dəqiqə sonra Mehdiabad qəsəbəsinin mərkəzindən sürücüsünü tanımadığı “Reno” markalı bir taksi vasitəsilə həmin yerə qayıdaraq oğurladığı həmin əşyaları taksiyə yığıb Mehdiabad qəsəbəsində mərkəzi yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparmış, həmin əşyaları həmin metal qəbulu məntəqəsində işləyən Əhməd adlı şəxsə ümumilikdə 45 manata satmışdır. Oğurluq yolla əldə etdiyi həmin 45 manat pulu da öz ehtiyaclarina xərcləmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, təxminən 08 may 2022-ci il tarixdə gecə saat təxminən 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi N.Xəzri adlanan küçədə iki mərtəbəli yeni tikilmiş binada kimsənin yaşamadığına əmin olub həmin evin həyətinə hündür hasardan aşaraq həyətinə düşmüş, evə yaxınlaşıb mətbəxdən plastik pəncərənin şüşəsini əlilə sındıraraq plastik qapını açıb oradan mənzilə daxil olmuş, mənzildə təmir işləri aparılır, mənzilin divarında olan elektirik naqillərini yerindən çıxartmış və orada naqillərə birləşdirilən elektirik tənzimləyicini yerindən çıxararaq özülə aparmış torbaya yığıb evdən çıxartmışdır. Həmin günün səhərsi oğurladığı elektirik qaqillərini küçədə yandırıb əridərək içərsindəki mis materialını çıxararaq elektirik tənzimləyisi ilə birlikdə Mehdiabad qəsəbəsində yerələşən metal qəbulu məntəqəsinə aparıb 50 manat satmış, əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. O, oğurluq etdiyi ünvanı və elektirik naqilini satdığı metal qəbulu məntəqəsinin yerləşdiyi ünvanı göstərmtşdir. Törətdiyi oğurluq hadisəsi ilə bağlı özünü təqsirli bilmiş əməlindən peşmandır. Daha sonra ifadəsində göstərmişdir ki, o 10 iyul 2022-ci il tarixdə təxminən saat 09-11 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsinə gəlmiş, orada gəzərkən, tanımadığı evin qarşısında bir maşın görmüş, orada iki nəfər şəxsin maşına mindiklərini görmüşdür. Həmin şəxslər evdən çıxıb evin darvazasını bağlayıb evdən çıxıb getdikdən sonra evə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Ona görə də evin hasarından həyətə tullanmış, evin sol tərəfində yerləşən pəncərəsinə tərəf yaxınlaşmış, orada pəncərənin qarşısında olan dəmir barmaqlığı əli ilə aralamış. Dəmir barmaqlıqı aralayandan sonra barmaqlıqdan içəri daxil olub pəncərəni əli ilə itələmiş, sonra içəri daxil olmuşdur. Otaqları gəzmiş, otaqları gəzdikdən sonra heçnə tapa bilməmiş, evin ikinci mərtəbəsinə qalxmış, orada otaqların birinə daxil olmuş, yataq otağında şkafda olan paltarları axtarmağa başlamış, sonra termonun üstündə olan şalvar görmüş, cibinə girib oradan pul axtarmağa başlamış, həmin vaxtı şalvarın cibindən 20, 50, 100 manatlıq əskinaslardan olan ümumi 600 manat pul götürmüş, pulu götürdüyü yerdən də çıxaraq, yenidən evin hasarından tullanıb çölə çıxmış, oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra göstərmişdir ki, o sadalıdığı oğurluq hadisələrini tək törətmiş, oğurladığı əşyaları tanımadığı yoldan keçən taksi və sərnişin daşıma ilə məşqul olan avtonəqliyyat vasitələri ilə ayrı-ayrı bazarlara aparmış, orada tanımadığı təsadüfü rast gədiyi adamlara satmışdır, əldə etdiyi pulları isə özünə xərcləmişdir, istər nəqliyyat vasitələrini idarə edən sürücüləri və ya istərdə oğruladığı əşyaları satdığı şəxsləri görsə belə tanımaz, ona görə ki, həmin adamların sifətləri və xarici görünüşlərini xatırlamır, oğurluq etməyinidə heç kəs bilmir. Hazırda törətdiyi oğurluq hadisələrinə görə səmimi peşmançılığını bildirir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o ünvan 1 ünvanda yerləşən "xxxx" Müstəqil Müəssiəsində hüquqşünas vəzifəsində işləyir. Müəssisəyə məxsus Abşeron rayonu Görədil kəndində kafe və avto yuma yeri vardır. Həmin kafe və avtoyuma yeri bir müddətdir ki, işləmir. Həmin obyektlərə müəssisədə sürücü işləyən Şahid3 nəzarət etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sərvət Görədil kəndində yerləşən kafeyə getmiş və həmin vaxtı kafenin mətbəxinin dəmir qapısının açıq olduğunu və oradan 1200 manat dəyərində pivə aparatının, 100 manat dəyərində 35 ədəd pivə bakalının, 24 manat dəyərində 40 ədəd şişin, 600 manat dəyərində 10 ədəd müxtəlif ölçülü qazanların, 50 manat dəyərində 40 ədəd boşqabların, 12 manat dəyərində 12 ədəd qəndqabıların, 35 manat dəyərində 10 ədəd çaynikin, 100 manat dəyərində 02 ədəd qəfədanın, 120 manat dəyərində su nasosunun və 50 manat dəyərində çəngəl-bıçaq dəstinin oğurlandığını aşkar etmişdir. Kafedən oğranılan pivə apartı Zərərçəkmiş şəxs7 icarəyə götürmüşlər və pivə apartı Zahirə məxsus olmuşdur. "xxxx" Müstəqil müssiəsinə məxsus kafedən oğurluq nəticəsində müəssiəyə 1091 manat ziyan dəymişdir. Həmin kafedən oğurlanmış əşyalardan yalnız pivə aparatı Zərərçəkmiş şəxs7 məxsusdur və qalan oğurlanmış əşyalar "xxxx" Müstəqil müəssiəsəyə məxsus olmuşdur. Məhkəməyə Zərərçəkmiş şəxs6 tərəfindən ünvanlanmış ərizədən görünür ki, dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 10 ildir ki, Bakı şəhərində və Abşeron rayonunda pivə satmaqla məşğul olur. Belə ki, o, pivə aparatlarını kafe və restoranlara verib ona məxsus olan pivənin satışını təşkil edir. 2021-ci ilin yanvar ayında Taleh adlı şəxs ona müraciət edib Abşeron rayonu, Goradil kəndində kafe işlətdiyini və kafe üçün pivə aparatını verməyini xahiş etmişdir. Oda həmin vaxt Taleh adlı şəxsin Goradil kəndində işlətdiyi kafeyə bir ədəd pivə aparatı vermişdir. Bir müddət sonra Talehdən bir xəbər olmadığı üçün o, 2021 -ci ilin avqust ayının ortalarında Goradil kəndində olarkən Talehin işlətdiyi kafeyə getmiş və həmin vaxtı kafenin bağlı olduğunu görmüş, kafenin şüşəbəndindən içəri baxanda pivə aparatının yerində olmadığını görmüşdür. Həmin vaxt Talehə zəng edib bu barədə soruşmuş, Taleh artıq kafeni işlətmədiyini və sahibi Sərvətə təhvil verdiyini bildirmişdir. Taleh ona Sərvətin telefon nömrəsini vermiş, o, Sərvətlə telefon vasitəsi ilə əlaqə saxlamış və bir-.neçə gündən sonra Sərvətlə Görədil kəndindəki kafeyə gəlmiş, kafedə pivə aparatının'və qab-qacaqların oğurlandığını aşkar etmişlər. Sərvət həmin vaxt bu barədə polisə məlumat vermişdir. Həmin vaxt kafenin yanında olan avtoyuma yerində avtoyuma aparatı və digər əşyalar olmuşdur. Bir neçə gündən sonra Sərvət avtoyuma yerindən avtoyuma aparatının, hava kompressornun və tozsoranın oğurlandığını bildirmişdir. Pivə aparatının oğurlanması nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Əlibabayev küçəsi ev 126-da ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Məmmədli kəndində 5 sot həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli evi var. Hazırda həmin evin tikintisi başa çatsa da maddi vəziyyəti yaxşı olmadığına görə təmir işlərini başa çatdıra bilməmişdir. Bu səbəbdən də hazırda həmin evində yaşayış yoxdur. O, dam ustası olduğuna görə özünə aid olan elektrik və digər alətləri həmin evində saxlayır. Sonuncu dəfə 13.01,2022-ci il tarixdə saat 12 radələrində o həmin evinə baş çəkən zaman hər şey öz qaydasında olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində yenidən həmin evinə gəlib baxarkən evin birinci mərtəbəsinin yataq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evə daxil olub otaqlara nəzər yetirdikdən sonra görüb k evin birinci mərtəbəsindən və mansarddan 125 manat dəyərində olan bir ədəd ağac kəsəmotor, bir ədəd 800 manat dəyərində olan kompüter, bir ədəd 140 manat dəyərində olan drel, bir ədəd 420 manat dəyərində olan drel, bir ədəd 160 manat dəyərində olan drel, bir ədəd 80 manat dəyərində olan kiçik drel, bir ədəd 30 manat dəyərində olan kiçik drel, 2 ədəd 150 manat dəyərində olan elektrik uzadıcısı, bir ədəd 360 manat dəyərində olan elektrik mişarı,bir ədəd 100 manat dəyərində olan elektrik mişarını, bir ədəd 60 manat dəyərində olan boyanı, 60 manat dəyərində olan usta ləvazimatları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ona görə də o dərhal həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat və sonra Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə vermişdir. Oğurluq nəticəsində ona cəmi 2595 (iki min beş yüz doxsan beş) manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, ev 74, mənzil 38də ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayından Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə özünə məxsus olan torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirir. Həmin evdə təmir aparıldığı üçün təmir alətlərini saxlayır. Sonuncu dəfə evdə xx.xx.2022-ci il tarixdə olan zaman həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mehdiabad qəsəbəsinə həmin evə gəlmiş və evdə divara çəkilmiş 600 manat dəyərində elektrik naqilinin söküldüyünü, 200 manat dəyərində bir bağlama isti pol borusunun, 80 manat dəyərində laqondanın və 80 manat dəyərində drelin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 960 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o 15 mart 2022-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Mehdiabat qəsəbəsində yeni məhəllədəki evində çıxıb qapı, pəncərəni bağlamış, Bakı şəhərinə qonaq getmişlər. 16 mart 2022-ci il tarixdə saat 12 radələrində qayıtmış, evin giriş qapısı yaxşı açılmadığı üçün qapını təmir etdirərkən, həyat yoldaşı Aytən isə evə keçmiş, az keçmədən Aytən onu çağırıb bildirmişdi ki, güzgünün qarşısında qoyulmuş içində olan pul kisəsini içərisindən 5 manat pulu oğurlayıblar. O, evə yaxınlaşıb baxanda görmüşdür ki, evin plastik pəncərəsini kənar zərbə ilə açılıb. Bundan sonra evə baxarkən evdə olan güzgülü qəfin siyirməsində olan 2 ədəd qadın üzükləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və sonra Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxt evindən oğurlanan üzüklərdən birinin qiyməti 250 manat, digərinin qiyməti isə 150 manat olmaqla ona ümumilikdə 405 manat ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Abşeron rayonu Fatmai kəndində özü üçün iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. 24 mart 2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evin pəncərəsini sıxılıb açma yolu ilə mənzilə daxil olaraq evdən iki ədəd hər birinin qiyməti 115 manat olmaqla 230 manat dəyərində elektirik qoruyucusunu, 3100 manat dəyərində elektirik naqillərini və bir ədəd 50 manat dəyərində yanmaz borunu oğurlayaraq ona ümümilikdə 3.819 (üç min səkkiz yüz on doqquz) manat maddi ziyar vuraraq oğlurluq etmişlər. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ev 1-də ailəsi ilə birlikdə yaşayır. Onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə 0,5 ha torpaq sahəsində iki mərtəbəli yaşayış evi vardır. Hazırda həmin evin tikintisi başa çatsa da maddi vəziyyəti yaxşı olmasdığına görə təmir işlərini başa çatdıra bilməmişdir. Bu səbəbdən də hazırda həmin evində yaşayış yoxdur. Buna baxmayaraq o bəzi əşyalarını həmin evdə saxlayır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o həmin evinə baş çəkən zaman hər şey öz qaydasında olduğunu görmüşdür. Lakin xx.xx.2022-ci il tarixdə yenidən həmin evinə gəlib baxarkən həyətin darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o evə daxil olub otaqlara nəzər yetirdikdən sonra görmüşdür ki, evdə saxladığı bir ədəd 60 manat dəyərində olan “Tefal” markalı ət çəkən maşın, bir ədəd 50 manat dəyərində olan ət çəkən maşın, “Mercedes Benz” markalı avtomobilin ehtiyat hissəsi olan bir ədəd 100 manat dəyərindəki nasos, “Mercedes Benz” markalı avtomobilin ehtiyat hissəsi olan bir ədəd 110 manat dəyərindəki yaddaş bloku, 120 manat dəyərində olan servis dəsti, 80 manat dəyərində olan qazan dəsti və bir ədəd 40 manat dəyərində olan “Kinq” markalı tozsoran aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ona görə də o həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və sonra Abşeron RPİ-nin Mehdiabad PBnə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 560 manat maddi ziyan dəymişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsində göstərmişdir ki, ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi N.Xəzri küçəsində yerləşən həmin ünvanın bələdiyə sənədinin olmasına baxmayaraq ünvan verilməmişdir. Lakin o həmin ərazidə digər şəxslər kimi 3 sot torpaq səhəsini hasara almaqla ik'i mərtəbəli fərdi ev tikir. Məqsədi də həmin ünvana tezliklə köçüb yaşamaqdan ibarətdir. Həmin ünvanda yaşayış olması belə lakin tikinti işləri davam etdirilir. O, mənzilin daxilində elektirik naqilərin çəkdirib yekunlaşdımış, evin 2-ci mərtəbəsində su tənzimləyisisini yerləşdirmişdiq. Lakin hələ həmin tənzimləyicidən istifadə etməmişdir. Amma elektirik naqilləri isə faliyyət göstərmişdir. 09 may 2022-ci il tarixdə səhər saat 10 radələrində evə baş çəkən vaxtı evin qapsını açmış, görmüşdür ki, mətbəxin pəncərəsi sındırılıb, evə baxdıqda müəyyən etmişdir ki, 470 manat dəyərində elektirik naqillərin yerindən sökülərək çıxarılmış, eyni zamanda 2-ci mərtəbənin yataq otağı üçün nəzərdə tutulan yerdə 180 manat dəyərində olan su tənzimləyicisnin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 650 manat ziyan vurulmasına görə o oğurluq hadisəsi ilə bağlı DİN-nin102 xidməti-zəng mərkəzinə məlumat vermiş və sonra Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə təxminən saat 10 radələrindən ailəsi ilə birlikdə evdən çıxaraq, idarə etdiyi maşına əyləşib getmişlər. Həmin günü təxminən saat 13 radələrində evə qayıdıb gəlmişlər. Evin həyətinə daxil olan zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını gördmüşdür. O, evə daxil olmuş, kiminsə evə daxil olarac evdən oğurluq etdiyini düşündüyündən, evə daxil olub evi axtarmağa və evdən hər hansısa əşyanın oğurlanıb-oğurlanmamasım müəyyən etməyə başlamış, evin ikinci mərtəbəsinə qalxıb yataq otağına daxil olanda şkafın dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Sonra termonun üstündə olan şalvarının cibinə baxmış, şalvarının cibində 20, 50 və 100 manatlıq pul əskinasların oğurlandığını aşkar etmişdir. Həmin oğurluq nəticəsində ona 170 manat maddi ziyan dəymişdir. Ona görədə dərhal DİN-nin 102 xidmətinin zəng mərkəzinə məlumat vermiş və sonra Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. Ona təhvil verilmiş və qəbul etdiyi dəmir əşyaları və sair bu kimi məmulatları yığıb Bakı şəhərində yerləşən «Stell Company» şirkətinə və digər dəmir əşyalarını qəbul edən məntəqələrinə vermişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Elə həmin vaxtdan etibarən o, dəmir məmulatları yığıb ona məxsus dəmir məmulatları sexinə gətirmiş. Onunla ilk tanışlığı ona müxtəlif növdə dəmir məmulatları gətirməsi olmuşdur. O, da həmin metalı almamışdan qabaq şəxsiyyət vəsiqəsini tələb etmiş, bundan sonra şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özündə saxlamış, aldığı dəmir məmulatlarının müqabilində ona pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı dəmir məmulatlarının ya özünə məxsus olduğunu ya da ki, lazımsız dəmir məmulatları kimi zibillikdən yığdığını demişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona iki ədəd elektrik tənzimləyicisi və elektrik naqilini gətirərək 100 manata satmışdı, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Ona həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. Seymurun gətirdiyi əşyaların hamısını aparıb zavoda təhvil vermişdir. O, ümumiyyətlə vətəndaşlardan götürdüyü əşyaları qəbul edəndən sonra əridir, elədə olur ki, vətəndaş özü əridib gətirir təhvil verir. Seymur cox vaxt əridilmiş naqil, dəmr və sair bu kimi əşyaları gətirib ona təhvil vermişdir və demişdir ki, həmin əşyalar özünə məxsusdur və ya zibillikdən yığıb gətirmişdir. Daha sonra göstərmişdir ki, təqribən 2022-ci Hjn may ayının 9-10- da adını Seymur kimi tanıdığı şəxs həmişəki kimi ona elektrik naqili və sınmış vəziyyətdə olan elektrik tənzimləyicini gətirib satmaq üçün vermiş oda onunla qiymətini 50 manata razılaşıb almış və həmin pulu Seymura vermişdir. Həmin vaxt Seymurun ona satdığı naqillərin, elektirik tənzimləyicisinin və diğər əşyaların oğurluq olmasını deməmişdir, bu barədə polisdə bilmişdir. Seymurun ona satdığı naqil yanmış vəzmyyətdə olmuşdur, həmin naqilləri polis ondan protokol tərtib edərək götürmüşdür. Daha sonra göstərmişdir ki, Seymur 2022-ci ilin avqust ayının sonlarında işlədiyi metal qəbulu məntəqəsinə gəlib özünə məxsus bir ədəd su nasosu satmaq istədiyini bildirmişdir. O, həmin su nasosunu 40 manata satmaq istədiyini bildirdikdən sonra, nasosa baxmış 40 manat Seymura verib nasosu alıb metal qəbulu məntqəsində saxlamışdır. Həmin su nasosunu halhazırda metal qəbulu məntəqəsində saxladığından gətirib Abşeron RPİ-nin İŞ-nin müstəntiqinə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin su nasosu götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs su nasosunu onun özünə məxsus olduğunu bildirmişdir və o, əvvəllərdə metal qəbulu məntəqəsinə dəmir və dəmir məmulatları satdığı üçün o, ona inanıb həmin su nasosunu almışdır. Seymur nasosu oğurladığı barədə ona heç bir söz deməmişdir, nasosun ona məxsus olmasını bildirmişdir, əgər bilsəydi nasos oğurluqdur heç vaxt ondan qəbul etməzdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Talib oğlu ifadəsində göstərmişdir ki, o Abşeron rayonu, Mehdiabad qəsəbəsində dəmir məmulatlarının qəbulu sexi işlədir. İşlənmiş dəmir məmulatları alıb, tərkibinə görə müxtəlif zavodlara satıb qazanc əldə edir. Təqsirləndirilən şəxs təxminən 6-7 ay olar ki, tanıyır. Elə həmin vaxtdan etibarən Seymur dəmir məmulatları yığıb ona məxsus dəmir məmulatları sexinə gətirmişdir. Ondan ilk dəfə dəmir məmulatları alandan şəxsiyyət vəsiqəsini istəmişdir, bundan sonra şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özündə saxlamış, aldığı dəmir məmulatlarının müqabilində ona pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı dəmir məmulatlarının ya özünə məxsus olduğunu ya da ki, lazımsız dəmir məmulatları kimi zibillikdən yığdığını demişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona su nasosu, istilik paylacısı və boru satmış, bunun müqabilində ona 150 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. Həmin əşyaların oğurluq olması barədə polisdə bilmişdir. Məhkəmədə Şahid3 elan olunmuş ifadəsində göstərmişdir ki, o Fatmayı kəndi, Qafar Əliyev küçəsi döngə 8-də yaşayır. Abşeron rayonu, Görədil kəndindi ərazisində sürücü işləyir. "xxxx" MMC-yə məxsus qeyri-yaşayış obyektləri var. Həmin obyektlərdən biri kafe kimi fəaliyyət göstərmtşdir, digəri isə avto yuma yeri kimi fəalliyət göstərmişdir. Obyektlərə nəzarəti o etmişdir. 2020-ci ildə o həmin obyektləri Taleh adlı şəxsə 400 manata icarəyə vermişdir. Taleh təxminən 1 il müddətində obyektləri işlətmiş, sonradan Taleh ona demədən həmin obyektləri Eldar adlı şəxsə icarəyə vermişdir. O bundan xəbər bilən kimi xx.xx.2021-ci il tarixdə Eldar adlı şəxsi obyektdən çıxarmış, həmin vaxt kafedə pivə aparatı və digər məişət əşyları yerində olmuşdur. Axırıncı dəfə o xx.xx.2021 -ci il tarixdə obyektə baş çəkən zaman bütün əşyalar yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində obyektə baş çəkməyə gedəndə görmüşdü ki, naməlum şəxs və ya şəxslər kafenin arxasından pəncərədən daxil olmaqla obyektdən 1200 manat dəyərində olan Zərərçəkmiş şəxs7 icarəyə götürdüyü pivə aparatını, bakalları və digər məişət avadanlıqları oğurlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Abşeron rayon polis idarəsinin, Mehdiabad polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mehdiabad PB-nə əməliyyat məlumatı daxil olmşdur ki, Abşeron rayonun, Mehdiabad qəsəbəsi ərazisində ayrı-ayrı vaxtlarda, müxtəlif yerlərdə Seymur adlı şəxs tərəfindən oğurluq cinayəti törədilir. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əlaqədar əməliyyat yolu ilə Seymur adlı şəxsi müəyyən etmişlər. Məlum olmuşdu ki, o, xx xxxxxx 1982-ci ildə Şəki şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhələ 3166, ev 5-də yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs müəyyən olunandan sonra Mehdiabad polis bölməsinə dəvət etmişlər. Onunla söhbət aparılmış, məlum olmuşdu ki, o, Mehdiabad qəsəbəsi ərazisində bir neçə oğurluq hadisəsini törətmişdir və oğurladığı əşyaları dəyər-dəyməz tanımadığı şəxslərə satmış və əldə etdiyi pulları özünə xərcləmişdir, deməsinə görə Seymur evlərin pəncərələrindən mənzillərə daxil olmaqla oradan qab-qacaq, elektirik naqilləri, su nasoslarını pul və sair məişət əşyalarını və avadanlıqlarını oğurlamışdır. Oğurladığı əşyaları yoldan keçən tanımadığı taksi maşınlarına qoyub aparıb və tanımadığı şəxslərə bazarda və ya digər alqı-satqı ilə məşqul olan yerlərdə satmışdır. Təqsirləndirilən şəxs evlərdən oğurladığı əşyaları hansı nəqliyyat vasitəsi ilə bazarlara və ya digər alqı satqı ilə məşğul olan yerlərə getməsini və haralarda kimlərə həmin əşyalara satmasını müəyyən etmək məqsədi ilə aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmək olmamışdı, buna baxmayaraq tədbirləri davam edir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin oğurluq hadisələrini özü tək olaraq törətmişdir. Məhkəmədə şahid Abşeron polis idarəsinin, Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili Şahid5 elan olunmuş ifadəsindən və Mehdiabad polis bölməsinin sahə müvəkkili Şahid6 məhkəmə zalında izahatından görünür ki, Şahid4 ifadəsində göstərdiklərini eyni ilə təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2022ci il tarixli 6/5708-9/7159 saylı rəyindən görünür ki, Qərarın təsviri hissəsində göstərilən, nümunəsi təqdim edilən 100 metr 4 mm diametrli elektrik naqilinin 2022-ci ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 70,00 ( 100 metr x 0,70 man) manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 9/7139 saylı rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında, qərarın təsviri hissəsində qeyd edilən mis tərkibli elektirik naqillərinin zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 460.00 manat müəyyən olunur. O cümlədən: -2,5 mm diametirli, mis tərkibli elektirik naqili -250.00 (500 metrx 0,50 man) manat, -4 mm diametirli, mis tərkibli naqil- 210.00 (300 metr x 0, 70 manat) manat. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 9/7490 saylı rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngdi, «Shimde» markalı QB60 model, 037 kv su nasosunun istifadə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən olunur. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus oğurlanmış bir ədəd su nasosu, Zərərçəkmiş şəxs1 məxsus mənzilindən oğurlanmış elektrik naqilləri yanmış vəziyyətdə və Zərərçəkmiş şəxs2 mənzilindən oğurlanmış elektrik naqilləri yanmış vəziyyətdə zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, o, Abşeron rayon məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin qərarı ilə 03 (üç) ay 01 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 1(012)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, cəzadan şərti məhkum edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini xx.xx.2021-ci tarixdə, yəni sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddənə əsasən 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Sənan və xx.xx.2014-cü il təvəllüdlü Kənan adlı 2 azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 01 gün hissəsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməli və qəti cəza təyin edilmılidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut "xxxx" Müəssisəsinə məxsus bir ədəd su nasosu, Zərərçəkmiş şəxs1 mənzildən oğurlamış yanmış vəziyyətdə elektirik naqilləri və Zərərçəkmiş şəxs2 mənzildən oğurlamış yanmış vəziyyətdə elektirik naqillərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 240 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 01 gün müddətinin vaxtından əvvəl şərti azad edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilsin və onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 01 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut "xxxx" Müəssiəsinə məxsus bir ədəd su nasosu, Zərərçəkmiş şəxs1 mənzildən oğurlamış yanmış vəziyyətdə elektirik naqilləri və Zərərçəkmiş şəxs2 mənzildən oğurlamış yanmış vəziyyətdə elektirik naqillərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə 240 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-153/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver